Fənn: Klinik psixologiya


destruktivliyinin  anatomiyası”



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
destruktivliyinin  anatomiyası”  kitablarında  From  müxtəlif  tarixi  şəxsiyyətlər  –  Hitler,  Himler, 

Stalini misal gətirərək destruktiv davranışın müxtəlif formalarını araşdırır. Fromun öz əsərlərində 

nağıl və əfsanələrə müraciət etməsi də çox böyük maraq doğurur. Freyddən fərqli olaraq, from 

burada seksual deyil, sosio-psixoloji və mədəni-tarixi aspektləri ön plana çəkir. Fromun baxışları 

daha  ətraflı  şəkildə  aqressiya  və  suisidə  həsr  olunmuş  fəsildə  əks  edilmişdir.  Psixoterapiyanın 

əsas  məqsədini  From  insanın  mənliyinə  nüfuz  etmək  və  onun  yaradıcı  qüvvələrini  neqativ 

amillərdən azad etməkdə görürdü. 

    Müasir  psixoanalizin  formalaşmasında  Harri  Stek  Sallivan  (1892-1942)  böyük  rol 

oynamışdır. Sallivan Freyd nəzəriyyəsinə yeni baxışlar gətirmiş ilk Amerika analitiki olmuşdur. 

Sallivana  görə  şəxsiyyət  konsepsiyası  hipotetik  konstruksiyadır.  Həqiqətən  cərəyan  edən  real 

qarşılıqlı münasibətlərdir. Şəxsiyyətin fərdi təhlükəsizliyi ilə bağlı təşviş hissini Sallivan insanlar 

arasındakı qarşılıqlı baxımından qiymətləndirirdi. 

     İnsanın təşəkkül tapması onun valideynləri ilə qarşılıqlı münasibətləri kontekstində baş verir. 

Bu  münasibətlər  baxımından  insanda  özü  haqqında  rəy  formalaşır  (məsələn,  ana  narahat 



olarkən,  onun  təşvişi  möcüzəli  şəkildə  uşağa  ötürülür  və  sonradan  hər  dəfə  təhlükəsizliyinin 

pozula  biləcəyini  duyduqda  təşviş  meydana  çıxır).  Şəxsiyyətin  təşəkkül  prosesinin  birinci 


 

mərhələsində  reallıq  qeyri-mükəmməl  qavranılır  (protaktik  təfəkkür).  Sonradan  bu,  simvolik 



təfəkkürlə əvəz olunur, o da öz növbəsində yerini sintaktik təfəkkürə verir. Bir tərəfdən şəxslər 

arasında qarşılıqlı münasibətlər  yaratmaq tələbatı, digər tərəfdən təhlükəsizliyi  itirmək qorxusu 

bu  prosesi  hərəkətə  gətirir.  Ona  görə  də  Sallivan  psixoanalitik  terapiya  fokusunda  pasiyentin 

ətrafdakılara  qarşı  münasibətini  qiymətləndirməyi  təklif  etmişdi.  Psixoterapevtik  prosesdə 

həkimin xəstəyə qarşı fəal mövqeyi həlledici rol oynayır. 

      Müasir  psixoanalitiklərin  baxışlarında  olan  fərqlərə  və  Freydin  ilkin  nəzəriyyəsindən  xeyli 

uzaqlaşmalarına  baxmayaraq,  psixoanaliz  təliminin  psixikanın  struktur  quruluşu,  psixi 

proseslərin qeyri-şüurlu xarakteri, psixoloji müdafiə mexanizmləri və s. haqqındakı müddəaları 

bu günə kimi öz əhəmiyyətini saxlamaqdadır. 

         Psixodinamikanın əsasları 

    Psixoanalizin  əsas  postulatlarını  rəhbər  tutaraq,  müasir  psixodinamik  nəzəriyyə  insan 

psixikasının quruluşunun iki modelini nəzərdən keçirir: 

    Topoqrafik model – şüur, şüuraltı, şüursuzluq. 

    Freyd  tərəfindən  təklif  olunmuş  topoqrafik  model  fikirlərin,  hiss  və  duyğuların  şüur  üçün  nə 

qədər  anlaşılan  olmasına  əsaslanaraq,  psixikanı  üç  tərkib  hissəsinə  bölür.  Təbii  ki,  bu  tərkib 

hissələri duyulmaz olub beyində heç bir məkana malik deyil. Bunlar nəzəri konstruksiyalar olub, 

klinik prosesləri düzgün başa düşməyə xidmət edir. 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin