Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

114

Abad


olub, 

azad


olub

mülki-İran, 

Azərbaycan!

Bu-


Bisütun-inqilabda

Şirin-vətən

üçün

Fərhad


Külüng vurmuş öz başına,  zaman-zaman, 

Azərbaycan!

Vətən

eşqi


məktəbində

can


verməyi

öyrənmişik,

Ustadımız

deyib


heçdir

vətənsiz


can, 

Azərbaycan! 

Qurtarmaqçün

zalimlərin

əlindən

Rey


şümşadını,

Öz şümşadın başdan-başa olub al qan, 

Azərbaycan!

Yarəb,  nədir bir bu qədər ürəkləri qan

etməyin,

Qolubağlı

qalacaqdır

vaxtacan



Azərbaycan?!

İgidlərin İran üçün şəhid olub, əvəzində

Dərd almısan,  qəm almısan sən İrandan, 

Azərbaycan!

Övladların

vaxtadək



tərki-vətən

olacaqdır?



115

Əl-ələ ver,  üsyan elə,  bir də oyan, 

Azərbaycan!

Bəsdir fəraq odlarından kül ələndi başımıza,

Dur ayağa!  Ya azad ol,  ya tamam yan, 

Azərbaycan!

Şəhriyarın ürəyi də səninkitək yaralıdır,

Azadlıqdır mənə məlhəm,  sənə dərman, 

Azərbaycan!

Bu misralardakı təbiilik,  doğmalıq,  vətən

məhəbbətidir ki, Fikrət Sadığı özünə çəkib və bu

gözəlliklə,  bu axıcıllıqla,  sənətkarlıqla Şəhriyarın

duyğularında öz istəyi ilə səsləşən motivləri

ustalıqla dilimizə tərcümə edib,  o taylı bu taylı

Azərbaycan şairlərinin fikirlərindən, arzularındlan

bir-birini

xəbərdar

edib. 


Cilid-cilid

vətən


mövzusunda

yazılmış


kitablara

bərabərdir

Şəhriyarın bu şeri  Fikrət Sadığın tərcüməsində.

F.  Sadığın özünün Vətən mövzunda yazılan

şerlərində

bir



saflıq

duyulur.  Doğma

Şamaxının qoynunda böyüyən şair yurdunun

başına dolanır,  çünki "nanəli"  bulağına,  "Qız

qalası"  dağına mehrini lap uşaqlıqdan salıb. 

Xaqanilər,  Nəsimilər,  Sabirlər Vətəninin dağı, 

daşı,  çəməni "şer dolu xəzinə"dir.  Şamaxı onun

üçün isti ana qucağı,  bulaqları cənnət,  arzuları

şirin,  "ilk bahar sularından"  qüvvət aldığı ana

yurddur.  Şair üçün Vətənin hər guşəsi könül



116

açandır.  Lahıcın "nağıl körpülü",  "dolay-dolay", 

"düyüm-düyüm"  yolları ilə addımlayan şair yolu

düşdüyü kəndin

Yollar kənarına köbə yerinə

Gözəllik hörülə harda görülüb?

-deyir və məftun olduğu bu yerlərin qədim

qalaları


şairin

xəyallarını

çəkib

uzaqlara


aparır."Ç iyni güyümlü"  bir gözəlin dağ cığırıyla

gəlişinin, 

yalçın

qayaların



bir-birinə

bənzərsizliyinin,  Girdman dərəsinin sanki əllə

düzülmüş qayalarının şairdə yaratdığı heyrətin, 

təəccübün arxasında bir məhəbbət,  bir sevgi

yaşayır.  Bu vətənə,  torpağa,  onun füsunkar

təbiətinə bəslənən məhəbbətdir:

Bu

yerlər


yurdumun

dilbər


guşəsi.

Bir də haçaq bura yolum düşəsi.

Öpdüm

Girdmanın



dodaqlarından-

Bir az da kövrəldi könlüm şüşəsi.

("Yolum bir kəndə düşdü")

Şair gəzdiyi hər kənddə,  eldə,  obada bir

gözəllik duyur. Bu duyumda çaya fərəhlə baxan, 

dağları nağıl bilən,  küləyi fikirlərini dağıdan, 

gördüklərini ürəyində "xatirətək"  saxlayan şairin

lirik, kövrək hissləri yaşayır:"bura gəldim könlüm, 

gözüm açıldı",-deyir.  Bu misralarda ana təbiətə

sonsuz məhəbbət var.



117

Yer məfhumu şair üçün geniş məfhumdur. O, 

yer oğludur,  o nə Marsdan,  nə də başqa

planetdən gəlməmişdir.  O,  bir ovuc şirvan

torpağında doğulub,  o torpaqda "ayaqlarım ilk

dəfə orda dəyibdir yerə",- deyir.  Doğulduğu

planet

ona


əzizdir, 

dünyanın


bütün

kəhkəşanlarından Yer ona daha çox doğmadır. 

"Əgər Marsa uçarsa",  orda insan görərsə yenə

Yeroğlu olmasıyla fəxr edəcəyini bildirir,  çünki

"Yerdir,  doğma Vətəni!"-şairin və torpaq,  yurd

sevgisi şairin damarında axan qanındadır:

Yaşayana yurd-yuva,  ölənə yataq

olan,


Dünyanın sevincinə,  dərdinə ortaq

olan,


İnsanlıq gülsün deyə gülüşündən əl

çəkən,


Qızılından əl çəkən,  gümüşündən əl

çəkən,


Torpaq deyilmi məgər?

Torpaq özü insana o qədər mehribanlıq, 

doğmalıq yaratdığından insan da onu belə sevə

bilir.


Torpaq bütün çalarlarıyla vəsf olunur.  O

torpaq ki,  insan yolunda nəyə desən hazırdır. O, 

nələrə qadir deyil.  Qucağında çayları,  dənizləri

gəzdirir, insana od verir, işıq verir, sinəsində gül

bitirir,  qədimini

qoruyub


saxlayır,  ölüsünü

əzizləyir,  köksündə yatızdırır,  yaşayanına yurd -



118

yuva verir,  insanın sevinci,  səadəti naminə

yatırından,  varından əl çəkir,  dərdinə,  sevincinə

ortaq olur,  qoynunda neçə fəslin şıltaqlığına

dözür; birinə bar verir, birinə qar, birinə gül-çiçək

yaşıl çəmən-bütün bu qismətinə düşən insan

üçün qoruyub saxlayan, insanla sevinən, insanla

bir ağlayandır bu torpaq.  O göylərin göndərdiyi

də bu torpağındır.  İldırımlı yağışlar gecələr, 

gündüzlər-bütün təbiət,  həyat onundur,  ancaq

onun.  Şair bu torpağın övladı kimi onun qədr-

qiymətini bilir.  Ana torpağı "gəlin qoruyaq"-deyir. 

Onun üstündə elə bil nanə yarpağı kimi əsir. 

Sevgisini "anadır,  ana torpaq"  ifadələrində

ümumiləşdirir.

Şair tarixən yadelli işğalçıların talanlarından

torpağı qorumaq üçün çəkilən sədləri,  qalaları

gəzdikgə hər qala daşında bir vətən məhəbbəti, 

sevgisi duyur.  Əsrlərin istisinə,  soyuğuna sinə

gərmiş qala divarların məğrur görkəminə baxır, 

insan əməyinin daşa dönmüş abidəsinə -məğrur

qala


divarlarına

Bakını


qoruyan

-balasını

"qoruyan bir ana kimi"  müraciət edir.  Hər

saralmış daşını "min varaqlı bir dastan"  saydığı

bu

qədim


Qala

divarları əsrlərdən-əsrlərə, 

nəsillərdən-nəsillərə

keçərək, 

qorunub

saxlanacaq,  xalqımızın ağrılı-acılı günlərinin



şahidi kimi əbədi qalacaq, qorunacaq abidə kimi

qiymətləndirilir, tərənnüm edilir.



119

Şer, sənət diyarı Şirvan şairin yaradıcılığında

dönə-dönə qayıtdığı, lakin bənzərsiz yaratdığı bir

aləmidir.  Bu mövzuda yazılmış şerlərdə şair

qoynunda göz açdığı,  ayaq açıb yeridiyi,  ilk ana

laylasını eşitdiyi ,  cığırına,  yoluna iz saldığı

Şirvanın tarixi keçmişini,  qəhrəmanlıq dolu

həyatını, 

Xaqani, 

Nəsimi


kimi

böyük


sənətkarların vətəni olduğunu tərənnüm edir, 

"Zəlzələlər,  istilalar vüqarını sındıra bilməyən, 

baharını soldurmaqda gücsüz olan, zülmlərə sinə

gərib əbədi yaşadığını,  "əbədiyyət ocağı"na

çevrildiyini

vəsf


edir.  Gülüstan

qalasının

yazılmamış bir qəhrəmanlıq dastanı olduğuyla

fəxr etməklə yanaşı,  bulaqlarının,  şən nəğməli

bülbüllərinin,  toy libaslı güllərinin,  pıçıldaşan

yarpaqlarının,  kölgə dolu qüzeylərinin,  günəş

dolu güneylərinin,  sürülü yayalaqlarının da

vurğunudur.

Şair bütöv Şirvanın ürəyindən keçənləri

misralara çevirir. Çünki:

Qədim Şirvan yollarının

Pozulmamış izləri var.

Burda dilsiz qalaların,

Tunc ürəkli qayaların,

Deyilməmiş sözləri var.

Şair doğma Şirvanını Vətəninin digər dilbər

guşələrindən təcrid edib tərənnüm etmir.  Onu  

Muğanın,  Qarabağın qardaşı,  onun bir bucağı

sanır və onları bir-birindən ayırmadan,  bir-birinin


120

yaraşığı kimi tərənnüm edir. Qoca Şirvanı vüqarlı

"Şah dağından uca Şirvan" kimi əzizləyir. Şair bu

misralarla bütün yurduna, onun hər qarışına olan

sevgisini üsmumiləşdirir:

Vətəninin ölü çölü də,

Əl boyda daşı da Vətənimdir!

Şair


üçün

ulularımızdan-metelərdən, 

oğuzlardan, 

xaqanlardan, 

qazanlardan, 

babəklərdən üzü bəri qorunan torpaq,  Vətən-

millətin

dünənki, 

bugünkü, 

gələcəkdəki

övladlarınındır.  Torpağın hər qarışı- qumlu

səhrası,  kollu-koslu çölləri,  yaşıl ormanları,  hər

qarışı vətəndir, gələcək nəsillərindir.

O yer ki, vətənindir,

O nə sənin, nə mənimdir.

Ana yurd, doğma torpaq,

Babamdan qalıb mənə,

Nəvəmə çatacaq!

Nəvəsinə çatması üçün də bu torpaqların

keşiyini çəkməyə borclu olduğunu bildirən şair

torpağı tapdanan oğulun gözü tökülməzmi?-deyə

soruşur.  Onu oğulluq,  vətəndaşlıq borcunu

şərəflə yerinə yetirməkdə borclu olduğunu

unutmamağa çağırır.

F.  Sadıq xalqının saflığına inanır.  Onun

nəzərində bu xalq əsilli-nəcabətli xalqdır.  Onun

keçmişində, kökündə paxıllıq olmayıb. Bu xalqa o

paxıllıq,  o yalan,  o nəfsiitilik "gəlmədi".  Şərəfli



121

keçmişinə, tarixinə güvənir şair. Onun nəzərində

bu Anayurdun elə zamanı, vaxtı olub ki:

Kişilik gündəlik işi,

Mərdlik adi yerişi.

Düzlük onun bayrağı olub.

Yerdə qalanları "gəlmə" olduğunu, lakin bunu

kimin gətirdiyi şairi qüssələndirir.  Bədii suallarla

onu daha təsirli, düşündürücü bir şəkildə sorur:

Kim gətirdi bunları bəs?

Bir kimsə görmədi,

Bir kimsə bilmədi.

Vətənin hər bir oğlunu- əsgəri vəzifəsini

şərəflçə yerinə yetirməyi,  nə qədər ki,  əlində

silah,  başında "gülah",  sinəndə vətən həsrəti, 

qəzəbi var,  "qaytar Qarabağı,  qaytar,  yoxsa

sonra gec olar" -deyir. Nə qədər ki, Xocalı yarası

qanlıdır, göynərtisi içimizdə, qəzəbi sinəmizdədir, 

nə qədər ki,  Meşəli dağların barı-bərəkəti

daşınıb, talanıb, qırılıb məhv edilir, yaramızı isti-

isti sarımağı məsləhət bilən şair sabahdan

narahatdır,  bu günün işini sabaha qoymamağa, 

ləngiməməyə, 

ləngiməklə

itirməyə

doğru


getdiyimizi qapaz kimi başımıza vurur; ağrıtmaq, 

göynətmək,  dirçəltmək,  ruhdan düşmüş millətin

keçmişini yadına salıb,  "ot kökü üstündə bitər"-

kəlamındakı həqiqətə fikrimizi yönəltmək,  öyüd

götürmək, 

öyünə


biləcəyi

keçmişindən

yaralanmaq,  qabiliyyət,  döyüş bacarığı olan bir

millət kimi öz şərəfini,  ayaqlar altına düşmüş



122

ləyaqətini qaldırmaq,  bu məmləkətin əldən

getmiş

torpaqlarından



qaçqın

düşüb


boz

düzənliklərdə

qurd-quşa

yem


olanların

qəbirstanlıqlarının sayının artıdığını, vətənsizliyin

dözülməzliyini

beyninə


həkk

etmək,  qəflət

yuxusundan qalxıb real qismət və payının-

əlindən itirdiyi varidatını,  şərəfini geri qaytarmalı

olduğunu anlatmağa çalışır:

Qaytar Qarabağı, qaytar!

Yoxsa sonra gec olar.

-sərtliklə deyilmiş bu misralar bir general

əmrinə bənzəyir.  Vətənin ağsaqqal qocasının, 

müdrik


möminin

sözlərindəki

həqiqət

bu

misralarda dəmir zindana dəyən çəkicin səsini



verir.  Ləngimək ölümə bərabərdir,  daha çox

itirmə,  itirdiklərimizin bizim ola bilməyəcəyinə

gətirib çıxaracağından qorxu,  təlaş,  həyəcan, 

qəzəb var bu misralarda.  Əllərindən adi ov

silahlarını da alıb camaatı əli yalın qoyan, 

düşmənini

isə

hərbi


tank,  sursat

verib


silahlandıran,onun dəyirmanına bilə-bilə "su

tökənlərin" bu gün də mövcud olduğundan qorxur

şair.  Bütün bunları Azərbaycanın bu gününü

yaşamaq taleyinə düşən vətəndaşının yadına

salır,  bu

unutqanlığın

başlarına

gətirdiyi

müsibətləri yadına salır,  yatmışları oyatmağa

çalışır. F. Sadıq sözünü üzə deyir, düşmənindən

belə çəkinmir bu düzlükdə.  Düşməninə,  onun

havadarlarına nifrətini adıyla bildirir.  Erməni



123

faşistlərini

silahlandırıb

Azərbaycanın

milli-

azadlıq


duyğularını

boğmağa


çalışan, 

Azərbaycanı diz çökdürmək istəyən, onun zəngin

xammalına yenidən sahib olmaq istəyən rus

imperialistlərini qamçılayır,  onlara olan qəzəbini,

kinini misralara çevirir.  Azad,  müstəqil,  suveren

bir dövlət kimi tanınan, dünya xəritəsində artıq öz

yeri olan,  qanı-canı bahasına azadlığını əldə

edən,  bu gün onu yadların həris baxışlarından, 

tələlərindən qorumaq üçün əzmlə mübarizə

aparan Azərbaycan Demokratik Respublikasına

daha dişi batmayan düşmənlərinin öz çirkin

əməllərindən əl çəkməyə çağırır,  onsuz da artıq

heç bir şey edə bilməyəcəyindən şövqlə danışır:

Daha əlin bala batmır,

Sərhədlərə əlin çatmır.

Kim içibsə azadlığın

Şərbətindən bircə gilə,

O bir gilə olur ümman.

Bircə gün də azad olan,

Öz canından keçər, amma

Keçməz bir də torpağından.

Gələcəyə ümidlə baxan nikbin şair gec-tez

Qarabağ torpaqlarının da öz gücümüzlə erməni

murdarlarından təmizləyəcəyimizi,  Azərbaycanın

işğal olunmuş ərazilərinə sülh-əmin amanlıq bəxş

edəcəyimizi,  Azərbaycanın ərazi bütövlüyünün

təmin olunacağını inamla bildirir.


124

F.Sadıq şerlərində bəzən qüssəli,  bəzən

qəzəbli,  bəzən dərdli,  bəzən hirsli,  bəzən

nəsihətli kəlmələr, ifadələr işlətməkdə haqlıdır. O, 

artıq zülmlərə dözməyən,  ona baş əyməyən

zümrələrdəndir.  O,  artıq Azərbaycanın əsrlərlə

başına gətirilən müsibətləri alın yazısı,  millətin

faciəsi kimi qəbul etməkdən yorulub, onun sinəsi

bu haqsızlıqlara tab gətirə bilməz.  Ona görə də

zaman-zaman şerlərində dünyaya səpələnmiş

millətinin

taleyindən

söhbət

açır,  kərkük



türkmanı,  azərbaycan türkü,  Şirvanda Kərkük, 

Kərkükdə Şirvan məsələlərinə tarixi aspektdən

yanaşanda da parçalanmış, dağılmış, sürgünlərə

məruz


qalmış

millətinin

bölünməsini

ürək


ağrısıyla bildirir.

F.Sadıq


yaradıcılığında

dövlətçilik,  birlik

prinsiplərini

poetik


bir

dillə


təbliğ

edir. 


Azərbaycan-Türk

dünyasının

keçmişi



dünəniylə fəxr edən şair bu günü üçün də



narahatdır. Sabahına xoş ümidlərlə baxmaq üçün

bu gün düşünməli olduğumuzu unutmamağa

çağırır.  "Tanrı türkü qorusun!"  kəlamı şeri üçün

başlıq götürülsə də şairin narahat dünyasından

xəbər verir.  O yazır:  "Eramızdan yüzillərlə

əvvəllərdən

türk

dövlətlərinin



bayraqlarında

Aypara çəkilib.  Bütöv Ayın lap dörddə biri. 

Türklər o qədər təvazö sahibi olublar ki,  bütöv

Ayı bayraqlarına çəkməyiblər. Ç ox olublar: tayfa-

tayfa,  qəbilə-qəbilə,  dövlət-dövlət və para-para. 


125

Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, 

nə Atilla,  nə Ç ingizxan,  nə Osman,  nə Atatürk

bayraqlarına bütöv Ay çəkməyiblər.  Bütöv Ay -

bütün türklərin birləşməsindən sonra çəkiləcək

bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi

qüdrətli dövlətlərə paxıllığım tutur.  Məsələn, 

Yaponiya.  Onların bayrağında bütöv günəş var. 

Yəqin orda millət də,  dövlət də bütövdür.  Bizim

kimi dağınıq deyil.  Bizi Ayparalar zəfərdən-

zəfərə, yüzillikdən yüzilliyə aparır.

Gün o gün olsun ki, türklər minillik arzularına

çatsınlar.  Onda Ayparamız bədirlənmiş Ay olar! 

İnşallah!"

"Tanrısından güc alıb",  oxu-yayı,  qılıncı, 

qolunun


qüvvəsiylə

yeri-göyü

fəth

edən, 


göylərdən bac alan türk övladının adı gələndə

sarısını udan düşimən onun cəngavərliyini, 

qorxmazlığını,  mərdliyini görüb.  Şairin    narahat

ürəyinin səsidir:  "Türk özünü qorumur,  tanrı

Türkü qorusun"  misraları.  Dünyanın hər yerinə

səpələnmiş türk dünyasını birliyə çağıran şair

gördüyü həqiqətlərə göz yuma bilmir.  Türk

övladını yumşaqcasına məzəmmət edir,  bir ata

nəvazişilə,  baba qayğısıyla.  Böyük Atilladan

böyük


Sabirə

qədər


adlı-sanlı, 

mötəbər


şəxsiyyətləri olan bu millətin bəzi üzüdönük

övladlarının damarından yarı qan,  yarı su

axdığını,  üzü dönüklüyünü,  unutqanlığını üzünə

vurur,  tənqid edir,  onların yadına qalaq-qalaq



126

dərdlərini,  Zəngəzuru,  Gorusu,  Göyçəni,  Dağlıq

Qarabağı,  Aran Qarabağı,  müdhiş faciələrimizi

salır.  Batmış qulaqlarını açmağa,  korraşmış

yaddaşını oyatmağa,  kor gözlərini açmağa

çalışır.


"Hələ qisası qalır Zəngəzurun"- deyərək nalə

çəkir,  qəzəb dolu bir səslə hayqırır,  bəlkə də

heyfindən içi od tutub yanır,  sinəsində bir baca

açıb, bu torpaq dərdi, bu vətən dərdi, şair Fikrət

Sadığın.  Yoxsa "Türk özünü qorumur,  Tanrı

Türkü qorusun"- misrasında bu qədər misraaltı

mənalarla dolu səsi duyulmazdı:

Dili,  dini bir olan əqidəcə bir

gərək.

Bu millət bir olunca bizlərə səbir



gərək. 

İyirmi yüz il azmış,  bəlkə iyirmi

bir gərək?

Gəlsin,  Türkün açılan yarasını

sarısın,-

Türk özünü qorumur. Tanrı türkü

qorusun!

Hər bəndin sonunda "Türk özünü qorumur, 

Tanrı türkü qorusun" kəlməsinin mətnaltı mənası

başdan-başa oyanışa çağırışdır.  Dili bir,  dini bir

millətlərinin,  həmvətənlərinin məhəlləyə,  tayfaya

bölünərək bir-birisini suçlandıran,  qurdu içindən

də özünü yeyən millətin gələcəyindən narahat

olur,  cəsarətlə onları ittiham edir,  belələrinə nə



127

desə


şair

haqlıdır,  çünki

vətəndaş

şairin


vətəndən qeyri bir varı, ümid çırağı ola bilməz. O

çırağı söndürənlərin yeri isə dar ağacıdır:

Bölünüb məhlə-məhlə, tayfa-tayfa

kəndbəkənd.

Bu ona atır kəmənd, o buna atır

kəmənd.


Qurdu öz içindədir, ovur içini bənd-

bənd.


Bu xislətdə, bu dərddə millət necə

yarısın?


Türk özünü qorumur, tanrı türkü

qorusun!


Şair göstərir ki,  Azərbaycan övladı bu gün

əlini qoynuna qoyub durmamalı,  silah götürüb

cəbhə

açmalı,  düşmənə



sinəsini

səngər


etməlidir.

Şair xalqımızın Azərbaycan türkü,  kərkük

türkü adıyla iki yerə paralanmasını ürək ağrısıyla

qələmə alır.  Şirvanda kərküklərin,  kərkükdə

Boyatların yaşamasını, bir millətin övladlarının

yarısının

türkman, 

yarısının

azəri

adlandırılmasının, addəyişmələrin, bu müəmmalı



sirlərin arxasında böyük bir həqiqətin gizləndiyini

duyur və bildirir ki, 

Əmması budur ki, biz elə birik.

Hələ birliyimizi bilə bilmirik.

Bizi parça-parça bölüblər belə,


128

Kiməsə xoş gəlmir bu boyda

birlik.

20  Yanvar faciəsinin dəhşətlərini yaşayan



xalqının o qanlı günlərdə çəkdiyi müsibətləri,  öz

şəhid övladlarının nə kimi cəsarətə,  birliyə malik

olduqlarını,  azadlıqsevər millətiylə fəxr etdiyni

gizlətmir,  azadlığın candan da şirin olduğunu

bildirir.  1990-cı il 20  Yanvar hadisəsini səkkiz

ildən sonra yenidən xatırlayan,  yenidən onun

günahkarlarını lənətləyən şair qəhrəman xalqını

vəsf edir,  başımıza gətirilən bütün müsibətlərin

səbəbkarı:

Böyük Pyotrdan üzü bəri

bütün çarlar,

hökmdarlar,

şahənşahlar,

            şahlardır.

-deyir və onlar artıq gözünü açıb,  bu xalqın

bir də kimsənin əsarəti altına keçməcəyini bildirir:

Qoy bilsin tarix.

Eşitsin dünya.

Qafqaza can atan hər kəs,

Türk oğlu ölər,

Amma əyilməz!

"Kipr"  şerlərində də şair ona doğma,  tanış

olan türkə torpaqlarının gözəlliyindən,  təbii

sərvətlərindən,  insanlara bəxş edən mənəvi

gözəlliklərdən fəxrlə,  ürəkdolusu söhbət açır.  Bu

yerləri,  onun payızını tərənnüm edir.  Tanrının



129

onlara bəxş etdiyi bu torpağı,  onun bol-

bərəkətlini,  nemətini Ulu tanrıdan türk üçün

qoruyub-saxlamağı da diləyir.  Ç ünki bu yerləri

gəzərkən,  dənizin qoynundakı sıra dağlara

tamaşa edərkən:

Elə bildim Astaradan

köçüb gəlib bura dağlar.

Gördüm  hər yan

mənə doğma, mənə tanış,

Gülü gülüm, eli elim,

Dili dilim, dindir, danış-deyir.

F.Sadıq

qələmə


aldığı

bir


mövzunun

içərisində mənaca dərin mövzulara da yer ayırır. 

"Ağ dənizdə gəzinti"  şerində dənizin qoynunda

ətrafı


seyr

edərkən,  türk

ellərinin

birliyi


nəticəsində doğmalarının əldə etdiyi nailiyyətlərə

sevinməklə, bərabər, gəmi-dəniz-insan haqqında

lirik duyğularını verməklə yanaşı, gördüyü yerləri, 

dünyanın möcüzələrlə dolu qucağını gəzməyi, 

ölkələr səyahət etməyi məsləhət görür.  Görüb-

götürmək, çox şey öyrənmək, dünyanı fəth etmək

üçün insan övladına çox yaşamaqdansa,  çox

gəzib çox şey öyrənməyi daha üstün tutmağa

çağırır,  türk dünyanı gəzsə onda bilər ki,  kim

olub,  nələri olub və ona görə də məsləhət görür

ki:

Ömür boyunca öyrən.



Seyrə çıx, ölkələr gəz.

Atalar gözəl deyib;



130

Ç ox gəzən çox şey bilər,

Ç ox yaşayan çox bilməz.

("Ağ dənizdə gəzinti")

Şair üçün türkün binə saldığı, iz qoyub getdiyi

hər bir qarış torpaq ona doğmadır, əzizdir. O, bu

xarakterinə görə ululuarına bənzəyir. "Vətənin əl

boyda daşı" əsərində biz bunu aydın görürük.

Özünü Metenin min il əvvəl Günbatana atdığı

dəmir uclu qayım oxuna,  "müqəddəs Ağqovağın

min il əvvəl xəzəl olmuş yarpağı"na, "Altıngöldən

min il əvvəl su içmiş bir yağışın damlası"na

bənzədir və Dağlıq Altay ellərini,  özünün ulu

köçərilərinin,  cəsur ovçuların,  hunların yurd yeri

olduğunu söyləyir.  Gəzdiyi Altay ellərinin özünə

doğmalığınıın,  özününkülərinə bənzərliyni görür, 

keçmişini

bir


görür,  onların

məişətindəki, 

dünyagörüşündəki,  təfəkküründəki

eynilikdən

doğan doğmalığı duyur,  hiss edir.  Fikrət Sadıq

xalqının milli tarixini dərindən bilən sənətkardır. O

yazdığı misralarında min ildən sonra da əvvəlki

doğmalarının,  ulularının tarixini yada salır: 

"Dağlıq

Altay


köçərilərin,  cəsur

ovçuların, 

hunların yurd yeridir.  Qədim altaylı alaçıqda

yaşayıb. Altay başdan-başa ev olub ona. Gəzəri

olub,  köçəri olub.  Ç ox görüb,  çox götürüb. 

Yazılarını "Biçiktu"  qayasına,  Orxon daşlarına

yazıb.  Dağlarını,  çaylarını,  ocaqlarını və ən adi

qaratikanını

belə

nağıla


bələyib, 

əfsanələşdirib.Yüzlərcə dastanı hələ dildə-ağızda



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin