Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   ...   37

81

bilər.  Sipinoza xoşbətliyi insanın "Ağıl və

zəkasında"  öz aydın ideyalarında axtarmaqda

görürsə, 

F.Sadıq

xoşbətlik



haqqında

düşüncələrində

böyük

filosoflara



bənzəyir. 

Sipinoza bildirir ki, "insanını həqiqi xoşbəxtliyi və

səadəti yalnız onun müdrikliyində və həqiqəti

dərk etməsindədir.  Dünya insan üçün geniş

məfhumdur.  İnsan- dünya fəlsəfəsi müxtəlif

baxışları özündə yaşadır.  İnsanın dünyanı necə

dərk etməsi haqqında baxışlar zəngin və

müxtəlifdir:  "insan nə qədər dünyanı və özünü

dərindən dərk edərsə bir o qədər azad olar,… öz

hiss və ehtiraslarına düzgün nəzarət edə bilər. 

Dünyanın dərk olunması ruha ən ülvi sakitlik

verir.  Əsil xoşbəxtlik,  səadət,  nəşə,  sevinc

mənbəyinə çevrilir. Dünyanı və özünü dərk etmə

insana onun səadəti üçün son dərəcə vacib olan

təmkinlik

verir,  ətraf

mühitdə

baş


verən

hadisələrə səbrlə aydın,  ağıllı,  yanaşmağı,  tez-

tez özündən çıxmağı, hirslənməyi, qəzəblənməyi

öyrədir.". 

Şairin gözündə Ç örək bu dünyanın ən

qiymətli sərvətidlir. Gövdəsi saman çöpü olsa da, 

bütün yer kürəsi "Söykənib çiyninə"  deyir şair: 

hər evdə əziz,  müqəddəs sayılan çörək insanın

ilk kəşfidir görən? Odu Olimpdən gəlib, Prometey

oğurlayıb insanlara veribsə,  insanını özünün də

kəşfi balaca kəşf deyildir.

Ç örəyi ilk dəfə kəşf edib insan,



82

Ç örəyi tapıblar ana torpaqdan.

Ç örək insana torpağın verdiyi gücün rəmzidir. 

Ç örək təkcə yaşamaq üçün yeyilmir.  Ç örəyin bir

loğması nəyə qadir deyil? 

Yeddi dağ aşırır təkcə bir loğma.

Bu doğma torpağın gücü deyilmi.

Ç örək torpaqdan cövhər,  günəşdən nur alır. 

Kəhrəba rəngli,  qızıl sünbülsüz "arzular solar" 

deyə- şair onu nəvazişlə oxşayır.  Onu dən-dən, 

tel-tel olmağa səsləyir,  çünki onunla sevinir

insan.  Ç örək insan övladının qeyrət,  təpər

rəmzidir.  Ç örəyi bol olan vətən basılmaz.  Ç örək

insanı dost qapısına apardığı kimi,  düşmən

ayağına da aparmaq qüdrətinə sahibdir.  Ona

görə də şair ana torpağın kəhrəba rəngli buğda

zəmilərini oxşayır,  sevir,  çöllərinin,  çəmənlərinin

sünbüllə bəzənməsini arzulayır və istədiyi də

budur ki,  "vətənin çörəyi bol olsun gərək".  Bəli

gərək çörək bol olsun ki çörəyə olan ehtiyac ona

dost - düşmən qapısı döydürməsin.  Ç örək şair

üçün


dünyanın

hər


cür

var-dövlətindən

qiymətlidir. Şirvanın, Muğanın bərəkəti, buğdanın

bir ovucunu bir ovuc mirvariyə dəyişməz şair.

Dünya insanı qayğı,  qüssə,  dərdlə yükləyib. 

Bəzən bu dərd,  qəm şairin lirik qəhrəmanını

"çaşbaş" salır və bu çaşbaşlıqda dərd də özünü

itirir.  Səbrini dalğalar "oy"muş insanın nə üz

tutulası ada, nə söz deyiləsi adamı, nə yaxın bir

sirdaşı qalır.  Bomboş qəfəsə bənzətdiyi ürəyinə



83

yaxın qardaş-bacı yoxluğu, həyəcan, qüssə dolu

bu dünyadan şairə ancaq təlaş qalıb:

Dərd mənimlə tutub qurşaq.

Bilirəm ki, o yıxacaq.

Ömür boyu mənə ancaq

Yaşamaq yox, təlaş qalıb.

("Qalıb")

İnsan övladı üçün ümid həyatdır.  Ümidsizlik

ölümə


aparar

insanı.  Fikrət

Sadığın

lirik


qəhrəmanı ümidə də daha bel bağlamır.  Dərd

onu üstələyib, yaraları daha ağtırdır.

Yep yekə bir ümid istə.

Gətir qoyum yaram üstə.

Ölçüsü düşməz üst-üstə.

Yaram dərin-batar ümid.

Lirik qəhrəman fikirlərində təzadlıdır.  İnsanı

yarı yolda qoyan ümid, yaranın dərinliyində batan

ümid yenə "yoxdan"  yaxşıdır.  Ona da "taleyin

naxşı",  Allahın "bəxşi"  kimi baxır,  əl tutacağına

inanır.  Nə yaxşı ki ümid var,  o ümid ki,  insanı

ovundurur,  bəzən aldadır,  qışının,  baharının

gələcəyi ümidi ilə yaşayır insan.  Demək ümid

insan üçün yaşamağa,  inama çağıran bir

qüvvədir, yaxşı istəkdir:

Həyat ümidlə xoş olar.

Ümiddə bu cazibə var.

Ç əkib bizi də aparar.

Ömür boyu qatar-ümid.


84

Ümid- ömür çəkib aparan qatar. İnsan ümidlə

yaşayır,  gecənin zülmətinin günəşli gündüzlə

əvəz olunacağına ümidini itirmir,  pis,  çətin

günlərin ömrü az olacağına ümid edir.  Ç ətinə

düşəndə insan sabaha ümidlə baxır. Ümid insan

ömrünün həm də meyarıdır.  Bu ümid də elə bil

ruhun köməkçisidir, insanın qəlbinin harasındasa

gizlənib, ona lazım olanda karına gəlir, köməyinə

çatır.  Fikrət Sadığın yaradıcılığında ümidin

imkanları belə çox, zəngindir.

Şair üçün insan ömrü boyu çalışmalıdır. 

Onun arzuları,  işi tükənməməlidir.  İnsan işdə, 

hərəkətdə özünü görməlidir.  İşini qurtarmışlar

onun nəzərində ölmüşlərdir.  İnsan daima nə isə

etməlidir,  ömrünün axırına qədər,  elə son anına

qədər də:

Yaşasın işi yarımçıq qalanlar.

Son anadək narahat olanlar.

Ç ünki şairin nəzərində "işini qurtarıb ölənlər, 

çoxdan ölmüşlərdi". 

Azərbaycanın bu günkü ictimai-siyasi,  elmi-

texniki səviyyəsi özündən əvvəlki dövrlərdən

tamamilə fərqlidir.

Fəsillər imkan verir ki,  şair insan-ömür

haqqında düşüncələrini vəsf etsin.  Bahar qıza, 

yay oğlana,  payız ata-anaya bənzədilir.  Bar

gətirən,  qayğı çəkən Bahar fəsillərin "ağlayıb-

gülən"i,  həm də şairin nəzərində "sevginin, 

dözümün, inamın" son zirvəsidir. Bahar şıltaq bir



85

qıza,  yay dəliqanlı bir cavana,  payız mehriban, 

qayğıkeş ata-anaya bənzədildiyi halda qış qoca

qarı kimi təqdim edilir.  Şair insan ömrünü bu

fəsillərə bölür, dörd fəsli bütöv bir ömür kimi vəsf

edir və onu sənət aləmində dörd misrada

verilmiş,  bitkin bir şer forması olan rübaiyə

bənzədir və bütün bu tərənnüm etdiklərinin

səbəbkarı dünyanı bilir.

Dünya, bunlar sənin işindir,

Dörd əlin var sənin.

Dördü də uzun dünya!

Dörddür sənin üzün dünya!-

Yaz əliylə gətirən,  payız əliylə aparan,  yay

əliylə nur əliyən,  payızında yazı ağlayan

Dünyaya şair başqa bir ömür arzulayır.  Elə bir

ömür ki,  onun insan ömrünün payızı olduğu

halda Dünyanın payızı olmasın."qoy Dünya

həmişə bahar olsun!" -deyir şair və bilir ki, insan

gəldi-gedərdir,  "Dünya var olsun!  "  Dünyanın

əbədiliyini,  varlığını arzulayan şair onu sevir. 

Dünya sevgisi onun qəlbində yegənə məşəldir. O

məşəlin işığında dünyada onu əvəz edəcək

nəslini,  soyunu görür,  çünki bir nəvə eşqilə diz

çöküb Allahına "mənə bir nəvə bəxş elə"- deyib

dua edəndə də dünyanın varlığının etibarlılığının

işığında istəyini bəyan edirdi.  Dünyanın varlığını

arzulayan şair elə o varlıqda əzəli əbədi insanı

da görmək istəyir.  Dünya öz fəsilləriylə qoy

yaşasın.  Nə qədər həyat var,  insan övladı



86

yaşasın, elə o özü də razıdır ki, nə qədər ki həyat

var,  ona yaşamaq nəsib olsun,  ona xəzan

yağışlarını görmək nəsib olsun.  Dünyanın hansı

üzü olur-olsun insan üçün həyat deməkdir,  elə

qarlı qışı da, payızı da. Şair razıdır ki, dünya onu

qışına, payızına düçar eləsin, çünki bu payız ona

ömrünü xatırladır, özünü xatırladır:

Bir daha "payızdan nə qaldı"-

demə,


Bircə yarpağından yazmışam

hələ.


Bu gün payız mənə daha

əzizdir,


Kəsişib ömrümün payızı ilə.

Şair


təxəyyülünün

yaratıdığı qəribə

bir

oxşarlıq, bənzərlik misralardakı lirizm şairə imkan



verir ki,  ürəyindən keçən hissləri bu qarın

yaratdığı mənzərə daxilində açıb töksün.  Hər

tərəfə yağan qar ayaq altında əziləcək qar-çiçəyə

bənzəyir, insan onu tapdayıb üstündən keçsə bu

qar-çiçək əziləcək.  Bunun üçün isə "  təbiətin

haqqı yoxdur"  insanları qınaya.  Ç ünki insanın

əzizləri də o torpaq altındadır.  Qar yağması,

küləyin, şaxtanın onu buza döndərməsi, Günəşin

o buzu,  şaxtanı əritməsi,  qarın ağ nura

boyanması şairi mətləb üstünə gətirir: 

Qara baxıb,

Qara demək

Ağ yalandır.


87

Daha ağı,

Qara görmək,

Qaralandı.

Və şair qarı tərənnüm edir,  şişirtmədən, 

aydın,  təbii bir şəkildə və bir gün onun

"sürüşkən"lik bəhanəsiylə qazınıb kürünməsində

başqa


bir

məna


gəzir;  insanlar

arasında


yaxşıların, 

istedadlıların

mənən

məhv


edilməsindən narahatlığını ifadə edir.

F.Sadığın

qələmə

aldığı


mövzular

rəngarəngdir.  O müşahidə etdiyini,  gördüklərini, 

bildiklərini, onu narahat edən həyat problemlərini  

bədii sözün gücü ilə müxtəlif poetik formalarda

vermək

qabiliyyətinə



malikdir.  Hay-küydən, 

şablon ifadələrdən uzaq həyat həqiqətlərini

sənətkarlıqla

öz

əsərlərində



əks

etdirən


sənətkardır. Onun müraciət etdiyi mövzular-təbiət

gözəllikləri,  ata-ana sevgisi,  övlad məhəbbəti, 

müharibənin

törətdiyi

ağrı-acılar,  fəlakətlər, 

müasir həyat, ziddiyyətli cəmiyyət hadisələri, ailə

sevgi münasibətləri, müxtəlif şəxsiyyətlərin həyat

və fəaliyyətinin tərənnümü,  uşaqlıq illəri ilə bağlı

acılı-şirinli xatirələri təşkil edir.

Dünya təzadlarla dolu olsa da şair öz vətənini

təzadlar içində görmək istəmir.  Ç ünki o bilir ki, 

bütün


aləm

təzadlarla

doludur.  Bir-birinə

bənzəməyən barmaqlar,  qocaya-cavana,  ağa-

qaraya,

əsgərə-qoçuya



bölünən,  bir-birinə

bənzəməyən,  peşələri də müxtəlif insanlardır bu



88

düynanın sahibləri.  Hər canlının öz gücü,  hər

meyvənin öz dadı var,  bir ananın övladları bir-

birinə bənzəmir.  Vaxt da bir-birinə bənzəmir. 

Dünyanın bütün bu təzadlarında şair bir təbiilik

görür. Lakin onu insanlıq üçün qəbul edə bilmir. 

Bu duyumlar "Baş daşına yazılmış  biri vardı, 

biri yoxdu"  şerində də qəlb göynədicidir.  Şair

daşa yazılmış bu sözləri göz yaşına bənzədir. 

"Biri vardı"  ilə başlayan,  "biri yoxdu"  ilə sönən

həyat insan üçün nədir?-sualına cavab verir:

Uyu nağıl yaşlı yavru!

Torpağın qu tükü olsun!

Onsuz da bu dünyada hamını

"Biri vardı, biri yoxdu" yaşadır.

Şair "Biri vardı, biri yoxdu" nağıl başını yanıqlı

fəryada,  "daş beşikdə ana laylası"na bənzədir.  

"Biri vardı" ilə başlayır, "biri yoxdu" ilə həyat sona

yetir.  Nağıla bənzəyən ömür,    onun kədəri, 

qüssəsi,  dərdi,  itkidən doğan göz yaşı dolu bu

şerdə "budağında sınmış qönçə"nin başdaşına

yazılan yazı    şairin bu misraya geydirdiyi poetik

don həyat fəlsəfəsidir, insan fəlsəfəsidir,  olum-

ölüm fəlsəfəsidir.  Dünyanın bütün sevincinə

bərabər tutulan bir damla göz yaşının fəlsəfəsidir. 

İnsan üçün iztirab, dərd fəlsəfəsidir. Dünya sirlər

dünyasıdır,  bir yandan boşalır,  bir yandan dolur. 

Birinə sevinc,  birinə qəm,  birinə qönçəsində

solmaq, birinə artıq çəliyini belə əlində saxlamaq

imkanı olmamaq,  ömründən bezar yaşamaq, 



89

qocalıb əldən düşmək,  qismətinə yazılan tale

yazısı, yarımçıq ömür, əziz itkidən doğan kədər-

nə istəsən taparsan Fikrət Sadığın "Biri vardı, biri

yoxdu" misrasının içində. Bəlkə də nə qədər görə

bilmədiyimiz məsələlər var bu misralarda.  Bir

epopeyadır;  Yarımçıq insan ömrü haqqında

epopeya,  ümidlərin işığında yaşayan insan

haqqında,  ümidləri üzülən insan haqqında…  nə

ad verirsinizsə verin,  bu şer belədir, olduğu

kimidir.  Ölçüsü,  meyarı olmayan insan kədərini

duyan,  insanlığın qayğısını,  dərdini öz şəxsi

dərdi, qüssəsi kimi qəbul edən kövrək ürəkli, saf

insanların qəlbindən qopub gələ bilən bu

misralarda insan dərdi var.

Müharibə -insan həyatına ən ağır müsibətlər

gətirən dəhşətli kabusdur.  Fikrət Sadıq Böyük

Vətən müharibəsinin, İkinci Dünya müharibəsinin

dəhşətlərini yaşamış sovet adamlarındandır. 

Müharibə dövründə bütün sovet adamlarının

qapısını qara kağızlar döyüb.  Müharibənin ağrı-

acıların əsrlər keçsə də yaddan çıxmaz.  Fikrət

Sadıq

Macarıstanda, 



Berlin

yaxınlığındakı

döyüşlərdə qardaşı həlak olmuş belarus yazıçısı, 

dostu İvan Novikova "13-lər" adlı bir poema həsr

etmişdir. 45--ci ilin baharında həlak olmuş on üç

əsgərin qələbəyə az qaldığı bir vaxtda həlak

olmaları onu mütəəsir edir.  Onları "durna

qatarından"  ayrılıb qalan,  bahar buludundan

"qırılıb qaçan"  onüçlər adlandırır.  On üç əsgərin


90

qara mərmər başdaşları qarşısında dayanıb

düşüncələrə dalan şair dostunun qəlbindən

keçənləri ürəkdən duyur,  onun kədərinə şərik

olur:

Sən bu uzun yolu qardaş deyib gəlmisən,



Bu daşı deyib gəlmisən.

Təsəllindən əsa alıb,

Ümiddən çarıq geyib gəlmisən.

Sənin gözlərində oxudum davanı,

Sənin gözlərində gördüm davanı.

On üç məzarın önündə şam yandıran "əllərə

baş əyirəm" 

-deyən şair onları doğma, əziz adamları kimi

qiymətləndirir.

Müharibə çox ölkələri,  yerləri viranə,  çox

övladları yetim,  qadınları dul,  qocaları dilsiz

qoydu.  İkinci dünya müharibəsi tarixə Xatın

kəndinin müsibətini gətirdi.  Şair bu kəndi gəzir, 

müharibənin törətdiyi qanlı hadisələrin şahidi

olur,  müharibəni lənətləyir.  Hər qarışı "ötən

hərbin daşa dönmüş bir dastanı"  kimi gördüyü

Xatın kəndi öz görkəmi ilə insanların ürəyində

daş


kimi

asılıb


qalır.  Bu

kədər,  qüssə

dözülməzdir, çünki burda insan övladına, insanlıq

dünyasına divan tutulub.  İndi bu kənd bir

qəbiristan kənddir.  Bütün əhalisi yandırılmış, 

güllələnmiş, 

meşələri, 

bağçaları, 

əkinləri, 

quyuları,  doqqazları insansız qalmış,  ocaqsız, 

odsuz qalmış,  gəlin baxışlı,  Xatın görünüşlü, 


91

Xatın kəndinin sinəsinə çəkilmiş dağdır. O yerləri

gəzmək də mümkün deyil.

Sənin yaslı torpağına qədəm basmaq asan

deyil.

Zənglərinin naləsinə qulaq asmaq asan



deyil.

Ah çəkməklə qəzəb sönməz, amma susmaq

asan deyil.

Körpələrin yandırılıb, civil-civil,

Gəlinlərin güllələnib xanım- xatın,

Gəldim Xatın, gördüm Xatın.

Belarusiyanını Minski vilayətinin keçmiş Xatın

kəndinin yerində Alman faşist işğalçılarının

tamamilə

məhv


etdiyi

Belarus


kəndləri, 

əhalisinnin xatirəsinə yaradılmış bu kompleks

Belarusiya

Böyük


vətən

müharibəsi

tarixi

muzeyinin bir filialı kimi bu gün də bütün



muharibə sevənlərə, faşistlərə ibrət dərsidir.

Onun əsərlərində müharibə insanı fiziki və

mənəvi cəhətdən şikəst edir.  Bunlarda qəzəb, 

mərdlik,  dözüm,  ləyaqət,  müharibə törədənlərə

qarşı nifrət güclüdür.  Müharibənin qayğılarını

ödəmək üçün bütün işçi qüvvələrinin döyüşə

getməsi,  təsərrüfatın

qadın


uşaqların, 

qocaların öhdəsinə buraxılması,  ölkənin kənd

təsərrüffatının dağılması nəticəsində yaranan

aclıq,  qıtlıq,  çörəyin talonla verilməsi,  insanların

gecə-gündüz çörək növbəsinə durması onları

əvəz edən daşların düzümündə,  görkəmində


92

bədiiləşdirilir,  müharibəyə nifrəti artırır.  İllərlə

qardaş axtarıb,  məzarını ziyarət qisməti olmuş, 

mərmər məzarın önündə diz çöküb qardaş

faciəsinin ağrı-acısını, çəkdiyi əzabları gözlərində

gördüyü


dostu

şair


Novikovun

əzablarını, 

müharibənin insan övladınnı başına açdığı

müsibətləri ümumiləşdirir.

Müharibə F.Sadığın öz taleyində də az acı

izlər qoymayıb. O, müharibə şəraitində insanların

çəkdiyi əzabları görüb və onları öz şerlərində

daha təsirli verib.

"Ucadandanışan" əsərində balaca mantyorun

keçirdiyi hisslər tərənnüm olunur.  "45- mayı, 

Bayıl,  Krasin küçəsi"  ilə bağlı şairin balaca lirik

qəhrəmanının xoş xatirələri ilə bağlıdır. O balaca

mantyor ki,  "Uca daş binanın dənizə baxan sərt

divarına


ucadandanışan

bərkidib: 

o

ucadandanışan



gözləri, 

qulaqları

intizarda

olanlara "davanın" qurtardığını bəyan edib:

Analar, bacılar.

Gözünüz aydın,

Dava qurtarıb"

-bunu ucadandanışan dedi.  Balaca mantyor

da o sevinci, o şad xəbəri sahilə qaçıb, dalğaları

çağırıb onlara dedi,  "dənizdən muştuluq aldı",  o

sözün sehrində

Mantyor


var səsilə qışqırdı,

Üfüqə, günəşə:



93

"Dava qurtarıb".

Uzaq-uzaq adalardan

qayıtdı əks-səda:

"Dava qurtarıb".

Hələ də qulağımdadır,



O qayaların əks-sədası.

-deyən şair elə o balaca mantyorun özüdür. 

Müharibəni görməsə də onun acılarını dadmış

insandır.  Uşaqlıq

illəri

müharibə


vaxtına

düşəndir.  "Ağ cığır"da o yaşıdlarının çəkdiyi

əzabları, 

qüssələri, 

müharibənin

insanlara

gətirdiyi fəlakətləri ümumiləşdirir. Cəbhəyə qaçan

üç uşaq-qoçaq əsgərlər tərəfindən geri qaytarılır. 

Atasından gələn qara kağıza dözməyən balaca

qoçağın qəlbində düşmənə nifrət odu alovlanır. 

Onun intiqamını almaq üçün özünü cəhbəyə atan

oğlan "mən dərddə olsa əgər,  mən yaşda da

əsgər olar"- deyir.  Dərd-qəzəb,  kin,  nifrət onu

müharibəyə, cəbhəyə səsləyir. Bənövşə adlı zərif

bir çiçəyə bənzədilən qızcığazın heç kimi

olmadığından-yalqızlığından cəbhəyə qaçırdı. 

"Bircə atası vardı,  o da cəbhədə"  idi.  Möhtac

olduğu ata səsinə:

Yaxşısı budur kəsin dilimi,

Amma yolumu kəsməyin, əmilər!

Qoyun bircə dəfə görüm,

Lap uzaqdan görüm nolar

Ümidimi, təsəllimi".


94

Üçlərdən biri- on üç yaşlı, onlardan bir qədər

böyük oğlan sənət məktəbində oxuyurdu və artıq

"əlim tüfəng tutur daha" fikriylə cəbhəyə can atır. 

Onu tutsalar da, geri qaytarsalar da: 

Tutmayın dörd bir yanımı,

Mən onsuz da qaçacağam

-söyləyir.

İpə-sapa yatmayan bu qoçaq əsgərlərə söz

gəlməməsi

üçün, 

kimisə


zərbə

altında


qoymamaq üçün qaçmağa yollar axtarır və belə

qərara gəlir ki "komandirin qabağından "qaç"sın. 

Fikirlər

içində


çırpınan

uşaq


leytenantı

tutmasaydı "yıxılacaqdı az qala".  Elə bu anda

oğlanın yadına bir nağıl düşür.  Ova çıxmış şah

öz adamlarıyla bir ceyranı mühasiryə alır,  hər

tərəfdən dövrəyə alınan ceyran can hayında, şah

isə əylənməkdədir. Şah əmr edir ki:

"Kimin başı üstdən atılsa ceyran

o atlı keçəcək başından".

Ceyran bu anda "ox kimi sıç"rayıb şahın

başının üstündən yoxa çıxır.  Lirik qəhərman bu

nağılın

şirin


xəyalları

içərisində

uçarkən, 

leytenant "üzüquyulu" qara yıxılır. Oğlan bundan

istifadə edib üz qoyur qarın üstüylə qaçmağa. "ta

dənizəcən yıxıla-dura"  qaçan balaca qoçaq onu

heç

kimsənin


qovmadığını

gördükdə


təəccüblənir.  Çıxa bilmədiyi qar-ağ cığır zolaq

onu geri qayıtmağa səsləyir:

Ağ zolaqda ay nuru,


95

Ağ zolaqda aydan arı,

Sudan duru olur insan.

Şairin balaca qəhrəmanı öz işindən peşiman

olub vağzala qayıdır.  Əsgərlərin leytenantın

yaralarını sarıdığını görür.  Yaralı leytenanta

baxan Bənövşənin,  qıvrımsaçlı o balaca oğlanın

kədər


dolu

baxışlarını görür.  Qaçdığından

peşiman olur. Krım döyüşlərində ağır yaralanmış, 

hələ


yaraları

sağalmamış

leytenantın

yaralarından axan qan onun taleyinə acıyan, 

müharibənin dəhşətlərini bu balaca yaşında

görməsinii istəməyən və buna görə də onun

cəbhəyə

getməsinə



mane

olan, 


evinə

qaytarmağa çalışan leytenantın yanında diz

çökür:"qaçmaram daha" deyir. Qıvrımsaçlı oğlanı

anasına,  balaca Bənövşəni uşaq evinə,  üçüncü

uşağı "İşıqçı"  məktəbinə qaytarırlar.  İndi o işıqçı

oğlan illər keçsə də qaranlıqdan işığa,  ölümdən

onu həyata,  gələcəyə qaytaran o leytenantı

axtarır. O qarlı günlərin acı xatirəlri içərisində lirik

qəhrəman

qıvrımsaçlı

oğlanı, 

Bənövşəni, 

leytenantı,  onun yaralarını sarıyan əsgərləri

xatırlayır. Onları o qarlı, acı xatirələrin şahidlərini

arzulayır.

Amma qayıtmasın o günlər,

O günlər qayıtmasın!

-deyə müharibənin vurduğu zərbələri görmüş, 

canında, taleyində, həyatında ağrısını çəkmiş bir

insan kimi lənətləyir,  o günləri bir də görmək



96

isitəmir.  Ç ünki o günlər -müharibə,  facəiələr, 

dəhşətlərlə

dolu


idi.  Ölüm

yuvasıydı,  o

müharibədə şair əzizlərini itirdi. Müharibəyə lənət

oxuyan qəhrəman o illərin aclığını, yalnız bir tikə

çörəyin həsrətini çəkənlərin,  çörək dükanlarının

qabağında növbə çəkən yorğun qocaları,  qoltuq

ağacına söykənib saatlarla növbə gözləyən

yaralıların, qoca qaprıların baxışlarını göz önünə

gətirir,  müharibəyə lənət oxuyur.  Onun kimi

müharibənin dəhşətlərini yaşamış şairin ümid, 

həsrət,  sevgi,  məhəbbət,  doğmalıq hissi ilə

xatırladığı Qərənfil,  uşaqlıq illəri,  insanları,  hətta

balacaları bir-birinə yaxın,  doğma edən bir

ümumi qayğı-müharibənin törətdiyi qayğılar, 

insan övladının xoşbəxtliyini,  sevincini,  ümidini, 

gəncliyini,  sevib-sevilmək duyğularını əlindən

alıb-bütün diqqəti özünə cəlb etmək istəyən

eqoist,  murdar,  çirkin müharibəyə lənət onları

birləşdirir:

Bizi yaxınlaşdıran

Bəlkə məhəbbət imiş,

Qayğısız ilk məhəbbət.

Bəlkə də həsrət imiş.

Bəli,  bu idi onları bir-birinə bu qədər

yaxınlaşdıran

müharibənin

əllərindən

aldığı


əzizlərinin görmək həsrəti:

Sənin "qardaş" həsrətin,

Mənim bacı həsrətim,

Onda şirin həsrətim,



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin