Mineral maddələr. Xurmada olan mineral maddələrin
miqdarı torpaq-iqlim şəraitindən, sortun spesifik xüsusiyyətin-
dən və başqa faktorlardan asılıdır. Mineral maddələr üç qrupa –
makro, mikro və ultramikroelementlərə bölünürlər. Makroele-
mentlərə Fe, P, K, Ca, Mg, Cl, S, Si və başqaları;
mikroelementlərə Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Zn və qeyrilə-
ri; ultramikroelementlərə isə U, Ra, Au, Ti və s. aiddir. Orqa-
nizmdə 0,001%-dən çox olan elementlərə makroelementlər,
qeyd olunan rəqəmdən az olduqda mikroelementlər, cüzi miq-
darda olduqda isə ultraelementlər deyilir.
Makroelementlər qida məhsullarında əsasən sulfat, fos-
fat, karbonat və başqa turşuların duzları şəklində olur. Đnsan or-
qanizmi bu duzları qida və içməli su vasitəsilə qəbul edir [29].
Duzların orqanizmdə paylanması müxtəlif cür olur. Ca, Mg və
fosfat duzları ən çox sümüklərdə, xörək duzu dəridə toplanır.
Bu duzlar bitkilərin meyvəsinə nisbətən yarpağında və gövdə-
sində daha çox olur. Mikroelementlər isə ən çox üzvi maddələ-
rin: zülalların, fermentlərin, vitaminlərin, hormonların və başqa
birləşmələrin tərkibində olur. Məsələn, zülalların nümayəndəsi
olan hemoqlobinin tərkibində dəmir, askorbatoksidaza fermen-
tinin tərkibində mis, B
12
vitaminində kobalt (Co) olur.
Mineral maddələrin bioloji və texnoloji xüsusiyyətləri-
nin öyrənilməsində A.K.Timiryazevin, V.N.Vernadskinin,
A.P.Vinoqradovun, Ə.Güləhmədovun, M.Abutalıbovun və
başqalarının böyük xidmətləri olmuşdur. Mineral maddələrin
fotosintez və tənəffüs proseslərində mühüm əhəmiyyəti vardır.
Fotosintez prosesi xlorofilin iştirakı ilə gedir. Xlorofilin də
tərkibində maqnezium vardır (xlorofil – C
55
H
72
O
6
N
4
Mg). Mak-
ro və mikroelementlər yüksək molekullu biopolimerlərlə (zü-
48
lallar, fermentlər, nuklein turşuları və s.) birləşərək, onların
quruluşunun formalaşmasında iştirak edirlər. Sink, manqan və
dəmir nuklein turşularının spiral formasının yaranmasında mü-
hüm rol oynayırlar. Ribosomların assimilyasiyası və dissimil-
yasiyası maqneziumdan çox asılıdır. Orqanizmdə zülalların
sintezi maqneziumun və manqanın iştirakı ilə gedir. Mineral
maddələr qlikoliz və amiloliz proseslərində də iştirak edirlər
[20, 32, 73, 84].
Xurmada və ondan hazırlanmış məhsullarda kaliumun,
maqneziumun çox olması yaxşı haldır. Kalium ürək əzələlərini
möhkəmlədir, maqnezium isə zülalların, fermentlərin, hormon-
ların fəaliyyətini artırır. Xurma meyvəsinin əsas qidalılıq də-
yərlərindən biri onun yodla zəngin olmasıdır.
Məlumdur ki, son zamanlar insanlar düzgün və rasional
qidalanmadıqlarına görə qida məhsullarının tərkibində mineral
maddələrin, o cümlədən yodun çatışmaması nəticəsində zob
xəstəliyi daha geniş yayılmışdır. Xurma meyvəsi yodla zəngin
olduğuna görə zob xəstəliyinin müalicəsi üçün təbii, ekoloji
təmiz bir qida məhsuludur.
Yod orqanizmə yalnız qida vasitəsi ilə daxil olur. Qida
vasitəsi ilə qəbul olunmuş yod həzm sistemindən qana
sovrulur. Sonra qalxanabənzər vəzi qanın tərkibindəki yodu
özündə toplayır və hormonlar sintez olunur.
Orqanizmdə yod çatışmadıqda qalxanabənzər vəzi
hormonlarının sintezi pozulur. Bu da orqanizmin zəifləməsinə,
arıqlamasına, ürək döyüntüsünün artmasına, əllərin titrəməsinə
və s. əlamətlərin meydana çıxmasına səbəb olur [32, 84]. Ona
görə də ölkəmizdə geniş yayılmış xurma meyvəsindən və onun
emalından istehsal olunmuş məhsullar bütün il ərzində istifadə
olunmalıdır.
Beləliklə, ədəbiyyat xülasəsinin araşdırılmasından mə-
lum olmuşdur ki, xurma meyvəsi keyfiyyətli qida məhsuludur.
Onun meyvəsi və ondan istehsal olunmuş məhsulların (şirə,
püre, bəhməz və s.) tərkibi karbohidratlarla, zülallarla, fenol
49
maddələri ilə, vitaminlərlə, mineral maddələrlə və qeyriləri ilə
daha zəngindir. Xurma meyvəsinin tərkibində olan qida kom-
ponentləri orqanizmin normal inkişafı üçün mühüm əhəmiyyət
kəsb edir. Ona görə də xurma meyvəsindən əhalimiz mövsümü
xarakter kimi yox, bütün il ərzində istifadə etmələri məqsədə-
uyğundur. Ədəbiyyat xülasəsinin araşdırılmasından və apardı-
ğımız tədqiqat işindən məlum olmuşdur ki, xurma meyvəsi
ekoloji baxımdan saf qida məhsuldur. Onun becərilməsində və
meyvəsinin yetişməsində heç bir kimyəvi dərman preparatın-
dan istifadə olunmur. Respublikamızın torpaq-iqlim şəraiti də
bu meyvənin inkişafı üçün çox əlverişlidir.
Hal-hazırda dünya əhalisi arasında ekoloji təmiz məh-
sullara tələbat günbəgün artır. Bu baxımdan xurma meyvəsin-
dən istifadə etməklə müxtəlif çeşiddə qida məhsullarının isteh-
sal olunması əhalimizin sağlamlığı üçün çox əhəmiyyətlidir.
50
FƏSĐL 2. TƏDQĐQATIN OBYEKTĐ VƏ METODĐKASI
2.1. Tədqiqat obyekti
Tədqiqat obyekti kimi respublikamızın əksər rayonla-
rında geniş yayılmış Xaçia və Xiakume xurma sortlarından isti-
fadə edilmişdir.
Xaçia sortunun meyvəsi büzüşdürücülük xassəsinə ma-
likdir. Onun ağacları təxminən 10-12 m hündürlükdə olub, hər
tərəfə şaxələnir. Meyvəsinin yarpaqları uzunsov, kənarları bü-
töv, qalın qabıqlı, tünd yaşıl rəngdədir. Meyvələri iri olmaqla,
hər birinin çəkisi 150-250 q qədər dəyişə bilər. Meyvəsi uzun-
sov-konik formalı, yuxarı hissəsi sivri, bəzən yumrulanmış
olur. Yetişməmiş meyvələrin rəngi qırmızımtıl-sarı rəngə çalır.
Yetişmiş meyvələrin rəngi qırmızımtıl-narıncı olur. Meyvələri
tam yetişmiş halda gözəl dada və ətirə malik olur. Yetişgənlik
dövrü oktyabr – noyabr aylarına təsadüf edir. Nəqledilməyə və
saxlanmaya davamlıdır. Müxtəlif qida məhsullarının hazır-lan-
ması üçün əlverişlidir. Bir ağacının məhsuldarlığı orta hesabla
70-150 kq təşkil edir.
Xiakume sortu hündür (4...12 m,) geniş şaxəli və sıxbu-
daqlı olan ağacdır. Yarpaqları yumru və ya uzunsov formalı,
qıraqları bütöv, tünd yaşıl rəngli, səthi parıltılı olur. Xiakume
sortunun meyvəsi iri yumru (300 q qədər) və ya yumru-yastı
olur. Çalçarpaz tozlanmadan asılı olaraq meyvələrin xarici
görünüşü dəyişkən olur. Saplağı kövrək və qalın olmaqla uzun-
luğu 1,5 sm çatır. Meyvəsinin tərkibində toxumunun sayı də-
yişkən olur. Bəzi meyvələrdə 4-5, bəzilərində isə 6-7 ədəd
çəyirdək olur. Meyvənin lətli hissəsi açıq narıncı rəngdədir.
Yetişmə müddəti noyabr ayına təsadüf edir. Bu sortun ağacı
çox məhsuldardır. Ağacın böyüklüyündən asılı olaraq məhsul-
darlığı orta hesabla 80...200 kq təşkil edir.
Tədqiqat işimizdə hər iki sortun yetişməmiş, yetişmiş
və yetişmə müddəti ötmüş meyvələrindən istifadə edərək müx-
təlif çeşiddə (şirə, püre və bəhməz) qida məhsulları istehsal
51
etməyi qarşımıza məqsəd qoymuşuq. Kontrol variant kimi şirə,
püre və bəhməz istehsalı zamanı xurma meyvələri yuyulduq-
dan sonra isti üsulla emal edilmədən hazırlanması nəzərdə
tutulmuşdur. Nümunə variantında isə xurma meyvələri əvvəlcə
yuyulur, çeşidlənir, bəzi qatışıqlardan təmizlənir, dilimlənir,
sonra 80-90
0
C temperaturda 8-10 dəqiqə qızdırılır. Bu zaman
ekstraksiya prosesinin yaxşı getməsi üçün əzintiyə ümumi həc-
minin 10-15%-i qədər təmiz içməli su da əlavə edilir. Burada
əsas məqsəd meyvənin qabığında və lətində olan qida maddələ-
rinin şirəyə yaxşı keçməsinə nail olmaqdır. Bundan başqa
xurma meyvəsinin tərkibində həlməşiklik əmələ gətirən üzvi
maddələr (pektin maddələri, nişasta, sellüloza, zülallar və s.)
təbii quruluşunu dəyişərək, daha asan süzülürlər. Xurma
meyvəsini əvvəlcədən isti üsulla emal etdikdə nəinki ekstraktiv
maddələrin miqdarı çoxalır, həm də hüceyrə quruluşunun yaxşı
pozulması nəticəsində şirə çıxımının da artmasına nail olunur.
Kontrol (nəzarət) variantda isə əzintinin şirədən ayrılmasına,
onun süzülməsinə kolloid hissəciklər (zülallar, pektin
maddələri və s.) xeyli dərəcədə mane olur. Bu üsulla alınmış
məhsulda ekstraktiv maddələrin miqdarı, şirə çıxımı nisbətən
az olmuşdur.
2.2.
Tədqiqatın metodikası
Bu məqsədlə biz hər iki xurma sortunun ilk əvvəl mey-
vələrinin yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin
öyrənilməsini qarşımıza məqsəd qoymuşuq. Xurma meyvəsinin
yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibinin öyrənil-
məsində meyvənin çəkisi, meyvədə olan toxumların sayı,
meyvənin saplağının çəkisi, meyvənin qabıq hissəsinin
çəkisinin təyini nəzərdə tutulmuşdur. Habelə lətli və lətsiz şirə
çıxımı (qeyri şəffaf şirə) da hər bir sortun yetişmə dərəcəsindən
asılı olaraq təyin edilmişdir [18]. Daha sonra xurma
meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq əsas kimyəvi
52
göstəricilərin (quru maddənin, ümumi şəkərin, bəzi heksozala-
rın və s.), bəzi oksidoreduktaz sinfinə aid fermentlərin (askor-
batoksidaza, peroksidaza, katalaza), hidrolazalar sinfinə aid
olan pektinesteraza fermentinin aktivliyinin təyin edilməsi qar-
şıya məqsəd qoyulmuşdur. Bundan başqa hər iki sortun meyvə-
lərinin yetişmə dərəcəsindən asılı olaraq meyvələrində və isteh-
sal olunmuş məhsullarında fenol maddələrinin, aminturşuları-
nın və mineral maddələrin miqdarca dəyişməsi tədqiq edilmiş-
dir. Xurma meyvəsində və ondan istehsal olunmuş məhsullarda
aşağıdakı göstəricilər təyin olunması qarşıya məqsəd qoyul-
muşdur.
1. Quru maddə - refraktometrlə [52].
2. Ümumi şəkər – ümumi qəbul olunmuş üsulla [52].
3. Qlükoza – yodometriya üsulu ilə [100].
4. Fruktoza – kalorimetriya üsulu ilə [100].
5. C vitamini – 2,6 dixlorfenolindofenol üsulu ilə [100].
6. Ümumi və ya uçucu olmayan turşuluq [52].
7. Pektin maddələri – kalorimetriya-karbozol üsulu ilə
[26].
8. Aminturşuları – AAA–39 aminturşu analizatorunda
[111].
9. Mineral maddələr – kalorimetriya üsulu ilə [95].
10. Pektinesteraza fermentinin aktivliyinin təyini –
potensiometr üsulu ilə [26].
11. Askorbatoksidaza, ortodifenoloksidaza, peroksidaza və
katalaza fermentlərinin aktivliyinin təyini [100, 111].
12. Sellüloza – Kuşnel və Koqan üsulu ilə [111].
13. Fenol maddələrinin təyini: katexinlər, leykoantosianlar,
flavanollar, proantosianidinlər, fenolkarbon turşuları
(parafumar, kofein turşuları) – spektrofotokalorimetriya
üsulu ilə [41, 57].
14. Fenol maddələrinin ümumi miqdarı – kalorimetriya
üsulu ilə [52].
53
Analiz zamanı hər iki xurma sortunun sağlam heç bir
xəstəliyə tutulmamış meyvələrindən istifadə olunmuşdur.
Tədqiqatın nəticəsi kimi Xaçia və Xiakume sortlarının
meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq istehsal olun-
muş məhsulların (şirə, püre və bəhməz) nümunələri ayrı-ayrı-
lıqda 10 bal sistemi üzrə dequstasiyası keçirilmişdir. Keçirilmiş
dequstasiyanın protokolu monoqrafiyaya əlavə olunmuşdur.
Bundan başqa yarımlaboratoriya şəraitində xurma meyvə-
sindən istehsal olunmuş qeyd olunan qida məhsulları “Gilan”
Qəbələ konserv zavodunda da mütəxəssislər tərəfindən dequs-
tasiya olunaraq qiymətləndirilmişdir.
54
FƏSĐL 3. TƏDQĐQATIN APARILMASI
3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq
mexaniki tərkibin tədqiqi
Xurma meyvəsinin inkişafı üçün ölkəmiz çox əlverişli
torpaq-iqlim şəraitinə malikdir. Əhalinin ən çox həyatyanı
sahəsində geniş yayılmış ekoloji baxımdan təmiz, yüksək
qidalılıq dəyərinə malik olan xurma meyvəsi mühüm müalicəvi
xüsusiyyətlərə malikdir. Xurma insan orqanizmi üçün lazım
olan qida komponentləri ilə daha zəngindir. Qeyd etmək
lazımdır ki, xurma ağacının becərilməsində, meyvəsinin
yetişməsində heç bir dərman preparatından istifadə olunmur.
Xurma
meyvəsi
yüksək
bakterisid
və
antioksidant
xüsusiyyətlərinə malikdir. Xurma meyvəsində heç bir xəstəlik
müşahidə olunmur [1, 7, 38]. Bu da xurma meyvəsinin fenol
maddələri ilə daha zəngin olmasını göstərir [34]. Ölkəmizdə
bol ehtiyatı olan xurma meyvəsindən müxtəlif çeşiddə qida
məhsullarının hazırlanması yeni iş yerlərinin yaranmasına, iqti-
sadiyyatımızın daha da inkişaf etməsinə köməklik göstərə bilər.
Bu məqsədlə biz ilk əvvəl Xaçia və Xiakume sortlarının
yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin
öyrənilməsini qarşımıza məqsəd qoymuşuq.
Xurma meyvəsinin mexaniki tərkibi onun meyvəsindən
və saplağından ibarətdir. Meyvə hissə qabıqdan, toxumdan,
lətli hissədən və şirədən ibarətdir. Xurma meyvəsindən
müxtəlif çeşiddə qida məhsulları (bəhməz, şirə, püre və s.)
istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibini, ən əsas
da lətli və lətsiz şirə çıxımını müəyyənləşdirmək vacibdir [8,
9].
Xurma meyvəsi yetişmə dərəcəsindən, ekoloji duru-
mundan, becərilmə şəraitindən asılı olaraq mexaniki tərkibini
təşkil edən hissəciklər faiz nisbətinə görə müxtəlif cür ola bilir-
lər [6, 12]. Meyvənin mexaniki tərkibinin standarta uyğun gəl-
məsi üçün onun becərilmə prosesində bütün aqrotexniki qayda-
55
lara əməl olunmalıdır. Əks halda xurma meyvəsinin məhsul-
darlığı aşağı olmaqla yanaşı, onun qidalılıq dəyəri də tələb olu-
nan standarta uyğun gəlməyəcəkdir. Məsələn, xurma ağacı
vaxtı-vaxtında su ilə təmin olunmadıqda onun meyvələrinin
məhsuldarlığı və qidalılıq dəyəri aşağı olacaqdır [10, 11]. Ona
görə də xurma meyvəsindən yüksək keyfiyyətli qida məhsulları
istehsal etmək üçün onun becərilməsinə xüsusi olaraq fikir
vermək tələb olunur. Xurma ağacına daim qulluq etməklə
yanaşı həm də vaxtı-vaxtında suvarılmalıdır [28, 38, 50].
Məlumdur ki, bütün canlıların həyat fəaliyyəti üçün su olduqca
vacibdir [17, 145]. Su, hüceyrənin tərkib hissəsini təşkil
etməklə yanaşı orqanizmdə mühüm bioloji funksiyaların yerinə
yetirilməsində böyük əhəmiyyət kəsb edir. Zülalların, karbo-
hidratların, yağların və qeyrilərinin assimilyasiyası və
dissimilyasiyası bilavasitə suyun iştirakı ilə gedir [21, 88].
Bitki mənşəli məhsullar üçün su əsas nəqliyyat vasitəsi hesab
olunur. Bitkilərin ayrı-ayrı orqanlarına qida maddələri su
vasitəsilə ötürülür [14, 110]. Bitki istənilən qədər su ilə təmin
olunmadıqda onun məhsuldarlığı aşağı düşür. Bu zaman
bitkilərdə gedən fotosintez və tənəffüs prosesləri zəifləyir
[145]. Nəticədə bitkilərdə əmələ gələn qida maddələrinin
(şəkərlərin, vitaminlərin, yağların və s.) miqdarı azalır,
keyfiyyət göstəriciləri və boy inkişafı zəifləyir [15].
Beləliklə, ədəbiyyat materiallarının araşdırılmalarından
məlum olmuşdur ki, xurma meyvəsindən yüksək keyfiyyətli
qida məhsulları istehsal etmək üçün onun mexaniki tərkibini,
əsasən də şirə çıxımını bilmək lazımdır. Bu məqsədlə istifadə
olunan Xaçia və Xiakume sortlarının yetişmə dərəcəsindən
asılı olaraq mexaniki tərkibin dəyişməsi tədqiq edilmişdir.
Sortlar və variantlar üzrə meyvənin mexaniki tərkibini təşkil
edən göstəricilərin müqayisəli dəyişməsi 3.1, 3.2, 3.3
cədvəllərində və 3.1, 3.2 şəkillərində göstərilmişdir.
Bu məqsədlə xurma meyvəsinin mexaniki tərkibinin
öyrənilməsində 5 göstəricisi tədqiq edilmişdir: xurma meyvəsi-
56
nin bir ədədinin, o cümlədən orta çəkisi, qabıq hissənin çəkisi,
toxumun sayı və çəkisi, lətli hissənin çəkisi və şirə çıxımı
müəyyən olunmuşdur. Xurma meyvəsindən istifadə etməklə
istehsal olunan qida məhsullarının keyfiyyət göstəriciləri xeyli
dərəcədə onların mexaniki tərkibləri ilə sıx əlaqədardır. Ona
görə də tədqiqat işində hər iki sortun meyvələrində mexaniki
tərkibin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur.
Xurma meyvəsinin yetişmə dərəcəsindən və sortundan
asılı olaraq mexaniki tərkibini təşkil edən saplaq hissə
1,8÷3,2%, qabıq 1,8÷3,5%, toxum 4,2÷4,3%, meyvənin ləti
22,4÷28,7%, lətli şirə çıxımı 88,7÷91,6%, lətsiz şirə çıxımı
59,5÷69,2% təşkil edir (cədvəl 3.1, 3.2, 3.3).
Cədvəl 3.1
Tam yetişmiş xurma meyvələrinin mexaniki tərkibi
Xurma sortları
№
Göstəricilər
Xaçia Xiakume
1
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
184,2
4
4,2
3,3
186,4
5
4,48
3,5
2
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10
ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10
ədəd)
184,5
7,93
4,24
3,32
41,32
186,2
8,19
4,47
3,53
43,76
3
Xurma meyvəsinin tərkib hissələri, %
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
2,3
1,8
4,3
22,4
91,6
69,2
2,4
1,9
4,4
23,5
91,3
67,8
57
Cədvəl 3.1-in araşdırılmasından məlum olmuşdur ki,
tam yetişmiş Xaçia sortunda bir ədəd meyvənin çəkisi 184,2
qram olmuşdursa, Xiakume sortunun meyvəsində isə bu gös-
tərici 186,4 qram olmuşdur. Araşdırma zamanı o da məlum
olmuşdur ki, xurma meyvəsinin çəkiləri müxtəlif olduğu kimi
onların toxumlarının sayı da müxtəlifdir. Belə ki, Xaçia
sortunun meyvəsində orta hesabla 4 toxum aşkar olunmuş-
dursa, Xiakume sortunda isə 5 ədəd toxumun olması müəyyən
olunmuşdur. Bu da sözsüz ki, xurma meyvəsindən alınmış şirə
çıxımına öz təsirini göstərir. Tədqiqat zamanı məlum olmuşdur
ki, xurma meyvələrinin sortundan asılı olaraq onların saplaqları
da eyni deyildir. Məsələn, Xaçia sortundan alınmış meyvənin 1
ədədinin saplağı 4,20 qram olmuşdursa, Xiakume sortunda isə
bu göstərici 4,48 qram olmuşdur. Mexaniki tərkibin
öyrənilməsində hər iki sortda meyvələrin orta çəkisi (10 ədəd
meyvədə) də müəyyənləşdirilmişdir. Belə ki, Xaçia sortunda
meyvənin orta çəkisi 184,5 qram olmuşdursa, Xiakume
sortunda isə bu göstərici 186,2 qram olmuşdur. Bu cür vəziyyət
özünü xurma meyvəsinin qabığında, toxumunda və lətli
hissəsində də göstərmişdir. Xaçia sortunun meyvəsinin
qabığının orta çəkisi 3,32 qram olmuşdursa, Xiakume sortunda
isə bu göstərici 3,53 qram müəyyən edilmişdir. Bundan başqa
xurma meyvələrinin mexaniki tərkibini təşkil edən
göstəricilərin quru çəkiyə görə faizlə miqdarı da öyrənilmişdir.
Bu zaman məlum olmuşdur ki, sortdan asılı olaraq
xurma meyvəsinin saplağı, qabıq hissəsi, toxumu, şirə çıxımı
da müxtəlif cür olmuşdur.
Əgər Xaçia sortunda meyvənin quru çəkisinin 2,3%-ni
onun saplağı təşkil edirsə, Xiakume sortunda isə bu göstərici
2,4% təşkil etmişdir. Xaçia sortunda ümumi kütlənin (184,5
qrama görə) 1,8%-i xurmanın qabığından təşkil olunmuşdursa,
Xiakume sortunda isə (186,2 qrama görə) qabıq çıxımı 1,9%
olmuşdur. Bu da onu göstərir ki, Xaçia sortuna nisbətən
Xiakume sortunda qabıq daha qalındır. Elə ona görə də Xaçia
58
sortunda şirə çıxımı Xiakume sortuna nisbətən daha çoxluq
təşkil edir. Əgər Xaçia sortunda lətli şirə çıxımı 91,6% təşkil
edirsə, Xiakume sortunda isə bu göstərici 91,3% olmuşdur.
Daha sonra məlum olmuşdur ki, Xaçia sortunda lətsiz qeyri-
şəffaf şirə çıxımı 69,2% olmuşdursa, Xiakume sortunda isə şirə
çıxımı nisbətən az – 67,8% olmuşdur.
Cədvəl 3.2
Tam yetişməmiş xurma meyvəsinin mexaniki tərkibi
Xurma sortları
№
Göstəricilər
Xaçia Xiakume
1
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
164,2
5
5,25
5,75
165,6
6
5,6
5,96
2
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10
ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10
ədəd)
166,4
7,00
5,32
5,82
47,76
168,3
7,24
5,72
6,06
49,14
3
Xurma meyvəsinin tərkib hissələri, %-lə
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
3,2
3,5
4,2
28,7
89,6
60,4
3,4
3,6
4,3
29,2
88,7
59,5
Bundan başqa tam yetişməmiş və yetişmə müddəti
ötmüş xurma meyvələrində də mexaniki tərkib tədqiq
edilmişdir. Tədqiqat zamanı cədvəl 3.2-in rəqəmlərindən
məlum olmuşdur ki, hər iki xurma sortunun mexaniki tərkibi
müxtəlif cür olur.
Mexaniki tərkibin öyrənilməsi zamanı müəyyən
olunmuşdur ki, hər iki sortun yetişməmiş meyvələrindən asılı
59
olaraq onların meyvəsinin və saplağının çəkisi, qabıq çıxımı,
toxumun sayı, lətli hissənin çəkisi eyni miqdarda olmur. Əgər
Xaçia sortunda bir ədəd meyvənin çəkisi 164,2 qramdırsa,
Xiakume sortunun meyvəsinin çəkisi isə 165,6 qram olmuşdur.
Tam yetişməmiş xurma meyvələrində lətli şirə çıxımı
88,7÷89,6%, lətsiz şirə çıxımı isə 59,5÷60,4% arasında
olmuşdur. Cədvəl 3.2-in göstəriciləri yetişmə müddəti ötmüş
xurma meyvələrinin mexaniki tərkibi ilə demək olar ki, eynilik
təşkil edir. Xaçia və Xiakume sortlarının yetişmə müddətinin
ötmüş meyvələrinin mexaniki tərkibinin öyrənilməsi cədvəl
3.3-də qeyd edilmişdir.
Cədvəl 3.3
Yetişmə müddəti ötmüş xurma meyvəsinin mexaniki tərkibi
Xurma sortları
№
Göstəricilər
Xaçia Xiakume
1
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
172,5
5
3,1
4,48
173,1
6
3,29
4,67
2
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10
ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10
ədəd)
172,7
7,42
3,1
4,49
46,6
173,5
7,80
3,29
4,68
46,50
3
Xurma meyvəsinin tərkib hissələri, %
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
1,8
2,6
4,3
29,0
91,3
62,3
1,9
2,7
4,5
26,8
90,9
64,1
Cədvəldən göründüyü kimi yetişmə müddəti ötmüş
xurma meyvələrində lətsiz və lətli şirə çıxımı miqdarca xeyli az
60
54
56
58
60
62
64
66
68
70
1
2
olmuşdur. Əgər Xaçia sortunun lətsiz şirə çıxımı 62,3%
olmuşdursa, bu göstərici Xiakume sortunda isə 64,1%
olmuşdur.
Xurma meyvələrinin yetişmə dərəcələrindən asılı olaraq
mexaniki tərkibin tədqiq olunması zamanı müəyyən
olunmuşdur ki, lətli və lətsiz şirə çıxımı ən çox tam yetişməmiş
xurma meyvəsində qeydə alınmışdır. Xaçia və Xiakume
sortlarının yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrində
isə lətli və lətsiz şirə çıxımı xeyli miqdarda az olmuşdur.
Xurma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq lətsiz və
lətli şirə çıxımları şəkil 3.1 və 3.2-də göstərilmişdir.
%
Şəkil 3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən
asılı olaraq lətsiz şirə çıxımı
1- Xaçia; 2- Xiakume
- yetişmiş;
- yetişməmiş;
- yetişmə müddəti ötmüş
61
Hər iki sortun tam yetişmiş meyvələrində lətli və lətsiz
şirə çıxımı başqa variantlarla müqayisədə daha yüksək
olmuşdur. Məsələn, Xaçia sortunun tam yetişmiş xurma
meyvələrində lətsiz şirə çıxımı 69,2% olmuşdursa, eyni sortun
yetişməmiş meyvələrində bu göstərici 60,4%, yetişmə müddəti
ötmüşdə isə 62,3% olduğu müəyyən edilmişdir. Tam yetişmiş
Xiakume sortunun meyvələrində lətli şirə çıxımı 67,8%;
yetişməmişdə 59,5%, yetişmə müddəti ötmüş meyvələrdə isə
64,1% olmuşdur.
Araşdırma zamanı məlum olmuşdur ki, ən çox lətsiz
şirə çıxımı tam yetişmiş Xaçia sortunun meyvələrində 69,2%
qeydə alınmışdır. Ən az şirə çıxımı isə yetişməmiş Xiakume
sortunun meyvələrində olmuşdur – 59,5%. Bununla yanaşı
cədvəllərin təhlilindən məlum olmuşdur ki, lətli şirə çıxımı ən
çox tam yetişmiş xurma meyvələrində (Xaçia və Xiakume)
olmuşdur.
Əgər hər iki sortda tam yetişmiş xurma meyvələrində
lətli şirə çıxımı 91,3÷91,6% olmuşdursa, tam yetişməmişdə bu
göstərici 88,7÷89,6%, yetişmə müddəti ötmüş xurma meyvələ-
rində isə lətli şirə çıxımı 62,3÷64,1% arasında olmuşdur. Ən az
lətli şirə çıxımı tam yetişməmiş Xiakume sortunun
meyvələrində qeydə alınmışdır – 88,7%.
Tədqiqat zamanı məlum olmuşdur ki, xurma
meyvəsində lətli hissənin çox olması şirə çıxımının az olmasına
səbəb olur. Belə ki, ən çox lətli hissə miqdarca tam yetişməmiş
xurma meyvələrində 28,7÷29,2% olmuşdur. Bu göstərici
yetişmə müddəti ötmüş xurma meyvələrində 26,8÷27,0%, tam
yetişmişdə isə 22,4÷23,5% arasında olmuşdur. Birinci cədvəlin
rəqəmlərindən məlum olur ki, ən az lətli hissə tam yetişmiş
Xaçia sortunun meyvələrində 22,4% olmuşdur.
Ona görə də ən çox lətli şirə çıxımı tam yetişmiş xurma
meyvələrində qeydə alınmışdır. Müqayisə üçün onu da qeyd
etmək lazımdır ki, bütün variantlar üzrə Xaçia sortunun
meyvələrindən alınmış lətli və lətsiz şirə çıxımı Xiakume
62
0
5
10
15
20
25
30
35
sortundan nisbətən yüksək olması cədvəllərdə öz əksini
tapmışdır.
%
A B
1 2 3 1 2 3
Şəkil 3.2. Xurma meyvəsinin yetişmə dərəcəsindən
asılı olaraq lətli hissənin çıxımı
A- Xaçia, B- Xiakume
1- yetişmiş;
2- yetişməmiş;
3- yetişmə müddəti ötmüş
Əgər bütün variantlar üzrə Xaçia xurma sortunda lətli
şirə çıxımı 89,6÷91,6% arasında olmuşdursa, bu göstərici Xia-
kume sortunda isə 88,7÷91,3% olmuşdur. Bununla yanaşı lətsiz
şirə çıxımı da Xiakume sortuna nisbətən Xaçia sortunda daha
yüksək olması göstərilmişdir. Belə ki, lətsiz şirə çıxımı Xaçia
sortunda (bütün variantlar üzrə) 60,4÷69,2% arasında olmuş-
dursa, Xiakume sortunun meyvələrindən alınmış şirələrdə isə
bu göstərici 59,5÷67,8% arasında olması qeydə alınmışdır.
Sortların və variantların müqayisəsindən məlum olmuşdur ki,
tam yetişmiş Xaçia sortunun meyvələrindən alınmış lətsiz şirə
çıxımı başqa variantlara nisbətən daha yüksək olmuşdur.
Beləliklə, aparılmış tədqiqatın nəticəsindən məlum
olmuşdur ki, xurma meyvəsindən müxtəlif çeşiddə qida
63
məhsulları istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibi-
nin əsasını təşkil edən lətli və lətsiz şirə çıxımını bilmək
lazımdır. Daha sonra aydınlaşdırılmışdır ki, ən çox şirə çıxımı
tam yetişmiş xurma meyvələrində olduğuna görə müxtəlif
çeşiddə qida məhsulları istehsal etmək üçün yalnız ondan
istifadə etmək tövsiyyə olunur. Xurma meyvələrini yetişmə
dərəcəsindən asılı olaraq onun mexaniki tərkibinin öyrənilməsi
zamanı məlum olmuşdur ki, mexaniki tərkibin öyrənilməsinin
iqtisadi səmərəliliklə də sıx əlaqəsi vardır. Belə ki, şirə çıxımı
az olan xurma meyvələri iqtisadi cəhətdən səmərəli deyildir.
Ona görə də xurma meyvəsindən istifadə etməklə müxtəlif
çeşiddə qida məhsulları istehsal etmək üçün şirə çıxımının yük-
sək olmasına xüsusi olaraq fikir vermək lazımdır. Elə ona görə
də xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları
istehsal etmək üçün ilk əvvəl onun yetişmə dərəcəsindən asılı
olaraq mexaniki tərkibinin öyrənilməsi olduqca vacibdir.
Beləliklə, Xaçia və Xiakume sortlarının meyvələrinin
mexaniki tərkibinin öyrənilməsindən məlum olmuşdur ki, res-
publikamızda bol ehtiyatı olan, ekoloji baxımdan təmiz, tam
yetişmiş xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə,
yüksək keyfiyyətli qida məhsulları (şirə, püre, bəhməz və s.)
istehsal etmək mümkündür. Xurma meyvəsindən istehsal
olunmuş məhsulların yüksək iqtisadi səmərəliliyi olmaqla
yanaşı ondan istehsal olunan qida məhsulları əhalimizin
sağlamlığı baxımından da çox əhəmiyyətlidir. Ona görə də son
zamanlar xurma meyvəsindən yeni çeşiddə qida məhsulları
istehsal olunmasına xüsusi olaraq fikir vermək tövsiyyə olunur.
Dostları ilə paylaş: |