European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   ...   18
olunmuş yerlərə aparmaq lazımdır.
► Meşədə unudulmuş şüşə qırıntıları 
yanğına səbəb ola bilər. Günəş şualarını 
toplayıb qığılcım yaradan şüşə qırıntıları 
yanğın mənbəyi ola bilər.
Meşə bitkilərin, heyvanların və həşəratların 
yaşayış yeridir. Biz insanlar isə əsasən meşənin 
müvəqqəti qonaqlarıyıq. Uşaqlar meşədə qaç-
mağı, tullanmağı və şənlənməyi çox sevirlər. 
Nəzərə alın ki, sizin istirahətiniz digər canlıların 
sakit həyatını pozub yaşayış yerlərindən didərgin 
sala bilər. Bəzən quş yuvalarını aşkar etdikdə 
uşaqlar qeyri-iradi olaraq balaları ələ götürüb, 
oxşamağa çalışırlar. İnsan əli dəyən yuvanı ana 
quşlar tezliklə tərk edib gedirlər. Buna görə də 
meşədə quş və ya heyvan yuvalarını yalnız uzaq 
məsafədən binokl vasitəsilə müşahidə etmək 
və ya foto-şəklini çəkmək olar. Bundan sonra 
dərhal həmin yerdən uzaqlaşıb, heyvanları 
narahat etməməyə çalışın .
Meşədə hər kolun, ağacın arxasında sirli bir 
aləm gizlənir. Meşənin sirlərinə bələd olmayan 
insanlar bəzən ehtiyatsız hərəkətlərə yol verirlər. 
Tanış olmayan ərazidə yol yoldaşlarından, 
valideyinlərdən və bələdçilərdən uzaqlaşmaq 
olmaz. Tanış olmayan meyvə və giləmeyvələri, 
göbələkləri toplamaq, həşəratlara əl vurmaq 
olmaz. Meşədə rast gəldiyiniz qayaların 
arxasına keçmək, daşları qaldırmaq, yuvalara 
əl uzatmaq olmaz. Yadda saxlayın ki, bir çox 
zəhərli böcəklər, arılar və digər həşəratlar 
daşların altında, ağacların koğuşunda və kolların 
dibində sığınacaq tapıb gizlənir.

34
Kol dibində və daşların arasında zəhərli 
ilanlara da rast gəlmək mümkündür. Buna 
görə də meşə cığırlarından kənara çıxmaq 
təhlükəlidir. Kolların və ot bitkilərinin üzərin-
də xəstəliktörədən gənələr yaşayır. Onlar ağız-
cıqları vasitəsilə yaxınlıqdan keçən heyvanların 
dərisinə və ya insanın paltarına sancılırlar. 
İnsanın geyiminin üzəri ilə gənə hərəkət edib 
dərisinə çatdıqda dərini deşib özünə yuva 
salır. Bu gənələri qoparmaq çox çətindir, 
onlar müxtəlif xəstəliklərin keçiriciləridir. 
Buna görə də meşəyə istirahətə gedərkən ilk 
növbədə geyimə diqqət yetirilməlidir. Üst 
geyimin tam örtülü olması nəzərə alınmalı, 
ayaqları və əlləri qorumaq lazımdır. Mütləq baş 
örtüyündən istifadə etmək lazımdır. Tez-tez 
geyimi yoxlamaq və həşəratlardan təmizləmək 
lazımdır.
Meşədə qaçmaq və bərkdən danışmaq 
olmaz. Siz cığırdan kənara çıxıb qaçarkən 
meşə döşənəyində yaşayan bir çox həşəratları 
narahat edib, qarışqa yuvalarlnı dağıdıb, nadir 
göbələkləri və bitki növlərini tapdaya bilərsiniz. 
Səs-küy, ümumiyyətlə, meşənin bütün sakin-
lərini narahat edir və onların sakit həyatını 
pozur. Bundan başqa meşə cığırı ilə hərəkət 
edərkən ehtiyatlı olmaq, quru budaqları qırmaq 
olmaz. Təsadüfən qurumuş budaq sıçrayıb 
yoldaşlarınıza toxunaraq onlara xəsarət yetirə 
bilər. Cığırla hərəkət edən dəstədə irəlidə 
gedən insanlar budaqları kəskin hərəkətlə 
aralayıb buraxdıqda, arxada gələnləri zədələyə 
bilərlər. Buna görə də kolların arasından 
ehtiyatla keçməli, özünüzün və yoldaşlarınızın 
təhlükəsizliyinə riayət etməlisiniz.
Kifayət qədər qida ehtiyatı olmadıqda 
insan zəifləyərək qüvvəsini itirir. İştahasızlıq, 
yuxulama, baş ağrısı və əsəbilik özünü biruzə 
verir. Aclığın təsiri altında digər əlverişsiz 
təsirlər daha da güclənir. Ac qalan insan 
qışda daha tez donur, xəstələnir, intellektual 
fəaliyyəti zəifləyir. Buna görə də ekstremal 
hallarda ərzaq çatışmadıqda yabanı yeməli 
bitkiləri və göbələkləri toplamaq, balıqçılıq 
və ovçuluq bacarığı insanın köməyinə çatır. 
Turizm yürüşlərində növbətçilik xüsusi qrafik 
üzrə növbə ilə yerinə yetirilir. Fövqəladə 
hallarda da daha zəif, qocaman və azyaşlı 
səyahətçilərin qüvvəsini qorumaq üçün onları 
gecə növbətçiliyindən azad etmək lazım gəlir.
Meşəyə yürüşə hazırlaşarkən öncədən 
hazırlıq mərhələsində yeməli və zəhərli 
göbələklər, meyvə və giləmeyvələr, dərman 
bitkiləri barədə məlumat toplamaq, bu bitkilərin 
foto-şəkillərini əldə etmək lazımdır. Yadda 
saxlamaq lazımdır ki, bəzi zəhərli göbələklər 
yeməli göbələklərdən çox çətinliklə seçilir. 
Məs: yalançı tülküqulağı, yalançı kötük göbələyi 
və s. Buna görə də zəhərli olmamasına əmin 
olmadığınız göbələkləri toplamaq fikrindən 
daşınmaq lazımdır. Zəhərli göbələklərə hətta 
əl vurmaq belə təhlükəlidir. Əllərə hopmuş 
zəhərli maddələr ağızın, gözün selikli qişasına 
düşə bilər.
Meşə çığırı göllərin və çayların kənarından 
keçdikdə belə səyahət gəzinti iştirakçılarının 
böyük sevincinə səbəb olur. Gözəl və cəzbedici 
təbiət mənzərəsinə valeh olan səyahətçilər 
bəzən təhlükəsizliyi unudurlar. İnsanların bələd 
olmadıqları göllərdə və çaylarda yuyunması 
təhlükəlidir. Çayların bataqlıqlaşmış sahələrində 
müxtəlif zəlilər, qansoran həşəratlar yaşayır. 
Göllərdə isə bəzən dəri xəstəlikləri törədən 
mikroorqanizmlərə təsadüf olunur. 
Ümumiyyətlə, meşədə qansoran ağca-
qanad lardan, mozalanlardan və s. həşəratlardan 
qorun maq üçün xüsusi aerozollardan, müxtəlif 
sürtgülərdən (vasitələrdən) istifadə etmək 
lazımdır. Buna görə də geyiminiz nə qədər çox 
örtülü olarsa, qansoran həşəratların hücumun-
dan müdafiə oluna bilərsiniz. Unutmayın ki, belə 
həşəratlar həm də müxtəlif virus xəstəliklərinin 
yayılmasına səbəb ola bilərlər.
Yol boyu qarşınıza çıxan qarıışqa yuvalarını 
dağıtmayın. Hətta maraq xatirinə də olsa, 
qarışqa yuvalarının quruluşunu öyrənmək 
üçün etdiyiniz hər bir cəhd yuvanın sakinləri 
tərəfin dən təcavüz kimi qiymətləndirilir. Yuvanı 
tikən zaman qarışqaların əməyini nəzərə 
alaraq meşənin sanitarlarının rahat və dinc 

35
həyatına mane olmayın. Yadda saxlayın ki, 
meşə ekosistemində bir çox qida və yaşayış 
əlaqələrinin tarazlığının təmin olunmasında, 
meşənin sağlam həyatının qorunmasında qarış-
qaların əvəzi yoxdur.
Meşədə yaşayan ən kiçik kəpənəklər, 
böcəklər və digər həşəratların yanında insan 
özünü nəhəng və çox güclü hiss edir. Lakin 
bu heç kəsə haqq vermir ki, digər canlıların 
həyatını pozsun. Bəzən gözəl naxışları, incə, 
zərif quruluşu, rəngarəng parlaq libası ilə 
diqqəti cəlb edən həşəratları kolleksiya ücün 
toplamağa çalışırlar. Unutmayın ki, müxtəlif 
həşəratların kolleksiya xatirinə məhv edilməsi 
qəti qadağandır. Bəzi bitki və heyvan növlərinin 
təbiətdə sayı o qədər azalmışdır ki, onların adı 
“Qırmızı Kitab”a daxil edilib dövlət tərəfindən 
qorunur. Bu canlıların təsadüf nəticəsində 
toplanması onların mövcudluğunu təhlükə 
altına alır. Ona görə də yaxşı olar ki, meşədə 
fotoaparat vasitəsilə “foto-ova” çıxasınız və 
heyranedici məqamları foto obyektiv vasitəsilə 
yaddaşa həkk edəsiniz. Meşədə keçirdiyiniz 
xoş dəqiqələr barədə foto-təəssüratlarınızı 
sonradan böyük məmuniyyətlə dostlarınızla 
bölüşə bilərsiniz.
Meşədə sakit və dinməz dursanız, bir 
çox meşə heyvanlarının səsini və quşlarının 
nəğməsini dinləyə bilərsiniz. Təsadüfən bu 
quşların yuvasını aşkar etdikdə, yaxşı olar ki, 
tezliklə həmin yeri tərk edəsiniz. Yuvaya əl 
vurmaq, yumurtaları və ya balaları götürmək 
olmaz. Unutmayın ki, hətta siz yuvaya zərər 
vurmasanız belə, quşlar yuvada insan izlərini 
asanlıqla aşkar edib, bir daha ora qayıtmırlar. 
Əgər siz günahsız quş balalarının tənha qalıb 
məhv olmamasını istəmirsinizsə, öz marağınızı 
ram edib, müəyyən məsafədən quşların 
davranışını müşahidə etməklə kifayətlənin.
Vəhşi heyvanların yuvasına yaxınlaşmaq 
təhlükəlidir. Bəzən ağacın koğuşunda, təpənin 
üzərində və ya kolluqda yuvanın dəliyini aşkar 
etdikdə dərhal içərisinə əl salıb, “kəşfiyyat” 
aparmaq qətiyyən olmaz. Əgər yuvanın içəri-
sində balalar varsa, onların səsinə yaxınlıqda 
olan vəhşi heyvanlar dərhal qaçıb gəlir və 
balalarını müdafiə etməyə çalışır. Qəzəblənmiş 
ana ayının, canavarın və ya digər vəhşi heyvanın 
hücumuna məruz qalmağı, əlbəttə, heç kim 
arzu etməz. Buna görə də belə yerlərdən 
ehtiyatla keçmək, təhlükəsizliyə riayət etmək 
lazımdır. Hər halda balaları evə aparmağa 
çalışan insanların sonrakı aqibəti hamıya dərs 
olmalıdır. Vəhşi heyvanların qisası həqiqətən 
çox faciəli sonluqla qurtara bilər.
Meşəyə yürüş edən uşaqlar bəzən yersiz 
olaraq yaşıl budaqları və yarpaqları qırır, 
kolların gövdəsini sındırır, çiçəkləri toplayaraq 
bitkiləri kökündən çıxarıb atırlar. Bu hərəkətlə 
onlar özləri də hiss etmədən bitkilərin həyatına 
son qoyurlar. Belə insanlar dərk etməlidir ki, 
yarpaqlar və budaqlar bitkilərin əsas qidalanma, 
tənəffüs və nəqliyyat funksiyalarını yerinə yetirir. 
Bitkinin qol-budaqlarını qıranlar fotosintez 
prosesində əmələ gələn qida maddələrinin, 
mineral duzların və suyun digər orqanlara 
daşınmasına mane olur. Kifayət qədər qida 
maddəsi almayan ağac və kol bitkiləri zəifləyib 
qurumağa başlayır.
Meşənin qonağı olan insanlar öz davranış-
larına nəzarət etməlidirlər. Xoşa gələn bitkiləri 
və heyvanları ələ almaq və ya qoparmaq ani 
olaraq digər canlının həyatına son qoya bilər. 
Meşədə zərərli heyvanlar yoxdur. Hər bir canlı 
meşə mühitinin ayrılmaz tərkib hissəsidir. Əgər 
qarışqaların yolunda çadır qurulmasa, onlar 
insana toxunmazlar. Hətta yırtıcılar belə, onların 
yuvasına və ya balalarına yaxın gəlmədikdə 
insandan uzaq gəzməyə çalışırlar. Bəzən 
turistlər meşədə özlərindən xatirə qoymağa 
çalışaraq ağacların, kolların gövdəsində iti 
bıçaqla və ya kəsici alətlərlə müxtəlif yazıları 
həkk edirlər. Ağacların zədələnmiş hissələri 
quruyur, bitkilərin inkişafı zəifləyir.
Meşədə zərərli hesab etdikləri həşəratları 
məhv edən insanlar unudurlar ki, bu canlılar 
təbiətdə gözəgörünməz proseslərin və hadisə-
lərin əsas mənbəyi ola bilər. Bir çox canlılar 
meşənin sanitarı rolunu oynayaraq digər 
canlıların sağlamlığının keşiyində durur. Meşə 

36
döşənəyinin altında gizlənən minlərlə cücülər 
üzvü qalıqların parçalanmasına xidmət edir. 
Maddələr dövranında mineral maddələr bitki-
lərin inkişafına və qidalanmasına sərf olunur. 
İnsanların meşə sakinlərinə qarşı təcavüzkar 
münasibəti meşədə normal həyat proseslərinin 
pozulmasına səbəb olur.
Əgər gözəl çiçəkləri olan bitkilər diqqəti 
cəlb edirsə, bu bitkiləri fotoaparatın yaddaşına 
həkk etmək daha önəmlidir. Bir neçə saatlıq da 
olsa, qısa müddətli zövq üçün dərilən hər bir 
çiçək təbiətdən qoparılan bir hissədir. Bəzən 
təsadüf nəticəsində onsuz da tükənməkdə olan 
nadir bitkilər bu qayda üzrə məhv edilir. Bütün 
bu qaydalara əməl etməklə təbiətin qoynunda 
mənalı və sağlam istirahəti təmin etmək olar.
Bəzi insanlar təbiətdə rast gəldikləri hər bir 
canlını, bitki və heyvanı “zərərli” və “faydalı” 
olmaqla qruplaşdırırlar. Faydalı hesab etdikləri 
canlılara qayğı göstərir, öz tələbatları üçün 
istifadə edirlər. Lakin zəhərli hesab etdikləri 
canlıları isə məhv etməyə çalışırlar. İnsanlar 
gəzinti zamanı rast gəldikləri “zərərli” bitkiləri 
kökündən qoparıb atır və zəhərli göbələkləri 
tapdayıb əzirlər. Meşədə təhlükəsizliyə riayət 
etmək, o demək deyildir ki, zəhərli həşəratları 
və göbələkləri məhv edilsin. 
Təbiətdə hər bir canlının öz yeri və 
mövqeyi vardır. Bizim zəhərli hesab etdiyimiz 
bitki və həşəratlar çox zaman ekosistemin 
qida zəncirində mühüm rol oynayaraq, digər 
canlıların qida və şəfa mənbəyidir. Eyni zamanda 
canlı orqanizmlərin sayının tənzimlənməsində 
xüsusi yer tutur. Məsələn, tayqa meşələrində 
yaşayan nəhəng sığınlar daxili xəstəlikləri 
müalicə etmək üçün ən zəhərli göbələk hesab 
olunan milçəkqapandan istifadə edirlər. Xəstə 
sığınlar bu göbələklə qidalanaraq qısa müdətdə 
sağalırlar. Bəzi zəhərli göbələklərin tərkibində 
olan maddələrdən insanların mü alicə si üçün 
istifadə olunan dərman vasitələri hazırlanır. 
Yəqin ki, ilan zəhəri və ya arı zəhərinin 
müalicəvi təsiri barədə hamının məlumatı 
vardır. Bununla yanaşı belə zəhərli bitkilərə və 
ya həşəratlara rast gəldikdə müəyyən qədər 
özünüzü qorumağa və dərhal həmin yeri tərk 
etməyə çalışın. Tanış olmayan bitkilərin meyvə 
və toxumlarına, həşəratlara toxunmayın.
Meşədə ehtiyatsız və təcavüzkar hərəkət-
lərə yolverən insanlar ilk növbədə nadir 
bitki və heyvan növlərinin bioloji müxtəlifliyi 
üçün böyük təhlükə yaradır. Meşədə düzgün 
davranış qaydalarına riayət etmədikdə insanlar 
öz sağlamlıqlarını və həyatlarını da təhlükə 
altına qoyurlar. Meşənin nemətlərindən istifadə 
edərkən ilk növbədə meşə qanunvericiliyini 
bilmək və müvafiq tələblərə əməl etmək 
lazımdır. 

37
Sxem 1. Meşədə insan üçün gözlənilən təhlükələr

38
Meşələrin yanğın təhlükəsizliyi
Meşəyə istirahətə gələnlərin sayı ildən-
ilə artır. Müasir texnika və avadanliqla 
silah 
lanmış turistlər, balıqçılar və ovçular 
meşənin ən dərin guşələrinə asanlıqla daxil 
olurlar. İnsanlarin müdaxiləsi təbii tarazlığın 
pozulmasına, meşə ehtiyatlarının tükənməsinə 
səbəb olur. Meşələrin qorunması ilk növbədə 
insanların düzgün münasibətindən asılıdır. Meşə 
yanğınları, məişət tullantıları ilə çirklənmə, bitki 
və heyvan növlərinin tükənməsi, qanunsuz 
meşə qırmaları və tikinti işləri meşələrın əsas 
ekoloji problemlərindəndir. Meşədə düzgün 
davranış qaydalarına riayət etdikdə belə fəsad-
ların qarşısını almaq mümkündür.
Meşənin ən təhlükəli düşməni yanğındır. 
Baş verən meşə yanğınlarının əsas səbəbkarı 
məhz meşə səyahəti həvəskarlarıdır. Meşə 
yanğınlarının böyük əksəriyyəti insanların odla 
ehtiyatsız davranması nəticəsində baş verir. 
Statistik məlumatlara görə meşəyə gəzintiyə və 
istirahətə gələnlər bu baxımdan daha çox risk 
qrupuna aid edilir. Yay mövsümündə və istirahət 
günlərində yaşayış məntəqələrinin ətrafındakı 
meşələrin 10 km-lik ərazisində yanğın hadisələri 
daha çox qeydə alınır. Meşəyə istirahətə gələn-
lər və səyahətçilər təbiətin qorunmasına diq-
qətli olmalıdırlar. Meşəyə səyahət etməzdən 
əvvəl təhlükəsizlik tədbirləri barədə məlumat 
toplanmalı və yanğın təhlükəsizliyi qaydalarına 
riayət olunmalıdır.
Bataqlıqlaşmış meşə sahələrində, xüsusilə 
mamır və şibyədən ibarət torpaq örtüyü 
olan ərazidə ocaq və ya siqaret yandırılması 
isti, quru və küləkli havada acı nəticələrə 
səbəb olur. Bəzi avtomobil sürücüləri yolla 
hərəkət edərkən siqaretin közərən qalıqlarını 
pəncərədən atır və bunun nəticəsi barədə 
düşünmürlər. Avtomobillərin mühərriklərindən 
çıxan yanma məhsulları da quru, qızmar, küləkli 
havada qığılcımdan alovun yaranmasına səbəb 
olur. Meşədə quru budaqların, yarpaqların və 
otların toplanması nəticəsində əmələ gələn 
tör-töküntünün alışması da təhlükəli amillərdən 
biridir. Meşənin yaxınlığından keçən avtomobil 
yollarında nəqliyyat qəzası baş verdikdə qığılcım 
və közlər ətrafa yayılaraq quru tör-töküntünün 
yanmasına səbəb olur. Meşəyə səyahət edənlər 
təsadüfən söndürülməmiş kibrit çöpünü və ya 
siqareti atmaqla da yanğın hadisəsi törədirlər.
Turizm yürüşləri tonqalsız keçinmir. Turist-
lərin dayanacaq yerlərində isinmək və yemək 
hazırlamaq üçün, ağcaqanadları qovmaq üçün 
tonqal qalaması nəticəsində meşə yanğınlarının 
baş verməsi ehtimalı artır. Tonqal nəzarətsiz 
qaldıqda və ya tam söndürülmədikdə kiçik 
közərtidən yaranan alov sürətlə yayılaraq 
ətrafdaki bütün canlıları məhv edir. Turist 
tonqal larından 3-5 m aralıda olan ağaclara zərər 
yetirilir. Tonqaldan ayrılan istilik yaxınlıqdakı 
ağacların qabıqlarının və qabıqaltı toxumaların 
qızmasına səbəb olaraq ağacın oduncağını 
qurudur.
Gecələmək üçün turist düşərgəsi əsasən 
içməli su mənbəyinin yaxınlığında salınır. 
Düşərgədəki tonqal çadırlardan 10 m aralı 
məsafədə qalanır və bu zaman küləyin isti-
qaməti nəzərə alınır. Düşərgədə sutka ərzində 
növbətçilik təşkil olunmalıdır. 2 nəfərdən az 
olmayan qrup meşənin daxilində bir yer dən 
başqa yerə keçərkən qrup rəhbərinin göstərişinə 
əməl etməli, xəritə, kompas, kibrit, ərzaq 
məhsulları, bel, balta, mişar, əleyhqaz və ilk tibbi 
yardım ləvazimatı ilə ilə təchiz olunmalıdır. 
Meşədə yalnız zəruri hallarda və ciddi təyin 
olunmuş yerlərdə tonqal qalanmasına icazə 
verilir. Meşədəki istirahət yerlərində tonqal 
üçün xüsusi yer meşəçilik müəssisələrinin 
əmək daşları tərəfindən müəyyən edilir. İcazə-
siz yerlərdə tonqal qalanması ciddi qanun 
pozuntusu hesab olunur. Meşədə gecələmək 
üçün qabaqcadan odun tədarük edilməlidir. 
Odun üçün yaşıl ağacları qırmaq qadağandır. 
Diqqətlə ətrafı nəzərdən keçirdikdə çoxlu 
miqdarda quru budaqlar və oduncaq əldə 
etmək olar. Tam sönməmiş tonqalı nəzarətiz 
qoymaq yaramaz. 

39
Meşəətrafı yaşayış məntəqələrində yaşayan 
əhali kənd təsərrüfatı sahələrində məhsul 
yığımından sonra bəzən quru otları yandırır. 
Meşənin yaxınlığında buna qəti yol vermək 
olmaz. İqlim dəyişmələri və günəşin fəallığının 
artdığı bir dövrdə yanğın tez bir zamanda quru 
otlara keçərək yayılıb meşə yanğınına cevrilə 
bilər. Əgər yaxınlıqda əkin sahəsi və ya tarla 
vardırsa, ocaq qalamaq təhlükəlidir. Küləkli 
və ya isti havada odunun yanması nəticəsində 
əmələ gələn közərtilər ətrafa səpələnə bilər. 
Tarlaya və ya qurumuş bitki qalıqları olan əkin 
sahəsinə düşdükdə közərtilər alışıb yanğın 
hadisəsi törədir. 
Avtomobilin və digər nəqliyyat vasitələrinin 
yaxınlığında tonqal yandırmaq olmaz. Yanacaq 
məhsullarına bulaşmış parça materiallar da 
öz-özünə alışa bilər. Avtomobilin mühərriki 
işlək vəziyyətdə olduqda yanacaq doldurmaq
texniki nasaz avtomobillərdən istifadə et mək, 
avtomobilin yaxınlıgında od qalamaq təhlükə-
lidir. Yemək yedikdən sonra kağız tullantılarını 
yandırmaq qadağandır. Asanlıqla çürüyən belə 
tullantıları və qida qalıqlarını xüsusi xəndək 
qazıb basdırmaq olar. Lakin bu zaman plastik 
və kimyəvi mənşəli tullantıları mütləq meşədən 
kənara çıxararaq tullantılar üçün ayrılmış xüsusi 
yerlərə aparmaq lazımdır. 
Meşə yanğınlarının qarşısını almaq meşə 
istifadəçilərinin məsuliyyətli və intizamlı dav-
ranışı, ən sadə yanğın təhlükəsizliyi qaydalarına 
riayət etməsi zəruridir. Odla ehtiyatlı olub yadda 
saxlamaq lazımdır ki, ən cüzi qanun pozuntuları 
nəhəng yanğınlara və insan tələfatına səbəb 
olur.
Tonqal qalayarkən ilk növbədə torpağın üst 
qati, quru yarpaqlar, budaqlar və quru otlar 2-3 
m məsafədə təmizlənir. Tonqal üçün ayrılmış 
yerlər kifayət qədər açıq sahədə olmalı və 
yaxınlıqda bir neçə bel, su qabları qoyulmalıdır. 
Ocaq ağaclardan, ağac kötüklərindən və 
kök lərdən 4-6 m aralıda olmalıdır. Tonqalın 
üzərində ağac budaqlarının olmamasına diqqət 
yetirilməlidir. Əgər ərazidə xırda daşlar varsa, 
onların üzərində tonqal yandırmaq təhlükəlidir. 
Bu zaman daşların altındakı çürüntü və yarpaq 
töküntüsü alışaraq daşların arasında alovun 
daha dərin qatlara keçməsinə səbəb ola bilər.
Tonqalın köhnə ocaq yerində qalanması 
məsləhət görülür. Köhnə tonqaldan qalmış 
kömür ocağın yanmasına kömək edir. Tonqalın 
təyin olunmuş daimi yeri ən azı 2m2 meşə 
döşənəyinin qorunması deməkdir. Xüsusi 
təyin olunmuş yer olmadıqda torpağın üst qatı 
çıxarılır və tonqalın ətrafında səd kimi qoyulur. 
Ocaq tam söndürüldükdən sonra torpaq 
təbəqəsi öz yerinə qaytarılır. Tonqalı söndürən 
zaman ocağı kömürlə birlikdə belləyib torpağa 
basdırmaq lazımdır. İstirahət yerini tərk 
edərkən ərazinin təmizliyinə və alovun tam 
söndürülməsinə əmin olmaq tələb olunur. 
Həddindən artıq böyük tonqal qalamaq 
düzgün deyil. Belə tonqalın üzərində yemək 
hazırlamaq, paltar qurutmaq təhlükəlidir. Kü-
lək li havada iri tonqaldan qalxan qığılcımlar 
yaxın lıq dakı ağaclara düşə biləcəyi və ya daha 
uzaq məsafəyə sıçraması nəzərə alınmalıdır. 
Hündürlüyə qalxan alov nəzarətdən çıxa bilər. 
Alovun meşə döşənəyi vasitəsilə yayılmaması 
üçün tonqalın ətrafında xəndək qazmaq və ya 
iri daşlarla əhatə etmək lazımdır. Ümumiyyətlə, 
yanan tonqalı nəzarətsiz qoymaq olmaz. Hətta 
tonqalı su ilə söndürdükdə belə torpaq əlavə 
edib möhkəm tapdalamaq lazımdır. Bəzən 
gecədən söndürülmüş ocaqda közərmiş kömür 
qaldıqda, küləyin təsiri altında alovlanma yeni-
dən başlaya və yayıla bilər. Yanğının tam sön-
dürülməsinə əmin olduqdan sonra həmin yeri 
tərk etmək olar.

40
Meşə yanğınlarının növləri. 
Meşə yanğınları 
yanmanın növünə, yayılma sürətinə, əhatə miq-
yasına görə fərqlənir. Yanğın zamanı meşədə 
olan insanlar böyük təhlükə ilə üz-üzə qalırlar. 
Meşədən çıxan heyvanlar alovun yayıldığı 
istiqamətin əks tərəfinə qaçırlar. Quşlar, 
heyvanlar daimi yaşayış yerlərini itirirlər. Canlı 
aləm məhv olduğuna görə yalnız qaralmış 
kötüklər bəzi hallarda vaxtı ilə buranın meşə 
olduğunu xatırladır. Meşə döşənəyinə ciddi 
zərər yetirən yanğınlar burada məskunlaşan 
mikroorqanizlərin, onurğasızların və bakteriya-
larin canlı laboratoriyasını məhv edir. Güclü 
yanğın baş verən torpaqda bir çox illər ərzində 
bitki örtüyü inkişaf etmir. Yanğından sonra 
ərazinin tam bərpasına on illərlə, bəzən yüz 
illərlə vaxt tələb olunur.
Meşə yanğınlarının əsas üç növü vardır: 
1.  aşağıdan (yerüstü) yanma;
2.  yuxarıdan (çətirdən) yanma;
3.  yeraltı (torf) yanmaları. 
Aşağıdan yanmalar 2 qrupa bölünür: sürətli 
və davamlı (döşənək) yanmaları. Ən geniş 
yayılan yanma növü aşağıdan yanmalardır. 
Təxminən baş verən yanğın hadisələrinin 90%-
i bu qəbildəndir. Yuxarıdan yanmalar bütün 
yanma hallarının orta hesabla 5-7%-ni, yeraltı 
yanmalar isə 2-3%-ni təşkil edir.
Meşədə çox zaman aşağıdan yanmalar baş 
verir. Bu zaman meşənin alt yarusunda olan 
kollar, ot bitkiləri, meşəaltı, ağacların kökləri, 
meşə döşənəyi yanıb məhv olur. Aşağıdan 
yanmalar sürətli və davamlı olmaqla 2 qrupa 
ayrılır. Sürətli aşağıdan yanmalar əsasən yazda 
və yayda baş verir. Yanğının yayılma sürəti 
saatda 1 km-ə, alovun hündürlüyü 1-2 m-ə 
çatır. Davamlı yanma çox çətinliklə söndürülür. 
Belə ki, bu zaman meşə döşənəyi minerallaşmış 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin