European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
məsinə maraq və həvəs artmışdır. Turizm 
həvəskarları təbiətin təkrar olunmaz gözəlliyini 
və zənginliyini duymaq, təbiətin qoynunda 
istirahət etmək üçün uzaq məsafə lərə yürüş 
edərək toxunulmamış təbiət guşələrini seyr 
etməyə can atırlar. Şəhər əhalisi ən çox isti-
rahət, bayram və məzuniyyət günlərini təbiətin 
qoynunda keçirirlər. Asudə vaxtlarda meşələrin 
bioloji zənginliyini seyr etmək və meşə ehtiyat-
larından bəhrələnmək arzusu hər kəsi maraq-

53
landırır. Çox vaxt qısa müddətli turizm səyahəti 
bir və ya iki günlük təşkil olunur. Belə səfərlər 
daha uzun müddətli yürüşlər üçün təcrübə 
toplamağa imkan verir. 
Turizm bacarıqları və vərdişlərinin forma-
laşdırılması, xüsusi fiziki hazırlıq, zəngin təəs-
süratlar insanların sağlam istirahətini təmin 
edir. Əvvəlcədən məlum olan marşrut üzrə 
turizm yürüşü ölkənin ekoloji, mədəni və tarixi 
abidələri ilə tanışlıq üçün böyük əhəmiyyətə 
malikdir. Eyni zamanda beynəlxalq turizmin 
inkişafı ölkənin sosial-iqtisadi potensialının 
güclənməsində böyük əhəmiyyətə malik olub, 
marşrutun keçdiyi regionlarda əhalinin maddi 
rifahının yaxşılaşmasına kömək edir. Meşəətrafı 
regionlarda meşə ehtiyatlarının daha səmərəli 
istifadəsinə və meşələrin mühafizəsinə diqqət 
artırılır.
Meşəyə təşkil olunan turizm yürüşlərinə 
hazırlıq mərhələsində iştirakçıların təhlükə-
sizliyini təmin etmək üçün bir sira qaydalara 
əməl etmək zəruridir. Xüsusi qorunan təbiət 
ərazilərində turist qrupunun müvafiq marşrut 
üzrə hərəkəti üçün meşə cığırları yaradılır. Bu 
cığırla gedən turislər meşənin flora və faunası, 
təbiət abidələri ilə yaxından tanış olurlar. Meşə 
cığırları insanların pərakəndə halda meşəyə 
səpələnib, ekosistemə güclü neqativ təsir 
göstərmələrinin qarşısını alır. Müəyyən marşrut 
üzrə bələdçinin rəhbərliyi ilə hərəkət edən 
səyahətçilər meşə sakinlərinin dinc həyatını 
pozmurlar.
Meşəyə səyahət zamanı marşrutu öncədən 
planlaşdırmaq lazımdır. Bütün turistlər şəraitə 
uyğun geyimlə təmin olunmalıdır. Batalıqlaşmış 
ərazidən və ya çaydan keçmək, şəlalənin axarı 
ilə getmək lazım gəlirsə, ayaqqabıların möhkəm 
və davamlı olmasına diqqət yetirmək lazımdır. 
Yaxşı olar ki, asanlıqla islanan və daşların 
üzərində sürüşə bilən ayaqqabılardan istifadə 
olunmasın. Meşənin dərinliyində yaş paltarları 
və ayaqqabıları qurutmaq imkanının məhdud 
olması nəzərə alınmalıdır. Meşədə isinmək üçün 
tonqal qalanmasına yalnız müəyyən yerlərdə 
icazə verilir. Buna görə də yalnız çıxılmaz 
vəziyyət yarandıqda yanğın təhlükəsizliyi 
qaydalarına riayət etməklə tonqal qalamaq olar. 
Təbiət həvəskarlarının əksəriyyəti daha 
çox ekoturizm səyahətlərinə üstünlük verir. 
Ekoturizm səyahəti zamanı insanlar meşə-
lərin qorunmasında yaxından iştirak edə 
bilərlər. Turistlər əhalinin müxtəlif təbəqələri, 
o cümlədən meşə istifadəçiləri, ovçular, balıq-
çılar, məktəblilər, valideynlər arasında ekoloji 
təbliğat və maarifləndirmə işləri apara bilərlər. 
Bu məqsədlə üzərində müxtəlif şüarlar və 

54
xəbərdarlıq işarələri olan xüsusi lövhələr 
hazırlayıb marşrut boyu yerləşdirmək olar. 
Belə lövhələrdə meşə ehtiyatlarından davamlı 
istifadənin əhəmiyyəti, təhlükəsizlik qaydalarına 
riayət, meşənin canlılar aləminə diqqət barədə 
müraciətlər meşə istifadəçilərinin diqqətini 
cəlb edir. Bununla turistlər həm meşənin dinc 
həyatının, həm də insanların təhlükəsizliyinin 
qayğısına qala bilərlər. Məs; “Meşəyə atılan 
tullantılar bizim sağlamlığımızın itirilməsinə 
səbəb olur!”, “Meşə yanğınlarının qarşısını 
alın!”, “Qarışqa yuvalarını dağıtmayın!”, “Meşə-
nin nemətləri həm bizim, həm də gələcək nəs-
limizindir!”, “Meşənin sakit həyatını pozmayın!” 
və s. Turistlər müxtəlif müraciətnamələr və 
sorğu vərəqləri hazırlayıb əhali arasında yay-
maqla meşələrin davamlı idarə olunmasına 
ictimaiyyətin diqqətini artıra bilərlər. Eyni 
zamanda insanların təhlükəsizliyinin təmin 
olunması qayğısına qalaraq meşədə təhlükəsiz 
davranış qaydalarını təbliğ etməklə ətraf mühitə 
öz töhfələrini verə bilərlər. 
Turizm səfərləri planlı və fərdi olmaqla 
iki yolla həyata keçirilir. Xüsusi turizm 
agentliklərinin və cəmiyyətlərin, könüllü idman 
birliklərinin, xüsusi mühafizə olunan təbiət 
ərazilərində ekoloji maarifləndirmə mərkəz-
lərinin təşkil etdikləri turizm səyahətləri planlı 
surətdə həyata keçirilir. Turistlər bələdçinin 
müşayiəti ilə xüsusi təyin olunmuş marşrut 
üzrə hərəkət edirlər. Marşrut boyu səyahətçilər 
turizm dayanacaqlarında yemək və istirahətlə 
təmin olunur.
Əhalinin müəyyən sosial qrupları müstəqil 
turizmə üstünlük verirlər. Fəal istirahət və 
sağlamlıq arzusu yüzlərlə insanı meşələrin 
qoynuna aparır. Belə hallarda turizm yürüşünün 
iştirakçıları qrupun tərkibini, marşrutu özləri 
seçib, təhcizat və qidalanmanın qayğısına 
qalırlar. Gecələmə və keçid yerləri şəraitə 
uyğun müəyyən edilir. Kütləvi turizimdə belə 
istirahət əhalinin tələbatına daha çox uyğun 
gəlir və geniş yayılması ilə fərqlənir. Turizm 
yürüşü müddətinə və çətinliyinə görə müxtəlif 
kateqoriyalara ayrılır.
Turizm səfərinə hazırlıq qrupa cəlb olunan 
iştirakçıların bir araya toplanmasından başlanır. 
Əksər hallarda eyni müəssisədə və ya təşkilatda 
çalışan insanlar istirahət saatlarını da birlikdə 
keçirməyi xoşlayırlar. Təcrübə göstərir ki, 
yürüşdə iştirak edənlərin sayı 10-15 nəfərdən 
ibarət ola bilər. Arzu edənlərin sayı çox olduqda 
bir neçə qrup təşkil etmək olar. Daha təcrübəli 
turistlər qruplara rəhbərlik edib, marşrutu və 
hərəkət cədvəlini seçirlər.
Bir günlük səfəri təşkil etmək o qədər də 
çətin deyil. Əgər 2-3 gün və daha çox müddətdə 
istirahət etmək arzusunda olanlar varsa, onların 
arasında vəzifə bölgüsü aparmaq lazım gəlir. 
Hər şeydən əvvəl geyimə, ərzaq ehtiyatına və 
təchizat məsələlərinə xüsusi diqqət yetirilir. 
Turizm iştirakçıları səyahətdən əvvəl meşədə 
davranış qaydaları və təhlükəsizlik tədbirləri 
barədə məlumatlandırılmalıdır. Əgər səyahətdə 
yetkinlik yaşına çatmamış uşaqlar da iştirak 
edirsə, onların təhlükəsizliyi üçün müvafiq 
tədbirlər görülməlidir. Yürüş iştirakçıları ilk təcili 
yardım qaydalarını bilməli, çətin vəziyyətdə 
yoldaşlarının köməyinə çatmağı bacarmalıdırlar.
Turizm səyahətçiləri əvvəlcədən marşrutun 
planını tərtib edib ərazinin xəritəsini əldə 
etməlidirlər. Hər bir yürüş iştirakçısı kompası 
olmalıdır. Bundan əlavə səyahətçilər günəşə, 

55
ulduzlara və ya təbii əlamətlərə əsasən 
istiqaməti düzgün təyin etməyi bacarmalıdır. 
Yürüşə başlamazdan əvvəl istiqaməti kompas 
vasitəsilə təyin edib yadda saxlamaq lazımdır. 
Ətrafa baxıb əsas istinad obyektlərinin: yol, çay, 
yaşayış məntəqəsi və s. yerini müəyyən etmək 
lazımdır.
Meşədə insanı gözləyə biləcək təhlükələr 
barədə öncədən xəbərdar olan turistlər 
yürüş zamanı riskli və ehtiyatsız hərəkətlərə 
yol vermirlər. İstirahət yerində birgə yemək 
hazırlamaqla, tonqal qalamaqla, əyləncəli oyun-
larda iştirak etməklə ümumi müsbət əhval-
ruhiyyə yaradılır. İstirahətin daha maraqlı 
keçməsi üçün ekoloji tədqiqatlar və oyunlar 
təşkil etmək olar. Lakin bu zaman meşənin 
sakinlərini narahat etməmək üçün yaxşı olar 
ki, belə oyunlar meşə talasında keçirilsin. 
Ekoloji oyunlar əyləncəli olmaqla bərabər, həm 
də meşənin flora və faunası barədə biliklərin 
artırılmasına kömək edir. Ümumi maraqlar 
əsasında təşkil olunan səyahət yorğunluğun 
qarşısını alır və emosional səviyyənin 
yüksəlməsinə səbəb olur.
Səyahətdən əvvəl yürüşün məqsədi aydın-
laşdırıılmalıdır. Meşənin həyatı ilə tanış olmaq 
arzusunda olan insanlar yalnız özlərinin deyil, 
həm də meşə sakinlərinin təhlükəsizliyinin 
qayğı 
sına qalmalıdırlar. İstirahət yerlərində 
qalanmış məişət tullantıları meşə heyvanları 
və bitkiləri üçün çox təhlükəlidir. Ətraf mühiti 
çirkləndirməklə, canlılara xəsarət yetirə bilən 
və hətta meşə yanğınlarına səbəb olan belə 
tullantılar meşəyə təcavüz kimi qiymətləndirilə 
bilər. Buna görə də turistlər istifadə olunmuş 
plastik qabları və qida tullantılarını özləri ilə 
gətirdikləri polietilen paketlərə torplayıb 
aparmalıdırlar.
Ekoturizm səyahətinə çıxanlar təbiətin 
gözəlliyindən zövq almaqla yanaşı ətraf mühitin 
təmizliyinə diqqət yetirməlidirlər. Təbiətin 
müha fizəsi məqsədilə müxtəlif tədbirlər həyata 
keçirilir. Quşlar və heyvanlar üçün yem təknələri, 
süni yuvalar quraşdırılır, çayların sahilləri və 
istirahət yerləri tullantılardan təmiz lənir.
Turizm marşrutu həm dairəvi olmaqla 
başlandığı məntəqədə də bitə bilər, həm 
də müxtəlif yerdən başlanğıc götürüb, əks 
istiqamətdə tamamlana bilər. Marşrutu seçərkən 
turistlərin təhlükəsizliyi barədə də düşünmək 
lazımdır. Gecələmək və tonqal qalamaq 
üçün yeri çayın və ya gölün sahilində seçmək 
olar. Qrupa rəhbərlik edən şəxs əvvəlcədən 
marşrutun keçdiyi yolu nəzərdən keçirməli və 
təhlükəli yerlərdən uzaqlaşmaq üçün dəyişiklik 
etməlidir. İlk dəfə səyahətə çıxanlar və ya yaşlı 
səyahətçilər üçün daha sadə, asan keçilə biləcək 
marşrut təyin olunur. Təhlükəsizlik tədbirləri 
nəzərə alındıqda meşədəki səyahət unudulmaz 
və xoş təəssuratlarla yadda qala bilər.
Bəzən yürüş zamanı turistlər müəyyən 
səbəblərdən yolu dəyişib daha qısa yolla 
getməyə cəhd edirlər. Bu halda qrupun rəhbəri 
və onun köməkçiləri ilk növbədə yeni marşrutu 
öyrənmək üçün öncə “kəşfiyyata” getməlidir. 
Bu yolla arzuolunmaz hadisələrin qarşısını 
almaq olar. Yol boyu müxtəlif maneələr, keçidlər 
olduqda təcrübəli turistlər cığırı yoxlayıdıqdan 
sonra yoldaşlarına kömək etməlidirlər. Təcrübə 
göstərir ki, əvvəlcədən xüsusi hazırlıq keçən 
turistlər çətin vəziyyətə düşdükdə özlərini 
itirməyərək asanlıqla çıxış yolunu tapa bilir və 
yoldaşlarını darda qoymurlar.
Müddətindən asılı olmayaraq turistlər yürüşə 
hazırlaşarkən ilk növbədə geyimə və təhcizata 
diqqət yetirməlidirlər. Turistlərin əllərində 
yük olmamalıdır. Bütün təhcizat əşyaları turist 
çantasına yerləşdirilməlidir. Əllə daşınan çantalar 
hərəkətə mane olaraq dəstənin sürətini azaldır. 
Buna görə də ümumi istifadə üçün nəzərdə tutulan 
digər avadanlıq (çadırlar, alətlər, avadanlıqlar, 
yemək hazırlamaq üçün qablar, ilk tibbi yardım 
çantası və s.) yaşından, sağlamlığından və fiziki 
hazırlığından asılı olaraq qrupun daha hazırlıqlı 
üzvləri arasında bölüşdürülür. Çadır olmadıqda 
dəstə üzvləri hazır yorğan (pled), yataq örtüyü, 
yataq kisələri götürməlidirlər.
Turist geyimi yüngül, möhkəm, islanmayan 
parçadan tikilib, hərəkətə mane olmamalıdır. 
Soyuq havada həddindən artıq isti geyinmək 

56
düzgün deyil. Uzaq məsafə qət edən insan 
tərləyir və soyuqlamaq ehtimalı artır. İstənilən 
mövsümdə meşəyə səyahətə çıxarkən uzun 
qollu, örtülü idman dəstləri, su keçirməyən 
üst geyimi, polietilen örtük, papaqlı gödəkçə 
geyinmək məsləhətdir. Şəraitə uyğun geyin-
məklə turistlər riskdən uzaq olaraq meşədəki 
qansoran həşəratlardan, tikanlı bitkilərdən 
özlərini qoruya bilərlər. Möhkəm və rahat 
ayaqqabılar turistlərin səyahətini asanlaşdıra 
bilər. Səyahət vaxtı ayaqların quru və isti 
qalması üçün ayaqqabılar xüsusi diqqətlə 
seçilməlidir. Ayaqqabının tez islanmaması üçün 
sürtgülərdən istifadə olunur.
Ümumiyyətlə, yürüşə hazırlıq zamanı dəstə 
üzvlərinin sağlamlığı, əhval-ruhiyyəsi, təhcizatı 
rəhbərlik tərəfindən nəzarətdə saxlanılır. 
Turistlərin ekoloji maarifləndirilməsinə diqqət 
yetirilir. İlk növbədə meşəyə səyahət zamanı 
düzgün davranış qaydaları, ətraf mühitin qorun-
masında məsuliyyətin aşılanması, təhlükə sizlik 
tədbirlərinin zəruriliyi bir daha xatırladılır. 
Meşə cığırı ilə hərəkət zamanı dəstə bir-birinin 
ardınca müəyyən məsafə gözləməklə, sıra ilə 
getməlidir. Dəstə üzvlərindən kiminsə sıradan 
çıxması marşrutun qrafikini pozaraq, bəzən 
səhlənkar turistlərin azması ilə nəticələnir. 
Hərəkətin sürəti və yürüşün vaxtı ərazidən, 
iqlim şəraitindən və qrupun tərkibindən asılıdır. 
Hərəkət zamanı təcrübəsiz və ilk səyahətə 
başlayan turistlərin fiziki imkanları da nəzərə 
alınır. Təxminən hər 40-50 dəqiqədən bir 10-
15 dəqiqəlik istirahət fasiləsi elan edilir və 
turistlərin qüvvələrini səfərbər etməsinə şərait 
yaradılır. Qarşıya çıxan maneələri birinci olaraq 
daha təcrübəli turistlər keçir və maneələri 
keçməkdə digər yoldaşlarına köməklik edirlər. 
Səyahətçilər meşə cığırı ilə bir-birindən ən azı 
2 metr məsafədə hərəkət etməlidirlər. Yol 
boyu tikanlı kol və ot bitkilərindən qorunmaq 
lazımdır. İrəlidə gedən turistlər arxada gələn 
yoldaşlarının təhlükəsizliyini nəzərə almalı-
dır. Çox vaxt ehtiyatsızlıq edib, qarşıya çıxan 
budaqların kənarı dartılıb buraxılması nəticə-
sində arxadan gələn insanlara xəsarət yetirilə 
bilər.
Yürüş zamanı hərəkətin düzgün təşkili tez 
yorulmanın qarşısını alır. Mütəxəssislər səthi düz 
olan ərazilərdə dizi qatlayaraq bir qədər irəliyə 
doğru əyilərək addımlamağı tövsiyə edirlər. 
Dağlıq ərazidə hündürlüyə qalxan zaman 
ayağı qatlamadan irəliyə addım atmaq, pəncə 
hissəsini azacıq yanlara çevirmək və bədəni 
irəli əymək lazımdır. Enişdə ayağın əvvəlcə 
daban nahiyəsi irəli qoyulur və bədən bir qədər 
arxaya əyilir. Hər iki halda əlləri dirsəkdən 
qatlanmış vəziyyətdə saxlamaq lazımdır. Eniş 
zamanı qarşıya çıxan ağac və kollardan xəsarət 
almamaq üçün ehtiyatlı olmaq lazımdır. Meşədə 
təhlükəsiz hərəkət etmək üçün daha münasib 
və rahat keçilə bilən cığırdan istifadə etmək 
məqsədəuyğundur. Axşam saatlarında qaranlıq 
düşməzdən 2 saat əvvəl yürüşü dayandırıb, 
gecələmək və tonqal qalamaq üçün yer təyin 
olunur. Turizm yürüşündə hərəkət qrafikində 
nahar, istirahət, idman, gecələmə vaxtları 
dəqiq nəzərə alınmalı və planlı şəkildə həyata 
keçirilməlidir. Belə olduqda iştirakçıların sağ-
lam lığı təmin olunur və qüvvələrinin düzgün 
sərf olunma sına imkan yaranır.
İlin mövsümündən və iqlim şəraitindən 
asılı olaraq turistlər yolu təyin edərkən xəritə 
və kompasdan istifadə edirlər. Digər hallarda 
isə günəşin və ulduzların səmadakı vəziyyətinə 
görə istiqamət təyin olunur. Marşrutun çox 
hissəsi gedilibsə, istirahətə daha çox vaxt ayrılır, 
qidalanma üçün hazırlıq görülür. Bu zaman 
yaxınlıqda tonqal qalamaq üçün açıq talanın, 
kifayət qədər quru budaqların, su hövzəsinin 
yaxınlığına diqqət yetirilir. Çadırın və ya 
müvəqqəti komanın qurulması qaranlıq düşənə 
qədər başa çatdırılır. 

57
Meşədə azmamaq üçün nə etmək lazımdır?
İlin isti aylarında insanlar şəhərin səs-
küyündən asudə olmaq üçün təbiətə, xüsusən 
də su hövzələrinin sahillərinə və meşəyə can 
atırlar. Hər il onlarla insan meşəyə göbələk və 
meyvə yığmağa gedərkən yolu itirib azırlar. Yaxşı 
olar ki, müxtəlif məqsədlə meşəyə səfər edən 
insanlar səyahətə tək çıxmasınlar. Təbii şəraitdə 
ekstremal vəziyyətə düşdükdə çox zaman 
insan təbiətlə təkbətək qalır. Yol boyu turistlət 
yoldaşlarından və marşrutdan uzaqlaşmamalıdır. 
Əgər hər hansı bir təbiət möcüzəsi diqqəti cəlb 
edirsə, mütləq yol yoldaşlarını saxlayıb təəssüratı 
bölüşmək və birlikdə yola davam etmək lazımdır. 
Əlbəttə, səyahətçilərin geyimi əlvan rəngdə olub 
ağacların arasından diqqəti cəlb etməlidirlər.
Əraziyə bələd olmayan insanlar meşənin 
dərinliklərinə gedərək yolu itirə bilərlər. Meşəyə 
ekoturizm səyahəti zamanı mütləq bələdçinin 
köməyindən istifadə etmək lazımdır. Yolu yaxşı 
tanıyan və ətraf mühitdə çətin vəziyyətdən 
asanlıqla çıxış yolu tapan insanlar yol yoldaşlarının 
təhlükəsiz istirahətini təmin edə bilirlər. Bəzən 
hətta təcrübəli və kifayət qədər məlumatlı 
insanlar da meşədə yolu azıb çətin vəziyyətdə 
qala bilər. Çətinliklərə hazır olmayan insanlar 
təbii fəlakətlə qarşılaşdıqda nə edəcəklərini 
bilmirlər. Bir çox hallarda təbiətin qoynunda 
könüllü fəaliyyət göstərən geoloqlar, geofiziklər, 
neftçilər, hidroloqlar kəşfiyyat axtarış ları zamanı 
ekstremal vəziyyətlərin yarana biləcəyini öncə-
dən nəzərə alırlar.
Meşəyə istirahətə və ya gəzintiyə gedərkən 
parlaq rəngli geyim, örtülü və yüngül ayaqqabı 
geyinmək lazımdır. Ərzaq və su ehtiyatı, bıçaq, 
kibrit, dərman preparatları, kompas, mobil 
telefon hər bir turistin əsas yol təchizatıdır. 
Yola düşməzdən əvvəl marşurutun istiqaməti 
və müddəti barədə digər ailə üzvlərini xəbərdar 
etmək lazımdır. Meşəyə daxil olarkən kompas 
vasitəsilə insanlar olduqları yeri və hərəkətin 
istiqamətini nəqliyyat yoluna əsasən təyin 
etməli  dirlər. Meşənin dərinliyinə getməmək və 
avto mobil lərin səsini eşitmək vacib şərtdir.
Meşəyə yürüş zamanı ərazinin xəritəsi ilə 
tanış olmaq çayların, bulaqların yaxınlıqdakı 
yaşayış məntəqələrinin yerini yadda saxlamaq 
lazımdır. Uşaqları meşəyə gəzintiyə apararkən 
xüsusilə diqqətli olmalı və gəzintidən əvvəl 
hazırlıq işləri görülməlidir. Meşədə gözlənilə 
bilən müxtəlif təhlükələr barədə uşaqları 
qabaqcadan xəbərdar etmək lazımdır. Səyahət 
zamanı kifayət qədər ərzaq və su ehtiyyatı 
tədarük edilir.
Bəs meşədə azarkən nə etmək lazımdır? 
Meşədə azan insanların qarşılaşdığı ən böyük 
təhlükə qorxudur. Təlaş və qorxu içərisində 
olan insan hansı tərəfdən gəldiyini unudur, 
günəşin işıqlandırdığı səmti tapmır və ona elə 
gəlir ki, bütün ağaclar eynidir. Belə hallarla 
qarşılaşan zaman insan ilk növbədə qorxu və 
təlaş hissinə qalib gəlməli, həyatını və sağlamlığını 
qorumalıdır. Əgər turistlərdən biri marşrutdan 
kənara çıxıb yolu azıbsa, müəyyən qaydaları 
bilməklə vəziyyətdən çıxa bilər. İlk növbədə təlaş 
etməyərək, ayaq saxlamaq və ətrafı diqqətlə 
nəzərdən keçirərək vəziyyətdən çıxış yolunu 
axtarmaq lazımdır. Yersiz həyəcan və təlaş 
enerjinin hədər yerə itirilməsinə səbəb ola bilər. 
İnsan vaxtını və qüvvəsini hədər yerə itir-
məmək üçün ətrafda tanış əlamətləri axtar-
malıdır. Əgər səyahətə başlamazdan əvvəl 
ətrafdakı bitkilərin, cığırın, daşların üzərindəki 
obyektlər yadda saxlanıbsa, asanlıqla düzgün 
istiqaməti tapıb geri qayıtmaq olar. Yol boyu 
sonuncu xatırlanan əlaməti yada salıb onu 
tapmaq lazımdır. Yaxınlıqda tikinti, dəmir yolu, 
çay, avtomobil yolu varsa, həmin istiqamətə 
diqqət yetirmək vacibdir. Əgər yolu itirdikdə 
tanış əlamətləri tapmaq mümkün olmursa, 
hündür ağaca qalxıb ətrafı nəzərdən keçirmək 
olar. Meşədə çay və kiçik su hövzəsinə rast 
gəldikdə çayın axarı boyunca gedib insan yaşayan 
məntəqəyə çıxmaq olar. Əgər yaxınlıqda su 
hövzəsi yoxdursa, torpağın üzərinə bir qədər 
su töküb mayenin axdığı istiqmətdə hərəkət 
etmək lazımdır. 

58
Təhlükə haqqında xəbərdar etməyin ən 
qədim üsulu səs siqnalı verməkdir. Çətinliyə 
düşmüş ovçular siqnalı ov silahından yaxud da 
əgər varsa, fişəng atan tapançadan atəş açmaqla 
harada olduqlarını bildirməyə çalışırlar. Sadəcə 
ucadan səsləyərək köməyə çağırmaq olar. 
Lakin yadda saxlamaq lazımdır ki, səs vasitəsilə 
əlaqə yalnız kiçik (600-700 m) məsafədə faydalı 
ola bilər. Yolu itirən insan tez-tez müəyyən 
fasilələrlə yoldaşlarını ucadan səsləməlidir. 
Lakin belə olduqda səsi qorumaq və ehtiyatla 
qışqırmaq lazımdır. Çünki insanın səs telləri 
zədələndikdə, hətta yaxından keçən xilaskarlar 
onu eşitməyə bilərlər. Meşənin sakitliyində 
ətrafı diqqətlə dinləyib tanış səsləri ayırd 
etmək olar. Axşam saatlarında müxtəlif səslərin 
eşidilmə diapazonu müxtəlif olur. Məsələn, 
avtomobilin hərəkəti 1- 2 km, tüfəng səsi 2- 4 
km, danışıq - 250 m, ucadan qışqırtı 1-1,5 km 
məsafədən eşidilir. 
Meşədə istiqaməti kvartal dirəklərin və 
cığırlara əsasən də təyin etmək olar. Meşədə 
azan insan daim eyni istiqamətdə hərəkət 
eməlidir. Yola və ya cığıra rast gəldikdə həmin 
yolla davam edib yaşayış məntəqəsinə çatmaq 
olar. Yadda saxlamaq lazımdır ki, meşədə hər 
hansı cığır mənzil başına aparır. Meşədə kvartal 
dirəkləri şimaldan cənuba doğru və qərbdən 
şərqə doğru təyin olunur. Kvartal dirəyini 
gördükdə dərhal mobil telefonla əlaqə yaradıb 
(əgər mümkünsə) dirəyin nömrəsi xəbər 
verilməlidir. Yol boyu müxtəlif əlamətlərə diqqət 
yetirmək, yolu yadda saxlamaq zəruridir. Məs; 
əgər meşəyə daxil olanda günəş sağdadırsa, 
qayıdanda sol tərəfdə olmalıdır. Ağacların çətiri 
cənub tərəfdə daha çox olur, qarışqa yuvası 
ağacların cənub hissəsində yerləşir. 
Təbii şəraitdə siqnal vermək üçün ənənəvi 
üsullardan biri tonqaldır. Səyahətçilərdən biri 
meşədə azdıqda öz qüvvəsini qorumayaraq 
meşənin açıq hissəsinə çıxmalı və axtarış 
aparan helikopterin (təyyarənin) diqqətini cəlb 
etməlidir. Əgər kibrit varsa, tonqal qalayaraq 
tüstü vasitəsilə helikopterə (və ya təyyarəyə) 
işarə vermək olar. Gündüz tüstülənən (tonqala 
torf, nəmli odun, iynəyarpaqlı ağac budaqları 
atıb, üzərinə qalın parça ilə örtmək lazımdır), 
gecə isə gur alovlu tonqal qalamaq daha 
məqsədəuyğundur. Tüstü vasitəsilə siqnal 
vermək üçün açıq sahədə bir-birindən aralı 3 
tonqal qalamaq olar. Tonqalın ətrafında xüsusi 
xəndək qazıb 2 metrlik sahə tör-töküntüdən 
təmizlənməlidir. Tonqal üçün quru budaqlardan 
istifadə etmək lazımdır. Tonqalın ətrafında 
torpağın və ya daşın üzərində oturmaq olmaz, 
çünki bu halda bədənin istiliyinin itirilməsi 
labüddür. Mamırları və quru budaqları bir yerə 
toplayıb müvəqqəti “oturacaq” hazırlamaq olar. 
Lakin uzaqdan bu tonqalın insanın təhlükədə 
olmasını bildirən siqnal olmasını, yoxsa sadəcə 
istirahətçilərin kartof bişirmək üçün qalandığını 
ayırd etmək bir qədər çətindir. 
Əgər yolu azmış insan dağ yamacında 
və ya meşə talasındadırsa, açıq yerdə kiçik 
təyyarə və ya helikopterdən görünə biləcəyini 
nəzərə alaraq həmin yerdə həyəcan işarəsini 
həmin yerdə quraşdıra bilər. Bunun üçün quru 
budaqlardan, iri daşlardan istifadə edib, tərpağın 
üzərində siqnal hərflərini düzmək olar. Əsas 
odur ki, bu işarələr uzaqdan görünsün. Siqnal nə 
qədər iri həcmlidirsə, onun görünməsi ehtimalı 
da artır. Qışda siqnal işarələrini qarı müvafiq 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin