European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   10   11   12   13   14   15   16   17   18
yamaca qalxmaq təhlükəlidir. Yağış yağarkən 
tək qalmış ağacların altında daldalanmaq olmaz. 
Xüsusən açıq sahədəki tək-tək bitən ağaclardan 
uzaq olmaq lazımdır. İstirahət vaxtı qayalara 
söykənmək, meşə talasında və ya çəmənlikdə 
dayanmaq, su hövzələrinin yaxınlığında dur-
maq, tonqal yaxınlığında durmaq, qaçmaq, 
sıx qrup halında hərəkət etmək, yaş geyimdə 
gəzmək, hündürlüyə çıxmaq, qayaların çat-
lamış hissəsinə yaxınlaşmaq olmaz. Şimşək 
çaxarkən əksər hallarda palıd, qovaq, göyrüş 
ağaclarını, nisbətən nadir hallarda şam ağac-
larını, ağcaqayın ağacını vurur. Qayalara söy-
kən mək, meşə talasında durmaq, su hövzəsinə 
yaxınlaşmaq, qayanın altına girmək, üstü açıq 
maşında oturmaq, tonqal yandırmaq, qaçmaq, 
sıx qrup halında getmək, yaş paltarda olmaq, 
hündürlüyə çıxmaq, uçqunlar və ya qaya 
çatlarına yaxınlaşmaq, metal əşyalara toxunmaq 
olduqca təhlükəlidir. İldırım çaxarkən metal 
əşyaları, mobil telefonları, elektrik cihazlarını 
ələ götürmək olmaz. İldırım çaxarkən hət ta 
otaq şəraitində olduqda belə, elektrik cihaz-
larını söndürmək, mobil telefondan istifadə 
etməmək, su kranlarına toxunmamaq lazımdır. 
İldırım insan bədənindən ani olaraq 
keçib bir və ya hər iki ayaqdan yerə ötürülür. 
Bədənin həmin nahiyələrində yanıq əmələ gəlir, 
ən çox tənəffüs və daxili orqanlar, əzələlər, 
böyrəklər zədələnir. Əzələlərin kəskin yığılması 
nəticəsində sümüklər çatlayıb sına bilər. İldırım 
vuran insan nəfəs almır və huşunu itirir. Belə 
insanlar hətta özlərinə gəldikdə heç nəyi 
xatırlamırlar, əl və ayaqları iflic olur, səmti itirir, 
danışıq qabiliyyəti itir, şok vəziyyətinə düşür.
İldırım vuran insanın ani olaraq baş beyni
ağ ciyərləri və digər daxili orqanları zədələnir 
və ölümlə nəticələnir. Hadisə baş verdikdə 
dərhal xəsarət almış insanın yaxasını açmaq, 
arxası üstə uzandırıb sinəsinin altına geyimləri 
büküb qoymaqla tənəffüsü yaxşılaşdırmağa 
çalışmaq lazımdır. Ağızı tənziflə təmizləmək 
vacibdir. Xəstə uzadılaraq ayaqları 15-30 sm 
hündürlüyə qaldırılır və üzəri örtülür. Xəsarət 
alanın bədəni isti geyim və ya örtüklə soyuqdan 
qorunur. Əgər ildırım çaxmaqda davam edirsə, 
xəstəni təhlükəsiz yerə çatdırmaq gərəkdir. 
İldırım vurmuş insanın tənəffüsü dayanır və 
o, huşunu itirir. Nəticədə belə insanlar heç nə 
xatırlamırlar. İldırım vurmasının digər fəsadları 
müvazinətin itirilməsi, baş gicəllənmısi, nitqin 
itməsi, şok halına düşməklə müşayət olunur. Bu 
halda xəsarət alan şəxsə ilk yardım göstərmək 
lazımdır. Nəbzin döyünmədiyi aşkar edildikdə 
ildırım vuran şəxsə dərhal süni tənəffüs 
verilməli və ürək massaj edilməlidir. İlk öncə 
ürək massajı vasitəsilə tənəffüsü bərpa etmək 
vacibdir. İlk tibbi yardım üsulu kimi ürəyi massaj 
etmək və süni tənəffüs etdirmək lazımdır. 
Xəstənin ayaqlarını 15-30 sm hündürlükdə 
qaldırıb uzatmaq, yorğan və ya qalın örtüklə 
üzərini örtmək lazımdır. Xəsarət alan şəxs təcili 
olaraq tibb müəssisəsinə çatdırılmalıdır. Təcili 
olaraq xəsarət almış insana oksigen balıncı 
verilir. Ürək ritmi bərpa olunana qədər müayinə 
edilir və daxili orqanların vəziyyəti yoxlanılır. 
İldırım torpağa düşdükdə müəyyən dərinliyə 
keçir. Elektrik cərəyanı nəm torpaq, ağac 
kökləri, çatlarla ötürülür. Müxtəlif suxurlarla 
ayrılan torpaq sahələrinin müqaviməti elektrik 
potensialı obyektinə çevrilir. Belə obyektlər bir-
birindən nə qədər uzaqda olsa da, arasındakı 
potensial fərqi güclü olur. Yamacda uzanan 
insan bədəni ilə bu nöqtələrə toxunduqda 
cərəyanın təsirinə məruz qala bilər. 100 milyon 
volt gərginlikdə ildırımın elektrik cərəyanının 
gücü 200 min amperdir. Belə halda insanın sağ 
qalması mümkündür. Mənzillərdən fərqli olaraq 
ildıerım çaxarkən elektrik cərəyanı dəyişkən 
olmayıb sabitdir və nisbətən az təhlükəlidir. 
Buna baxmayaraq yağışlı havada meşədə 
olarkən bütün təhlükəsizlik tədbirlərinə riayət 
etmək və həyatı qorumaq lazımdır.

87
Fövqəladə hallarda xəsarət alan insanlara 
təcili ilk tibbi yardım göstərmək üçün tibbi 
müdafiə vasitələrindən istifadə olunur. Bu vasitə-
lərə radiasiyadan müdafiə vasitələri, antibakterial 
preparatlar, sanitar vasitələri aiddir. Radiasiyadan 
müdafiə vasitələri orqanizmin radioaktiv 
şüalanmaya davamlılığını artıran preparatlardır. 
Bu preparatlar şüalanmaya məruz qalan 
insanların ümumi vəziyyətini yüngül ləşdirir.
Əsas köməkçiniz səyyar dərman qutusu 
ola bilər. Onun içində ilk tibbi yardımın 
göstərilməsi üçün minimal sayda lazımi 
vasitələr olmalıdır. Fərdi tibbi ləvazimat - şok 
və stress vəziyyətinin, şüa xəstəliyinin qarşısını 
almaq üçün tətbiq olunur və xüsusi polimer 
qutuda və ya təcili yardım çantasında saxlanılır. 
Bu vasitələrə ağrıkəsici dərmanlar, fosfor-üzvü 
birləşmələrlə zəhərlənməyə qarşı, şüalanmaya 
qarşı, antibakterial, ürəkbulanmasına və s. qarşı 
xüsusi həblərdən ibarətdir.
İstənilən dərman çantasında qayçı, cərrah 
bıçağı və ya maqqaş olmalıdır (gənəni bədən dən 
necə kənarlaşdırmaq olar?). Zədə və kəsiklər 
zamanı steril bintləriniz və salfetləriniz, bakterisid 
leykoplastır, qanaxmanın dayandırılması üçün 
jqut, yod, kalium-permanqanat kristalları, 
hidrogen-peroksidi olmalıdır. Zərurət olduqda, 
naşatır spirti, borat turşusu, baş ağrısı zamanı 
isə “Zvyozdoçka” balzamı köməyə gələ bilər. 
Mütləq səyyar dərman çantasına daim qəbul 
etdiyiniz dərmanları qoyun. Həmçinin balzamı 
unutmayın: o, həşəratların sancması və kəsiklər 
zamanı, habelə ürəkgetmə və yanğınlar zamanı 
ən təsirli vasitədir. Unutmayın ki, bütün 
dərman qablaşdırmalarında (və ya içərisindəki 
təlimatlarda) bu dərmanı NECƏ və NƏ 
ZAMAN istifadə etmək göstərilir.
Çətin vəziyyətdə dərman bitkiləri də kömək 
edə bilər. Yod əvəzinə ballıcanın (öfkəotu) 
yandırıcı qırmızımtıl şirəsindən faydalanmaq 
olar. Qanaxmanı bağayarpağın və ya yovşanın 
təzə şirəsi, habelə yağış göbələyinin yaşılımtıl 
qəhvəyi tozcuğu saxlaya bilər. Bu təbii müalicə 
vasitələri ümumi dezinfeksiya xassələrinə 
malikdir, ağrını sakitləşdirir və yaraları sağaldır; 
onları kəsiklər, əzilmə, eşşəkarısının və ya 
arıların sancması zamanı tətbiq etmək olar. 
Pambıq yerinə qamışın pərğusunu işlətmək olar. 
Ağır hallarda süni nəfəs, ürək massajı 
və digər tələb oluna bilər. Yaralıya ilk yar-
dımı göstərdikdən sonra onu mütləq tibb 
məntəqəsinə çatdırmaq lazımdır: xəsarətin 
və ya xəstəliyin ağırlıq dərəcəsini yalnız həkim 
müəyyən edə bilər! 
Yanğın zamanı ilk tibbi yardım üsulları:
1.  Yüksək temperaturun azaldılması üçün tədbir görmək.
2.  Zərər çəkmiş insanı hadisə yerindən kənarlaşdırmaq.
3.  Dərinin yanmış nahiyəsinə soyuq əşya qoymaqla yüksək temperaturu azaltmaq.
4.  Yanmış dəriyə steril sarğı qoymaq. Tibbi sarğı materialı olmadıqda təmiz dəsmal və ya 
parçanı spirtdə isladıb istifadə etmək.
5.  Yanmış nahiyəyə hər hansı bir məlhəmi qoymaq olmaz. Bununla zədələnmiş dərini 
çirkləndirmək olar.
6.  Dərindən yanma zamanı xəsarət almış şəxsi təcili tibb müəsisəsinə çatdırmaq lazımdır.
7.  Kimyəvi yanıq zamanı yara 15-20 dəqiqə su ilə yuyulur. İlk tibbi yardım kimyəvi maddənin 
qoxusu azalana qədər davam etdirilir.
8.  Turşu yanıqlarında 5% çay sodasında isladılmış sarğı, qələvi yanıqlarında-limon, bor və 
ya sirkə turşusunda isladılmış sarğı və əhəngdən yanma zamanı 20% şəkər məhlulunda 
isladılmış sarğı qoyulur.
9.  Xəsarət almış şəxsə ağrıkəsici dərmanlar verilir. İsti çay, kofe və ya mineral su təklif 
olunur. Həmçinin 1litr suda 0,5 çay qaşığı çay sodası və 1 çay qaşığı xörək duzu qarışdırılıb 
xəstəyə içirilir. Daha ağır yanıqlar zamanı xəstə təcili tibb müəssisəsinə çatdırılır.

88
Əlavə 1.
«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2976
08 may 2003-cü il
Nazir 
F.F. MƏMMƏDOV
«Təsdiq edirəm»
Azərbaycan Respublikası DİN Baş 
Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
Əmr № 44
16 aprel 2003-cü il
Rəis 
M.Q. HÜSEYNOV
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası 
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi
15 aprel 2003-cü il
Nazir 
H.S. BAĞIROV
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları
1. Ümumi müddəalar
1.1. 
Bu qaydalar «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 
hazırlanmış və Azərbaycan Respublikası Meşələrində yanğın təhlükəsizliyi qaydalarını 
müəyyən edir.
 
Meşələrdə və meşə zolaqlarında yerləşən təşkilati hüquqi və mülkiyyət formasından asılı 
olmayaraq ictimai iaşə müəssisələrinə, məişət xidmətlərinə, sağlamlıq ocaqlarına və digər 
obyektlərə bu qaydalarla yanaşı, həmin obyektlər üçün onların spesifik xüsusiyyətlərini 
nəzərə alan digər yanğın təhlükəsizliyi qaydaları da şamil edilir.
1.2. 
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür.
−  yerlərdə bu qaydalara əməl olunmamasına görə məsuliyyət Meşə Mühafizəsi və 
Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və 
mühəndislərinin üzərinə düşür.
−  bundan başqa digər nazirliklərin, komitələrin, idarələrin tabeçiliyində olan meşələrdə 
yanğın təhlükəsizliyinin təmin edilməsi həmin təşkilatların üzərinə düşür.
−  Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının 
direktorları və mühəndisləri, meşələrdə bu qaydaların tələblərinin yerinə 
yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
−  meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, meşə mühafizə mühəndisləri 
bu qaydaları bilməli və ona əməl etməlidirlər.
1.3. 
Meşə Mühafizəsi və Bərpası müəssisələrinin kollektivi, o cümlədən mühəndis-texniki işçilər 
yerli Dövlət Yanğın Nəzarəti Orqanı (sonradan DYNO) ilə razılaşdırılmış xüsusi proqram 
üzrə yanğın təhlükəsizliyi qaydalarının tədrisi kursunu keçməlidirlər.

89
1.4. 
Yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin hər bir əməkdaşının 
birinci növbədə vəzifə borcları yanğının geniş sahəyə yayılmasının qarşısını almaqdan 
ibarətdir.
1.5. 
Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri borcludurlar:
1.5.1.  Bu qaydaların öyrənilməsi və yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin etmək;
1.5.2.  Meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etmək və ona ciddi 
riayət olunmasını daima nəzarətdə saxlamaq;
1.5.3.  Yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, 
keçidlərin, yolların vəziyyətini daima yoxlamaq, kollektivin iş fəaliyyətinə nəzarət 
etmək;
1.5.4.  Meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasını qadağan etmək;
1.5.5.  Yanğınsöndürmə texnikalarının və vasitələrinin (yanğınsöndürən avtomobil, 
yanğınsöndürən su nasosu, odsöndürənlər) texniki xidmətini, təmirini və daima 
işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
1.5.6.  Yanğın texniki komissiya və könüllü yanğın dəstəsi yaradaraq, onların fəaliyyətini 
qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təşkil etmək;
1.5.7.  Mütəmadi olaraq kollektivin yanğınla əlaqədar (yanğınsöndürmə xidmətinin 
çağırılması, yanğınsöndürmə avadanlıqların düzgün istifadə edilməsi) təlim 
məşqlərini təşkil etmək;
1.5.8.  Meşə Mühafizəsi və Bərpası müəssisəsinin kollektivi ilə yanğına qarşı təlimatların, 
eləcə də yanğın texniki minimumu üzrə dərslərin keçirilməsini təşkil etmək;
1.5.9.  DYNO-nın və onun bölmələrinin vəzifəli şəxslərinin tələbinə əsasən müəssisənin 
yanğın təhlükəsizliyi vəziyyəti barədə, o cümlədən ərazidə baş vermiş yanğınlar və 
onların nəticələri barədə məlumatlar və sənədlər vermək.
1.6. 
Meşə Mühafizəsi və Bərpası müəssisəsinin mühəndisləri borcludurlar:
1.6.1.  Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların 
aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri həyata keçirmək;
1.6.2.  Yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin 
göstərilməsini təşkil etmək;
1.6.3.  Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə meşə 
sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirmək;
1.6.4.  Meşə Mühafizəsi və Bərpası müəssisəsinin tabeliyində olan meşə sahəsində 
keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət etmək;
1.6.5.  Yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması 
üçün tədbirlər görmək və dərhal yanğının söndürülməsini mövcud vasitələrlə təşkil 
etmək.
2. Yanğın təhlükəsizliyinin əsas tələbləri
2.1. 
Meşədə aşağıdakılar qadağan edilir:
2.1.1.  Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün 
atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün 
xüsusi ocaqxanaların təşkil edilməsi:
2.1.2.  Sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əsgi və 
digər materialların atılması;

90
2.1.3.  Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli 
aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, 
tonqal yandırılması və s;
2.1.4.  Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan 
sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer 
təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması;
2.1.5.  Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və 
yandırılması;
2.1.6.  Yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması.
2.2.  Dövlət meşə fondunda yol, qaz kəməri, neft kəməri, yüksək gərginlikli elektrik xətləri 
(sonradan YGEX), rabitə xətləri və digər kommunikasiyaların tikintisini aparan, habelə 
neft-qaz çıxaran müəssisələr, təşkilatlar və idarələr tərəfindən iş görüləcək sahə və onun 
ətrafları ağac, kol və digər yanan materiallardan Meşə Mühafizəsi və Bərpası müəssisəsinin 
müəyyən etdiyi vaxtda təmizlənməlidir.
2.3.  Meşə sahələrində YGEX çəkilərkən həmin xətlərin çəkildiyi yerlərdə ağaclar kəsilərək 
cığırlar açılmalıdır. Cığırların eni müəyyən edilərkən ağacların elektrik xəttinin üzərinə 
düşməsi, yıxılması təhlükəsi baxımından və YGEX-nin istismarı şəraiti, habelə meydana 
çıxan hər hansı bir nasazlığın tez bir zamanda aradan qaldırılması imkanları nəzərə 
alınmalıdır.
2.4. 
Meşə massivlərində və yaşıllıq salınan yerlərdə YGEX-nin çəkilməsi üçün nəzərdə tutulan 
cığırların eni aşağıdakı qaydada müəyyən edilməlidir:
 
Hündürlüyü 4 metrə qədər alçaq boylu ağac növləri olan sahələrdə:
-  YGEX-nin qıraq naqilləri arasındakı məsafə daxil olmaqla 6 metrdən az olmamalıdır 
(YGEX-nin dirəyindəki, ən qıraqdakı naqillərdən hər tərəfə 3 metr).
 
Hündürlüyü 4 metrdən yuxarı ağac növləri olan sahələrdə:
-  330 kvt-dan — 500 kvt-a qədər olan bütün YGEX-nin, habelə istehlakçı üçün yeganə 
cərəyan mənbəyi kimi xidmət göstərən 220 kvt və aşağı gərginlikli elektrik xətləri 
çəkilərkən YGEX-nin qıraq naqillərinin hər tərəfində meşə massivindəki ağacların əsas 
hündürlüyünə bərabər olan məsafə daxil olmaqla qıraq naqillər arasındakı məsafədən 
az olmamalıdır.
-  Əgər YGEX üçün meşədə salınan cığırların qıraqlarında bitən ayrı-ayrı ağacların və ya 
ağaclar qrupunun hündürlüyü üfüqi vəziyyətdə elektrik xəttindən ağaclara qədər olan 
məsafədən artıq olarsa, onda onlar kəsilməlidir.
2.5.  Meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə aşağıdakı qaydada yığılıb 
saxlanılmalıdır:
2.5.1.  Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda enliyarpaqlı meşə 
massivi kənarından həmin sahəyə qədər olan məsafə 20 metr, 8 hektar və ondan 
artıq olduqda isə məsafə 30 metr olmalıdır;
2.5.2.  Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda iynəyarpaqlı və 
qarışıq meşə massivi kənarından həmin sahəyə qədər olan məsafə 40 metr, 8 
hektar və ondan artıq olduqda isə məsafə 60 metr olmalıdır;
2.5.3.  Meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan 
təmizlənməli və eni 1,4 metrdən az olmayaraq minerallaşdırılmış zolaqlarla 
haşiyələnməlidir.

91
2.6.  Geoloji axtarış işləri aparan təşkilatlar dövlət meşə fondu torpaqlarında geoloji axtarış 
işlərinə başlamazdan əvvəl, ərazisində iş aparılacaq Meşə Mühafizəsi və Bərpası 
müəssisəsində qeydiyyatdan keçməlidir. İş marşrutu, yaradılacaq müvəqqəti düşərgə yeri 
onlarla razılaşdırılmalıdır.
2.7.  Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu 
torpağında keçirilən kütləvi tədbirlərin vaxtı Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə 
razılaşdırılmalıdır. Tonqalların yandırılması Meşə Mühafizəsi və Bərpası müəssisəsinin 
ayırdığı xüsusi yerlərdə aparılmalıdır.
2.8.  Tullantıların yandırılması bütün hallarda Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə 
razılaşdırılmalıdır.
2.9.  Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd 
olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən 
təmizlənməsi təmin edilməlidir.
2.10.  Meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və 
ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
2.11. 
Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr 
məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı 
minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
2.12.  Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, 
məktəblərdə və meşə ilə həmsərhəd olan yaylaq otlaqlarında çobanlar, ov mövsümü 
zamanı ovçular arasında odla ehtiyatlı olmaq və yanğın baş verərsə, onun söndürülməsi 
qaydaları barədə izahat işi aparılmalıdır.
2.13.  Meşəyə yaxın olan yaşayış yerlərində, yol kənarlarında, meşədə müvəqqəti istirahət 
yerlərində, meşə ilə həmsərhəd olan və meşədə yerləşən bütün obyektlərdə odla ehtiyatlı 
olmaq və meşədə yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə məsuliyyət haqda 
dövlət standartına uyğun olaraq xəbərdaredici lövhələr qoyulmalıdır.
2.14.  Meşə yanğınının söndürülməsi üçün Meşə Mühafizəsi və Bərpası müəssisəsinin işçilərindən 
könüllü yanğın dəstəsi yaradılmalı və onların siyahısı gözlə görünən yerlərdə asılmalı, habelə 
orada hər könüllünün ev ünvanı, telefon nömrəsi qeyd olunmalıdır.
3. Meşə Mühafizəsi və Bərpası müəssisələrinə olan tələblər
3.1. 
Yanğın təhlükəsizliyi sahəsində Meşə Mühafizəsi və Bərpası müəssisəsinin borcudur:
3.1.1.  Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Dövlət Yanğın Nəzarəti 
Orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və 
digər qanuni tələblərini yerinə yetirmək;
3.1.2.  Meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və 
həyata keçirmək;
3.1.3.  Yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi qaydalarını 
öyrətmək;
3.1.4.  Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə 
vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə 
olunmasına yol verməmək;
3.1.5.  Meşədə müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yer 
düzəldilməsini təşkil etmək;

92
3.1.6.  Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini, şəraitini 
müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında 
və yanğınların törənməsində təqsirli olan şəxslərin aşkar edilməsinə yanğın 
təhlükəsizliyi orqanlarına və bölmələrinə köməklik göstərmək;
3.1.7. Meşədə baş vermiş yanğınların söndürülməsi zamanı yanğınsöndürmə 
üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın təhlükəsizliyi 
xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə 
müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtkü materialları, 
habelə ərzaq məhsulları və istirahət yerləri vermək;
3.1.8.  Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti 
vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin 
başqa obyektlərinə daxil olmasını təmin etmək;
3.1.9.  Baş vermiş yanğınlar, eləcə də mövcud yanğından müdafiə sistemlərinin və 
vasitələrinin nasazlığı, yolların və keçidlərin vəziyyətindəki dəyişikliklər barədə 
DYN orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.
3.2.  Meşə Mühafizəsi və Bərpası müəssisəsi meşə sahələrində baş verə biləcək yanğınların 
söndürülməsi üçün ərazidə yerləşən dövlət, kooperativ, şəxsi, idarə və müəssisələrin, mülki 
müdafiə birləşmələrinin, hərbi hissələrinin və dövlət yanğın təhlükəsizlik xidmətlərinin 
texnikasının və şəxsi heyətinin cəlb edilməsi planını işləyib hazırlamalıdır. Bu plan yerli İcra 
Hakimiyyəti başçısı tərəfindən təsdiq edilməlidir.
3.3.  Meşə yanğınlarının təhlükəsi olan mövsümdə bir ədəd avtomobil, traktor, buldozer iş 
yerlərində tam hazır vəziyyətdə saxlanılmalı və meşəbəyilərinin növbə çəkmələri barədə 
müəssisə direktoru tərəfindən əmr verilməlidir.
4. Yanğınsöndürmə vasitələri
4.1. 
Meşə Mühafizəsi və Bərpası müəssisələri 1 saylı qoşmaya uyğun olaraq yanğınsöndürmə 
vasitələri ilə təmin olunmalıdırlar.
4.2. 
Yanğın texnikasının və ilk yanğınsöndürmə vasitələrinin təyinatına uyğun olmayaraq istifadə 
edilməsi qəti qadağandır.
4.3.  Meşədə baş verən yanğınların söndürülməsinə cəlb ediləcək yanğın avtomobillərinin 
meşəyə kifayət qədər yaxın olan su mənbəyindən tez bir zamanda istifadə etməsi məqsədi 
ilə rayon ərazisində yerləşən çayların, göllərin və süni su mənbələrinin yerləşdiyi yerləri 
göstərməklə xəritə tərtib olunmalı və ilin hər bir fəslində suyun götürülməsi üçün həmin su 
mənbələrinin üzərlərində bərk örtüklü meydançası olan pirslər (körpülər) quraşdırılmalıdır.
5. Yanğın zamanı hərəkətlər
5.1. 
Yanğın aşkar edilən zaman aşağıdakılar tələb olunur:
5.1.1.  Tez bir zamanda yanğından mühafizə orqanlarına xəbər vermək, habelə yanğının 
dəqiq yerini və orada insanların olması haqqında məlumat vermək;
5.1.2.  Yanğınsöndürmə xidməti gələnə qədər mövcud vasitələrlə yanğının söndürülməsini 
təşkil etmək.
5.2.  Meşədə yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin rəhbəri 
aşağıdakı vəzifələri yerinə yetirməlidir:

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin