Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   ...   37

64

Yuvarlanan

Daşların dərdi

Sığmır yerə-göyə.

"Niyə bizi görmürlər, niyə?"

Niyə o biri daşlar kimi

bizi də

divara,


qalaya,

körpüyə,


hörmürlər, niyə?

Fikrət Sadığın bu misralarındakı ən incə

detallarda bir dünya məna yaşayır.  Yaşayan

insan yarımaq istəyir məmləkətinə,  torpağına, 

xalqına.  Daş insan arzusunu,  istəyini özündə

ehtiva edir.  Bu daşlarınmı istəyidir,  ilahi,  görən? 

Yoxsa öz ağlı,  qabiliyyətilə çoxlarından qat-qat

yüksəklərdə duran ziyalının düşündüklərimidir? 

Daşların

harayında

yaşayır


görəsən? 

Dünyadan,  onun ədalətsizliklərindən inciklikmi, 

ağlının,  zəkasının,  qabiliyyətinin gücünün yatıb

qalmasından cana döyən zəhmətkeş bir insanın

narahatçılığımı?  Cahilləri kürsülərdə,  vəzifələrdə

görən,  oturduğu yerdə sayan,  xalqı,  milləti

qabağa apara bilməyən,  danışanda ağzına çullu

dovşan


sığmayan

məmurların

yalançı

vədlərindən doyan hər bir qabiliyyətli,  istedadlı, 



enercili insan bu duyğuları yaşaya bilir və şair

Fikrət Daş obrazında canlı İnsanın istək və

arzularını ümumiləşdirir. O, daş deyil, o insandır, 


65

o torpaq altında qalmayıb, dağlardan dərələrdən, 

düzlərdən deyil,  illərdən,  aylardan,  günlərdlən

keçib,  gəlib yetişib,  kamil bir insan olub,  öz

gücünü,  cəsarətini göstərmək istəyir,  lakin

kölgədə qalıb,  buna imkan verilmir.  Budur şairin

daşın dililə dedikləri, demək istədikləri, içini didən

haqsızlıqlar.  Bu fikirlər Fikrət Sadıq kimi inqilabi

düşüncəli bir şairin qəlbində tüğyan eyləyən

məsələlərdən bəlkə də biridir.  O "daşların" 

harayına yaxındır şairin bu misraları:

Azadlıq


varımdısa

hürriyyəti

neynirəm?

Mənzilə çatmışıqsa ta niyyəti

neynirəm?

Dərdlərimiz başına götürüb bu

dünyanı,

Ehtiyaca diz çökən əmniyyəti

neynirəm.

Daban-dabana ziddir alçaqlıqla

ülviyyət,

Alçaqlıq


dəbdədirsə

ülviyyəti

neynirəm.

Layiq


olmayanlara

ləyaqət


paylanırsa,

Minnət


ilə

verilən


ləyaqəti

neynirəm.



66

İnsan əməyi, insan əlinin yaratdığı möcüzələr

şairin şerlərinin bəzəyidir.  İlk insan "daşı daş ilə

yonmaqla,  ilk əmək aləti düzəltməklə acizliyin

daşını atdı.  İnsan əli möcüzələr yaratdı.  Şair

bütün varlıqların kamili insanın əlinin qüdrətilə

kamala çatdığını bildirir.  Yerin dərin qatlarına

enən insan öz marağı naminə göylərə də əl atdı. 

Sonsuz fəzanın dərinliklərini fəth etdi.  Aya peyk

göndərdi.  Kosmosa uçdu,  Marsın səthinə endi-

qalaktikanın sonsuzluğunun şahidi oldu.  Ağlın, 

qüdərtin yaratdığı,  icad etdiyi yeniliklər,  kəşflər

bəşəriyyətin əli ilə oldu.  O əllər ki,  cansız

mərmərdən canlı heykəllər yaratdı,  polad kimi

əyilməz qayaları "yardı",  misli-bərabəri olmayan

kanalları çəkməklə insan əli xarüqələr yaratdı, 

dənizləri,  çayları,  gölləri bir-birinə qovuşdurdu. 

Eyni zamanda insan əli yaratıdığı hidrogen, atom

bombaları ilə Naqasaki,  Xirosima faciələrini

törətdi,  yaratdığı əlləri ilə də dünyada Birinci və

İkinci dünya müharibəsində milyonlarla günahsız

insanların qətlinə fərman verdi.  İcad etdiyi

silahların köməyi ilə düynaya sahib olmaq

iddiasından bu gün də əl çəkmir,  hegemonluq

siyasəti yeridir,  sayı -hesabı olmayan qanlar

tökür.  Törətdiyi dəhşətli müharibələr ilə uçurur, 

dağıdır.  Bir insanın yaratdığını o biri insan öz

əliylə məhv edir.  İnsanlara yaxşılıq edən əllərlə

yanaşı,  qana batan əllər də çoxdur.  Gördüyünü, 

eşitdiyini,  insan əlinin törətdiyi möcüzələri,  şair



67

Fikrət


ürək

ağrısıyla

gözümüz

önündə


canlandırır;  yaşamaq naminə əlinin qüvvəsindən

istifadə edən insana nə lazımdır?  Həyat,  o gün

də, bu gün də həyat! "Dünyanın şüarı həyatdır bu

gün" -deyən şair bəşəriyyəti sülh, əmin- amanlıq

içində yaşamağa səsləyir,  "qurduğu büsatı

uçurmaq" üçün yaradan əlləri silah götürməməyə

çağırır.  Bu səsləmədə,  çağırışda dünya dolu

narahatlıq, həyəcan, təlaş duyulur.

Dünyada yaxşı insanların,  yaşamaq eşqilə

yaşayan insanların,  kağızlar,  daşlar üzərində

misilsiz lövhələr yaradanların,  bir insan övladını

həyata qaytarmaq üçün özünü fəda etməyə hazır

olan insanların obrazları Fikrət Sadıq şerinin

bəzəyidir, tacıdır. "İnsan ölümü utandırır" şerində

fədakar həkimin xəstə üstünə gedərkən keçirdiyi

narahatçıllıqlar, 

qarşılaşdığı

çətinliklər, 

qorxmadan qarlı- çovğunlu gecəni qət edərkən, 

piyada da olsa özünün xəstəyə yetirən,  bir evin

aman-zaman bir oğlunu ölümün pəncəsindən

qurtarmaq üçün insan övladının nəyə qadir

olduğu tərənnüm olunur.  Gecəni səhərə kimi

ölümlə çarpışan həkimin həyəcanları,  övladın

başı üstündə  narahatlıq keçirən ata-anaya bəxş

etdiyi sevinc insan əllərinin bəxş etdiyi sevincdir. 

F.Sadıq xalqının yaratdığı incəsənətə vurğun

könül sahibidir. Ən yaxşı çalınan saz, kaman, tar, 

balaban insan övladının əllərinin möcüzəsidir, 

barmaqlarının kəşfidir.  İnsan oğlu arzu,  həsrət, 



68

hopmuş musiqisində nələr yaşatmır;  vüsal

həsrəti,  könül istəyi,  hicran əzabı,  yurd nisgili, 

qartallı qayalara sahib olmaq arzusu, daha nələr, 

nələr…

Şair balabançı Həsrət Hüseynovun,  görkəmli



bəstəkar

Qara


Qarayevin

musiqisində

duyduqlarının önündə əsirdir.  Eşitdiyi "Ərəb

nəğməsi"ndə

insan


övladının

hiss


duyğularını görürük.  Qəm,  kədər,  sevinc,  ümid, 

arzu bəşəridir.  Hansı dildə,  hansı ölkədə

yaşamasından asılı olmayaraq,  onu dinləyəndə

duyursan ki, 

Bu nəğmənin bəmində həsrət,  intizar, 

hicran!

Bu nəğmənin zilində fəryad,  çağırış, 



üsyan!

Bu nəğmənin bəmində sakit suların

səsi.

Bu nəğmənin dilində tufanların nərəsi.



Bu nəğmədə qəm də var, kədər də var, 

yas da var.

Nifrət də, qisas da var.

("Ərəb nəğməsi")

Afrika xalqlarının azadlıq uğrunda apardıqları

mübarizədə qazandıqları qələbə "Afrika"  şerinin

mövzusudur.  1960-cı ildə Afrika xalqları azadlıq

əldə etdi.  Ürəklərdəki arzular gül açdı.  Nil çayı

aşıd-daşdı, amma o sevincdən aşıb-daşdığından


69

nə taxıl zəmilərinə,  nə kəndlərə,  nə bağlara,  nə

bəndlərə ziyan toxundu:

Müstəmləkə zəncirini

Parça-parça qopardı Nil,

apardı Nil.

Günəş yerə xəlbir-xəlbir od ələyib əsarəti

yandırıb


kül

elədi.  Zəncilərin-

qara

dərili


zəncilərin zəncirləri "xıncım-xıncım" oldu, azadlıq

günəşi doğan ölkədə qaraların ağ geyinməsi, 

ağların qara geyinməsi müstəmləkə zəncirinin

qırılmasına,  onların öz hüquqlarını müdafiə

etməsinə,  bir insan kimi öz şəxsi səadətlərini

əldə edə bilməsinə işarədir.  Şair Afrika xalqının

bu sevincinə qoşulur.  Onun lirik qəhrəmanları

hansı irqə,  hansı dinə mənsub olmasından asılı

olmayaraq xoşbəxtltik arzusu ilə yaşayır. Bəxtiyar

Vahabzəadənin dediyi kimi "Sülh mövzusu

azadlıq eşqi ilə çırpınan müstəmləkə xalqlarının

qollarındakı əsarət zəncirini qırmaq arzusu" 

Fikrət Sadığın mövzu dairəsinin geniş,  əhatəli

olduğunu göstərir və "insan kainatın müqabilində

bir zərrə olsa da,  adi insan ömrü intəhasız

zamanın bir saniyəsi olsa da,  o kainatın və

əbədiyyətin sirlərini öyrənməyə qadirdir.  Fikrət

kainatın sirli əlifbasını oxumağa başlayan,  öz

idrakı ilə mübhəm sirləri öyrənməyə can atan adi

insanın sonsuz qüdrətini tərənnüm edir".

F.Sadığın muasir nağıllarında insan əvəzsiz

varlıqdır.  Qumun üstündə "Mağara",  "Balıq", 



70

"insan"  şəkilləri çəkən balaca qız mağaranı

balığa,  balığı insana oxşadır.  Ona görə də

qəlbində


öz

nağılını


düzür,  qoşur.  Onun

nağılında bu dünyada əvvəllər dağlarda xeyli

mağaralar, kahalar olub.

Günlərin bir günü,

Ayaq açıb yeriyiblər.

Bir yerdə durmaqdan bezikmiş mağaralar gah

qarnıüstə,  gah üzü,  gah böyrü üstə,  gah dizi

üstə, başı üstə yıxıla-dura

Axışıblar

çaylara, dənizlərə,

balıqlara dönüblər.

Bacalarına su dolub,  bir cüt göz olub və

mağaranın ağzı balıq ağzı olub".

Balıqlar suda da cana doyub.  Yenidən

çıxıblar üzə.  Gəldikləri sahillərə sürünüblər. 

Mağaraların

kələ-kötür

divarları suda

olan

pulcuqlara çevrildiyindən süründükcə balıqların o



pulcuqları tökülür.  Ürəklərində təpər tapıb,  o

pulcuqları çırpıb töküb, "dönüb olublar insan". Öz

ilkinliyini unutmayan insan evlər tikib,  yollar

çəkib,  bütün dünyanı gəzib dolanıb,  onun sahibi

olub.  Dünyanın hər misqalında insan izi axtaran

şair nə istəyirsə onu yaradır.  İlk insanın suda, 

quruda izləri axtarılır və o izlərdə insan arzusu

əsasdır.  Bəli insan arzusu.  O insan ki,  sudan

çıxdı,  evlər

tikdi,  qurdu,  yaratdı,  arzuları

tükənmədi, başının üstündəki mavi səmaya, boş


71

kainata


baxdı, 

möcüzələr

axtardı, 

gözləmədiyindən də qəribə möcyzələr tapdı. İndi

də göyləri fəth etmək istəyir.  Quş olub uçmaq, 

buludlara qoşulmaq istəyib,  arzularına çatıb. 

Burada insan arzusu,  istəkləri,  həmişə yenilik, 

macəralar gəzən insanın qorxusuz,  hürküsüz

yaşamaq fantaziyası baş alıb gedir.  Deməli, 

Fikrət Sadıq insanın ilkinliyini daşda,  suda

axtarır. Bu axtarış yeni deyil, kökə dönmədir bu. 

İlkinlərimiz də suyu, Dağı, Daşı insanın yaradıcısı

hesab etmişlər və bu inamın işqığında möhtəşəm

bir


mifik

dünyalarını

qurmuşlar.  O

mifik


ünsürlərdə də insan daima yenilik arzusundadır. 

Bir yerdə qərar tutmaq istəməyən insan quş

olmaq istəyir,  ağac da,  bulaq da,  dərya da, 

göylərə uçmaq üçün qanadlı olmaq da-nə

istəyirsə istəsin insan,  onun istəyində ancaq

yaşamaq istəyi,  yenilik duyğusu əsasdır.  O,  bir

yerdə qərar tuta bilməz. Ç ünki onda elə bir duyğu

var ki, bu duyumdur insçanı dəyişən, dəyişdirən, 

aliləşdirən,  möhtəşəmləşdirən.  Kim nə bilir, 

qayalar,  mağaralar balıq olub,  balıqlar insan

olub….  Bunlardan insan necə yaranıb?  -sualına

romantik cavablar deyilmi?  Fikrət Sadıq insanı

burada aliləşdirir.  O insanları ki onları sevir.  O

insanları ki,  beşikdən qalxanı böyük arzuların

qucağında çırpınır.  Onlara yetişmək ümidi, 

arzusuyla

çalışır,  mübarizə

aparır


bu

mübarizə onları ümidlərin qoynunda yaşadır. 



72

çoxlarını dəyişir,  adilikdən ülviyyətə,  insanlıqdan

şəhidlik zirvəsinə qaldırır,  onun daima yeniliyə, 

tərəqqiyə səsləyir. 

İnsan bu yolda yıxılır, durur, çiçəklənir, solur. 

Şairin lirik qəhrəmanının qəlbində istəyi təkcə

yaxşılıq olmayan insan xəbisliyi də bir qorxu

yaradır.  Fikrət Sadıq "qorxu"  məfhumuna ötəri

baxmır.  Bu dünyasının pisini-yaxşısını,  ağrısını-

acısını, şirinini duyandan ömür yollarının enişini-

yoxuşunu görəndən şair "qorxur".  Bu qorxudan

çox ehtiyatdır.  Dünya ölümlü-itimlidir.  İnsanlar

xeyirxah və daşqəlblidir, paxıl və mərddir, acı dil-

şirindildir,  səmimi və kobuddur.  Yaxşını,  pisi

qanmayan nadandan,  yaxşıya göz yumub pisi

tərifləyən ikiüzlüdən,  üzünə dost,  arxasınca

düşmən olandan qorxmamaq olmaz.  O,  təmiz, 

saf insan olduğundan

Quru böhtandan

Qırmızı tərifdən

Ağ yalandan qorxuram.

-deyir və şairin qorxuları da bəşəridir.  Sülhlə

müharibə,  yaxşılıqla yamanlıq üz-üzə duranda

dünya özü qara geymirmi?  Bundan qorxmamaq

özü qeyri -insanilikdir. Hər kəs yaşadığı dünyanın

əkslikləri ilə qoşadır.  Doğruya çəpər çəkilirsə, 

yalana hədd qoyulmursa,  mərdi qova-qova

namərd edirlərsə niyə də qorxmasın.  Bu

qorxaqlığın arxasında insanın öz insani ləyaqətini


73

qoruyub saxlamaq məsələsi durur.  Ona görə də

üstüörtülü şəkildə

Həmişə qoçaq olmaq çətindir bu

dünyada,

Hərdən bir də qorxaq olur adam-

deyir.

F.Sadığın



"işıq"  şerlərində

insan-dünya-

kainat var.  Bu şerlrində işıq fəlsəfi,  bəşəri bir

ucalıqdır.  Bu

ucalıqda

vəhdət


tamlıq


ölçüsüzlük,  nəhayətsizlik,  əbədilik var.  Onun

şerlərində torpaq,  insan,  vətən,  zaman,  dünya, 

işıq anlayışları bir-birilə vəhdətdəir.  İşıq,  od

xalqımızın sitayiş yeri,  inam ocağıdır.  İşıq şairin

şerlərində zamanla-həyatla bir yaranıb.

İşıq inamlarımızda "Avesta"dan əvvəllər də

mövcud idi.  "Avesta"da od özünəməxsus bir

poetika ilə bəzənib.  Fikrət Sadıq bu obraza yeni

çalarlar vurub.  İşıq saflıqdır,  işıq yenilikdir, 

tərəqqidir.  Fikrət Sadıq yaradıcılığında işıq

böyük,  əvəzsiz bir məfhumdur,  varlıqdır.  İşıq

Günəşin timsalıdır. İşıq həyatdır, şairin nəzərində

işığın yaşı dünyanın yaranışından başlayır.

Bir cazibə burulğanına düşüb

Əbədi dolanmaqdan:

Bir çınqı alışdı haçaqsa.

Bir topa dumanlıqdan.

O gün doğulan çınqı,

Günəş oldu, Kürə oldu, közərdi.


74

Dövrəsində

halay

vuran


planetlər,

Ondan qopan gözlərdi.

Yer o gözlərin ən gözəlidir,  çünki sonsuz

səma səltənətində "bəlkə də ilk odlu-sulu torpaq

kimi qəbul etdiyi Yer kürəsinin astronomik

qanunlarını şair poetik bir dillə vəsf edir.  Yer

Günəş ətrafında fırlanır,  Günəş şairin şerində

"başına


dolandırır

bizim


Yeri". 

Başına


dolandırdığı Yer kürəsinin sakinlərini-insanlarını

sevdiyindən, 

insanın

dünyaya


gələcəyini

əvvəldən bildiyindən dəryalarında,  dənizlərində, 

çaylarında,  neftində,  qazında

"işıq


yığıb

saxlayıb", "gizlətməyib yerdən heç nəyini".

Zaman və məkan qütblərini yalnız işıq sürəti

birləşdirə bilirsə, ən böyük tamlığı və vəhdəti işıq

sürəti

mümkün


edirsə,  onda

şair


poetik

fikirlərində nə qədər haqlıdır:

Amalı işıq olub

işığın hər zaman.

Yaşda hamıdan böyük,

Hünərdə hamıdan iti,

Mərdlikdə hamıdan ulu,

Səxavətdə Günəşə tay,

ucalardan uca,

Həmişəcavan, həmişə

Əbədi işıq.


75

İşıq F.Sadıq şerlərində elə bir tərif alıb ki, 

fiziklər,  riyaziyyatçılar,  astronomiklər işığa belə  

tərif verə bilərdilərmi görən?

Doğra, parçala, kəs, sındır.

Böl, quyuya at, as işığı.

Yenə işıq olacaq.

Bütövü də işıqdır, zərrəsi də.

Rəngi də işıqdır, səsi də.

Həcmi də, tutumu da, biçimi də.

İşıqdır, işıqdır, ancaq.

Əsrlərin zülmətini yara-yara

qorxudulsa da,

gizlədilsə də,

işıq olub insanlara.

-deyir və özünü işıq övladı kimi vəsf edir. 

İnsan harda olursa-olsun işıq axtarır,  sevgi də, 

ünsiyyət də,  söz də işığa "möhtac"dır.  Gecə də, 

gündüz də insana işıq gərəkdir.  "işıqdan

doğulmuşuq,  işıqdan"  israrla deyir və insanın

əməlində,  qəlbində də işıq gəzir,  onun insani

keyfiyyətlərini işıqla, onun çəkisi ilə ölçür:

Qəlbində işığı çox olanın,

Ocaq söndürə bilməz əli.

Söndürmək istəsə də gəlməz əli.

İşıq ədalətlidir,  düzdür,  haqqına tapınandır. 

Yaxşılara ana olan,  yalanlara gülən işıq bir

Obrazdır.  O,  Gecələr yanır,  gündüzlər var, 

dünyanın hər üzünü görür və ona görə də"çox

görüb,  çox bilir işıq".  İşığın adında bir həqiqət



76

var. O yalanı sevmir, hiylədən uzaqdır, o mərddir, 

Prometey

onu


oğurlayıb

insan


övladına

çatdırmaq

istəyəndə,  allahlar

allahlıqlarıyla

qorxub,  bunu "gizlətsə"  də od qorxmadan, 

yarpağı yandırıb keçib,  "məni aparırlar"  deyə

comərdlik edir,  həqiqətin işıq üçün əvəzi yoxdur

və ona görə də mayasına qatılacaq haramı

istəmir.  İşıq eyni zamanda səbirli,  dözümlüdür. 

İnsan övladına gərəkliliyini bilib tələsmədən ona

çatacağı günü

də dözümlə gözləyir.  Şair

Prometey

tərəfindən

oğurlanıb

insanlara

çatdırılan

işığa-oda,  onun

insan

övladının



səadəti,  firavanlığı naminə istifadəsinə poetik

məna verir. İşıq obrazdır. İşıq Fikrət Sadıq üçün

öz əqidəsi uğrunda döyüşən,  əzilən,  vurulan, 

vuruşan,  hər cür əzablara sinə gərən mərd, 

azadlıq

mücahidini



xatırladır. 

O

azadlıq



mücahidini ki,  işini,  ömrünü vətənin,  xalqının

xoşbəxtliyi naminə qurban verdiyindən xalq üçün

müqəddəs,  işıqlı bir yolun yolçusu olduğundan

sevilir,  xalqın,  vətənin işığı,  ziyası,  nuru kimi

yüksək

qiymətini



alır.  Taleyini

insanların

xoşbəxtliyi naminə qurban verərək öz xalqını

insanları necə sevirsə, işıq da onları elə sevir. Bu

işıqda bir yanımcılıq var,  inadkarlıq var,  cəsarət

var, dözüm var…. İnsan xoşbəxtliyi naminə işıq o

qədər fədakardır ki,  "mumda"  əridib şam

döndəriblər,  insan kimi "qəlbini şan-şan"  ediblər, 

ocaqda qaynadıb "dağ"  ediblər,  şüşə qəfəsə


77

salıb "dustaq"  ömrünü yaşadıblar,  hətta Nəsimi

tək dara çəkiblər, amma şöləsini, işığını, nurunu, 

insana bəxş etdiyi sevincini duyub,  "bir dəfə də

incimədi, küsənmədi taleyinə".

İşıq Fikrət Sadıq üçün budur.  İşığın ömrü

insanın ömrü kimi mənalandırılır.  İşıqla üzbəüz, 

təkbətək söhbətində şairin daxili aləmi, duyğu və

düşüncələri özünün təzahür formasını,  bədii

ifadəsini

tapır.  Milli-mənəvi,  etnik,  əxlaqi

dəyərlərimizə söykənərək yazılır Fikrət Sadığın

şerləri.  Kainatın təməl daşı kimi vəsf etdiyi işıq-

od yaxşı ki var.  İnsan ağlını,  düşüncəsini işığa

bənzədən şair "bəşərin yoludur,  işığın yolu"-

deyir.


Bəxtiyar Vahabzadə:

Azərbaycan oğluyam,

Odu Allah sanmışam.

Anam torpaq,

Atam od,

Mən oddan yaranmışam

-deyirsə,  Fikrət Sadıq oda bağlılığını bu cür

tərənnüm edir:

Mən lap uşaqlıqdan vurğunam

oda.


İşıq axtarardı gözüm hər axşam.

Anam lampamızı gec yandıranda

"Cızza, 

cızza" 


deyib

çox


ağlamışam.

78

Hələ indiyədək qalıb yadımda

Əlim yana-yana od qaladığım.

İlan gözündəki parıltını da

İşığa oxşadıb qamarladığım.

Hörmətli şairimiz Musa Yaqub onun işıq

mövzusunda

şerlərində

nələr

görmür:"ilan



gözlərində olsa belə o işığı, o parıltını qamarlayıb

tutmaq istəyən Fikrət.

Ömrünün

bütün


mərhələlərində

Fikrətin


içindən keçən o işıq onun  şerlərinə, misralarına

axıb keçib, oxucularının ürəyinə ümid işığı  verib, 

yaşamağa inam işığı paylayıb.

İşıq olmasa gül-çiçək üstə şeh parlamaz. İşıq

olan yerdə inci var, üzük qaşı var, zərgər işi var. 

Məhz Fikrət könlünün işığıyla  şerdə söz üstündə

zərgər işi görür,  inci yaradır,  sözə rəng vurur, 

üzüyə qaş qoyur. Budur əsil söz sənəti".

F.Sadığın şerlərində insan təbiətindəki işıq

xeyirxahlıq,  nəciblikdir.  İşıq obrazı onun bütün

yaradıcılığından qırmızı bir xətt kimi keçir və

"İşığın yaşı"  kimi poemanın mövzusuna çevrilir. 

Lirik assasiasiyalar silsiləsi kimi yazılmış bu

poemada işıq obrazı insanın mənəvi tarixinin

əsas başlanğıclarından biri kimi poetikləşir".

Cənub


qütbünün

buzlaşmadan

əvvəlki

dövrünün


xəritəsinin

tapılması

haqqında

danışılan sözlərə şair həm inanır,  həm inanmır. 

Atlantida adlı dünyanın varlığına,  orda bütün

canlıların dil açıb danışmasına inanır da, inanmır



79

da. İnsan övladı bilir ki, harda sülh əmin -amanlıq

varsa,  harda səmimiyyət varsa orda gülüstan

olar.  Bunları bəlkə həqiqət,  bəlkə fərziyyələr

hesab edib eşitdiklərinə inamında şübhələr

dolaşan şair fəqət dəhşətli bir şeyə inanır, özü də

heç bir şübhəsi olmadan inanır.  İnanır ki,  "atom

dolu raketlər" qitələrdən qitələrə uçuş etsə, onda

Nə dünya qalar, nə xəritəsi.

Nə Atlantida əfsanəsi.

Nə də balıqların səsi.

"Dövrlər"  Fikrət Sadığın eyni adlı şerində

ayrıca bir mövzudur.  Dövrlər silahına,  Allahına, 

günahına görə məşhurdur.

Daş-Tunc-Mis dövrü

Bu

üçü bir yerdə



parçalanma

və güc dövrüdür.

Sonra da

Ömürə,


kömürə,

dəmirə.


Ondan sonrakı dövrləri şair ən pis dövr kimi

qiymətləndirməkdə

haqlıdır. 

Müharibələr, 

ziddiyyətlər,  bir-birilə ədavət və bundan da

dəhşətli dərdlərin içində-"itib-batıb,  haqq-ədalət

dövrü".  Və o zamandan bəri davam edən çoz

"uzun"  çəkən "tarixin bu paxıl və xəbis dövrü" 



80

şairi dəhşətə gətirir və həsrətlə "qızıl dövrü, 

gümüş dövrü, mis dövrü" arzulayır.

Şairin özünün dediyi kimi bu xəbis dünyada

qazancı beton ev.  "ton-ton"  dərd,  qəm,  "misqal-

misqal" sevincdir.

"Mən adicə insanam" şerində şair yer üzünün

əşrəfi insanın gəldi-gedər olduğunu, dünyada isə

əməli qaldığını "Mən kainata baxılsa ən kiçik

zərrənin


mində

biriyəm" 

-deyir. 

Amma


"düşüncə"sinin

günəşdən


qətrə-qətrə

içdiyi


ziyasıyla,  zəkasıyla nələrə qadir olduğunu kim

bilmir.  O,  qabarlı əllərilə sahibini Veneraya, 

Marsa çatdıran insanın "fəqət adi olmayan, 

kainat kimi sonsuz,  işıqlı idrakı"  var.  Eyni

zamanda o idrakın sayəsində qazandığı,  gücü, 

qüdrəti,  arzu-niyyəti var.  Şairin nəzərində insan

belə böyük varlıqdır.

F.Sadıq insan övladının gücünü,  təpərini, 

qeyrətini,  əlinin,  qolunun qüvvəsini kor qoyan

silahlara qarşıdır:

Hələ tüfəngi görüb,

İnsana acıdı Koroğlu.

Dedi:

"Hünər getdi



Mərdlik getdi".

Bəs görsəydi atom yüklü raketi?

F.  Sadıq yaradıcılığında xoşbəxtlik gəzmir. 

Hərə


xoşbəxtliyi

bir


şeydə

görür.  Birinin

xoşbəxtlik sandığı şey,  digəri üçün istirab ola


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin