Fənn: Klinik psixologiya


Koqnitiv prosesi izah edən sxem



Yüklə 361,88 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix29.12.2016
ölçüsü361,88 Kb.
#3816
1   ...   22   23   24   25   26   27   28   29   ...   32
                      Koqnitiv prosesi izah edən sxem 

 

 

 



 

 

 



   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



      İndi isə verilən sxemin üzərində həm psixiatriya və ümumtibbi təcrübədə, eləcə də gündəlik 

həyatda  rast  gəlinən,  ən  geniş  yayılmış  iki  pozuntunu  –  depressiya  və  həyəcanı  araşdırmağa 

çalışacağıq.  Belə  bir  hadisəni  nəzərdən  keçirək:  oğlan  sevdiyi  qızın  telefon  zəngini  gözləyir, 

lakin bu baş vermir (xarici stimul). Bu zaman oğlanın yaddaşında əvvəlki uğursuzluqlarla bağlı 

xoşagəlməz  xatirələr  canlanır  (koqnitiv  quruluş),  bu  da  “mənim  sevimli  olmağım  üçün  kifayət 

    Daxili və xarici srimullar 

           Koqnitiv quruluş 

  Yaxın və uzaq keçmişin xatırlanması 

         Koqnitiv məzmun 

Birincisi, adaptiv və qeyri-adaptiv idrak 

sxemləridir ki, buraya fərdin özü haqqında 

şərtsiz və əməli cəhətdən dəyişməyən 

təsəvvürləri daxildir. Ikincisi şərti və mümkün 

dəyişikliklərə yol verən sxemlərdir. 

 

     İnterpretasiya (izah) prosesi 



  Baş verən hadisələri mövcud olan sxemlərdə 

əlaqələndirir. Çox vaxt tipik məntiqi səhvləri 

də buraya daxil edir (bax:yuxarı)

 

       Koqnitiv nəticə (hasilat) 



              Özünə münasibət; 

            Əhatə dairəsinə münasibət

           Gələcəyə ümid (gözləmələr) 

 

 



       Əhvali-ruhiyyə 

            (ovqat) 

 

 

 



 

        Sosial davranış 

 



15 

 

qədər keyfiyyətlərim yoxdur” məzmunlu birinci idrak sxemi ilə və “əgər səni sevmirlərsə, həyat 



mənasızdır”  məzmunlu  ikinci  sxemlə  bağlıdır.  Bu  sxemləri  hazırda  baş  verən  hadisələrlə 

əlaqələndirərkən  cavan  oğlan  tipik  məntiqi  səhvlərə  yol  verir.  Beləliklə,  o,  özünə  qarşı 

münasibətdə (“mən heç bir əhəmiyyəti olmayan adamam”), ətrafına qarşı münasibətdə (“o, məni 

heç  vaxt  sevməyib”,  “məni  heç  nə  sevindirmir”)  və  gələcəyə  münasibətdə  (“mən  heç  vaxt 

xoşbəxt  olmayacağam”)  mənfi  nəticəyə  gəlir.  Bunların  hamısı  insanı  ruh  düşkünlüyünə  düçar 

edir. O, heç bir işlə məşğul olmaq istəmir, tanışlardan qaçır və sosial mühitdən təcrid olunmağa 

can atır. 

   Başqa bir misal – bir nəfər vacib səfərə çıxmalıdır. Lakin onun yaddaşında əvvəlki səfərlə bağlı 

xoşagəlməz təəssüratlar saxlanmışdır. Bu təəssüratlar öz növbəsində zəif uyğunlaşma xarakterli 

olan “yad (qərib) yerdə mən köməksiz oluram” adlı idrak sxeminin fəallaşmasında iştirak edir. 

Sonra  verilmiş  sxemi  indiki  səfərə  tətbiq  edən  inteqrasiya  prosesi  baş  verir.  Beləliklə,  həmin 

adam  “mən  heç  yerə  getməyə  hazır  deyiləm”  (özünə  qarşı  münasibət),  “məni  tamamilə  yad 

insanlar  əhatə  edəcək”  (ətraf  mühitə  münasibət),  “səfərin  nəticələri  haqqında  heç  nə  demək 

mümkün  deyil,  hər  şey  çox  pis  qurtara  bilər”    (gələcəyə  ümidsizlik)  kimi  nəticələrə  gəlir.  Bu 

fikirlər  onu  təşvişə  salır  və  çaşqınlığa  səbəb  olur.  Bütün  bunlar  insanın  davranışında  hərəki 

nigarançılıq şəklində özünü göstərir və o, səfərin başlayacağı vaxtı uzaqlaşdırmağa (və ya təxirə 

salmağa) çalışır. 

  Davranış,  əhval-ruhiyyə  və  koqnitiv  nəticə  arasındakı  əks  əlaqənin  olduğunu  göstərən  oxlara 

diqqət  yetirmək  istərdik.  Bu  komponentlər  həmişə  bir-birini  möhkəmləndirir  və  koqnitiv 

prosesin digər komponentləri ilə qapalı dövrə əmələ gətirir. Bunlar koqnitiv sxemin saxlanılması 

və müəyyən şəraitdə yenidən canlanacağını göstərir. 

             Koqnitiv-bihevioterapiya (KBT) 

    Son  illərdə  koqnitiv  –  bihevioterapiya,  psixoterapiyanın  müasir  metodları  arasında  önəmli 

yerlərdən  birini  tutur.  Bu,  onunla  əlaqədardır  ki,  psixoterapevtik  təsirin  digər  üsulları 

iləmüqayisədə  KBT  bir  sıra  üstünlüklərə  malikdir.  İlk  növbədə,  bu  üsulun  universal  xarakter 

daşımasını, yəni nəinki zəif həyəcanlı pozuntularda, eləcə də ağır davranış pozuntularında, hətta 

sizofreniyada istifadə edildiyini qeyd etmək lazımdır. Bundan başqa  KBT-nın dəqiq məqsədi və 

konkret (digər terapiya formalarına nisbətən çox qısa) müddəti vardır. Həmçinin psixoterapevtin 

şəxsi  keyfiyyətləri  burada  başlıca  rol  oynamır.  Bu  üsul  psixoterapiyanın  digər  formaları  və 

dərman  terapiyası  ilə  yaxşı  uyğunlaşır.  Nəhayət,  KBT-də  istifadə  olunan  terapevtik  üsulların 

geniş  imkanları  pasiyentin  ətraf  mühitə  olan  münasibətinə  hərtərəfli  təsir  göstərməyə  şərait 

yaradır. 

      KBT Levinson, Volpe Ayzenk tərəfindən işlənmiş bihevio-terapevtik üsulların, Bek, Elis və 

Mihenbaum  tərəfindən  təklif  olunmuş  koqnitiv  terapiyanın  üsulları  ilə  uyğunlaşdırılıb 

işlənməsinə əsaslanır. Bu terapiya formasının hər ikisi sərbəst istifadə oluna bilər, lakin onlardan 

daha çox kompleks şəkildə istifadə olunur. Davranış pozuntularının üstünlük təşkil etdiyi nəzərə 

çarparkən,  bihevioterapiyanın  üsulları  əsas  götürülür,  koqnitiv  terapiya  isə  tamamlayıcı  vasitə 

kimi  istifadə  olunur.  Təfəkkür  prosesində  baş  verən  pozuntuların  və  emosional  pozuntuların 




16 

 

dominantlıq  təşkil  etdiyi  hallarda  isə  koqnitiv  terapiya  əsas,  bihevioterapiya  isə  köməkçi  rol 



oynayır. 

        Bihevioterapiya əməliyyatları 

    Proqressiv  relaksasiya  texnikası.  Qeyd  olunduğu  kimi  həyəcan  relaksasiyasının 

formalaşmasında əzələ gərginliyi və vegetativ pozuntular mühüm əhəmiyyətə malikdir. Ona görə 

də, skelet əzələlərinin tonusunun enməsinə və tənəffüsün rənziminə yönəlmiş xüsusi məşqlərdən 

istifadə  həyəcanın  zəifləməsinə  kömək  edir.  Əməliyyat  əzələlərin  boşalmasını  təmin  edən 

məşqlərin  müntəzəm  olaraq  yerinə  yetirilməsi  ilə  başlayır,  sonra  o,  stress  halının  qarşısının 

alınmasına  yönəldilir.  Bu  üsuldan  yuxsuzluğun  müalicəsində,  psixosomatik  pozuntularda 

(məsələn,  hipertoniyanın  başlanğıc  mərhələlərində)  və  digər  funksional  pozuntulardan  istifadə 

olunur. 


     Ekspozisiya  texnikası  allerqologiyada  istifadə  olunan  desensibilizasiya  prinsiplərinə 

əsaslanır. Əvvəlcə, qorxu hissi yaradan müxtəlif hadisələr araşdırılır və onların törətdiyi affektin 

şiddətlənmə ardıcıllığı siyahısı tərtib edilir. Sonra, tədricən bir qədər  yüngül hadisələrdən daha 

ağır  hadisələrə  doğru  ya  reallıqda,  ya  da  hadisələri  təsəvvür  etməklə  pasiyent  öz    vəziyyətini 

idarə  etməyi  öyrənir.  Məsələn,  metro  ilə  hərəkət  etməkdən  qorxan  adam  birinci  eskalatordan 

düşməyi öyrənir, sonra qısa məsafəyə yerdəyişmə edir, daha sonra isə axırıncı dayanacağa qədər 

gedir.  Ekspozisiyanın  alternativ  üsulları  da  vardır:”yükləndirmə”  üsulu  qorxu  reaksiyası 

zəifləyənə qədər psixi travma törədən hadisə dəfələrlə təkrarlanır və “daxili partlayış” baş verən 

mərhələyə çatdırılır. 

    Siqnal  texnikası  şərti  refleks  yaratmaq  üçün  təyin  edilir.  Məsələn,  enurezi  olan  xəstələrdə 

zənglə  bağlı  olan  xüsusi  ötürücüdən  istifadə  olunur.  Sidik  iifrazı  zamanı  zəng  çalınır  və  xəstə  

oyanır.  Bir  müddətdən  sonra  onda  klassik  şərti  refleks  yaranır.  Beləliklə,  xəstə  sidik  ifrazına 

çağırış olarkən artıq zəngsiz oyanır və ya sidik xaric etmədən sakit yaranır. 


Yüklə 361,88 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin