Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə18/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   14   15   16   17   18   19   20   21   ...   37

282

Allahın da rəhmi gəlmir bu

millətin

Qocasına, xəstəsinə.

Burda bizi öyrədir ki, vərdiş edək

Cəhənnəmin istisinə.

Hazır gedək o dünyada yanmaq

üçün,


Nağıl, kitab, lazım deyil,

Bu eyhamı qanmaq üçün.

Qızmar günəşin torpağa,  insana,  təbiətə

vurduğu ziyan da onun nəzərində kasıbçılıq kimi  

insan ömrünə yazılmış əzabdır,  zülümdür,  bu

misralarda insan taleyi,  insan xoşbəxtliyi arzu

olunur.  İnsan ömrünə nə yazılsa yaxşı yazılsın

gərək,  ona görə də dualarında "Allah onu

qorusun"  deyir.  Özü də nədən qorusun deyir, 

keçmişdə nağıllarda,  rəvayətlərdə olduğu kimi

"şəri-şeytandan", 

"məkri-zənəndən", 

"quru

böhtandan"  qorusun demir.  İndi o duaların



məzmunu dəyişib.  Əsl həyatla,  real həqiqətlə

səsləşən,  özü də şeytannın,  quru böhtanın

törədə biləcəyi dəhşətlərdən də dəhşətlisi olan və

"göz gördüyündən qorxar"  məsələsinə rəğmən

təkcə bir şəxsin deyil, bütöv bir millət üçün, onun

mili-mənəvi dəyərlərinə,  milli əxlaqi dəyərlərinə, 

adət-ənənələrinə,  incəsənətinə,  mədəniyyətinə, 

həyat tərzinə,  əxlaq kodeksinə zidd olan mən

deyərdim ki, düşmən kəsilən bəlalardan qorusun

deyir. O bəlalardan ki, bu gün gözümüzü yumub



283

Avropaya inteqrasiya siyasəti,  şüarı altında

balamızı belə atıb qaçırıq,  millət,  xalq üçün

bundan böyük bəla ola bilərmi?  Daysı "dğa"lar, 

xalaları katyalar,  kürəkənləri yevrey,  ingilis, 

olanlar Avropaya pəncərəmizi lap karvansara

qapısına döndərib.  Və gördükləri "şairəm,  çünki

vəzifəm budur əşar yazım,  gördüymü nikü-bədi

eyləyib izhar yazım"-deyən Sabirdən dərsini

almış Fikrət Sadığı narahat etməyə bilməz.  Bir

zamanlar "əcnəbilər göydə balonlarla uçur,  biz  

avtomobil  minməyiriz".

Əsl vətəndaş şair milli mənafeyi əsas tutan

bir ziyalı kimi onu düşündürən,  narahat edən

ölkədə

rüşvətxorluğun



baş

alıb


getməsi, 

"atasından

belə" 

rüşvət


alan

övladların

çoxalması,  hər gün çörək dərdindən qapı-qapı, 

küçəbəküçə

düşüb

xlor


satanları

küçəyə


sürükləyən ehtiyac,  işsizliyin baş alıb getməsidir

və bir də:

Üst-üstə yığılanda

Maaşı üstələyən,

Dövlət

vergilərini



günbəgün

artmasıdır.

Şairi şəhərlərimizi bəzəyən,  Bakının hər

yerində, geniş meydanlarında, uzun küçələrində, 

yol ayrıcında hər dörd yana qoyulan "damağında

siqaret,  başında şlyapa kovboylar"  narahat edir. 

Amerkanın

özünün


siqaret

çəkməməsinə

baxmayaraq "Malbro",  "Konqress",  "Kent"  kimi


284

siqaretləri

Azərbaycanda

partapart

satması

narahat


edir;"Adamın

adamı


aldatdığını

eşitmişik"  deyən şair ölkələrin də bir-birinə fənd

işlətməyindən qəzəblənir,  Qəzəbini də belə açıb

tökür:


Bəs niyə

İndiyədək yer tapılmır,

Koroğluya, Nəbiyə

Heykəl qoyula.

Amma kovboylar yaraşıq olub,

Hər yol ayırıcına,

Hər dörd yola.

Şəhəri bürüyüb tüstü

Bəsdir, atam, bəsdi.

Fikrət Sadığı qəzəbləndirən həm də şəhərin

hər yerində "neon lampalarıynan göz vuran

əcnəbi adlar"dır.  Bir zamanlar dilimizin üstündə

ağalıq edən,  "rus qapazı"  altında qalan,  bu gün

də "Yad sözlərin"  dilimizi üstələməsi,  bir ovuc

işbazın camaatı gah Şərqə,  gah Qərbə çəkməsi

hirsləndirir. 

Ölkəyə

gətirilən



malların

"günbəgündən

bahalaş"ması, 

açılan


qəssabxanalar,  dəmirin,  kağızın Rusiyadan, 

yağın, unun Türkiyədən, saqqızın, duzun İrandan

gətirilməsi yandırır, göynədir:

Məgər bunlar səndə yoxdur?

A başı bəlalı Vətən!

- deyə onu sorğu-suala,  qınaq dolu sorğu-

suala çəkir. Elə bil məhşər ayağına çəkir vətənin


285

ziyalısını,  əli qolu bağlı,  cibi imkan verməsə də, 

ağlı, istedadı xalqı bu zülümdən qurtarmaq üçün

bəs edən ziyalısını yandıran da elə budur. Hər bir

xammalı ola-ola xaricin dəyərli, dəyərsiz, küçəyə

atılan nimdaş paltarlarını,  keyfiyyətsiz ərzağını

bu xalqın əyninə,  boğazına dürtənləri sorğu-

suala tutur.  Elə deyərdim bu vətənin ziyalısını, 

şairini, 

sənətkarını, 

istedadllı

iqtisadçısını, 

hüquqşünasını,  alimini,  mühəndisini məhşər

ayağına çəkir.  Vətənin bu gün ac,  yoxsul

qalmasının səbəbini qorxmadan,  çəkinmədən, 

sərtliklə qəzəblə o kəslərin üzünə çırpır ki,  onlar

özlərin düşünür,  qazanc üçün qonşudan alıb

özününkünə beşqat qiymətə sırıyır.  Ölkənin

iqtisadiyyatının inkişafı üçün vəsait qoymur:

Bu təktəklər, dəstələr,

Millət olmasa əgər,

Elə belə olacaq.

Millət olmaq üçün isə birlik lazımdır.  O birlik

Azərbaycanın gələcək taleyini həll edə bilər.  O

birlik dövlətin iqtisadiyyatının,  kənd təsərrüfatını, 

sənayesini, 

elmini-texnikasının

inkişafını

sürətləndirə bilər.  Azərbaycanın öz çörəyi,  öz

duzu ola bilər.  Onun nefti xammal şəklində

ölkədən kənara dəyər-dəyməzinə axıb getməz. 

Ölkə bolluq içərisində yaşayar. Boluq olan yerdə

isə ucuzluq və firavanlıq olar. Bu gün isə cənnət

kimi bir məkanda yaşasa da güzəranı,  yaşayışı, 



286

həyat tərzi əzabla dolu olan şair şəxsi dərdini

deyil, milli dərdi əsas götürür.

Efirlərdə

gedən

reklamlar,  reklamlarda



işlədilən mənasız sözlər,  Azərbaycan dilinin

gözəlliklərinin pozulması,  xalq musiqisinə ögey

münasibət, 

"müğənni


xanımların" 

bayağı


mahnıları,  qonşuları təqlid etməsi,  ekranlarda

göstərilən dəhşət,  vəhşət,  ölüm,  qan qoxuyan

filmlər,  bu filmlərdəki qeyri insani keyfiyyətlərin

daha


önə

çəkilməsi, 

bunun

ruhumuza, 



əxlaqımıza uyğun olmaması hirsləndirir.  "Ay

vətəndaş, ay dadaş gözümə kül üfürmə"-deyərək

onu məhşər ayağına çəkir,  bir vətəndaş kimi

ondan tələb edir ki, bu millətin işinə yara, İş yeri

aç,  zavod işlət,  millətə gün ağla.  Sanki

yaxasından tutub onları silkələyir,  milli vicdanını

oyatmağa çalışır, özünə qaytarmaq istəyir yolunu

azmış bankir vətən oğullarını şəxsi mənafeyi milli

mənafeyə qurban verməməyə,  ali,  müqəddəs

hisslərlə yaşamağa,  çalışmağa çağırır.  Və bu

şərəfli yolun yolçuçu olan şair özü kimiləri

cəmiyyətdə axtarır.

F. 

Sadığın


şerlərindəki

kəsər


onun

poetikasında elə əriyir ki,  onu düşüncəli oxücü

elə ilk misralardaca görür.    Bəzən görürsən ki, 

deyirlər filan şair o qədər anlaşıqlı bir dildə

sözünü deyir ki, o dəqiqə bilirsən ki, bu adam nə

demək istəyir.  Onun şerlərində bu qəbildən də, 

sözdəki

mənanı


niqab

altında


gizlətmə

287

xüsusiyyətləri də var və bunların hər ikisi

gözəldir.  Məncə şair,  sənətkar yazdığı üzərində

oxucunu həm də düşündürməlidir. Şair  təfəkkürü

misraya,  beytə çıxardığı fikirlərinə diqqəti cəlb

etməlidir.  Sözü bütün çılpaqlığıyla deməkdənsə, 

elə niqab altı söyləmək özü elə poetik gözəllikdir.

"Təzə şer, köhnə dərd, köhnə şer, təzə dərd" 

şeri

bu

cəhətdən



şairin

yaradıcılığının

"zirvələrindəndir".  O zirvələrdən ki,  Fikrət Sadıq

bütün insan cəmiyyətinin,  pulun rol oynadığı

cəmiyyətin bütün iç üzünü açıb tökür:  pulun

cəmiyyətdəki hökmü böyükdür,  həyat pulu

olanındır,  pulun varsa dünyanın altını üstünə

çevirə bilərsən və ya əksinə.  Pulun varsa get

qatarı saxlat,  qalaları uçurt,  yaylaqları,  güllü

bağçaları xaraba qoy,  dağları yerindən oynat, 

kəsdiyin başa söz yoxdur, as, kəs, vur, dağıt, öz

yerinə vətənin sərhədlərini qorumaq üçün pul

ver,  özgəsini yerinə göndər,  başının salamat

saxla, sərhəddi aş, təzə partiya yarat, "lap şer də

qırıldat", kitab çıxart,  mahnılar icad elə,  hapınla-

gopunla Füzulini,  Üzeyri üstələ.  Pul ki səndədir, 

dünya da sənindir.

Pulun varsa daxma sat,  imarət

al!

Təəccüb sat, heyrət al!



Lap vətən sat, qürbət al!…

Pulun var, ver indidən

Cənnətin qəbzini al, ol rahat!


288

Elə günü bu gündən

Cəhənnəmi göndər ta

Cəhənnəmin dibinə.

Dalınca da bir qara daş dığırlat!

Diqqətlə oxuduqda bu şerdə kəskin nifrət, 

istehza,  sarkazm görərik.  Pulu ilə cəmiyyəti, 

xalqı, 


vətəni, 

yıxıb


sürüyənlər, 

dağıdıb


parçalayanlar, 

özünü


öyənlər, 

cahillər, 

istedadsızlar,  cəmiyyətin nifrətini qazanmağa

layiq cahillər, pul gücünə dünyaya sahib durmaq

istəyənlər,  özünü dahi sananlar,  bir-iki cızma-

qarasıyla

Füzulini

dananlar, 

zövqsüz

mahnılarıyla Üzeyri öz aləmində geridə qoyan



özündən müştəbehlər,  Vətəni satan xainlər, 

təbiətə,  tarixi abidələrimizə düşmən çıxanlar, 

yalançı siyasətbazlar,  dar düşüncəlilər,  onları

yoldan çıxaran öz gərəksizliyini duymağa imkan

verməyən,  əksinə,  onların mənəviyyatı qədər

boş, mənasız pul, onun cəmiyyətdə oynadığı rol

tənqid olunur. Eyni zamanda bu bir ovuc " 

pulluların" nadan əməllərinin əzabını çəkən xalq, 

kütlə,  millət taleyi ön plana çəkilir,  oxucunu

düşünməyə vadar edir:

Allahın göndərdiyi

Hamımıza verdiyi

nefti,  qazı mənimsəyənlərin sabah bu xalqın

başına daha böyük bəlalar gətirə biləcəyinə, 

hətta xalqa havanı da pulla satacağına inanır. 

Arzusu,  muradı pulla ölçülən,  hər şeyi pulla



289

almağa imkanı olan,  torpağı,  vətəni,  milləti belə

hərraca qoya biləcək nankorlardan qurtulmaq

qüdrətli ölkə yaratmaq,  xalq,  millət,  onun rifahı

naminə

işləmək,  iqtisadiyyatı



gücləndirmək, 

millətin xoşbəxt gələcəyi naminə ömrünü şama

çevirə bilmək ancaq aqil,  müdrik,  saf,  dünya

malında gözü olmayan ancaq insanlıq naminə, 

xoşbəxtlik,  sağlam,  şən həyat naminə yaşyaıb-

yaradan insanları sevmək,  milli mənafeyi üstün

tutanların arxasınca getməklə işıqlı həyata

qovuşa bilməyin mümkünlüyünü bildirir.  Açıq

şəkildə yox, üstüörtülü yalnız ömrünün, həyatının

mənasını çoxlu pulda görən,  pulu olub quduran, 

qudurğanlıqla insanlıq keyfiyyətlərini itirən,  öz

səadəti naminə xalqının torpaqlarını,  əzizlərini

belə qurban verməyə hazır olan nadanların

murdar əməllərini,  iç üzünü açıb tökür.  Xalqın

varını talayan,  satan,  mənimsəyən,  "mənəm-

mənəmlik"  iddiasında olan,  axırda xalqı quru

yurdda qoya biləcəklərdən "Allah bu milləti

qorusun"- deyir Fikrət Sadıq.  Fikrət Sadıq

xalqının taleyindən narahat bir ata kimi bu

dualarını müxtəlif formada,  müxtəlif şəkildə edir. 

Millətin

taleyi


üçün

narahat


şairin

ürəyi


gördüklərindlən

qorxduğundan

onun

sabahı


naminə qaranlıq gecələrində əlində qələm şam

kimi əriyir axır. Pafoslu kəlmələrlə yox, sadə, adi

misralara,  içindən gələn bir şəkildə;  qırıq, 

yarımçıq , lakin bütöv bir ideya, zəngin bir ideya, 



290

dərin bir məna üzərində köklənmiş tutumuda, 

sərbəst şerin vəzninə, ahənginə uyğun bir deyim

tərzilə. Gözümüz önündə Rəsul Rzanın misraları

canlanır.  Bu vəznin imkanlarından məharətlə

yararlanan Rəsul Rzanın Azərbaycan şerinə

gətirdiyi yeniliklər danılmazdır.  O bir məktəb

yaratdı getdi və bu məktəbin özündn sonra gələn

davamçılarının sıralarında Fikrət Sadıq seçildi, 

qiymətləndirildi. 

Sərbəst

şerin


azadlığı, 

çərçivələnməməsi,  qəlibə

salınmaması-poetik

qadirliyi Fikrətin poetik vergisinin tərzi ilə səsləşir, 

onun

poeziyasının



sadəliyinə, 

təbiiliyinə, 

axıcılığına    uyğundur.  "Sevgi yağışı"  başlığı

altında çap edilmiş və yuxarıda haqqında

danışdığımız "Sevgi yağışı" eləcə də "Balıqçı və

su pərisi",  "Dənizə axan küçə"  adlı lirik

poemaların ümumi bədii təsiri bu fikri tamamilə

sübuta yetirir" (Elçin).

Qələm dostu Balasadığa ünvanladığı şerində

də şair öz dərdini danışır."Şerə, sözə canı yanan, 

dərd əhli yox!"- deyib heyfslənir.  Şer,  sənət

xiridarlarının bu dünyadan getməsi,  Balasadıq

kimi qələm sahiblərini itirməsi onu göynədir. 

Dəryadakı tənha dalğalar əlində çırpınan qayıq

kimi çırpınır şair təzadlar aləmində,  fikirlər, 

düşüncələr onu itirdiklərini xatırlamağa,  sızlaya-

sızlaya onları yada salmağa vadar edir.  "Hayıf

səndən Balasadıq"  deyə üz tutduğu mərhum

dostu,  qələm yoldaşı Balasadıq kimilərin bu gün


291

ədəbiyyatımızın,  incəsənətimizin inkişafında şair

yerini görür,  kədərlənir.      Şeri,  sənəti atıb

dolanışıq dalınca qaçanları,  "şerə,  sözə can

yandırsan dərd əhli"lərinin azalması,  əvəzində

ədəbiyyata,  şerə,  sənətə ancaq qarayaxan

"nadan", "soyuq" üzdəniraq qələm sahiblərinin də

gəlməsini özünə dərd eləyir:

Eyham qanan bir kimsə yox!

Şerin təşbeh siqlətinə,

Mübaliğə sambalına,

Tab gətirən adam azdır.

Görürsən ki, ya oxumur,

Ya oxuyur, başa düşmür,

Ç ünki kökündən dayazdır.

("Şer


oxumağa

adam


tapılmır").

F.  Sadıq üçün şer,  sənət əvəzsizdir.  O, 

ilahinin yetirməsidir. 

Sənətə, sənətkara düzgün qiymət verməyən, 

istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə

Fikrət Sadıq ancaq şeri,  kəsərli misraları ilə

cavab verir.

Özündən əvvəlki sənətə,  şerə,  ədəbiyyata

yuxarıdan aşağıya baxan bir-iki cızma-qaraçı

müəlliflərə şair məsləhət verir ki:

Dönə-dönə

danışırsan

sən

ağacın


Ovum-ovum

ovulacaq


yarpağından.

292

Heç


olmasa

bir


kəlmə

danışaydın



Gövdəsindən, 

budağından, 

torpağından. 

İndi ədəbiyyatımızın canına taxtabiti kimi

daraşan qələmçilərin yaradıcılığını şair yarpağa

bənzədir və onun kök üstündə bitmədiyindən

"ovum-ovum"  ovulacağına şübhəsi yoxdur.  Nə

qədər qaraya ağ, ağa qara deyilsə də, "yalanların

üstü ilə yeriyir haqq",  keçmişinə təpik atan, 

cübbəli libasını bəyənməyənləri "sütül nəsil" 

adlandırır və onları əmin edir ki, ədəbiyyatımızın

qocaman sərkərdələrini öz "südqarışıq acı sözləri

ilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar

"öz yolundan döndərəmməz şerimizi".

Arif Əmrahoğlu haqlı olaraq göstərir ki, 

"Poeziya adlı dünyada o güzəştə getmir.  Onun

üçün bu dünya taledi,  qismətdi, canının-qanının, 

istedadının hesabına saflığını qoruyub saxladığı

müqəddəslikdi.  Fikrət Sadıq çox güman ki, 

mifoloci


xarakterli

müqəddəs


dünyada

da

qədərinə Zevslik yox,  Siziflik düşdüyü üçün



xoşbəxtdi. Fikrət Sadığın şer dünyasında gerçək

dünyada demək istəmədiyi "yox"u da deyir, 

sevgisini də, nifrətini də ifadə edir. İşıqlı dünyanın

qəliblərindən, 

çirkinliklərindən

içi


xıltlı

insanlarından bezəndə o, özünün şer dünyasının

məsumluğuna pənah aparar, sığınar. Nə yaxşı ki, 

bu şer dünyasında da yeganə tək Fikrət



293

Sadığımız var və bizi özünün şer dünyasının

işığına

aparır.  Bu



işığın

sehrinə


düşüb

gedirsən…  Geriyə baxmasan da əminsən ki, 

Fikrət Sadıq dünyasının işığına doğru səndən

başqa gələnlər də az deyil". 

F.  Sadıq həyata keçə bilməyən arzularının

iztirabını çəkir.  Qorki yazırdı ki,  "Əzab,  iztirab

insanın arzularından doğur.  İnsanın elə arzuları

var ki,  təqdirə,  hörmətə layiqdir,  elə arzuları da

var ki,  buna layiq deyildir.  Siz insanın elə

arzuların yerinə yetirməyə kömək edin ki, bunlar

onun sağlam və güclü olması üçün zəruridir, 

onlar insana nəcabət və ülviyyət verir".

Bilik,  dünyagörüş və özünü dərk etmək

insana arzu və istəkləri seçməkdə kömək edirsə, 

insanın taleyi də xeyli dərəcədə onun arzu və

istəklərini tənzimləyir.  Arzu və istəkləri ilə mühit

arasındakı konfilikt onlara çatmaqda insana

mane olur.

F. 

Sadıq


zəngin

mənəviyyata

malik

sənətkardır."Zəngin şəxsiyyət dərin əqidəyə, 



inama,  yüksək məqsədə və ideala malik olan

şəxsiyyətdi.  İnsan yüksək mütərəqqi ideallar

uğrunda yaşayıb fəaliyyət göstərdikcə özü də

yüksəlir,  böyüyür,  onun varlığı daha yüksək

ictimai məna kəsb edir.  Doğru deyilmişdir ki, 

qartala qanad,  insana ideal eyni dərəcədə

zəruridir. 

Böyük


məqsəd, 

yüksək


ideal

şəxsiyyətin

zənginliyinin

ölçüsüdür. 

Əgər


294

şəxsiyətin həyatında heç bir yüksək məqsədi, 

idealı olmursa,  o maddi cəhətdən nə qədər

zəngin olursa olsun ən yoxsul həyat sürür.  Ən

misgin vəziyyətdə yaşayır.  Ç ünki şəxsiyyəti

həyatda ucaldan nə onun vəzifəsidir, nə də onun

malik

olduğu


var-dövlətdir,  onu

yüksəldən

yeganə bir şey varsa, o da ancaq böyük məqsəd

və ideallar uğrunda fəal mübarizədir".

F.  Sadıq da bu mübarizlərdən biridir.  O

qorxmadan,  həqiəqti olduğu kimi yazır,  günün

aktual

məsələlərinə



toxunur, 

dövlətimizin, 

millətimizin dili saflığına xələl gətirə biləcək

məsələləri açıqlayır, həyəcan təbili çalır.

Qabil böyük ürək açıqlığıyla Fikrət Sadıq

dünyasını,  gündəlik müşahidələrini,  gördüyü

əhvalatları əsərlərinin məzmununa çevirdiyini

söyləyir:  "Böyük şəhərin mərkəzindən uzaq

məhəllələrindən birində yaşayan Fikrət Sadıq hər

gün evdən işə, işdən evə avtobusla, trolleybusla

gəlir, gedir. Və özü dediyi kimi -kimləri, nələri, nə

cür


hadisələri, 

əhvalatları

görmür? 

Bu

müşahidələr, bu şahidlik kövrək, yanıqlı, nifrət və



qəzəb dolu, müasir vətəndaş poeziyamızın gözəl

nümunələrinə çevrilir.  Söz-sözə,  fikir fikrə, 

təşbeh-təşbehə zərgər dəqiqliyi ilə calanır. 

Fikrətin nəinki dili, özü demişkən əlləri də danışır-

şer deyir":

Əlimi görürsən,

Əlim dərddən danışır.


295

Dərddən danışan əllərin

Ç əkdiyi zülmü görmürsən.

Qocalıq


F.  Sadıq

qələmində

lirik

bir


mövzudur.  Özün qocalmasan qocalığın nə

olduğunu duymazsan.  Gənclik "gur ocaq", 

qocalıq onun "kül"üdür.  Coşqun,  şux gənclik

üçün hər şeyin öz qüdrəti var,  gülün-çiçəyin ətri

ilə yaşayır gənclik, sevib-sevilmək, həyat eşqi ilə

yaşayır gənclik,  gənclik bahardır,  qocalıq qış. 

Qocalıqdan əltutulur,  ayaq yerimir, göz yumulur, 

dodaq əsir,  qovu sovrulmuş çaxmağa bənzəyir

qocalıq. "gün batan", "şər qarışan" ana bənzəyir

qocalıq şairin nəzərində.

İnsan taleyinin ağrı-acısını çəkən insandır

Fikrət Sadıq. "Ömrüm boyu hər

arzuma, 

niyyətimə

çəpər

çəkildiyindən



şəkil

çəkə


bilməyən şair ancaq çəpər şəkli çəkə bilir və ona

görə də :

Əlimə qələm alanda

Özüm istəməsəm də

Ç əpər çəkirəm mən.

-deyir.  Bu misralarda kövrək bir qəlbin

keçdiyi,  yaşadığı çəkdiyi ağrılı-acılı,  əyri-üyrü, 

hamar olmayan həyatı göz önündə canlanır. 

Uşaqılığında ata həsrətini yaşayıb.  Millətini

xoşbəxt,  bəxtəvər görmək istəyib,  görməyəndə

dərdinin üstünə dərd gəlib.  Təbriz dərdinə, 

Qarabağ həsrətinə qarışıb həsrəti,  qüssəsi. 

Azərbaycanının bütöv görmək istəyib,  parça-


296

parça doğrandığını görüb içində yanıb kösöv

olub.  Xalqının

naz-nemət

içərisində

ömür


sürməsini

istəyib, 

taleyin

burulğanında



çabaladığını görüb,  saçlarını gəncliyində dən

düşüb,  kasıbçılıqla sınağa çəkilməkdən qorxub, 

qorxduğu gözünə çöp düşüb, millətinin kasıbçılıq

içərisində yaşadığını görüb öz dərdini unudub, 

elə yaylıq tutub.  Həm şəxsi,  həm milli,  həm

dünyəvi dərd-sər,  insan qayğısı,  arzusuna, 

istəyinə,  ümidlərinə çəpər çəkilən bu dünyada

qələm aldığı olub. 

F.  Sadıq şerlərində dünyanın ən qayğıkeş

insanlarındandır.  Elə onun bütün yaradıcılığı

qayğıdan

yoğrulub.  Xalqının

güzəranından, 

dərdindən, torpağın, millətin qaçqınlıq taleyindən, 

pis sənətkar əməlindən doğan qayğılarla doludur

Fikrət Sadığın şerləri.

Həyatının mənası olan övladlarının,  evinin, 

ailəsinin qayğısı da onun çiyinlərindədir. Hər gün

övladlarının

qayğısıyla

yaşamaqla

yanaşı, 


dünyanın da dərdini çəkir.  Zamanın ən qaynar

nöqtələrindən

"Vyetnamdan

xəbər



var, 

görəsən",

"Kennedinin qatilini tapdılarmı?"

və neçə-neçə belə qayğılar da

şairin

yaşantısındadır. 



Ç oxdan

görüşmədiyi

bir

dostuyla


qarşılaşma,  avtobusda

adamların

çoxluğundan yaranan narahatçılıq,  konduktorun


297

acıdilliyi,  maaşın gecikdirilməsi və digər yüzlərlə

qayğılarla yaşayan şairi həyata bağlayan da bu

qayğılardır.

Oyanmaq ümidilə

yatıram hər gecə.

Oyanmamaq da olar

elə-beləcə.

Amma oyanıram, əhdim var,

Oyadır hər səhər.

Şair bütün bu qayğılarda adilik görür.  İnsan

qayğı dolu adi bir həyatını yaşayırsa,  evin, 

qohum-əqrəbanın,  dünyanın qayğısını çəkirsə, 

deməli, əsl insan odur. 

37-ci

ilin


repressiyasında

Azərbaycan

xalıqının ən istedadlı, qabiliyyətli ziyalıları, böyük

söz ustadları ilə yanaşı o zaman partiyada məsul

vəzifələrdə işləyən şəxsləri də məruz qalmışdır. 

Bu represiya ədəbiyyatımızın,  mədəniyyətimizin

inkişafına da ağır zərbələr vurub,  onun ən

qüdrətli


sənətkarlarpını

əlindən


alıb. 

Bu

şəxsiyyətlərin



ailələrinin

çəkdiyi


əzab

əziyyətləri,  məşəqqətləri ölçə biləcək meyar



yoxdur. Təqib, qorxu, həyəcan, müdhiş gecələrin

dəhşətli qapı döyümləri,  aparılmalar,  gedib-

qayıtmamazlıq, 

ölüm, 


fəlakət

demək


idi

repressiya. Əqidə sahibləri, haqq-ədalət sevənlər

yalançı

ifşalara


məruz

qalmış, 


sürgünə

göndərilmiş,  Nargin

adalarında

güllələnmiş, 

məhv edilmiş, sağ qalanlar ölüm qorxusu altında


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin