European neighborhood and partnership instrument fast countries forest law enforcement and covernance II program



Yüklə 22,01 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix23.02.2017
ölçüsü22,01 Kb.
#9382
1   ...   10   11   12   13   14   15   16   17   18

93
5.2.1.  Yanğın təhlükəsizliyi xidmətinin çağırılmasını yoxlamalı;
5.2.2.  Yanğın təhlükəsizliyi xidməti gələnə qədər yanğının söndürülməsinə rəhbərliyi öz 
üzərinə götürməli;
5.2.3.  Yanğın təlükəsizliyi xidmətini qarşılamaq üçün meşədə yolları, keçidləri yaxşı 
tanıyan şəxsi ayırmalı.
5.3.  Yanğın zamanı könüllü yanğınsöndürmə dəstəsinin üzvləri öz aralarında bölüşdürülmüş 
vəzifələri yerinə yetirirlər.
5.4.  Yanğın Təhlükəsizliyi xidməti yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə 
rəhbərlik edən şəxs yanğın təhlükəsizliyi xidmətinin yüksək vəzifəli şəxsinə yanğın haqqında 
məlumat verməlidir (yanğının mənbəyi, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında 
məlumat).
5.5.  Meşədə baş vermiş hər bir yanğın faktı üzrə Meşə Mühafizəsi və Bərpası müəssisəsinin 
nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı 
və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirlər həyata 
keçirməlidirlər.
6. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət
6.1. 
Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə:
6.1.1.  Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə 
və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilmiş yanğın təhlükəsizliyi 
tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə, yaxud onun 
geniş sahəyə yayılmasına görə təşkilati hüquqi və mülkiyyət formasından asılı 
olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan 
Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar;
6.1.2.  Bu Qaydaların 6.1.1 yarımbəndini pozan vətəndaşlar və vəzifəli şəxslərin 
hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun 
olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
6.2. 
Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydalarını pozan təşkilat, idarə, 
vətəndaş və vəzifəli şəxslərin cərimə verməsi onları dəyən ziyanın bərpa edilməsindən azad 
etmir.
6.3. 
Bu Qaydaların tələblərinin pozulması qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb 
olur.
Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ
Aktlarının Bülletenində dərc edilmişdir (№ 5, 2003-cü il, s. 3) 
(«VES Consultancy» LLC).

94
Əlavə 2
Meşə Mühafizəsi və Bərpası müəssisəsində tələb olunan yanğınsöndürmə 
texnikası və vasitələrinin
Siyahısı
Sıra sayı Yanğının söndürülməsində istifadə 
olunan texnika və vasitələrin adları Ölçü vahidi
Meşə mühafizəsi 
və bərpası 
müəssisəsində
 Qeyd
1
2
3
4
5
1
Yanğınsöndürən avtomobil
ədəd
1
2
Motopompa

2
3
Səyyar radiostansiya

5
4
Kimyəvi odsöndürənlər

10
5
Yanğın şlanqı
m-lə
500
6
Yanacaqla işləyən odun kəsən
ədəd
2
7
Bel

30
8
Çalğı


9
Dırmıx

10
10
Əlcək

50
11
Vedrə

10
12
Yanğın lövhəsi (şit)

2
13
Balta

10
14
Qoruyucu eynək

30
15
Xüsusi geyim

10
16
İlk tibbi yardım çantası

10
© VES Consultancy LLC

95
Əlavə 3
Yanğın təhlükəsizliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI QANUNU
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. 
Qanunda istifadə olunan əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) 
yanğın — maddi ziyan vuran, insanların həyatına və sağlamlığına, habelə təbiətə zərər 
yetirən nəzarətsiz yanmadır;
2) 
yanğından mühafizə — yanğınların qarşısının alınmasının və söndürülməsinin təşkili, 
bununla əlaqədar ümdə qəza-xilasetmə işlərinin aparılması üçün yaradılmış idarəetmə 
orqanlarının, qüvvələrin və vasitələrin məcmusudur; [1]
3) 
yanğın nəzarəti — yanğın təhlükəsizliyi sahəsində norma standartların və qaydaların 
tələblərinin pozulmasının qarşısının alınmasına yönəldilən dövlət nəzarəti fəaliyyətinin 
xüsusi növüdür; [2]
4) 
yanğın təhlükəsizliyi — təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat 
tədbirlərinin elə bir kompleksidir ki, bu, təsərrüfatı sahələrinin və obyektlərinin, 
binaların, qurğuların, ərazi vahidlərinin, şəhərlərin, rayonların və digər yaşayış 
məntəqələrinin təhlükəsiz fəaliyyətini, yanğınların törənməsi və yayılması imkanlarının 
aradan qaldırılması, onların son dərəcə sürətlə aşkar və ləğv olunmasını, insanların 
həyatının və sağlamlığının mühafizəsini təmin etməli, yanğınların təhlükəli amillərinin 
insanlara və ətraf mühitə təsirini aradan qaldırmalı, maddi və mənəvi sərvətləri yanğında 
məhv olmaqdan qorumalıdır; [3]
5) 
yanğın təhlükəsizliyi tələbləri — yanğın təhlükəsizliyini təmin etmək məqsədilə 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki 
xarakterli xüsusi şərtdir;
6) 
yanğın təhlükəsizliyi tələblərinin pozulması — yanğın təhlükəsizliyi tələblərinin yerinə 
yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir;
7) 
yanğın təhlükəsizliyinin təmin edilməsi sistemi — yanğınla mübarizəyə yönəldilmiş 
qüvvələrin və vasitələrin, habelə hüquqi təşkilati, iqtisadi, sosial və elmi-texniki 
xarakterli tədbirlərin məcmusudur;
8) 
yanğına qarşı rejim — yanğın təhlükəsizliyi tələblərinin pozulmasının qarşısını almaq 
və yanğınları söndürmək məqsədilə insanların davranış qaydaları, istehsalın təşkili və 
binaların (ərazilərin) sazlanması qaydasıdır;
9) 
yanğın təhlükəsizliyi tədbirləri — yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən 
yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində fəaliyyətdir;
10)  yanğınların söndürülməsi — insanların və əmlakın xilas edilməsinə, yanğınların 
söndürülməsinə yönəldilmiş əməliyyatlardır;
11) 
yanğınların söndürülməsi ilə əlaqədar ümdə qəza-xilasetmə işləri insanların, əmlakın 
xilas edilməsi, yanğından zərər çəkənlərə həkiməqədər ilk yardım göstərilməsi üçün 
yanğından mühafizənin apardığı operativ əməliyyatdır;

96
12) 
yanğınsöndürmə texnikası məhsulu — yanğın təhlükəsizliyinin təmin edilməsi üçün 
nəzərdə tutulan xüsusi texniki və elmi-texniki məhsul, o cümlədən yanğınsöndürmə 
texnikası və avadanlığı, yanğınsöndürmə ləvazimatı, yanğınsöndürən və yanğından 
qoruyan maddələr, xüsusi rabitə və idarəetmə vasitələri, hesablayıcı elektron maşınlar 
üçün proqramlar və məlumat bazaları, habelə yanğınların qarşısının alınması üçün digər 
vasitələridir;
13) 
yanğından mühafizə qarnizonu-müəyyən ərazidə yerləşdirilmiş yanğından mühafizə 
orqanlarının, bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris 
müəssisələrinin məcmusudur.
Maddə 2. 
Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında insanların həyatının və sağlamlığının, milli sərvətlərin, 
mülkiyyətin bütün növlərinin yanğından qorunması məqsədilə fəaliyyət göstərən dövlət yanğından 
mühafizə və dövlət yanğın nəzarəti sisteminin təşkilinin hüquqi əsasını vəprinsiplərini müəyyən edir. 
[4]
Bu Qanun yanğınların törənməsi və yayılması səbəblərinin və şəraitinin aradan qaldırılmasında 
dövlət orqanlarının, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların; eləcə də 
vətəndaşların iştirakına hüquqi zəmin yaradılması, yanğınların qarşısının alınması və söndürülməsi, 
insanların həyatının və sağlamlığının mühafizəsi, mülkiyyətin bütün növlərinin və vətəndaşların şəxsi 
əmlakının, təbii sərvətlərin yanğında məhv olmaqdan qorunması, habelə bu sahədə qanunçuluğun 
möhkəmləndirilməsi üzrə ictimai münasibətləri nizama salır.
Maddə 3. 
Yanğın təhlükəsizliyi haqqında qanunvericilik
Yanğın təhlükəsizliyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, 
bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 4. 
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanlarının həll etdiyi məsələlər [5]
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının həll 
etdiyi məsələlərə aşağıdakılar aiddir:
1) 
yanğın təhlükəsizliyinə dair dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi;
2) 
respublika məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və 
maliyyələşdirilməsi;
3) 
dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın 
təhlükəsizliyinə dair normativ-hüquqi aktların qəbul edilməsi və onların icrasına nəzarət 
olunması;
4) 
dövlət büdcəsinin yanğın təhlükəsizliyi, o cümlədən yanğından mühafizənin saxlanması 
xərclərinin planlaşdırılması və icrası;
5) 
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə orqanlarının, 
bölmələrinin, yanğın-texniki elmi-tədqiqat və yanğın-texniki tədris müəssisələrinin 
yaradılması, yenidən təşkili və ləğv edilməsi;

97
6) 
dövlət yanğın nəzarətinin təşkili;
7) 
yanğın təhlükəsizliyini təmin etməyin ümumi prinsiplərinin müəyyənləşdirilməsi, o 
cümlədən yanğınsöndürmə texnikası məhsulunun istehsalının və satın alınmasının, 
habelə əhalinin yanğınlar ilə mübarizədə iştirakının sosial və iqtisadi cəhətdən 
həvəsləndirilməsi;
8) 
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından və yanğın nəzarəti qurumları 
əməkdaşlarının sayının müəyyənləşdirilməsi;
9) 
yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan 
yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısının 
müəyyənləşdirilməsi;
10) 
dövlət ehtiyacları üçün, o cümlədən müdafiə sifarişi üzrə yanğınsöndürmə texnikası 
məhsulunun nomenklaturasının, buraxılması və göndərilməsi həcmlərinin təsdiq 
edilməsi;
11) 
dövlət informasiya təminatı sistemlərinin, habelə yanğınların və onların nəticələrinin 
statistika uçotu sistemlərinin yaradılması;
12) 
mülki müdafiənin yanğından mühafizə xidmətinin təşkilinin ümumi prinsiplərinin 
və yanğından mühafizə orqanlarına və bölmələrinə səfərbərlik tapşırıqlarının 
müəyyənləşdirilməsi;
13) 
yanğından və yanğın nəzarəti qurumları üçün kadrların hazırlanmasının, yenidən hazırlıq 
keçməsinin və ixtisasının artırılmasının təşkili;
14) 
yanğından mühafizə və yanğın nəzarəti qurumları əməkdaşları üçün fərqləndirmə 
nişanlarının və geyim formasının müəyyənləşdirilməsi; [6]
15) 
yanğından və yanğın nəzarəti qurumları şəxsi heyətinin, ehtiyatda (istefada) olan 
şəxslərin, habelə onların ailə üzvlərinin hüquqi və sosial müdafiəsi tədbirlərinin həyata 
keçirilməsi; [7]
16) 
yanğından mühafizə fondlarının yaradılmasına və fəaliyyətinə kömək göstərilməsi;
17) 
dövlət büdcəsinin vəsaiti hesabına yanğın təhlükəsizliyi, o cümlədən yanğından 
mühafizənin saxlanması xərcləri hissəsinin işlənib hazırlanması, təsdiq və icra olunması;
18) 
dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizə və yanğın nəzarəti 
qurumlarının Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada 
yaradılması, yenidən təşkili və ləğv edilməsi; [8]
19) 
yerli məqsədli proqramların işlənib hazırlanması, yerinə yetirilməsinin təşkili və 
maliyyələşdirilməsi;
20) 
əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsi və yanğınların qarşısının alınmasına 
və söndürülməsinə cəlb edilməsi.
Maddə 5. 
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq 
icra hakimiyyəti orqanlarının vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının 
aşağıdakı vəzifələri vardır:
1) 
tabelikdə olan müəssisələrdə və müvafiq ərazilərdə yanğın təhlükəsizliyi tədbirlərinin 
işlənib hazırlanmasını təşkil etmək və yerinə yetirilməsini təmin etmək;
2) 
müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilmiş yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq;

98
3) 
yanğından mühafizəyə tapşırılmış vəzifələrin yerinə yetirilməsində ona zəruri kömək 
göstərmək;
4) 
yanğına qarşı təbliğatın aparılmasını və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin 
öyrədilməsini təşkil etmək;
5) 
hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar 
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə 
ciddi riayət olunmasını təmin etmək;
6) 
yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə 
yetirilməsini təmin etmək;
5) 
hakimiyyət orqanlarının, müəssisələrin və təşkilatların rəhbərləri, habelə vətəndaşlar 
tərəfindən yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə 
ciddi riayət olunmasını təmin etmək;
6) 
yanğın təhlükəsizliyi tədbirlərinin işlənib hazırlanmasını təşkil etmək və yerinə 
yetirilməsini təmin etmək;
7) 
müəyyənləşdirilmiş normalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına 
maliyyələşdirilən dövlət yanğından mühafizə bölmələrini yaratmaq və saxlamaq; [9]
8) 
əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsini təşkil etmək.
Maddə 6. 
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin
hüquq və vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı hüquqları vardır:
1) 
öz vəsaitləri hesabına saxladıqları yanğından mühafizə bölmələrini müəyyənləşdirilmiş 
qaydada yaratmaq, yenidən təşkil və ləğv etmək;
2) 
müvafiq dövlət orqanlarına yanğın təhlükəsizliyinin təmin edilməsinə dair təkliflər 
vermək;
3) 
müəssisələrdə yanğınların baş verməsi səbəblərinin müəyyən edilməsi və müvafiq 
tədbirlərin görülməsi sahəsində iş aparmaq; [10]
4) 
yanğın təhlükəsizliyini təmin etməyin sosial və iqtisadi cəhətdən həvəsləndirilməsi 
tədbirlərini müəyyənləşdirmək;
5) 
yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.
Yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır:
1) 
yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının vəzifəli şəxslərinin 
göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
2) 
yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata 
keçirmək;
3) 
yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini 
öyrətmək;
4) 
yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə 
vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol 
verməmək;
5) 
yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə 
tutulmuş qaydada yaratmaq və saxlamaq;

99
6) 
yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini 
müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və 
yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə 
və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; [11]
7) 
müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə 
əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və 
yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri 
qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət 
yerləri vermək;
8) 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin 
vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara
qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;
9) 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin 
vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o 
cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş 
vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək;
10) 
yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və 
girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.
Maddə 7. 
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların hüquq və vəzifələri
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı hüquqları vardır:
1) 
yanğın zamanı həyatının, sağlamlığının və əmlakının müdafiəsi;
2) 
yanğının vurduğu ziyanın Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə 
tutulmuş qaydada ödənilməsi;
3) 
sağlamlığına və əmlakına ziyan vurmuş yanğının səbəblərinin müəyyənləşdirilməsində 
iştirakı;
4) 
yanğın təhlükəsizliyi məsələlərinə dair məlumat almaq.
Yanğın təhlükəsizliyi sahəsində vətəndaşların aşağıdakı vəzifələri vardır:
1) 
yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına ciddi riayət etmək;
2) 
öz mülkiyyətində (istifadəsində) olan binalarda və tikililərdə, nəqliyyat vasitələrində 
yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahılara uyğun olaraq ilkin yanğınsöndürmə 
vasitələri vəyanğına qarşı inventar saxlamaq;
3) 
yanğın aşkar etdikdə bu barədə dərhal yanğından mühafizə bölməsinə xəbər vermək;
4) 
yanğından mühafizə bölməsi gələnədək adamları, əmlakı xilas etmək və yanğını 
söndürmək üçün mümkün tədbirlər görmək;
5) 
yanğının söndürülməsində yanğından mühafizə bölmələrinə kömək göstərmək;
6) 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq 
qurumlarının vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini 
yerinə yetirmək;
7) 
onlara məxsus istehsal, təsərrüfat, yaşayış və başqa bina və tikililərdə yanğın təhlükəsizliyi 
tələblərinə riayət olunmasına nəzarət etmək və bu tələblərin pozulmasının qarşısını 

100
almaq məqsədilə müayinələr və yoxlamalar aparmaq üçün Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinə Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada imkan yaratmaq. [12]
II fəsil
YANĞINDAN MÜHAFİZƏ
Maddə 8. 
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi və onun 
əsas vəzifələri
Azərbaycan Respublikasının yanğından mühafizə sistemi aşağıdakı növlərdən ibarətdir:
1) 
dövlət yanğından mühafizə;
2) 
idarədənkənar yanğından mühafizə;
3) 
könüllü yanğından mühafizə.
Azərbaycan Respublikasının yanğından mühafizə sisteminin əsas vəzifələri:
1) 
yanğının qarşısının alınmasının və profilaktikasının təşkili;
2) 
insanların xilas edilməsi və yanğınların söndürülməsi.
Yanğından mühafizə bölmələrinin münaqişələrin və kütləvi iğtişaşların qarşısının alınması və 
aradan qaldırılması tədbirlərinə cəlb edilməsi qadağandır.
Maddə 9. 
Dövlət yanğından mühafizə
Dövlət yanğından mühafizə yanğından mühafizə sisteminin əsas növü olmaqla Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:
1) 
yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanmasını və həyata 
keçirilməsini təşkil edir;
2) 
Azərbaycan Respublikasında Dövlət yanğın nəzarətini aparır;
3) 
şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından 
mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil edir və yerinə yetirir;
4) 
yanğınların söndürülməsini təmin edir;
5) 
yanğın təhlükəsizliyi sahəsində vahid elmi-texniki siyasəti işləyib hazırlayır və onun 
tətbiqini təşkil edir;
6) 
yanğından mühafizə üçün kadrların hazırlanmasını, yenidən hazırlıq keçməsini və 
ixtisasını artırmasını təmin edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının 
yanğından mühafizə sisteminə başçılıq edir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının 
ərazisində dövlət yanğın nəzarəti səlahiyyətlərinə malik olmaqla yanğınsöndürmə texnikası 
məhsulunun dövlət sifarişlərini verir və bu texnikaya dair tələbləri müəyyənləşdirir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumlarının təşkilini
yenidən təşkilini, ləğv olunmasını, saxlanılmasını, strukturunu və fəaliyyət qaydasını Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. [13]

101
Maddə 10. 
İdarədənkənar yanğından mühafizə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında, mülkiyyət formasından 
asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanında qeydiyyatdan keçməklə yanğından mühafizə işlərini həyata keçirən xüsusi 
bölmələr yaradıla bilər. Onların təşkilat strukturu və maliyyələşdirilmə qaydaları təsisçi tərəfindən 
müəyyən edilir.
İdarədənkənar yanğından mühafizə bölmələri bu Qanuna uyğun olaraq hazırlanmış, Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və tabe olduqları yuxarı orqanların 
rəhbərləri tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərirlər. [14]
Maddə 11. 
Könüllü yanğından mühafizə [15]
Yaşayış məntəqələrində, müəssisələrdə, idarələrdə və təşkilatlarda yanğınların qarşısının 
alınması və söndürülməsinin təşkili tədbirlərini həyata keçirmək məqsədilə fəhlələr, qulluqçular, 
mühəndis-texniki işçilər və başqa vətəndaşlar sırasından könüllü yanğınsöndürmədəstələri 
(komandaları) yaradıla bilər. Onlar haqqında Əsasnaməni Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı təsdiq edir.
Könüllü yanğınsöndürmə dəstələri (komandaları) üzvlərinin yanğının və ya qəzanın nəticələrinin 
aradan qaldırılmasında, yanğınsöndürmə üzrə profilaktika tədbirlərinin keçirilməsində iştirak 
etmələri, habelə tədris hazırlığı və növbə çəkmələri üçün ödəniş müvafiq icra hakimiyyəti 

Yüklə 22,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin