European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
formada tapdalamaqla və ya tonqaldan qalan 
kül vasitəsilə yazmaq mümkündür. Gündüz 
açıq rəngli parça, dəsmal, gecə vaxtı isə alovlu 
məşəl də köməyə gələ bilər: uçan helikopterin 
(təyyarənin) səsini eşitdikdə, dəsmaları və ya 
məşəli yuxarıya qaldırıb yelləmək lazımdır. 
Fəlakət siqnallarının beynəlxalq kod cədvəli 
aşağıdakı kimi qəbul edilir:
II 
- medikamentlər lazımdır;

- yemək və su lazımdır;

– istiqamətinizi bildirin; 
Δ 
– burada eniş mümkündür; 
LL 
– hər şey qaydasındadır; 

- yox; 

– bəli; 
┘└ 
- başa düşmədim; 

- kompas və xəritə lazımdır. 

59
Ümumiyətlə, çətinliyə düşməyiniz haq-
qında NECƏ xəbərdar etməyiniz əsas şərt 
deyil, əsas odur ki, SİZİ GÖRSÜNLƏR VƏ YA 
EŞİTSİNLƏR. 
Bir çox hallarda meşədə azan insanlar 
dairəvi hərəkət edirlər. Bu onunla əlaqədardır 
ki, insan addımlayarkən bir addım digərindən 
qısa olur və hiss olunmadan sol ayaq daha çox 
məsafə qət edib insanı kənara aparır. Buna görə 
də diqqətli olmaq, ətrafdakı obyektlərə diqqət 
yetirərək irəliləmək və bərabər addımlar at-
mağa çalışmaq lazımdır. Əgər yaxınlıqda nəq-
liyyat yolu olarsa, avtomobillərin səsi və yaxud 
çayın axın istiqaməti vəziyyətdən çıxmaq üçün 
ən əlverişli vasitə ola bilər. Meşədə hərəkət 
edərkən mütləq ayaq altına baxmaq, kiçik 
heyvan balalarını tapdalamamaq, qarışqa 
yuvalarını dağıtmamaq lazımdır. Heyvanların 
və quşların yuvasına yaxınlaşmaq, balalara əl 
vurmaq olmaz. 
Qida əldə etmək üçün bitki ehtiyatlarından 
istifadə etmək olar. Meşədə bitən quşarmudu, 
doqquzdon, itburnu, qarağat, moruq kollarının 
giləmeyvələri, yeməli göbələklər qida üçün 
yararlıdır. Qida məqsədilə bəzi ağac və kolların 
cavan zoğlarından (cökə, fındıq və s.), yabanı 
meyvələrdən və ot bitkilərindən də istifadə edilir. 
Meşədə bitən naməlum bitkilərin meyvələrinin 
zəhərli ola biləcəyini də nəzərə almaq lazımdır. 
Zəhərli meyvə və giləmeyvələr, göbələklər ağır 
zəhərlənməyə səbəb olur. Əgər yaxınlıqda göl 
və ya çay vardırsa, budaqlardan və ya sancaqdan 
tilov hazırlayıb balıq tutmaq olar. Quşları ovlamaq 
üçün ağac budaqlarından qəfəs hazırlamaq 
mümkündür. Ekstremal hallarda aclıqdan xilas 
olmaq üçün meşədə azan insanların müxtəlif 
ilbizləri, böcəkləri ocaqda bişirib yeməsi, qarışqa 
və arı sürfələri ilə qidalanması halları məlumdur. 
Hər bir halda həyatın xilas edilməsi naminə imkan 
daxilində bütün vasitələrdən istifadə etmək 
yararlıdır və orqanizmin taqətdən düşməsinin 
qarşısı alınmalıdır. 
Təcrübəli insanlar yeməli göbələklərdən 
qida məqsədilə istifadə edə bilərlər. Göbələklər 
nazik budaqlara keçirilib tonqalda bişirilir. 
Göbələk axtarışı zamanı rast gəlinən zəhərli 
göbələkləri qoparıb atmaq olmaz. Bir çox meşə 
heyvanları zəhərli göbələklərdən (milçəkqapan, 
yalançı tülküqulağı, yalançı kötük göbələyi və s.) 
müalicə məqsədilə istifadə edirlər. 
Meşəyə gəzintiyə gedən səyahətçilər 
özləri ilə kiçik tibbi ləvazimat götürməlidirlər. 
Tibbi ləvazimatdan ən çox tələb olunanı 
yod, hidrogen-peroksid, bakteriosid (plastr) 
sarğılarıdır Meşədəki mamır, quru otlar, 
cökə, tozağacı, söyüd ağaclarının qabığı təbii 
dezinfeksiyaedici sarğı materialı olub, xəsarət 
alan insanların yarasını sarımaq üçün istifadə 
oluna bilər.
Əgər yaşayış məntəqəsi çox uzaqdadırsa, 
açıq meşə talasında qar üzərində bir neçə kolun 
budaqlarını qırıb “sos” işarəsini parlaq sarı və ya 
narıncı rəngli materialdan qurmaq olar. Bu işarə 
yuxarıdan axtarış helikopperinin diqqətini cəlb 
edə bilər. İşarənin ölçüsü uzununa 7 addım və 
eninə 3 addım olmalıdır (7x3).
Əgər meşədə azarkən bataqlıqlaşmış 
sahəyə rast gəlinibsə, bəzi təhlükəsizlik qayda-
larına riayət etmək lazımdır. Yolu asanlıqla 
keçmək üçün təxminən insanın boyu uzunluqda 
dirək və ya çubuq əldə edilir. Bataqlığa 
düşdükdə yavaş və ehtiyatlı hərəkətlərlə 
çıxmağa çalışmaq lazımdır. Digər səyahətçilər 
belə vəziyyətdə ipdən və uzun çubuqlardan 
istifadə edərək dara düşmuş yoldaşlarını 
çıxarmağa çalışmalıdırlar. Ağır yükdən dərhal 
azad olmaq zəruridir. Bataqlıqda kollarla örtülü 
hündür təpəciklərlə hərəkət etmək və hərəkət 
vaxtı yüngül addımlarla, ehtiyatla addımlamaq 
lazımdır. Kiçik çaylara rast gəldikdə marşrutu 
dəyişmədən çayı keçmək lazım gəlir.
Qışda donmuş su hövzələrinin üzərində 
hərəkət etmək çətindir. Buzun kənarı və 
orta hissəsi müxtəlif qalınlıqda olur. Əsasən 
göllərdə yeraltı suların yerin üzərinə çıxdığı 
su mənbəyində, çaylarda isə iti axın boyunca 
buz qatı nazik olur. Əgər meşənin ortasından 
keçən çayın digər sahilinə keçmək lazımdırsa, 
buz qatının qalın olmasına əmin olmalısınız. 
Təsadüfən buzun çatlamasını hiss edən kimi 

60
dərhal geriyə doğru sürünmək lazımdır. Buzun 
üzərinə çıxarkən möhkəm çubuq və ya bıcaq, 
kəsici alət götürmək lazımdır. Ağır yükü 
aparmaq üçün ağac budaqlarından “kirşə” 
hazırlayıb orada yerləşdirmək və ucundan 
tutub sürümək olar. Əgər buzun üzəri ilə bir 
neçə nəfər gedirsə, onların arasında 5-6 m 
məsafə gözlənməlidir. Buzun möhkəmliyini 
yoxlamaq üçün tullanmaq və ayaqları buza 
çırpmaq olmaz. Buzun çatlaması nəticəsində 
suya düşən insan ilk növbədə hərəkəti 
məhdudlaşdıran yükdən azad olmalıdır. Suya 
düşən yerdən buzun üzərinə qalxmağa cəhd 
etmək lazımdır. Bu zaman insan gah arxası, 
gah da üzü üstə yuvarlanmaqla buzun üzərinə 
çıxmağa çalışmalıdır. İti alətləri buza sancmaqla 
da onlardan tutub qalxmaq olar. 
Beləliklə, meşədə kompassız, telefonsuz və azuqəsiz qaldıqda nə etməli?
►  İlk növbədə təlaş etməməli, vəziyyətdən çixiş yolu axtarılmalıdır;
►  Yaşayış məntəqəsinə tərəf istiqaməti təbii əlamətlərə əsasən təyin etmək lazımdır;
►  Çayın axını boyunca hərəkət edib yaşayış məntəqəsinə çatmaq olar;
► Qaranlıq düşərkən hərəkəti dayandırıb, gecələmək üçün müvəqqəti sığınacaq yeri 
hazırlamaq lazımdır;
►  Meşədə hündür bir yerə qalxıb elektrik xətləri, bacadan çıxan tüstü və s. əlamətlərə 
əsasən yaşayış məntəqələrinin yerini təyin etmək olar;
►  Meşədə ətrafı diqqətlə dinləyib, səs-küy eşidilən tərəfə getmək lazımdır;
►  Əgər meşə ərazisində çoxlu miqdarda məişət tullantısı, tonqal yeri aşkar olunubsa, bu 
əlamətlər yaşayış yerinin yaxınlıqda olmasını göstərir;
►  Yaşayış məntəqələrinin yaxınlığında meşədəki cığırların sayı çoxalır və meşə döşənəyi 
tapdanmış vəziyyətdə olur.
Ən sadə sığınacaq növləri
Eksterimal vəziyyətə düşmüş insanların, 
turistlərin və səyahətçilərin təcrübəsi göstərir 
ki, belə vəziyyətdə insanın salamat qalması 
psixoloji məqamdan da asılıdır. Qorxu hissi 
ekstremal vəziyyətdən sağ çıxmaq ehtimalını 
azaldır. Əksinə, özünə əminlik və qorxmazlıq 
insanın qüvvəsini və dözümlülüyünü artırır. 
Öz qüvvəsini və vaxtını düzgün planlaşdıran 
insanlar vəziyyətdən çıxış yolu tapa bilirlər. 
İstənilən halda yaxında yaşayış məntəqəsinin 
olmasına əminlik hiss etməyən insanlar təbii 
amillərlə üz-üzə qaldıqda ilk növbədə qardan 
da olsa, sığıınacaq düzəltmək barədə düşünməli 
olurlar. Yalnız müvəqqəti sığınacaqda qüvvəsini 
bərpa etdikdən sonra yolu itirən səyahətçilər 
axtarışlarını davam elətdirə bilərlər.
Əgər uzun müddət yolu tapmaq müyəssər 
olmursa və meşədə gecələmək lazım gəlirsə, 
mütləq müvəqqəti sığınacaq hazırlamaq lazım-
Şəkil 4. Turist çadırı

61
dır. Gecəni harada keçirmək və ya əlverişsiz 
hava şəraitindən harada mühafizə olunmaq 
olar? Yardım gözləyənə qədər düşərgə üçün yer 
seçmək lazımdır. Düşərgə üçün yerin düz gün 
seçilməsi üçün hər şeydən əvvəl həmin yerin 
quru olması nəzərə alınmalıdır. Eyni zaman da 
sığınacaq yeri açıq sahədə, çay və ya bulaq-
ların yaxınlığında təyin edilməlidir. Mağara lar, 
torpaq kahalar və quru budaqlardan hazırlanan 
komalar belə sığınacaq yeri ola bilər. 
Bu məqsədlə müvəqqəti olaraq quru 
budaq lardan koma və yaxud torpaqdan qazma 
düzəltmək mümkündür. Hava şəraiti əl veriş-
siz olduqda sığınacağın isti və etibarlı olma-
sına diqqət yetirmək lazımdır. Müvəqqəti 
sığınacaq da adambaşı orta hesabla 2,0x0,75m 
yer ayrılmalıdır. Sığınacaq yerinin yaxınlığında 
isinmək, yemək hazırlamaq və yaş paltarları 
qurutmaq üçün tonqal qalanır.
Turistlər, bir qayda olaraq, səfərə çıxarkən 
özləri ilə çadır aparırlar. Müasir çadırlar yüngül 
və davamlıdır, onlar müxtəlif ölçüdə və formada 
istehsal olunur (şəkil 4.). Ancaq ola bilər ki, 
səyahətçi gözlənilmədən “səfərə” çıxmalı olur 
və yaxud da çayı keçərkən çadırı itirir. Bəs bu 
halda nə etməli? Həyatda hər zaman gözlənilməz 
hadisələrin baş verməsi mümkündür! Belə 
olduqda ilk növbədə gecə ləmək üçün və ya 
əlverişsiz havadan mühafizə olunmaq məqsədilə 
müvəqqəti sığınacaq hazır lanmalıdır: çadır, koma, 
daxma, torpaq qazma və s. 
Yayda çadırsız gecələmə yerlərini hazır-
lamaq olar. Əgər hər hansı bir səbəbdən meşədə 
gecələmək lazım gəlirsə, adi çadırı əvəz edən 
örtülü sığınacaq yeri hazırlamaq mümkündür. 
Bu halda sintetik parçalardan, brezentdən, 
polietilindən, yaxud yüngül yataq örtüyündən 
istifadə etmək olar. Küləyin təsiri altında olan 
açıq yerlərdə qansoran həşəratların sayı az olur. 
İqlim nə qədər sərtdirsə, müvəqqəti tikili bir o 
qədər davamlı olmalıdır. 
Müvəqqəti “koma”nın ən sadə variantı adi 
örtüklü sipərdir. İki qonşu ağacda 1-2 metr 
hündürlükdə köndələn tiri elə quraşdırmaq 
lazımdır ki, futbol qapısına oxşar forma yaran-
sın. Bir tərəfdən 10-12 şüvüldən ibarət yuxarı 
örtük turə söykədilir. Möhkəmlik üçün onlar 
əyilən bilən elastik budaqlarla hörülür, sonra 
yuxarısından brezent bərkidilir və ya kol 
budaqlarından örtük hazırlanır. Belə örtüyü 
aşağıdan yuxarıya doğru döşəyirlər: belə ki, 
hər növbəti lay qabaqkı layı üçdə bir hissəsinə 
örtməlidir (kirəmiti evlərin damında olduğu 
kimi). Bu cür yaşıl örtüklü damın üzərilə axan 
yağış suları daxilə düşməyərək, kənara axıb 
töküləcəkdir (şəkil 5.). 
Çadırın bünövrəsi kimi 1-2 metr hündür-
lükdə ağac kötüyündən istifadə oluna bilər. Bir 
neçə tiri bu əsasa dirəyib, onları bərkitmək 
lazımdır. Bu qayda üzrə çadırın özülü (əsas 
çevrə) hazır olur. Davamlı olması üçün onu 
əyilən budaq və çubuqlarla hörmək, sonra isə 
üzərini yağışdan və soyuqdan müdafiə edən 
istənilən materialla örtmək mümkündür. Bu 
məqsədlə brezent, bir neçə yağmurluq və ya 
gödəkçədən, küknar, şam və ya enliyarpaqlı 
ağacların budaqlarından istifadə oluna bilər. 
Belə tavan nə qədər möhkəmdirsə, çadırın 
xaricdən qorunması bir o qədər etibarlı olur. 
Çadırın döşəməsini enli budaqlarla və ya quru 
mamır layı ilə örtmək lazımdır. Əgər polietilen 
örtük varsa, yağışlı havada onu çadırın üzərinə 
çəkmək, soyuq havada isə istiliyin saxlanılması 
üçün budaqların altında yerləşdirmək olar. 
Sığınacaq yerinin dirəklərinin hündürlüyü, 
iki tərəfdən örtülü olması gecələyən insanların 
sayına görə təyin olunur. Bunun üçün çoxlu 
Şəkil 5. Örtüklü sipər

62
miqdarda mamır toplanıb, ağac qabığından, 
budaqlardan istifadə olunur. İsti yay günlərində 
başqa üsulla da sadə koma hazırlamaq olar. 1,5 m 
uzunluqda 2 ədəd dirəyin uc hissəsi haçalanmış 
formada kəsilir. Dirəklər bir-birindən 2-2,5 m 
aralı məsafədə basdırılır və üzərinə qalın tir 
qoyulur. Bu tirə 45-600 bucaq altında 4-5 ədəd 
tir söykənərək iplə və ya budaqlarla bərkidilir. 
Həmin tirlərə yerə paralel olmaqla 2-4 ədəd 
şüvül bağlanır. Sonra sıx budaqlar, ağac qabıqları 
şüvüllərin üzərinə döşənir (şəkil 6.).
Koma bir tərəfli və yaxud da yağmurlu 
havada hər iki tərəfdən örtülü olaraq hazırlanır. 
Əsas dayaq tirinin hər iki tərəfinə dirək 
bərkidilir. Komanın ön tərəfi giriş üçün açıq qalır, 
arxa tərəfi isə hörülür. Daha uzun müddət üçün 
nəzərdə tutulan komaların divarları ağac və kol 
budaqları, qabıqla örtülür. Ağac qabığından 
kəsilmiş zolaqlar 0,5-0,6 m məsafədə bir-
birinin üzərinə bərkidilir. Müvəqqəti çadırın 
döşəməsinə quru otlar və mamır döşənir.. 
Sığınacağın damı sıx yarpaqlı ağac budaqları ilə 
örtülür. Yağmurlu havada yağış sularının içəriyə 
axmaması üçün sığınacağın ərtrafında arx 
qazmaq olar.
Qışda belə köşkləri soyuqdan mühafizə 
etmək üçün qalın budaqlardan və dirəklərdən 
dayaq hörülür. Sonra bu dayaqlar nazik 
budaq larla bir-birinə bağlanır. Daxildən istiliyi 
qoruyub saxlamaq üçün divardakı dəliklər 
hər hansı bir materialla örtülür. Qarlı havada 
divarların üzəri xaricdən qarla örtülür. Bəzi 
hallarda turistlər 2-3 saat ərzində tonqal qala-
dıqları yerdə gecələmək üçün belə dayanacaq 
yerləri düzəldirlər.
Dağlıq regionlarda aşağı və yuxarı meşə 
qurşaqlarındakı temperatur fərqi cox olur. 
Bəzən aşağı dağ qurşağında, dərələrdə havanın 
temperaturu dağın başından gələn soyuq 
hava axınlarının təsiri altında xeyli aşağı düşür. 
Həmçinin soyuqda havanın rütubətliliyi yüksək 
olarsa, iqlim şəraitinin orqanizmə mənfi təsir 
artır. Yüksək dağlarda quru havada soyuq 
iqlim şəraitinə daha asan uyğunlaşmaq olur. 
Dəniz sahili regionlarda isə havanın rütubətliliyi 
artdıqca şaxtanın təsiri güclənir. Tədqiqatlar 
göstərir ki, küləkli havada soyuq havanın 
təsiri artır. Havanın tempuraturu -30 C-dirsə 
və küləyin surəti 10 m/san çatırsa şaxtanın 
insana təsiri -200 C-də olan şaxtanın təsirinə 
bərabər olur. Küləkli havada mənfi -100 C şaxta 
təxminən -300 C-yə bərabər təsir göstərir.
İnsanlar soyuqdan qorunmaq üçün ilk növ-
bə də geyimə diqqət yetirməlidirlər. Eksterimal 
vəziyyətdə mövsümə uyğun geyinmək insanın 
salamat qalmaq ehtimalını artırır. Hazırda 
geniş tətbiqini tapan sintepon, nitron və digər 
suni materiallardan tikilən üst geyimləri istilik 
mübadiləsini təmin etməsə də, bədəni şaxtadan 
qoruyur. Yüngül sintetik geyimlər yağıntının 
təsiri ilə islanmır, suya düşdükdə tez quruyur. 
Müxtəlif parçalardan hazırlanmış bir neçə geyimi 
üst-üstdən geyinməklə soyuğa davamlılığı 
artırmaq olar. Bu geyimlərin arasındakı hava 
qatı bədənin soyumasının qarşısını alır. Bir ədəd 
qalın köynək əvəzinə, bir neçə nazik toxunma 
sviter geyinmək daha məqsədəuygundur. 
Fövqəladə vəziyyətdə ayaqların quru və 
isti qalması əsas şərtdir. Güclü şaxta olduqda 
hər 10 donma hadisəsindən 8-nin səbəbi məhz 
ayaqlardan başlayır. Buna görə də ilk növbədə 
ayaqqabıları və ayaqları quru saxlamaq vacib-
dir. Əgər su keçirməyən material varsa, ayaq-
qabının üzərinə sarımaq olar. Müvəqqəti 
sığına caq quranadək üzü və əlləri də soyuqdan 
qorumaq lazım gəlir. Əgər qar örtüyü hərəkət 
üçün çətinlik törədirsə, 2-2,5 sm qalınlığında 
Şəkil 6. Sadə koma

63
və 140-150 sm uzunluqda möhkəm budaqları 
nazik elastik çubuqlarla bir-birinə bərkidib 
xizək hazırlamaq olar. Qışda buz bağlamış 
çayların üzərinə çıxmaq təhlükəlidir. Nazik 
buz qatı asanlıqla çatlaya bilər. Bataqlıqlaşmış 
göllərin yaxınlığında ehtiyatlı olmaq lazımdır. 
Belə sahələrdə su bitkilərinin çoxluğu diqqəti 
cəlb edir.
Soyuq qış mövsümündə insanın tufan və 
boran dan qorunması üçün qardan koma hazır-
lamaq olar. Bəzi şimal ölkələrində müxtəlif 
xalqlar, məs, eskimoslar qar kərpiclərdən 
tikilmiş belə günbəzşəkilli komalarda yaşayır. 
Qardan hazırlanmış tikinti materiallarından 
yüksək dağ zirvələrini fəth edən alpinistlər də 
istifadə edir. Qar soyuqdan əla müdafiə edir və 
qarın torpağın “yorğanı” adlandırılması təsadüfi 
deyildir. 
Qarlı havada çətin vəziyyətə düşmüş insan-
lar sığınacaq qurmaq üçün çox vaxt vərdiş 
etdikləri kimi odun parçalarından və ya tirdən 
istifadə edir, çadır qurmaqla vəziyyətdən 
çıxmağa çalışırlar. Əlbəttə ki, çovğunlu havada 
çadır insanları şaxtadan qoruya bilməz. Qarla 
örtülü ərazidə ağac və ya metal kəsiklərdən 
hazırlanan sığınacaq çox vaxt insanların həyatını 
təhlükə altında qoyur. Belə materiallardan 
hazırlanan “koma”nın dəliklərini tutmaq müm-
kün olmadığına görə soyuq küləyin təsirindən 
qorunmaq çətin olur. Əgər meşədə azmış 
insanın yanında qızdırıcı cihazlar yoxdursa, 
deməli, belə sığınacağın içərisində və xaricində 
havanın temperaturu bərabər olacaqdır. Belə 
tikintini başa çatdırmaq bəzən çoxlu enerji 
və vaxt tələb edir. Tikinti zamanı xəsarət al-
maq ehtimalı da yüksək olur. Bəzi hallarda 
belə “koma” güclü küləyin təsirindən və ya 
digər səbəbdən uçub dağılır, insanları çıxılmaz 
vəziyyətdə qoyur.
Şaxtalı havada ən yaxşı tikinti materialı 
ətrafdakı qar topalarıdır. Bir neçə saat ərzində 
qardan hazırlanmış “mağara” və ya “komada” 
asanlıqla soyuqdan yaxa qurtarmaq olur. Belə 
sığınacaqların hazırlanmasına 1-3 saat vaxt və 
çox az qüvvə sərf etməklə enerjinin hədər yerə 
itirilməsinin qarşısı alına bilər. Belə vəziyyətdə 
nəzərə alınmalıdır ki, yolu azmış insanların 
kifayət qədər ərzaq ehtiyatı varsa, sutkada 
gündəlik rejimə düzgün əməl olunmalıdır. 
İnsan 1-3 saat ərzində qar mağarası və ya kaha 
qurmalı, gün ərzində 8-12 saat fəaliyyətdə olub, 
10 saat yatıb istirahət etməlidir. Düzgün tikilmiş 
qar sığınacağında insanın bədənindən ayrılan 
istilik hesabına havanın tempuraturu artır. Əgər 
çöldə -20-300C-də şaxta vardırsa, komanın 
içərisində havanın hərarəti -5-100C olur. 
Hər bir halda çətin vəziyyətə düşmüş 
insanlar “passiv” gözləmə mövqeyindən daha 
çox, ”fəal” axtarış mövqeyinə üstünlük verməli-
dirlər. Bu zaman həyat uğrunda mübarizənin 
üsulları insanın düşdüyü şəraitə uyğun seçilir. 
Əlbəttə, ekstremal hava şəraitində insanın 
təhlükəsiz həyat fəaliyyəti ilk növbədə belə 
vəziyyətə düşməmək üçün xüsusi diqqət və 
hazırlıqdan asılıdır. Meşədə baş verən hadisə-
lərin əksəriyyəti, zərər çəkmiş insanların səh-
lən karlığı və zəif hazırlığı səbəbindən baş verir. 
Ən sadə təhlükəsizlik tədbirlərinə ria-
yət etməklə meşə səyahətlərini ilin bütün 
fəsillərində hədsiz sevinc və sağlamlıq mənbə-
yinə çevirmək mümkündür.
Fövqəladə vəziyyətdə odu necə əldə etmək olar
Müvəqqəti sığınacaq yeri hazır olduqdan 
sonra isinmək üçün od əldə etmək lazım gəlir. 
Paltarların qurudulması, yemək hazırlanması, 
suyun qaynadılması ilə yanaşı, həm də insanın 
olduğu yer barədə xəbərdarlıq etmək üçün 
tonqal yandırılır. Əgər kibrit və ya alışqan varsa, 
ocağı yandırmaq asanlıqla mümkün olur. Lakin 
güclü külək əsdikdə odun yanmasına nəzarət 
etmək lazımdır.

64
Tonqal bəşəriyyətin qədim ixtiralarından 
biridir. Qədim əsatirlərdə odun insanlara 
Prometey tərəfindən hədiyyə olunduğu gös-
tərilir. Lakin odun insanlara şimşək çaxarkən 
bəxş edildiyi desək də yanılmarıq. Uzun əsrlər 
boyu tonqal yeganə istilik və işıq mənbəyi, 
habelə yemək hazırlamaq üçün əsas vasitə olub. 
Bizim dövrümüzdə şəhər sakininə tonqal gərək 
deyil: elektrik enerjisi, qaz, mikrodalğalı sobalar 
vardır. Bəs şəhərin kənarına və ya meşəyə turist 
səfəri zamanı? Səfər zamanı tonqalsız keçinmək 
mümkündürmü?
Tonqalı qalamaq üçün kibritdən istifadə 
etmək olar. Lakin kibriti unutmamaq və rütubət-
dən mühafizə edilmiş quru yerdə saxlamaq 
gərəkdir. Bunun üçün ağzı möhkəm bağlı olan 
şüşə qabdan istifadə olunur. Şüşə qaba bir neçə 
kibrit və kibrit qutusunun “kükürdlü” hissəsi 
qoyulur. Təcrübəli turistlər bir neçə kibritin 
başcıqlarını parafinə batırırlar. Belə tədarük 
olunmuş kibrit ehtiyatı heç zaman islanmaz. 
Əgər kibrit və ya alışqan yoxdursa nə et-
məli? Saatın iki şüşəsindən hazırlanmış lupa 
və ya linzadan istifadə etmək olar. Sayrus 
Smitin “Sirli ada” əsərindən mühəndisin necə 
hərəkət etdiyini yadınızdadırmı? O, saatdan 
çıxardığı iki şüşənin kənarlarını gil ilə birləşdirib, 
şüşənin arasını su ilə doldurur və nəticədə linza 
alınır. Gilin əvəzinə yapışqanlı plastrdan və ya 
iynəyarpaqlı ağac qətranından istifadə etmək 
olar. Linza vasitəsilə günəş şüası asanlıqla alışan 
fitilə tərəf istiqamətləndirilir. Fitil pambıqdan, 
tənzifdən (cunadan), pərqudan (nazik tükdən) 
və yaxud sürtülmüş toz ağacının qabığından 
hazırlanır. Yavaş yanan fitil od əmələ gələnə 
qədər üfürülür, sonra tonqal qalanır. 
Od əldə etmək üçün daşları (çaxmaq daşı) 
bir-birinə sürtməklə və ya poladı bərk daşa 
sürtməklə də qığılcım əldə etmək olar. Çaxmaq 
daşından çıxan qığılcımla tonqalı qalamaq olsa 
da, lakin bu üsul çox zəhmət və vaxt tələb edir. 
Tonqal üçün quru budaqlar, ağac qabığı 
toplanır. İri budaqları hissə-hissə tonqala atmaq 
lazımdır ki, hava keçsin və ocaq sönməsin. Belə 
yerdə gecələyərkən təhlükəsizlik məqsədilə 
növbətçilik təşkil etmək, tonqala nəzarət etmək 
və vəhşi heyvanlardan qorunmaq vacibdir. 
Tonqalın tüstüsü xilasedicilər tərəfindən uzaq-
dan daha tez aşkar olunur. Bəzən tonqalı yağış-
dan və küləkdən qorumaq üçün də üstü örtülü 
köşk hazırlanır. Lakin bu halda ciddi nəzarət 
etmək lazımdır ki, yanğın hadisəsi baş verməsin. 
Meşədə salamat qalmaq üçün təhlükəsiz yer 
tapıb sonra ocaq qalamaq olar. Tonqal qalayar-
kən yanğın təhlükəsizliyi qaydalarına riayət et-
mək və ağaclardan (xüsusən də qurumuş ağac 
və kolllardan) kənarda təmizlənmiş açıq sahədə 
ocaq qalamaq lazımdır. Turist təhcizatında 
bel və balta kimi alətlər də lazım olur. Tonqal 
üçün hər tərəfdən açıq, küləkdən qorunan 
və yaxınlıqda su hövzəsi olan sahə seçilir. Bel 
vasitəsilə ocağın yerində torpağın üst qatı 
təmizlənir və ətrafında arx qazılır. 
Açıq sahədə torpağın üzəri tör-töküntüdən 
təmizlənməlidir. Tonqalın yeri quru ağaclardan, 
xüsusilə iynəyarpaqlı ağaclardan uzaqda olmalı-
dır. 1-1,5 m məsafədə ərazi tör-töküntüdən, 
mamırdan, kollardan təmizlənir. Qışda qar 
örtüyünu möhkəm tapdayıb bərkitmək və 
üzərində ağac kötüklərindən ocaq üçün yer 
hazırlamaq olar. Sığınacaq yerini tərk edərkən 
közərtilərin tam sönməsinə əmin olmaq lazım-
dır. Yanğın təhlükəsizliyi məqsədilə tonqal ağac-
lardan, qətranlı kötüklərdən 4-6 metr aralıda 
olmalıdır. Tonqalın üzərindəki ağac budaqları 
asanlıqla alışa bilər. İynəyarpaqlı aağaclar ol-
duq 
da həmin yerdə ocaq yandırmaq daha 
təhlükəlidir, çünki, bu zaman yuxarıdan fəlakətli 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin