SAĞlamliq və GÖZƏLLİk jurnali sayı: 14. 2012 həyat -lə



Yüklə 4,65 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix25.01.2017
ölçüsü4,65 Mb.
#6399
  1   2   3   4

sağlam və gözəl

SAĞLAMLIQ VƏ GÖZƏLLİK JURNALI

Sayı: 14.  2012



həyat

-lə

12

17

Bu ay 

içindəkilər

8  Hansı qidalar çəkini azaldır?

Təklif etdiyimiz qidalarla siz istədiyiniz formaya nail  

ola bilərsiniz. 

26

17  Bədənin atom bombası. Qalxanabənzər vəzi xəstəliyi

Qalxanabənzər vəzinin xəstəliyi və onun bədəndə meydana gətirdiyi 

fəsadlar haqqında.

10  Ayaqlarınızı yaza hazırlayın

Artıq ayaqlarınızı yaza hazırlamanın tam zamanıdır

12  Həyata hər kəs rəngli baxırmı?

Görmə ilə bağlı xəstəliklərin ən çox yayılan növlərindən biri də rəng    

korluğudur. 

14  Uşaqlıq boynunun xəstəlikləri-Erroziya və xərçəng

Bu xəstəliklərin bir qismi asan müalicə olunsa da, digər qismi müalicəsi    

uzun vaxt aparan stressə səbəb olan bədxassəli xəstəliklərdəndir.

20  “Bir adama faydam toxunanda xoşbəxtəm”

İşgüzar xanım rubrikamızın qonağı Rəbiyət Zərdabi ilə maraqlı söhbət.

6  Avis’dən xəbərlər

11

www.avismed.az



22 Xorultu problemi və onun həlli

Son illər xorultu və yuxunun obstruktiv apnoe 

sindromu (YOAS) diggət mərkəzindədir.

24 İdman mənə görə yaşamaq, nəfəs almaq

deməkdir 

Gənc idmançı Murad İbadullayev ilə maraqlı müsahibə

26 Qadın gözəlliyi təbiilikdir

Elnarə Xəlilovanın sağlamlığa və gözəlliyə münasibəti

30 Saç əkimindən şok xəbər

Saç əkimi ilə əlaqəli maraqlı məqalə

32 Ləzzət yolçuluğu

Jurnalımızın bu sayında göyərtilərdən, meyvə və  

tərəvəzlərdən hazırlanmış rəngbərəng və ləzzətli   

yemək təkifləri təqdim edirik. 

33 Aristotelin məktəbi Assos’da

Bəhramqala adı ilə də tanınan bu kənddə ən çox yunan     

mədəniyyətinin izləri qalıb.

36 Yarım əsrlik mahnı yarışması: Eurovision

39 Əyləncə

32

sağlıqlı və yüngül



yemək resepti

14

-Poliklinika

-Stomatologiya

-Cərrahiyyə

-Reanimasiya

-Yanıq şöbəsi

-Doğum şöbəsi

-Prenatal

-Neonatologiya

-Uşaq reanimasiyası

-Laboratoriya

-Elektroensefaloqramma

-Reensefaloqramma

-Elektrokardioqramma

-Exokardioqramma

-Kompyuter tomoqrafiyası

-Maqnit rezonans tomoqrafiyası

-Rəqəmsal rengen

-Təcili yardım



Xidmətlər:

“Avis-lə  Həyat” jurnalı olaraq bu dəfə də sizlərin

görüşünə bir birindən maraqlı, xüsusi ilə də isti yay

günlərində xanımlarımızı məmnun edə biləcək

yazılarımızla  görüşə gəlmişik. Uzun sürən soyuq və

yorucu qış günləri  öz yerini isti yay günlərinə

verərək  insanlara həm mənəvi, həm də fiziki cəhət-

dən  istirahət etmək imkanı qazandırdı. Yayda qadın-

ların qayğıları bir az da artır. Gözəl görünmək üçün

qadınlar müxtəlif vasitələrdən istifadə edirlər. Jur-

nalımız bu mövzuda qadınlardan öz  köməyini

əsirgəməyibdir. Əl və ayaqlara qulluq etmək barədə

qadınlarımıza dəyərli məsləhətlər veribdir.                                                                                                                   

Bu sayımızda həmçinin “Tiroid”xəstəlikləri

haqqında mütəxxəsis söhbəti ilə tanış olacaqsınız. 

Ulduz qonağımız da, idmançı müsahibimiz də ümid

edirik ki sizin üçün maraqlı olacaqdır. Sizə çox

maraqlı bir yemək resepti də təqdim etmişik. 

Bu sayımızda dünyanın gözəllik incisi olan “Assos”

kimi bir turizm məkanı ilə də sizləri tanış etmişik.

Əziz oxucularımız! Jurnalımızı həm oxuyaraq onları

yaxından tanıyın, həm də öz qayğınıza qalaraq,

sağlam və gözəl olun.      



Təsisçi:

Maymed MMC



Baş redaktor: 

Xəyyam Cavadov



Redaksiya Heyəti:

Murad Məlikov

Vasif Əlibəyov

Aslan Aslanlı

Aygün Quliyeva

Yasin Çetiner

Nərgiz Cəbrayılova

Səbuhi Məmmədov

Gülyanə Cəfərova

Günel Rzayeva

Gülnar Həsənova

Çap periodu: 2 Ay

Tiraj: 10 000 

Ünvan: Bakı ş. Yasamal rayonu,

Haqverdiyev küç. 11



Tel: (+99412) 437 59 50

Fax: (+99412) 497 06 39  

www.avismed.az

info@avismed.az

Reklam Yerləşdirmək üçün: 

(+994 50) 383 67 62

(+994 55) 835 76 60

reklam@avismed.az



Abunəçilər üçün

(+994 12) 564 22 58

(+994 12) 564 22 59

web: www.avismed.az

e-mail: info@avismed.az 

Hazırlama, dizayn və çap: 

Ayreklam-İstanbul

Müxbir:

Susana Şammədova 



Koordinator: 

Aybəniz Kamalqızı



Dizayner:

Elvin Süleymanov

Jurnal, Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. 



Qeydiyyat nömrəsi: 4642  

Çap olunan reklam materiallarına görə

redaksiya məsuliyyət daşımır

sağlam və gözəl



Redaktordan

Hörmətli Avis Dostları,

-lə

a  is

-

Xəbərlər

6

www.avismed.az



Ə H M Ə D L İ D Ə

Y E N İ   Ş Ö B Ə

A Ç I L D I

Avis Tibbi Marketlər

şəbəkəsi, Əhmədli metro

stansiyasının yaxınlığında

yeni şöbəsini  istifadəyə

verdi. Məhəmməd Hadi

küçəsi, 41V ünvanında yer-

ləşən yeni şöbədə geniş

çeşiddə dərman preparat-

ları, tibbi və gigiyenik lə-

vazimatlar, tibbi kosmeti-

ka, optik və günəş eynək-

ləri şöbəsi fəaliyyət göstərir. 

İki mərtəbəli, geniş, işıqlı və modern dizaynı ilə diqqət çəkən yeni şöbə ilə

“Sağlam həyat keyfiyyətinizi yüksəltmək” şüarı ilə hərəkət edən Avis Tibbi

Marketlər şəbəkəsi indi sizə daha da yaxın oldu. Əhmədlidə açılan yeni

mağaza, şəbəkənin sayca 6-cı şöbəsidir.

Hər zaman müasir standartlara

uyğun optik xidmətlər verən və ən

yeni modellərlə müştərilərini

sevindirən  AVİS optik bu dəfə də

ənənəsinə sadiq qaldı. Artıq Avis

optiklərdən yeni mövsümün yeni

model günəş eynəklərini də əldə

edə bilərsiniz. Bundan başqa Avis

optik nömrəli şüşələrdə də rəngli

şüşə seçimi,  3 fokuslu şüşələr və

dəniz linzalarını da təqdim edir.



AVİS EŞİTMƏ 

MƏRKƏZİNDƏN

Avis Tibbi Marketlər Şəbəkəsi

müştəriləri üçün Avis Eşitmə

Mərkəzində müddətli aksiya

keçirir. Aksiya zamanı siz öz

eşitmə qabiliyyətinizi pulsuz

yoxlada bilərsiniz. Bunun üçün

sadəcə alış-veriş zamanı öz pul-

suz müayinə kartınızı tələb et-

məyiniz lazımdır. Qeyd edək

ki, mütəxəssislər ən azı ildə 1

dəfə eşitmə müayinəsindən

keçməyi məsləhət görür.

Saçlarınızın qeydinə qalmaq, onlara daha yaxşı qul-

luq etmək istəyirsiniz?. Elə isə Avis Tibbi Marketlər

Şəbəkəsinin Olimp mağazasında pulsuz saç müay-

inəsi xidmətindən istifadə edə bilərsiniz.

Hər il olduğu kimi bu il də Avis Tibbi Marketlər

Şə-bəkəsi öz kollektivi ilə birlikdə maraqlı gəzin-

tiyə çıxdı. Gəzinti məkanımız Azərbaycanın gözəl

guşələrindən olan Qəbələ rayonu oldu. Dağların

qoynunda yerləşən bu məkanda maraqlı vaxt

keçirən Avis ailəsi, Qəbələdən də xoş xatirələrlə

ayrıldı.


Qəbələ gəzintisi

Ə H M Ə D L İ D Ə

YENİ GÜN EYNƏYİ 

K O L L E K S İ YA S I

2012

Pulsuz saç müayinəsi



a  is

-

Sağlamlıq

8

www.avismed.az



Kalsium:

C vitamini, kalsium, süd məhsul-

ları, zülal və bu kimi bəzi qida-

ların yağ əritmə xüsusiyyəti var.

Kalsium sümükləriniz üçün xeyir-

lidir. Həmçinin kalsiumun aclığa

nəzarət etmək üçün köməkçi xü-

susiyyəti də var. Araşdırmalar

göstərir ki, lazımi qədər kalsium

qəbul etməyən insanlar iştaha-

larına daha az nəzarət edir və on-

lar daha çox yağ kütləsinə malik

olurlar.

Süd məhsulları:

Mükəmməl bir kalsium mənbəyi

olan süd məhsullarının yağ ərit-

mədə daha əlverişli olduğu müəy-

yənləşib. Tennessee Universite-

tində aparılan araşdırmada, gün-

də 3 dəfə süd məhsulları qəbul et-

məyin piylənməsi olan insanlarda

bədən yağını əsaslı dərəcədə

azaltdığı müəyyən olunub. 2010-

cu ildə aparılan araşdırmalar isə

göstərir ki, gərgin məşqdən sonra

yağsız süd içmək yağ itkisini ar-

tırır, sümükləri gücləndirir və da-

ha güclü əzələlər yaradır.

Hind qozu yağı:

2009-cu ildə Braziliyada həyata

keçirilən araşdırmada, dadlı və

tərkibcə zəngin olan bu yağın piy-

lənməsi olan insanlarda bel ətra-

fının diametrini azaltdığı, faydalı

HDL xolesterolunu artırdığı və

mənfi xolesterolu yaxşılaşdırdığı

müəyyənləşib. 

Doymamış

yağ

turşuları:

2006-cı ildə aparılan araşdırmaya

görə doymamış yağ turşuları qa-

rın ətrafında daha az yağ toplayır.

Zeytun, zeytun yağı, qabıqlı yemiş

və tumları, qara şokolad və avo-

kado bitkisi qarın nahiyəsinin

yağsız olmasını tənzimləyir və in-

sanı uzun müddət enerjili saxlayır.

Sağlamlığınız üçün xeyirli olan bu

yağlar qidanızın bir hissəsi olma-

lıdır. Həmçinin, balıqlarda, bir çox

qabıqlı yemiş və tumlarda olan

yağ turşularını çox miqdarda qə-

bul etmək, pəhrizdən asılı olaraq

yağ axınını artırır, maddələr mü-

badiləsini sürətləndirir. Həmçi-

nin,bu yağlar bədəni ürək-damar

xəstəliklərindən qoruyur və psi-

xoloji vəziyyətinizi yaxşılaşdırır. 



Zülal:

Zülallar dərinin, saçların, dırnaq-

ların, sümüklərin və əzələlərin

sağlamlığına zəmin yaradır. Ari-

zona Əyalət Universitetində apa-

rılan araşdırmaya görə,arıqlama-

da köməkçi olan zülallar, həm-

çinin toxluq hissi yaradır və ye-

məkdən sonra kalori axınını sürət-

ləndirir.



C vitamini:

Araşdırmalara görə C vitamini əs-

kik olan insanların orqanizmi da-

ha çox yağ yığır. C vitamini, sink,

maqnezium və E vitamini 

Hansı qidalar

çəkini azaldır

Bədəninizin yağ əritmə potensialını artıran qidalar bunlardır:

Bu günə qədər arıqlamaq üçün bir çox pəhriz üsullarını

sınadınız və müvəffəqiyyətsiz oldunuz? Arıqlamaq üçün

möcüzəyə ehtiyac yoxdur. Təbii yollarla, həm də yemək

yeyərək arıqlaya bilərsiniz. Aşağıda təklif etdiyimiz qi-

dalarla siz istədiyiniz formaya nail ola bilərsiniz. 

?


çatışmazlığı bədən və qarın yağı-

nın yaranma riskini artırır



Bal:

Bu təbii və dadlı məhsul şəkər ye-

rinə istifadə olunduqda çəki artı-

mını və bədən yağını azaldır.

Həmçinin antibakterial, antivirus,

antifuqal kimi xüsusiyyətlərə ma-

lik olan bal sağlamlığınız üçün

hərtərəfli faydalıdır. Zökəmi ara-

dan qaldırmaqda da olduqca tə-

sirli olan bal, hə a qan şəkərini

tənzimləyir, immuniteti inkişaf et-

dirir. 


Kakao:

Kakaonun tərkibində digər qida-

lara nisbətən daha çox antioksi-

dant var. Kakao sinirləri zədə-

lənmədən və xəstəlikdən, dərini

isə ultrabənövşəyi şüaların oksid-

ləşdirici zərərlərindən qoruyur.

Psixi vəziyyətiniz, idraki funk-

siyalar və toxluq hissiniz üçün də

müsbət təsirə malikdir.



Lif:

Bir neçə ildir ki, müxtəlif araşdır-

maçılar yeməyə salatla başlama-

ğın aclığı azaltdığını və hədsiz ye-

mək yeməyi əngəllədiyini müəy-

yənləşdiriblər. Bunun səbəbi salat-

ların (yerkökü, pomidor, kahı ki-

mi göyərtilərin) bol lif mənbəyi ol-

masıdır. Liflər toxluq hissini ar-

tırır.


Sirkə:

Salatlarınıza ləzzət verən sirkə

özünüzü tox hiss etməyinizi təmin

edir. Araşdırmalar yeməyin qlise-

mik təsirini zəiflədən sirkənin,

toxluq hissi yaradıb, qida qəbu-

lunu azaltdığını da göstərir. Həm-

çinin, 2009-cu ildə yapon araşdır-

maçılarının apardığı araşdırmaya

görə, sirkə bədəndə yağın toplan-

masının da qarşısını alır.

Yarma:

Qida tərkibi baxımından zəngin

olan bu məhsul zülal, amin tur-

şusu, E vitamini ilə zəngindir.

2011-ci ildə aparılan araşdırmada

yarmanın yağın yaranmasını məh-

dudlaşdırdığı açıqlanıb. Yarma

toxumundan hazırlanan yemək-

lərlə qidalanan heyvanların daha

az bədən yağına və zəif bədən çə-

kisinə malik olduqları, həmçinin,

iştahalarının azaldığı müəyyən

olunub.

9

www.avismed.az



a  is

-

Məsləhət

10

www.avismed.az



Ayaqlarınız davamlı şişirsə və bundan çox narahat

olursunuzsa davamlı olaraq  bitki vannalarından

istifadə etmək lazımdır.

Ayaqlarınızın gözəl görünməsi üçün bəzi şeylərə

diqqət etməlisiniz. Ayaq baxımının ən əsas şərti pe-

dikür etməkdir. Pedikür həm ölmüş hüceyrələrin

ayaqdan təmizlənməsinə, həm də gözəl və sağlam

ayaqların olması üçün şərait yaradır. Pedikürün kö-

məkliyi ilə ayaqlarda əmələ gələn qabarlardan, dır-

naq batmasından, daban çatlarından qurtara bilirik. 

Pedikürü salonda yerinə yetirə bildiyiniz kimi evdə

də yerinə yetirə bilərsiniz. Ancaq bunu evdə edərkən

düzgün sıralama aparmaq lazımdır.

Pedikür

İlk dəfə ayaqları ilıq sabunlu suda yarım saat saxla-

maq lazımdır. Nəmini aldıqdan sonra ayaq törpüsü

ilə ölü dəriləri təmizləyin. Bu prosesi bir neçə dəfə

təkrarlayın. Daha sonra dırnaq ətlərinizi törpünün

ucuyla geriyə itələyin. Bir pens və ya bir dırnaq

qayçısı ilə dırnaq ətlərinizi kəsə bilərsiniz. Dır-

naqlarınızı törpüylə kəsdikdən sonra dırnağın daha

da parlaq və istədiyiniz kimi görünməsi üçün xüsusi

hazırlanmış törpü ilə dırnağın üzərini törpüləyin. 

Daha sonra ayaqlarınızın dərisinin daha da hamar

olması üçün xüsusi olaraq hazırlanmış peeling kre-

mindən (nəmləndirici) istifadə etmək lazımdır. Yax-

şı-yaxşı ovxaladıqdan sonra yuyun. 

Dırnaq gücləndirici bir geldən istifadə etdikdən

sonra pedikürü tamamlamaq lazımdır. 



11

www.avismed.az



Canlandırıcı və

bəsləyici məsləhətlər

Quruyan, çatlayan və şişən ayaq-

lar üçün aradabir xüsusi məslə-

hətlərdən istifadə etmək lazımdır.

Ayaqlarınız davamlı olaraq şişirsə

tez-tez bitki vannalarından istifa-

də etmək lazımdır. Bunun üçün

bir litrə suda iki ovuc çobanyastığı

və bir limonun qabığını qaynadın

və soyumağa qoyun. Su soyuduq-

dan sonra ayaqlarınızı bu suda ya-

rım saat saxlayın. Şişin azaldığını

ayaqlarınızın isə canlandığını hiss

edəcəksiniz. Quruyan və qat-qat

ayrılan dırnaqlarınızı isə qliserin-

dən istifadə etməklə müalicə edə

bilərsiniz. Bir neçə damcı qliserini

bərabər miqdarda limon suyuna

qatın. Bu qarışığı hər gün dırnaq-

larınıza sürtün. Canlı, parlaq, sağ-

lam dırnaqlar üçün bundan yaxşı

məsləhət ola bilməz. 



Soyuq parafin

Sağlam, qüsursuz və parlaq ayaq-

lara qovuşmağın yeni bir yolu.

Yumşaq və baxımlı ayaqlar üçün

özəl bir məsləhətin adı soyuq pa-

rafindir. Əvvəlcə ayaqlara peeling

yaxılaraq ölü hüceyrələri təmizlə-

yirik. Sonra isə soyuq parafini

ayağımıza çəkirik. Parafin 20 də-

qiqə ayağımızda qalır. 20 dəqiqə-

dən sonra parafini silib krem çəki-

rik. Nəticədə pambıq kimi yum-

şaq ayaqlara sahib oluruq. 

Çatlaqlar

Daha çox quru dərilərin problemi

olan çatlar topuq və ayaq daban-

larında olur. Ayaqları yuduqdan

sonra silməmək, yalın ayaq gəz-

mək, yüngül məst geymək və s.

vaxt quru ayaqlarla rastlaşırıq.

Hər dəfə ayağı yuduqdan sonra

daban daşı (ponzo daşı) ilə yavaş-

yavaş ölü dərini təmizləyin. Çat-

lamış bölgələri içərisində E vita-

mini və jojoba yağı olan ayaq

kremləri ilə gün boyunca tez-tez

yağlayın. Çatlaqlar itənə qədər co-

rab və bağlı ayaqqabı geyin. 

Qabar

Bütün qışı ayaqlarımız botunların

və uzunboğaz çəkmələrin içində

qalır. Üstəlik də düzgün ayaqqabı

seçmədiyimiz üçün ayaqlarımızın

bəzi yerlərində sərtləşmələr əmələ

gəlir. Açıq ayaqqabı və məstləri

belə qabarlı ayaqlara geymək o

qədər də xoş təsir bağışlamır.

Əgər qabar çox incitmirsə onu pe-

dikür eləməklə aradan qaldırmaq

olar. Ancaq problem yaradırsa

özəl qabar baxımı ilə bu problem-

dən qurtarmaq olar. Hər dəfə van-

na etdikdən sonra krem sürtmək

lazımdır. Yumşaq və enlidaban

ayaqqabıdan istifadə etmək lazım-

dır. Apteklərdə satılan kiçik plas-

terdən və solusyonlardan istifadə

etmək lazımdır. 



Ayaqlarınızı bəzəyin

Bütün baxımları tamamladıqdan

sonra sıra gəldi ayaqları bəzə-

məyə. Yazda ayaqlar laksız ol-

maz. Yeni sezonda əsasən qırmızı

və bənövşəyi tonlar dəbdədir.

Həm də ayaq bəzəmək çox dəb-

dədir. Dırnaq küpələri, bəzəmə

boyalarından sadəcə bir neçəsi

“Frech”(Qabağa ağ xə  üzərinə

açıq rəngli lak) isə hər zaman

təmiz və baxımlı ayaqlar üçün

məsləhət görülür. 

Canlı, işıltılı bir bahar

İncə bir rəng, azacıq bir tonlama...

Görünən və görünməyən hissə-

lərdə olan şəffaf və parlaq görün-

tülər cildə bahar təravəti verir. Tə-

biətin oyandığı bahar aylarında

siz də təbii gözəlliyinizin üzə çıx-

masına icazə verin; əlbə ə bir qə-

dər parıltı və moderin toxunuşlar

etməklə...



a  is

-

Test

12

www.avismed.az



Rəng korluğunun səbəbləri

Rəng korluğunun səbəbləri hələ tam

olaraq aydınlaşdırılmayıb. Ancaq,

rəng korluğunun genetik olaraq keç-

diyi tibb elminə məlumdur. Ailədə

rəng korluğu varsa, həmin ailə üzv-

lərində rəng korluğu xəstəliyinə mə-

ruz qalma riski daha böyükdür. Rəng

korluğu xəstəliyini sinir sistemi xəs-

təliyi ilə də əlaqələndirirlər.



Rəng korluğu xəstəliyinin

əlamətləri

.

Rəng korluğu xəstəliyi  gündəlik hə-

yatda ciddi bir problem yaratmasa da,

keyfiyyətli yaşamaqda ciddi bir prob-

lemə səbəb ola bilər. Rəng korluğu

olan insanlar rənglərlə əlaqəli olan iş-

lərdə çalışa bilməzlər. 

Həyata hər kəs 

rəngli      

Görmə ilə bağlı xəstəliklərin ən çox yayılan növlərindən biri də rəng korluğudur. Bu

xəstəlik insanların həyatına o qədər də çox pis təsir etməsə də, hər hansı bir çatış-

mazlıq hiss etməsinə səbəb olur. Bəs biz rəng korluğu haqqında nə bilirik?

Rəng korluğu testi 1

Rəng korluğu olan insan-

lar 8-normal olaraq oxu-

yur. 3 olaraq oxuyanlar

qırmızı-yaşıl rəngləri bir-

birindən ayira bilməyən

insanlardır. Heç bir rəqəm

oxuya bilməyən insanlar

isə tamamən rəng korluğu

olan insanlardır. 



Rəng korluğu testi 2

Normal görənlər  29 ola-

raq oxuyarlar. Qırmızı və

yaşıl rəngi bir birindən

ayıra bilməyən insanlar

isə 70 oxuyarlar. Tama-

mən rəng korluğu olan in-

sanlar isə heç bir rəqəm

oxuya bilməzlər. 

baxırmı? 

Rəng korluğu nədir?

Rəng korluğu rəngləri bir–birindən

ayıra bilməməkdir. Bu xəstəliyə  kişi-

lərdə daha çox rast gəlinir. Rəng kor-

luğunda ən çox yayılan xəstəlik yaşıl

və qırmızı rəngi  bir-birindən ayıra bil-

məməkdir. Çox az təsadüf olunan nö-

vü isə bütün dünyanı ağ və qara gör-

məkdir. Hər 20 kişidən birində, hər 200

qadından birində rəng korluğu xəstə-

liyinə rast gəlinir. Bir çox insan özündə

rəng korluğu xəstəliyinin olduğunu

hiss etmir.


13

www.avismed.az



Rəng korluğu testi 3

Normal görənlər

5-i düzgün ola-

raq oxuyarlar.

Q ı r m ı z ı - y a ş ı l

rəngi ayıra bil-

məyənlər      hə-

min rəqəmi 3

oxuyarlar.

Tamamən rəng

korluğu olan in-

sanlar isə heç bir

rəqəm oxuya bil-

məzlər. 


Normal görənlər

bu rəqəmi 3 ola-

raq oxuyarlar.

Qırmızı-yaşıl 

rəng korluğu

olanlar bu rəqəmi

5 olaraq oxu-

yarlar. Tamamən

rəng korluğu olan

insanlar  hər han-

sı bir rəqəmi oxu-

ya bilməzlər. 



Rəng korluğu testi 4

Normal görən in-

sanlar bu rəqəmi

15 kimi oxuyar-

lar. Qırmızı–ya-

şıl rəng korluğu

olanlar isə bu rə-

qəmi 17 kimi

oxuyarlar.Tama-

mən rəng korlu-

ğu olanlar isə hər

hansı bir rəqəmi

oxuya bilməzlər.

Normal görən

insanlar bu rə-

qəmi 6 kimi

oxu-yarlar.

Rəng görmə

problemi olan

insanların çoxu

isə bu şəkildə

hər hansı bir

rəqəm görməz-

lər. 


Rəng korluğu testi 5

Rəng korluğu testi 6

Normal görən in-

sanlar  bu rəqəmi

74 olaraq oxu-

yarlar. Qırmızı –

yaşıl rəng kor-

luğu olan insan-

lar isə bu rəqəmi

21 olaraq oxuyar-

lar. 


Tamamən rəng

korluğu olan in-

sanlar isə bu rə-

qəmi  oxuya bil-

məzlər.                                                                                    

Rəng korluğu testi 7

Qırmızı və ya-

şıl rəng korlu-

ğu olan insan-

lar bu şəkli 45

olaraq oxuyur-

lar. Rəng kor-

luğu olan in-

sanlar isə bu

şəkildən heç

bir rəqəm oxu-

ya bilməzlər.



Rəng korluğu testi 8

Müasir dövrdə qadınları ən çox

narahat edən xəstəliklərdən biri

də uşaqlıq boynunda yaranan xəs-

təliklərdir. Bu xəstəliklərin bir qis-

mi asan müalicə olunsa da, digər

qismi müalicəsi uzun vaxt aparan

stressə səbəb olan bədxassəli xəs-

təliklərdəndir. Buna görə də bu

xəstəliyi yaxından tanımaq və

vaxtında müdaxilə edib böyük fə-

sadların yaranmasının qarşısını al-

maq lazımdır. Bu məsələdə də ən

yaxşı öyrənmək üsulu mütəxəssis

həkimdən məsləhətlər almaqdır.

Müsahibəmiz də məhz bu barə-

dədir.    



Yüklə 4,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin