European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
yanma hadisəsi başlaya bilər. Həmçinin quru 
otların, qamışlığın, mamırların yaxınlığında alov 
təhlükəli olur.
Daşlıq sahələrdə də tonqal qalamaq məslə-
hət görülmür. Daşların arasında toplanan meşə 
tör-töküntüsü və çürüntü yanacaq materialına 
çevrilə bilər. Daşların arasından keçən alov 
gözə görünmədən yayılır və bu zaman yanğını 
söndürmək mümkün olmur. Belə təhlükəli 
sahə 
lərdə gözəl mənzərəli meşə yamacları 
yanğın dan sonra qaralmış daşlarla örtülü ölü 
zonaya çevrilir.

65
Tonqal üçün yalnız quru tör-töküntüdən, 
bitki qalıqlarından istifadə oluna bilər. Quru 
budaqları bir yerə toplayıb, üç tərəfdən daşlarla 
əhatə etmək lazımdır. Oduncaq nəm və çürük 
olduqda çox tüstülənib az istilik verir. Qurumuş 
ağacların tam qurumasına əmin olduqdan sonra 
budaqlarını qırmaq olar. Tonqalın uzaqdan 
görün məsi üçün yarpaqlı yaş budaqların və 
yaşıl otların yandırarkən əmələ gələn tüstüdən 
istifadə etmək lazımdır. Belə olduqda itkin 
düşmüş insanları təyyarə, helikopper vasitəsilə 
aşkar etmək mümkün olur. 
Nəzərə alınmalıdır ki, aydın, küləksiz 
havada tonqal tüstüsü havaya sütun kimi qalxır. 
Külək 
li, tutqun havada isə tüstü torpağın 
üzərinə yayılır. Rütubətli havada tüstü tonqalın 
ətrafında oturan insanların gözünü yaşardıb 
narahatlıq yaradır. Belə şəraitdə dəm qazı və 
yanma məhsulları ilə zəhərlənmə baş verə bilər. 
Palıd, ağcaqayın, tozağacı ağacları yanarkən 
istilik çox ayrılır, lakin qara rəngli tüstü əmələ 
gəlir. Cökə, şam, qovaq ağacları sürətlə yanıb 
az miqdarda istilik verir. Göstərilənləri nəzərə 
alaraq, tonqalı hündür yerdə və ya yamacda 
yandırmaq lazımdır ki, sakit yağmurlu havada 
ocağın tüstüsü ətrafa yayılmayıb, yamac boyu 
aşağı ensin.
Tonqal müxtəlif formada qalanır. Daha 
çox istilik əldə etmək üçün “koma” tipli 
tonqaldan istifadə olunur. “Nov” tipli tonqalda 
2 ədəd tirin ortasına yanacaq materialı tökülüb 
yandırılır və novun üzəri 3-cü tirlə örtülür. Belə 
tonqal uzun müddət yanır və tirləri hərəkət 
etdirməklə alovu tənzimləmək mümkün olur. 
Ulduz şəklində qalanmış tonqallar da çox istilik 
verir. Odun yandıqca kənardakı quru odunlar 
tonqalın mərkəzinə itələnir. Tonqal yandıran 
zaman odu nəzarətsiz qoymaq olmaz (şəkil 7).
a)
b)
c)
d)
e)
ə)
j)
Şəkil 7. a) koma; b) quyu; c) tayqa; d) polineziya; e) ulduz, ə) çarpaz; j) nov tipli tonqallar
Bir böyük tonqal əvəzinə bir neçə kiçik 
tonqal qalamaq məsləhətdir. Çünki bu halda 
daha çox istilik əldə olunur. Əgər yaşmurlu 
havada ocaq qalanırsa, daşlardan və tirlərdən 
dayaq hazırlanır. Tonqalı qalamaq üçün kiçik 
odun kəsikləri, quru ağac qabıqları, quru 
yarpaqlar toplanır və yandırılır. Üzərinə daha 
iri odunlar səliqə ilə yığılır. Yağmurlu havada 
quru budaqları və tör-töküntünü yalnız yıxılmış 
ağacların altında tapmaq olar. Qurumuş 
ağacların və ya kötüklərin çürümüş hissəsi 
od əldə etmək üçün ən yaxşı materialdır. 
İynəyarpaqlı ağacların qozaları və quru kötüklər 
asanlıqla alışır. Bunların tərkibində qətranlı 

66
maddə olduğuna görə tonqal uzun müddət 
yanır. Ocağı küləkdən qorumaq, qığılcımların 
kənara yayılmasına yol verməmək lazımdır.
Əgər kibrit və ya alışqan yoxdursa nə etməli? 
Hansısa səbəbdən kibrit islanıbsa və ya alışqan 
unudulubsa, odun alınması prosesi çətinləşir. 
İbtidai insanların istifadə etdikləri üsulla çaxmaq 
daşı vasitəsilə odu əldə etmək olar. Möhkəm 
daş parçası iti polad bıçağa sürtülür. Nəticədə 
əmələ gələn qığılcımları quru otlara yönəldilib 
alışdırılır. Tüstülənən quru otları üfürməklə 
alovun artmasına çalışmaq lazımdır. Başqa 
üsulla iki ağac kəsiyini bir-birinə sürtməklə də 
od əldə etmək olar. Lakin bunun üçün çox 
uzun müddət tələb olunur. Ağaclardan birinin 
uc hissəsi digərinin üzərindəki kəsiyin içərisinə 
qoyularaq fırladılır. Əmələ gələn qara rəngli 
tozdan qığılcım yaranır. Həmin toz tez alışan 
materialın üzərinə tökülməli və üfürülməlidir.
Dəri kəmər vasitəsilə də alovu əldə etməyə 
nail olmaq olar. Bir qədər qalın dirəyin ucu 2 
hissəyə ayrılır və bu kəsiyə digər ağac bərkidilir. 
Kəmərlə bağlanmış ağac kəsiyi sağ və sol tərəfə 
burulur. Kəsiyə bir qədər tez alışan ağac qırıntısı 
qoyulur. Cəld hərəkətlərlə ağac qırıntısını alış-
dır maq  mümkündür. 
Əgər səyahət qışda keçirilirsə, qar çalası 
qazılır və ortasında tonqal qalanır. Çalanın 
üzərində uzun, yaxşı olar ki, dəmir dirəkdən 
yemək hazırlanan qab asılır (şəkil 8).
Şəkil 8 Qar çalasında tonqal
Fövqəladə vəziyyətdə od əldə etmək üçün 
asanlıqla alışa bilən materiallar: ağac çürüntüsü, 
quru saman, parça, taxta qırıntısı, quş lələkləri
üzəri tükcüklü yarpaqlar su keçirməyən poli-
etilen paketdə saxlanılır. 
I üsul. Günəşli havada binoklun linzaları, 
eynək şüşəsi, fotoaparatın obyektivi, saatın 
örtük şüşəsi və ya güzgü vasitəsilə günəş 
şüası toplanmış yanma materialının üzərinə 
yönəldilir. Fotoaparatın, binokl, cib fənərinin 
optik linza şüşəsi ilə günəş şüasını toplayaraq 
od əldə etmək olar. Yandırıcı şüşəni eynək və 
ya saat şüşəsindən də hazırlamaq olar. Bunun 
üçün 2 ədəd şüşəni qabarıq hissəsi xaricə tərəf 
olmaqla üst-üstə qoyub, arasına nazik saman 
çöp qoyulur. Şüşələrin kənarı gil və ya qətranla 
yapışdırılır. Saman çöpü vasitəsilə şüşələrin 
arası su ilə doldurulur.
II üsul. Çaxmaq daşı və polad kibrit olma-
dıqda ən yaxşı yandırmaq üsuludur. Çaxmaq 
daşını hər hansı möhkəm daş əvəz edə bilər. 
Daşı fitilə yaxınlaşdırılıb bıçağın ucunu və ya 
polad parçasını onun üzərinə vurmaq lazımdır. 
Kösövün ortasına düşən qığılcım közərir və 
üfürməklə alov əldə olunur (şəkil 9).
Şəkil 9. Çaxmaq daşı vasitəsilə odun əldə olunması.
III üsul. Kaman və ox vasitəsilə də alovu 
əldə etmək olar. Bunun üçün 2-3 sm qalınlığında 
ağac budağından kaman hazırlanır. Qələm 

67
yoğunluğunda budaq 25-30 sm uzunluqda 
kəsilib, ucu ox formasında yonulur. Quru odun 
parçasının üzərinə oxun iti ucu qoyulur və 
yuxarı hissəsi ilə kaman ipi ilə sarınır. Bir əldə 
oxun yuxarı hissəsini parça ilə tutaraq digər əl 
ilə kamanı tez-tez irəli-geri fırlatmaq lazımdır. 
Odun parçasının üzərindəki çuxurda qara rəngli 
toz əmələ gəlir və tədricən tüstülənib alova 
çevrilir. Hər üç üsuldan istifadə zamanı kifayət 
qədər səbir və inad tələb olunur(şəkil 10). 
Çətin vəziyyətdə sadə ocaq hazırlamaq 
üçün dörd ədəd tir kvadrat şəklində birinin 
üzərinə qoyulur. Qidanı hazırlamaq üçün 
konserv bankasından istifadə olunur. Közərmiş 
kömürün üzərində müxtəlif qida məhsullarını 
hazırlamaq mümkündür. Ocaq qalamaq üçün 
torpaqda da çala qazmaq olar. Bu zaman 
“sobadan” tüstünün çıxması üçün yan tərəfdə 
nəfəslik qazılır. Bu üsulla yemək hazırlanmasını 
daha təhlükəsiz prosesə çevirmək olar. Ocaqda 
yaranan tüstü kənar olur və güclü külək zamanı 
alovun yayılmasının qarşısı alınır.
Şəkil 10. Kaman və ox vasitəsilə odun əldə olunması.
Fövqəladə hallarda susuzluğun aradan qaldırılması
İnsan orqanizmi məlum olduğu kimi 85% 
sudan ibarətdir. Susuz orqanizmdə maddələr 
mübadiləsi gedə bilməz, istilik balansı pozular. 
Suyun hətta az miqdarda itirilməsi həyat 
fəaliyyəti nin pozulmasına səbəb olur. Meşədə 
azarkən susuz qalan insanın həyatı təhlükə 
altına düşür. Soyuq iqlim şəraitində də insana 
normal fəaliyyət üçün sutkada 1,5-2,5 litr su 
tələb olunur. İnsan susuz 5-7 sutkadan artıq 
qala bilməz. Bədən çəkisinin 10%-i qədər su 
itirən insanın hərəkəti zəifləyir, 20%-i qədər su 
itirildikdə isə insan məhv olur.
Suyun itirilməsi insan orqanizmində bir sıra 
dəyişikliklərə səbəb olur:
■  1-5% su itirildikdə əhval-ruhiyyənin 
pis ləş məsi, hərəkətin zəifləməsi, yuxu-
lama, dərinin qızarması, temperaturun 
artması, mədənin pozulması, susuzluq;
■  6-10% su itirildikdə təngnəfəslik, baş 
ağrısı, ayaq və əl nahiyəsində sancılar, 
hərəkət qabiliyyətinin itirilməsi, ürək-
bulanma;
■  11-20% su itirildikdə sayıqlama, əzələ-
nin qıc olması, dilin köpməsi, eşitmə və 
görmənin zəifləməsi, bədənin soyuması 
baş verir (sxem 5).
Havanın temperaturu 20-300C olduqda 
susuzluğa dözmək daha yüksək temperatura 
nisbətən asandır. İsti havada orqanizmin suya 
tələbatı sutkada 4 litrə qədər artır. Əgər 
meşə 
də təbii su hövzəsinin vardırsa, çətin 
vəziyyətdən xilas olmaq şansı artır. Lakin təbii 
su hövzəsi olmadıqda su mənbəyi tapmaq 
başlıca məqsədə çevrilir. Hər bir halda suyun 
təmizliyinə əmin olduqdan sonra içmək olar. 
Meşənin dərinliyində dırnaqlı heyvanların izləri, 

68
rütubətli torpaq su mənbəyinə doğru istiqaməti 
göstərən əlamətdir.
Fövqəladə hallarda isti hava şəraiti dedikdə, 
havanın temperaturu, günəşin intensiv şüalan-
ması, torpağın üst qatının hərarəti, havanın 
rütubəti, küləyin gücü nəzərə alınır. İnsanın 
bədəninin həddindən artıq istilənməsi üçün 
heç də qızmar yay havası gərək deyil. Qışın ən 
soyuq vaxtında belə qalın geyinmiş insan odun 
doğrayarkən bədəni həddindən artıq isinir, 
həd 
dindən artıq tərləmə nəticəsində geyim 
islanır və su itirilir. İşini başa çatdırdıqdan sonra 
soyuq havanın təsiri altında insan donur. Buna 
görə də təcrübəli turistlər və ovçular ağır fiziki 
iş zamanı üst geyimi soyunur, istirahət vaxtı 
isə geyinirlər. Belə hallarda əhval-ruhiyyəni 
nəzarətdə saxlamaq, vaxtında geyim dəyişmək 
və istirahət etmək lazımdır.
Yuxarıda göstərilən qaydada su çatış-
mazlığı qanın qatılaşmasına və ürək-damar 
sis teminin pozulmasına səbəb olur. Bədənin 
hüceyrələrində mineral duzların qatılığı artır. 
İnsan ac qaldıqda piy ehtiyyatının tam itirilməsi, 
zülal ehtiyatının isə 50% itirilməsi nəticəsində 
həyatı təhlükəyə məruz qalır. Suyun 15% 
itirilməsi onu ölüm təhlükəsi ilə qarşı-qarşıya 
qoyur. İnsanın bədənində gedən kimyəvi 
proseslər zamanı yaranan su 0,3-0,4 litr təşkil 
edir. Duru yeməklə 0,5-0,6 litr, bərk qida ilə 
birlikdə 0,7 litr su qəbul edilir və sutka ərzində 
əlavə 0,8-1,0 litr su tələb olunur. 
Fövqəladə vəziyyətdə susuzluq hissi insan-
da ağızın quruması ilə meydana çıxır. Bu halda 
insan daha çox su içməyə başlayır, halbuki ilk 
anda buna o qədər də ehtiyac olmur. Fiziki 
yükün artması tərləmə prosesini gücləndirir. 
Eyni zamanda hüceyrələrin su saxlama qabili-
yyəti pozulur. Bu qayda ilə insan nə qədər çox 
su içirsə, bir o qədər susuzluq hiss edir. Belə 
ekstremal vəziyyətdə 8 saat ərzində 5-6 litr su 
itirilir. Halbuki adi hallarda bu müddətdə 0,5 litr 
su kifayət edir. Çoxlu miqdarda suyun birdəfəyə 
içilməsi məsləhət görülmür. Həddindən artıq 
qəbul edilən su bədənin tərləməsini artırır. 
Artıq suyun bu qayda üzrə xaric ifraz edilməsi 
hüceyrələrin su saxlama qabilliyyətini pozur. 
Ona görə də insan nə qədər çox su icirsə, o 
qədər çox tərləyir və susuzluq hissi güclənir. 
Həddindən artıq tərlədikdə orqanizmdən itirilən 
mineral duzların bərpası üçün azca duzlu su 
içmək lazımdır. 1litr suda 0,5-1,0 qram duz həll 
edildikdə orqanizmin duz balansı təmin olunur.
Daxilə qəbul edilən su mədəyə çatdıqdan 
sonra, yəni 10-15 dəqiqə ərzində susuzluq 
hissini yatıra bilər. Buna görə də suyu qısa 
fasilələrlə az miqdarda içmək lazımdır. Əgər 
Sxem 5. Su çatışmazlığının əlamətləri

69
insan fövqəladə vəziyyətə düşübsə və su 
ehtiyatı azdırsa, suya qənaət etmək üçün bir 
qədər ağızı yaxalamaq və ya turş konfet sormaq 
kifayətdir. Konfet olmadıqda kiçik təmiz çay 
daşını sormaqla tüpürcək ifrazını gücləndirmək 
və susuzluq hissini azaltmaq olar.
Əsas içməli su mənbəyi çaylar, göllər, bulaq-
lardır. Yaxınlıqda içməli su mənbəyi (çay, göl, 
bulaq, yağış, qar, şeh, buz) olmadıqda, susuzluğu 
aradan qaldırmaq üçün zəhərli olmayan bitki-
lərin şirəli yarpaqları və meyvələrindən istifadə 
edilir. Atmosfer yağıntıları qar, yağış, şeh suları 
istifadə üçün yararlı hesab olunur. Yağış zamanı 
ağacın gövdəsinə parça sarıyıb, bir ucunu qabın 
içərisinə salırlar. Yağış suyu parçanı islatdıqda 
toplanan su qabın içərisinə süzülür.
Meşədəki su hövzələrindən içməli su əldə 
etmək üçün ilk növbədə suyun təmizliyinə 
əmin olmaq lazımdır. İçməli suyun ən sadə 
üsulla təmizlənməsi üçün qalın (yaxşı olar ki, 
kətan) parçanın içərisinə qum, xırdalanmış ağac 
kömürü və kiçik daşlar doldurulur. Torbanın 
aşağı hissəsində dəlik açılır. Su bu sadə süz-
gəcdən süzülərək qarışıqlardan təmizlənir.
Qarışqa yuvası, vəhşi arı pətəkləri içməli 
suyun yaxınlıqda (təxminən 1 km-ə qədər 
məsafə də) olmasına dəlalət edir. Suyu daha sadə 
bir üsulla da əldə etmək olar. Su çatışmazlığı 
olduqda hər hansı ağacın sıx yarpaqlı budağına 
polietilen paket keçirilir və ağzı kip bağlanır. 
Bitkinin buxarlandırdığı su paketin içərisində 
damcı şəklində toplanır. Bitkidən asılı olaraq 1 
saat ərzində 50-80 ml su toplamaq mümkündür. 
Müxtəlif su mənbələrindən əldə olunan 
suyu zərərli qarışıqlardan təmizləmək üçün süz-
gəcdən, gümüş qaşıqlardan, yod məhlulundan 
(bir litr suya 8-10 damcı) istifadə olunur və 
sonra mütləq qaynadılır. 
Ağac və kolların yoğun yaş budaqlardan 
isti vitaminli çay almaq olar. Bunun üçün yaş 
budaqların yoğun hissəsi tonqalın üzərində 
maili yerləşdirilir. Budağın ensiz hissəsinin altına 
stəkan və ya polietilen paket qoyulur. İstinin 
təsiri altında yaş budaqdan ayrılan su stəkana 
toplanır. Bu məqsədlə cökə, söyüd ağaclarının 
budaqları daha yararlıdır. Ümumiyyətlə, söyüd 
bitən torpaqda qrunt sularının səthə yaxın 
olması məlumdur.
Durğun su mənbələrindən toplanan suyu 
təmizləyib süzmək və qaynatmaq lazımdır. 
Top 
lan 
mış su ehtiyatını isti havada mütləq 
qaynadılmış halda içmək olar. Su isti havada tez 
bir zamanda köhnəlir və həyat üçün təhlükəli 
vəziyyətə düşür. İsti havada həyat üçün təh-
lükə 
nin qarşısını almaq məqsədilə birbaşa 
günəş şüalarından qorunmaq, fiziki hərəkətləri 
azaltmaq və geyimi islatmaq zəruridir.
Beləliklə, meşədə azan insan öz səhhətini 
qorumaq üçün ilk növbədə içməli su mənbə-
lərini axtarıb tapmalı və kifayət qədər su ehtiyatı 
toplamalıdır. Dağ meşələrində suyu dərələrdə, 
qayaların çatlarında axtarmaq məq sədə uyğundur. 
Qış aylarında iri qayanın üzərinə qoyulan təmiz 
qar günəşli havada tezliklə əriyir və bir neçə 
dəqiqə ərzində 1 litr içməli su toplamaq olur.
Meşədə istiqamətin təyin edilməsi
Səyahətçilər və turistlər meşədə şəraitdən asılı olaraq bəzən harada olduqlarını unudub, 
hansı istiqamətdə gedəcəklərini bilmirlər. Tanış olmayan ərazidə və sıx meşəlikdə səmti asanlıqla 
itirmək mümkündür. Belə vəziyyətdə kompas olmadıqda və ya müəyyən səriştə olmadıqda insanlar 
çaşqınlıq içərisində ora-bura vurnuxmağa, çıxış yolu axtarmağa çalışırlar. Yol yoldaşlarından ayrılan 
turistlər özləri də hiss etmədən dayanacaq yerindən uzaqlaşıb itkin düşə bilərlər.
Belə halda sakitləşib vəziyyəti təhlil etmək daha məqsədəuyğundur. Meşədə yolu azarkən 
istiqməti düzgün təyin etmək lazım gəlir. Meşənin dərinliyinə getmiş hər kəs ilk növbədə yaxınlıqdakı 
cığırları axtarıb tapmalıdır. Əgər əvvəlki yerə qayıtmaq üçün yadda qalan əlamətləri aşkar etmək 
müyəssər olmursa, coğrafi istiqamətləri təyin etməyə səy göstərin. 

70
İstiqaməti itirdikdə dərhal hərəkəti dayan dırıb kompas vasitəsilə səmti təyin etmək və ya 
müxtəlif təbii əlamətlərə istinad edərək istiqaməti müəyyənləşdirmək lazımdır. Kompas yoxdursa, 
qol saatının kiçik əqrəbini günəşə doğru yönəltməklə istiqaməti bilmək olar. 12 rəqəmi və saat 
əqrəbi arasındakı bucaq cənubu göstərir. Günortaya qədər günəşin sağ tərəfi, günortadan sonra isə 
günəşin sol tərəfi cənub istiqaməti göstərir.
Kompas vasitəsilə istiqaməti təyin edərkən günəşin üfiqdəki vəziyyəti və digər əlamətlər nəzərə 
alınmalıdır. Gecə vaxtı ulduzların (xüsusilə, Qütb ulduzunun, Böyük Ayı bürcünün və s.) səmada 
yerləşməsinə görə istiqaməti müəyyən etmək olar. Kvartal dirəklərində daha az olan iki rəqəm 
arasında əmələ gələn bucaq şimalı göstərir.
1.  Şimal yarımkürəsində şimal istiqamətini müəyyən etmək üçün günorta vaxtı arxası günəşə 
tərəfə durmaq lazımdır. Bu zaman kölgə düşən tərəf şimalı, sol tərəf qərb, sağ tərəf şərqi 
göstərir 
2.  Günorta vaxtı şimal və cənub istiqamət lərini 
günəşin və dirəyin köməyi ilə təyin etmək 
olar. Bunun üçün yerə təxminən 1metr 
uzunluqda dirək basdırılır. Yaxşı olar ki, bu 
məqsədlə meşə talasında bitki örtüyündən 
azad olan torpaq sahəsi seçilsin. Dirəyin 
kölgəsinin  qur   taracağındakı  nöqtədə  nişan 
qoyu 
lur. Sonra təxminən 10-15 dəqiqə 
ərz ində kölgənin bir neçə sm yerini dəyiş-
məsini gözləmək lazımdır. Yenə köl gənin 
qurtardığı nöqtə nişanlanır. İlk nöqtədən 
ikinci nöqtəyə qədər düz xətt çəkilir və 
düz xətt 30 sm irəli uzadılır. Bu nöqtələrin 
yaxınlığında elə durmaq lazımdır ki, sol ayaq 
birinci nöqtənin, sağ ayaq ikinci nöqtənin 
qarşısında dursun. Beləliklə, bu vəziyyətdə 
insan üzü şimala doğru durmuş olur və digər 
tərəfləri də asanlıqla təyin edir (şəkil 11).
  Dirəyin ən kiçik ölçüdə kölgəsi günorta 
vaxtını göstərir. Səhər saat 6.00-7.00-da 
günəş şərqdə, axşam 19.00-da qərbdə olur 
(yayda günəş səhər saat 5.00-da çıxır, axşam 
saat 20.00-21.00-da batır).
3.  İstiqaməti təyin etmək üçün digər üsul saat 
vasitəsilə yerinə yetirilir. Əgər səyahətçi 
şimal yarımkürəsindədirsə, saatı elə dön-
dərmək lazımdır ki, saat əqrəbi günəşə 
doğru yönəlsin. Təsəv vürünüzdə, saatın 12 
rəqəmi ilə hazırkı vaxtı göstərən rəqəm 
arasındakı bucaq təyin olunur. Həmin 
bucaqdan çəkilmiş bisektris xətti (bucağın 
tənböləni) cənub istiqaməti göstərəcəkdir. 
Cənub yarımkürəsində olarkən isə saatın 
Şəkil 11. Günəşə görə istiqamətin təyini
1
2
3
4
5
6
7
8
9
10
11
12
R
1
2
3
4
5
6
7
8
9
10
11
12
N
Şəkil 12. Saat vasitəsilə istiqamətin təyini

71
12 rəqəmini günəşə doğru çevirib 12 
rəqəmi ilə saatı göstərən kiçik əqrəb 
arasındakı bucağın tənböləninə əsasən 
bucağı təyin etmək olar (şəkil 12).
4.  Günəşə əsasən üfüqün cəhətlərini digər 
çox sadə bir üsulla təyin etmək olar. 
Yadda saxlamaq lazımdır ki, səhər saat 
700-də günəş şərqdən çıxır, saat 1200-
də günorta vaxtı cənubda olur, axşam 
saat 1900-da qərbdə batır.
Gecə vaxtı istiqaməti ulduzlara görə 
istiqaməti təyin etmək olar.
1.  Qütb ulduzuna əsasən şimalı asanlıqla 
təyin etmək olar. Səmada Qütb uldu-
zunu tapmaq üçün Böyük Ayı bürcünün 
son iki ulduzunu fikrinizdə düz xətlə 
birləşdirib, bu xətti 5 dəfə uzatmaq 
lazımdır. Xəttin qurtaracağı Qütb uldu-
zunu və şimal istiqaməti göstərir. Qütb 
ulduzu Kiçik Ayı bürcünün sonuncu 
ulduzudur. Kiçik Ayı bürcü Böyük Ayı 
bürcündə olduğu kimi 7 ədəd nisbətən 
az parlayan ulduzlardan ibarətdir (şəkil 
13).
2.  Kassiopeya bürcünə görə istiqamətin 
təyin edilməsi. Kassiopeya bürcü W 
hərfini xatırladan 5 ulduzdan ibarətdir. 
Kassiopeya bürcü də Böyük Ayı bürcü 
kimi Qütb ulduzunun ətrafında dövr 
edir. Əgər ağacların çətirindən Böyük 
Ayı bürcünü görmək mümkün deyil-
dirsə, Kassiopeya bürcündən eyni 
məsa 
fədə yerləşən Qütb ulduzunu 
təyin etmək olar (şəkil 14).
3.  Cənub xaç bürcünə görə istiqaməti 
cənub yarımkürədə olarkən təyin 
etmək olar. Bürc xaç formasında yer-
ləşən ulduzdan ibarətdir. 2 ulduz ara-
sında məsafə bir qədər uzaq olduğun-
dan onları birləşdirən xətti xaçın 
əsası na doğru 5 dəfə uzatmaqla fərz 
Şəkil 13. Qütb ulduzuna görə istiqamətin təyini
Şəkil 14. Kassiopeya bürcünə görə istiqamətin təyini

72
olu nan nöq tədə cənub istiqaməti təyin 
et mək olar (şəkil 15).
 
4.  Meşədə kvartal dirəklərinin üzərindəki 
rəqəmlərə əsasən də istiqaməti təyin 
etmək mümkündür. Kvartal dirəkləri 
qərbdən şərqə doğru nömrələnir. Kvar-
tal dirəklərində daha kiçik iki rəqəm 
arasında əmələ gələn bucaq şimalı gös-
tə 
rir. Meşə sahələrinin kəsişməsində 
yerləşən dirəyin üzərindəki ən kiçik 
rəqəm şimal-qərb hissədə, sonrakı 
rəqəm isə şimal-şərq istiqamətində 
yazılır. Bu iki rəqəm birlikdə yerləşdikləri 
şimal istiqaməti bildirir. Digər iki rəqəm 
isə uyğun olaraq cənubu göstərir (şəkil 
16). 
Bəzi hallarda meşəyə səyahət zamanı saatı 
təyin etmək üçün aşağıdakı üsullardan istifadə 
edilir :
1.  Açıq sahədə yerə 1-1,5 m uzunluqda 
dirək bərkidilir. Günəşli havada dirəyin 
gölgəsinə əsasən şimal istiqamət təyin 
olunur. Gözəyarı olaraq şimal-cənub 
və şərq-qərb istiqamətli xətlərin kəsiş-
diyi nöqtədə dirək yerə sancılır. Bu 
qayda üzrə şimal-cənub oxu saat 12-
yə bərabər götürülür və kölgənin isti-
qaməti ilə saat təyin olunur. Dirək 
əvəzin tək ağacı və ya qayanı seçmək 
olar (şəkil 17).
2. Kompas vasitəsilə günəşin azimut 
nöqtəsi təyin olunur və 15 hissəyə bölü-
nür. Bu rəqəm 1 saat ərzində Yer kürə-
sinin fırlanma çevrəsinin 1/24 hissəsinə 
bərabərdir. Alınan rəqəmin üzərinə 
vahid əlavə edilir və yerli vaxt təyin 
edilir. Məsələn, əgər 8+1=9 deməli, 
yerli vaxtla saat 9.00-dur. Azimut 
şimal istiqaməti ilə günəşin yerləşdiyi 
istiqamət arasındakı bucaqdır (şəkil 18).
Şəkil 15. Cənub Xaç bürcünə görə istiqamətin təyini
Şəkil 16. Kvartal dirəklərinə görə istiqamətin təyini
Şəkil 17. Günəşə görə saatın təyini
1
2
5
6
C NUB
Q RB
ŞİMAL
Ş RQ
GÜNOR
TA
X
TT
İ
06.00
0 .00
7
0 .00
8
0 .00
9
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00
19.00
20.00

73
Meşədə istiqaməti təyin etmək üçün ən yaxşı 
köməkçilərimiz bitkilərdir. Əlbəttə, astro nomik 
dəqiqliklə olmasa da, çətin şərait də istiqaməti 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin