Qaydaları Müəllim Rüstəmov Ruslan Tələbə İbrahimov Fərid



Yüklə 258,59 Kb.
Pdf görüntüsü
tarix17.03.2022
ölçüsü258,59 Kb.
#53924
növüQaydalar
FH-da tibbi fərdi mühafizə vasitələrindən istifadə qaydaları



 

AZƏRBAYCAN HAVA YOLLARI QSC 



MİLLİ AVİASİYA AKADEMİYASI 

 

Sərbəst iş №4 

 

Fakültə............................. Hava Nəqliyyatı 



İxtisas.............................. Hidrometrologiya 

Fənn................................Mülki Müdafiə 

Mövzu.............................

 

FH-da tibbi fərdi mühafizə vasitələrindən istifadə 



qaydaları 

Müəllim........................... Rüstəmov Ruslan 

Tələbə............................. İbrahimov Fərid 

Qrup...............................1228A 

 

                                 



 

                                     Bakı 2021 




 

Müasir  qırğın  silahlanndan  mühafizə  məqsədilə  əhalinin  mühafizə 



qurğulannda  daldalanması,  təhlükəli  sahələrdən  köçürülməsi  ilə  yanaşı,  fərdi 

mühafizə  və  tibbi  mühafızə  vasitələrindən  vaxtında  və  düzgün  istifadə  edilməsi 

çox  vacib  əhəmiyyətə  malikdir.  Bu  mühafizə  vasitələrindən  istifadə  edilməsi 

lüzumu  onunla  izah  edilir  ki,  nüvə,  kimyəvi  və  ya  bakterioloji  silah  işbdilərkən 

əhali,  qoşunların,  mülki  müdafiə  dəstələrinin  şəxsi  heyəti  müəyyən  müddət 

radiaktiv  maddəbr  (RM),  zəhərləyici  maddələr  (ZM),  yaxud  bakterial  vasitələrlə 

(ВУ) zəhərlənmiş sahədə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri 

aparmalı olacaqlar. [1] 

Əhalinin  mühafizə  qurğularında  daldalanması,təhlükəli  sahələrdən 

köçürülməsi ilə yanaşı,adamların fərdi mühafizə vasitələrindən vaxtında və düzgün 

istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Mühafizə vasitələrindən istifadə 

edilməsi  lüzumu  onunla izah  edilir ki, nüvə  silahı,kimyəvi  və ya  bakteroloji silah 

işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin şəxsə heyyəti müəyyən 

müddət  radioaktiv  maddələr,zəhərləyici  maddələr  yaxud  bakteroloji  vasitələrlə 

zəhərlənmiş sahələrdə qalmalı, ya da burada xilas etmə işləri aparılmalıdır.  

Fərdi mühafizə vasitələri bunlardan ibarətdir: 

  tənəffüs üzvlərinin mühafizə vasitələri; 



  dəri səthinin mühafizə vasitələri; 

  tibbi mühafizə vasitələri. 



Tənəffüz üzvlərinin mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar,əhalinin 

özü tərəfindən hazırlanan sadə vasitələr aiddir.  

Müasir  əleyhqazlar  insanın  tənəffüz  üzvlərini  və  gözlərini  havadakı 

zəhərləyici  maddələrin  (  buxar,  duman,  qaz,  tüstü,  ZM  damcılarının  ),  radioaktiv 

maddələrin  təsirindən,  həmçinin  aerozol  halındakı  yoluxdurucu  patogen 

mikroorqanizm  və  toksinlərdən  mühafizə  etmək  üçün  kifayət  dərəcədə  yüksək 

qoruyucu  vasitələrə  və  istismar  göstəricilərinə  malikdir  .  Əleyhqazların  təsiredici 



 

və süzücü növləri olur. Süzücü əleyhqazlar ( ümumqoşun, mülki, uşaqəleyhqazları) 



daha geniş yayılmışdır. 

Onların  işi  içərisində  fəallaşdırılmış  kömür  (  katalizatorlar  )  və  aerozol 

əleyhinə  süzgəclər  olan  süzücü  uducu  qutunun  daxili  qatlarından  keçərək  zəhərli 

havanın süzülüb təmizlənməsi prosessinə əsaslanır.  Süzücü uducu qutunun qatları 

dəm  qazını  udub  saxlaya  bilmir  ,  buna  görə  də  tənəffüz  üzvlərinin  dəm  qazından 

mühafizəsinin təmin edilməsi üçün xüsusi ( hopkalit ) patrondan istifadə olunur. 

Hazırda respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-

5,  QP-5M,  QP-7  tipli  əleyhqazlardan  istifadə  etmək  olar.  Respirator  da  həmçinin 

nəfəs orqanlarını tozdan və zərərli qazlardan qoruyan cihazdır. Məsələn,havasında 

çoxlu zərərli toz olan zavodların işçiləri, eləcə də tarlalarda bitki mühafizəsi üçün 

kimyəvi  maddələr  tətbiq  edən  mexanizatorlar  üzlərinə  sənaye  respiratoru  taxırlar.           

Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır: respiratorun ölçüsü – 

yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində, məmulatın adı, 

onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki rəqəmi – 

elastik  qaytanın  səthində  göstərilmişdir.  Respiratorun    ölçüsü  həmçinin  onun 

sənədində göstərilir.   

F.H zamanı zədələnmiş əhalinin profilaktikası və ona tibii yardım göstərmək 

üçün  nəzərdə  tutulmuşdur.  Bu  vasitələrin  köməyilə  zəhərlənmənin  köməyi  ilə 

zəhərlənmənin  qarşısını  almaq,  yaxud  onu  xeyli  dərəcədə  zəiflətmək,  bir  sıra 

zədələyici  amillərin  (ionlaşdırıcı  şüalanma,  güclü  zəhərlər,  bakterial  vasitələr) 

təsirinə 

qarşı  orqanizmin  dayanıqlığını  artırmaq  mümkündür.  Bunlara 

radioprotektorlar,  antidotlar  (  zəhər  əleyhinə  dərman  )  və  bakteriya  əleyhinə 

maddələr, habelə qismən sanitariya tənzimlənməsi vasitələri aid edilir. 

Dərinin mühafizə vasitələri bədənin açıq sahələrini, paltar və ya ayaqqabıları 

onların  səthinə  zəhərli  maddə  damcıları,  yoluxucu  xəstəlik  törədiciləri,radioaktiv 

toz  düşməsindən,həmçinin  qismən  də  işıq  şüalanmasının  təsirindən  mühafizə 



 

etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə ( ümumqoşun mühafizə 



komplekti-ÜMK,  yüngül  mühafizə  kostyumu-L1  )  və  əlaltı  vasitələrə  məişət 

paltarlarının ünsürləri) ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü 

(havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. 

Mühafizə  tədbirlərinin  diferensial  surətdə  yerinə  yetirilməsi  o  deməkdir  ki, 

bu  tədbirlərin  xarakteri  və  həcmi  şəhərlərin  və  təsərrüfat  obyektlərinin  siyasi, 

iqtisadi  və  hərbi  əhəmiyyətindən,  həmçinin  yerli  şəraitdən  asılı  olaraq  müəyyən 

edilməlidir. 

Əhalinin fövqəladə hallarda mühafizəsi üçün aşağıdakı tədbirlər daha vacib 

əhəmiyyətə malikdir:  

 



əhalini fərdi mühafizə vasitələri ilə təmin edilməsi; 

 



etibarlı xəbərdarlıq sisteminin yaradılması; 

  mühafizə üsullarının əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; 



 

ərzaq  və  suyun  radioaktiv,  kimyəvi  və  bakterial  vasitələrdən 



mühafizəsinin təmin edilməsi; 

  rejimli  tədbirlərin,sanitariya-gigiyena  tədbirlərinin  və  radiasiya 



əleyhinə tədbirlərin həyata keçirilməsi

  kambinasiya  üsulu  ilə  köçürmə  tədbirlərinin  planlaşdırılması  və 



vaxtında  yerinə  yetirilməsi,köçürülən  əhalini  qəbul  etmək  və 

yerləşdirmək üçün şəhərdənkənar zonanın hazırlanması. 

Fövqəladə  hadisələr  zamanı  əhalinin  mühafizəsinin  əsas  üsulları  müdafiə 

qurğularında  daldalanmaq,  fərdi  mühafizə  vasitələrindən  istifadə  etmək,iri  və 

təhlükəli sahələrdən təhlükəsiz zonaya köçürülməkdən ibarətdir.[2] 

Mülki  müdafiənin  tibb  xidməti  tərəfindən  yaralılara  və  xəstələrə  göstərilən 

tibbi  yardım  üç  növə  ayrılır:  -  ilk  tibbi  yardım;  -  ilk  həkim  yardımı;  - 

ixtisaslaşdırılmış tibbi yardım. 




 

İlk  tibbi  yardım  bunlardan  ibarətdir:  -  qanaxmaları  müvəqqəti  olaraq 



dayandırmaq; - yara və yanıq yerlərinə steril sarğı qoymaq; - sınıq, çıxıq və əzilmə 

zamanı  şin  qoymaqla  və  ya  əlaltı  vasitələr  işlətməklə  immobilizasiya  etmək 

(bədənin  zədələnmiş  hissəsini  tərpənməz  hala  salmaq);  -  kimyəvi  və  radioaktiv 

maddələrlə  zəhərlənmiş  sahələrdə  fərdi  tibbi  mühafizə  vasitələrindən  istifadə 

etməklə, şüa zədələnməsi və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq 

hissələrini  təmizləmək,  yaralılara  əleyhqaz  geydirmək  və  təhlükəli  sahələrdən 

çıxartmaq. 

Qanaxmanı  müvəqqəti  dayandırmaq  üsülları.  Qanaxmanın  növündən 

(arterial,  venoz,  kapilyar)  və  ilk  tibbi  yardım  göstərərkən  əldə  olan  vasitələrdən 

asılı olaraq qanaxmanı müvəqqəti və ya tamamilə dayandırırlar. 

Qapalı zədələnmələr - əsasən, dəri səthinin bütövlüyü pozulmadan bədənin 

dərialtı toxumalarının və daxili orqanlarının əzilməsindən, beyin silkələnməsindən, 

orqanizmin  ümumi  kontuziyasından,  oynaq  bağlarının  sərpməsindən,  çıxıqlardan 

və s. ibarətdir 

Əzilmə hallarında ilk tibbi yardım - güçlü qəzalar və zəlzələ zamanı adamlar 

uçqun  altında  qala  bilərlər.  Bədənin  müxtəlif  hissələrinin  yumşaq  toxumaları, 

qollar  və  qıçlar  uzun  müddət  sıxılmış  halda  qalarkən  əzilmə  adlanan  çox  ağır 

zədələnmə  meydana  çıxa  bilər. İlk  tibbi  yardım  göstərərkən  yaranın üzərinə steril 

sarğı qoyurlar. 

Sərpmə  və  çıxıqlar  zamanı  ilk  tibbi  yardım  -  yıxıldıqda,  düzgün 

tullanmadıqda  və  ağırlıq  qaldırarkən  oynaq  bağlarında  sərpmə  baş  verə  bilər.  Bu 

zaman  zədələnmiş  oynaqda  ağrılar  və  şiş  əmələ  qəlir,  oynağın  hərəkəti 

məhdudlaşır.  Belə  hallarda  ilk  tibbi  yardım  məqsədilə  oynağa  sıxıcı  bint  sarğı  və 

buz qoyur, zədələnmiş oynağın rahatlığını təmin edirlər. 




 

Sınıqlar zamanı ilk tibbi yardım - kəskin hərəkət edərkən, zərbə nəticəsində, 



hündür  yerdən  yıxılarkən,  avtomobil  qəzası  və  digər  qəzalar  nəticəsində  və  ya 

zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. 

Zədə  (travma)  şoku  ağır  zədələnmələrin, o  cümlədən  də  müxtəlif  sınıqların 

həyat üçün təhlükəli olan ağırlaşmasıdır. Bu hal, mərkəzi sinir sistemi fəaliyyətinin, 

qan  dövranının,  maddələr  mübadiləsinin  və  orqanizmin  həyat  üçün  vacib  olan 

digər fəaliyyət növlərinin pozulması ilə xarakterizə olunur. 

Yanıqlar  zamanı  ilk  tibbi  yardım  -  yanıqlar  yüksək  temperaturun,  habelə 

müxtəlif  kimyəvi  maddələrin  bədənə  təsiri  nəticəsində  baş  verir.  Yanıqlar  üç 

formada olurlar: - İşıq şüalanmasının, alovun, qaynar suyun və buxarın təsirindən 

baş  verən  yanıqlar  termik  yanıq  adlanır.  -  Dərinin  səthinə  və  selikli  qişalara  qatı 

turşuların  və  qələvi  maddələrin  təsiri  nəticəsində  kimyəvi  yanıqlar  baş  verir.  - 

Dərinin  səthinə  və  selekli  qişalara  radioaktiv  maddələr  düşüb  orada  uzun  müddət 

qaldıqda radiasiya yanıqları meydana çıxır. [3] 

 

 

 

Ədəbiyyat 

 

1.  H.O.Ocaqov  "Fövqəladə  hallarda  həyat  fəaliyyətinin  təhlükəsizliyi"  Səh. 

247 

 

2. 



https://ok.ru/tehlukesiz/topic/63629117360981

 

 



 

3. 


https://www.pa.edu.az/library/4/31/260_sxem_albom_mm_2019.pdf

 

Yüklə 258,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin