Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

364

Bir arzumuz iki qəlbdə yuva

salıbdır.

Bircə sizdən bizim evə köçmək

qalıbdır,

Buna hicran deyirsən?

Elçin haqlı olaraq "Sevgi yağışı"nı muasir

poeziyanın nümunəsi kimi götürür və sənətkarlıq

baxımından şairin istedad və bacarığını bu iki

obrazın vasitəsilə belə qiymətləndirir ki,  "bu

oğlanın və qızın hisslərindəki saflıq,  təmizlik, 

paklıq


Fikrətin

poeziyasının

poetik

komponentləridir



həmin


poeziyanı" 

səciyyələndirən və məxsusiləşdirən cəhətlərdir

və məhz buna görə də həndəsi fiqurlara

aludəçilik, 

naturmotlara

meyl


F.Sadıq

poeziyasına o qədər lazımdır, nə qədər ki, həmin

saflıq,  sadəlik təmizlik zora düşməsin".  İnsan

ürəyi şair üçün kəşf olunmamış sirlər aləmidir. Bu

ürək dünyanın möcüzəsidir.  O da varlıqdır.  Bu

dünyanın varlığıdır.  Ürək hər şeydə var;  Qalaq-

qalaq qalaktikalar da bir qurtum suda,  bir ovuc

küldə, bir zərrə odda "bütöv bir ürək var":

Onun

yaratdığı



əsərlərdə

böyüklüyünə, 

kiçikliyinə baxmayaraq böyük məna var. Hələ 60-

cı illərdən ədəbiyyata gəldiyi illərdə F.  Sadıq

özünə "cığır"  açıb.  Elə bir cığır ki,  o B. 

Vahabzadə demişkən "yalnız özü üçün deyil, 

başqaları üçün də yaşamaq"  naminə yaradıb, 

qurub.  Mirvarid Dilbazi

onun

yaradıcılığna



365

dərindən bələd olan bir xalq şairi kimi böyük

uzaqgörənliklə demişdir:" Fikrətin "Bulud", "Cığır" 

və xüsusilə xalq əfsanəsi əsasında yazdığı "Ana

əli"  poeması onun gələcəkdə yaxşı bir şair

olacağını göstərir."



366

FİKRƏT SADIQ YARADICILIĞINDA

TƏBİƏT

F.Sadığın

şe'rlərində

təbiət


ayrıca

bir


mövzudur.  Meşələrin,  quşların,  ətraf mühitin

mühafizəsində

təiiliyin

olmaması,  buraxılan

tüstülərin dünyaya vurduğu zərbə,  çirkli suların

dənizlərə

axıdılması, 

bunun


nəticəsində

"günahsız,  körpəcə balıqlar"ın,  canlıların məhv

olması,  zavod bacalarından ilan kimi qıvrılıb, 

"burum - burum"  burulub göylərə qalxıb,  zəhərli

tüstüsü

ilə


təbiəti

zəhərləməsi,  meşələrin

qırılması,  düzlərdə ceyranların,  çayda Xəşəm

balığın, 

dağlarda

giləmeyvələrin

kökünün

kəsilməsi şairi kədərləndirir.  Meşələrdə nadir



ağacların kökünün kəsilməsində,  qoca dünyanın

ağlına yazılan "Qırmızı kitab"  damğasında insan

əli var. Amma insan unutmamalıdır ki, bu dünya

təkcə onun deyildir, hamınındır.  Bu dünyada adi

bir cücünün də,  həşaratın da yaşamağa haqqı

var.  Şair təbiətə,  torpağa,  tanrı ne'mətlərinə,   

gözəlliklərinə bilərəkdən,  bilməyərəkdən -fərqi

yoxdur balta çalan insanlara bunu məsləhət

görür ki:

Adicə


çiçəyin

burnunu



qanatmayaq!

367

Torpaq yaşadır bizi.

Nankor övladıq məgər,

Torpağı yaşatmayaq?!

Torpağı,  təbiəti qorumaq,  yaşatmaq bəşər

övladının borcudur.  Ana təbiətin övladı öz

yaradanına, 

yaşadanına

qarşı

nankor


olmamalıdır.  Meşələri yox edən,  qalaq-qalaq

mə'nasız kağızlara çevirən, tamahından dünyanı

kor qoyan insan övladının çoxluğundan dünya

dağılmaz,  amma "əl boyda"  tüstülərdən dünya

əyilər, məhv olar, tarazlığını itirər.

Şair öz narahat duyğularıyla insan övladını

qəflət yuxusundan oyatmağa çalışır.  Artıq bu

dünyanın təmiz,  aydın səmasına,  torpağına, 

varına,  bəzəyinə vurduğu zərbəni duyan insan

innən belə dünyanı qoruyacaqsa,  ətrafında bu

gün də mövcud olan təbiətə düşmən qüvvələrin

əməllərinə göz yummamalıdır.

O,  elinə,  təbiətə vurğun şairdir.  Onun

əsərlərində insan öz elinə,  obasına,  üstündə

gəzdiyi torpağa möhkəm tellərlə bağlı,  xalqının

taleyini,  torpağının qüdrətini duyandır.  Torpağa

məhəbbətinin böyüklüyüdür ki,  insanın ondan

güc almasını şair tez duyur.  O,  ana təbiətin, 

doğulduğu

Şirvan


torpağının, 

əsrarəngiz

Göygölü- Azərbaycanın bütün dilbər guşələrinin, 

eləcə də ana təbiətin bihuşedici mənzərələrini

tərənnüm edir. Onun aləmində təbiətə münasibət

insanın mənəvi dünyasını üzə çıxarır.  O, təbiəti, 



368

meşələri, dağları, çayları, çölləri qorumaq naminə

bəlkə



onun



gözəl

dağlarını,  sıldırım

qayalarını,  şiş uclu zirvələrini,  enişli-yoxuşlu

yollarını, füsunkar baharını, könül oxşayan qışını

tərənnüm edir. Onun şerlərində bir həyəcan təbili

var və flora və faunamızın,  təbiətimizin taleyi

üçün narahatdır.

Yadıma akademik Həsən Əliyevin "Həyəcan

təbili"  kitabı düşdü.  Təbiətin vurğunu müəllif

yazır:" Əlimə qələm alarkən torpağın tədqiqindən

başladım.  Bu sahədə yazdığım kitabların da, 

məqalələrin də oxucuları yalnız torpağı tədqiq

edənlər və becərənlər oldu.  Bəs torpağın dərdi? 

Özündən süd verib, bəslədiyi insanlarda sinəsinə

yara

vuranlardan, 



gözlərinə

zərər


tozu

üfürənlərdən.  Mən isə torpağın övladlarından

birisi kimi haray saldım ki,  …  qoy səsimi hamı

eşitsin".  Fikrət Sadıq da təbiətin,  torpağın, 

dərdini,  sərini çəkə bilməyib,  elə bir haray çəkir

ki,  qorxur.  Atlantida faciəsindən qorxan kimi

qorxur.  Nə vaxtsa belə bir ölkə olubmu? 

Naməlumdur.  Amma öz yaşadığı zamanda icad

edilən silahlar onun torpağını,  yaşadığı dünyanı

Atlantida əfsanəsinə döndərə bilməsi reallığını, 

təhlükəsini duyur,  qorxur,  həyəcan təbilini çalır. 

Nələr çəkmiş torpağın başı: dəhşətli müharibələr, 

keçirilən nüvə sialahlarını sınaqları,  istehsal

edilən kimyəvi məhsullar,  zavod və fabriklərin, 

tullantılarının torpağın bağrında açdığı qara


369

yaralardır.  Təbiətsevərlər kimi Fikrət Sadıq da

qələmini bu mövzuda məsələlərə həsr edir. Meşə

Fikrət Sadığın əsərlərində əvəzsiz sərvətdir,  o

xalqın da sərvətidir, gözəlliklər məskənidir.

Ay şairin şe'rlərində bir aləmdir. İnsan övladı

dünyaya gələndən,  "ağlı kəsəndən",  "göylərin

çırağı"  ayın vurğunu olub.  Onun buludların

arasından "qıyqacı baxış"larını sevib.  Onun on

beş günlük "sehri haləsinə"  məftun olub və ona

görə də

Ulduz hanı Aya tay,



Ay yaranıb qüdrətdən.

Ayı ilkin görənlər

"Ay" çığırır heyrətdən.

Aya insanın baxışlarını,  verdiyi mə'naları, 

baxışında,  duruşunda gördüyü gözəlliyi,  saflığı, 

şair göz önünə gətirir.  Onun gözləri önündə

neçə-neçə körpəyə "ay parçası deyiblər";  hər

şairin dünyada "Ay üzlü"  yarı olub.  Şairlər

yaratdıqlar əsərlərində gözəli,  vəsf etdiyi insanı

Ayla müqayisə edib.  Aya aşiqlik prizmasından

baxıb;  gah

onun


gözçəlliyini

vəsf


edib, 

ulduzlardan üstün tutub,  gah sevdiyi gözəlin

üzündə Ayın nurunu,  işığını gəzib,  görüb, 

tərənnüm edib,  gah göylərin yaraşığı gözəllərin

qaşlarını "hilala" - yeni doğulmuş on dörd gecəlik

aya bənzədib.  Ay insan övladının istəklərinə

uyğun vəsf edilib və F.Sadııq da onu vəsf edir. 

Amma başqa şəkildə; 



370

Ay üzü qazıq-qazıq,

Ay üzü dərə-tərə.

Göydən yağan daşları,

Ay qoymur düşsün yerə.

Demə ay ləkələri

Yağan daşların yeri,

Ay göyün fədaisi,

Yerin cəsur əsgəri.

Ulduz yağışlarının,

Önündə tənha durur.

Odur ki, keçib gedir,

Gecələr məğrur-məğrur.

Demə ta yaranandan, 

Yeri qoruyubmuş Ay.

Yerlə göy arasında,

Keçikçi olubmuş Ay.

Ay şairin nəzərində bax budur.  Ayın belə

tərifini F.Sadıq qələmində tapa bilərik.  Onu ay

üzlü nigarına bənzətmir.  Ay parçası bildiyi bir

körpəyə oxşatmır.  Amma o da Aya heyrandır. 

Baxışına,  duruşuna vurğun olanlardandır.  O, 

Ayda başqa bir aləm tapıb: ay sən demə "Göyün

fədaisi",  "göylə yer arasında keşikçi",  "göydən

yerə yağan daşları"  yerə düşməyə qoymayan

sən demə "yerin cəsur əsgəri" imiş. Bu ülvülüklə, 

bu bənzərsizliklə, bu baxışlarla aya baxmaq özü


371

də insandan daxili ictimai bir zənginlik tələb edir. 

Bu şair təxəyyülünün zəngin xəzinəsinin qiymətli

bənzətmələrindəndir. 

Bu

bənzətmələr



F.Sadığındır. 

Gördüyünə, 

eşitdiyinə

yaxın


mənada

varsa, 



hamısına

hörmətlə


yanaşmaqla bərabər,  öz sözünü də demək

bacarığı,  cəsarəti.  Nizami sevgili yarını "üzü

aydan da gözəl sərvi xumar"a bənzədir. F.Sadıq

isə dünyası üçün narahat olan bir əsgər kimi

düşünür. Onun baxışını, duruşunu məğrur, cəsur

əsgərə bənzədir.  Hər iki bənzətmə sənətkarların

əhval-ruhiyyəsinə uyğundur,  gözəldir, bədiiliyi ilə

könülə yatandır.  F.Sadığın Aya baxışları muasir

zamanla,  dövrlə səsləşir ona görə oxucu onun

demək istədiyi fikri tez tutur, mə'nanı anlayır. Bu

əhval ruhiyyəni onun "Soyuq şe'r"ində də oxucu

tez


tuta

bilir.  "Canımdakı

soyuğu

çıxara


bilməzsən həkim!"-deyir şair. Ç ünki bu adi soyuq

deyil. 


Onun

canındakı

"soyuğun" 

kökü


uşaqlıqdan gəlir,  artıq o soyuqlar onun canıda

"daşlaşıb",  ona loğmanın gücü çatmaz,  təbib, 

məlhəm kömək edə bilməz.  Ç ünki uşaqlıqdan

canında yığılıb qalmış soyuqların kökü var:

Atalı-analı yetim olmuşam.

Doğmalarıma qərib olmuşam.

Üzümə yalandan gülə-gülə,

Üzümə soyuq baxıblar.

O

soyuq


baxışlardan

qalıb, 


qalanıb,

372

Ciyərimin başındakı qar.

Gördüyü soyuqluqlar onun üzünü dünyadan

döndərib.  Sevgidən qaçanda özünə soyuq

olduğunu hiss edib, sevəndə də ""soyuq" baxışlar

görüb.  Yaxşı yazanda "üzünə soyuq baxıblar". 

Çoxlarının-doğmaların, 

yadların, 

qohumların

soyuq baxışlarından ciyəri "xalvar-xalvar"  soyuq

çəkən şair hardasa bir soyuq baxışdan da

mütəəsirdir. Yadın yad, soyuq baxışı yad olduğu

üçün qəlbi qıra bilməz, küsdürə bilər, ürəyini qısa

bilər, amma qıra bilməz.

Amma:

Yaxın adamın buz baxışı



Qılıncdan betər kəsir.

Bəlkə şairə soyuq baxanlardan biri elə

həkimin özüdür.  Çünki şair "  bir az da sənin

soyuqluğun üşütdü qəlbimi"  deyir,  qınaq dolu " 

xətrinə dəyməsin,  dərmanların kar eləməz qat-

qat qalanmış soyuqlarıma"-deyir.  Kövrək insan

özünə yaxın insanların bir soyuq baxışlarının

ağrısın,  acısını duyduğu kimi "Soyuq şer"ində

ümumiləşdirir. Bu soyuq "adi soyuq" deyil, bu bir

insan övladının taleyinə, qismətinə yazılmış ömür

payıdır və bu ömürdə gördüyü,  yaşadığı qəmin, 

qüssənin soyuğudur.

Şair təbiətin soyuqluğundan öz daxili əhval-

ruhiyyəsini vermək üçün bədii vasitə kimi

yararlana da bilir.  Təbiətin soyuq üzü şairə yad

deyil.


373

Məmməd Araz:"Fikrət Sadığın təbiət şerləri

yalnız təsvir, peyzac lirikası deyil. Bu şerlər əsgər

papağı geyimli bir şairin vətəndaş çağırışı, 

harayıdır.  Təbiətə əl qaldıran insan təkcə palıdı, 

vələsi qırmır, əslində özü oturduğu budağı kəsir, 

təkcə quşun qanadını qırıb,  ceyranı didərgin

salıb,  bulağı nəğməsiz qoymur,  öz nəfsini

daraldır,  öz çörəyini zəhərləyir,  öz ömrünü

tüstüyə bükür".

Ehtiyatlı olun quşlar

Tora düşmək…

Yaralanmaq qorxusu var.

Şairin dediyi kimi təkcə insanın deyil, 

hamınındır bu dünya.  Adi bir cücünün də haqqı

var yaşamağa.

Məhsuldarlığı

artırmaq, 

torpağın

gücü


çatacaq çəkidən çox məhsul əldə etmək üçün

əkin sahələrinə səpilən kimyəvi maddələrdən

geninə boluna,  ölçüsüz,  meyarsız istifadə,  onu

yeyən insanlarnı orqanizminə dəyən zərbə, 

meşələrin məhv edilməsinin təbiətə,  insan

sağlamlığına,  ətraf

mühitə

vurduğu


zərbə

bugünkü elmi-texniki inqilabın havanı,  təbiəti

böhranlı vəziyyətə salması,  ekoloci müvazinətin

pozulması insan əməlidir.

Dünyanın dərdini çəkən,  torpağın ağrısını

can ağrısı kimi qəbul edən F.Sadıq qorxur ki, 

İnsanların çoxluğu ağırlıq salmaz

Yerə.


374

Amma dünya əyilər,  əl boyda

tüstülərə.

Bu da təbiətin gələcəyindən nigaorançılığın

nəticəsidir ki, şair onu şerinin mövzusuna çevirir, 

təxirəsalınmaz mövzusuna.

"Dünyadan qaçan insan"ı    da ana torpaq

bağrına basır.  Torpağın bir zərrəsinə dönən

insan Bəhramgura bənzədilir.

Bəhram-Gur şahı da

Elə-beləcə çığıra-çığıra,

Ç əkmişdi kamına

Torpaq-mağara.

Dünyadan qaçan insan övladının xoşbəxtliyini

görmür,  "qışı qış kimi",  yazı yaz kimi gəlməyən

həyatından da bezib.  O insan ki,  onun sevinci

ərşə çəkilib,  torpaqdan qovulanın varı talanıb, 

arzuları gözündə qalıb.  Bu insan o zaman bu

dünyaya qayıdacaq ki, 

Qarabağlılar qayıdıb,

Doğma yurdlarında

Yenə məskunlaş"acaqlar.

Bir-birini əvəz edən fəsillər olacaq;  baharını

qar,  şaxta vurmayacaq.  Qarında baharının

ağacları düymələyib və bir də amansızcasına

budağında dondurulmayacaq,  yaxşını görəcək, 

yamanı görməyəcək,  millətinin birliyini görəcək. 

Şair folklor mötivləri üzərində köklənmiş bu

əsərində Adəm övladının yaşadığı dünyadakı

əzablarını

ümumiləşdirməklə

yanaşı,  dünya



375

əzablarına,  hərc-mərcliyinə,  şeytan-iblis əməlli

insanların insanlığa,  insan adına gətirdiyi pisliyə

qarşı çıxır.

Fikrət Sadığın yaradıcılığının kamillik dövrünü

yaşamaqdadır.  Onun bütün əsərlərinə küll

halında nəzər saldıqdan,  yetkin dövrlərini də

diqqətlə nəzərdən keçirdikdən sonra belə bir

qənaətə gəlmək olur ki,  yaradıcılığında əsas

cəhət lirikadır.  Onun yaradıcılığında təbiətə, 

məhəbbət, 

vətənpərvərlik

lirikası

yaşayır. 

Dünyaya göz açan insan təbiətin qoynunda

böyüyür, yaşa dolur, onunla daima təmasda olur. 

Fikrət Sadıq da bu milyardlarla insanlardan

biridir.  Onun qələmində təbiət öz gözəllikləri ilə

əsərlərinin məna tutumunu zənginləşdirir.  O, 

təbiəti insanla qoşa tərənnüm edir.  Təbiət onun

gözündə o zaman ülviləşir,  füsünkar olur ki,  o

insanı yaşadır.  Təbiətin əsrarəngiz gözəlliklərini

görən,  duyan, hiss edən qiymətləndirməyə qadir

olan insan təbiəti dərk etdikdə özünü onunla

birlikdə görür.  Özündə ona oxşar cəhətlər seçir, 

onun sirlərindən agah olduqca özünün də enişli-

yoxuşlu ömür yolunun sirlərini açıqlayır.  Özündə

təbiətlə eynilik axtarır. Ona oxşamağa çalışır. Bu

istək,  arzu üstündə qələmini kökləyir.  Yaşadığı

dünyada nəyəsə gərək olduğunu duyan şair

təbiətə daha yaxın olduğundan buluda "and" 

verib yalvarır ki,  onu göy üzünə qaldırıb

meşələrin üstüylə gəzdirsin,  quru ağac görəndə


376

onu yağış eləsin yağdırsın onun üstünə,  ona

gərək ola bilsin.

Pəncərəsi meşəyə açılan şair boz üzü olan

payızın təbiətin gözəlliyini talan etdiyini duyur, 

duyduqca kövrəlir,  yamyaşıl təbiətin saçlarına, 

bərinə-bəzəyinə düşmən kəsilən payızın əlindən

qaçmaq istəyən ağacları,  budaqları özünün

qəlbindən keçən hisslərlə, duyğularla "dilləndirir". 

Oxşarlıq gəzir, tapır, təbiətin payızında  ömrünün

yaxınlaşan

qocalığını

görür, 

hisslərini, 



duyğularını,  təbiətin

sonsuz


gözəllikləri

ilə


müqayisədə bölüşür.

Payız buludlarının gətirdiyi qüssə-qəm şairin

daxili əhval-ruhiyyəsini açır:

Birbaşa qəlbimə yağdı

dünənki yağış.

Yuyub apardı

qəmi, nisgili, qayğını. 

Yuya bilmədi, amma

ürəyə dolan payızı,

yaxınlaşan qocalığı.

Ömrünün "payızı" ilə kəsişən payız fəslinin bir

sıra bənzərliklərini poetikləşdirən şair "ömrün

payızından" 

qaçmaq


mümkün

olmadığı


qənaətinə gəlir. Təbiətin payızını da ömrə yazılan

bir an kimi qəbul edir və:

Dünya, bir də düçar elə,

Xəzan yağışına məni!-deyir.



377

Yaşamaq


eşqini

bu

misralar



üzərində

kökləməklə

qəlbindən

keçən


həyat

eşqini


ümumiləşdirmiş olur. İnsana yaxın,  insanla qoşa

olan təbiət Fikrət Sadıq sənətində hər cür

anlarda insanla yanaşıdır.  Təbiətin özündə bir

insan ömrü var.

Fikrət Sadığın lirik qəhrəmanı kimin üçünsə

yaşamağı,  kiməsə gərək olmağı həyatının

mə'nası bilir.  Bunun üçün bəzən buluddan da

kömək ummağı təbiidir.  O,  buluda yalvarır,  ona

and verir ki, yağışından onu "salla"yıb göy üzünə

qaldırsın,  meşənin üstüylə gəzdirsin,  onu ora

tullasın. İstəyir:

Yağış bilib yağdır məni,

O ağaca gərək ollam.

Fikrətğ Sadıq ağaclara,  meşələrə qarşı da

həssas şairdir.  O,  bütün ağacları,  təbiəti sevir, 

onları ömrü boyu yaşatmağa hazırdır.  Payızın

xəzan yağışı saraldıb məhv edə biləcək meşələri

o "  otağında gizlət"məyi ürəkdən arzulayır.  Hər

ağac onun lirikasında bir obrazdır.  "Qaməti ağ

şirmayıdan yonul"muş ağcaqayın şairin daha çox

sevdiyi ağacdır.  Şair onu obrazlaşdırır;  onu

nəzərində aycaqayın ağac deyil, gözəl bir qızdır. 

Bu qıza mehrlə,  ülfətlə baxsan "yola düşüb

yeriyəcək".

İllah da ki, meh sığallaya

islanmış saçlarını.



378

Ağcaqayın gözəlliyi ilə "meşənin bütün

ağaclarını dəli edib". Şair vurğunu olduğu təbiətin

seçmələrinə də vurğun ola bilər.  Fikrət Sadığın

şerlərində meşə canlıdır,  onun öz nəfəsi,  öz

həyatı,  öz taleyi var.  Yağışlar yağanda "meşə

nəfəsini qısır",  quşları susur,  dələləri dəcəl

uşaqlar kimi atılıb-düşmür,  ağacdələnlər ağacı

dəlmir.

Bir zamanlar bütöv olan meşənin indi



çəpərlərə alınması,  bölünməsi onu kədərləndirir. 

O, "bu ağac mənim, o ağac sənin" deyib meşəni

bölən insanların meşəyə olan məhəbbətini

ağacların bir-birindən ayrılmasına,  birləşmək

dərdinə,  yenə də bütöv olmaq ümidi,  həsrəti ilə

yanmasına dözə bilmir.  Şair burada vətəni, 

torpağı parçalanan xalqının birlik, bötövlük eşqilə

göynəməsi ilə meşələrin bölünməsi nəticəsində

onların düşdükləri vəziyyətdə bir oxşar tale gəzir

və görür bu oxşar taleni,  kədərlənir,  dərdinin

üstünə dərd gəlir,  hisslərini boğa bilmir,  "açır

sandığı


tökür

pambığı", 

insanları

qəflət


yuxusundan oyatmağa çalışır.  Hər gördüyü

ayrılıq,  həsrət qığılcımında içini də yandıran bir

qığılcımı duyur.

Fəsillər təbiətin möcüzəsidir və şair bu

fəsillərin rəngarəngliyinə biganə deyil.  Onların

hər biri bir dünyadır şairin gözündə və o dünyaya

öz gözləriylə baxır, hər fəsildə bir məna gəzir, hər

birində bir həyat var.



379

Payız şairin lirikasında fəlsəfədir.  Payız bir

insan ömrüdür,  payız şairin lirik dünyasında bir

aləmdir.  Elə bir aləm ki,  o,  bəzən şairə çox

əzizdir.  Onun nəzərində belə anlarda "  hər təzə

payızın öz hüsnü var". Dünya sirli-sehrlidir. Onun

işindən

baş


açmaq

imkanı


olmayan

lirik


qəhrəmana bircə məsələ aydındır ki,  onun dörd

əli,  dörd üzü var və bunlar fəsillərdir.  O fəsillər

yaz, yay, payız, qışdır və o, yaxşı başa düşür ki, 

yaz əlilə gətirən, payız əlilə aparan, yay əlilə nur

əliyən,  qış əliylə qar əliyən bu dünya elə

fəsillərdə dünyalığını görür,  varlığını duyur. 

Dördəlli, dördüzlü dünyanın köksündədir bu dörd

fəsil


"Payız düşüncələri"ndə şair vahid hissi,  fikri, 

əhval-ruhiyyəni poetik bir məharətlə ifadə edir. 

Burada şerin bütün bəndlərində həm daxili forma, 

həm də hiss və duyğular bir-birini tamamlayır. 

Təbiət hadisəlri şairin lirik qəhrəmanın fikirlərini

ifadə etmək üçün bir bədii priyomdur.  Yaşamaq, 

yaratmaq üçün şairin keçirdiyi nigarançılıq

hisslərinin içində bir böyük təlaş hissi də var ki, 

bu da təbiətin, insan ömrünün baharı,  yayı, 

payızı, qışı olmasını təbii qarşılayır. Bunu təbiətin

yazılmamış bir qanunu kimi qəbul edən,  bu

qismətə, yazıya bir insan kimi boyun əyən şairin

dünya üçün keçirdiyi təlaş hissidir.  "İlin payızı

onsuz da gələcək",  "ömrün payızından da

qaçmaq olmaz". Amma Tanrıdan istəyi budur ki:


380

Dünyanın


payızı

olmasın


ancaq!

Qoy dünya həmişə rahat olsun.

"Biz gəldi-gedərik,

dünya var olsun!"

Şerdəki bütün bədii və təsvir vasitələri-xəzan

yağışının ağacları yuyub təmizləməsi, budaqların

pəncərədən

içəri


boylanması,  qaməti

"ağ


şirmayıdan yonul"muş ağcaqayının gözəlliyi,  bu

yağışlı payız ömründə meşələrin susması, 

yağışın gətirdiyi lal sükut,  hər fəslə verilən

romantik adlar lirik boyalarla zənginləşdirilir. 

Payızın-ömür payızının təbiətin fəsillərindən biri

olan payızın obrazıyla qarşılaşdırma dünya-

insan-kainat-təbiət mövzusu fəlsəfi tamlığını

tapır.  Burada fəlsəfi lirika öz başlanğıcını həyat

fəlsəfəsindən

götürür. 

Real

təfərrüatlara, 



müqayisələrə,  əsaslanan şair burada təbiət

hadisələri,  insan ömrü ətrafında düşüncələrə

dalır və bunları təsirli, obrazlı bir qələmə alır.

Şairin obrazlılıq dedikdə şerlərində güclü

pafos yoxdur,  amma onun sakit,  adi görünən

misralarının canındadır bu pafos;  təmtəraqsız, 

haysız-küysüz, amma təbii və son dərəcə təbii bir

dillə deyilir bunlar və insanı düşündürür.  O, 

ətrafında baş verən hadisələri sadəcə seyr etmir, 

onların mahiyyətinə varır.  Şəxsi əhval-ruhiyyə, 

duyumlarla

şer


üçün

götürdüyü

mövzunu

zənginləşdirir. Şair yaşadığı təbiətə laqeyd deyil, 



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin