European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
və siqaret kötüyü meşə yanğınına səbəb 
olur. Bununla əlaqədar insanlarda meşəyə 
qayğıkeş münasibətin tərbiyə edilməsi, yanğın 
təhlükəsizliyi qaydalarının təbliğ edilməsi bu 
sahədə yanğınlara qarşı profilaktik tədbirlərin 
əsas hissəsidir.
Təbii meşə yanğını təhlükəsi təbii mənbə-
lərdən yaranır. Bu daha çox meşəçilərdən 
asılıdır. Yanğın əleyhinə meşə quruluşu işləri 
və xüsusi tədbirlər vasitəsilə yanğın təhlükəsini 
azaldır, yanğının yayılmasının qarşısını alır, 
insan qüvvəsinə və vəsaitə qənaət edir. 
Yanğın əleyhinə meşə quruluşunun əsas 
elementlərindən biri yanğın əleyhinə sədlərdir: 
minerallaşdırılmış zolaqlar, xəndəklər və 
s. Bunların əsas vəzifəsi yanğının qarşısını 
almaqdır. Aşağıdan yerüstü yanma zamanı 
minerallaşmış zolaqlar, yuxarıdan (çətirdən) 
yanma zamanı sədlər, xəndəklər daha effektiv 
tədbirlər hesab olunur. Qoruyucu zolaqların 
eni zolağın digər hissəsində olan alışa bilən 
materialların yanmasının qarşısını almalıdır.
Qeyd etmək lazımdır ki, yanğın əleyhinə 
çəkilən sədlər meşə yanğınının söndürülməsinə 
yardım edir, lakin onu əvəz etmir. Buna görə 
də yanğın əleyhinə sədlər sistemi, konkret 
ərazidə dayaq zolaqları şəbəkəsi kimi nəzərdən 
keçirilməlidir.
Meşə yanğınlarına qarşı profilaktika 
tədbirləri əsas etibarı ilə əhali arasında 
marifləndirmə işləri və təşkilatı-texniki tədbirlər 
kompleksi vasitəsilə həyata keçirilir. Aydındır 
ki, iqtisadi və ekoloji nöqteyi-nəzərdən meşə 
yanğınlarının qabaqcadan qarşısının alınması 
alovun söndürülməsinə və nəticələrinin aradan 
qaldırılmasına nisbətən daha önəmlidir.
Əhalinin iştirakı ilə yanğın əleyhinə 
mübarizə tədbirlərinin və meşə yanğınlarının 
profilaktikası tədbirlərinin əsas tərkib hissələri 
aşağıdakılardır:
•  vətəndaş  məsuliyyətinin  və  ekoloji
mədəniyyətin tərbiyə edilməsi;
•  meşədə düzgün davranış qaydalarına və
yanğın təhlükəsizliyə riayət edilməsi;
•  müntəzəm  yanğın  əleyhinə  təbliğat
işlərinin aparılması, ictimaiyyətin meşə-
lərin qorunmasında iştirakı;
•  könüllü yanğından mühafizə dəstələrinin
yaradılması və bu dəstələrin meşələrin 
yanğından qorunmasında iştirakı;
•  meşələrin mühafizəsinə ictimai nəzarət.
Meşə yanğınlarının profilaktikası meşə 
yanğınları ilə mübarizə sisteminin xüsusi 
yanaşmalar, üsullar və maddi-texniki vəsait 
tələb edən tərkib hissəsidir. Bu tədbirlərin 
həyata keçirilməsində Fövqəladə Hallar 
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 
Kənd Təsərrüfatı Nazirliyi, ictimai təşkilatlar 
və s. yaxından iştirak edirlər. Bütün bu işlər 
fasiləsiz və məqsədyönlü olmaqla əhalinin 
müxtəlif yaş kateqoriyaları və sosial statusu 
nəzərə alınmaqla il boyu aparılır.
Meşə yanğınlarının profilaktik tədbirləri:
•  meşələrin  yanğından  mühafizəsi  sis-
teminin mühüm tərkib hissəsi olub 
əhali arasında məqsədyönlü işlərin 
aparılmasında dövlət orqanlarının və 
xüsusi meşə yanğınlarından mühafizə 
dəstələrinin fəaliyyətinə əsaslanır;
•  elmi cəhətdən əsaslandırılaraq, sistemli
surətdə əhalinin müxtəlif yaşlı, sosial 
səviyyəli və kateqoriyalı qruplarına 
yönəldilir;
•  il boyu müntəzəm və fasiləsiz olaraq 
təbliğatın bütün növlərinin tətbiqi, infor-
masiya və psixoloji təsir vasitələri ilə 
əhalini fərdi və kütləvi qaydada meşə 
yanğınlarının qarşısının alınmasında və 
ləğv olunmasında fəal iştiraka təşviq edir;
•  ictimaiyyətin iştirakı və KİV-nin bütün 
növləri vasitəsilə dövlət və qeyri-
hökumət təşkilatlarının birgə əməkdaşlığı 
ilə həyata keçirilir;
•  xüsusi təlim keçmiş və təcrübəli mütə-
xəssislər tərəfindən yerinə yetirilir.

48
Əhalinin sosial qruplarının meşə yanğınlarına münasibəti
İnsanlar hələ qədim dövrlərdən meşənin 
əhəmiyyətini dərk edərək, onu yanğından 
qorumağa səy göstərmişlər. Lakin çox vaxt 
əhali yalnız yaşadığı ərazidəki meşələr barədə 
düşünərək qlobal miqyasda onun taleyi ilə 
maraqlanmamışdır. Yalnız son dövrlərdə meşə-
lərin iqlim tənzimləyici, mühit yaradıcı, su 
və torpaqqoruyucu əhəmiyyətinin dərindən 
dərk edilməsi bəşəriyyətin meşələrə diqqətini 
artırmışdır. Bu anlayış yeni dünyagörüşünün 
formalaşmasına, şüurun ekolojiləşdirilməsinə 
imkan yaradır.
Planetin yaşıl örtüyü olan meşələrin antro-
pogen amillərin təsiri altında zərər çəkməsi 
bütün biosferə təsir edir. Antropogen mənşəli 
meşə yanğınlarının əsas səbəbi qəsdən və ya 
təsadüfi yandırma hallarıdır. Təbiətə qarşı belə 
aqressiv hərəkətlərin səbəblərini araşdırmaqla 
əhalinin ekoloji maarifləndirilməsinin əsas 
istiqamətlərini müəyyən etmək olar.
İnsan cəmiyyətinin formalaşdığı ilk gün lər-
dən oda münasibət dəyişməz olaraq qalmışdır. 
Odu əldə edən insan soyuqdan qorunmaqla 
yanaşı, özünü düşmənlərdən müdafiə etməyə, 
ova çıxmağa imkan tapmışdır. Oda hakim olmaq 
ibtidai insanlara həyat uğrunda mübarizədə bir 
çox üstünlüklər vermişdir. Eyni zamanda bu 
güclü silah insanları aqressiv hərəkətlərə də 
vadar etmişdir.
Yəqin ki, bəzi yeniyetmələrin məqsədsiz 
olaraq otu yandırması sadəcə, onların öz şəxsi 
üstünlüklərini nümayiş etdirmək istəyindən irəli 
gəlir. Məhz belə məqsədsiz yanğınlar meşələrə 
həddindən artıq zərər vurur. Çünki qəsdən 
yandırma halları çox vaxt təhlükəli sahələrdə 
baş verir. Meşədə tonqal yalnız qida hazırlamaq 
üçün deyil, həm də müvəqqəti sığınacaq yerini 
isitmək üçün qalanır. Qaçaqmalçılıqla məşğul 
olan insanların oduncaq ehtiyatlarından istifadə 
edərək kömür hazırlamaq məqsədilə qəsdən 
ağacları yandırması düşünülməmiş addım 
olaraq cinayətkarlıq kimi qiymətləndirilir. Bu 
qanunsuz hərəkətlər təbiətə qarşı düşmənçilik 
hisslərini artırır.
Çox vaxt insanlar sosial mühitin neqativ 
təsiri altında ətraf mühitə laqeyd münasibət 
bəsləyir. Bir çoxları məsuliyyətdən yayınaraq 
şahid olduqları ekoloji pozuntunun qarşısını 
almaq əvəzinə, problemin həllini əlaqədar 
dövlət qurumlarının üzərinə atırlar. Digər 
tərəfdən cəmiyyətdə bəzi halarda kriminal 
hadisələrə meyillilik, zorakılıq və cinayətkarlıq 
hadisələri insanları neqativ hallar barədə 
düşündürməklə, onların ümidsizliyə qapılma-
sına səbəb olur. Bütün hadisələrin təsadüfən 
baş verdiyini ehtimal edənlər də az deyildir. 
Problemin həllində “bəlkə ötüb keçər” 
deməkl 
ə hadisələri öz axarına buraxmaqla 
bəzən çox ciddi səhvlərə yol verilir.
Bəzi insanlar meşəni tükənməz sərvətlər 
mənbəyi hesab edərək, meşələrin qırılmasına 
və yaxud meşə yanğınlarına bir o qədər də 
əhəmiyyət vermirlər. Təbiətdən uzaqlaşdıqca bu 
insanlar getdikcə biganələşir, meşə ehtiyatlarının 
bərpa olunmasının qayğısına qalmırlar. Təbiətə 
istehlakçi və amansız münasibət qırılmış meşə 
sahələrinin, qurudulmuş bataqlıqların, yanmış 
meşəliklərin sayının artmasına səbəb olur. 
Yalnız öz təhlükəsizliyini düşünən belə insanların 
laqeyd münasibətini aradan qaldırmaq üçün 
meşə yanğınlarının insan həyatı və sağlamlığı 
üçün fövqəladə dərəcədə təhlükəli olmasını 
təbliğ etmək vacibdir.
Bəzi hallarda insanlarda belə bir fikir 
formalaşır ki, ekoloji problemlər həddindən 
artıq çoxdur və bu problemlərə vaxt ayırmağa 
dəyməz. Burada qorxu hissi və laqeydlik də 
öz təsirini göstərir. İnsanlar gərginlikdən, 
narazılıq və xoşagəlməz hallardan yan keçərək 
problemlərin həllinə qatılmaq istəmirlər. Buna 
görə də böhran vəziyyətlərində müəyyən 
səriştəyə və bacarığa malik olmayan insanlar 
fəaliyyətsiz qalırlar.

49
Bir sıra sosial amillər də problemin 
dərinləşməsinə səbəb olur. Çox vaxt meşəyə 
istirahətə gələn insanlar zərərli vərdişlərindən 
əl çəkməyərək spirtli içkilərdən və siqaretdən 
istifadə edirlər. Bu vəziyyətdə insanlar odla 
ehtiyatsız davrandıqda yanğın hadisəsinə yol 
verilir. Ərazidə yaşayan əhalinin az təminatlı 
təbəqələri də, xüsusən uşaqların adi dəcəlliyə 
görə yanğın hadisəsi törətməsi ehtimalı çox 
yüksəkdir. Gənclərin meşədə gəzinti zamanı 
nəzarətsiz qalması nəticəsində dağıdıcı hərəkət-
lərə meyilliliyin artması da risk amillərinə aiddir.
Bütün bu amillərin qarşısını almaq üçün 
müasir qloballaşan dünyada ekoloji hərəkatın 
genişlənməsi, ekoloji biliklərin və mədəniyyətin 
sürətlə yayılması da diqqəti cəlb edir. XX 
əsrin ortalarında yaradılmış və ətraf mühitin 
müdafiəsinə yönəldilmiş müxtəlif hərəkatlar 
cəmiyyətdə laqeydliliyi dəf edərək birgə 
səylərlə ekoloji problemlərdən çıxış yollarını 
arayır. Təbiətin mühafizəsi sahəsində fəaliyyət 
göstərən insanlar canlı orqanizmlərin bir-
biri ilə və ətraf mühitlə qarşıllıqlı əlaqəsini 
öyrənməklə Yer üzərində həyatın - canlı və 
cansız aləmin vəhdəti olduğunu təbliğ edirlər. 
Buna görə də sənayeləşmənin biosferə neqativ 
təsirinin aradan qaldırılması, təbiətin yalnız 
insana xidmət üçün yaranmadığı barədə 
anlayışın formalaşması problemlərin qarşısını 
almağa yardlım edir. 1990-cı illərdə insana və 
onun fəaliyyətinə münasibətdə sərt mövqedə 
duran radikal cərəyanlar öz növbəsini sosial 
ekologiyaya verdi. Sosial ekologiya cəmiyyətin 
davamlı inkişafı mövqeyindən çıxış edərək 
insanların təbii obyektlərlə harmonik birgə 
yaşayışı ideyasına istinad edir.
Bir sıra təbiəti mühafizə təşkilatlarının 
fəaliyyəti nəticəsində və BMT-nin Baş 
Assambleya sının qərarı ilkə 1992-ci ildə Rio-
de Janeyro şəhərində keçirilən ətraf mühit 
və inkişaf üzrə beynəlxalq konfransda qəbul 
olunmuş Davamlı İnkişaf Konsepsiyası yeni 
dünya nəzəriyyəsidir. Yeni strategiyanın əsas 
qayəsi bəşəriyyətin kəmiyyətcə artımından 
keyfiyyətli inkişafa keçiddir. Yeni konsepsiya 
üzrə təbiətə münasibətin köklü dəyişməsi, 
o cümlədən, meşələrə və digər obyektlərə 
etinasızlığın aradan qaldırılması nəticəsində 
meşələrin kortəbii istifadəsinin də qarşısını 
almaq məqsədilə dünya ölkələrində mühüm 
tədbirlər həyata keçirilir. 
Əhalinin müxtəlif təbəqələri məşğuliyyət 
növünə, sosial durumuna, həyat tərzinə, 
cəmiyyətdə mövqeyinə görə fərqlənir. Bu 
sosial fərqlər insanların meşə yanğınlarına 
münasibətini təyin edir. Müxtəlif sosial qruplar 
meşələrin qorunmasında müxtəlif səviyyədə 
iştirak etməyə hazırdır. Ayrı-ayrı yaşayış 
məntəqələrində bu qrupların maraq və fəallığı 
eyni cür deyildir. Buna görə də bu sahədə 
fəaliyyəti əhalinin tərkibinə əsaslanaraq qurmaq 
lazımdır. Bu məqsədlə insanların münasibətini 
öyrənmək üçün anket sorğusu, müşahidələr və 
s. aparılır.
Bir sıra xarici ölkələrdə sosial-demoqrafik 
təhlil göstərir ki, insanlar daha çox yay aylarında 
meşə məhsullarını (göbələklər, giləmeyvələr, 
dərman bitkilərini) toplamaq üçün meşədə 
olurlar. Bundan sonra istirahət, balıqçılıq, 
təsərrüfat işləri və ovçuluq məqsədləri sada-
lanır. Əsasən, 20 yaşdan yuxarı gənclər meşəyə 
istirahət (turizm, gəzinti), nisbətən yaşlı sakinlər 
meşə məhsullarını toplamaq üçün gedirlər. Bəzi 
tədqiqatlar göstərir ki, meşədə kişilər daha 
çox, ayda 21 saat, qadınlar isə ayda 5 saat vaxt 
keçirirlər. Meşədə olan insanların əksəriyyəti 
siqaret çəkir və alışqan gəzdirir. Meşə ətrafı 
kəndlərin əhalisi il boyu meşə məhsullarından 
müxtəlif məqsədlərlə istifadə edirlər.
Əhalinin sosial qruplarına daxil olan 
təqaüdçülər, evdar qadınlar, məktəblilər və 
tələbələr meşələrin ictimaiyyət tərəfindən 
idarə edilməsində fəallıq göstərə bilərlər. Kənd 
sakinləri kütləvi informasiya vasitələrindən 
aldıqları məlumatlara digər qruplardan olan 
qonşuları və qohumları ilə bölüşməklə yanğın 
əleyhinə təbliğatda geniş surətdə iştirak edə 
bilərlər. Yerli əhali qədimdən bəri ənənəvi olaraq 
meşə ilə sıx əlaqədə yaşadığına görə müəyyən 
qaydalar üzrə qəbul edilmiş davranış tərzinə 

50
riayət edir. Meşənin yanğından qorunması 
əhalinin sosial tələbatının ödənilməsi və 
yaşayış üçün zəruri ehtiyatlarla təmin olunması 
baxımından həyati zərurətə çevrilmişdir.
Müxtəlif qruplardan olan insanlar arasında 
ixtisaslı şəxslər: meşə təsərrüfatı işçiləri, 
geoloqlar, xəritəçəkənlər, müxtəlif dövlət 
təşkilatlarının qulluqçuları xüsusilə seçilir. 
Bu qrupdan olan insanlar meşələrdə yanğın 
əleyhinə profilaktik tədbirlərin keçirilməsində 
iştirak edir. Bu qrupa aid edilən elmi işçilər: 
meşəşünaslar, bioloqlar, ekoloqlar meşədə 
müxtəlif tədqiqatlar aparırlar. Bu insanlar 
mühazirəçi, müəllim və təbliğatçı kimi meşə 
yanğınları barədə bilikləri təbliğ edə bilərlər. 
Təhsil alan gənclər - ali məktəb, kollec, orta 
ixtisas təhsili müəssisələrinin tələbələri, xüsusilə 
biologiya, coğrafiya, geologiya ixtisasına yiyə-
lənənlər meşə yanğınlarının qarşısının alınması 
üçün lazımi biliklərin əsas təbliğatçıları kimi 
iştirak edə bilərlər. Belə ki, könüllü ekoloji 
dəstələr, birliklər və s. yaratmaqla bu işdə 
yaxından kömək edə bilərlər. Bu fəaliyyət 
gənclərdə ekoloji məsuliyyətin və mədəniyyətin 
formalaşmasına kömək edir.
Məktəblilər ilkin ekoloji biliklərə yiyə-
lənərək meşələrin davamlı istifadəsi və 
mühafizəsi sahəsində bacarıq və vərdişlər əldə 
edirlər. Təlim-tərbiyə prosesində məktəblilərin 
yaş xüsusiyyətləri nəzərə alınır. İbtidai sinif 
şagirdləri gəzinti zamanı ətraf mühit və canlı 
aləm haqqında ilk anlayışları mənimsəyirlər. 
Meşədə keçirilən ekoloji oyunlar uşaqların fəal 
surətdə yeni biliklərə yiyələn məsinə kömək 
edir.
 V-VII sinif şagirdləri təbiəti öyrənməyə 
böyük maraq və həvəsləri ilə fərqlənirlər. Bu 
yaşda məktəblilər böyük həvəslə canlılara qayğı 
məhəbbət göstərir, öyrəndikləri ekoloji 
vərdişləri gələcək ixtisasından asılı olmayaraq 
həyatı boyu saxlayırlar.
VIII-XI sinif şagirdləri təbiət-cəmiyyət 
əlaqələri ilə daha dərindən maraqlanaraq, 
cəmiyyətdə gələcək müstəqil həyata hazırlaşır 
və ekoloji biliklərə fəal yiyələnirlər. Bu yaşda 
məktəblilərlə ekoloji tədqiqatların, moni-
torinqin keçirilməsi onlarda meşə ehtiyat larına 
məsuliyyətli və qayğıkeş müna sibətin tərbiyə 
edilməsinə imkan yaradır. Yeniyetmələrdə 
özünə nəzarət və intizam bir qədər zəif olsa 
da, meşədə yanğın hadisəsi aşkar etdikdə 
məktəblilər dərhal tədbir görməyə çalışıb 
fəallıq göstərirlər.
Ekoloji dərnəklərə, “Ekoloji patrul”, 
“Gənc meşəçilər”, “Gənc xilasedicilər” 
dəstə 
lərinə və digər könüllü birliklərə üzv 
olan şagirdlər meşələrin yanğından mü-
hafizə 
si tədbirlərindəndə həvəslə iştirak 
edirlər. Xüsusilə, “Gənc meşəçilər”, “Gənc 
xilasedicilər” dəstələri həmyaşıdları və kənd 
əhalisi arasında ekoloji məlumatlandırma və 
təbliğat işləri aparmaqla mühüm tədbirlər 
həyata keçirə bilərlər.
Meşələrin qorunmasında iştirak edən 
ekoloji profilli qeyri-hökumət təşkilatlarının 
üzvləri əhalinin meşə mühafizəsi xidməti ilə 
yaxından əməkdaşlıq etməsində əhəmiyyətli 
rol oynayır və aşağıdakı qruplardan ibarətdir:
•  təşəbbüs qrupları;
•  rəsmi qeydiyyatdan keçmiş ictimai təş-
kilat lar;
•  kifayət  qədər  məlumatlı  milli  və
beynəlxalq QHT-lərin bölmələri.
Meşəyə ən çox səfər edən əhali qrupu 
istirahətə gələn şəhər sakinləridir. Bu qrupdan 
olan insanlar meşə örtüyünə və meşə mühitinə 
daha çox ziyan vururlar. Lakin onlar, ümumilikdə, 
meşələrin qorunmasında maraqlıdırlar və 
mühafizə tədbirlərində iştirak edə bilərlər. 
Həvəs kar balıqçılar, ovçular, ekoturizm səya-

51
hət 
çiləri meşənin ən keçilməz yerlərinə 
belə daxil olmağa can atırlar. Ehtiyatsızlıq 
nəticəsində söndürülməmiş siqaret kötükləri, 
tonqallar, külək vasitəsilə ətrafa yayılan közlər 
meşə fondu üçün əsas təhlükə mənbələridir. 
Meşə yanğınlarının baş verməsi ehtimalı həmin 
insanların ekoloji savadından və məsuliyyət 
səviyyəsindən asılıdır.
Meşəətrafı kəndlərin əhalisi meşələrin 
yanğından mühafizə olunmasına xüsusi qayğı ilə 
yanaşırlar. Meşə bərpası və mühafizə müəsisə-
lərinin əməkdaşları, meşəbəyilər geniş ərazidə 
baş verən yanğın hadisələrini aşkar etməkdə və 
qarşısının alınmasında çox vaxt yerli əhalinin 
köməyindən istifadə edirlər. Bu qrupdan 
olan potensial iştirakçılar könüllü mühafizə 
tədbirlərində fəal iştirak edirlər.
Bir çox sahibkarlar meşədə istirahət 
zonaları yaratmaqla, ticarət və digər xidmətlər 
vasitəsilə meşə fondundan istifadə edirlər. 
Onlar böyük işgüzarlıqla müasir nəqliyyat 
növlərindən, rabitə xidmətindən istifadə 
etməklə öz fəaliyyətlərini müasir tələblərə 
uyğun olaraq qurmağa çalışırlar. Bu qrupa daxil 
olan iş adamları meşələrin idarə edilməsində 
ictimai əsaslarla iştirak edərək, o cümlədən 
meşə yanğınlarından mühafizədə işlərində də 
fəallıq göstərirlər.
Beləliklə, meşədə olan insanları iki böyük 
qrupda birləşdirmək olar:
•  meşədə istehalat fəaliyyətində olanlar;
•  meşədən  qeyri-istehsal  məqsədilə
istifadə edənlər.
Birinci qrupa sahibkarlar, qulluqçular, meşə 
işçiləri, ekoloji təşkilatların nümayəndələri 
daxildir. Bu insanlar meşə haqqında və 
meşədəki davranış qaydaları barədə müəyyən 
biliklərə malik olsalar da, hər il təhlükəsizlik 
qaydaları barədə təlimatlandırılmalıdır. Meşə 
işçiləri yanğından mühafizə işlərini təşkil edən 
əsas qüvvədir.
İkinci qrupa meşəyə müxtəlif məqsədlərlə 
gələn təqaüdçülər, işsizlər, evdar qadınlar və 
digər sosial təbəqələr aiddir. Bu qrupa daxil 
olanların meşədə yanğın təhlükəsizliyi qaydaları 
ilə tanışlığı müxtəlif səviyyədədir. Bu qrupdan 
olan insanlar bilərəkdən və ya təsadüfən bu 
qaydaları pozmaqla meşə üçün böyük təhlükə 
yaradırlar. Yanğın təhlükəsizliyi qaydaları barədə 
kifayət qədər məlumatı olmayan insanlar 
yanğının baş verməsinə səbəb ola biləcək 
hərəkətlərə yol verirlər. Bu qruplar arasında 
təlimatlandırma işlərinin aparılması xüsusilə 
vacibdir.
Müxtəlif qruplardan olan insanların meşə-
lərin davamlı idarə edilməsinə cəlb olunması 
bəzən ziddiyyətli vəziyyətin yaranmasına səbəb 
olur. Müxtəlif məqsəd daşıyan maraqların 
toqquşması gərgin vəziyyətə səbəb ola 
bilər. Bəzi qruplar meşələrin davamlılığının 
saxlanılmasında maraqlı olsalar da, digər qruplar 
şəxsi mənafeyini düşünərək daha çox gəlir əldə 
etmək naminə meşə ehtiyatlarından istifadə 
edərkən yanğın təhlükəsizliyi qaydalarına ikinci 
dərəcəli bir iş kimi baxırlar. Bu ziddiyyətlər 
əhalinin meşə problemlərinə münasibətində 
özünü biruzə verir. Müxtəlif sosial qruplar 
arasında ziddiyyətlərin aradan qaldırılması 
əhalinin meşələrin davamlı idarə edilməsində 
fəal iştirakına şərait yaradır. 
Yaranmış qruplar və onlar arasında qarşılıqlı 
əlaqələr, birgə iş imkanları insanların vətəndaş 
cəmiyyətində iştirakına imkan verir. Müxtəlif 
təşkilatlara və qruplara üzv olmaqla ümumi 
qəbul edilmiş qaydalar, normalar və tədbirlər 
üzrə birgə razılıq əldə edilir. Sosial normalar 
və dəyərlər insan qruplarının və qarşılıqlı 
əlaqələrinin dayaq nöqtəsi olub, öz növbəsində 
bu norma və dəyərləri həyata keçirir.
Beləliklə, əhalinin müxtəlif sosial qrupları 
meşə yanğınlarından mühafizədə həlledici rol 
oynayır. Bu baxımdan meşəçilər, mütəxəssislər, 
məktəblilər, tələbələr, müəllimlər və elmi 
işçilər maarifləndirmə işlərində daha fəal iştirak 
edə bilərlər. Yanğından mühafizə işlərində 
dövlət idarəetmə orqanlarının, sahibkarların və 
fermerlərin dəstəyinə böyük tələbat vardır.
Bütün insanlar meşəni sevir və asudə 
vaxtlarını təbiətin qoynunda keçirməyə 
can atırlar. Lakin hər an meşə yanğınları 

52
ilə qarşılaşmaq ehtimalı yarana bilər. Bu 
təhlükədən uzaq olmaq üçün müəyyən 
təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.
Avtomobil sürücüsü üçün yaddaş. 
Meşəyə 
istirahətə gələn avtomobil və avtobus sürücüləri 
bilməlidirlər ki, nəqliyyatın nasaz vəziyyətdə 
olması meşə yanğını törədə bilər. Meşədə yanğın 
hadisəsinin qarşısını almaq üçün səfərdən əvvəl 
hər bir sürücü nəqliyyat vasitəsinin istifadəyə 
yararlı olduğunu yoxlamalıdır.
Avtomobildə su ilə dolu qablar, bel, balta və 
digər yanğın əleyhinə avadanlıq olmalıdır. Meşə 
yolları ilə hərəkət edərkən sürücüdən və eyni 
qaydada sərnişinlərdən də siqaret çəkməmək 
tələb olunmalıdır. Pəncərədən atılan siqaret 
kötüyü fəlakətli yanğın hadisəsi törədə bilər. 
Dayanacaq yerinə çatdıqda sərnişinlərə 
meşədə təhlükəsizlik qaydalarını xatırlatmaq 
lazımdır. Avtomobilin mühərriki dayanacaqda 
söndürülməlidir. Benzində isladılmış müxtəlif 
parçaları, yana bilən tullantıları (kağız qırıntıları, 
qəzet və s.) ətrafa yaymaq olmaz.
Sürücü avtomobili tərk edə bilməz və yanğın 
hadisəsi olduqda siqnal verərək sərnişinləri bir 
yerə toplayıb yanğının söndürülməsində iştirak 
etməlidir. Əgər alovu söndürmək mümkün 
olmursa, sürücü sərnişinləri daha təhlükəsiz 
yerə apararaq meşənin yanğınından mühafizə 
xidmətinə, yerli icra orqanına və ya polis 
şöbəsinə məlumat verməlidir. 
Meşədə yanğın təhlükəsizliyi qaydaları- bu qaydaları hər kəs bilməlidir!
•  Meşədə yalnız xüsusi təyin olunmuş yerlərdə tonqal qalamaq olar. Bu zaman tonqalı
söndürmək üçün su ehtiyatı, bel və digər avadanlıq olmalıdır; 
•  Yanan ocağı nəzarətsiz qoymaq olmaz. Meşəni tərk etməzdən əvvəl tonqalın su və nəm
torpaqla söndürülməsinə, közərtinin qalmadığına əmin olmalısınız;
•  Meşə döşənəyinin sıx və qalın olduğu yerlərdə od qalamaq olmaz. Bu zaman alov meşə
döşənəyinin altına keçərək yeraltı yanğın törədə bilər;
•  Meşə  yanğınını  müstəqil  olaraq  söndürməyə  cəhd  etməyin,  əlaqədar  təşkilatlara  və
mütəxəssislərə müraciət edin;
•  Söndürülməmiş  ocaq  aşkar  etdikdə  dərhal  yoldaşlarınınzı  köməyə  çağırın  və  birlikdə
alovun söndüyünə əmin olun;
•  Meşə yanğınları barədə xəbərdarlıq lövhələri hazırlayıb istirahət yerlərində yerləşdirməklə
təsadüfi ehtiyatsızlığın fəlakətli nəticələri barədə insanları məlumatlandırın;
•  Meşəətrafı  yaşayış  yerlərində  quru  otların  yandırılmasının  qarşısı  alınmalı dır.  Sürətlə
yayılan alov güclü meşə yanğınına səbəb ola bilər;
•  Meşə  yanğınlarının  qarşısını  almaqla  siz  yüzlərlə  bitki  və  heyvan  növünü  öz  yaşayış
məskənini itirmək təhlükəsindən xilas edirsiniz.
Meşəyə turizm səfərləri
Son dövrdə ekoloji turizmin inkişafı nəticə-
sində bütün dünyada təbii sərvətlərin öyrənil-

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin