Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

131

gəzir,  qələmə alınmayıb.  Kəndlərində canlı

Homerlər yaşayır. Burada aşığa "qayçı" deyirlər. 

Bəlkə qayçı,  hayçı sözündəndir.  Qayçı elin, 

Anayurdun dar günündə,  şad günündə hay-

harayçısıdır.  Onun yaddaşı -insan yaddaşının

sonsuzluğuna sübutdur.  İnsan yaddaşına bütöv

bir kəhkəşan sığışarmış demə!  Bu dastanlarda

qaranlıq və şər tanrısı Yerlik bəy var ki,  çoxdan

zülmətə qarışıb.  İşıq və Xeyirxahlıq timsalı

Maaday qara (bəlkə Mete)  var ki,  hələ də

yaşayır. Altaylının girdə üzündə, qonur gözündə, 

tunc biləyində,  mehr dolu ürəyində gördüm onu. 

Bu dastanlarda küpəgirən qarı-Dibələk var ki, 

bütün küpəgirən qarılar onun yanında arı

vızıltısıdır.  Dibələk neçə-neçə yolçunu yolundan

eləyib. (Dibələk də elə küpəgirən qarıdır. İntəhası

adını orda qoyub gəlmişik).

Burda hər dağ dərə, hər çay mənə doğmadır. 

Elə bil haçansa bu yerlərdə olmuşam.  Burda

Dərdümar adlı açılıb-yumulan qayalar var ki, 

mənə "Odisseya"dakı Ssila və Xarıbda qayalarını

xatırlatdı.  Burda hər daşın,  ağacın,  kolun yiyəsi

var. Burda yaxşı adamlar qocalanda ölmür, göyə

çəkilib ulduz olur.  Yeddi qardaş bürcü,  Dan

ulduzu bu cür yaranıb deyirlər. 

Burada ər igidlər dağdan-dağa,  qayadan-

qayaya, çayın bu tayından o tayına atıla bilərmiş

deyirlər.  Yaxşı baxsan indi də qayaların şaxə-

şaxə


damarlarında, 

daşların


al-əlvan

132

naxışlarında görərsən o günləri.  Vadilərdə

eşidərsən at kişnərtisini".

Ç in səddindən üzü bu yana böyük ərazilərdə

məskunlaşmış,  tarixdə ad qazanmış,  qüdrətli

dövlətlər qurmuş, möhkəmləndirmiş, öz qılıncına, 

qalxanına,  bir də ki qolundakı təpərə,  canındakı

coşqun


enerciyə

güvənməklə

döyüş

meydanlarına qalibiyyət bayraqlarını sancmış



türklərin-soyadlarının şərəfli tarixiylə öyünən şair

böyük fəxrlə söyləyir ki:

Ç in səddindən üzü bu yana,

Dunaya qədər tapdaq altında qalan

dünya,

Onların idi bir zaman.



Dünyanı başdan-başa bürümüşdü

onda,


Ox-yay, qılınc, qalxan səsi.

Göydəmir atların kişnərtisi.

Ucalırdı ta yerdən

Ayadək, Günəşədək,

Atilladan tutmuş,

Alp Arslan Türkeşədək.

("Ərkənoqondan gəlir)

F.Sadıq xalq rəvayətlərinin motivlərindən

istifadə etməklə, onun sücetindən yararlanmaqla

vətənə,  torpağa olan sədaqəti,  etibarı tərənnüm

edir.  Onun Metesindən xaqan poladüz göy

qılıncını istəyir.  Mete qolundakı gücə,  təpərə

arxayın olsa da, sülh naminə,  igidlərini qorumaq


133

naminə döyüşə razı olmur və qılıncını da,  gözəl

atını da ona göndərəndə də ancaq sülh naminə, 

qan


tökməmək

naminə


susur.  Lakin

Ç in


Xaqanının ondan istədiyi torpaq,  bu zaman

əyanlarının bu torpağı düşmənə vermək təklifi

onu yerindən oynadır.  Metenin qəzəbini şair

misralara çevirir:

Göy qılıncı istədi xaqan.

Verdim ona yaraq olsun.

Göydəmir at istədi xaqan,

Verdim ona ayaq olsun.

"Ölü çölü" verə bilmərəm!

Torpağı verməzlər,

Torpağı alarlar.

Mete babalarından qalan torpağın ona

əmanət olduğunu,  bu əmanəti gələcək nəsillər

üçün qoruyub saxlamağa borclu olan, öz

vəzifəsinin məsuliyyətini duyan,  anlayan ölkə

başçısı kimi şairin əsərində yüksək qiymətini alır. 

Bütün elin-obanın bir nəticəyə gəlməsi,  Metenin

sözlərindəki həqiqətin dəstəklənməsi oxucu üçün

dərsdir. Mete öz igidlərinə:

Dedi: ərənlər!

Göy qılınc kimin idi?

Metenin!


Göydəmir at kimin idi?

Metenin!


Bəs "ölü çöl" kimindir?

Vətənin!


134

O yer ki, vətənindir

O nə sənindir, nə mənim.

F.Sadıq


metelərin

obrazını


sənətinə

gətirərkən,  onun xalq,  dövlət mənafeyini əsas

tutmasını xalqına,  elinə arxalanmaqla tarixdə

özünə yer qazanmasını,  başçılıq etdiyi ölkənin

xalqıyla

bağlılığını

əsas

götürür. 



Şairin

nəzərində:

Bir elin qara ürəklidirsə

  əgər xanı,

əgər xaqanı.

Vətənin günü-gündüzü

Qatı gecə olar….

Elə arxalanan ər güclü olar.

Vətən var olacaq, necə ki, el var.

("Aladağın ətəyində")

F.Sadığın bu günümüzün hadisələri ilə

səsləşən əsərində Mete "özüdür".  O milyonların

istək və arzularını,  üzərinə düşən məsuliyyətin

ağırlığını Mete kimi duymağa çağırır.  Vətən

torpağının hər qarışının bundan sonra da

qoruyub


saxlamaqda, 

düşmən


tapdağına

verməməkdə,  lazım gəlsə onun yolunda canını

belə qoymaqda məsul oduğunu unutmamağa

səsləyir.  Şair torpağının bir hissəsinin erməni

işğalı altında qaldığı bir zamanda güldən, 

bülbüldən, məhəbbətdən yaza bilmir. Dönə-dönə

qayıtdığı,  qələmə aldığı rəvayətlərdə,  gah təsvir

etdiyi təbiət hadisələrində,  gah gəzdiyi doğma



135

türk ellərində qələmə aldığı mövzularda buna

toxunur.

Xalqının,  dövlətinin taleyini etibarlı əllərdə

görmək istəyir,  başsızlıq,  özbaşnalığın gətirə

biləcəyi faciələrin qorxusu,  təlaşı,  narahatçılığı

şairin gününü göy əskiyə dügüb. Hər bir oğul, hər

bir igid düşmən sinəsinə atılan ox olmalıdır.  Hər

bir oğul öz yurdunda,  elində,  obasında ərdir, 

igiddir.  Şairin nəzərində o,  eldən uzaq düşsə

"yalqız qalar, pas atar". Ç ünki;

Bir ömür boyu unudulan deyil,

Göz açıb gördüyüm,

Ç örəyini yediyim,

Doğma yurd, doğma el.

Şair minilliklərin sınağından çıxmış,  dədə-

babalarımızın bir hikmətli ifadəsini yada salır, 

yadımıza Dədə Qorqud dünyasının hikmətli

ifadələrini çatdırır,  öz qələminə məxsus Dədə

Qorqud boyasıyla birlikdə:

Vətən, qarşı yatan

"Dağlarını aşmağa gəl"ən,  "sularından su

iç"mək,  "vadilərindən

keç"mək,  "dərələrinə

sığın"maq,  ana qoynunda yaşamağa gələn hər

bir


vətən

övladının

istək



arzularını



ümumiləşdirir.  Bu ümumiləşdirmədə son ucu

ölümlü dünyada yaşayan insan övladının ayaq

basdığı torpağına,  yurduna bəslənən müqəddəs

duyğularını əsrəlri,  qərinələri,  keçmişləri,  indiləri

göstərmədən bu sevgidə birləşdirmək olar.  Bu


136

birləşmədə bir insan övladı,  bir də vətən torpağı

durur, bir də doğmalıq, bir də soykökə bağlılıq.

F.Sadıq şerlərində metelərin,  alp ərlərin

zamanını, 

dövranını

oxucuya

unutdurmur. 



Onların

amallarındakı

yaxınlığı,  müqəddəs

ideyaları əsas götürərək dünəninin-keçmişinin

prizmasından təsvirini verir.

F.Sadıq susdurula biləcək şair deyildir,  o

əldən gedən Vətənin hər qarışı üçün dərd çəkən, 

həsrət yüklü, qayğı, narahatlıq dolu ömründə acı

olan doğru sözü deməyi daha üstün tutur. Susan, 

duymayan,  gördüyünü deməyən,  içinə qapılıb

qalan ürək şair üçün "niyə ürəkdir",  kardır, 

kordur, duymayan ürək"dir-deyir.

Şairsən bülbüldən yaz,

Ç əməndən yaz, güldən yaz.

-deyənlərin ağzından vuran,  xalqın taleyinə

biganə qala bilməyən,  xalq,  dövlət mənafeyini

hər şeydən üstün tutub onun işıqlı,  xoşbəxt

gələcəyi naminə yaşayan,  yaradan Sabirlərin, 

Cəlillərin

əsrimizin bu

günündə

ən

yaxşı



davamçılarından biri kimi,  ürəyinin hökmünə

qulaq asaraq qələmiylə, kəlamıyla xalqına xidmət

edir.  Sabirlərin sətiraltı gizlənən eyhamlı,  dərin

mənalı kəlamlarında yatan hikmətamiz ideyaları

əsas tutaraq vətəndaş şair,  onun kimi minlərlə

vətən,  xalq ziyalılarının fikirlrinə,  arzu və

ideyalarına səs verir.


137

"İstiqlal bayrağı"  şerində şair xalq inamına

dəstəklənir,  göy üzünü-Tanrının məskəni,  Tanrı

yeri kimi tanıyırıq.  İstiqlal bayrağındakı mavi

rəngi

şair


"Tanrını

qərargahı"na

bənzədir. 

İnsanların ümid yeri,  pənahı göylər,  onun mavi

rəngi barağımızdakı üst zolağın mavi rəngi-səma

rəngi kimi vəsf edilir. Bu rəngdə həyat, əbədiyyət, 

ucalıq, bərəkət, yağış, qar, həyat var. Göy rəng-

mavi rəng öz ucalığı, ülviyyəti, əbədiyyəti özündə

yaşadan bu Tanrıya məxsusdur.  Azərbaycan

xalqının istiqlal bayrağındakı mavi rəng-səma

rəngi Tanrının məskəninə tay tutulmaqla şair onu

ululuqlara, ucalıqlara qaldırmış olur. 

Orta zolaq- qırmızı rəng şəhid qanına

bənzədilir.  Bu Şəhidlərin qanıdır.  Yü il,  iki yüz il

və ondan öncə və ondan sonra öz azadlığını, 

müstəqilliyini istəyən, bu yolda çalışan, çarpışan, 

vuruşan,  bir qaşıq qanından qorxmayan,  döyüş

meydanlarında azadlıqsevər millətinin tökülən

qanıdır.  O qana Araz,  Təbriz,  20  Yanvar,

Qarabağ,  Xocalı və neçə-neçə faciəli günlərdə

qanıtökülən insanların,  şəhid oğulların qanı

qarışıb. Bu qan bizim qanımızdır-o taylı, bu taylı-

bütün türk doğmalarının, azərilərin zəfər qanıdır:

O tayda da, bu tayda da,

Haqq uğrunda müğarizə,

Bu rəng xəbərdarlıqdı bizə,

Yaxşı bax!

Türkün ömür möhürüdür,



138

Zəfər tarixidir

Onun üstündəki Ay-Ulduz!

Bu möhürlə tanı bizi!

Bəli,  türkün ömrünə savaşlar,  mübarizələr, 

döyüş meydanları,  o döyüşlərdən zəfərlə çıxma

yazılıb.  Bu rəng haqq uğrunda mübarizə aparan

bir millətin qanının möhürüdür.  Bu möhür qan

yaddaşıdır və şair bunu unutmamağı, öz gələcək

nəsillərinə nəsihət etdiyi kimi,  düşməninə də

məsləhət bilir. Məsləhət bilir ki, türk meydanlarda

zəfər,  qələbə naminə,  qələb çalmaq uğrunda

döyüşüb, haqq-ədalət uğrunda vuruşub. Gec-tez

haqq yerini tutub, tutur və tutacaq da. Sən də öz

işini bil.  Girmə    onunla döyüş meydanına,  göz

dikmə onun loxmasına,  uda biləcəksən,  amma

əridə bilməyəcəksən.  Öz əlinlə özünə qəbir

qazma.


Şair istiqlal bayrağındakı üçüncü-Yerə yaxın

zolağı -islam ümmətinin sevdiyi rəng kimi

tərənnüm edir. Bu rəng özündə Dinclik, Gənclik, 

Təmizliklə yanaşı,  Anayurd,  Ana torpaq,  Ana

Vətən mənasını da daşıyır.  Sülh,  əmin-amanlıq

içində yaşamaq,  çiçəkli,  çöllü,  barlı-bərəkətli, 

meşəli, dağlı vətən-onun baharı, yayı, həyat eşqi

güclüdür bu rəngdə.  Azəri övladının istədiyi, 

uğrunda döyüşdüyü,  keşiyində durduğu,  əlindən

gedəni üçün şam kimi dərddən əriyib çöpə

döndüyü, döyüşə hər an hazır olduğu, qovuşmaq

həsrətiylə

yandığı

Qarabağı, 



Kəlbəcəri, 

139

Zəngilanı,  Qərbi Azərbaycanı,  Ağdamı,  Füzulisi, 

Cəbrayılıdır.  Bu bayraq bir millətin varlığının

simvoludur, 

bir

dövlət


kimi

varlığının

atributlarından biridir.  Xalqım onu bir dəfə

göylərə qaldırmışdı.  İmperialist qüvvələr İblis-

Şeytan xislətli qonşularımız bu xalqın varına-

yoxuna


sahib

durmaq


üçün

öz

yırtıcı



xarakterindən istifadə edib,  onu hansısa bir

dövlət binasının başından aşağı salsa da, 

ürəklərdə onu ayaqlara endirə bilmədi.  70  il

mübarizə apardı;  gizlin-aşkar apardı və böyük

dövlət xadimi Məmmədəmin Rəsulzadənin dediyi

kimi "Bir kərə yüksələn bayraq bir daha enməz" 

kəlamının həqiqətinin işığında yeridi,  mübarizə

apardı və üç rəngli bayrağımızı öz yerinə

qaytardı.  Ürəklərdəki od öz məşəlini yandırdı. 

Üçrəngli


bayrağımız

Müstəqil


Azərbaycan

Dövlətinin əzəli və əbədiliyinin rəmzidir. İndi onun

sərhəddi, bayrağı, dili yaşayır və yaşayacaq da:

Ey öz doğma ocağına,

Bir də qayıtmış

Üçrəngli bayrağım, ucal!

Ucal başımızın üstdə,

Ucal bütün ölkələrdə,

Özgələrə tanıt bizi,

Əsarətdən azad olmuş

Ölkəmizi.

Bu müstəqillik,  bu azadlıq hissidir ki,  şairin

qəlbində

qəzəb


doğurur

Moskvanın



140

Azərbaycanda havaların necə olacağını xəbər

verməsini eşidəndə hirsini tökür onun üstünə:

Hava necə olacaq,

Axı, sənin nə işinə?

Havadan danış, amma

Göz tikmə qonşuların,

Torpağına, daşına.

Şairin narahat olmasına da əsas var. Bu gün

Bakının, 

Şəkinin, 

Gəncənin, 

Şamaxının

havasının necə olması ilə maraqlanmır bu qüvvə. 

Onun dişində qalıb şirəsi bu yerlərin bərəkətinin, 

nemətlərinin. Ona görə narahat olmağa əsası var

ki, onu hamı yaxış "tanıyır":

Tanıyır səni hamı.

Sənin işindir dava.

Yandırdı Qroznını,

Sənin çaldığın hava.

Onun atdığı güllələrin qəlblərə yağdırdığı

yağışı unutmayıb şair.  Ona görə də istəmir

düşməninin

yalançı

qayğısını. 



Leonid

Nikitinskinin "Komsomolskaya pravda" qəzetində

"Tələfat vardır"  adlı məqaləsində yazdığı:" 

Ç ərşənbə axşamı leysan yağdı. Elə bil Rusiyanın

topa-iopa buludları yeni qaçqınların halına

yanmaq


üçün

gəlmişdi


bura"  sözlərindən

qeyzlənir. 

Tökdüyü

qanların


müqabilində

Rusiyanın imperialist qüvvələrinə nifrətini gizlədə

bilmir. Yağan yağışına, buluduna "qəhmər" çıxan

Rusiyaya "Şəhid nədir,  sən bilməzsən,  Sən



141

Şahidsən,  şəhid başqa,  sən başqa"-deyə onu

qırmanclayır.  Eyni zamanda kövrək qəlbinin

aldığı


yaraların

hələ


sağalmadığından

düşməninə nifrəti içində itirdiklərini də əzizləyir, 

kininin,  qəzəbinin

odunda


yadına

düşən


Şəhidlərinə ağlayır.  Bu göz yaşları nöyüt olub

ocağını daha da alovlandırır:

Yağışımdan təsəlli umma.

Bircə bu qalmışdı elə.

Sənin yağışın güllə yağışıdı.

Bu yağış mənim yağışımdı.

Bu mənim göz yaşımdı.

Sənin gözlərin heç yaşarmayıb

da.

Bu yağış mənim gözlərimdən



yağır,

Mənim şəhidlərimin qəbrinə.

Mənim buluduma dəymə.

Şair göylərin tökdüyü yağışda doğmalıq gəzir. 

Öz

dərdinə


ağlayan

buludların

düşmən

hüdudlarından keçdiyi ilə barışmaq istəmir. 



Düşmən qəlbində insaf görmədiyindən göylərin

göndərdiyi buluda "mənimkidir"- deyə sahib çıxır

və o yağan yağışla axan göz yaşlarının

oxşarlığını

tapır



qüssəsini, 



nifrətini

ümumiləşdirir. 



142

AZADLIQ GÖZƏL ŞEYDİR

Fikrət Sadıq zəngin mənəviyyata malik

sənətkardır.  "Zəngin şəxsiyyət dərin əqidəyə, 


143

inama,  yüksək məqsədə və ideala malik olan

şəxsiyyətdi.  İnsan yüksək mütərəqqi ideallar

uğrunda yaşayıb fəaliyyət göstərdikcə özü də

yüksəlir,  böyüyür,  onun varlığı daha yüksək

ictimai məna kəsb edir.  Doğru deyilmişdir ki, 

qartala qanad,  insanda ideal eyni dərəcədə

zəruridir. 

Böyük

məqsəd, 


yüksək

ideal


şəxsiyyətin

zənginliyinin

ölçüsüdür. 

Əgər


şəxsiyyətin həyatında heç bir yüksək məqsədi, 

idealı olmursa,  o maddi cəhətdən nə qədər

zəngin olursa-olsun ən yoxsul həyat sürür.  Ən

misgin vəziyyətdə yaşayır.  Ç ünki şəxsiyyəti

həyatda ucaldan nə onun vəzifəsidir, nə də onun

malik


olduğu

var-dövlətdir,  onu

yüksəldən

yeganə bir şey varsa, o da ancaq böyük məqsəd

və ideallar uğrunda fəal mübarizədir".

F.Sadıq da bu mübarizlərdən biridir.  O

qorxmadan,  həqiəqti olduğu kimi yazır,  günün

aktual


məsələlərinə

toxunur, 

dövlətimizin, 

millətimizin azadlığına,  xalqların müstəqilliyinə

xələl gətirə biləcək məsələləri açıqlayır, həyəcan

təbili çalır.

F.Sadıq

şerlərində



öz

milli


azadlığı, 

müstəqilliyi, 

suverenliyi

uğrunda


mübarizə

aparan, 


işğalçı

rus


imperiyasının

istismarçılığından təngə gələn, öz müqəddaratını

özü həll etmək istəyən Azərbaycan xalqı kimi

digər Qafqaz xalqlarının,  o gümlədən çeçen

azadlıqsevərlərinini də mübarizliyini,  arzu və


144

ideyalarını

dəstəkləyir.  Bu

ölkənin


azadlıq

mücahidlərini, 

onların

şərəfli


mübarizə

əzmkarlığını vəsf edir.  Onlarda olan vətən, 

torpaq, azadlıq sevgisini tərənnüm edir.

Ç eçen azadlıqsevərlərini quldur adlandıran

rus

millətçilərini



qınayır.  Xalqın

öz

dost-



düşmənini yaxşı tanıdığını,  "özü quldur"  olan, 

millətləri,  xalqları parçalayan,  azsaylı xalqlara

fəlakətlər gətirən düşməni öz adıyla gözünü açıb

ətrafına baxmağa, çirkin siyasətindən əl çəkməyə

çağırır.

A rus, qanrıl bax Allaha!

Axıdılan bu qan baha.

At silahı, bəsdir daha,

Oraq götür, biçin gəlir.

Xalqın qəhrəman övladlarının polad iradəsini

görüb onları qorxmazlığa,  məğlubedilməzliyə

səsləyən şair onlardakı azadlıq duyğularının

yüksək olduğunu imperialist, işğalçı rusun yadına

salır:


Bil ki, namərd güllələri,

Qorxutmaz ər oğlu, əri.

Yurddan ayaq basmaz geri,

Desələr ki, lap Ç in gəlir.

Rus şovinistlərinin Zaqafqaziyada yeritdiyi

çirkin siyasətə nifrət edən,  xalqlar arasına milli

ədavət toxumu səpən,  bu milli-ayrı-seçkilik

siyasətindən öz məqsədləri üçün istifadə edən, 

Zaqafqaziyanı terror mərkəzinə döndərən erməni


145

separatçılarını silahlandırıb burada bilərəkdən

müharibə ocaqları yaradan,  erməni daşnaklarını

silah, 


sursat, 

pullu


muzdur

qüvvələrlə

silahlandıran rus imperializminə qorxmadan, açıq

aşkar ürəyindən keçənləri bildirir:

Rus Ç eçenə düşmən deyir.

Erməniyə niyə demir?

Ürəyində min hiylə var,

Yerə demir, göyə demir.

Bir soruşan yoxdur nədən,

Ayaq altda qaldı vətən.

Törətdiyi vəhşilikdən,

Nigarandır deyə demir.

Torpağı

qanla


suvaran, 

xalqın


milli

duyğularını qan içində boğan,  lakin çeçen

xalqının polad iradəsini əyə bilməyən, özünə qul

edə bilmək imkanı əlindən gedən,  çeçen

torpaqlarında istədiyinə çatmaq üçün vəhşiliklər

törədən


rus

ordusunun

qaniçənliliyinin, 

qəddarlığının

qarşısına

çeçen


övladının

məğlubedilməzliyini, cəsarətini qoyur:

Sən çeçeni aciz bilmə.

Ç eçen dağ çəkir ölümə.

Kim deyib ki, "baş əy zülmə",

Quran demir, ayə demir.

Millət dikəldib özünü,

Kimsə əyəmməz dizini,



146

Tarixə deyir sözünü,

İlə demir, aya demir.

F.Sadıq


çeçen

qəhrəmanlarının

azadlıq

yolunda şəhid olan igidlərinə göz yaşı axıdır. 



Ç eçenistan dövlətinin başçısı,  milli azadlıq

mücahidi, çeçen xalqının milli qəhrəmanı Cövhər

Dudayevin bu azadlıq yolunda mübarizədə

əfsanəvi şəkildə yoxa çıxması,  ölüm xəbərinin

yayılması, bir müddət Babək, Koroğlu qüdrətli bir

cəngavərin

ölümünə

inanmayanların



onun

yoxluğuna

da

dözməməsi,  xalq



içərisində

ölümüylə bağlı yayılan söz-söhbət bütün dünyanı

dolaşaraq, 

azadlıqsevərlərin

qəlbini

necə


kədərləndirirdisə,  Azərbaycan xalqını da,  onun

şairini,  nasirini,  rəssamını da elə kədərləndirirdi. 

Fikrət Sadıq bu münasibətlə yazdığı əsərində

təkcə Cövhər Dudayevin ölümündən doğan

kədərini,  qüssəsini,  ürək ağrısını bildirmir,  eyni

zamanda Qafqaz xalqlarının üzünə bir gün

azadlıq günəşinin doğacağına inamı da ifadə

edir.  Ç ünki bu xalqların qadını da,  qocası da, 

cavanı da,  uşağı da azadlıq yolunda əli silahlı, 

qəlbi düşmənə nifrət dolu "ər"dir.  Haqq-ədalət

uğrunda mübarizə aparan xalqın bir gün qalib

gələcəyinə ümidini itirmir. 

Burda ərdir qadın, uşaq.

Gərək tutsun yerini haqq.

Haqq gəlincə od tutacaq.

Dərəsi, dağı deyirəm.



147

Olan oldu, ta qulaq as!

Qiyamətə qalmaz qisas.

Bir gün azad olar Qafqaz.

Mən Olacağı deyirəm.

Cövhər Dudayevin ölüm xəbərini eşidəndə

çeçen xalqının öz dərdini,  qüssəsini "Yallı"

getməklə qarşılaması, Cövhər bayrağının etibarlı, 

əyilməz,  mətin əllərdə olduğuna inam kimi

qiymətləndirir.  Cövhər Dudayevin ölümünə ağı

deyən şair onun ölümündən doğan kədərini, 

dərdini, qəmini boğa bilmir. Öz şair təbinə uyğun

olaraq namərdi lənətləyir:

Bu dərdi kim kimə desin?

Namərdə çeçen neyləsin?

Ç ilikləndi saf aynası,

Söndü çırağı deyirəm.

F.Sadıq çeçen xalqının dərdlərini başa düşən

azəri övladıdır.  O,  bu dərdləri yaşamış,  bu

mübarizə yolunda minlərlə şəhid vermiş, nəhayət

ki,  düşmənin dizini qırmış,  öz istiqlaliyyətini

qazanmış,  azadlıq deyilən baldan şirin bir

nemətdən dadmış,  bunu çeçen kimi onlarla

ayaqlar altında əzilməkdən, çapılıb talanmaqdan

bezar olmuş, ayağa qalxmış xalqların övladlarına

arzulayan qəlbi təmiz,  saf bir azəri millətinin

övladıdır. Üç rəngli bayrağı uca tutan, bir millətin

"istiqlal bayrağı"nın şərəfini,  şöhrətini qoruyan

şair oğludur:


148

Bu bayrağı,  bu səadəti hər kənddə,  hər

şəhərdə

şəhidlər


xiyabanı

deyilən


məzarıstanlarda uyüyan igid vətən oğullarının

qanı, canı, Azərbaycan xalqının mətin oğullarının

dəyanəti,  dözümü

sayəsində

qazanıldığını

unutmayan şair xalqların iradəsinə qarşı çıxan, 

qanlar tökən vəhşi imperialistləri qamçılayır, 

daşqəlblilərin bu yerlərdə törətdiyi faciələri,  illər, 

qərinələr keçsə də bu yolda verilən "Şəhidləri

unutmayaq"-deyir.

Dağüstü parkı "dağ üstə dağ" adlandırmaqda

şair haqlıdır.  XX əsrin əvvəllərində xalqımızın

milli-azadlıq,  müstəqillik yolunda şəhid olmuş, 

dağüstü parkda dəfn olunmuş şəhidlərinin məzarı

üstündə sonralar ölkəni işğal etmiş qırmızı

bolşeviklər o qan yaddaşını hafizələrdən silmək

üçün park saldı.  Şəhid oğulların sümükləri

üstündə salınan bu parkdan xəbərsiz millətimiz

70 il sonra yenidən bu həyatı yaşamalı oldu. İndi

yenə öz azadlığı uğrunda mübarizə aparan

şəhidlər bu parkda uyuyur. Şair xalqını o günləri

unutmamağa çağırır.  O unutqanlığın bizlərə

vurduğu yaralar kimi sızıldayır misralarında:

Saralıbdı daşda yazı.

Yaram sızlar sızım-sızım.

Qoy eşitsin oğlun, qızın!

Bu torpağın başı üstən

Əskik olmur qara bulud.

Ay tutulub, gün tütülüb.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin