Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   2   3   4   5   6   7   8   9   ...   37

32

dövrümüzün bu atom və hidrogen bəlalarının

insanlığa gətirdiyi və gətirə biləcəyi böyük

fəlakətlərdən danışır,  bəşəriyyətin gələcəyinə

məsuliyyətsiz

yanaşan


müharibə

iştahlı


imperialist dövlətlərin qanlı cinayətini lənətləyir".

Şair


bu

şerində


milli-coğrafi

sədlərə


sığmayaraq bəşəri ağrları,  beynəlxalq miqyaslı

əzabları hamıya doğma bir dillə böyük bir

üzgünlüklə təsvir edir.  Onun dünyası Xirosima, 

Naqasaki faciələrini- dünyaya,  bəşəriyyətə hələ

bu gün də ibrət dərsi omayan o vəhşi bir faciəni

yaşayıb. Bu gün də o yerlərdə torpağa, insanlara

mühitə

dəyən


əzablar

yaşanılır.  Gözsüz, 

burunsuz,  qulaqsız,  qolsuz,  eybəcər,  şikəst

doğulan yapon uşaqlarının dərdi bəşəri bir dərd

kimi qəbul edilməlidir və şair haqlı olaraq bildirir

ki, bu dərdi-bəlanı Allah yox, insan törədib. İnsan

nəinki yaşadığı ərazinin,  eləcə də bu gün

dünyanın qəniminə çevrilə bilər. Eyni zamanda o

özünün də belə anlarda düşmənidir.  Axıdılan

günahsız


qanlarda

ədalətsiz

müharibənin, 

törədilən faciələrdə,  dəhşətlərdə insan əli var. 

Yanıb torpağa qarışan Osvensim qurbanlarının

külə dönmüş cisminin faciəsində insan əli var. 

İnsanlar bunu unuda bilər,  lakin torpaq heç vaxt

unutmur,  onun da yaddaşı var,  özü də qan

yaddaşı.

Şair bilir ki,  o dərdi ki,  torpaq çəkib,  onu

unutmayacaq.  Qərinələr ötəcək,  o qərinələrdə


33

torpaq gördüyü,  yaşadığı faciələri yaşadacaq.  O

faciədə

əzizlədiyi,  bəslədiyi



insanların

əli


olduğunu da unutmayacaq. 

Təhsin Mütəllimov yazırdı:  "Şairin siyasi-

ictimai məzmunlu şerlərində bir motiv daha

qüvvətli səslənməkdədir.  O da müasir insanın

sülh və əmin-amanlıq arzularıdır.  XX əsr

vətəndaşının gələcək taleyi məsələsidir".

İnsan nağıllarında uçan xalçaları elmiylə, 

zəkasıyla təyyarəyə,  neçə-neçə uçan varlığa

çevirib.  Nağıllarını

gerçəkləşdirib,  ümidlərini

göyərdib.  İnsan o təyyarələrdən uçan quş

qanadlı arzuların qoynunda yaratmaq eşqilə

yaşayan insanları məhv etmək üçün "oturacağın

altına dinamit qoyub"  təyyarəni partlatmaq da

istəyib.  İnsanları məhv edən silahlar hazırlayıb. 

Bir


anda

yer


kürəsini

yox


edə

biləcək


"knopka"ların

idarəedicisinə,  istehsaledicisinə

çevrilib.  Təzadlı

fikirlərinə

görə

bir-birinə



bənzəməyən insanlar,  onların əməlləri Fikrət

Sadıq şerlərində ən qayğılı,  dərdli mövzulardır. 

Onun

şerlərində



insan

obrazı


böyüklüyü, 

nəcibliyi,  dahiliyi,  müqəddəsliyi

ilə

yanaşı, 


cılızlığı,  paxıllığı,  vəhşiliyi,  qaniçənliyi ilə də göz

önündədir.  Milyonların bu dünyada arzularının

arzusu yaşamaq,  yaratmaqdırsa,  o milyonların

nadanları da var ki, bir gün də onların arzularını

gözündə qoyar...  Onun xilqətində şər-ölüm də

var. Ona görə də Fikrət Sadıq insan əməlində bu



34

ikiliyi yaxşı görür və qələmini dünyagörüşünə

uyğun bir dillə kökləyib belə insanların da

obrazlarını yaradır ki,  dünya yaxşılardan xali

deyildir, insanı düşünməyə, düşündürməyə vadar

edir. Onun poetik qələmində iki insan obrazı var; 

bir qüvvətli qələm sahibinin-rəssamın yaratdığı iki

obraz.    Hər kəs o obrazın daxilini üzündəki

cizgilərdə görür.  F.  Sadıq o cizgiləri sözlə ifadə

edəndə rəssam təxəyyülündən də yararlanır:

Bir Xeyir var, bir də ki şər.

Şərə qaçan şərə düşər.

Şərdən uzaq qaça bəşər,

Alçaltmaya şər adamı.

Budur şairin insan üçün arzuladığı,  bəşər

üçün etibarlı bildiyi dünyanın,  bəşəriyyətin əbədi

varlığına mane ola biləcək qüvvələr və bundan

narahat


olan

insanların

keçirdiyi

mənəvi


iztirablar.  Xeyirlə şərin yaşadığı bir dünyada

yaxşıyla pisin mövcud olduğa aləmdə pisdən

qorunmaq, dünyanı qorumaq yaxşınını arzusudur

və ona görə istəyir ki,  insan şər əməllər sahibi

olmasın, şər insanı alçaltmasın.

F.Sadığın

şerlərində

narahatçılıq, 

gördüklərindən,  yaşadıqlarından sevinc duyma, 

həyatında,  dünyada,  cəmiyyətdə baş verən

təzadlı hadisələrdən qüssələnmə,  fikirçəkmə, 

tökülən nahaq qanların dərdini içinə salma var. 

"Üçüncü simfoniyanı dinlərkən" şerinin:

Saçları qarışmış



35

dünyamızı.

Raket ucları

darayacaqmı,

Yoxsa kotan dişləri?

-misraları

üzərində

düşünən


proffessor

Təhsin Mütəllimov yazır:  "Bu misralarda şair XX

əsrin mürəkkəb təzadları içərisində yaşayan

bütün insanların öz zamanlarına olan ən ciddi

sualını təkrar edir.  Bu misralar arxasından şair

vətəndaşın öz əsri haqqında narahat düşüncələri

vardır. Axı bir yandan ölməkdə olan adama süni

ürək və ya böyrək qoyulması üçün insan

xarüqələr,  möcüzələr yaradır,  digər tərəfdənsə

insanların daha kütləvi və daha vəhşi qırğını

üçün yeni yollar axtarılır, silahlar düşünülür… bir

yandan süni insan-robot ixtira olunur,  digər

tərəfdən

canlı


insan

bəzən


"sağalmaz

dərdlərdən"  gözü baxa-baxa son saatlarını

saymalı olur.  Bütün bunlar əsrimizin ən böyük

təzadlarıdır.  Fikrətin poeziyasındakı müasirlik

nəfəsini və siyasi-ictimai pafosunun əsil mənbəyi

məhz belə həyati və fəlsəfi mövzulardadır.  Bu

mövzular Fikrətin bütün yaradıcılığında qüvvətli

bir xətt təşkil edərək, onun ictimai mündəricəsini

daha da zənginləşdirir."

F. Sadıq yaradıcılığında insan mövzusu geniş

və əhatəlidir.  Bu şerlərdə insana,  onun yaxşı və

pis


əməlinə, 

əməyinə, 

dostluğuna, 

qəhrəmanlığına,  zəngin və cılız aləminə şair



36

müxtəlif


aspektdən

yanaşır.  Və

hər

biri


mükəmməl,  bitkin bir mövzudur.  Bu mövzuların

qəhrəmanı insandır.  Orada elə insanlar var ki, 

arzuladığını

tapa


bilməyəndə,  o

arzuların

əlçatmazlığını

görəndə


onları

nağıllarına, 

yaratdığı əsərlərinə köçürür.  Göylərə uçmaq, 

qanad açmaq istəyən insanlar əlinin zəhmətilə, 

beynini, zəkasının fəaliyyəti ilə qanadlı quşlardan

da yüksəkliklərə qalxdılar.  İnsanlar öz arzu və

istəklərini,  quş qanadlı ümidlərini Qobustan kimi

neçə-neçə

qayalarda, 

daşlarda, 

Misir

ehramlarında, şairin dediyi kimi:



Fidinin heykəllərində,

Füzulinin qəzəllərində

Öz qanadlarını qaytardılar.

Göylərə can atan,  qanadlanmaq,  uçmaq

istəyən insanların yaşamaq, yaratmaq, dünyanın

sirlərindən vaqif olmaq istəyi özündən sonra

qoyub

getdiyi


qabarlı

əllərinin

sayəsində

əbədiləşdi.  F.  Sadıq belə insanları sevir.  İnsan

arzusu,  sevgisi onun əməyidir,  qabarlı əllərin

yaratdığıdır.  Zəhmətkeş insan yaratdığıyla quş

qanadlı arzularına çatdı. Və daha irəliyə gedərək

bu "pöhrə atmamış yolun"muş qabarlı əllərin yox

etdiyi o "qanadların"  sayəsində dünyanın ən

böyük möcüzələrini yarat"dı.

"Əllər-qanadlar" şerində Fikrət Sadıq insanın

mənəvi


möhtəşəmliyini

göstərmək

üçün

"qanadlar"dan poetik vasitə kimi istifadə edir. Bu



37

şerdə müasir düşüncə tərzinə malik yeni bir lirik

qəhrərman tipi var. O,  hissi emosional cəhətdən

zəngin, həm də güclü analitik düşüncəsi olan lirik

qəhrəmandır.  "Dənizə bənzəyən göyə uçan" 

quşların hərəkətləri ilə "göyə can atan insanlar"ın

arzusuna qəhrəman ağlın işığında yanaşır. 

Faktın zahiri effektinə uymayır, onun mahiyyətini

araşdırır,  mənəvi intellektual aləminin zənginliyi

ilə insanın tarixi və şəxsi ləyaqəti, həyat və ömür

fəlsəfəsi tərənnüm olunur.  Göyləri fəth etmək

üçün qanadları olmasa da əllərinin zəhməti, gücü

ilə quşları belə kölgədə qoya bilir.  Qayalara

çəkilən


ilkin

şəkillər-

dünyanın

ən

böyük



möcüzələri kimi bəşər aləmində tanınan Misir

ehramları,  Qobustan qayaüstü rəsmləri,  insan

əlinin yaratdığı möcüzələr doğuran heykəllər, 

insan beyninin fəaliyyəti zəhmətə alışdıqca

qabarlı əllərin möcüzəsi və cismən qanadlardan

məhrum insanların əllərlə yaratdığı möhtəşəmlik

tərənnüm olunur.  Bədbinlik fəlsəfəsindən uzaq

insan qüdrətli zəkası ilə əvəzsiz bir idrak sahibi

kimi vəsf olunur.

F.Sadığın lirik qəhrəmanı şəxsi qayğılardan

uzaq olmayan narahat bir qəlb sahibi,  daima

düşünməkdə olan insandır.  O insan ki,  şairin

şe'rlərində bu dünyaya daşlardan və ağaclardan

sonra gəlib.  "Daş,  ağac,  insan"  şerində sərtliyi, 

kövrəkliyi, solmağı,  dözümü,  vüqarı,  yalqızlığı, 

susmağı


"daşdan",  göyərməyi,  qocalmağı, 

38

birləşməyi ağacdan xasiyyət götürmüş insan

ömrünün fəlsəfəsi var.  Bu şe'rdə insanın, 

dünyanın taleyi üçün nigarançılıq duyğuları

əsasdır.

"Ulduz


davası" 

şe'ri


Rəsul

Rzanın


"Kiberinetika",  "Pəncərəmə düşən işıq",  Bəxtiyar

Vahabzadənin "Baş","  Elm-əxlaq",  Əli Kərimin

"Metronun yaylı qapıları",  "Daş"  şe'rləri kimi

özündə dünyanın taleyi üçün nigarançılıq çəkən

insanın təlaş hisslərini ümumiləşdirir. Bu şe'rlərdə

olduğu kimi "Ulduz davası"  nda da lirik

qəhrəmanını bəşər üçün dünyanın özündə

yaratdığı,  icad etdiyi nüvə silahlarının onun

ilkinliyinə, 

təbii-bioloci

gözəlliyinə, 

əxlaq


bütövlüyünə, 

mə'nəvi


saflığına

ləkə


vuracağından

narahatdır.  Elmin,  texnikanın

sürətlə inkişafı insan övladının qarşısında yeni

problemlər qoyur.  Bir tərəfdən elmi-texniki-

tərəqqi insan həyatının firavanlığına,  xoşbəxt

gələcəyinə xidmət edirsə,  insanı sevindirirsə, 

digər

tərəfdən


"ekologiya" 

problemləri

çərçivəsində ümumi narahatlıq artır.  Ç ünki ETİ-

nin imkanlarından,  kəşflərindən öz hərbi-sənaye

komplekslərini inkişaf etdirmək istəyən dövlətlər

insan həyatı fenameni unudur,  təbiət-insan

münasibətlərini

pozur.  Atmosferə,  çaylara, 

dənizlərə

axıdılan


zərərli

maddələr


onları

çirkləndirir,  meşələrdən

vəhşicəsinə

istifadə


edilir,  torpaq

qəddarlıqla

istismar

olunur. 


39

Meşələrə,  çaylara,  göllərə vurulan zərbələr flora

və faunanı məhv edir və bu dünyanı dincliyini, 

sakitliyini düşünən insanları narahat qoyur. Buna

görə də şair də dünya üçün narahatdır:

İnsan-sən də dinc otur, dinc dur!

Bu yandan da sən başlamısan,

-misralarının arxasında nələr yoxdur;  İnsan

öz əməliylə dünyanı fəlakətdə qoymayıbmı? 

Meşələri yerlə-yeksan eyləyən insan,  dənizləri, 

çayları qurudan insan, milyonlarla suda yaşayan

canlıları məhv edən insan,    yaratdığı,  sınaqdan

keçirdiyi raket-bombalarıyla dünyanın tarazlığını

pozan  insan, tikdiyi, qurduğu zavod və fabriklərlə

atmosferin

evini


yıxan,  canlı-cansız

bütün


varlıqların kökünü kəsən insan,  sağlamlığımızı

kökündən


baltalayan

insan,  dünyanı

qan

çanağına döndərən insan şair demişkən "nə gəldi



əlinə yükləyir dünyanın belinə".  Əməllərindən

peşiman olmayan insanın "indi də ulduzlara əl

atm"asından narahatdır şair.  Ətrafını "quru

yurdda qoyan"  insan indi də ulduzlar aləminə əl

atmaq istəyir və şair bilir ki, bu dəfə də  qazancı

fəlakət olacaq.  Budur şairi həyəcanlandıran, 

qəzəbləndirən. Odur ki inadla tələb edir:

Döymə


qapısını, 

dəymə


qonşuna!

Qırma torun iplərini

Dəyişmə Yerin yerini.

Ulduzlar yağar başına!



40

Sənin davan bir qarışqa cəhdidir.

Bir arı sancmağıdır.

Qorx ki, məhv olasan

Dinc dur, İnsan!

O müasirləri kimi şe'rlərində təbiəti mühafizə

etmək, 

onu


qorumaq, 

kosmik


yenilikləri

dünyanın,  bəşəriyyətin e'tibarlı gələcəyini tə'min

etmək

məqsədiylə



aparmaq

ideyasını

dəstəkləyir.  Dünyaya qarşı xəyanət,  vətənə, 

torpağa,  başı üzərindəki göylərə,  təbiətə qarşı

xəyanət kimi bir şeydir.

F.Sadıq üçün həyat başqa bir məfhumdur. O, 

bu dünyaya gəldiyi üçün peşiman deyil.  Həyat-

ölüm fəlsəfəsi onun poetik qələmində şəxsi istək

və arzularının fövqündə vəsf edilir:

Bilirəm ki, öləcəyəm.

Amma

bir


bu

dünyaya



gələcəyəm.

Bir də gəlsəm, vallah, billah,

Öz işimi bəri başdan biləcəyəm.

Bu ömrümdən kam almadım,

O ömrümdə almalıyam.

Gördüyü haqsızlıqlar,  ədalətsizliklər Fikrət

Sadığı incitsə də,  göynətsə də həyata olan

eşqinə toxuna bilmir. Ç ünki bu həyat bütün acılı-

şirinli anlarıyla gözəldir.  Çernışevski "Sənətin

varlığına estetik münasibətləri"  əsərində həyat

haqqında yazır:"  dünyada ən əziz olan şeylərin

ən ümumi və ən əzizi həyatdır;  əvvəla elə bir



41

həyat ki,  onu insan istəyir,  sevir,  sonra isə hər

hansı bir həyat, çünki hər halda həyat, yaşamaq

yaşamamaqdan yaxşıdır;  canlı olan hər şey öz

təbiəti etibarılə ölümdən,  yoxluqdan qorxur və

yaşamağı sevir".

F.Sadıq acılı-şirinli ömürdə sevinci,  fərəhi, 

kədəri,  qəmi qoşa görür.  Onun üçün həyatın-

ömrün həm acısı, həm də şirini olur. İnsan şirini

də,  acını da dadır.  Bu şirinli,  acılı dünyada

yaşamağın özü də xoşbəxtlikdir:

Yaşamaq bir səadətdir,

Təki, təki ömür ola.

Zəhmət ilə yaşanırsa,

Ümid ilə yaşanırsa,

Ömrün acı cığırları,

(kor dalana rast gəlməsə)

Mütləq,  mütləq çıxacaqdır şirin

yola.

Acı olsa belə yenə



O günləri

Yaşamağa dəyər bir də dönə-

dönə.

Dünya - həyat sevgisi şairin "Quşbaşı qar, 



baba və uşaqlar"  şerində daha poetik bir dillə

tərənnüm olunur. Onun lirik qəhrəmanı dünya ilə, 

təbiətlə,  onun al-əlvan duyumlu boyaları ilə

təmasdadır. Onun nəzərində dünyanın baharı da, 

qışı da,  yayı da,  payızı da o qədər gözəldir ki, 

ondan hansı yaşda olursa-olsun doymaq olmur. 



42

Şair üçün dünyada ona əziz olan övladlar, 

əzizlər, insanlar, coşqun çaylar, dağlar var. İnsan

onların vurğunudur.  Vurğunu olduğundan imtina

etmək isə şairin lirik qəhrəmanına yaddır:

Bu dünyadan doymaq olar?!

Bu dağlardan keçmək olar?

Bu dünyanı görə-görə

O dünyaya köçmək olar?

Dünya-Kainat-İnsan

şairin

şerlərində



bənzərsiz

mövzularla

zəngindir. 

Kainatın


quruluşu haqqında öz poetik düşüncələrini verən

də insandır.  Onun poetik gümanlarında kainat

nəhəng bir saatdır.  Bu saat özü də ürəyə

bənzəyir.

Kainat eyni zamanda bir ürəkdir.  Bəlkə də

azman bir ağacdır.  Fərqi yoxdur.  İnsan bu

dünyanın düşünən beynidir,  vuran ürəyidir və

şairin


demək

istədiyi


fikir

bu

misralarda



ümumiləşib.  İnsan övladı ağlı kəsəndən sakini

olduğu dünyanın sirlərindən agah olmaq istəyir, 

oxuyur, öyrənir, düşünür, yaradır, düşündürür və

buna görə də bu dünyanın gələcəyini düşünməli, 

onu qorumalıdır. Dünya insanın əlindədir. Onu öz

elmi, biliyi ilə yaşada da bilər, məhv edə də bilər. 

Ç ünki "Dünyanı barıt çəlləyinə döndərmiş insan".

İnsan eyni zamanda şairin dediyi kimi "İnsan

olandan, yaşamaq - ölmək öyrənib". Gördüklərini

götürən, 

dözmədiklərinə

ağlayan, 

qəlbinin

sevincini gülüşüylə paylaşan,  yaşadığı aləmə



43

kor-koranə baxmayan,  daima axtaran,  öyrənən

insan gözündən heç nə yayınmır. Şüurun, idrakın

göstərdiyi yolla yeriyən insan dünyaya,  yerə  

təkcə yaşadığı məkan kimi baxmır,  onu canlı, 

hərəkətdə görür və düşünür,  ona həyat fəlsəfəsi

prizmasından da nəzər salır:

Niyə ürək kimi döyünür Yer.

Kim qurub bu Saatı?

Bu Ağac, nə ağacdı.

Mən də bunu bilirəm ki,

Bunları öyrənən bir kəs

Özü bitdiyi budağı kəsməz.

(" Ürək-Saat- Ağac")

Dünya şairin şerlərində mürəkkəb dünyadır. 

Bu mürəkkəblikdə dünya həm yaxşı dünyadır, 

həm də…  Təki onun namərdi,  yalançısı,  paxılı

olmaya.  Dünya belə keyfiyyətli insanlarla dolu

olanda insanın insana inam qapısı,  ümid qapısı

bağlanır.  Dünyanın yaxşısını-pisini insan niyə

seçmir və yaxud seçmək istəmir?!

F.  Sadığın həyat,  dünya,  insan haqqında öz

fəlsəfəsi var.  Mövzularını həyatda gördüyü, 

müşahidə etdiyi hadisələrdən,  mənzərələrdən

götürür. Onunla birlikdə avtobusla, tramvayla işə

gedib-gələn metro fəhləsi,  gözünün qarısında

dəyişən təbiət,  baharın gəlişinin yaratdığı xoş

təəssürat,  payız yağışının gətirdiyi qəm-qüssə, 

qəzəbini soyudan yağan yağış, dostluqdan aldığı

ruh yüksəkliyi,  ehtiyacın yaratdığı kədər,  ümidin



44

sinəsinə gətirdiyi sevinc, doğma balalarının

gözünün qabağında pillə-pillə boy atması,  atalıq

hissindən doğan poetik duyğular,  vətən,  xalq, 

torpaq sevgisi,  əlindən gedən dostların qəlbində

yaratdığı

hüzn, 

böyük


sənətkarlarımızın

qismətinə düşən dərdli tale, xalq yolunda ziyasını

nura çevirən, vətəndaşlıq borcunu şərəflə yerinə

yetirən ziyalı şəxsiyyətlərin nəcib,  xeyirxah

əməlləri,  bir-birinə

bənzəməyən

rəngarəng, 

dolğun məzmunlu hadisələr qələmə aldığı

əsərlərin məzmun və ideyasındadır.  F.Sadıq

romantik şair deyil.  Onun romantik misraları da

reallıq üzərində köklənib.  Onun qələmə aldığı

mövzular bir-birinə bənzəməyir.  Ehtiyac,  qayğı, 

ümid, həsrət də onun müxtəlif mövzulu şerlərində

müxtəlif aspektdən poetik formasını alır. Bəxtiyar

Vahabzadə

onun


"Cığır"  kitabına

yazdığı


müqqədimədə göstərir ki, "Fikrətin şerlərində hiss

ilə idrakın vəhdəti vardır.  Bu şerlər yalnız

hisslərimizə deyil,  ağlımıza da təsir edir,  bizi

düşündürür.".

F.  Sadıq adi, sadə insan olmasıyla fəxr edir. 

Bu sadəlikdə öz böyüklüyünü tapan şair insandır; 

yüksək insani keyfiyyətlərə malik insan.  O,  bu

adın da məsuliyyətini duyur.  İnsan gəldi-

gedərdisə özündən sonra qoyub getdiyi əməli

qalacaq.  Onun "Mən adicə insanam"  şerində

böyük fəlsəfi duyğular tərənnüm olunur.  O, 

insanların içərisində adi bir insandır,  özündən



45

sonra


dünyası

qalacaq. 

Bu

dünyada


"düşüncəmizin günəşdən qətrə-qətrə içdiyi ziya

qalır"  deyən şair ən kiçicik zərrənin mində biri

olsa da yerin də,  göyün də hakimidir.  Əllərinin

zəhmətiylə,  düşüncəsinin ziyasıyla əli Veneraya, 

Marsa çatır.  Ç ünki bu adi insanın "fəqət adi

olmayan"  kainata bənzər işıqlı idrakı,  ağlının

gücü,  qüdrəti var ki,  bununla kəhkəşana sahib

durmaq istəyir.

İnsan böyüklüyü,  ucalığı elə adiliyində kök

atır.  Saflığı,  təbiiliyi,  sağlam düşüncəsiylə öz

adiliyi içərisində gizlənmiş böyüklüyünü görür. Bu

böyüklük


onun

düşüncəsinin

gücündə, 

qüdrətində, 

arzu-niyyətindədir. 

O, 


qüdrətli

dərrakə sahibi,  əsil şairdir,  alimdir,  müəllimdir, 

filosofdur.  Sadə,  hümanist duyğular üzərində

köklənən    bəşəriyyət yer üzünün əşrəfidir.  Yer

üzünün əşrəfi bu adi insanlardan biri olan şairin

bir amalı var; daima öz gücünü, qüdrətini göstərə

bilmək qabiliyyəti olsun, passiv olmasın, dünyaya

artıq görünməsin,  gərək olsun kiməsə.  Bircə an

yaşasa belə ildırım olsun, yandırsın-yaxsın, "sakit

axan çay  ol"masın, ondansa "bircə dəfə sel kimi

axsın".  Gərəksiz uzun ömürlü olma,  mənasız

yaşamaqdansa bircə an aş,  daş,  yandır,  yax

"ömrü vur başa".  Ürəksiz,  könlü soyuq,  laqeyd

insan dəhşətdir kainat üçün. 

F.  Sadıq hümanist şairdir.  O,  bir budaq belə

qırmağa ürək etməyən insandır.  Bir qarışqanı



46

belə yaratmağa qüdrəti çatmayan insanın bir

budağa qıyması,  onu qırması insan övladına

bəslədiyi ümidləri alt-üst etmiş olur:

F.Sadıq insan oğlunu özünə qarşı inamsızlıq

yaradan


əməllərdən

çəkindirməyə

çalışır. 

Canlıların,  insan həyatının sağlamlığı,  xoşbəxt

gələcəyi naminə təbiəti qorumaq lazımdır.  Fikrət

Sadıq bu cür əqidədən uzaq insanlara ömrünü, 

sağlamlığını belə etibar etmir.

Bu dünyada bir mən qalsam,

bir də həmin əllər qalsa;

Xəstə olsam,

dərman olsa-

o əllərə əl açmaram;

Ümidimi qıra bilər.

Qorxaqlıq

Fikrət

Sadıq


yaradıcılığında

insanlığın bəlası kimi qiymətləndirilir.  "Ağır

dərddir qorxub yaşamaq" ideyasını əsas götürür. 

İnsanı həmişə coşqunluğa,  yaşayıb yaratmağa, 

ömrü süstlük içərisində keçirməməyə, az yaşasa

da mənalı yaşamağa,  dünya gözəlliklərindən

həzz almağa səsləyir.

Mənalı insan ömrü qəhrəmanlar, Şəhidlər də

yetirməyə qadirdir.  İnsan övladını-qəhrəman

şəxsiyyətlərin işini,  əməlini tərənnüm etdiyi

misralarda:

Hamı kimi doğuldun,

Böyüdün yaşa doldun. 

Ölüm vaxtı gələndə



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin