Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

215

sahibləri,  ideyalarına hörmətlə yanaşan ziyalı

şəxsiyyətlər unutmadı.  F.  Sadıq Məhəmməd

Hadi taleyinə acıyan bir qələm sahibi kimi, 

dönməz əqidə sahibinin işini,  fəaliyyətini bir el

ağsaqqalının dili ilə belə qiymətləndirir.  Böyük

sənətkarın məzarını gah Gəncədə, gah Şirvanda

gəzən, 


arayan, 

axtaran, 

onun

məzarını


soraqlayan şairə verilən cavabda Məhəmməd

Hadi şəxsiyyəti,  mənəviyyatı dolğun misralarla

ifadə olunur:

Bir qocadan soruşdum, dedi: 

"Axtarma bala.

Özünü yorma bala.

O ki, elə yanırdı:

Ya gərək əriyəydi,  ya gərək kül

olaydı.

Ana yurdun dərdinə,  el-obanın



dərdinə

Elə yanmadı ki,  o,  məzarı da

qalaydı.

Zəmanənin

eybəcərliklərinə

dözməyərək

əsərlərində onu ittiham edən Məhəmməd Hadini

Fikrət Sadıq "şairlər şairi" adlandırır. Sabahını bu

gündən görən şairin xalqın başına gətirilən

müsibətləri, irticaçıların apardıqları gizlin məkrli

siyasəti Məhəmməd Hadinin görən gözlərini, 

duyan ürəyini pərişan qoymuşdu.  F.Sadıq bunu

sənətkar, xalq, vətən, millət düşünən vətəndaşın

vətəndaşlıq borcu bilir.  Ona görə də bəzən



216

gördüyünə

dözməyərək

zəmanəsinin

bütün

çirkinliklərini qamçılayırdı:



Uca başı qalın duman,

Həmişə halı pərişan.

Şairi incitsə zaman,

O da qamçılar zamanı.

F.Sadıq bu misralarında Məhəmməd Hadi

ruhlu bir sənətkar olduğunu gizlətmir.  O,  özü də

bir çox şerlərində M.  Hadi kimi alovlu şairdir, 

dərdləri ona təsəllidir,  "iztirabları"  dərmandır.  O, 

dünənini unudub,  bu gününü görməyən,  bu

gününü başa vurub sabahını düşünməyənlərə

"vay o millətə"  deyib xalqın taleyi nöqteyi-

nəzərindən od tutub yanır.

Millət taleyini,  faciəsini şəxsi faciəsi,  taleyi

bilən Mirzə Cəlillərin,  Sabirlərin yoluna nəzər

salan Fiktət Sadıq,  Mirzə Cəlil cəsarətini, 

yaratdığı əsərlərin ideya-məzmun gözəlliyini tərif

edir.  Mirzə Cəlilin səbrlə,  təmkinlə apardığı

mübarizədə xalqının gözünün önündəki qəflət

pərdəsini yırtmaq istəyir, fanatizmin işığında  qaz

vurub


qazan

dolduran,  şəxsi

xoşbəxtliyini

xalqının bədbəxtliyi üzərində quran şeyx,  mürid

adı

altında


fəaliyyət

göstərən


dələduzları, 

"Ölülər" əsərində necə ifşa edirsə, "Lal" əsərində

lalları da elə dindirir.  Fikrət Sadıq da o cür

reallıqla Mirzə Cəlil şəxsiyyətinin böyüklüyünü

əsərlərinin

fonunda


açıb-tökür. 

Gül-bülbül

sevgisindən "eşqnamə"lər yazanlardan fərqli


217

olaraq o məzlum    xalqının boş,  mənasız elmləri

başına doldurub,  cəfəngiyyat biliklərlə özünü əsl

ziyalı,  xalq,  millət yararçısı bilənləri sadə bir

Azərbaycan anasının " kitabı"yla ibrət dərsi verir. 

Sabirləri,  zərdabiləri neçə-neçə sənət,  qələm

sahiblərini

başına


yığıb, 

xalqının


maariflənməsinə,  savadlanmasına,  cəmiyyətin

inkişafına çalışan Mirzə Cəlilin fəaliyyətini yüksək

qiymətləndirir,  onun bu günkü Azərbaycanın

inkişafında rolu olan bir şəxsiyyət kimi yüksəklərə

qalıdrır:

Kimi ulduz tapdı,

Kimi ada.

O tapdı Sabiri

Ulduz axa bilər,

Ada bata bilər.

Amma Sabiri kim unuda bilər?

Mirzə Cəlili kim unuda bilər?

Sabirlərin, 

Cəlillərin

onların

timsalında



minlərlə vətən,  xalq,  millət,  dövlət naminə

çalışanların,  vuruşanların xalq tərəfindən heç bir

zaman unudulmadığını,  işi,  əməlləri ilə qan

yaddaşına çökdüyünü bildirir.  Şerinə,  sənətinə, 

yaradıcılığına yüksək qiymət verir.  "Yeddi çinar

şairinə"  şerində şairin "  yeddi çinar"  misrasına

münasibətini bildirir,  yeddi çinarın biri şairin

özünün, altısının isə şeri, sözü olduğunu söyləyir. 

O 1+6 bütövlüyündə kökü Dədə Qorqud əsrində

olub


zirvələri

gələcəyə


baxan, 

"rişələri



218

bayatılardan su içən"  torpağa məhəbbətdən boy

atan, pöhrələnən və buna görə də "səadət" olan

insan dayanır.  O insan dünyanın gözəlliyindən, 

yaşıllığından sevinib,  Nəsimi,  Füzuli dərdindən

yanıb,  saralıb,  müharibənin dəhşətlərindən üzü

gülməyib. yazıb-yaratdığı, vəsf etdiyi ana təbiətin

gözəllikləri, 

sənətkar

ömrünün


faciələri, 

ədalətsizliklər,  insan taleyi,  alın yazısı insan

övladının həm cismən,  həm də mənən çəkdiyi

əzablar var.

F.Sadıq taleyinə yazıb yaratmaq düşən

şairlərimizin, 

ədəbiyyatşünaslarımızın, 

tənqidçilərimizin

acı

taleyini, 



yaşamağını, 

duymağı bacaran sənətkardır.  Onun əsərlərində

Mikayıl Müşfiq,  Məhəmməd Hadi neçə-neçə

stalinizm

qurbanlarının

dərd-səri

dil

açır.  


"Müəllimim"  şerini o illərin ağrı-acısını çəkmiş, 

əqidəsinə

görə

ölümə


məhkum

edilmiş, 

təsadüfən

sağ


qalanlardan

biri Gülhüseyn

Hüseynoğluna yazmışdır.  Düz sözlü,  düz ilqarlı, 

uşaq kimi kövrək, eyni zamanda çılğın, həqiqətin

gözünə

dik


baxan, 

düzü-düz, 

əyrini-əyri

söyləyən,  şöhrətdən,  şandan uzaq "Müşfiq kimi

incidilən

müəllimim"  deyə

müraciət

etdiyi


Gülhüseyn Hüseynoğlu "dili şirin,  şeri rəvan", 

kasıb süfrəsini heç nəyə dəyişməyən,  yaxşını, 

pisi gözəl tanıyan,  sadə,  məğrur bir insan kimi

tərənnüm olunur.  G.  Hüseynoğlu şəxsiyyətinə

hörmətlə yanaşan, onu yüksək qiymətləndirən bir


219

insan kimi ürəyindən keçən hisslərini gözəl bir

şer dililə ifadə etmişdir:

Hər söz bir dən, kağız torpaq,

Yazdıqların yarpaq-yarpaq.

Gələcəyə boy atacaq müəllimim.

Başından əskilməz çənin,  xalqa

sözün


vardır sənin.

Əsil oğlusan Vətənin, müəllimim!

"Fikrətdən-Fikrətə"  şerindəki

səmimiyyət, 

şerlərinin dilinin ahəngdarlığı,  axıcıllığı könül

oxşayır.  Fikrət Sadığın ağ saçlarını görən Fikrət

Qoca:"  Fikrət Sadıq,  sən qocalma,  Qoca var"-

deyir.  Fikrət Sadıq bu misraya könlündən keçən

misraları

da

qoşur,  düzür.  Şair



ömrünün

incəliklərini tərənnüm edir:

Kim deyir ki, şer yazmaq asandı,

Şer yazan daş deyil ki, insandır.

Düşünəndi, ağlayandı, küsəndi,

Misralardan pillə düzər, ucalar. 

"İsi üçün ağı"  İsi Məlikzadənin vaxtsız

ölümündən doğan itginin üzüntülü anlarıdır. 

Kimdir İsi? F.Sadıq misralarında onun tərcümeyi

halını verir:

O dadlı, duzlu dilinlə

nəsrimizin bir budağı sən idin.

Torpaqların Qarabağı məlum;

Dustaq, əsir.

Adamların Qarabağı sən idin.


220

İsi Məlikzadə Qarabağı əsir olandan "yaralı

qəlbində"  sıxıldı,  boğuldu,  məhv oldu,  qırıldı

"yaşamaq hissi".  F.Sadıq onun sıxıntısında, 

boğulan ilhamında vətən,  xalq,  Qarabağ dərdi

çəkənləri görür:  "Qara tüstülər çıxır hər gün

başımızdan"-deyir:  millətin

qara


sabahının

dərdini çəkir.  İsi Məlikzadənin dərdi,  qüssəsi, 

yoxluğu çökmüş bu hüznlü misralarda millət

taleyi,  onun sabahı üçün təlaş,  onun bu günkü

acılarına dözməyən vətənpərvər şəxsiyyətin

dünyadan vaxtsız köçməsi Azərbaycanını taleyi

ilə səsləşən ideyalar əsasdır:

Vay o millətə ki,

Dünənini unudub.

Bu gününü görmür.

Gecəsini bir təhər başa vurub,

Bilmir necə olacaq.

Sabahının səhərisi.

Görkəmli


aktyorumuz

Abbas


Mirzə

Şərifzadənin həyatından aktyorluq fəaliyyətindən

bəhs

edən


"Səs" 

əsəri


Fikrət

Sadıq


yaradıcılığında ən dəyərli əsərlərdən biridir. 

Azərbaycan teatr sənətinin inkişafında misilsiz

xidmətləri olan Abbas Mirzə Şərifzadənin keçdiyi

həyat yolu, onun aktyorluq məharəti Azərbaycan

səhnəsinin, teatrının yaradılmasında əvəzsiz rolu

tərənnüm


edilir.  Onun

nitqi,  səsi,  ifaçılıq

qabiliyyəti,  aktyorluq istedadı,  yaratdığı obrazlar

aləmində öz səsi,  öz nəfəsi,  ruhu ilə tanınması, 



221

teatr sənətinin inkişaf etdirilməsində çəkdiyi

əzablar,  ilk "Azərbaycan teatrı"nı yaratmaqda

ona dayaq olan Hüseyn Ərəblinski istedadı vəsf

olunur.  Onlar minilik zəncirləri qıraraq səhnəni

yaratdılar.  Nəsimisi,  Füzulisi

olan

millətin


"səhnəsi də olsun gərək"  idealını seçdilər. 

Qarşısına çıxan maneələri,  keçilməz sədləri

aşdılar.  Azərbaycan teatrını inkişaf etdirmək

üçün teatr sənətimizin inkişfında xidmətlərinə

görə adı qızıl hərflərlə yazıldığı Abbas Mizə

Şərifzadə və Hüseyn Ərəblinski taleyi çox

qovğalardan keçdi.  Hüseyn Ərəblinskiyə güllə

atıldı. Sakit bir yaz axşamı Bayır şəhərin üstündə

qara çadıra bənzəyən Ç adra küçəsində Hüseynə

atılan güllə teatrı yetim qoysa da,  səhnə

çırağımızın birini söndürsə də

Pozulmadı növrağı,

Abbas Mirzə yetişdi.

Qaldırdı al bayrağı.

Şair

böyük


sənətkarlara

hörmət


məhəbbətini ifadə etdiyi misralarda onların

uşaqlıq

illərindən,  ilk



səhnə

xatirələrindən

danışır,  lirik bir dillə danışır.  Uşaqlıq illərində

şəbihçilərin

keçirdiyi

mərasimlərdə

əmisiylə

birlikdə iştirakı,  əmisinin əli qılıncıl Haris özünün

isə əsir uşaq rolunu necə ifa etdikləri haqqında

xatirələrindən

yararlanan

şair


o

səhnələri, 

gətirdiyi yenilikləri şirin bir dillə tərənnüm edir. 

Abbas Mizə Şərifzadənin dililə o səhnəni yaradır:



222

Mən Şəbihdə əsir uşaq,

Əmim necə Haris idi.

Əlində siyirmə qılınc

Haris qana həris idi.

Mən Müslümün oğlu idim.

Bu Şəbihdə ölməliydim.

Dizin-dizin sürünərək,

Mən yalvarıb deməliydim.

Haris,  səni Tanrı,  bizi qurana

bağışla,

Öldürmə bizi,  xaliqi sübhana

bağışla.

Sonralar


1908-ci

ildə


"Zorən

təbib" 


tamaşasında o ürəkləri riqqətə gətirən,  öz

şıltaqlığıyla şəbihi pozan uşaq Lal obrazını

məharətl oynayır.  Ondan sonra M.F.Axundovun, 

Ə.Haqverdiyevin, 

N.Vəzirovun, 

Cabbarlının, 

Hüseyn

Cavidin


ümidlərini

göyərdəcək

-

Azərbaycan teatrının işıqlı gələcəyini görə bilmək



nəsibləri

olacaq-çünki

yeni

yetişən


aktyor

dünyasının, Azərbaycan teatrının ilk aktyoru oldu

Abbas Mirzə.  O,  lal ola-ola,  bircə kəlmə söz

deməsə də,  ilk aktyor sözünü dedi,  sənətilə, 

əlləriylə, gözləriylə danışan:

Abbas Mirzə səsinin

Gümüşü cingiltisi,

Sonra əsir edəcək,

Qulaq asan hər kəsi.


223

Bir kimsəyə bənzəməyən şəxsiyyət Abbas

Mirzənin səsi "yumulu gözləri açdı",  "vicdanları

oyatdı".  Hüseyn Ərəblinski kimi bir şəxsiyyətlə

birləşəndən sonra

Tənələrə dözə-dözə,

Addımladı iki təşnə.

İki ürək bir ocaqda

Yandı sənət atəşinə.

Şair bu iki sənət dünyasının nadir incilərini iki

yanar ulduza,  səhnəmizi qoruyan iki qanada

bənzədir:

İki irmak qoşalaşıb

Gur çay oldu.

İki arzu birləşib,

Bir haray oldu.

İki şimşək çaxdı göydə.

İki ulduz yandı yerdə,

Gələcəyə boylandılar,

Səhnəmizin dan yerindən.

Bu iki qüdrətli sənətkarın gərgin əməyi ilə şair

demişkən "birinin faciəsi, o birinin inadı ilə" teatr

quruldu,  yaradıldı,  yaşadıldı.  Teatr- Azərbaycan

teatrı mövcud oldu. Şübhələr, qorxular unuduldu. 

Sənət,  sənəti yaradan qüdrətli sənətkar qaldı, 

tariximiz onun adını şərəfli səhifələrinə yazdı.  O

qüdrət ki Abbas Mirzə Şərifzadənin qanında idi, 

canında onunla birgə böyümüşdü.  Anası şer, 

sənət vurğunu, atası müəllim olan Abbas Mirzəyə

evdə bir söz deyilməsə də oynadığı tamaşalara



224

getməzdilər.  Lakin cəhalətə düşmən aktyor

"başına daşlar yağsa da"  söz içində söz demək

eşqiylə yaşamış,  ümidlə gələcəyə baxmış, 

sabiranə eyhamları ilə səhnədə dediyi hər

sözünün yarada biləcək partlayışını gözləmiş, 

qorxmamış və inanmışdı ki,  ona bu gün "arsız

deyənlər"  bir

gün

gələcək


sənətinə

baş


əyəcəklər."Ölüm

ya



olum" 

yolundan


çəkinməyən Hüseyn Ərəblinski,  Abbas Mizə

Şərifzadə faciəsinin özü ağaları,  nadanları

silkələyir. Sənətə, sənətkara qıyanları külək "ora-

bura"  çırpıb,  illər boyu yatanları Hüseynə atılan

güllənin səsləri oyadır. O "güllə dönüb tufan olub" 

hər yerdə-təkcə Çadrasını dəlib keçdiyi Ç adra

küçəsində deyil,  bütün Bakının küçələrində əks-

səda verir. Onlüyünü bayrağa çevirib haqq-ədalət

naminə mübarizə meydanına atılan Gavənin

obrazını yaradarkən Abbas Mirzə özü də Gavə

idi;  Səhnənin Gavəsi.  Şair "onun tərəf müqabili" 

kimi dövranı,  zamanı görürdü.  O dövranı ki, 

Abbas Mirzə onun gərdişini "dəyişmişdi".  O

zamanı ki,  onu əyləmişdi,  "dəyişmişdi yerin-

göyün vərdişini".  Ürəklərdə elə işıqlı imarətlər

ucaltmışdı

ki,  səhnənin

Mirzə


Cəlili

kimi


tanınmışdı o. "Ey mənim müsəlman qardaşlarım, 

biz kimik"  deyə müsəlman dünyasına,  onun

cəhalət yuvasına öz yazıları,  öz kəsərli sözləri, 

aydın ifadələri ilə elə bir "bomba" atmışdı ki, yer -

göy silkələnib,  ağaclar dilə gəlib,  insan qəflət


225

yuxusundan oyanıb. Mirzə Cəlilin göstərdiyi yolla

gedib,  elmin,  savadın işığında yeriyib,  yolunu

tapıb, yeriyib. Abbas Mirzə də səhnəmizdə Mirzə

Cəlilə dönüb,  cəhaləti öldürüb,  nadanlığı boğub. 

Fikrət Sadıq da onun qüdrətini elə qüdrətli

kəlamlarla vəsf edib.  Şair aktyor sənətinin

incəliklərini,  xalqa xidmət meyarlarını tərəzinin

gözündə elə düzgün çəkib ki, Mirzə Cəlil- Abbas

Mirzə böyüklüyünə zərrə qram da "xəyanət

etməyib."  Şairin sevə-sevə,  məharətlə tərənnüm

etdiyi şirin dilli,  təmiz qəlbli,  əliaçıq,  canıyanan, 

"dar

ayaqda


dosta

hayan"  başdan-başa

"qayadan"  yonulmuş Abbas Mirzə sənətinin, 

istedadının

qüdrətini, 

ifaçılıq


qabiliyyətini, 

yaratdığı

obrazlarda

ümumiləşdirir. 

Onu

səhnəmizin "tağı"  adlandırır.  O tağa bu gün də



xalq,  millət onun ziyalısı,  fəhləsi,  əkinçisi də

səcdə qılır, o səhnəmizin "əbədiyyət" tağıdır. O:

Gah

Nadirdir, 



yerdə

canlı


fələkdir.

Gah


Qacardır-

zülmü


ərşə

dirəkdir.

"İblis"ində İblislərə gülüb o.

Arifləri ayıltmağa gəlib o.

"Aydın"ından aydınlaşıb ürəklər,

Sənan yanıb, sənanlaşıb diləklər.

Karl olub, cəsarətdə sınanıb.

Otelloya, otellolar qısqanıb.

Oqtay olub, çəkib könül harayı.


226

Səhnəmizə Firəngizlər arayıb.

Elxan ölər, məsləkini dəyişməz.

Yalnız qorxaq haqq uğrunda

döyüşməz.

-misralarında Abbas Mirzə sənəti,  şəxsiyyəti

açılır. Fikrət Sadıq sənət sərrafıdır. Abbas Mirzə

Şərifzadə sənəti, istedadı, onun qüdrəti bu cür də  

tərənnüm olunmalıydı.

Abbas Mirzə Şərifzadənin həyatından,  onun

sənətkarlıq qüdrətindən,  teatrımızın inkişafında

oynadığı misilsiz roldan bəhs edən əsərində şair

xalq oyunlarının motivlərindən yararlanır.    Onun

uşaq yaşlarında əmisi ilə oynadığı Şəbih

tamaşalarından söhbət açır.  Aktyorluq sənətinə

olan


məhəbbətinin

ilkin


kökləri

xalqımızın

meydanlarda,  bayram günlərində xalq içərisində

keçirdikləri xalq dramaları adlanan səhnəciklərlə

bağlıdır.  Xalq dramaları sonradan yaranan

dramaturgiyamızın

inkişafında, 

onun


müvəffəqiyyət

qazanmasında

mühüm

rol


oynamışdır.  Əli Sultanlının dediyi kimi "Maraqlı

bir


inkişaf

dövrü


keçirən

zəngin,  dolğun

Azərbaycan

dramaturgiyasının

əsas

doğuş


qaynaqlarından biri xalq dramıdır.  Heç şübhəsiz

belə bir təməl olmadan,  xalqın milli ənənələri ilə

bağlı,  onun fikir çırpıntılarını və qəlb acılarını öz

təffəkkür aynasında cilalandıran dramaturqlar

yetişə

bilməzdi". 



Əgər

xalq


dramaları

dramaturqlar yetişdirirdisə,  o xalq dramındakı



227

obrazları oynayan şərifzadələr,  ərəblinskilər də

onun yetirmələri idi. Şərifzadə evdə ilkin rollarını

şəbihlərdə oynayanda yetişir,  kamilləşir.  Fikrət

Sadıq onun ilkin oynadığı xalq dramlarında

tapdığı bu sənətə vurğunluğunu qələmə alarkən

hər

bir


sənətkarın

qüdrətli


sənətkar

kimi


yetişməsində xalq sənətinin oynadığı əvəzsiz

rolu ön plana çəkir.

Aktyorun oynadığı və onlarla şöhrət tapdığı

rolları da məhz o dramaturqlar yaratmışdır ki, 

onlar da Şərifzadə kimi o xalq dramalarının

işığında böyümüşdü.

F.  Sadıq şe'rimizin qayğısını çəkdiyi kimi

istetadsız,  sənətə yad adamların ədəbiyyata

gəlişini,  boş hay- küyünü tənqid etdiyi kimi, 

həqiqəti onların düz gözünün içinə dediyi kimi

musiqimizin,  incəsənətimizi cılızlaşdıran,  suni, 

bayağı yad musiqiləri (əgər belə adlandırmaq

olarsa)  zorla

beynimizə

yeritməyə

çalışan


üzdəniraq "bəstəkarları",  müğəniləri də tənqid

edir.  "Bəstəsi"  özünün,  "sözü"  özünün,  oxuyanı

da "özü olan kombayn"  müğənniləri tənqid

atəşinə tutur.  Dünyaya öz musiqisi,  istedadlı

sənətkarları ilə meydan oxuyan Azərbaycan

musiqisini bu kökə salanları, yad musiqiləri "sitat" 

adı altında səhnəmizə,  efirmizə çıxaranları şair

açıqca tənqid edir:

Səsində məlahət yox.

Sözündə məna yoxdur.



228

Bəstəsi sitat-sitat,

Şeri qırıq-qırıqdır.

Şair elmdə sitat gördüyünü,  mahnıda sitat

olduğunu,  onu musiqiyə gətirənləri,  Azərbaycan

musiqisini "şil-küt"  edənləri qınayır,  onların

yadına Bülbülü,  Xanı, Rəşidi,  Şövkəti və neçə-

neçə


Azərbaycan

musiqisini

öz

zəngin


repertuarları ilə göylərə qaldıran sənətkarlarımızı

salır. Qəzəbli şair:

Yoxsa bu diringilər

Hara aparır bizi.

Haray qoparın ellər,

Bir dəstə soyuq, özgə

Rəngəbərng bəstəçilər.

Müğənnilər, şairlər,

Hara aparır bizi.

Nə qədər ki, gec deyil,

Qoruyun mahnınızı,

Qoruyun şerimizi.

Özgə

musiqisindən



gətirilən

"sitat"  da

"oğurluqdu"  -deyir.  İstedadsız bəstəkar ad

naminə,  şəxsi marağı naminə nə iş görürsə, 

özünü biabır etmiş olur.  Xalqın gözü tərəzidir, 

istedadsız sənətkarın,  yalançı,  soyuq,  sönük

əsərin ömrü çox uzun olmaz.  Ona görə şair

üzünü tutub deyir:

Alim gedib muğamla

Avropanı oyatdı.

Sən burda neyləyirsən?


229

Belə getsə muğamın

Qara çuxası yatdı.

Dünyanı öz zəngulələri ilə heyran qoyan Alim

Qasımov kimi sənətkarların muğam sənətinin

incəliklləri ilə Avropanı heyrətdə qoyduğu bir

zamanda,  dünyanın Şərq musiqisinin zəngin

qollarından biri olan Azərbaycan musiqisinə

heyran olduğu bir vaxtda öz içimizdən çıxan, 

özünü bəyənməyən,  muğama çəpəki baxanlar, 

onların

musiqimizə



gətirmək

istədiyi


cılız, 

yöndəmsiz,  mənasız hərəkətlər,  sitatlar şairi

narahat edir.

F.Sadıq yaxşı sənətkarı, şairi ürəkdolusu şirin

bir dillə tərənnüm edir.  Hətta onun yoxluğu da

F.Sadığın dilini saxlaya bilmir.  "Şair-mütərcim

Vladimir Əbdüləzim oğlunun məzarı başında" 

şerində


şair

ürək


yanğısıyla

qərib


bir

məzarıstanda yatan istedadlı sənətkarın sənətini, 

şəxsiyyətini, acı taleyini qələmə alır. Fikrət Sadıq

tərcüməçi-şair

sənətkarın

zəhmətini

yüksək

qiymətləndirir."  Ey bizi dünyaya tanıdan şair"-



deyə müraciət etdiyi insanı,  istedadını,  gecələr

sübhə qədər göz yummayıb qalın-qalın, cilid-cilid

kitabları tərcümə edib ölkələrə yaydığını,  çəkdiyi

zəhmətin


müqabilində

"mükafat, 

ad-san" 

ummadığını

açır,  şairə,  sənətə

hörmətin


azalmasından doğan qəmini-qüssəsini,  eyni

zamanda şairə olan hörmətini,  onun sənətini, 

əməyini yüksək qiymətləndirdiyi bu misralarda


230

F.Sadıq "yerə-göyə sığmayan ustad"  adlandırır. 

Qismətinə düşən hər əzabı "alın yazısı"  kimi

qəbul edən bir insanın ondan sonra da

yaşayacaq

əməlini, 

işini

həzin, 


kövrək

misralarının mövzusu edir:

Sakit bir güzəran sürdün sadəcə,

Təmtəraq,  bərbəzək

bilmədin

nədir.


Sənin millətlərə bəxş elədiyin,

Qədim şerimizin inciləridir.

Şair onun əməyini,  zəhmətini "xalvar-xalvar

gördüyü"  işi

şəhid-sənətkar

yüksəkliyində, 

ucalığında vəsf edir:

Sən dostdan-tanışdan nigaran

getdin.

Son illər nə qədər şəhidimiz var.



Sən şerin, sənətin qurbanı oldun.

Qoy sənə


ad

verim şəhid-

sənətkar.

O Şəhid sənətkar ki, o bütün dünyada şairləri

tanıdıb,  amma onu öz yurdunda "tanıyan

yoxmuş."  Şair bunun günahını soyuq dövranda

görür.  Onun zəhəmətini,  əməyini,  "Sizif"  (əsatir

qəhərəmanı) zəhmətinə bənzədir, özgə qəbirlərin

arasında "yalnız",  "qərib"  hiss elədiyi şairə-

sənətkara yanır:

Sən ki,  yerə,  göyə sığmırdın, 

ustad,


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin