Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   ...   37

17

mən o qonorarla evlənmişəm.  Ona görə də

həmişə hər yerdə deyirəm ki,  məni Sabir

evləndirib".

Onun övladları ömrünün bəzəyi oldu.  İlkin, 

Orxan,    Günəl və dünyalar qədər sevdiyi Aysel  

ona

bütün


ömrü

boyu


çəkdiyi

əziyyətləri

unutdurmağa çalışdılar.

Böyük oğlu İlkin Bakıda orta məktəbi bitirb

Kalininqrad vilyaətindəki Sovetsk şəhərində kino

texnikuma daxil olub. Orada faciəli surətdə həlak

olub. İki övladı  qalıb.

Ortancıl oğlu Orxan Bakıda orta məktəbi

bitirib,  Moskvadakı Qorki

adına Ədəbiyyat

institutuna daxil olub və oranı bitirib.  Bakıda C. 

Cabbarlı adına Kinostudiyada işləyib.  İndi də

orada

işləyir.  Bir



neçə

kitabın müəllifidir.  

"Upuzun bir nağıl",  "Səhər",    "Üçüncü günün

adamı"  və s.  son illərdə ANS    kanalında

"Zorxana" verilişinin yaradıcısıdır.

Üçüncü övladı Günəl ADU-nun dil-ədəbiyyat

faültəsini bitirib.  Hazırda "Günay"  şirkətində

işləyir. Bir qızı var.

Qızı Aysel də 135 nömrəli məktəbi sonra isə

Azərbaycan Dövlət incəsənət Universititetinin

sənətşünaslıq fakültəsini bitirib.  Azərbaycan

Dövlət


İncəsənət

gimnaziyasında

kinomatoqrafiya

üzrə


müəllimə

işləyir


Universitetin dissertantıdır. Bir oğlu var.



18

Fikrətmüəllim övladlarına ad seçəndə də

diqqətli oldu.  Onlara türk adları qoydu. Ona görə

də bir zaman incidildi,  "niyə uşaqlarına türk adı

qoyursan"  dedilər.  O da "bəs nə adı qoyum, 

bunlar türk balalarıdır"-deyə cavab verdi,  öz

əqidəsindən, soyundan, kökündən dönmədi.

Və o bu gün də bu əqidəylə yaşayır. 

"Cığır"  (1963),  "Ömrün bir günü"  (1965), 

"Dəniz


küçəmizə

gəlir" 


(1968), 

"Sevgi


yağışı"(1970),  "İşığın yaşı"  (1974),  "Ağ cığır" 

(1979),  "Yerdən göyə ümid"  (1981),  "Məndən

soruşsalar"  (1985),  "Dünya öz işindədir"  (1989), 

"Seçilmiş əsərləri"  (1991),    "İşlə ev arasında" 

(1997),  "Gözlədiyim ömür",  "Taleyin acığına" 

(2003) kitablarının müəllifidir.

Uşaqlar üçün    bir-brindən mənalı əsərlər

yazmışdır.  O,  "Cırtdan hara getmişdi"  (1970), 

"Bala kirpi"  (1972),  "Göydə nə var"  (1978), 

"Göydən alma düşmədi"  (1982),  "Gəlin dənizi

yuyaq"  (1988),  "Şerli əlifba"  (1988),  "Bir parça

vətən" (1998)  kitabları ilə uşaq ədəbiyatını daha

da zənginləşdirmişdir.

Şair Səyavuş Məmmədzadə yazır:"  Kim bilir, 

bəlkə də Şamaxıdan Bakıya gələn bu gənci tale

Mehdi Hüseyn kimi görkəmli,  xeyirxah,  nəcib bir

şəxsiyyətlə üzləşdirməsəydi,  o indiki kamillik

səviyyəsinə gəlib çatmayacaqdı. Xatirəsi önündə

ehtiramla baş əydiyimiz Mehdi müəllim Fikrətlə

yanaşı çoxlarına,  o cümlədən,  mənə də sənət



19

yolunda himayədarlıq edib.  Beləcə illər keçdi, 

zaman dolandı.  İndi Fikrət    artıq yarım əsrlik

sənət təcrübəsinə və müxtəlif dillərdə çap

olunmuş

onlarla


kitaba

malik


söz

sərraflarımızdan

biridir. 

Moskvadan

Yuri

Medvediyev, 



Estoniyadan

Li

Seppel, 



Budapeştdən Anna Bede kimi sənət dostları həm

də onun əsərlərini müxtəlif dillərə tərcümə

etməklə

məşğul


olurlar. 

Onun


sözlərinə

bəstələnmiş "Bu çayın    çınqılı"  mahnısı,  yaxud

fars dilindən tərcümə etdiyi Şəhriyarın məşhur

"Azərbaycan" 

şeri

əlli


milyonluq

dünya


azərbaycanlıları ilə yanaşı,  həm də ümumtürk

dünyasının

əvəzsiz

mənəvi


sərvətinə

çevrilmişdir".

Sonrakı

illərdə


şair

bütün


ömrünü

yaradıcılığına bağlamış otuzdan çox kitab nəşr

etdirmişdir.  O nəsr sahəsində də qələmini

sınamış "Xırdaca gəlin",  "Daş    balkon",  "İlk

məhəbbət haqqında daha bir hekayə,  "Sinif-sinif

oyunu" və s. hekayələrini yazmışdır. 

Fikrət Sadıq qələmini publisistika sahəsində

də sınamış uğurlu nəticələr əldə etmişdir. Belə ki, 

onun yazıdığı bu ədəbi-bədii publisist yazıları

ədəbiyyatımızın düzgun inkişafı məsələlərilə,  bir

çox

sənətkarların



ədəbi-bədii

yaradığıcılığı

haqqında dəyərli fikirlərlə zəngindir.  "Məmməd

Arazdan yeddi söz",    "Müşfiqin işığında yol

getmək

olar",  "Adını



de,  səni

tanıyım", 



20

"Ümmandan damla",  "Rəsul Rza",  "Vətənə

qayıt",  "Balaş Azəroğlu",  "Xəlil Rza kimdir?",  

"Söz haqqında söz", "Təbiəti qoruyun" kimi  çoxlu

sayda publisist yazıların müəllifidir.

Uşaqlar üçün bir-birindən gözəl məzmunlu

əsərləri vardır.  "Yumaq top"  Bakıda Kukla

teatrında,  "Bir

parça

vətən"-Bakıda,  Gənc



Tamaşaçılar teatrında,  "Oğul"-Şamaxıda,  "Biri

vardı,  biri

yoxdu"-(Alp

Ağuz)  Lənkəranda

tamaşaya qoyulmuşdur.

"İçəri şəhər",  "Naxçıvan-50",  "Süleyman

Rüstəm"  sənədli filmlərinin "Cırtdanın yeni

sərgüzəştləri" cizgi filminin senarilərini yazmışdır.

Şairin əsərləri dünyanın bir çox dillərinə də

tərcümə edilmişdir.  "Raneniye doma"  (1970), 

"Veçernaya pesnya" (1974), "Semisvetni klubok" 

(1981),  "Nadecda ot zemli do neba"  (1995), 

"Belaya tropa"  (1995),  Ukrayna,  rus,  belarus, 

eston,  litva,  qazax,  özbək,    macar və digər

dillərdə tərcümə olunmuş şerlərin müəllifidir.

Hazırda Azərbaycan yazıçılar Birliyində şer

üzrə baş məsləhətçidir.  Fikrət Sadıq Rəsul Rza

məktəbinin layiqli davamçısı və özündən sonra

gələn qələm    sahiblərinə bu şəffaf yolun

bənzərsizliyini aşılamış qələm sahibidir.  Onun

gənc

yazarlara



həmişə

qayğı


göstərdiyini

hörmətli şairimiz Ramiq Muxtarın bu sözləri ilə

ümumiləşdirərdim:" … mən ona görə xoşbəxtəm

ki,  Fikrət Sadıqla birgə Rəsul Rza məktəbinin



21

yetirməsi olmuş, onun ümmanlar qədər əngin və

zəngin

olan


sənətindən

yaradıcı


şəkildə

bəhrələnmişəm.".

Tümen,  Perm,  Novosibirsk

Altay



vilayətlərində

keçirilən

ədəbiyyat

günlərində

iştirak etmişdir.  Özbəkistan,  Macarıstan,  İran, 

Türkiyə


Şimali


Kipr

respublikalarında

ədəbiyyatımızı təbliğ etmişdir.

1963-cü ildən Yazıçılar Birliyinin üzvidir. 

Yazıçıların

VII-VIII 

qurultaylarında

təftiş


komissiyasının

sədri,  1X

qurultayda

idarə


heyətinin üzvü,  X qurultayda idarə heyətinin

üzvü,  qəbul komissiyasının və Şirvan filialının

sədri seçilmişdir.

Ədəbiyyatımızın

inkişafında

xidmətləri

yüksək

qiymətləndirilmiş, 



Azərbaycan

Respublikasının "Əməkdar mədəniyyət işçisi", 

"Əməkdə igidliyə görə"  medalı ilə təltif edilmiş, 

"Dünya öz işindədir"  kitabına görə Dövlət

mükafatına layiq görülmüşdür.  Rəsul Rza və

Məmməd Araz Ədəbi mükafatlarının laureatıdır. 

Sənət,  ədəbiyyat

onun


həyatıdır.  Yazıçını

yaşadan onun kitablarıdır".  Otuzdan çox kitabın

müəllifi Fikrət Sadığın həyatı,  yaradıcılığı hələ

oxunmamış kitablar içərisindədir.  Yazılacaq. 

Oxunacaq,  əldən-ələ

gəzəcək.  O

hörmətli

şairimiz Adil Cəmillə müsahibələrindən birində

deyir:" kitab nəşr olunmayanda elə bilirəm yazıçı-

oxucu "körpüsü" qırılır". "Yetim Abbas" nəsr əsəri  



22

üzərində işləyən şairin bu əsəri də tezliklə

oxucuların ən sevimli əsərlərindən biri olacaq. O

əsər ki, insani duyğular üzərində köklənir həmişə, 

hər zaman insan qəlbinə yaxın olduğundan öz

müasirliyini itirmir. 



DÜNYA-KAİNAT-İNSAN  HAQQINDA

DÜŞÜNCƏLƏR

Milli ədəbiyyatımızın ən fəal qolu olan

poeziyada insan və zaman,  şəxsiyyət və

cəmiyyət


münasibətləri

həmişə


xüsusi

bir


həssaslıqla tərənnüm olunmuşdur.  60-cı illərdən

başlayaraq

təsvir-tərənnümlə

yanaşı,  fəlsəfi

duyğular,  tarixin yaxın keçmişinin qaranlıq

səhifələri də poeziyada əsas predmetlərdən idi. 

Əsrin

ikinci


yarısından

başlayaraq

bəşər

sivilizasiyası elmi-texniki tərəqqi dövrünə daxil



oldu,  ilk süni peyk buraxıldı,  ilk insan kosmosun

ənginliklərini fəth etdi.  Bəşəriyyətin maddi və

mənəvi firavanlığı üçün zəmin yarandı və bu yeni

elmi-texniki yeniliklər,  onun qurucuları insan və

onun mənəvi aləminin tədqiqi poeziyanın aparıcı


23

mövzularından biri oldu. "İnsan və zaman, insan

və təbiət,  insan və ETİ problemləri dünyaya

ənənəvi baxışı təzələməyi,  zamanın ümumi

mənzərəsində

müşahidə


olunan

keyfiyyət

dəyişmələrinin

yeni


poetik

formalarda

əks

etdirməyi bədii bir tələbat kimi ortaya atdı. Daha



doğrusu, poeziya həyatın dərin qatlarına enməli, 

onun inqilabi məzmununun əhatəli inikasını

verməli idi.  Yaranmış şərait şerdən daha çox

icadçılıq,  ixtiraçılıq və düşündürücülük tələb

edirdi".

Dünyanın taleyi üçün narahatçılıq keçirən və

bu həyəcanları,  narahatlıqları insanı,  dünyanı, 

təbiəti qorumaq motivləri üzərində kökləyən

şairlər 60-cı illərin yeni poetik nəslindən olan ötən

onilliklərin

layiqli

davamçıları, 



eləcə

poeziyamıza son onilliklərdə gəlmiş Əli Kərim, 



Cabir Novruz,  Söhrab Tahir,  Məmməd Araz, 

Famil


Mehdi,  Tofiq

Bayram,  Qabil,  B. 

Vahabzadə, 

Fikrət


Sadıq, 

Fikrət


Qoca

yaradıcılığında daha da çiçəklənmə dövrü kimi

qiymətləndirmək olar.  Fikrət Sadıq bu şairlər

içərisində öz dəsti-xətti olan istedadlı qələm

ustasıdır.

Bəkir Nəbiyev "Poeziya-1971"  -də Tofiq

Bayram,  Məmməd Araz,  Fikrət Sadıq,  Fikrət

Qoca, Cabir Novruz və digərlərinin yaradıcılığına, 

tərcümeyi-halına

münasibətində

bildirirdi

ki, 


"Onların hərəsi qəlbini,  duyğu və dlüşüncələr

24

aləmini öz yolu ilə zənginləşdirmişdir.  Ç ünki

dünyaya başqasının nəzərləri ilə deyil,  məhz öz

gözləri ilə baxmağı bacarmışlar.  Əlbəttə,  onların

həyatda konturlarını yaxşı seçə bilmədikləri, 

bəzən hətta yanlış gördükləri məqamlar da

olmamış deyil.  Lakin zaman keçdikcə bu baxış

büllurlaşmış,  sərrastlaşmış,  hər

şairin

öz

görümünü poetik cəhətdən düz görüm kimi



kamilləşdirməyə imkan vermişdir.  Buna görə də

onların ən yaxşı əsərləri təkcə həmin şairlərin

anket məlumatında üzə çıxan tərcümeyi-halını

deyil,  eyni zamanda poetik görümünü təmin

etmiş

mənəvi


tərcümeyi-

halının


da

zənginliyindən xəbər verir".

İctimai prosesləri hərəkətə gətirən tükənməz

enerci mənbəyi kimi təsvir edilən,  artıq tarixin

inkişaf mexanizminə çevrilən insanın mənəvi

aləmi poetikanın fraqmentlərində özünü tapır. Bu

dövrdə ədəbiyyata gələn onlarla istedadlı şairlər

kimi Fikrət Sadıq da insanın hələ kifayət qədər

açılmamış

mənəvi


aləmi, 

sirli, 


soraqlı, 

düşündürücü assasiasiyaları ilə qələmiylə üz-üzə

oturur.  Dünyanın bütün canlılarından seçilən, 

köksü altında bir dünyaya sığmayan sevinc, qəm

gəzdirən,  işıqlı əməlləri,  arzuları ilə insanlıq

zirvəsini fəth edən insanın həyatının müxtəlif

məqamları və bu məqamlardakı ruhi vəziyyəti

təsvir olunur.



25

Bədii


yaradıcılığa

məsuliyyətlə

yanaşan

S.Vurğun Azərbaycan poeziyasının qarşısına



qoyduğu vəzifələrdən bəhs edərkən yazırdı ki, 

"Əsrimiz böyük mənalar əsridir.  Belə bir əsrin

ədəbiyyatı da mənalar ədəbiyyatı olmalıdır. 

Xalqımızın əsl gözəlliyi də onun həyat və

mübarizəsindən doğan proqressiv mənalardır. 

Biz xalqımızın yüksək şüurunu, tarixə və istiqbala

olan

nikbin


baxışlarını, 

onun


inqilabi

dünyagörüşünü bədii sözlə kəşf etməliyik".

Hələ sosializm dövründə deyilmiş bu sözlərdə

böyük


sənətkarlarımızın

müasirliyə

doğru

yönəldidmiş



fikirlərində

ədəbiyyatın, 

şerin, 

sənətin qarşısına zamanın qoyduğu tələblərin



düzgün həlli yoları axtarılırdı.  Azərbaycan sovet

ədəbiyyatı,  sovet poeziyası sirr deyil ki,  geniş

yaradıcılıq imkanlarına yiyələnmək üçün daima

inkişafda olmuş,  onların sosialist poeziyasını

inkişaf etdirmək nailiyyətlərindən yararlanmaqla

bərabər,  bu dövrdə ədəbiyyata gələn sənət

adamları,  şairləri öz poetik fərdiyyətlərini də

qoruyub


saxlamaqla, 

daima


yaradıcılıq

axtarışlarında idilər.  Dar,  məhdud bir çərçivədən

qurtulmaq,  öz qəlbinin,  istəyinin imkanlarını

ədəbiyyata,  poeziyaya gətirmək üçün Hüseyn

Arif,  Bəxtiyar Vahabzadə,  Söhrab Tahir,  Balaş

Azəroğlu,  Mədinə Gülgün,  Fikrət Sadıq,  Fikrət

Qoca,  Əli Kərim,  Əlağa Kürçaylı və digər qələm

sahibləri gəlirdi-şairlər ordusu yetişirdi.  Bu gün



26

40-cılara,  50-cilərə,  60-cılara,  80-cilərə bölüb, 

Azərbaycan

ədəbiyyatını

qollara

ayırıb, 


ədəbiyyatımızı saf-çürük etmək devizi altında şil-

küt edənlərin əksinə olaraq,  onları bir-birindən

ayırmadan,  öz fərdi yaradıcılıq imkanlarını, 

sənətkarlıq qabiliyyətlərini əsas tutmaqla,  bütöv

Azərbaycan

ədəbiyyatı

zəminində

təhlilini

aparmağı hər şeydən üstün tutan bir şəxs kimi

onların yaradıcılığına nəzər saldıqda fərəhlə

deyə bilərəm ki,  Azərbaycan poeziyası hansı

dövrdə,  tarixin hansı mərhələlərində,  pillələrində

yaranmasından

asılı


olmayaraq, 

dünya


ədəbiyyatına əvəzsiz sənət inciləri -Nizami, 

Füzuli kimi qələm ustadlarını bəxş edən bir

ədəbiyyat kimi fərəhlə öyülməyə layiqdir.

Hələ


Yazıçıların

İkinci


Ümümittifaq

qurultayında Səməd Vurğun "Sovet poeziyası

haqqında"  əlavə məruzəsində dediyi fikirlər özü

bir daha sübut edirdi ki,  kommunist recimində

Azərbaycan

poeziyası

etibarlı

əllərdə


idi. 

Azərbaycan poeziyasına "yüksək ideyalar, fəlsəfi

mühakimələrlə

aşılanmış

əsərlər

lazımdır, 



bunsuz hər hansı bir poeziyanın varlığını

ümumiyyətlə təsəvvür etmək mümkün deyildir". 

Poeziyanın

vəzifəsi


cəmiyyətin, 

insanın


həyatında

ədəbiyyatın,  xüsusilə

poeziyanın

qoyduğu problemlər,  onların həlli yolları şairi

yaratdığı əsərə qarşı daha tələbkar olmağa

yönəldir.  II  Dünya müharibəsi,  dünyada baş



27

verən ictimai-siyasi hadisələr Azərbaycan sovet

poeziyasının

da

mövzusunu



genişləndirdi. 

Poeziyadakı yenilik hissləri müharibədən sonrakı

dövrlərdə yetişən şairlərimizin yaradıcılığında

qüvvətli şəkildə təzahür edir:  "Onların poetik

fərdiyyətlərinin yetkinləşməsinin məhz bu dövrə

təsadüf etməsi həmin şairlərin bütün sonrakı fikri-

bədii inkişaflarına müsbət təsir göstərdi,  onların

poetik düşüncələrini əsrin ən böyük problemləri

və həyəcanları üzərində cəmləndirdi".

F.Sadıq


yaradıcılığında

dünya


mövzusu

özünəməxsus çalarları ilə seçilir.  Bu mövzuya

həsr

edilmiş


əsərlərin

ideya-məzmun

xüsusiyyətləri də fərqlidir. Yaşadığı dünyaya şair

şerlərində belə bir tərif verir: "dünya qonduğumuz

budaqdır." Deməli, biz qonağıq, dünya böyükdür, 

genişdir,  ölçüsüz,  biçimsizdir,  sonsuzdur.  Dünya

şairin gözündə nəhəng bir ağacdır. O, ağacın bir

budağına da qonan insandır.  İnsan da quş kimi

köçəridir,  gedəridir,  olumlu-ölümlü bu dünyada

insana da bir baxt yazılıb;  gəlmək-getmək baxtı, 

dünyaın tutub durmamaq baxtı,  yaz,  payız,  qış

görkəmli,  fəsillərin taleyinə bənzəyən bir baxt. 

F.Sadığın

şerlərində

bir-birinə

bənzəməyən

əsərlərində böyük reallıqları ilə təsvir olunan

dünya dərd, qayğı, əzab dolu bir məfhumdur. Bu

dünyanın

tarixində

Cənub

qütbünün


buzlaşmasından

əvvəlki


dövrü, 

Xirosima, 

Naqasaki faciəsi,  Troya müharibələri,  səlib


28

yürüşləri,  I,  II  Dünya müharibələri,  Xatın kəndi

faciəsi,  Osvensim dərdləri,  Qarabağ faciəst, 

Xocalı soyqırımı,  Böyük Vətən müharibəsi

dəhşətləri var.

Fikrət Sadıq belə faciələrə biganə deyildir. 

Əsl Yer oğlu kimi yaşadığı dünyanın dəhşətlərini

oxucunun gözü önündə canlandırır.

"Xatın kəndi abidəsi",  "Növbə daşları",  "Bir

qarış ot",  "Klod İzerli",  "İnanıram da,  inanmıram

da"  və digər şerlərində dünyanı fəlakət,  ölüm

kabusuna


çevirən

müharibələr, 

məhvinə

yönəldilmiş atom,  hidrogen bombalarının icadı



pislənilir.  11  Dünya

müharibəsi

dövründə

Xirosima,  Naqasaki şəhərlərinə atom bombası

atmış Klod İzerlinin çəkdiyi vicdan əzabıları, 

törətdiyi faciələrdən ağlını itirməsi,  ailəsinin onu

dəli adlandıraraq atıb getməsi çox düşündürücü

bir şəkildə söylənilir.  Şair insan oğlunun öz

əməllərində diqqətli olmağa,  ad-san,  var-dövlət

naminə insan qatili olmamağa çağırır.  Əsrin ən

böyük günahı,  müsibətlər müsibəti,  faciələr

faciəsi,  müharibənin ən qanlı səhifəsi olan

Xirosima - ötən hərbin "qaladığı nəhəng"  yanar

ocağa bənzədilir. Amma:

Bu ocaqda odun deyil,

İnsan yanıb qalaq-qalaq.

Bir bombayla böyük bir insan qırğını, 

fəlakətlər fəlakəti törədən Klod İzerli ilk əvvəl öz

əməlinə görə "sağ ol" qazansa da, az keçmədən


29

insanlığa qarşı törədilən bu faciədən bütünlüklə

xəbərdar olan həmyerliləri tərəfindən "cani"  kimi

lənətləndi.  Dünən onu    cinayətə sürükləyənlər,   

insan əlləriylə qurulub tikilən şəhərləri    yerlə

yeksan


etdirənlər,  istehsal

etdiklər


zəhərli

silarhlarla milyonlarla insaların həyatına son

qoyanlar,  müharibə törədənlər,  onun məkrli

siyasətindən varlananlar,    ölkələri "viranəyə

döndərənlər"    üçün artıq bu gün Klod İzerli heç

kim olmalıydı.  Zaman keçdikcə törətdiyi faciənin

ağırlığını duyan Klod İzerli dəlixana divarları

arasında qaldı.  Vətəni atan insanı ailəsi də atdı. 

Heç kimsəyə gərək olmayan İzerli əməllərinin

nəticəsini görürdü.  Gözəl şəhərləri viranəyə

döndərib bundan varlananlar üçün də artıq Klod

İzerli heç bir şey idi. Hətta utanmadan onun əzab

dolu həyatından kino çəkmək istədikdə Klod rədd

edir.  Şair onun bütün əzablarını bu "rədd

cavab"ında ümumiləşdirir. İnsan övladının çəkdiyi

peşimançılıq hissləriylə əsrin ən böyük günahı, 

hərbin ən böyük faciəsi Xirosimanı qarşı-qarşıya

qoyur.    Xirosimanın o dəhşətli faciəsindən bəhs

edən film çəkilməsini istəyənlərə

Klod elə qışqırdı ki,

Bu səs keçib okeandan,

Gəzdi bir-bir ölkələri:

-Yox, yox, razı deyliəm mən!

Yox, yox, hətta kinoda da,

Yandırmayın o şəhəri.


30

Yandırmayın yandırdığım

Qocaları, körpələri.

Müharibə həmişə kinlə-nifrətlə qarşılanıb. 

Hansı dövrdə yaşamasından asılı olmayaraq

insanpərvər

görüşün

sahibləri



həmişə

müharibəyə nifrət etmişlər.  Müharibəyə

nifrət

sərhəd tanımır.  Dünyanın ən böyük sənətkarları



həmişə müharibəyə, onu alqışlayanlara -insanlıq

simasını itirmişlərə ntfrətlərini əsərlərində əks

etdirmişlər. Böyük türk şairi Tofiq Fikrət yazırdı:

Lənət sənə,  lənət sənə ey hərbi-

müqəddəs!

Sınsın bütün əqvamı edən böylə

müləvvəs!

Sınsın səni təqdis ilə alqışlayan

əllər!

Şanınla,  cihadınla gəbər,  ey ulu



sərdar!

Ey nəsli-bəşər düşməni, ey heykəli-

idbar!

Bu "nəsli-bəşər"  düşməni insandır.  O insan



ki,  həm özününkünə düşməndir,  həm də onun

üçün düşünəndir.  Şair buna görə də insanlara üz

tutur.  İndi qoca dünyanın "Qırmızı kitab"ı varsa, 

bu kitaba nəsli kəsilmiş,  məhv olmuş ən nadir

təbiət incilərinin adı salınırsa,  onlar artıq məhv

olmaq,  tamamiylə kökü kəsilmək təhlükəsi

altındadırsa,  insan niyə düşünməsin? Bunu

duyan,  əməlindən peşiman olmağa başlayan



31

insanların varlığı onun ürəyində ümid işığını

közərdir: 

İnnən belə dünyanı

Qoruyacaq insanlar.

İspaniyada Polomares yaxınlığında hidrogen

bombalı

bir


amerikan

təyyarəsinin qəzaya

uğraması nəticəsində torpağa dəyən zərbə şairin

şerində əsas mövzudur.  O dəhşətli,  zəhərli

bomba düşdüyü ərazini cismən də məhv edir. 

Ölümə məhkum edilmiş torpağın "ölümü"nü şair

sakit qarşılıya bilmir.  Ölüm deyilən bir dəhşətli

varlığın canlı aləmdən kənarda mövcudluğunu

görüb dəhşətə gəlir.  "Adam"ı ölən,  "quş"u ölən, 

"ağac"ı ölən görmüş şair torpağın da ölüb "taunlu

xəstə kimi ayrıca dəfn edil"ə biləcəyinə heyrət, 

təəccüb,  təəssüf,  dəhşət

hissiylə

yanaşır. 

"Canına xatirələr,  nəğmələr hopmuş"    bir parça

torpağın,  bir topa bənövşəliyin "tabut kimi" 

götürülüb aparılmasını,  ayrıca dəfn edilməsini

şair insan əməlinin nəticəsi kimi təəssüf hissiylə, 

peşimançılıqla qarşılayır.

Ədəbiyyatşünas alim Təhsin Mütəllimov "Bir

axşam"  şerində    olan bədii məziyyətlər,  müasir

oxucu,  əsər,  yazıçı-şair    fəaliyyətinə verdiyi

qiymətdə haqlı olaraq yazır ki,  Şair "Bir axşam" 

şerində İspaniya yaxınlığında hidrogen bombalı

bir amerikan təyyarəsinini qəzaya uğraması

nəticəsində ispan kəndlilərinin başına gəlmiş

müsibətləri qəzəbli dillə nağıl edir.  Müasir


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin