Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

166

bir insan kimi sevinirdi və onun nəzərində "bu

dünyaya dəyən bir işdi".  O vaxtdan "Vətəni

Maşallahda,  Maşallah da Vətəni Qərib atında

tapdı".

Şair şahidi olduğumu,  eşitdiyi hadisənimi



qələmə

almaq


üçün

yalnız


Şəhriyarın

Azərbaycan şerini tərcümə edəndən sonra

özündə qüvvə tapdı. Bu hadisənin üstündən qırx

il keçir.  Maşallah da daha dünyada yoxdur. 

Amma Maşallah kimi vətən həsrətliləri var.  Ağ

saçlı anasını,  gəncliyini Azərbaycanımızın o

tayında

qoyub


gəlmiş

dərdlilər

yurdudur

Azərbaycaınmızın bu tayı da.  Azərbaycan

Maşallahın

ölümündən

sonra

Qərib


atın

yoxluğunu rəvayətə çevirir:

Maşallahdan sonra

Qərib atı bir də görüblər.

Görüblər ki, deyirlər!

Deyirlər,

Buluddan idi elə bil.

Canlı deyildi sanki.

Yerimirdi, uçurdu.

Həmişəki tək

Biləsuvara gəldi, durdu…

Məlul-məlul o taya baxdı.

Sonra da havaya qarışıb axdı.

F.Sadıq bu misralarda təkcə şair deyil,  eyni

zamanda millətinin,  xalqının dərd-səri önündə

içində damla-damla əriyib axan şam,  saçını



167

erkən yaşında ağardıb gəncliyində saçları bəyaz

qara dönən müdrik bir qoca,  bir mllətin atası, 

anası,  qocası,  dərdlisi,  həsrətlisi,  o taylı-bu taylı

Azərbaycanı

özündə


yaşadan, 

ağrılarına

göynəyən,  o ağrıları içində göz yaşına çevirən, 

sevinməyə, şad olmağa gücü çatmayan, canlısı-

cansızı da bu dərdləri özü kimi çəkdiyini düşünən

bir vətəndaş şair,  el ağsaqqalı,  el oğlu,  el

qəhrəmanıdır.  Qılıncı sözdən ibarət olan şairin

Qərib atı da Qırat,  Dürat kimi gözləri önündə

haqqın-ədalətin pozulduğunu görəndə zəncir

çeynəyən Boz atlardandır.  Onun yaratdığı bu

Qərib

at

real



dünyamızın

gerçəkliklərinin

yaratdığıdır. Onda nə yel qanadlar var, nə dərya

atlarına məxsus qüdrət.  Onun qüdrəti də,  ülfəti

itirdiyi


vətəndədir.  Əlindən

gedəndən


qismətinə sərhəd tikanlarının sinəsində açdığı

yaraların göynərtisində kişnəmək qalıb,  bir də

səhərə qədər sərhədddə durub o taya baxıb

düşünmək,  için-için ağlamaq.  Bütün bunları şair

Fikrət Sadıq elə qələm alıb ki, ancaq vətən, xalq

düşünən qəlb bu rəvayəti belə yüksək bir

istedadla qələmə ala bilər.  Mədinə Gülgün və

Balaş Azəroğlu bu əsər haqqında yazır:" 

Cənubdan gətirilmiş bu atın qürbət çəkməsi, 

Vətən həsrətilə yaşaması əsl poetika,  tapıntıdır. 

Siz

bu

nadir



mövzunu

istedadınızın

imkanlarından istifadə edərək o qədər inandırıcı

və poetik təsvir etmişsiniz ki, oxucu bu qərib atın  



168

hər axşam yüyənini qıraraq cənuba-sərhədə

doğru üz tutub getdiyinə zərrə qədər də şübhə

etmir.  Hətta bu sizin misralarınızda atın ayaq

səslərini,  qəlbinin döyüntüsünü eşidir,  nəfəsini

duyuruq.  Bu

vətən

məhəbbətinin



ən

ülvi


çağlarıdır ki,  siz onu kəşf etmisiniz,  bir şair kimi

yaşamısınız, poetik yüksəkliyə qaldıra bilmisiniz".

Bəzəksiz-boyasız,  pafoslu kəlmələrdən uzaq

bu əsərdə elə bir ritm var ki,  onun haqqında

oxucu həmişə düşünəcək. Hər dəfə Qırat, Dürat, 

Xızır peyğəmbərin boz atı, Metenin Göydəmir atı

xatırlananda, 

onların


qəhrəmanlıq

dolu


həyatlarındakı epizodlar yada düşəndə,  hardasa

o an oxucu qəlbini göynədən qəmli Qərib at

əfsanəsi də yada düşəcək və onda Fikrət Sadıq

da hər dəfə xatırlanacaq.  Necə ki indi də kim o

əsəri oxuyursa o Qərib atın taleyinə acıyırmış

kimi Təbrizini,  Xocalısını yada salır.  Məgər

Erməni faşistlərinin törətdikləri qanlı cinayətlər

zamanı aylarla dəmir zəncirlərdə qalıb acından

ölən, qapısı bağlı tövlələrdə acından qırılan mal-

qara, Qərib at taleyindən də acı talelər qismətinə

düşən atlar az olubmu?  Düşmən əlində azmı

qalıb.  İnsanlarımız,  neçə-neçə gəlin-qızlarımız, 

igid ərlərimiz,  mömin qocalarımız,  bu gün də

dağların o üzünə həsrət torpaqlara amanat

qoyulanlarımız bizə Qərib atı unutdura bilərmi? 

Heç vaxt. Gözümüzün nuruna bir həsrət dumanı

çöküb,  qoymaz ki,  sevinək,  qoymaz ki,  Qərib at


169

istəyini, pasportuna "demokrat" damğası vurulan

maşallahları, 

didərgin


damğası

vurulan


qaçqınlarımzın taleyini unudaq.

Ona görə də Qərib atın belə bir əfsanəvi

yoxluğu,  rəvayətə çevrilsə də buna nağıl demək

şairin ağlına da gəlmir.  Bu bir həqiqətdir ki,  bu

taleyi də millət yaşayıb.  Gördüyünü,  eşitdiyini

rəvayət yox, nağıl yox, həqiqət, əsl doğru həqiqət

adlandıran şair fikirlərində israrında haqlıdır. 

Ç ünki nə qədər ki, dünyada həsrət var. Nə qədər

ki, o taylı, bu taylı, qərbli, Şərqli Azərbaycanlıların

sinəsində Vətən həsrəti,  ayrılıq göynərtisi,  girov

dağı birləşib,  bir ocağın başına yığılmaq,  Vahid

Azərbaycan olmaq həsrəti var.  Nə qədər ki, 

qərib-qərib dağlarına,  yurduna baxıb göy yaşları

tökülür,  nə qədər ki,  Təbriz,  Şuşa,  Borçalı, 

İrəvan,  Göyçə dağları sinəmizdədir,  yaralar

sağalmayıb,  Anayurdun belə bir böyük həsrət

yükü var, onun o həsrət yüklü Dünyasının Qərib

atı var,  ruhu da torpağa həsrətli maşalahları da

var,  unudulmaz Qərib at harayı,  kişnərtisi.  Onu

Fikrət Sadıq elə dastanlaşdırıb ki,  unudulası

deyil. Əsl sənətkar odur ki, zamanın ruhunu tuta

bilsin, millətinin qayğılarını yaşaya bilsin və onun

ruhunua uyğun əsrlər yaratsın,  yadda qalsın, 

sevilsin, seçilsin. Şair Fikrət Sadıq kimi qismətinə

xalq məhəbbəti düşənlər nə qədər xoşbəxtdir. 

Belə sənətkarı olan xalq da xoşbəxtdtr.  Gücü



170

qələminə,  sözuünə çatanların işi bir orduya

bərabərdir.

F.Sadığın

bu

poeması


bu

günkü


Azərbaycanın dərdini,  sərini,  istək və arzularını

özündə birləşdirən ən gözəl,  qiymətli,  dərin

məzmunlu, zəngin ideyalı əsərdir.

"Yaşıl yarpaqlar" silsilə poemalarda "yaşıl" bir

işıq var.  Yaşıl işıq sənin yolundur.  O işıqda sən

keçilməz sədləri keçə bilərsən.  Nə qədər ki,  bu

dünya o tayın bu tayın həsrətini çəkir.  O

həsrətlilərin düşmənə qarşı olan qəzəbi dağlar

kimi şahə qalxacaq,  dəniz kimi coşacaq,  o yaşıl

işıq görünəcək və o yaşıl işıq bizim də

yolumuzda yanacaq.  Fikrət Sadığın o "yaşıl" 

ümidi, səbr, bir də mərdanəlik, təpər, birlik istəyir. 

Birlik olan yerdə keçilməz sədləri aşmaq daha

asandır.


F.Sadıq bəzən düzgün yazılmamış tariximizin

taleyindən narahatdır.  "Tarix elmi"  şeri bu

mövzuda yazılmışdır. Keçmişin saxtalaşdırılması, 

xalqın öz tarixini olduğu kimi bilməməsi,  qaldığı

çaş-başlıq şairi narahat edir,  nəyin düz,  nəyin

təhrif olunduğunu üzə çıxarıb,  tarixi yenidən

yazmaq tarixçilərin qarşısına vəzifə kimi qoyulur. 

İndiyə kimi yazılmış tarixin müəlliflərini tarixi

düzgün yazmamaqda günahlandırır:

Ya özləri bilə-bilə yazıblar,

Ya onlara bu tarixi yazdırıblar.


171

Şair bu fikirlərində haqlıdır.  200  il hegemon

bir dövlətin apardığı ardıcıl siyasətin nəticəsidir

ki,  bu gün tariximizi yenidən araşdırmaq,  onu

yenidən

yazmaq,  düz,  olduğu



kimi

tarixi


həqiqətləri üzə çıxarmaq ehtiyacı doğub.

F.Sadıq üçün mövzu qəhət deyil. Lakin o hər

mövzunu da əsəri üçün sucet eləmir. Buna görə

də onun əsərlərində bir-birinə bənzəməyən

əsərləri sırasında "Sındırıldı süküt buzu" şe'ri də

diqqəti cəlb edir.  Budapeştdə erməni dığasının

hərəkətlərinə

dözməyən,  yurdunu

yuvasını

düşmən əlində olmasından nifrəti daşan Ramil

Səfərovun düşməndən aldığı intiqam qisasını

tərənnüm edir:

Birdən- birə qövr elədi,

Ürəyində pıçıldayan torpaq dərdi.

İllər keçir, 

yurddaşları hələ də ki, 

didərgindi, dərbədərdi.

Xocalını yandıran o,

Qarabağı yandıran o,

O "yan" ların birisindən qisas

aldı.

Ər oğlu ər,  milli əsgər Ramil



Səfər.

Bu xəbərdən aldığı təssuratını şair bir

dastana bərabər misralarla ifadə edir. O misralar

ki,  Dədə-Qorquddan gəlir,  Koroğludan,  Nəbidən, 

tankçı Həzidən gəlir:


172

Ç al qılıncın, Ramil Səfər, yetdim-dedi.

Ramil Səfər şairin nəzərində neçə ananın

qisasını aldı, neçə igidin, neçə bacının, qardaşın

muradına yetdiyini eşitdi.  Elə bil Ramil əsgər

"sükut buzu"nu sındırdı,  ana yurdun oğul-qızını

öz hərəkəti ilə düşməndən qisas yoluna çağırdı. 

Bu hərəkət "bir haray, bir çağırışdı".

Bu gələcək döyüşlərə,

Xəbərdarlıq işarəsi,

Haqqın səsi.

Sonra hücum, sonra zəfər.

O zaman da Ramil Səfər onların arasında

olacaqdır.  Ç ünki bu istək,  arzu onu hərbiçi

olmağa vadar etmişdir.

"İpək yolunun üstündən köndələn" şerində bu

yolun

üstündən


Ermənistana

Rusiyanın

göndərdiyi təyyarələrə qarşı çıxır:

Erməniyə  tank verirsən

Üzümüzə gülə-gülə.

Ona raket göndərirsən,

Bizə balet göndərirsən bilə-bilə.

Buna görə də şair xalqını,  millətini,  dövlətini

çətinliklərdən çıxarmaq üçün məsləhət görür ki, 

"özünə güvən,  oğul özünə inan".  Dostların

çoxluğuna baxmayaraq dara düşəndə ona da bel

bağlamağa

ümid

qalmır.  Bir-birinə



qənim

dövlətlər, millətlər bir-birinə soyuqdur". Ona görə

də:  "Özünə güvən,  oğul özünə inan!"-deyir və


173

inanır ki,  yalnız bu yolla bir yana çıxar

Azərbaycan.

"Qız qalası"  şeri şairin şerləri içərisində öz

məzmununa,  bədii dəyərinə görə də qiymətlidir. 

İnsan olsa da o Qız qalasına vurğundur. Şair onu

"tarixin daş əsgəri",  "Xəzərin övladı"  kimi

əzizləyir.  Onu

elə

öz

vüqarına,  təmkini



görünüşünə görə də vəsf edir:

Cilalayır səni zaman.

Yuyur yağış, üşüdür qar.

Səndə ötən nəsillərin baxışı var,

Qız qalası!

Daşlarında

donub

qalıb


indiyədək,

Hər bahardan bir az çiçək.

Hər payızdan bir az xəzəl.

Şair burada abidənin qədimliyini yada salır. 

Bir zamanlar Xəzərin qoynunda olan,  dənizdə

boy atan "Xəzər övladı"nın indi ondan kənar

düşməsi, ləpələrinin öpüşünə həsrət qalması lirik

bir dillə tərənnüm olunur.  Ona vurğunluğunun

sirlərini gəzir:

Mən insanam, sən abidə

Qız qalası!

Bəs vurğunam sənə nədən,

Qız qalası?!

Parisdə yaşayan Əyyub və Davud Emdadian

qardaşlarının-Cənublu

qardaşlarının

Azərbaycana gəlişini kövrək sözlərlə ifadə edir:


174

Mən Sizi


Təbrizdən gözləyirdim.

Siz Parisdən gəldiniz.

Mənim əziz qardaşlarım.

Onların çəkdiyi şəkillərdə duyduğu vətən

həsrəti şairin də qəlbini göynədir.  Əvvəlki

misralarında Təbrizdən gəlməsini arzuladığı

qəmi-qüssəni,  vətən ayrılığını şair bu kövrəldici

misralarında daha təsirli şəkildə ümumiləşdirir:

Ç əkdiyiniz şəkillərə baxdım.

Gözümdə bir az da ucaldı.

Zirvə-zirvə, naxış-naxış,

Rəng-rəng.

Savalan, 

Heydərbaba, 

Damavənd.

Onun gördüyü şəkillərdəki sapsarı xətt-

"Qürbət-qürbət-qürbət" içini talayır. Dünyanın hər

yerinə səpələnmiş o taylı -bu taylı Azəri övladını

"payız yarpağı"na bənzədir.  Anayurda dönmək

ümidi onun başını ağartdı,  "bu həsrətlə daşım

göyərdi,  göyərmədi arzum mənim" deyə şair öz-

özünə sual verir, düşüncələr içərisində çabalayır

ki, 

Yoxsa, yoxsa ta əzəldən,



Buymuş alın yazım mənim!

Amma şair yenə ümidsiz deyil.  Əyyub və

Davud qardaşlarına ünvanlanan bu qırıq-qırıq, 

parakəndə misraları təsəlli kimi qəbul edilməsini

istəyir.  Ümidini hələ üzməyib.  Nə vaxtsa üzünə


175

güləcək taleyə inanır və bir yerə yığılacaqlarına

ümid bəsləyir.

Şairin yaradıcılığı haqqında M. Arazın fikirləri

daha

əhatəlidir:  "ağlı



kəsəndən,  "heybəsi

çiynində"  zəhmət yükü daşıyan,  həyatı şerinə, 

şeri həyatına yol göstərən bir şairdən söz açmaq, 

onun poetik kəşflərinə yenidən kəşfiyyatçı gözü

ilə baxmaq o qədər də asan deyildir.  Burada

istər-istəməz ona müəllimlik edənin

böyük

poeziya sənətinin xəritəsini göz önünə gətirirsən: 



torpağa məhəbbət, insana hörmət, sabaha inam. 

Böyük sənətin təbliğ elədiyi böyük ideallar

həmişə bunlarla bağlı olub.  Fikrət Sadıq bu

poeziya xəritəsindəki bütün şərti işarələri sərraf

şair gözü ilə mənimsəyir,  ondan öz boyasını,  öz

miqyasnı götürür;  dünyanın adı Vətən olan bir

parçasında öz "təsərrüfatını" yaradır:

Gözümü yumub açdım.

Ötüb keçdi dəli yaşım.

Yoruldu tufanlı yaşım,

Duruldu selli yazım.

Ana yurda səpələnib,

Aranlı-dağlı günlərim.

Yollara töküldü yaşım,

Kəndçi yaşım, çöllü yaşım.

Müxtəlif rəngələrə məxsus naxış elementlərlə

və təsvirlərlə bəzədilən bədii toxuculuq məmulatı

olan xalçalar yüksək estetik əhəmiyyət kəsb



176

etməklə yanaşı, məişətimizdə otaqların daxilində

istiliyi saxlayan, binaların divarlarına bəzək verən

əşyalardır.  F.Sadıq Azərbaycan xalçalarının

kompazisiya zənginliyinə naxış elementlərinin

oricinallığına,  rəng koloritinə görə digər şərq

xalçalarından əsaslı surətdə fərqləndiyini,  onun

özünəməxsus gözəlliyini tərənnüm edir. Dünyada

öz xalçaları ilə məşhur olan Aəzrbaycan xalçaları

toxunulan ərazilərin,  tayfanını,  xalça toxuyan

ustannını,  naxışın və ya kompazisiyanını adıyla

adlanır. 

Azərbaycanda

"Bərdə", 

"Aran", 

"Qarabağ", 

"Açma-yumma", 

"Pirəbədil", 

"Qonaqkənd",  "Afurca",  "Qobustan",  "Şirvan", 

"Xiləəfşan",  "Gəncə",  "Fəxralı",  "Kəmərli","Şıxlı", 

"Təbriz"  kimi xalçalar Azərbaycan xalçalarının

şöhrətindən xəbər

verir.  Xalçalara vurulan

naxışlar, bəzəklər şairin könlünü riqqətə gətirir.

Xalça naxış-naxışdı.

Bu bulud, bu yağışdı.

Yeri güllü bahardı,

Köbəsi qarlı qışdı.

Xalçada tağ görmüşəm.

Tağda çıraq görmüşəm,

Aydımı ya qaşdımı,

Yoxsa oraq görmüşəm?

Xalçalarda tariximiz,  keçmişimiz var.  Şairin

nəzərində xalça qədim xəritəni,  hikmətlə dolu

şe'ri xatırladır.  Burda hər ilmə bir kitablıq söz


177

deyir. Şair xalçadakı butaları, bəzəkləri, iri ölçülü

həndəsi göyləri, nəbati motivli gül və naxışları ən

qədimdən nənələrimizdən,  babalarımızdan bizə

miras qaldığını bildirir.

Xalça uzaq dünənin bu günə gül

xonçası,

Min bir əfsanə sayır hər gülü,  hər

qönçəsi.

Əlifbanı


bilməyən

nənəmin


əlyazması,

Bir gülünə həkk olub həm özü, həm

dünyası.

Arxeoloci mənbələrə və yazılı abidələrə görə

belə bir fikir yürüdülür ki, Xalçalıq Azərbaycanda

hələ tunc dövründən mövcud olub.  Dağlıq Altay

kurqanlarındakı

daimi


buzlaq

ərazilərdə, 

Mingəçevirdə xalçaya aid ən qədim və qiymətli

arxeoloci materiallar,  tapıntı yeridir.  Herodot, 

Klavdi, Ksenefont Azərbaycan xalçalığının inkşafı

haqqında məlumat vermişlər.  F.  Sadıq üçün də

dünyanın əlifabası elə nənələrimizin naxışları, 

xalçaya vurduğu ilmələrdir.  Şair ilmələrinə, 

naxışlarına bələd olduğu  Azərbaycan xalçalarını

tərənnüm edir.  O xalçaları ki,  adına yaraşır. 

"Balıq xalçası pul-pul yanır".  "Bulud"  xalçası

xeyir-bərəkət yağdıran,  yağış tökən buluda, 

"Ləmpə"  xalçası    alışıb

yanan


tonqala

bənəzədilir.  Xətaidən,  Babəkdən yadigar qalan

xalçalarda vətənin nəqşləri,  rəngləri yaşayır. 


178

"Kürlə haşiyələnmiş Qazax xalçası, Dədə Qorqud

qopuzlu"dur.  Öz görünüşüylə Tovuz quşuna

bənzəyən Bərdə xalçası Nüşabəni yada salır":

Nüşabədən söz açır Bərdədən gələn

xalça.


Tovuz quşudur sanki,  az qalır qanad

aça.


Bu xalçanı bir zaman görüb Sultan

Məhəmməd.

Gör nə danışır naxış,  gör nə deyir

sınıq xətt.

Bu xətt onun ümidi,  bu sədd onun

imkanı.


Sevinci dağ laləsi, kədəri çöl tikanı.

Hər ilməsi bir hərf,  hər düyünü

kəlmədi…

Xalçaya vurulan hər "gül"  bir məna daşıyır. 

"Gül" var oxdur, kamandır, şəhərdir, qaladır, "gül" 

var çəndir,  dumandır,  dağdır,  "gül"  var Baba

dağı, Gül var Şirvan düzü, torpaq, xan çinar, göz, 

qaş,  "yarın üzüdür".  "Yumru gül"  çərxi fələyin

rəmzidir.  İnsan qəlbindən keçən arzular,  fikirlər

nağıllardan eşidilən əfsanəvi varlıqlar,  naxışlar, 

bəzəklər qəlb çırpıntılarıdır xalçaların üzərinə

həkk olunub.  Əlifbanı bilməyən insanın ilk

yazısıdır bu incəliklər.  Şairin lirik duyğuları baş

alıb gedir.  Zərif xalça naxışlarının zəngin

butalarına,  güllərinə,  ilmələrinə,  naxışlarına

baxdıqca


tarixi, 

xalqımızın

milli

mənəvi


179

zənginliyini,  dəyərlərini düşünürük.  Bu xalçaları, 

onların adlarını, gözəlliyini bayatılar üstündə vəsf

edən şair şifahi xalq ədəbiyyatının ən zəngin

dərin mənalı,  yüksək tutumlu bayatılarının da

sayını artırmış olur.  Bu bayatılarda "Muğam", 

"Qımıl",  "Təbriz"  "Quba",  "Şirvan",  "Gəncə", 

"Qollu-cici",  "Qarabağ",  "Qobustan",  "Pirəbədil", 

"Xilə-buta" xalçalarının adı çəkilir və Azərbaycan

xalçaçılıq sənətinə məxsus bu gözəl,  qənirsiz, 

nəfis dəst-xətli xalı -xalçalardan danışılır.  Şairin

tərənnüm etdiyi o nəfis,  gözəl zərif duyumlu, 

xalçaların gözəlliyi ilə şairin o gözəlliyi tərənnüm

etdiyi,  seçdiyi,  dənə-dənə mirvari kimi sapa

düzülmüş zərgər misallı sözlər birləşib milli-

mənəvi sərvətimizin ən zəngin xəzinəsinə çevrilir. 

İki sənət-bir- sənətkar gözündə,  sözündə daha

da ucalır,  ülviləşir:  Qobustan xalçasının hər

gülünü bir dastana bərabər tutur,  "ağ sapı"nda

toy nişanəsi ,  qara sapında qara günün yasını  

görür.

Bu xalça "Qobustan"dı.



Hər gülü bir dastandı.

Ağ sapı toydan qalıb.

Qara sapı yasdandı.

Bu xalça "Gəncə " olar.

Naxışı incə olar.

Yeri gül, xonçası gül,

Köbəsi qönçə olar.


180

"Təbriz"  xalçasında "uçuq",  naxış "körpülər"i

ayrılığın izləri kimi qüssəli bir dillə tərənnüm edir. 

Ayrılıq, həsrət duyur hər ilməsində. Öz qədimliyi, 

gözəlliyi ilə dünyanı gəzən,  əldən-ələ keçib bu

gün Avropanın ən zəngin muzeylərini bəzəyən

"Təbriz"  xalçasının hər gülündə bir məna gəzir

şair.  Qəlbindən keçən qüssə-kədəri duyur və bu

duyumla onu oxşayır,  sevir,  əzizləyir.  "Qımıl" 

xalçası qışın oğlan çağında gül "umul"an

arzuları, istəkləri özündə yaşadır:

Bu xalça "Qımıl"dımı.

Qonçədi, yumuldumu?

Qışın oğlan çağında,

Ondan gül umuldumu.

Xalçalarımızın misilsiz gözəlliyini tərənnüm

edən bu bayatı qoxulu misralar insan qəlbinin

tellərini

riqqətə

gətirir.  İçərişəhərin



Xalça

muzeyində

saxlanan

xalçalar, 

xalçaçılıq

muzeyində bu sənətlə bağlı nümunələr,  onları

nəzərdən keçirən şair baxışlarında bədii şəkildə

öz əksini tapıb. Onun bu əsəri haqqında deyilən

fikirlərə biz də şərikik.  "Şair qayım-qədim

xalçalarımızı

savadsız

nənələrimizin

əlyazmalarına bənzətməklə cəlbedici bir poetik

lövhə yaradır. xalqımıza xas olan incəliyi, gözəllik

və əlvanlığı özünə hopdurmuş bu şer hökmən

orta məktəb proqramına daxil edilməli,  müvafiq

televiziya

verilişlərində

təbliğ

olunmalıdır. 



Muzeydən

aldığı


təəssüratı

fikir


yükü

ilə


181

cilaladıqdan sonra sanki ilmə-ilmə toxunan

misralara çevirir:

Hər ilməsi bir hərf.

Hər düyünü kəlmədi.

Gözümü bir anlığa

Yana çəkə bilmədim.

Bu gül baba dağıdır.

Bu gül şirvan düzüdür.

Bu gül gözdür, bu da qaş.

Bu gül yarın özüdür.

Savalanın qaşına

Təzə yağmış qara bax.

Zəncir boyunbağıda

Dənələnmiş qara bax.

F.Sadıq ədəbiyyata çox sakit,  hay-küysüz, 

özünü təqdimatsız gəlib;  aramla yazıb,  çox

oxunub, çox düşündürüb".

Sadə,  aydın,  xalq şeri üslubunda deyilmiş, 

heca vəznində qurulmuş bu misralar Fikrət Sadıq

sənətinin ecazkarlığından,  oricinallığından xəbər

verir. 


Sənətkarlıq

imkanlarının

zənginliyini

göstərir. Deməli, sərbəst vəznin üstündə qurduğu

şerlərində,  poemalarında olduğu kimi,  heca

vəznində yazdığı şerlər də öz bədiiliyinə,  təsir

gücünə,  sənət tutumuna görə qiymətləndirilir. 

Fikrət Sadıq üçün "  Sərbəst şer mücərrədliyi

sevmir,  sərbəst o demək deyil ki,  mücərrəd


182

sözlərə sərbəstlik verəsən. Sərbəst mücərrədçilik

eləyəsən.  Sərbəst o deməkdir ki,  oxucuya daha

aydın, daha yığcam, daha kəsə bir yol ilə yazdığı

mətləbi anladasan. Məmməd Arazın Fikrət Sadıq

poeziyası haqqında fikirlərinə biz də şərikik. 

"Fikrət Sadıq böyük poeziya salonunda öz

kürsüsü olan,  öz oxucularına əsl sənət örnəkləri

oxuyan,  əvəzində xalqın minnətdarlıq alqışını

qazanan bir sənətkardır.  Əsl xoşbəxt şair çox

yazan,  çox dərc olunan deyil,  çox oxunan

sənətkardır. Sənətdə mütləq meyar budur: çoxun

az təsirindən,  əlbəttə azın çox təsiri gərəklidir. 

Burada söz cilası,  söz zərgərliyi vərdişinə

yiyələnmək bacarığı həqiqi istedada qismətdir". 


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin