European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   10   11   12   13   14   15   16   17   18
orqanlarının müəyyən etdiyi qaydada həyata keçirilir. [16]
III fəsil
YANĞIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ
Maddə 12. 
Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi
Yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi:
1) 
yanğın təhlükəsizliyi sahəsinin normativ-hüquqi tənzimlənməsindən;
2) 
yanğın təhlükəsizliyi sahəsinin elmi-texniki təminatından;
3) 
yanğın təhlükəsizliyi sahəsinin informasiya təminatından;
4) 
yanğına qarşı təbliğat aparılmasından və yanğın təhlükəsizliyi tədbirlərinin əhaliyə 
öyrədilməsindən;
5) 
yanğınsöndürmə texnikası məhsulunun istehsalından;
6) 
yanğınların söndürülməsindən və onunla bağlı zəruri işlərin görülməsindən (bundan 
sonra - yanğınların söndürülməsi);
7) 
yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsindən;
8) 
yanğınların və onların nəticələrinin uçotunun aparılmasından;
9) 
yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsindən və xidmətlərin göstərilməsindən;
10) 
yanğınsöndürmə texnikası məhsulunun və yanğın təhlükəsizliyi sahəsində xidmətlərin 
sertifikatlaşdırılmasından;
11)  yanğına qarşı sığortalanmasından və yanğın təhlükəsizliyini təmin edənlərin 
həvəsləndirilməsindən;

102
12) 
yanğın təhlükəsizliyi tədbirlərinin planlaşdırılmasından və həyata keçirilməsindən;
13) 
yanğın təhlükəsizliyinin təmin edilməsi dövlət yanğın nəzarətinin həyata keçirilməsindən 
ibarətdir.
Maddə 13. 
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə
Yanğın təhlükəsizliyi sahəsində normativ-hüquqi tənzimləmə səlahiyyətli dövlət orqanları 
tərəfindən yanğın təhlükəsizliyinə dair normativ-hüquqi aktların (normativ sənədlərin) qəbul 
edilməsindən ibarətdir.
Yanğın təhlükəsizliyinə dair normativ sənədlərə yanğın təhlükəsizliyi standartları, normaları və 
qaydaları, təlimatlar, yanğın təhlükəsizliyi tələblərinin göstərildiyi başqa aktlar aiddir.
Maddə 14. 
Yanğın təhlükəsizliyinin elmi-texniki təminatı
Yanğın təhlükəsizliyinin elmi-texniki təminatını elmi-tədqiqat, təcrübə-konstruktor, layihə və 
digər elmi-tədqiqat idarələri və təşkilatları, habelə müvafiq tədris müəssisələri həyata keçirirlər.
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki araşdırmalar dövlət büdcəsinin, müəssisələrin 
və yanğın təhlükəsizliyi fondlarının vəsaiti, habelə qanuna zidd olmayan digər maliyyə mənbələri 
hesabına maliyyələşdirilir. [17]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən 
elmi-texniki araşdırmalar dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. [18]
Yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqatların əlaqələndirilməsi Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanına həvalə edilir.
Maddə 15. 
Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı
Yanğın təhlükəsizliyi sahəsində informasiya təminatı yanğın təhlükəsizliyinin təmin edilməsi 
sistemində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan xüsusi informasiya 
sistemlərinin və məlumat banklarının (bundan sonra — informasiya sistemləri) yaradılması və 
istifadə edilməsi vasitəsilə həyata keçirilir.
Yanğın təhlükəsizliyi haqqında məlumatların informasiya sistemlərinə daxil edilməsi əsasları və 
qaydası, habelə vəzifəli şəxslərin və vətəndaşların bu məlumatlarla tanış edilməsi şərtləri və qaydası 
Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları iləmüəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, müəssisələr və təşkilatlar, 
meteorologiya xidmətləri və digər səlahiyyətli dövlət orqanları yanğın təhlükəsizliyi üçün əlverişsiz 
hadisələr və proqnozlar barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına 
və onun müvafiq qurumlarına ləngimədən əvəzsiz qaydada məlumat verməyə borcludurlar. [19]
Maddə 16. 
Yanğına qarşı təbliğat və yanğın təhlükəsizliyi tədbirlərinin 
öyrədilməsi
Yanğına qarşı təbliğat — kütləvi informasiya vasitələri ilə, xüsusi ədəbiyyat və reklam məhsulu 
nəşr etməklə, tematik sərgilər, baxışlar, konfranslar keçirməklə və Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə qadağan olunmamış digər məlumatlandırma formalarından istifadə etməklə 

103
cəmiyyətə yanğın təhlükəsizliyinin təmin olunması problemləri və yolları haqqında məqsədyönlü 
biliklər verilməsidir. Yanğına qarşı təbliğatı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanları, müəssisələr və yanğından mühafizə bölmələri aparırlar.
Müəssisələrin işçilərinə yanğın təhlükəsizliyi tələblərini Azərbaycan Respublikasında yanğın 
təhlükəsizliyi qaydalarına uyğun olaraq həmin müəssisələrin müdiriyyəti (mülkiyyətçiləri) öyrədir.
Məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə 
məcburi qaydada yanğın təhlükəsizliyi tədbirlərini müvafiq müəssisələr Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış xüsusi proqramlar üzrə öyrədirlər.
Maddə 17
. Yanğınsöndürmə texnikası məhsulunun istehsalı
Yanğınsöndürmə texnikası məhsulu dövlət sifarişi və dövlət müdafiə sifarişi əsasında, habelə 
sahibkarlıq fəaliyyəti qaydasında istehsal edilir.
Yanğınsöndürmə texnikası məhsulun istehsalı dövlət tərəfindən tənzimlənir.
Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət sifarişi yanğın təhlükəsizliyi sahəsində respublika 
məqsədli proqramlar əsasında həyata keçirilir. Yanğınsöndürmə texnikası məhsulu üçün dövlət 
müdafiə sifarişini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Dövlət sifarişinin və dövlət müdafiə sifarişinin yerinə yetirilməsi Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 18. 
Yanğınların söndürülməsi
Yanğınların söndürülməsinə qüvvə və vasitələrin cəlb olunması, yanğından mühafizə 
qarnizonlarında yanğınların söndürülməsinin təşkili qaydasını Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Əgər müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə qüvvələri və vasitələri, habelə həyat 
təminatı xidmətləri yanğının ləğvinə kifayət etmirsə, fövqəladə hala çevrilmiş yanğını söndürmək 
və onun nəticələrini aradan qaldırmaq üçün “Fövqəladə vəziyyət haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada zəruri olan əlavə yanğından mühafizə 
qüvvələri və vasitələri cəlb edilir.
Yanğından mühafizə bölmələri yanğınları söndürmək və onların ləğvində iştirak etmək üçün 
şərtsiz qaydada yola düşürlər.
Yanğından mühafizə bölmələrinin çağırılması üçün yaşayış məntəqələrinin telefon şəbəkələrində 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən nömrə müəyyən edilir. [20]
Yanğınlar söndürülərkən insanların təhlükəsizliyinin təmin olunması, əmlakın xilası üçün zəruri 
hərəkətlər edilir, o cümlədən:
1) 
yanğınların və onların təhlükəli təzahürlərinin yayıldığı (yayılması ehtimalının olduğu) 
yerlərə girilir;
2) 
yanğınların yayılmasına mane olan və ləğvini təmin edən şərait yaradılır;
3) 
rabitə və nəqliyyat vasitələrindən, avadanlıqlardan və digər texniki vasitələrdən əvəzsiz 
olaraq istifadə olunur; [21]
4) 
yanğın yerlərinə giriş məhdudlaşdırılır və ya qadağan edilir, habelə oraya bitişik 
ərazilərdə nəqliyyatın və piyadaların hərəkəti məhdudlaşdırılır və ya qadağan edilir;
5) 
yanğın yerlərindən adamlar və əmlak köçürülür.

104
Yanğının söndürülməsinə bilavasitə rəhbərliyi yanğınsöndürmə rəhbəri — yanğından mühafizənin 
yanğın yerinə gəlmiş böyük operativ vəzifəli şəxsi (əgər ayrı qayda nəzərdə tutulmayıbsa) həyata 
keçirir. O, yanğının söndürülməsi üzrə əməliyyatların yerinə yetirilməsindəiştirak edən yanğından 
mühafizənin şəxsi heyətini, habelə yanğının söndürülməsinə cəlb olunmuş qüvvələri təkbaşçılıq 
prinsipləri əsasında idarə edir.
Yanğınsöndürmə rəhbəri yanğınsöndürmə tapşırığının yerinə yetirilməsinə, yanğının 
söndürülməsinin həyata keçirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinin və yanğının 
söndürülməsinə cəlb olunmuş qüvvələrin təhlükəsizliyinə cavabdehdir.
Yanğınsöndürmə rəhbəri yanğının söndürülməsi üzrə əməliyyatların həyata keçirildiyi ərazinin 
sərhədlərini, göstərilən hərəkətlərin qaydasını və xüsusiyyətlərini müəyyənləşdirir, habelə yanğın 
zamanı adamların, əmlakın xilas olunması barədə qərarlar qəbul edir.
Zərurət olduqda yanğınsöndürmə rəhbəri digər qərarlar, o cümlədən göstərilən ərazidə vəzifəli 
şəxslərin və vətəndaşların hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edir.
Yanğınsöndürmə rəhbərinin göstərişləri yanğının söndürülməsi üzrə əməliyyatların həyata 
keçirildiyi ərazidə bütün vəzifəli şəxslər və vətəndaşlar tərəfindən hökmən icra olunmalıdır.
Heç kəs yanğın zamanı yanğınsöndürmə rəhbərinin hərəkətlərinə qarışa bilməz və ya onun 
verdiyi sərəncamları ləğv edə bilməz.
Yanğın söndürülərkən dəyən maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə 
tutulmuş qaydada ödənilməlidir. Son zərurət şəraitində fəaliyyət göstərmiş yanğından mühafizənin 
şəxsi heyəti və yanğının söndürülməsinin digər iştirakçıları dəyən ziyanınödənilməsindən azad 
edilirlər.
Maddə 19. 
Yanğına qarşı xüsusi rejimin müəyyənləşdirilməsi
Yanğın təhlükəsinin gücləndiyi hallarda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanlarının qərarı ilə müvafiq ərazilərdə yanğına qarşı xüsusi rejim müəyyənləşdirilir və xüsusi 
rejimin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və 
onun bölmələri ilə razılaşdırılan əlavə yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir.
Maddə 20. 
Yanğınların və onların nəticələrinin uçotu
Azərbaycan Respublikasında yanğınların və onların nəticələrinin statistik uçotunun vahid dövlət 
sistemi fəaliyyət göstərir.
Yanğınları və onların nəticələri üzrə rəsmi statistika uçotunu və dövlət statistika hesabatını 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun bölmələri aparır. [22]
Yanğınların və onların nəticələrinin uçotu qaydasını Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı müəyyənləşdirir.
Maddə 21.
 Yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsi və xidmətlərin 
göstərilməsi
Yanğın təhlükəsizliyi sahəsində işlər və xidmətlər yanğın təhlükəsizliyi tələblərinin həyata 
keçirilməsi, habelə yanğınların qarşısının alınmasının və söndürülməsinin təmin edilməsi məqsədilə 
yerinə yetirilir. Yanğın təhlükəsizliyi sahəsində işlərə və xidmətlərə aşağıdakılar aiddir:

105
1) 
müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması;
2) 
yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi;
3) 
layihə-axtarış işlərinin yerinə yetirilməsi;
4) 
elmi-texniki məsləhət verilməsi və ekspertiza keçirilməsi;
5) 
maddələrin, materialların, məmulatın, avadanlığın və konstruksiyaların yanğın 
təhlükəsizliyinin sınaqdan keçirilməsi;
6) 
əhaliyə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi;
7) 
yanğına qarşı təbliğat aparılması, xüsusi ədəbiyyatın və reklam məhsulunun nəşri;
8) 
yanğından qoruma və boru-soba işləri;
9) 
yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və 
təmiri;
10) 
yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara 
xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası;
11) 
yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması 
və təmiri.
Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.[23]
Maddə 22. 
Sertifikatlaşdırma
Sertifikatlaşdırma — Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhsulun, 
xidmətlərin, binaların və qurğuların (bundan sonra — məhsulun və xidmətlərin) müəyyən edilmiş 
yanğın təhlükəsizliyi tələblərinə uyğunluğunun təsdiq edilməsi sahəsində göstərilən fəaliyyətdir. 
Sertifikatlaşdırmanın qaydalarına uyğun olaraq sertifikatlaşdırılmış məhsulun və xidmətin müəyyən 
edilmiş tələblərə uyğunluğunu təsdiq etmək üçün uyğunluq sertifikatı verilir. [24]
Məcburi qaydada sertifikatlaşdırılan məhsulun və xidmətlərin siyahısını Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.
Sertifikatlaşdırmanın təşkili və aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı müəyyənləşdirir.
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan sertifikatlaşdırma işlərinin haqqını 
məhsulu hazırlayan (satan) və xidmətləri göstərən ödəyir, həm də sertifikasiya məsrəfləri məhsulun 
və xidmətlərin maya dəyərinə aid edilir. [25]
Maddə 23. 
Yanğından sığortalama
Yanğından sığortalama könüllü və icbari qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki 
şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin yanğından icbari sığortalanması 
«Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [26]
(Çıxarılıb) [27]

106
Maddə 24. 
Yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanması və həyata 
keçirilməsi
Yanğın təhlükəsizliyi tədbirləri Azərbaycan Respublikasının qanunvericiliyinə və yanğın 
təhlükəsizliyinə dair normativ-hüquqi aktlara müvafiq surətdə, habelə yanğınlarla mübarizə 
təcrübəsi, maddələrin, materialların, texnoloji proseslərin, məmulatın, konstruksiyaların, binaların 
və qurğuların yanğın təhlükəsizliyinin qiymətləndirilməsi əsasında işlənib hazırlanır.
Maddələri, materialları, məmulatı və avadanlığı istehsal edənlər (göndərənlər) müvafiq 
texniki sənədlərdə həmin maddələrin, materialların, məmulatın və avadanlığın yanğın təhlükəliliyi 
göstəricilərini, habelə onlarla işləyərkən görülməli olan yanğın təhlükəsizliyi tədbirlərini hökmən 
göstərməlidirlər.
Müəssisələr, binalar, qurğular və başqa obyektlər üçün yanğın təhlükəsizliyi tədbirləri, o 
cümlədən onların layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi tədbirləri işlənib hazırlanarkən və 
həyata keçirilərkən başqa məsələlərlə yanaşı yanğına qarşı su təchizatı, avtomatik yanğınsöndürmə 
və siqnalizasiya, yanğın vaxtı adamların köçürülməsi barəsində qərarlar hökmən nəzərdə 
tutulmalıdır.
Şəhərlər, rayonlar və digər yaşayış məntəqələri üçün yanğın təhlükəsizliyi tədbirlərini müvafiq 
icra hakimiyyəti orqanları hazırlayır və həyata keçirirlər.
Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz 
edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici 
təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına 
və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.
Maddə 25. 
Dövlət yanğın nəzarəti
Dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti 
tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına 
əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun 
vəzifəli şəxsləri tərəfindən aparılır.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən 
qurumunun rəhbəri öz vəzifəsinə görə eyni zamanda Azərbaycan Respublikasının yanğın nəzarəti 
üzrə Baş dövlət inspektorudur. [28]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata 
keçirən qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı 
hüquqlara malikdirlər:
1) 
dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar 
və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və 
standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl 
olunmasını yoxlamaq;
2) 
dövlət orqanlarına, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlara 
və onların vəzifəli şəxslərinə, eləcə də vətəndaşlara yanğın təhlükəsizliyi tədbirlərinin 
görülməsi haqqında göstərişlər vermək;

107
3) 
yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq məqsədi ilə 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada müayinələr aparmaq; [29]
4) 
tikinti meydançalarını (trasları) seçən komissiyaların, habelə tikintisi (yenidən qurulması) 
başa çatmış obyektləri qəbul edən komissiyaların işində həlledici səs hüquqi ilə iştirak 
etmək;
5) 
yanğınların törənməsi və insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi 
tələblərinin pozulması haqqında məlumat olduqda Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada vətəndaşların yaşayış yerlərinə və başqa 
tikililərinə, torpaq sahələrinə daxil olmaq;
6) 
müəssisələrin, binaların, qurğuların və başqa obyektlərin tikintisinə, əsaslı təmirinə, 
yenidən qurulmasına, genişləndirilməsinə və yeni texnika ilə təchiz edilməsinə dair 
layihə-smeta və şəhərsalma sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması 
baxımından nəzərdən keçirmək və razılaşdırmaq;
7) 
Layihə və layihə-axtarış işlərini yerinə yetirən müəssisələrdə onların hazırladığı layihə 
və layihə-smeta sənədlərinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından 
seçmə yolu ilə yoxlamalar keçirmək;
8) 
yanğın təhlükəsizliyi qaydası tələblərinin pozuntularının aradan qaldırılması, yanğın 
təhlükəsizliyi qaydasının tələblərinə uyğun gəlməyən malların (işlərin, xidmətlərin) 
istehsaldan çıxarılması, buraxılışına son qoyulması, satışının dayandırılması barədə 
müəssisələrin rəhbərlərinə, vəzifəli şəxslərə və vətəndaşlara yazılı tələbnamələr 
vermək;
9) 
yanğın törənməsi və ya insanların təhlükəsizliyi üçün qorxu yaradan yanğın təhlükəsizliyi 
qaydasının tələblərinin pozuntularını, habelə müəssisələrin, binaların, qurğuların 
və başqa obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində, yenidən 
qurulmasında, genişləndirilməsində, yeni texnika ilə təchiz olunmasında həmin 
tələblərin yerinə yetirilmədiyini aşkar etdikdə müəssisələrin (ayrı-ayrı istehsalatların), 
istehsal sahələrinin, aqreqatların işini, binaların, qurğuların istismarını, ayrı-ayrı işlərin 
görülməsini tamamilə və ya qismən dayandırılması barədə qərar qəbul etmək;
10) 
verilmiş tələbnamə və qərarlar icra edilmədikdə materialları Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görmək üçün müvafiq icra hakimiyyəti 
orqanına göndərmək; [30]
11) 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın 
təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında tədqiqat aparmaq, habelə 
inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş 
qərarları icra etmək.[31]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən 
qurumunun vəzifəli şəxsləri mülkiyyəti olan obyektlərdə və ya xarici investisiyalı müəssisələrdə 
dövlət yanğın nəzarətini apararkən bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş hüquqlara 
malikdirlər. [32]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli 
şəxslərinin göstərişlərinin və sərəncamlarının icrası Azərbaycan Respublikasının ərazisində olan 
bütün şəxslər üçün məcburidir.

108
Maddə 26. 
Yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərinin plan-
laşdırılması
Azərbaycan Respublikasının, şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin, 
icra hakimiyyəti orqanlarının, müəssisələrin iqtisadi və sosial inkişafı proqramlarında 
yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğından mühafizənin bazasının inkişaf etdirilməsi 
vətəkmilləşdirilməsi tədbirləri nəzərdə tutulmalıdır.
Maddə 27. 
Yanğın təhlükəsizliyi sahəsində maliyyə və maddi-texniki təminat
Yanğın təhlükəsizliyinə dair dövlət və regional proqramlar üzrə məqsədli maliyyə təminatı 
dövlət büdcəsində ayrıca sətirdə göstərilməklə planlaşdırır və Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanı bu vəsaitdən təyinatı üzrə istifadə edir. [33]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini həyata 
keçirən qurumlarının (müqavilələr əsasında yaradılan bölmələrdən başqa), yanğın-texniki elmi-
tədqiqat və yanğın-texniki tədris müəssisələrinin maliyyələşdirilməsi dövlət büdcəsinin vəsaiti 
hesabına həyata keçirilir. [34]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini 
həyata keçirən qurumunun müqavilə əsasında yaradılmış bölmələri onları yaradan müəssisələrin 
vəsaiti hesabına, zərurət olduqda isə həmçinin qanuna zidd olmayan digər maliyyələşmə mənbələri 
hesabına saxlanılır. [35]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müqavilə əsasında yaradılmış 
xüsusi bölmələri dövlət büdcəsinin vəsaiti və onları yaradan müəssisələrin vəsaiti hesabına payçılıq 
əsasında saxlanılır.
Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəhər (rayon) 
hissələri (bölmələri) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır. Yaradılacaq hissələrin 
(bölmələrinin) minimum sayı əhalinin hər 1000 nəfəri üçün Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanının yanğından mühafizə xidmətini həyata keçirən qurumunun şəxsi heyətinin 
bir vahidi hesabı ilə müəyyənləşdirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında maddi-
texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 
qaydada və normada həyata keçirilir. [36]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilmiş vəzifələrin yerinə 
yetirilməsi sahəsində təxirəsalınmaz tədbirlərin maliyyələşdirilməsi üçün, dövlət büdcəsinin vəsaiti 
hesabına maliyyələşdirilən işlər istisna olmaqla, digər mənbələr hesabına maliyyələşdirilən bina və 
qurğuların (12 metr hündürlüyədək fərdi yaşayış və bağ evləri istisna olmaqla) tikintisi, yenidən 
qurulması və genişləndirilməsi işlərinin ümumi smeta dəyərinin 0,5 faizi məbləğində müvafiq icra 
hakimiyyəti orqanının hesabına məcburi ayırmalar ödənilir. [37]

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin