European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   10   ...   18
təbəqəyə qədər quruyur və aşağıdan yanma 
nisbətən az (0,1-3 m/dəq) sürətlə yayılır. Güclü 
külək zamanı yanğın ağacların çətiri boyu 
yuxarıya doğru yayılaraq yuxarıdan yanmaya 
çevrilir. Belə olduqda ağaclar kökündən çətirinə 
qədər alovlanır. Xüsusən də iynəyarpaqlı 
ağaclar ani olaraq alışıb yanırlar. 
Yuxarıdan yanmalar daha təhlükəli olub, 
böyük zərər vurur. Yuxarıdan yanma zamanı 
güclü küləkli havada alov dəqiqədə 80 m sürətlə 
yayıla bilir. Nəhəng meşə əraziləri yanarkən 
yaşayış məntəqələri də xeyli zərər çəkir. Belə 
Meşədə aşağıdakı yanğın təhlükəsizliyi qayda larına əməl olunmalıdır:
►  Meşədə siqaret çəkmək olmaz;
►  Uşaqların kibritlə və ya alışqanla oyna ması yolverilməzdir;
►  Meşənin yaxınlığında məişət tullantı larını, quru otları yandırmaq olmaz;
►  Avtomobilin pəncərəsindən közərmiş siqaret kötüklərini atmaq olmaz;
►  Benzin, sürtgü yağları və digər alışa bilən məhlullarla isladılmış materiallardan istifadə 
etmək olmaz;
►  Şüşə qabları və şüşə qırıqlarını atmaq qəti qadağandır (günəş şüalarını linza kimi əks 
etdirərək yanğın hadisəsi törədə bilər);
►  Yaxınlığındakı elektrik xətlərinin qısa qapanmasına yol vermək olmaz;
►  Tonqal yandırarkən təhlükəsizlik qayda larını pozmaq olmaz;
►  Tonqalı xüsusi təyin olunmuş yerdə yandırmaq olar;
►  İstirahət başa çatdıqdan sonra alovu söndürməyi unutmamalı;
►  Asanlıqla alışan maye doldurulmuş qabları atmaq olmaz;
►  Quru yarpaqları və otları yandırmaq olmaz.

41
yanğınlar zamanı torpaq örtüyü, meşəaltı, cavan 
pöhrələr, ağacların gövdəsi və budaqları yanır. 
Yuxarıdan (çətir) yanmaları iynəyarpaqlı və enli 
yarpaqlı meşələrdə şaquli və üfiqi istiqamətdə 
yayılır. Bütün yerüstü yuxarı yanmalar aşağı 
yanmalardan başlayır. Çox güclü yanğınlar 
zamanı kök sisteminin, torpağın, çətirin yanması 
nəticəsində ağaclar tez bir müddətdə yıxılıb 
məhv olur və çətin keçilən tör-toküntü əmələ 
gətirir. Yanğın saatda bir neçə km-dən, onlarla 
km-ə qədər sürətlə yayılır. Yanğın səs-küylə 
və qara tüstü ilə müşayət olunur. Yuxarıdan 
yanmalar zamanı ağacların çətiri alovlanıbsa, 
insan üçün ən təhlükəsiz yer su hövzələrinin 
kənarı, çəmənliklər və iynəyarpaqlı ağacların 
bitmədiyi enliyarpaqlı meşə sahəsi hesab olunur.
Yeraltı yanğınlar aşağıdan yanmalardan 
başlayaraq torf qatında yayılır. Yeraltı yanğının 
yayılma sürəti sutka ərzində bir neçə metrdən 
onlarla metrə çatır. Sahədə güclü tüstülənmə, 
bəzən hündür alov müşahidə olunur. Yeraltı 
(torf) yanğınlar bataqlıqlaşmış ərazilərdə, 
torflu meşə sahələrində uzunmüddətli quraqlıq 
zamanı baş verir. Bu yanğın növünün səciyyəvi 
xüsusiyyəti alovsuz yanmasıdır. Bu zaman 
köklərin yanması nəticəsində ağaclar tamamilə 
məhv olur. Alovun torf qatında yayılma sürəti 
bur sutka ərzində onlarla sm-dən bir neçə 
m-ə qədər artır. Yanmanın yavaş getməsi onun 
davamlılığı ilə əlaqədardır. Torf qatında 250% 
rütubətli olduqda belə yanma yayıla bilər. 
Hətta torf qatı qış mövsümündə qarın altında 
da davamlı olaraq yanır. Bu yanma növü çox 
çətinliklə söndürülür.
Davamlı aşağıdan və yuxarıdan yanmalar 
bitki örtüyündə kəskin dəyişiklik yaradan çox 
güclü amillərdir. Həddindən artıq quraqlıq illərdə 
belə yanğınlar zamanı torpaq örtüyü və humus 
qatı tamamilə yanır. Meşənin ot örtüyü, kollar 
tamamilə yanır, ağacların xeyli hissəsi zədələnir 
və ya tamamilə quruyur. Bu halda meşənin təbii 
vəziyyətinin bərpa olunması üçün yüz illərlə vaxt 
tələb olunur. Böyük ərazilərdə yayılan yanma 
məhsulları canlı orqanizmlərə olduğu kimi iqlimə 
də güclü təsir göstərir. Yanmış meşə sahələri 
həmin regionda küləyin sürətinə və istiqamətinə, 
torpağın rütubət ehtiyatına, su axarlarında suyun 
səviyyəsinə, bütövlükdə iqlimə əhəmiyyətli 
dərəcədə təsir göstərir.
Yanma üçün yanar madənin, oksigenin 
və yüksək temperaturun olması zəruridir. Bu 
sxemi yanma üçbucağı adlandırmaq olar. Lakin 
bu üçbucaq yanma üçün lazım olan bütün 
komponentləri əks etdirmir (sxem 2). 
Sxem 2. Yanma üçbucağı. 
Fasiləsiz yanğın zamanı qazşəkilli yanma 
məhsulları yanan yerdən uzaqlaşaraq yeni yanar 
qaz və oksigen payına yol açır. Qızma zamanı 
bütün qazlar genişlənir, onların qatılığı ətraf 
mühitdəki havanın qatılığına nisbətən azalır. 
Yerin cazibəsi şəraitində Arximed qanununa 
görə daha yüngül qazşəkilli yanma məhsulları 
soyuq və daha ağır atmosfer havası tərəfindən 
sıxışdırılır. Beləliklə, yerin cazibə qüvvəsi qaz 
mübadiləsini - yanma məhsullarını yanma 
ocağından yuxarıya doğru aparır və yeni hava 
payının daxil olmasına şərait yaradır.
Çəkisizlik şəraitində qızmar və soyuq 
qazların çəkisi olmur. Burada isti qazların 
yuxarıya, soyuq qazların isə aşağıya doğru 
hərəkəti getmir. Çəkisizlik şəraitində qaz 
mübadiləsi mümkün deyildir, deməli alovlu 
yanğın gedə bilməz. Lakin hava mübadiləsi 
tələb olunmadığına görə piroliz və közərmə 
prosesi çəkisizlik şəraitində davam edir. Hətta 
partlayışlar da mümkündür.
Buna görə də yanma üçbucağı yalnız yerin 
cazibəsi şəraitində mümkündür. Marsda və ya 
Ayda cazibə qüvvəsi Yerdəkindən azdır və yanğın 
prosesi yavaş gedə bilər. Belə şəraitdə yanma 
dördbucağını təsvir etmək olar: (sxem 3). 

42
Sxem 3. Yanma dördbucağı
Yanma şəraitindən asılı olaraq oksidləşmə, 
közərmə, alovlanma, qığılcım, partlayış və 
detonasiya anlayışları bir-birindən fərqləndirilir. 
Oksidləşmə - ən yavaş gedən prosesdir. 
Məsələn, dəmir illərlə oksidləşib paslanır. Bu 
prosesin sürəti ildə bir neçə mm təşkil edir. 
Küləyin sürəti və səthin mailliyi burada heç bir 
rol oynamır.
Közərmə - sutkada 1 metr və ya saatda 
1 sm olmaqla bir qədər sürətlə gedir Təbii 
bataqlıqlarda torf qatı, sobada ağac kömürü 
bu sürətlə yanır. Lakin əgər közərən səth 
açıqdırsa, küləyin təsiri altında közərmə daha 
da sürətlənə və temperatur arta bilər. Məsələn, 
dəmirçixanada körüyü hərəkət etdirməklə hava 
közərən kömür qatından buraxılır.
Alovlanma dəqiqədə 1 sm-dən 1 metrə 
qədər sürətlə daha tez yayılır. Yanma prosesi 
yerüstü olduqda külək və yanma səthinin 
mailliliyi ona güclü təsir göstərir. Yanma 
material 
larının oksigenlə təması nəticəsində 
saniyədə bir metr sürətlə baş verən alışmalar 
yaranır. Yadda saxlamaq lazımdır ki, meşələrdə 
yanğın adətən aşağı hissələrdən başlayır və alt 
qatlarda alovun yayılma surəti dəqiqədə 3 m, 
üst qatlarda yanma zamanı isə dəqiqədə 100 
m-ə qədər çata bilər. Piyada insan isə dəqiqədə 
80 m surətlə hərəkət edir.
Partlayış və detonasiya prosesinin sürəti 
saniyədə min metrlərlə ölçülür (bəzən 
10000 m/s çatır). Meşə yanğınları zamanı dik 
yamaclarda aşağıdan yuxarıya doğru qalxan 
alov partlayışa səbəb olur. Bu zaman yüksək 
temperatur hesabına yanğının önündə çoxlu 
miqdarda uçucu maddələr ayrılan piroliz 
prosesi baş verir. Bu maddələr havanın oksigeni 
ilə qarışır və yanğının qığılcımından alışaraq 
güclü səsli partlayış əmələ gətirir.
Meşə yanğınının söndürülməsi üsulları. 
Meşədə ən kiçik alışma və ya yanğın hadisəsini 
aşkar etdikdə dərhal insanları yanğın ərazisindən 
uzaqlaşdırmaq və Fövqəladə Hallar Nazirliyinin 
Dövlət Yanğından Mühafizə Xidmətinə xəbər 
(həmçinin, yanğının dəqiq yeri və orada 
insanların olması haqqında məlumat) verilməli, 
yanğınsöndürmə bölmələri gələnədək möv-
cud vasitələrlə yanğının söndürülməsi təşkil 
edilməlidir. Fövqəladə hallar zamanı ilk növbə-
də 112 və ya 101 nömrəli telefonlarla təcili xəbər 
verilməlidir. 
Meşədə yanğın hadisəsi ilə üzləşdikdə 
dərhal küləyin əksi istiqamətində həmin 
yeri tərk etmək lazımdır. Bu zaman yanğının 
yayılma istiqamətinə perpendikulyar olaraq 
hərəkət etmək, üzü və əlləri yaş dəsmalla 
örtmək tələb olunur. Əgər çıxış yolu yoxdursa, 
su hövzələrinin yaxınlığında sığınacaq tapıb 
gözləmək olar. Geyimi su ilə isladıb yanğından 
qorunmaq lazımdır.
Əgər alovun yayıldığı sahədən uzaqlaşmaq 
mümkün olmazsa, yaxınlıqda su hövzəsi 
mövcud olarsa, ora daxil olmaq və yaxud açıq 
talada isladılmış geyimdə yardım gözləmək 
lazımdır. Bu zaman tüstüdən bir qədər 
qorunmaq üçün ağız və burunu nəm parça 
ilə örtüb, mümkün qədər torpağa tərəf aşağı 
əyilmək məsləhətdir.
İri miqyaslı meşə yanğınlarında FHN-
nin Dövlət Yanğından Mühafizə Xidmətinin 
əməkdaşları ilə birlikdə əhalinin fəal nü-
mayəndə 
lərindən ibarət könüllü yanğından 
mühafizə dəstələri yanğınla mübarizəyə cəlb 
olunur. Yanğının yayılmasının qarşısını almaq 
üçün ətraf tör-töküntüdən təmizlənir və torpaq 
zolaqları hazırlanır. Belə torpaq zolaqlarının eni 
5-10 m-ə çatır. Yaşayış məntəqələrində təbii su 
hövzələri olmadıqda süni su hövzələri yaradılır 
və burada su ehtiyatı saxlanılır. 1 ha yaşayış 
ərazisinə 30 m3 su tələb olunur. 

43
Meşədə güclü yanğın baş verdikdə sutka 
ərzində növbətçilik təşkil edilərək vəziyyət 
ciddi nəzarət altında saxlanılır. Su hövzələrinin 
qaydasında olmasına daim nəzarət olunur. 
İnsanların tənəffüs orqanlarını tüstüdən mü-
hafizə etmək üçün əhaliyə xüsusi pambıq-
tənzif sarğıları və ya digər qoruyucu vasitələr 
paylanır. Yanğına qarşı profilaktik tədbir kimi 
daxili yanma mühərrikləri ilə hərəkətə gələn 
avtomobillərin quraqlıq mövsümündə meşəyə 
daxil olması qadağan oluna bilər.
İstirahət yerini tərk etmiş insanların tam 
söndürmədikləri ocağı aşkar etdikdə, dərhal 
onu söndürmək üçün cəhd etmək olar. Alovu 
yaşıl budaqlarla çırpmaq, kətan parça və ya 
brezentlə örtmək, ayaqla möhkəm tapdamaq, 
torpaq və su ilə söndürmək olar. Yanar 
maddələrin üzərinə su tökərək yanan kütləni 
soyutmaqla, yaxud torpaq tökərək havanın 
qarşısını almaqla yanğını söndürmək olar. Lakin 
alovun sürətlə yayıldığı hallarda təkbaşına bu 
işin öhdəsindən gəlmək qeyri-mümkündür. 
Mütləq əlaqədar təşkilatlara xəbər verilməlidir.
Tonqalı odda yanmayan materialla ört dükdə 
alov sönür. Lakin ocağın közərən kömüründə 
yüksək temperaturlu istilik saxlandığına görə 
örtük açılandan sonra istilik üzə çıxır və yenidən 
alovlanır. Közərmiş kömürdə piroliz prosesi 
davam edir, yanar qazlar ayrılaraq 612°C-yə 
qədər istilikdə alışır. Belə ocağı söndürmək üçün 
kömürü soyuq su ilə soyutmaq lazımdır. Yalnız 
kömürün üzərini soyutmaqla kifayətlənmək 
olmaz. Daxildə yüksək temperatur (800°C) 
saxlandığından kömür yenidən alışa bilər. Belə 
halda çoxlu miqdarda soyuducu maddənin 
uzun müddətli təsiri zəruridir.
Soyuducu maddələrə - maye azotu 
göstərmək olar. Qaz balonundan çıxarkən 
maye azot qaz şəkilli halda çox soyuq olur. 
Yanan ocağın üzərini bu maddə ilə örtdükdə 
oksigenin qarşısı alınır və eyni zamanda sahə 
soyudulur. Müxtəlif odsöndürücü köpüklər, 
kimyəvi tozlar meşə yanğınlarında effektli təsir 
göstərir.
Ən güclü soyuducu sudur. Bütün dünyada 
yanğın söndürən zaman istiliyi udan digər 
belə maddə yoxdur. Yanma mənbəyində su 
istiliyi alaraq buxara çevrilir və yanan ocağı 
oksigendən təcrid edir. Lakin suyun ən böyük 
çatışmazlığı odur ki, o səthi islatmayaraq 
üzərindən axıb gedir. Bütün meşə yanma 
materialları (yarpaqlar, mamır, şibyə, qabıq və 
s.) öz tərkibində efir yağlarına, muma malikdir 
və nəticədə islanmır. Buna görə də yanğına sərf 
olunan suyun həcmi artır.
Bütün hallarda yanğın təhlükəsizliyi 
qaydalarına riayət etmək və meşə yanğınları 
barədə kifayət qədər məlumat əldə etmək 
zəruridir. Əgər alovlanma yenicə başlayıbsa, 
alovun yayılmasının qarşısını almaq üçün 
müəyyən üsullardan istifadə etməklə cəhd 
göstərmək olar. Yeraltı meşə yanğınının sön-
dürülməsi üçün 1 m enində xəndək qazılır. 
Xəndəyin dərinliyi quru torf qatına qədər 
olmalıdır. Xəndəyin kənarı ağac kötüklərindən 
və budaqlardan təımizlənir. Belə xəndək su ilə 
dodurularsa, yanğının qarşısının alınmasında 

44
daha əhəmiyyətli olar. Yalnız yanğının 
söndürülməsinə tam əmin olduqdan sonra bu 
xəndəklər nəzarət altından çıxarılır. 
Meşələrin yanğından mühafizə dəstəsinin 
müvafiq nəqliyyat vasitəsi olur. Dəstəni təşkil 
edən üzvlər bir-birini tanımalıdırlar. Dəstə 
üzvləri eyni yaşayış məntəqəsinin sakinləri və ya 
bir müəssisənin işçiləri ola bilər. Dəstəni təşkil 
edən bir neçə qrup birlikdə yanğınsöndürməyə 
rəhbərlik edən yanğınsöndürmə xidmətinin 
əməkdaşına tabe olurlar.
İşçi geyim kimi kətan parçadan tikilmiş 
xüsusi formadan (papaqlı, əlcəkli, isti gödək-
cədən ibarət) istifadə olunur. Uzunboğaz 
dəri ayaqqabılardan istifadə tövsiyə edilir. 
Əsas əmək aləti beldir. Hər qrup 1-2 ədəd 
balta, 2-3 dəmir vedrə, 3-5 litrlik 2-3 ədəd 
dəmir qazanlarla (yemək hazırlamaq üçün) 
təmin edilir. Ərzaq ehtiyatı olaraq 3 sutkalıq 
konservlər, çörək, şəkər, çay və s. tədarük 
olunur. Bütün bunlardan əlavə hər qrupun 1-2 
ədəd kompası, ağcaqanad və digər həşəratlara 
qarşı müdafiə vasitələri, kibrit və d. lazımı 
avadanlığı olmalıdır.
Müxtəlif sahələrdə yanğının söndürülmə 
üsulları yanğın söndürməyə rəhbərlik edən 
şəxs və yaxud yaranmış vəziyyətdən asılı 
olaraq dəstənin üzvü tərəfindən müəyyən 
edilir. Yanğın hadisəsi ilə qarşılaşdıqda kiçik 
miqyaslı yenicə başlayan yanğını 3-5 nəfərlik 
qrupun birgə səyi ilə söndürmək mümkündür. 
Ən sadə üsullardan biri alovun çırpılmasıdır. 
1,5-2 m uzunluqda budaqlardan hazırlanmış 
süpürgə vasitəsilə bir neçə saat ərzində alovun 
qarşısını almaq olar. Alovun çırpılaraq yaş 
budaqlarla söndürülməsi onun yayılmasının 
qarşısını alır. Bunun üçün enliyarpaqlı ağacların 
budaqları 1-2 metr uzunluqda kəsilir. Yanğının 
kənar xəttinin yanında duraraq budaqlarla yerə 
müəyyən bucaq altında ardıcıl zərbələr endirilir 
və budaqları torpağa sıxaraq alovun içərisindən 
sıçrayan közərmiş hissəcikləri yanmış əraziyə 
tərəf süpürüb atırlar. Bu zaman diqqətli olmaq 
və bütün tüstülənən hissəcikləri ərazidən 
təmizləmək lazımdır. Bu üsuldan daha çox 
sürətli aşağıdan yanmalar zamanı ot və mamır 
örtüyünün söndürülməsi üçün istifadə etmək 
olar.
Digər üsul yanğının kənarına torpaq 
tökülmə sindən ibarətdir. Çırpılma üsulu effektiv 
olmadıqda və mexanikləşdirilmiş yanğınsön-
dürmədən istifadə etmək mümkün deyilsə, bu 
üsul tətbiq olunur. Alovun hündürlüyü yanğının 
kənarına yaxınlaşmağa imkan yaratdıqda 
bel vasitəsilə yaxınlıqdakı bitki örtüyü meşə 
döşənəyi ilə birlikdə qazılıb çıxarılır. Kiçik 
çalalar qazılıb buradakı torpaq yanğının 
kənarına tökülür və bütün sahə əhatə olunur. 
Eni 6-8 m, uzunluğu 40-60 sm olan torpaq 
zolağı hazırlanır. Torpaq zolağının yarı hissəsi 
yanğının ön hissəsində yanmayan materialın 
üzərində, digər yarısı artıq yanmış ərazidə 
yerləşməlidir. Hündür alovlu yanğının kənarına 
yaxınlaşmaq mümkün olmadıqda, yanğının 
söndürülməsinə rəhbərlik edən şəxsin göstərişi 
ilə bir qədər aralıda minerallaşmış təbəqəyə 
qədər qoruyucu zolaq salınır (şəki 1. Korel 
6-1və2 Sadə yanğınsöndürmə üsulları).
Meşə yanğınlarını söndürmək üçün digər 
üsullar da vardır. Bu üsullar daha yüksək ixtisaslı 
və səriştəli insanlar üçün nəzərdə tutulur və 
yanğınsöndürmə məqsədilə xüsusi texnika və 
vasitələrdən (yanğınsöndürmə avtomobilləri, 
aviasiya texnikası, motopompalar və s.) istifadə 
olunur. Müasir dövrdə meşələrdə baş verən 
yanğın hadisələrinin süni peyklər vasitəsilə 
qeydə alınması alovun yayılmasının qarşısını 
almağa kömək edir.

45
Meşə yanğınlarına qarşı mübarizədə 
xüsusi avadanlıqla təhciz olunmuş aviadəstələr 
fəaliyyət göstərir. Üçüş vaxtı aşkar edilən 
yanğın mənbəyi barədə məlumat meşə təsər-
rüfatı müəssisələrinə çatdırılır və yanğının 
söndürülməsi üçün təxirəsalınmaz tədbirlər 
görülür. Müasir dövrdə meşələrdə baş verən 
yanğın hadisələrinin süni peyklər vasitəsilə 
qeydə alınması alovun yayılmasının qarşısını 
almağa kömək edir.
Meşələrin yanğından mühafizə sistemində profilaktik tədbirlər
Meşələrin yanğından mühafizəsi sistemi 
əsas 3 tərkib hissəsindən ibarət olub, müxtəlif 
tədbirlərin mürəkkəb kompleksidir. Bu tərkib 
hissələrinə meşə yanğınlarının profilaktikası, 
meşə yanğınlarının aradan qaldırılması və 
meşələrin yanğından sonrakı reabilitasiyası 
daxil dir. Bu sistemdə əhali arasında profilaktik 
tədbirlərin aparılması meşə yanğınlarının qarşı-
sını almaq üçün yerinə yetirilən kompleks 
tədbirlərin yalnız bir hissəsidir.
I. Meşə yanğınlarının profilaktikası:
•  Meşə  yanğınlarının  qarşısının  alınması
üçün meşə ərazilərinin rayonlaşdırılması 
və xəritəyə alınması;
•  Meşə fondunun yanğın əleyhinə qurul-
ması: yanğın əleyhinə yolların tikintisi, 
xəndəklərin, dayaq və müşahidə mən-
təqə lərinin, süni su hövzələrinin yaradıl-
ması, istirahət yerlərinin abadlaş 
dı-
rılması;
•  Meşə  əkinlərinin  yanğına  davamlılığını
artırmaq məqsədilə dözümlü ağac, kol 
və ot bitkilərindən ibarət qoruyucu 
meşə zolaqlarının salınması;
•  Yanğın  təhlükəsinin  monitorinqi  və
proqnozlaşdırılması;
•  Yanğın əleyhinə normativ - qanunvericilik
bazasının təkmilləşdirilməsi;
•  Yanğın  əleyhinə  tədbirlərin  maddi-
texniki və maliyyə təminatının tək-
milləş dirilməsi;
•  Meşə  fondunda  yanma  təhlükəsi  olan
materialların azaldılması üçün pro-
filaktik tədbirlərin aparılması.
Əhali arasında profilaktik tədbirlər:
1.  Məktəbəqədər tərbiyə, orta ümum-
təhsil, orta ixtisas və ali təhsil müəssisə-
lərində meşə yanğınları və yanğın 
təhlükəsizliyi barədə ekoloji biliklərin 
tədrisi və ekoloji maarifləndirmənin 
təşkili;
2.  Yanğın əleyhinə təbliğat;
3. Meşələrin mühafizəsi üzrə ictimai 
aksiya ların  keçirilməsi;
4. Yanğın təhlükəsizliyi qaydalarına və 
texnologiyalarına riayət olunmasına 
ictimaiyyətin nəzarəti;
5.  Meşə yanğınlarının qarşısının alınmasına 
yönəldilmiş ictimai hərəkatların dövlət 
tərəfindən dəstəklənməsi;
6.  İctimai əsaslarla meşə yanğını təhlükə-
sizliyinə nəzarət edən məktəb meşə-
çiliyi, yaşıl patrul, könüllü yanğından 
mühafizə dəstələrinin təşkil və maddi-
texniki təminatı;
7.  Bu sahədə kadrların ixtisasartırması və 
yenidən hazırlanması.

46
II. Meşə yanğınlarının aradan qaldırılması:
•  Meşə  yanğınlarının  ilkin  aşkarlanması
məqsədilə yerüstü və aerokosmik 
sistemin təmin olunması;
•  Meşə yanğınları ilə mübarizə məqsədilə
şəxsi, maddi-texniki və maliyyə 
ehtiyat 
larının səfərbər edilməsinin 
və planlaşdırmanın qanunvericilik-
normativ əsaslarının yaradılması;
•  Meşə  yanğınları  ilə  mübarizənin
istehsalat strukturunun yaradılması;
•  Yanğının
tənzimlənməsinin
təxirə
salın 
maz və əməli təşkili (yanğının 
yayılmasının qiymətləndirilməsi və 
proqnozlaşdırma, mübarizə üsullarının 
və vasitələrin seçilməsi). Meşə yan ğın-
larının yayılmasına və inkişaf dinamika-
sına nəzarət;
•  Meşə yanğınlarının söndürülməsi;
•  Meşə  yanğınları  barədə  məlumatın
toplanması, təhlili;
•  Qeydiyyatın  aparılması  və  statistik
hesabatların hazırlanması;
•  Meşə  yanğınında  təqsirkar  olan  şəxs-
lərin aşkara edilib cəzalandırılması.
III. Meşələrin yanğından sonrakı reabi lita si-
yası:
•  Meşə  yanğınlarının  sosial,  ekoloji  və
iqtisadi zərərinin qiymətləndirilməsi;
•  Yanğından
sonrakı
uzunmüddətli
nəticə 
lərin ekoloji-iqtisadi qiymətlən-
di rilməsi, zərərin azaldılması və meşə 
örtüynün bərpası üçün tədbirlərin 
planlaşdırılması;
•  Meşənin  təbii  biomüxtəlifliyi  daxilində
tükənməkdə olan bitki və heyvan növ-
lərinin sayının və populyasiyasının, əsas 
ağac cinslərinin bərpa olunması;
•  Yanmış oduncaq ehtiyatının azaldılması.
Meşə yanğınlarından mühafizə işləri əsasən 
yanğın təhlükəsinə nəzarətdən ibarətdir. Yanğın 
təhlükəsi dedikdə hava şəraitindən, yüksək 
temperatur mənbələrindən, bitki tərkibindən 
asılı olaraq yanğının əmələ gəlməsi və yayılması 
ehtimalı nəzərdə tutlur. Yanğın təhlükəsi 
antropogen, təbii və hava şəraitindən asılı 
olaraq müxtəlif mənşəlidir.
Antropogen təsir altında yanğın təhlükəsi 
meşədə yanğın təhlükəsizliyi qaydaları 
pozulduqda əmələ gələn yanğın mənbələrinin 
sayı ilə təyin edilir. Meşədə yanğının baş 
vermə səbəblərinin təyin olunması subyektiv 
və obyektiv çətinliklərdən asılı olaraq bu 
qiymətləndirmə təxmini olaraq aparılır. 
Antropogen yanğın təhlükəsinin səviyyəsi 
il ərzində əhalinin hər min nəfərinə düşən 
yanğınların və yanğın mənbələrinin sayına 
əsasən qiymətləndirilir. Antropogen yanğın 
mənbələrinə insanın fəaliyyəti ilə əlaqədar 
və yanğın törədə bilən istənilən alov mənbəyi 
aiddir.
Meşələrin antropogen yanğın təhlükəsinə 
qarşı təsir üsulları aşağıdakılardır:
1.  meşədə yanğın təhlükəsi və təhlükə-
sizlik tədbirləri barədə əhalinin xəbər-
dar edilməsi;
2. əhalinin ekoloji maarifləndirilmə sə-
viyyə sinin  artırılması; 
3. qadağan tədbirlərinin həyata keçi 
ril-
məsi.
Bəzi ölkələrdə meşə regionlarında insan-
ların meşədə olmasına qadağan qoyulması 
və əhalinin tələbatlarının məhdudlaşdırılması 
üsulları özünü doğrultmur. Burada yaşayan 
əhali ənənəvi olaraq meşədən istifadə etmək 
və istirahət hüququna malikdir. 
Meşələrin qorunmasının vacibliyinin əhali 
tərəfindən dərk olunması uzunmüddətli 
prosesdir. Xarıcı ölkələrin təcrübəsi göstərir 
ki, 50%-dən artıq meşə yanğınlarının əhalinin 
günahı üzündən baş verməsi yanğın əleyhinə 
təbliğat işlərini prioritet istiqamət kimi qarşıya 
qoyur. Son dövrdə meşəyə səfər edənlərin 
sayının dəfələrlə artmasına baxmayaraq, əhali-
nin ekoloji məlumatlandırılmasının genişlən-
dirilməsi insanların günahı üzündən baş verən 
yanğın hadisələrinin xeyli azalmasına imkan 
yaradır.

47
İldən-ilə meşə istirahəçilərinin sayı 
artmaq 
dadır. Minik maşınlarının istifadəsi, 
meşədə açıq yanma mənbələrinin düzgün 
istifadə olunmaması, nəzarətsiz qalmış tonqal, 
közərmiş kömür, söndürülməmiş kibrit 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin