Fənn: Klinik psixologiya


hadisələrlə əlaqələndirən fikirlər ola bilər. Bunlara aiddir



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
hadisələrlə əlaqələndirən fikirlər ola bilər. Bunlara aiddir: 

1.

 



Dixotom (haçalanmış) təfəkkür  – buraya ifratçılıqla araşdırmaq qabiliyyəti daxildir. Yəni 

“hər  şey  və  ya  heç  nə”,  “yaxşı-pis”,  “qara-ağ”.Məsələn,  insan  belə  hesab  edir:  “ya  mən 

xoşxasiyyətəm və hamıya lazımam, ya da pisəm və heç nəyə yaramıram”. 

2.

 



Öz  tutduğu  işlər  haqqında  yanlış  fikir  söyləməyə,  özünə  bir  “ad”  qoymağa  çalışmaq. 

Məsələn: səhvə yol vermiş adam “mən səhv etmişəm” demək əvəzinə “mən nə ağılsızam” 

deyə düşünür. 

3.

 



Fövqəl  nəticə  -“həmişə”  və  ya  “heç  vaxt”  kateqoriyaları  ilə  düşünmək.  Məsələn,  xəstə 

hesab edir ki, o, artıq heç vaxt sağlam olmayacaq. 

4.

 

Selektiv  filtrasiya  –  mənfi  hadisələri  artırmaq,  müsbətləri  isə  minimuma  endirmək. 



Məsələn,  həkim  bir  çox  xəstələri  uğurla  müalicə  edir,  onlardan  yalnız  birində  residiv 

(xəstəliyin qayıtması) baş verərkən, o belə bir nəticəyə gəlir ki, pis mütəxəssisdir. 

5.

 

Reallığı  inkaretmə  - müsbət amillərə tamamilə  əhəmiyyət verməmək. Məsələn, insan hər 



hansı bir uğur əldə etdikdə “bu nədir ki, bunu hamı bacarar” deyir. 

6.

 



Əsassız nəticə - kifayət qədər obyektiv dəlil olmadıqda tez bir nəticəyə gəlmək. Məsələn, 

oğlan  qıza  zəng  edir,  lakin  dəstəyi  qaldıran  olmur,  o,  düşünür  ki,  qız  onunla  danışmaq 

istəmir. 

7.

 



Şişirtmə  -  əhəmiyyətsiz  səbəbdən  çaxnaşmaya  meyllilik.  Məsələn,  avtomobilində  bir 

balaca  nasazlıq  olan  adam  belə  hesab  edir  ki,  onun  təmiri  böyük  xərc  tələb  edir  və  yeni 

avtomobil alsa daha yaxşı olar. 

8.

 



Emosional şərtləndirmə - öz emosiyalarını real qəbul etmək. Məsələn, bir nəfər təyyarə ilə 

uçmaqdan qorxur və elə hesab edir ki, bu uçuşlar doğrudan da qorxuludur. 

9.

 

Günahı  şəxsiləşdirmə  -  bütün  uğursuzluqların  səbəbini  özündə  axtarmağa  çalışmaq. 



Məsələn, uşağı xəstələndiyinə görə qadın özünü pis ana hesab edir. 

10.


 

Hədsiz  cavabdehlik  –  “bu  mənim  borcumdur  (vəzifəmdir)”  və  ya  “bu  mənim  borcum 

(vəzifəm)  deyil”  kateqoriyaları  ilə  düşünmək.  Məsələn,  tələbə  əmindir  ki,  o,  yalnız  əla 

qiymət almalıdır, ona görə də imtahan qabağı möhkəm həyəcan keçirir. 

 

 



14 

 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin