Fənn: Klinik psixologiya



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
1)

 

klassik kondissionalizm; 2) hal-hazırkı kondissionalizm; 3) sosial əlaqələr nəzəriyyəsi; 

4) koqnitiv nəzəriyyə. 

    Bu prinsiplərin hər biri müəyyən mərhələlərdə biheviorizmin inkişafına xidmət etmişdir. Buna 

görə də, ilk növbədə, tarixə müraciət edək. 

     XIX  əsrin  sonlarında  psixologiyada  hakim  sayılan  subyektiv  metodlar  fərdi  müşahidələrə 

əsaslanan  obyektiv  metodlarla  əvəz  olunmağa  başlayır.  Bu  halda  nə  eksperimentatorun  şəxsi 

təəssüratı,  nə  də  sınanılanın  özü  haqda  hesabatı  nəzərə  alınmır,  yalnız  sonuncunun  obyektiv 

məlumatları  əsas hesab  edilir. Buna  görə də, qeyd olunur ki,  psixologiyanın  predmeti  təfəkkür 

yox, davranış olmalıdır. Əvvəllər belə hesab edilirdi ki, insanlar malik olduqları təfəkkürü ifadə 

edirlər. Əgər onu çağırarlarsa, o, səsə dönər, əgər maneəyə rast gələrlərdə, onu dəf edərlər. 

      Biheviorizmin  təşəkkül  tapmasında  Amerika  psixoloqu  Edvard  Torndayk  və  rus  fizioloqu 

İvan  Petroviş  Pavlovun  adları  dayanır.  Taleyin  hökmü  ilə  onlar  özlərini  heç  vaxt  biheviorist 

adlandırmamışlar.  Torndayk  (1874-1949)  öz  eksperimentlərində  “problemli  yeşik”dənistifadə 

etmişdir.  Təcrübə  zamanı  heyvanlar  cölə  çıxıb  yemək  götürmək  üçün  xüsusi  düyməni  basmalı 

idilər.  Əvvəlcə  heyvanlar  çoxlu  nizamsız  hərəkətlər  edərək,  müxtəlif  istiqamərdə  qaçmağa 

başladılar,  o  vaxta  qədər  ki,  onlardan  birinin  cəhdi  uğurlu  nəticələndi.  Bundan  sonra  xaotik 

hərəkətlərin sayı azaldı, davranış isə müəyyən məqsədə yönəldilən xarakter şəklini aldı. “Cəhd, 

səhv  və  təsadüfi  uğur”  prinsipi  situasiyanın  dəyişməsilə  yeni  növ  davranış  formasının 

mümkünlüyünü  göstərdi.  Torndaykın  “vəziyyət-reaksiya”  layihəsi  aşağıdakı  əlamətlərlə 

xarakterizə olunurdu: 

1)

 

problemli vəziyyətin mövcudluğu

2)

 

Orqanizmin bütünlükdə ona qarşı durması; 

3)

 

Seçim axtarışında aktiv hərəkət; 

4)

 

Tapşırıq yolu ilə təlim. 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin