Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

348

duyduğu yoxluğundan. O İlkindən ki, uzaq səfərə

gedib; nağıl dolu bir səfərə, üç qardaşdan birinin

getdiyi gedər-gəlməzə.  Ordan arabir şeytanın

qıçını qırıb gələndə gecə qatarıyla gəlib və evə

qatar vağzalından taksiylə gələrdi.  O taksi şairin

bu gün dərd dağarcığına çevrilib:

Hərdənbir… gecə…

Evimizin qabağında

Taksi dayananda

Oyanıram əyləcə.

Əyləcin paslı

qıçırtısına,

Çırpalan qapı

səsinə.

Diksinirəm, oğlum!



Az qalır mənimlə bahəm

Ev də diksinə.

Diksinmə? Yox, könüldən qopub ayrılan və o

müdhiş ayrılığı duyan ata ürəyinin-kövrək hisslər

sahibinin-şair ürəyinin titrəməsidir.  O xalqı üçün

də,  onun 20  yanvar faciəsinin qurbanları üçün

də,  Xocalı faciəsi üçün də,  hər gün Rusiyadan

meyiti gələn oğullarımız üçün də ürəyi belə

titrəyib,  ruhu belə diksinib.  Ömrünün bu müdrik

çağlarında keçirdiyi təlaşlı günlərin ağır yükünə

bir oğul dağı da qarışdı-karvan gərək çəkib

aparsın.  Sarvan gərək yol göstərsin,  Dədə

Qorqud gərək "Bəy ərənlər,  Dünya mənimdir

deyənlər, Fani dünya kimə qaldı" sözlərindəki bu



349

dünyanın sakini insan övladının taleyinə yazılan

yazı-qismətin təsəllisini bir an da olsa içində hiss

etsin,  bir qədər səbr etsin.  O şairdir,  ona səbr

etmək də çətindir.  Necə səbr etsin?  İllərlə İlkin

yolu gözləyib ata.  Onun qayğılarına bir ananın

qayğı, dərd, qüssə, göz yaşı dolu baxışları da bir

yük deyilmi?  Ç əkən karvan lazımdır bu dərdi. 

Fikrət Sadıq çəkəcək bu dərdi,  yeri gələndə

anaya da,  qardaşa da,  bacıya da təskinlik

verəcək,  ovunduracaq onları,  amma içində öz

dünyasının dərdini yaşayacaq,  qeyriləri üçün

narahat

olacaq,  oğullar



yadına

düşəcək, 

sərhədlər yadına düşəcək. O sərhədlər ki,

Ölkələri basa-basa,

Sərhədləri keçə-keçə -

gələrdi İlkini. O həsrət yanğısı, o həsrət dağı

çiyinlərdə,  ürəklərdədir,  zaman-zaman gecə

taksisi onu diksindirəcək,  qatarlar onun nigaran

ümidlərinə,  yola

dikilmiş


baxışlarına

son


qoymuyacaq,  o unudulacaq deyil.  Ç ünki onu

çəkən insan Fikrət Sadıqdır. O, doğmalarının da, 

xalqının da dərdini,  qayğısın belə çəkib.  Onda

ilahi bir böyüklük var.  Tanrı onu belə yaradıb,  o

həsrət,  o

istək


onun

qanındadır.  Kövrək

qəlbinizin sızıltılarına səbriniz kömək olsun!  Bu

dərdi təkcə siz çəkmirsiniz. Bu torpaq son illər on

minlərlə

boylu-buxunlu,  yaranal

oğullarımızı

əlimizdən alıb,  o uzaq yollar çox ailələrə dərd

gətirib,  zaman-zaman, saat-saat gətirib,  könüllər


350

sındırıb,  ürəklər

dağlayıb.  O,  bu

millətin


istəməyənlərinin qurbanıdır.  O,  bir insana qarşı

deyil,  milyonlarla öz müstəqilliyini əldə etmiş

Azərbaycan xalqından gizlin alınan intiqamlardır. 

Amma onun arxasında bir tarix var,  xalq onu

unutmayacaq.  Unutmayacaq ki,  onun başı bu

yolda nələr çəkib.  Gözünün önünə Nəriman

Nərimanovun oğlunu,  Hüseyn Cavidin oğlunu, 

neçə-neçə kin-küdurətin qurbanlarını gətirək.  O

taleyə bir Fikrət Sadıq taleyi də qoşuldu. 

Dözməliyik.  Allah səbr versin!  Misralarındakı

həsrət gözümün yaşını tökdü,  ağlatdı,  qoymadı

çox söz deyim,  elə yaxşıdır,  çox sözüm,  çox

kövrəldər

sizi. 


Yaxşıların

yanmasını, 

göynəməsini istəmirəm.  Yerdə qalan oğulların, 

millətin, xalqın arxan, dayağın olsun!.

Onun lirik şerlərində,  "Oğlum İlkinə",  "Körpə

yuxusu", "Ad günündə", "Yaşıl xatirələr" və digər

əsərlərində hisslər səmimi və təbiidir.  Övlad

sevgisini hər şeydən əziz bilən ata qəlbinin, 

məhəbbətinin bədii,  təbii ifadələrlə zənginliyi bu

şerlərin keyfiyyətlərini, bədiiliyini artırmışdır.

"Şairin poeziyası fikir üstündə boy atır. Amma

bu fikir heç vaxt kitabdan,  dərsliklərdən gəlmir. 

Şairin şerlərindəki müdrik fikirlər adi həyati

müşahidələrdən doğur. Şairin qüvvətli fantaziyası

yoxdur,  amma qüvvətli həyati müşahidələri var. 

Kökündən onun poeziyası reallıq üzərində

köklənib.  Sabir kimi gördüynü yazır,  şair onu


351

narahat edən mövzuları,  problemləri şerinə

gətirir.  Düşündürücü yazır,  çoxlarının könlündən

keçənləri elə bil görüb,  gördüklərini özünəxas

tərzdə mənalandırmaq,  müşahidə etdiyi həyat

hadiəsləri haqqında sakit-sakit söhbət açmaq

paradoksal görünsə də məhz bu yolla poetik

müdrikliyə nail olur.  Ç ünki faktda görünə bilən

mətləbi şərh etmir,  ona ancaq eyham vurmaqla

çox zaman kifayətlənir".

"Tapılmış

ümidləri


qırıl"an,  qəlbi

sınıq, 


ümidləri kövrək, hər dəfə sevdiyini görüb yenidən

"sevdaya"  düşən bir zamanlar məğrur olub,  bir

acı kəlməsindən inciyən,  lakin o vaxtından daha

əziz,  itirdiyini yenidən tapan,  "əbədi sevgi"dən

qorxub, lakin onun əbədilyinə şübhə etməyən bir

can sahibinin keçirdiyi daxili sarsıntıları,  arzu və

istəkləri görürük:

Əbədi


sevgidən

qorxmuşdum

onda,

Bu haqlı suala indi nə deyim.



Bu yorğun ürəkdə sevgi oyadan,

Əbədiyyətimdir səni görməyim.

Bu əbədi sevgi onun sakit dənizinə daş atıb, 

onun yatmış baxtını oyadıb,  indi onun dünəni

xatirə,  sabahı ümid olan dünyasını bir-birinə

qovuşdura biləcək sevgisinə sözü budur:

Yelkənsiz tərəddüd qayğınla sən,

Sahilimə yanaş, əlindən tutum.

Ya da bir dəfəlik çıx ürəyimdən,


352

Bir zərrə də qalma səni unudum.

                 ("Yenə səni gördüm")

Ürəyi olmayan "fikirli qaya",  "qayğısız su",  "laləi

cığır",  "ötən bulud",  "güllü çəmən"i    öpən körpə

çay" şairin ilk sevgisinin şahididir. Onlar ilk eşqin

şahidi olsalar da şair kimi ürək sahibi deyillər ki, 

onun çəkdiyi əzabı çəksinlər, bu vəfasız sevginin

ağrı-acılarına dözüb, yanıb, göynəsinlər:

Ürəyiniz yoxdur, sizə nə var ki,

Əzab çəkməzsiniz yar sorağında.

Hanı o ildırım baxışlı yar ki-

Könül dəftərimin hər varağında

Silinməz bir lövhə yaratdı getdi.

Eh sizə nə var ki

Yar atdı getdi!

"Eh sizə nə var ki".

Şairin lirik qəhrəmanı sevən aşiq,  vüsala

çatmayan,  ona yalnız həsrət,  hicran nəsib

eyləyən iki qara gözə,  iki sönmüş gözə

bənzətdiyi "iki gilə qara şanı"da öz daxili istək və

arzularını,  hal-vəziyyətini sevgi yolunda çəkdiyi

əzab və üzüntüləri, həsrət qaldığı o bir cüt gözün

sinəsinə


vurduğu

yaranı,  verdiyi

əzabları

ümumiləşdirir:

İki gilə qara şanı,

İki gilə göz yaşım.

Döndü birdən,

Qövr elədi yenə odum,  közüm

mənim.


353

("İki gilə qara şanı").

Şairin

lirik


qəhrəmanı

sevdiyi


insanın

ayaqlarına qapılmır,  sadə bir dillə ona müraciət

edir.  Darıxan sevgilisinə özünün də darıxdığını

bildirir və deyir ki,  "gəl bir yerdə darıxaq".  Şair

sevdiyi

insan


üçün

darıxdığını,  onu

itirə

biləcəyindən keçirdiyi qorxunu,  həyəcanını açıb



söyləyəndə sevdiyi insanın daxili duyğularından

xəbərsiz


olduğunu

gizlətmir. 

Mən

səni


itirəcəyimdən qorxuram,  "mən səndən ötrü

darıxıram,  səni bilmirəm"  sözlərində bir insan

qəlbini narahatçılığı yaşayır.  Bu lirik duyğularda

saf məhəbbət,  onun yaratdığı hicran,  həsrət

qorxusu ehtiyatlanma əsasdır.

Şairin lirik qəhrəmanının nəzərində üzdə olan

təbəssüm, gözdə olan göz yaşı ilə ölçüdə adidir. 

Təbəssüm üzdə olur,  sevincin lal səsi olub, 

yalançı da ola bilər.  Amma göz yaşı rişədir və

onun "kökü ürəkdə olur", o gözlə görünən niskil, 

əllə tutulan kədər"dir,  o yalançı olsa belə şirin

dildir.  Şairə yalançı təbəssümdən yalançı göz

yaşı

daha


əzizdir.  "Sevgi

yağışı"  şerinin

qəhrəmanı oğlan və qızdır. Qəfil yağan yağışdan

qorunmaq üçün mağaraya sığınmış bu iki sevgili

daş divarlar ararsında bir-birini sevənlərin hansı

dövrdə, zamanda yaşamasından asılı olmayaraq

ümumiləşdirilmiş

obrazlardır. 

Onlar

daş


mağaranın

içərisində

yağış

damlalarının



yaratdığı səslər arasında öz gücüylə, qüvvəsiylə

354

öyünən bir igid gözəl bir qızla öz sevgisindən, bir

qəbilənin oğlanının digər qəbilənin qızına olan

sevgisindən,  arasındakı maneçiliyi məhəbbətin

gücüylə aradan götürmələrindən, qızın

Sevirsən, gəl apar,

Verməsələr, güclə al,

-istəyinin qarşısında oğlan "öldü var,  döndü

yoxdur" 

kəlməsiylə

eşqinə

sadiqliyini, 



dönməzliyini bildirməsindən poetik bir dillə bəhs

edərkən muasir gəncliyin Leyli, Məcnun, Fərhad, 

Şirin kimi yüksək saf, təmiz, ülvi duyğulara malik

olduğunu,  bu hissləri,  duyğuların bəşəriliyini

tərənnüm etmiş olur. Elçin bu hisslərin çox gözəl

təhlilini verir:  "əsrlər keçər,  ictimai qurumlar bir-

birini əvəz edər,  insan təfəkkürü yeni-yeni

naliyyətlər

əldə

edər,  predmetlər



aləminin

mahiyyəti dəyişər,  fəqət oğlanın və qızın

hisslərindəki saflıq,  təmizlik,  onların sədaqəti, 

mərdliyi dəyişməz və əbədidir. Oğlan və qız Leyli

və Məcnundur,  Romeo və Cüllettadır,  Əsli və

Kərəmdir, 

müasir

gəncliyin



ən

yaxşı


nümayəndələrindəndir". Elçin fikirlərində haqlıdır.

Fikrət


Sadıq

öz

zəmanəsinin



sevən

gəncliyinin obrazını yaradır. Elə yaradır ki, elə bil

nağıllar aləmidir,  elə hörmətli şairəmiz Firuzə

Məmmədli demişkən:"  bir sevən oğlan vardı,  bir

sevən qız vardı,  bir də sevənləri mağaraya

qovub,  qapıya pərdə kimi endirilən sevgi yağışı  

vardı.  "Oğlan yağış pərdənin saçaqlarını yana


355

çəkib"  baxanda və "qız da ona qısılanda" 

aşağıda yağış selini yuyub üzüaşağı apardığı

yamacda möcüzə baş verdi: "Bir qız ilə bir oğlan

əl-ələ verib qaçdılar;  dağ yolu ilə üzüaşağı" 

Möcüzə oğlanla qızın əl-ələ verib qaçmaqlarında

deyildi. Möcüzə bu gənclərin çıxıb gəldiyi qədim, 

lap qədim dövrlərin,  minilliklərin o üzündən bu

üzünə boylanmasında idi.  Kim bilir,  möcüzə

bəlkə də oğlanla qızın qəlbini birləşdirən sevgi

tellərinin işığında idi".

İnsan yaranandan bəlkə də onunla qoşa

yaranıb məhəbbət və bu məhşəbbətin işığında

insan mənən zənginləşir; dünyasını sevir, həyatı

sevir,  insanları sevir.  Bu "sevgi yağışı"nda

saflaşır.  Həyat    eşqini,  yaşamaq,  yaratmaq

əzmini artıran ruhi bir ehtiyacdır sevgi Fikrət

Sadığın əsərlərində. Ona görə də insan övladının

sevgisini dünyanın bütün real və qeyri real

varlıqları içərisində daha ülvi,  dah uca olduğunu

vəsf edir.  "Balıqçı və su pərisi"  əsərində insan

sevgisinin böyüklüyünün möhtəşəm heykəlini

yaradır.  Sadə,  lirik bir dillə verdiyi təsvir və

tərənnüm daxilində duyumlar yaşayır ki,  bir

məhəbbət dastanına bərabərdir.    Əsli-Kərəm, 

Leyli-Məcnun,  Balıqçı Kastitis-Su pərisi Yurate

sevgisi həmişə var; keçmişdə də olub, bu gün də

var,  sabah da olacaq.  "Balıqçı və su pərisi"  lirik

poeması bir qədim Litva əfsanəsinin süceti

əsasında


qurulmuş,  sərbəst

şer


vəznində

356

yazılmış ən gözəl əsərlərdən biri sayılmalıdır. 

Burada şairin ədəbiyyata, şerə gətirdiyi məzmun, 

mövzu yeniliyi forma ilə vəhdətdədtr.  Şairin lirik

dünyası bu poemada öz əksini daha dolğun, 

daha təsirli bir şəkildə tapıb.  Səmada buludların

toruna

günəş


düşdüyü

kimi,  dənizdə

Balıqçının qayığı dalğaların "toruna düşür". 



Qayıqda oturan Balıqçı da "xəyalların toruna

düşür".  Su pərisinə vurulmuş Balıqçı "Su pərisi

hara, mən hara" fikir burulğanında çırpınır. Lakin

ürək onu çəkib görüş yerinə gətirmişdi.  Balıqçı

dənizə çıxıb ki,  balıq ovlayıb qoca ata-anasının

istəyini yerinə yetirsin.  Amma o bunu unudub, 

vurğun gözləri ovunu gəzir,  içində təlatüm, 

qasırğa burulğanı var.  Şair dalğalarla xəyalların

torunda çırpınan Balıqçını və onun qayığını

küləyin axarı apardığı səmtə-Dəniz qızıyla

yenidən görüş yerinə çəkir:

Bir dalğanın köpüklü qanadında

gəldi Dəniz qızı.

Qızılı saçlarından sürüşdü işıq

kürələri.

Bir telində bir damcı asıldı, 

yelləndi.

Bir cüt əlin sığalı

Dənizə tökdü damcıları.

İki gilə dəniz qaldı təkcə,

Kirpiklərin qoruğunda

Qaşların daldasında.



357

Su

pərisinin-nağıllar



dünyasının

qəhrəmanının obrazının bu qədər reallıqla verə

bilmək,  onun varlığını təmin etmək,  nağıl

dünyasına "daş atmaq" da sənətkardan məharət

tələb edir; elə bir daş ki, könüllərə bir istilik, həm

də bir titrətmə, bir duyğu gətirdi, dəyməyilə titrətdi

oxucu qəlbini.

Bu misralardakı poetik deyim,  həyat eşqi,  iki

qəlbin çırpıntıları pak və məsum hisslərin ülviliyini

Dəniz


qızının-Su

pərisinin

munis

görkəmi


haralara

çəkib


aparmır

insanı.  Su

pərisi

Balıqçının "ayrılığı qıran qollarında"  bir göz



qırpımında qayığa qalxır.  Balıqçı hansı hisslərin

torunda çırpınır?  İnsan övladının sevgi gücü

dərya imiş ki:

Mən öləriyəm, sən pəri"

"Bilirəm Balıqçı".

"Dənizi atarsanmı məndən

ötəri?"

"Sevirəm Balıqçı"



"Atam, anam, qocalar

görmək istəyir səni".

"Gedirəm, Balıqçı".

Ülviyyətin qucağına atılmış, sevgi deyilən saf

bir varlığı bu qədər incəliklə,  lirik bir duyumla

iərənnüm etmək sərbəst vəznin imkanlarını

genişləndirmək, 

sənətkarın

sənətkarlıq

imkanlarının zənginliyi nəticəsində buzu qırmaq

lirik

istedad


qüdrətin


sərbəst

vəznin


358

imkanlarının

heç



əruz,  heca



vəznin

imkanlarından geri qalmadığını sanki sübuta

yetirmək deyilmi?  Deməli,  istedadlı sənətkar öz

sözünü hər bir vəzində deyə bilərmiş,  bunun

üçünsə istedad zənginliyi,  zəngin sənətkar bədii

təxəyyülü

olmalıymış

ki, 


sərbəst

vəznin


imkanlarının məhdudlaşdıran,  bu vəzni rədd

edənlərin əksinə olaraq Azərbaycan şerində bu

vəznin ən qiymətli, zəngin nümunələrini yaradan

Rəsul Rza məktəbinin yetirməsi Fikrət Sadığın öz

istedadı sayəsində əldə etmişdir.  Qəhrəmanın

daxili aləmini,  lirik duyğularını,  sevgi yolunda

çəkdiyi əzabları,  bu sevgi yolunda ölümə gedən

öz ülvi duyğularının əsiri olan İnsan-sevən insan

obrazını belə zəngin bədii keyfiyyətlərə,  ülvi

hisslərə malik Məcnun ürəkli,  Kərəm diləkli

Balıqçının mükəmməl sevgi aşiqi obrazının

yaratmaq xüsusi bir istedad tələb edir.  Elə bir

istedad ki,  ona,  o lirik,  yüksək bədiiliklə deyilə

biləcək sözlər üçün vəzn əsas olmasın.  Əsas

odur ki, hansı dillə, hansı bədii təfəkkürlə, estetik

zövqlə,  incəliklə,  bədii pafosla, metononiya ilə

deyilir:

Qabarlı


ələ

bənzər


qayalı

sahildən


Üsulluca itələndi qayıq.

Yırğalandı nəhəng beşik.

Yatırdı qorxaqlığı.

Qayıq haqladı üfüqü.



359

Üfüq iki bölündü.

Uzaqlaşdı bir qövsü.

Bir qövsü söndü.

Uzaqda-lap uzaqda-

Dənizlə


səma

qarışanda-bir-

birinə

Üfüq parçalandı dörd yerə.



Qövslər birləşdi, oldu çevrə.

Qayıq ortada qaldı tək, nöqtə.

Tor atıldı, oxşadı vergülə.

Görəsən nə olacaq bu cümlənin

axırı?

Apardı qayığı küləyin axarı.



Bir də yelkənin

Yamaqlı ciyərinə xışıltı ilə dolan

hava.

İnsan sevgisində bir əbədiyyət var.  Elə bir



əbədiyyət ki,  ölüm qorxusu duymur.  Sevdiyi

Dəniz qızını-Su pərisini meşənin kənarında

görünən kəndə ata-anasının görüşünə aparmaq

istəsə də, ümmanda doğulan, boy atan Su pərisi

"zərrəyə sığmaram, Balıqçı" deyir və ona "dənizə

qayıdaq, Balıqçı, dənizə" deyə kəndə getməkdən

imtina etdikdə Balıqçı onu dənizin qucağına

səsləyən səsə səs verir.  Ürək onu çəkib aparır. 

"Qayıq yorğun",  "dor ağacı köhnə",  yelkən

yamaqlı olmasına baxmayaraq insan övladı

ürəyinin köləsinə dönür,  sevgi onu çəkib özüylə

aparır.  "Qurudan əsən külək qısqandı bu iki



360

sevən qəlbə,  az qaldı bir əsimdə qıra dor

ağacını, yelkəni çırpdı üzünə "şillə kimi". "Şirindilli

sevgi ovutdu Balıqçının"  aldığı acını.  Ürəklərdə

qopan "  məhəbbət tufanı"  insan övladını çəkib

apardı dalğaların qoynuna. Dənizin ənginliklərinə

doğru aparanda "bəxtiyarlaşmış baxışlar unutdu

hər şeyi.  Göz gözü görməyəndə qayıq bir sualtı

qayanın çeçələ barmağına toxundu.  İnsan

övladının "öləriyəm" dediyi məqam çatdı:

Toxundu qayıq.

Parçalandı

dilim-dilim,  taxta-

taxta.


Su pərisi bir dalğanın yalında.

Aşdı o taya.

Balıqçı daşa dəydi,

Yanına düşdü qolları.

Qana bulaşdı, üzü qızardı.

Utandı


mənzil

başına


çatmadığından.

Utandı çiliklənmiş qayığından.

Daş kimi batdı suya.

İnsan


övladı

həsrətində

olduğu

sevgi


dəryasında üzə bilməməyindən utandı.  İnsan

qüruru hər şeydə yüksəklərə qalxdı.  Dəniz qızı

Balıqçını xilas etmək istədi,  əbəs imiş.  Onda

Dəniz qızı "inandı ölümün doğruluğuna":

"Ölüm" deyir insanlar buna.

Acıdı insanlara. 

Dönə-dönə


361

dolandı o yerin başına.

Yoldaşı vurulmuş sona kimi.

"Mən quruda boğulurdum,

o suda boğuldu.

Günah sevgidə oldu

Günakar mən oldum".

İnsan övladıyla sevgidə Dəniz qızı da

imtahanlardan üzü ağ çıxdı.  Bu da məhəbbətin

müqəddəsliyindən irəli gəlir.  Dözmədi insan

övladına bəslədiyi sevginin ölümünə,  əlindən

getməsinə, 

Özünü dalğa kimi çırpdı qayaya,

Pul-pul libası qəlpə-qəlpə oldu.

Səpələndi dənizə,

Ç evrildi kəhrəbaya,

Ç evrildi əfsanəyə,

Ç evrildi nağıla.

Şair bir qoca balıqçıdan eşitdiyi əfsanənin

təkcə sücetindən istifadə edib onu nəzmə

çəkmədi, eyni zamanda onu məhəbbət haqqında

balladaya çevirdi.  Dənizlə torpaq övladının saf

sevgisinə əbədi bədii heykəl qoydu.  "Aman nə

bərkmiş torpaq",  "Aman Allah,  insan necə gəzir

quruda"- deyən Dəniz qızı bu kobud quru torpaq

üzərində yaşayan insan qəlbinin incəliklərinin, 

zərif duyğularının əsirinə çevrildi,  yenə insan

övladını sınağa çəkdi,  onun öz sevgisinə

sadiqliyini gördü,  çəkib özyülə dənizə aparanda

da bu insanın köksündəki su kimi zərif bir varlığın



362

böyüklüyünü, möhtəşəmliyini duydu. Bərk torpaq

üstündə

bərkiyib


mətinləşmiş, 

əzablara, 

çətinliklərə sinə gərmiş,  yaşamış,  yaratmış,  üzü

bərk torpağı özünə ram etmiş və dünyanın

əşrəfinə çevrilmiş,  o torpaq tərəfindən sevilmiş, 

əzizlənmiş,  qucağında,  köksündə

ona

yer


ayırmış, onun-insan övladının sevgisini qazanmış

insan ürəyi nələrə qadir deyilmiş,  İlahi!  İnsan

övladı üçün torpaq həyatdır,  Dəniz qızı üçün də

dəniz o deməkdir.  Torpağın sərtliyinə dözmədi

Su pərisi.  İnsan övladı sevgisində demə daha

etibarlı,  daha mətinmiş ki.  Ümmanlar qoynunda

doğulmuş

Dəniz


qızı

torpaqdan, 

onun

sərtliyindən qorxub insan övladını dəryalara



səslədi, onu çəkib apxasınca apardı. O insan ki, 

yer üzünün varlıqları içərisində elə o sevgiyə,  o

munis duyğulara görə ən qiymətli varlıqdır, 

əşrəfilik taleyinə yazılıb.  İnsan övladının saf

duyğularıdır ki,  məhəbbətinin böyüklüyüdür ki, 

Balıqçı Kastitis və Su Pərisi- Dəniz qızı Yurate

haqqında,  onların bu qarşılıqlı,  möhtəşəm,  saf

məhəbbəti

kəhrəbanın

görünüşündə

əbədiləşdirilir.  Donmuş göz yaşına bənzədilən

kəhrəba -Yurate,  Kastitis yadımıza Leyli və

Məcnunu,  Əsli və Kərəmi salır.  Onların öz eşqi, 

məhəbbəti yolunda canını qurban etmələri, 

sevginin

əbədiliyini, 

pərdə-pərdə

yenidən


gözümüz önündə canlandırmış olur.  Sanki şair

Leyli-Məcnun sevgisinin əbədiliyini,  ülviliyini,  bu



363

bədii


məziyytlər

içərisində

əbədiləşdirməyə

çalışır.


Sarı rəng özündə bir dünya həsrəti,  hicranı

yaşadır.  O sarı rəng payızda rəngini dəyişən

yarpaqlar,  həsrətdən saralmış tarın simlərinə

çöküb.  "Gözlərimin kökünün,  yarpağımın rəngi

də,  tarımın simi də məhəbbətdən saralıb"-deyir

şair. "Ayrılıq" Fikrət Sadıq dünyasının bəzən şirin

anlarına şirinlik gətirir.  O ayrılıqdan o qədər

gileylənmir.  Onun

poetikasında

ayrılıq


öz

çalarları ilə seçilir "yaxın yerdə ayrı olmağın" 

onun üçün öz gözəlliyi var.  Sevgilisinin hicran

kimi qəbul etdiyi ayrılığa şair tamamilə başqa bir

don geyindirir. Güllü-çiçəkli dağın qüzeyində özü, 

güneyində yarı yaşadığını, "bir günəşin" zərrələri

altında isindiklərini,  "bir küləyin"  buz nəfəsində

üşüdüklərini

söyləyən

şair


"buna

hicran


deyirsən?"  deyə könlünü almağa çalışır.  Şairin

poetik duyğuları burada da baş alıb gedir, 

buludlardan

yağan


yağışlar

hər


ikimizin

bağçasına "düşür",  köhnə cığırlarda "ayaq

izlərimiz"  hər gün görüşürsə buna hicran demək

olarmı?  Hicrandan,  ayrılıqdan gileylənməməyə

çağırdığı sevgili yarın onları qarşıda gözləyən

səadətə fikrini cəlb etməyə çalışır:

Birdir

qürub


çağımız

da, 


səhərimiz də,

Bir ulduzun altındadır evlərimiz

də.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin