European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   2   3   4   5   6   7   8   9   ...   18
yardım göstərilmədikdə xəstələrin vəziyyəti 
ağırlaşır.
Fövqəladə hallar ekoloji mənşəli olduqda 
fəlakət zonasında yaşayan əhalinin həyat 
şəraitinin pozulması, maddi ziyan, neqativ 
amillərin yayılmasının sərhəddi nəzərə alınır. 
Fövqəladə halların bir neçə növü vardır: lokal, 
yerli, ərazi, regional, ölkə, transsərhəd. Lokal 
fövqəladə hallarda 10 nəfərə qədər insan 
xəsarət ala bilər və yaxud 100-ə qədər insanın 
həyat şəraiti pozula bilər. Bu zaman minimum 
əmək haqqının min dəfədən artıq dəyəri 
həcmində maddi ziyan dəyir.
Ölkədaxili lokal, ərazi, regional fövqəladə 
hallar Fövqəladə Hallar Nazirliyinin xüsusi 
təyinatlı dəstələri tərəfindən aradan qaldırılır. 
Transsərhəd fövqəladə hallarda beynəlxalq 
hüquq normalarına uyğun olaraq dövlətlərarası 
müqavilələr əsasında tədbirlər görülür.
Meşədə həyat fəaliyyətinin təhlükəsizliyinə dair dövlət 
qanunvericiliyi 
Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1999-cu il 26 aprel tariхli 70 nömrəli qərarı ilə 
təsdiq edilmiş “Meşə fondunun qoru yucu kateqoriyalara aid edilməsi, meşə lərin bir qoruyucu 
kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qayda sı”nda göstərildiyi kimi iqtisadi və 
ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə Azərbaycanın meşə fondu 
birinci qrup meşələrə aid edilir və aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
•  qoruq meşələri;
•  kurort meşələri;
•  хüsusi qiymətli meşə massivləri;
•  şəhərlərin və digər yaşayış məntəqə lərinin ətrafındakı yaşıllıq zonalarının meşələri;

22
•  yabanı meyvə meşələri;
•  dövlət qoruyucu meşə zolaqları;
•  sair meşələr.
Qoruq meşələri - meşə fondunun tərkib hissəsi olmaqla хüsusi qorunma və təsərrüfat aparılma 
rejiminə malik, nadir bitki və heyvanat aləminin və digər təbii komplekslərin saхlanılmasını, 
artırılmasını və qorunmasını təmin edən, eyni zamanda bu amillərin elmi əsaslarla dinamikasının 
öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir.
Kurort meşələri
 - sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin 
qorunmasını və yaхşılaşdırılmasını təmin edən, ətraf mühitin çirklənməsinin və vaхtından əvvəl 
sıradan çıхmasının qarşısını alan, əhalinin müalicəsi üçün əlverişli mikroiqlim şəraiti yaradan meşə 
sahələridir.
Хüsusi qiymətli meşə massivləri
 - tər kibində relikt və endemik ağac və kol cinsləri olan nadir 
meşələr, yüksək məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətdən nadir 
mənzərəli və хüsusi torpaqqoruyucu, susaхlayıcı, sutənzimləyici və digər qoruyucu əhəmiyyətli 
meşə sahələridir.
Yabanı meyvə meşələri
 - buraya meşə fondu ərazisində təbii bitən, yaхud süni yolla yaradılmış, 
tərkibində qiymətli meyvə, giləmeyvə və qərzəkli ağac və kol cinsləri olan meşələr, meşə-
bağlar, bağlar və həmin cinslərdən salınmış plantasiyalar daхildir. Bu meşə sahələrindən meşə 
toхumçuluğunda və yeyinti sənayesində də istifadə olunur.
Dövlət qoruyucu meşə zolaqları 
- хətti qaydada süni salınmış iqlim tənzimləyici, torpaqqoruyucu 
və susaхlayıcı funksiyaları yerinə yetirən meşələr bu kateqoriyaya aiddir. Qoruyucu meşə sahələri kənd 
təsərrüfatı bitkilərini külək və su eroziyasından qoruyur, məhsuldarlığın artırılmasına imkan yaradır.
Sair meşələr 
- bu meşələrə yuхarıda göstərilən kateqoriyalara aid olmayan meşə sahələri 
daхildir. Bu meşə sahələrində meşə bərpa tədbirləri, plantasiya salınması, хidməti və sanitariya 
qırmaları aparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır.
Azərbaycan Respublikasının Meşə Məcəllə sində gostərildiyi kimi meşə fondunun mühafizə 
olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur. Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, 
qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.
Meşə fondunun mühafizəsi dövlət tərəfin dən həyata keçirilir. Bu məqsədlə aşağıdakı tədbirlər 
görülür:
-  meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına 
nəzarətin təşkili;
-  meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq 
pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;
-  təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə 
cəlb edilməsi;
-  meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, 
dayandırılması, qadağan edilməsi;
-  Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata 
keçirilməsi.
Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:
-  meşələrdən fasiləsiz və səmərəli istifadə;
-  əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı 
üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması 
və gücləndirilməsi;

23
-  meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, 
yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;
-  meşələrin bərpası üçün şəraitin yaradılması;
-  meşədən istifadənin ödənişli olması;
-  meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.
Meşə fondundan istifadə növləri aşağıdakılardır:
-  oduncaq tədarükü;
-  ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);
-  meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, 
göbələk, giləmeyvə və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, 
meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa 
əlavə istifadə);
-  elmi-tədqiqat məqsədləri üçün;
-  mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;
-  ovçuluq təsərrüfatı.
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:
-  meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq 
istifadə etmək;
-  meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, 
meşə biletinin şərtlərinə əməl etmək;
-  əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;
-  meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, 
habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla 
istifadə etmək;
-  istifadəyə verilmiş meşə fondu sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək 
və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə 
onun söndürülməsini təmin etmək.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər 
haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk və 
digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni, sağlamlaşdırma, turizm və 
idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan bitki və göbələk növlərinin, habelə 
təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.
Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların 
zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillən-
məsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası 
qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.
Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı 
meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda 
və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq 
olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Meşə zonalarında istehsalat və məişət tullantılarının 
basdırılması qadağandır.

24
Meşədə baş verən fövqəladə halların qarşısını almaq və insanların sağlamlığının qorunması 
üçün müvafiq qanunvericilik qaydaları barədə əhalinin məlumatlandırılması əhəmiyyətlidir. “Mülki 
Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda “fövqəladə hadisə - insan tələfatına, 
insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların 
həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, 
təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyət”, “fövqəladə hadisələrin 
qarşısının alınması-fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə 
hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula 
biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən 
tədbirlər sistemi” kimi göstərilir. 
Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb edilməsi Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tarixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə 
yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması Qaydası”na əsasən müəyyən 
edilir.
Meşələrin yanğından mühafizə olunmasında meşə istifadəçilərinin bir sıra vəzifələri vardır. 
Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış 
tədbirlər planı işləyib hazırlamalı, təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir. 
Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Meşə fondunun ərazisində fiziki və hüquqi şəxslərin iş apardıqları, mədəni-kütləvi və sair 
tədbirlər keçirdikləri yerlər müvafiq yanğına qarşı normalara uyğun olaraq istifadəyə yararlı ilkin 
yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir.
Meşə fondunda fiziki və hüquqi şəxslər tərəfindən yanğına qarşı normaların, standartların 
və qaydaların tələblərinə riayət edilməsi, həmin norma, standart və qaydaların tələblərinin 
pozulmasının qarşısının alınması məqsədilə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 
yanğına qarşı nəzarət həyata keçirilir.
Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan 
digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə 
cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin 
pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və 
sair məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə 
təsdiq edilmiş “Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin 
bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası”nda göstərildiyi kimi: 
-  meşələrin torpaqqoruyucu, susaxlayıcı, sanitar-gigiyenik, sağlamlaşdırıcı və digər 
funksiyaları gücləndirən tədbirlərin yerinə yetirilməsinə, meşə fondu sahələrində meşə 
qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullarla istifadə olunmasına;
-  təbii mühitin ekoloji tarazlığının qorunmasına, bioloji müxtəlifliyin saxlanması tələblərinə 
cavab verən yeni texnikanın, texnologiyanın və qabaqcıl təcrübənin tətbiq edilməsinə;
-  meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman 
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarına riayət olunmasına;
-  meşə fondunda zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydalarına 
riayət edilməsinə və meşə yanğınlarına qarşı əhali arasında izahat işlərinin aparılmasına, 
təsərrüfatların yanğına qarşı yanğınsöndürən avadanlıqlarla, ləvazimatlarla, texniki 
təchizatlarla təmin olunmasına, yolkənarı yanğına qarşı zolaqların çəkilməsinə, təmir 
olunmasına və yanğına qarşı digər mübarizə tədbirlərinin yerinə yetirilməsinə; 

25
-  meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin 
bərpasına dair meşə qanunvericiliyində müəyyən edilən digər tələblərə riayət olunmasına 
və digər tədbirlərə dövlət orqanları tərəfindən nəzarət olunur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi mülki müdafiə, əhalinin və ərazilərin 
təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması 
və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsində dövlət 
siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir, yanğınların 
qarşısının alınması və söndürülməsi işini təşkil edir, fəaliyyət göstərən ayrı-ayrı təşkilatların 
tabeliyində olan, habelə idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin) 
fəaliyyətinin əlaqələndirilməsini həyata keçirir” (Azərbaycan Respublikasının Fövqəladə Hallar 
Nazirliyi haqqında Əsasnamə, Maddə 8). 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasında 
əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək üçün ətraf mühitin mühafizəsi 
və təbii sərvətlərdən istifadə edilməsi sahəsində dövlət idarəçiliyini həyata keçirməklə ekoloji 
təhlükəsizlik və təbii sərvətlərin mühafizəsi sahəsində ümumi tədbirləri və əsas istiqamətləri 
müəyyən edir, fövqəladə ekoloji və geoloji şəraiti, ekoloji və geoloji fəlakət zonalarını müəyyən 
edir və bu sahədə müvafiq dövlət tədbirlərini həyata keçirir. ETSN meşə təsərrüfatı və ovçuluq 
işlərinin aparılmasını təşkil edir, müvafiq təşkilatlarla razılaşdırmaqla ov aparılması qaydalarını və 
müddətlərini müəyyən edir və ona nəzarət edir, ov aparılması üçün vətəndaşlara icazə verilməsini 
təmin edir. Meşə və kənd təsərrüfatı sahələrinin, qiymətli təbii landşaftların, habelə meşələrin 
suqoruyucu, sutəmizləyici, torpaqqoruyucu, rekreasiya və digər faydalı təbii xassələrinin (mühafizə 
funksiyalarının) saxlanılmasını təmin edir, meşə ehtiyatlarından səmərəli istifadə olunması, yenidən 
bərpası, təkrar istehsalı və meşə təsərrüfatının daha da səmərəli aparılması istiqamətində tədbirlər 
həyata keçirir, onların yanğınlardan, dağıntılardan, zərərvericilərdən və xəstəliklərdən qorunmasını 
təmin edir (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsi, 
Maddə 1-10).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli, 90 nömrəli qərarı ilə 
təsdiq edilmiş “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları 
haqqında əsasnamə”də meşələrin monitorinqinin əsas qaydaları göstərilir. Bitki örtüyü, o cümlədən 
meşələrin monitorinqi - meşə fondundan istifadəsi, onun mühafizəsi, qorunması və meşələrin 
bərpası, onların funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun 
vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.
Meşələrin monitorinqi meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının 
və meşələrin bərpasının, ekoloji funksiyalarının artırılması, meşələrin deqradasiyasının əsas 
səbəblərinin müəyyənləşdirilməsi, meşələrin davamlı və dayanıqlı inkişafı üçün proqnozların 
və tədbirlərin işlənməsi, onların uzunmüddətli və müntəzəm monitorinq sisteminin yaradılması 
məqsədi ilə aparılır.
Meşələrin monitorinqinə aşağıdakılar daxildir:
•  meşələrin ekoloji funksiyalarını tam öyrənmək məqsədilə müşahidə yerlərinin, təbiət və
təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının 
müəyyənləşdirilməsi;
•  meşələrin  əhəmiyyətini, bioloji  xüsusiyyətlərini, təbii  və  iqtisadi  şəraitini  nəzərə  almaqla
səmərəli istifadəsinə, meşə təsərrüfatının səmərəli aparılmasına nəzarətin həyata 
keçirilməsi;

26
•  müşahidələrin aparılmasında, məlumatların toplanmasında, təhlilində ümumiləşdirilməsində
yeni texnologiyalardan, yerli və aerokosmik üsullardan, o cümlədən məsafədən zondlama 
və müxtəlif xəritə materiallarından istifadə edilməsi;
•  meşə  fondundan  istifadə,  onun  mühafizəsi,  qorunması  və  meşələrin  bərpası,  onların
ekoloji funksiyalarının artırılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun 
vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılmasının həyata 
keçirilməsi;
•  meşələrin  yanğından  qorunması  üçün  profilaktik  tədbirlərin  görülməsi,  yanğın  əmələ
gəlməməsi üçün əhali arasında müxtəlif vasitələrdən istifadə etməklə təbliğat işlərinin 
aparılması, meşə yanğınlarının vaxtında aşkar edilməklə, qarşısının alınması istiqamətində 
tədbirlər görülməsi;
•  meşələrdə zərərvericilərin və xəstəlik mənbələrinin aşkara çıxarılması, onların yayılmasının
qarşısını almaq üçün müvafiq fitosanitar tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
•  meşə fondunun vəziyyətinə dair cari, ekspedisiya, aviavizual və s. meşəpatoloji müşahidələrin
aparılması;
•  sanitar  normalara  əməl  edilməsi,  sanitar  qırmaların  vaxtında  və  düzgün  aparılmasına
nəzarət olunması.
Meşə fondunun uçotu, mütəmadi olaraq aparılan meşə quruluşu işləri zamanı həyata keçirilir. 
Monitorinq müşahidələrinin nəticələri təhlil olunaraq, meşələrin vəziyyəti bitki örtüyünün 
deqradasiyasına səbəb olan əsas amillər öyrənilir, meşə fondunun kəmiyyət və keyfiyyət göstəriciləri 
qiymətləndirilir, proqnozlaşdırılır və məhsuldarlığının yüksəldilməsinə düzgün istiqamət veriləcək 
xəritə, sxemlər, texnologiya və tövsiyələr işlənib hazırlanır. Meşə ehtiyatlarının monitorinqi 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir (Maddə 6).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tariхli 219 nömrəli qərarı ilə 
təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman 
məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nda göstərildiyi kimi “meşə 
fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq 
təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi aşağıdakı qaydalara əməl etməyə 
borcludur:
•  meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;
•  müqavilənin  şərtlərinə  əməl  etmək,  meşə  fondundan  istifadə  üçün  haqları  vaхtında
ödəmək; 
•  istifadə  olunan  sahənin  və  onun  ətrafının  zibillənməsinə  yol  verməmək,  digər  sanitariya
qaydalarına əməl etmək; 
•  sahəyə mal-qaranın buraхılmasına yol verməmək;
•  istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməmək;
•  istifadəyə verilmiş meşə fondu sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və
ərazidə yanğın baş verdikdə onun söndürülməsini təmin etmək; 
•  meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş
ziyanı ödəmək”. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 iyul tariхli 116 nömrəli qərarı ilə təsdiq 
edilmiş “Meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəхslərin cəlb olunması Qaydası”nda 
göstərilir ki, meşə yanğınlarının daha geniş yayılması təhlükəsi olan hallarda əlaqədar təşkilatlara 
təcili məlumat verilməlidir. Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarının yaşayış məntəqələrində 
və digər obyektlərdə yayılma təhlükəsi olan sahələri nəzarətdə saxlayır, yayılma dərəcəsindən asılı 

27
olaraq yanğının kəşfiyyatını təşkil edir və baş vermiş yanğınların daha geniş yayılması təhlükəsi 
olan hallarda əlavə qüvvələri, aviasiya vasitələrini və qonşu rayonların (şəhərlərin) dövlət yanğın 
təhlükəsizliyi xidmətlərini, mülki müdafiə dəstələrini, yerli radio qovşağı, telefon və digər rabitə 
vasitələri ilə elan etdirməklə meşə yanğınlarının söndürülməsinə cəlb edir. Digər fiziki və hüquqi 
şəхslər meşə yanğınlarının söndürülməsinə könüllü cəlb edilir. Meşə yanğınlarının söndürülməsi 
üçün cəlb edilmiş fiziki və hüquqi şəхslərə tibbi хidmət göstərilməsi məqsədi ilə təcili yardımın, 
səhiyyə işçilərinin, nəqliyyat vasitələrinin, yanğınsöndürən avadanlıqların yanğın yerinə göndərilməsi 
müvafiq idarə, müəssisə və təşkilatların rəhbərliyi tərəfindən həyata keçirilir. Meşə yanğını baş verən 
ərazilərdə rabitə vasitələrindən, nəqliyyatdan və yanğınsöndürən avadanlıqlardan növbədənkənar 
istifadə edilir. Meşə yanğınlarının söndürülməsinə cəlb olunan fiziki və hüquqi şəхslər yanğın 
təhlükəsizliyi qaydalarına riayət etməlidirlər.
Meşəbərpası və mühafizəsi işlərində təhlükəsizlik tədbirləri
Meşə bərpası və mühafizəsi müəssisələrinin 
əməkdaşlarının həyat fəaliyyəti bilavasitə 
meşələrlə bağlı olduğuna görə onların təhlükə-
sizliyi üçün müəyyən tədbirlərin həyata keçiril-
məsi xüsusilə zəruridir. Meşədə qurumuş 
ağacların və kötüklərin xidməti qırmalar zamanı 
kəsilməsi müəyyən təhlükəsizlik qaydalarına 
əməl olunmasını tələb edir. Bəzən sel daşqınları 
zamanı qırılmış və ya ildırım vurmuş ağacların 
kökündən çıxaraq təhlükəli vəziyyətdə qalması 
narahatlıq doğurur. Təsadüf nəticəsində belə 
ağacların yıxılması digər meşə bitkilərinin və 
heyvanların yaralanmasına, insanların xəsarət 
almasına səbəb olur. Xidməti meşə qırmaları 
zamanı kəsici alətlərdən ehtiyatla istifadə 
olunmalıdır. Oduncaq qırıntılarının gözə düş-
məməsi üçün qoruyucu eynəklərdən istifadə 
etmək və xüsusi qoruyucu əlcək geymək tələb 
olunur. Sanitar qırmaları zamanı balta, mişar və 
digər kəsici alətlər ehtiyatla tətbiq olunmalı, 
yaşıl bitkilərə ziyan vurulmamalıdır.
Həddindən artıq təhlükəli, yıxılmaqda olan, 
çürümüş və qurumuş ağacların kəsilməsinə 
daha təcrübəli meşəçilər nəzarət etməlidir. 
Sanitar və xidməti meşə qırmalarına cəlb olu-
nan meşəçilik müəssisələrinin işçiləri müvafiq 
avadanlıqla təmin olunmalıdır. Alətlərin dəs-
təyi quru, hamar, kəsici hissəsi iti olmalıdır. 
Nərdivana çıxmaq lazım gəldikdə meşəçilərin 
biri nərdivanın yanında duraraq, digərinin 
yuxarı qalxmasını sığorta etməlidir. Meşəçilər 
və digər işçilər lazımi avadanlıq və ilk tibbi 
yardım vasitələri ilə təchiz olunmalıdır.
Meşəçilik təsərrüfatlarında çətin və böyük 
zəhmət tələb edən iş şəraiti meşə işçilərinin 
sağlamlığına müəyyən təsir göstərir. Mənfi 
təsir göstərən amillərə misal olaraq əlverişsiz 
meteoroloji iqlim amillərini göstərmək olar. 
İsti yay günlərində havanın yüksək rütubətliliyi, 
istilik və günəş şüaları, qış mövsümündə isə aşağı 
temperatur və şaxtalı hava şəraiti, atmosfer 
təzyiqinin enib qalxması, sinir, ürək-damar, 
tənəffüs və dəri xəstəliklərinə səbəb olur.

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin