European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   10   11   12   13   14   15   16   17   18

109
IV fəsil
AZƏRBAYCAN RESPUBLİKASININ MÜVAFİQ İCRA HAKİMİYYƏTİ 
ORQANININ MÜVAFİQ QURUMLARINDA XİDMƏT [38]
Maddə 28.
 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının şəxsi heyəti
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi 
heyəti sıravi və rəis ştat vəzifələrində olan əməkdaşlardan ibarətdir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
şəxsi heyətində onlar üçün kadrlar hazırlayan və onların ixtisasını artıran yanğın-texniki tədris 
müəssisələrinin müəllimləri, dinləyiciləri və müdavimləri də daxildirlər. [39]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi 
heyətinə özünün təhsilinə, sağlamlıq vəziyyətinə, fiziki hazırlığına və digər şəxsi keyfiyyətlərinə 
görə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olan həqiqi hərbi xidmət vəya alternativ 
xidmət (əmək mükəlləfiyyətı) keçmiş kişilər və azı 18 yaşı olan qadınlar — Azərbaycan Respublikası 
vətəndaşları qəbul edilirlər. [40]
Əvvəllər ağır cinayət törətdiklərinə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmətə qəbul oluna bilməzlər. [41]
Maddə 29. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarında xidmət keçmə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət 
keçmə qaydalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. [42]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında xidmət 
keçən əməkdaşları, habelə yanğın texniki tədris müəssisələrinin dinləyiciləri və kursantları hərbi 
uçotdan çıxarılırlar və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının uçotunda 
saxlanılırlar.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarında 
xidmət keçən əməkdaşlarına Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyənləşdirilən səlahiyyətlərini təsdiq edən xidməti vəsiqələr, fərqlənmə nişanlarıvə geyim 
forması verilir. [43]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
əməkdaşları ilk dəfə vəzifəyə təyin edildikdən sonra peşə andı içirlər. [44]
Maddə 30. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının əməkdaşlarının hüquqi və sosial müdafiəsi üçün 
təminatlar
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
əməkdaşları və onların ailə üzvləri dövlətin müdafiəsi altındadırlar.

110
Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının hərbi qulluqçuları 
üçün müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əməkdaşlarına da şamil 
edilir. [45]
Əmək şəraiti zərərli və təhlükəli olan müəssisələrin işçiləri üçün mövcud qanunvericiliklə 
müəyyənləşdirilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər həmin müəssisələri yanğından 
qoruyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının şəxsi 
heyətinə də şamil edilir.
Maddə 31. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının əməkdaşlarının əməyinin ödənilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın təhlükəsizliyini təmin 
edən müvafiq qurumlarının əməkdaşlarının pul təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada 
həyata keçirilir.[46]
İşin xarakteri və şəraiti nəzərə alınmaqla əməkdaşların xidməti fəaliyyətdə yüksək nəticələrə 
nail olunmasının həvəsləndirilməsini təmin etmək, şəxsi heyəti yüksək peşə keyfiyyətlərinə malik 
olan şəxslərlə komplektləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanına və onun bölmələrinə dövlət büdcəsindən əlavə vəsait ayrıla bilər. [47]
Maddə 32.
 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının əməkdaşlarının dövlət icbari sığortası [48]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
əməkdaşları xidmət vəzifələrinin icrası zamanı həlak olma (ölmə), yaxud xidmət vəzifələrinin icrası 
ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alma, xəstələnmə nəticəsində vəfat etmələri 
hallarından Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət 
tərəfindən sığortalanmalıdırlar.[49]
(Çıxarılıb) [50]
Maddə 33. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının əmlakı
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının əmlakı 
onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdır.
Azərbaycan Respublikasının ərazisində hər hansı hüquqi və ya fiziki şəxs onun mülkiyyətində 
olan yanğından mühafizə bölməsini saxlamaqdan imtina etdikdə, həmin bölmənin istifadəsində 
olan əmlakı əvəzli qaydada almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına və onun bölmələrinə verilir. [51]

111
V fəsil
YEKUN MÜDDƏALAR
Maddə 34.
 Nümayəndəlik
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanğın təhlükəsizliyi məsələləri 
üzrə beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycan Respublikasının adından nümayəndəlik 
edir.
Maddə 35.
 Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
müvafiq qurumlarının fəaliyyətinin qanuniliyinə nəzarət [52]
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının 
fəaliyyətinin qanuniliyinə, qüvvə və vəsaitdən səmərəli istifadə etməsinə, yanğından mühafizə 
orqanlarının və onun bölmələrinin onlara həvalə olunmuş vəzifələrin həcminə və xarakterinə 
uyğunluğuna idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunların icrasına 
Azərbaycan Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar qanunvericiliklə nəzərdə 
tutulmuş qaydada nəzarət edirlər.
Maddə 36. 
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanun pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyun 1997-ci il
№ 313-IQ
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası Prezidentinin 
bəzi fərmanlarında dəyişikliklər edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr 
edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan 
Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 106 nömrəli Fərmanının icrasını təmin etmək 
məqsədi ilə qərara alıram:

112
1. 
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi 
barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 619 nömrəli 
Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, 
maddə 416; 2004-cü il, № 6, maddə 437; 2005-ci il, № 4, maddə 303; 2007-ci il, № 6, 
maddə 601) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 
ikinci-yeddinci abzaslar aşağıdakı redaksiyada verilsin:
 
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü 
maddəsinin birinci hissəsinin 8-ci, 14-cü və 18-ci bəndlərində, 9-cu maddəsinin 
beşinci hissəsində (ikinci halda) və 29-cu maddəsinin üçüncü hissəsində (ikinci 
halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 
Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 
həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 
12-ci bəndlərində, 17-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 22-ci 
maddəsinin ikinci və üçüncü hissələrində, 27-ci maddəsinin altıncı hissəsində 
(ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 19-
cu maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti 
orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti 
həyata keçirir;
 
həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 1-ci, 3-cü, 4-cü, 6-cı, 11-ci, 
13-cü, 15-ci və 16-cı bəndlərində, 6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu 
bəndlərində, 7-ci maddəsinin ikinci hissəsinin 2-ci, 6-cı və 7-ci bəndlərində, 
9-cu maddəsinin birinci-dördüncü hissələrində və beşinci hissəsində (birinci 
halda), 10-cu maddəsinin birinci hissəsinin birinci cümləsində (ikinci halda) 
və ikinci hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, 
14-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 15-ci maddəsinin 
üçüncü hissəsində (ikinci halda), 16-cı maddəsinin üçüncü hissəsində, 18-
ci maddəsinin birinci və dördüncü hissələrində, 19-cu maddəsində (ikinci 
halda), 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 
24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin ikinci 
cümləsində, ikinci və üçüncü hissələrində, üçüncü hissəsinin 10-cu bəndində, 
dördüncü və beşinci hissələrində, 27-ci maddəsinin birinci-üçüncü hissələrində, 
beşinci hissəsinin birinci cümləsində (birinci və ikinci halda) və ikinci cümləsində, 
altıncı hissəsində (birinci halda), yeddinci hissəsində (birinci və ikinci halda), IV 
fəslinin adında, 28-ci maddəsinin adında, birinci-dördüncü hissələrində, 29-cu 
maddəsinin adında, birinci hissəsində, ikinci hissəsində (birinci və ikinci halda), 
üçüncü hissəsində (birinci halda) və dördüncü hissəsində, 30-cu maddəsinin 
adında, birinci-üçüncü hissələrində, 31-ci maddəsinin adında və birinci 
hissəsində, 32-ci maddəsinin adında və birinci hissəsində, 33-cü maddəsinin 
adında, birinci və ikinci hissələrində, 34-cü maddəsində, 35-ci maddəsinin 
adında və birinci hissəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş “müvafiq 
icra hakimiyyəti orqanı”nın və 11-ci maddəsinin ikinci hissəsində nəzərdə 
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan 
Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
 
həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 20-ci bəndində nəzərdə 
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın və 24-cü maddəsinin dördüncü 

113
hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın 
səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;
 
həmin Qanunun 5-ci maddəsinin adında və birinci hissəsində, 10-cu maddəsinin 
birinci hissəsinin birinci cümləsində (birinci halda), 15-ci maddəsinin üçüncü 
hissəsində (birinci halda) və 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində 
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini 
mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;
 
həmin Qanunun 20-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq 
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə 
Hallar Nazirliyi Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla həyata keçirir;”;
1.2. 
səkkizinci, doqquzuncu abzaslar çıxarılsın və onuncu abzas səkkizinci abzas 
hesab edilsin.
2. 
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı 
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 326; 
2008-ci il, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009-cu il, № 9, maddə 
687; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 195 nömrəli 
Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 
haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 
8.2.8-ci bənddə “xidmətlərinin” sözü “bölmələrinin” sözü ilə əvəz edilsin;
2.2. 
8.42-ci bənddə “könüllü və idarədənkənar yanğınsöndürmə dəstələrinin” sözləri 
“idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin)” 
sözləri ilə əvəz edilsin.
3. 
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı 
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1058; 
2008-ci il, № 11, maddə 980, № 12, maddə 1069) ilə təsdiq edilmiş “Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında 
Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1.  7.2-ci və 8.11-ci bəndlərdə “norma və qaydalarının” sözləri “sahəsində 
normaların, standartların və qaydaların” sözləri ilə əvəz edilsin;
3.2.  8.5-ci bənddə “xidmətlərinin” sözü “bölmələrinin (dəstələrinin)” sözləri ilə 
əvəz edilsin;
3.3.  9.3-cü bənddə “qaydalarının” sözü “sahəsində normaların, standartların və 
qaydaların” sözləri ilə əvəz edilsin;
3.4.  9.4-cü bənddə “xidməti” sözü “bölməsi (dəstəsi)” sözləri ilə, “orqanlarının” 
sözü “qurumlarının” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 10 fevral 2010-cu il
№ 221

114
Ədəbiyyat
1. 
Azərbaycan Respublikasının ətraf mühitə dair qanunvericilik toplusu. Azərbaycan 
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bakı: El-Allianse, 2002, 2 cilddə.
2. 
Cəfərova S.O., Əhmədov S.B., Bünyatova S.N.,Əsgərova S.Ə. Azərbaycanda yayılmış 
suda-quruda yaşayanların və sürünənlərin təyinedicisi. Bakı, 2014, s. 91-146.
3. 
Dolxanov A.B. Təbiətdən istifadənin hüquqi əsasları. Bakı: “Bakı universiteti”, 2008, 
498 s. 
4. 
Dolxanov A.B.,  Dadaşova L.K., Qarayev A. Azərbaycan meşələrinin davamlı idarə 
edilməsinin əsasları. Bioekoloji tələblər. Bakı, 2012, 223 s. 
5. 
Əliyev C., Əkbərov Z. Bioloji müxtəliflik. Bakı, 2008.
6. 
Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002, 175 s.
7. 
Əliyeva R.Ə., Mustafayev Q.T. Ekologiya. Bakı: BDU, 2004, 432 s.
8. 
Əsədov K.S. Meşələri yanğından qoruyaq /Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
“Azərbaycanın meşə ekosistemləri” mövzusunda elmi-praktik konfransın materialları. 
Bakı:Təknur, 2004, s. 107-119.
9. 
İbrahimov R., Şükürov Ə., Dadaşova L., Qarayev A. Meşələrin yanğın təhlükəsizliyi. 
Bakı, 2012, 59 s.
10. 
Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı  (03.06 2012-ci il tarixli qəzeti)
11. 
Göyçaylı Ş.Y., Mikayılov N.K. və b. Ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli 
istifadə. Dərs vəsaiti. Bakı: Hərbi nəş., 1996.
12. 
Mahmudov R.N., Dadaşova F.S. Meşə yanğınlarına təsir göstərən təbii amillər /
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycanın meşə ekosistemləri” mövzusunda 
elmi-praktik konfransın materialları. Bakı: Təknur, 2004, s. 149-150.
13. 
Məmmədov Q.S., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı: Elm, 2002
14. 
Məmmədov M.S., Əsədov K.S. Meşə ekologiyası. Bakı: Elm, 2010, 450 s. 
15. 
Mustafayev Q,T. Ekologiya. Bakı: Ozan, 2001, 126 s.
16.
Бондаренко А. Чрезвычайные ситуации и защита от них. Москва,1998
17.
Карпачевский М.Л., Тепляков В.К., Яницкая Т.О. и др. Основы устойчивого лесо-
управления. Москва, 2009, 143 с.
18.
Никитин Л.И. Техника безопасности ипротивопожарная техника в лесном хозяй-
стве. Москва: Лесная прмышленность, 1966, 219 с.
19.
Работа с населением по предотвращению лесных пожаров: Учебно-практическое
пособие / Под ред. чл.кор. РАСХН Е.П.Кузьмичева – М.: Издательство“Алекс”,
2005, 128 с.
20. www.33.mchs.gov.ru/danger/index.php?ID=16305‎
21. www.diagram.com.ua/info/obzhd/index.shtml‎
22. www.eco.gov.az
23. www.fhn.gov.az
24. www.enpi-fleg.org

115
Mündəricat
Giriş .......................................................................................................................................... 3
İnsanın ətraf mühitlə qarşılıqlı əlaqəsinin təhlükəsizliyi ............................................................. 6
Dünya və Azərbaycan meşələri ................................................................................................ 7
Meşənin əhəmiyyəti və təbii ehtiyatları ...................................................................................12
Ətraf mühitin çirklənməsinin meşələrə təsiri ...........................................................................15
Fövqəladə hallarda təhlükəsizlik tədbirləri ...............................................................................18
Meşədə həyat fəaliyyətinin təhlükəsizliyinə dair dövlət qanunvericiliyi ....................................19
Meşəbərpası və mühafizəsi işlərində təhlükəsizlik tədbirləri................................................... 25
Fərdi qoruyucu vasitələr və təhcizat ....................................................................................... 27
Meşədə təhlükəsizliyin təmin olunması .................................................................................. 29
Meşələrin yanğın təhlükəsizliyi ................................................................................................ 35
Meşələrin yanğından mühafizə sistemində profilaktik tədbirlər .............................................. 42
Əhalinin sosial qruplarının meşə yanğınlarına münasibəti ....................................................... 45
Meşəyə turizm səfərləri .......................................................................................................... 49
Meşədə azmamaq üçün nə etmək lazımdır? ........................................................................... 54
Ən sadə sığınacaq növləri ....................................................................................................... 57
Fövqəladə vəziyyətdə odu necə əldə etmək olar? .................................................................. 60
Fövqəladə hallarda susuzluğun aradan qaldırılması ................................................................. 64
Meşədə istiqamətin təyin edilməsi .......................................................................................... 66
Meşənin sakinləri .....................................................................................................................71
Zəhərli ilanlar və həşəratlar .................................................................................................... 73 
Zəhərlənmə təhlükəsi ............................................................................................................. 77
Meşə və tullantılar .................................................................................................................. 79
Ekoloji cığırda davranış qaydaları ............................................................................................ 80
Meşədə etik qaydalar...............................................................................................................81
Fövqəladə hallar zamanı ilk tibbi yardım üsulları ......................................................................81
Əlavə 1. Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları ...................... 85
Əlavə 2. Meşə Mühafizəsi və Bərpası müəssisəsində tələb 
olunan yanğınsöndürmə texnikası və vasitələrinin siyahısı .......................................................91
Əlavə 3. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ..................... 92
Ədəbiyyat ...............................................................................................................................111

116
Content
Introduction .............................................................................................................................. 3
Safety of mutual link between the human and the environment .............................................. 6
World and Azerbaijani forests .................................................................................................. 7
Value of the forest and natural resources ................................................................................12
Impact of pollution to the forests ............................................................................................15
Life saving activities during emergency situations ...................................................................18
Legislation related to life safety activities in the forest ............................................................19
Safety activities in forest rehabilitation and protection ........................................................... 25
Personal protective tools and equipment ............................................................................... 27
Ensuring of safety in the forest ............................................................................................... 29
Fire safety of the forests ......................................................................................................... 35
Prophylaxis measures in forest fire safety .............................................................................. 42
Attitude of social groups of population towards the forest fires ............................................ 45
Touristic trips to the forest ..................................................................................................... 49
What should we do not to lose in the forest?......................................................................... 54
The most simple shelter types ............................................................................................... 57
How to get fire during emergency situations? ........................................................................ 60
How to prevent thirst condition during emergency situations ............................................... 64
Determination of direction in the forest ................................................................................ 66
Forest inhabitants ....................................................................................................................71
Poisonous snakes and insects ................................................................................................. 73 
Poison threat .......................................................................................................................... 77
Forest and waste .................................................................................................................... 79

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin