Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

498

Əlləri,  Ayaqları,  Qulaqları,  Gözləri və Başı

dilləndirir.  Onlar insan kimi danışır.  Bütün

günahları öz üzərinə götürən Baş:

Dedi: "Min bir gecə" nağılını

Elə əvvəldən mən başladım, 

mən.

Qoca sevindi:



Boynuna aldın ki, axır,

Ç oxdan bilirdim, axı!

Başıma nə gəlibsə, 

Elə başdan gəlib, başım!

Ağır-ağır, yavaş-yavaş

Tərpəndi baş.

"Yox, yox"-dedi,

sən qoymadın

dinc yaşayım.

Baş öz düşündüklərini,  öz anladıqların

qocayla bölüşür və ona elə bil öz duyumu ilə

nəyisə anlatmağa çalışır. Bu haqsız dünyanı elə

əvvəlindən haqsızlıqlar içərisində,  ədalətsizlər

əlində


oyuncaq

olduğunu,  haqqın-ədalətin

pozulduğunu, onu axtarmağın mənasız olduğunu

qocaya anladır:

Eşit qoca!

Elə əvvəlllər də,

Hər yerdə

Naşı həkimlər,

Zalim hakimlər olub,

Nadan müəllimlər olub.



499

Yenə də olacaqlar.

Camaatı aldada-aldada,

Camaata qarışıb,

Dolanacaqlar.

Qayıt, evinə, kişi!

Tök ətəyindən daşı.

Sənəmi qalıb,

Dünyanın işi.

Dünyanı işlərini həmişə belə görüb insan, 

ona görə də bu Başın dedikləri həqiqətdə nələr

yoxdur. Şair bir el rəvayətindən istifadə etməklə, 

Düznəqulu kimi haqq-ədalət axtarmaqla,  lakin

istədiyini bu gen dünyada tapmamaqla, nağıllara, 

keçmişə,  ötən tarixə nəzər saldıqda həmişə

dünyana


ədalətsizliklər

içində


çabalamış

gördükdə qüssələnir.  Dönür olur Düznəqulu. 

Axtardığını

yaratdığı

obraz

kimi


tapmır, 

tapmayanda əl atır dünyanın digər guşələrinə, 

bəlkə burda yoxsa,  o yanda olar ki,  insanların

haqqları tapdalanmaz,  yalan ayaq açıb yeriməz, 

millətin hakimi ədalətsiz hökm çıxarmaz, müəlim

öz biliyini şagirdə öyrətməklə onu cəmiyyət üçün

yararlı bir vətəndaş kimi yetişdirər,  həkim

millətinin

sağlamlığını

keşiyində

durar,  öz

həkimlik sənətinə dərindən yiəyələnmək sağlam

cəmiyyətin gələcəyi üçün çalışar və ilaxır,  ilaxır. 

Amma gəl görək elə saf bir cəmiyyət varmı?

Varmı elə bir ölkə ki,  qanunları qılınc kimi

kəsərli, müəllimləri əsil müəllimlik adına, şərəfinə



500

sədaqətli,  həkimləri bilikli,  qayğıkeş…  olsun? 

Yoxdur bu qoca dünyada, elə əvvəl də olmayıb. 

Olsaydı o qocanı xalq yaratmazdı.  Onun adıyla

cəmiyyətin eybəcərliklərinə nifrət yaratmazdı. 

Olsaydı o nağıllardan ona məlum olan nağılı şair

Fikrət Sadıq bu gün də yana-yana qələmə

almazdı.  Dünyadan qaçan adamı-Düznəqulunu

bir də dönə-dönə bu müdrik çağlarında bir də

xatırlamazdı,  bir də o nağıllara qayıtmazdı.  O

nağılın bir hissəsini yazanda şair hələ cavan idi, 

onun yaşadığı cəmiyyət öz sostial quruluşuna

görə bərabərhüquqlu hesab olunurdu.  Amma o

zamanda da bu Düznəqulu varmış və o düzlük

axtara-axtara gəzmiş tapa bilməmiş,  səhraya üz

qoymuşdu. Bu gün onun Düznəqulusu artıq cana

doyub Dünyadan qaçan adam olub.  Qaçır,  hər

şeydən qaçır,  hətta düzlük axtardığı üçün, 

tapmayanda canının,  ayaqlarının ağrısından

bütün günahları Gözlərinin,  Qulaqlarının üstünə

yığır,  onu çöllərə salan ayaqlarını söyür,  düzlük

gəzən,  düzlük düşünən düşüncəsini,  Başını

günahlandırır.  Dünyadan qaçan adam da elə

Düznəqulunun prototiptdtr.  O dözməyib evdən

qaçır,  "dağlara sarı",  dünyanı "söyə-söyə"  qaçır, 

o

zəmanədən



qaçır,  o

keçid


dövrünün

yaramazlıqlarından qaçır,  o cəmiyyətdə gedən

təbəqələşmədən qaçır,  o dünyanın əşrəfi olan

insanın günəş kimi nurlu ziyalı insanlarının

acınacıaqlı güzəranından qaçır,  pis yaşaışından


501

qaçır və qaçdıqca da bu cəmiyyəti qılınclayır, elə

nağılın içində onun real mənzərəsini bu günə

bənzəyən


ondan

geri


qalmayan,  gerçək

həyatımızın eybəcərliklərindən qaçır.  Şair bu

əsrin Düznəqulusunu yaratdı ki,  cəmiyyətdə

gördüyü yaramazlıqları ifşa eləsin.  Bir zamanlar

xalq gördüyü haqsızlıqları,  ədalətsizlikləri Molla

Nəsrəddinin,  Bəhlul Danəndənin adıyla tənqid

elədi.  Onlar deməli cəmiyyətdə hər zaman

varıydı,  onların adına "ayağına"  yazılanlar, 

deyilənlər, qurulanlar da ayaması Düznəqululara

məxsus idi.  O düznəqulular xalqın iradəsinin

ifadəçisi idi. Xalq istəyini, incikliyini, giley-güzarını

belə edirdi.    Şərq lətifələrində Molla Nəsrəddin, 

Bəhlul Danəndə xalqın yaratdığı obrazlardır. 

Ağıllı


Bəhlul,  Dəli

Bəhlul


kimi

tanıdıldı, 

əməllərində,  sözündə,  işində başda duran

hakimlərin

qəddarlığını, 

ədalətsizliyini, 

nadanlığını

açdı, 


tökdü, 

cəmiyyətin

eybəcərliklərinə xalqı güldürdümü,  yoxsa nəydi

bu folklor tipləri?  Hər nəydisə xalqın istəyi ilə

yaradılmışdı və xalq onu özü yaratmışdı və

dünyada xalqdan müdrik heç bir varlıq ola

bilməz.  O xalq ki,  öz istədiyini cəmiyyətdə

görmür,  hansı yolla olursa-olsun öz heyfini

çıxmalıydı.  Ona yad olan,  onu incidən,  onun

insan


kimi

yaşamaqdan

məhrum

edlən


ədalətsitzlikəlri elə Bəhlulun, Düznəqulunun dililə

ifşa etməlidir ki, insan övladı əməllərini azmasın. 



502

İllah da ki,  onun həkimi,  hakimi,  müəllimi aza. 

Vay o cəmiyyətin halına ki,  onun müəllimi

bisavaddır,  o    cəmiyyət üçün necə yararlı

şəxsiyyətlər yetişdirə bilər?  Vay o millətin halına

ki, onun sağlamlığının keşiyində nadan bir həkim

durub.  O necə sağlam nəsil yetişdirə bilər?  Və

vay o millətin halına ki,  onun dövlətinin

qanunlarını cahil,  nadan,  qəddar,  ədalətsiz bir

hakim qoruya,  o cəmiyyət,  o xalq necə xoş gün

görə

bilər?  Düznəqulu



bu

dövrün


Bəhlul

Danəndəsi,  Molla Nəsrəddinidir və Fikrət Sadıq

onu elə yaradıb ki,  o da qarışıb bu ədalət

carçılarının sırasına.  Fikrət Sadıq nağıl,  rəvayət

motivli mövzularda "bir qoca",  "keçmişdə bir

qoca"  adıyla rəvayətlərin bəzəyi olan,  əməliylə, 

işiylə insani duyğuları yaşadan o qocalara bir ad

verdi: Düznəqulu. Bu da bir tapıntıdır. 

Fikrət

Sadıq


xalqına, 

vətəninə, 

olan

məhəbbətini, onun qayğılarına öz şəxsi qayğıları



kimi yanaşmasının nəticəsidir ki,  öz kökünə, 

xalqının qurduğu nağıllara qayıdır; o "dəsti-xətlə" 

sözünü deyir, cəmiyyətdə gördüyü və dözmədiyi

halları pisləyir.  Böyük rus dramaturqu A.N. 

Ostrovski yazırdı ki"  "  xalq yazıçısı olmaq üçün

vətənə məhəbbət bəsləmək azdır.  Ç ünki bu

məhəbbət yazıçıya enerci,  hiss verir,  məzmun

vermir;  odur ki,  vətəni sevməklə bərabər xalqı

yaxşı bilmək, onunla yaxınlaşmaq, ona dərindən

bələd olmaq lazımdır.  Bədii istedad üçün ən



503

gözəl məktəb öz xalqının həyatını öyrənməkdir. 

Xalqın həyatını bədii şəkildə əks etdirmək isə

yaradıcılıq fəaliyyəti üçün ən gözəl sahədir". 

Fikrət Sadıq lirik şerlərində insan-adam

mövzusunda

yazdığı

yazılarda



folklor

mənbələrindən    istifadə etməklə insan-adam

haqqında fikirlərini daha təsirli,  bədii cəhətdən

qüvvətli ifadə etmişdir.  "Cürbəcür"  xislətdə

tanıdığı

insanların

əqidəsində

olan


o

müxtəlifliklər,  kökünü insanın ilkin yaranışından

tapan iblisanə,  Allahanə xüsusiyyətlər şairin

şerlərində bu dünyanı ikiliyə parçalayıb.  Bu gün

dünyanı narahatçılıqlar,  dağıntılar,  müharibələr, 

terrorlar mərkəzinə çevrilməsinə gətirib çıxaran

amillərin

öz

başlanğıcını



Allah-Adəm-İblis

üçlüyündən götürməsi,  Yer üzündə yaşayan

insanların xilqətindəki o ikiliyin dözülməzliyi

poetik bir dillə təsvir edilir.  Şairə görə Allah ilk

insanı -Adəmi gildən yaradarkən İblis gizləndiyi

yerdən onu izləyib:

Gil heykəlin

Kobud, düyün-düyün

Kələ-kötür

Yerlərini

kəsib ataraq Adəm oğlunu yaradan,  ona

"Amin"-deyib

addımladan,  ona

can


verən

Tanrıdan gizlin olaraq İblis:

O yerə atılmış,

qalaqlanmış



504

həmin o-


kobud, düyün-düyün,

kələ-kötür,

gil qırıntılarından

Adəmə bənzəyən bir adam

"quraşdır"ıb,  "get,  qarış adamlara"  deyib

yaratdığı İblis adamı Tanrı adamın içərisinə

göndərir.  Şair bütün bu günkü dünyada gedən

ziddiyyətlərin kökündə həmin İblis adamının "əli" 

olduğunu söyləyir:

O vaxtdan İblis adam

İnsan adamı

İzlədi qarabaqara.

O vaxtdan küsüb-barışdılar,

Qaynaıb qarışdılar.

Bir-birlərinə

Qız verib, qız aldılar.

Və o vaxtdan da şairin fikrincə,  məxluqat

yaxşılara,  pislərə--adamlara--iblislərə bölündülər. 

Bu gün çoxalan,  artan iblis-insan dünyasında

aləm elə qarışıb ki: 

Ç oxalan iblislər

Salıblar dünyanı

Olmazın dərdə.

İblislərin əlindən

yaşamaq olmur Yerdə.    

Şair bu şerdə dünyası üçün narahatdır. 

Dünyanı qan çanağına döndərən,  günahsız

qanlar tökən,  insanlar arasına nifaq salan, 



505

görünüşündə insan,  əməldə iblis olan bu iki

ayaqlı canlı məxluqatları dünyanın,  düzlüyün

Adəm övladının düşməni kimi pisləyir.  Bir-birinə

qarışmış insan adamıyla İblis adamının bu günkü

"törəmələrini"  öz əməllərinə nəzər salmağa

səsləyir.  Dünyanı lərzəyə gətirən zəlzələdən

qorxub "ayrıseçki"liyi unudub,  o gün bir-birinin

"haray"ına "hay"  verib,  bir-birini axtaranları,  bir-

birinin qayğısını çəkənləri,  zəlzələdən də güclü

çıxıb o dəhşəti birlikdə aradan götürməyə

çalışanları,  öz tikəsini başqalarıyla "tən yarı" 

bölüb, can-deyib, can eşidənləri şairin nəzərində

qorxu birləşdirir:

Qorxu ütü çəkdi sanki

Düşüncələrə, hisslərə.

Ütülünə-ütülənə,

O gecə çıxdıq səhərə.

O gecənin qorxusundan insanların bir-birinə

göstərdiyi mehrə-ülfətə,  qılığa,  xeyirli işlərə görə

"bağışladı bizi Allah" deyir.

O dəhşətli gecəni tezliklə unudan insanların

zəlzələdən

sonrakı


əməlləri

yenə


onu

kədərləndirir.  Başı daşa dəymiş insanların haqq

yoluna qayıtdığını zənn edən şairin ümidləri alt-

üst olur.  Tez bir zamanda düşdükləri fəlakəti

unudub mehr-məhəbbət əvəzinə qəlblərində

yenə bir-birinə qısqanclıq,  kin-küdurət bitirənləri

qınayır, təəssüflənir:

Ah, bu insanlar, insanlar!



506

Bir-birini

Zəlzələdən

Sonra da diddilər yenə.

Özlərinə müsibətdən

Mənfəət güddülər yenə.

Şair insan övladının bölünməsinə dözmür. 

Yeri,  göyü xaraba qoyub,  mənəm-mənəmlik

iddiasından əl çəkə bilməyənlərin qarşısına "dizli

adamlar"ı qoyur və vətənin,  millətin gələcəyi

naminə birləşməyə çağırır:

Düşmənə əyilməz,  zülmə diz

çökməz,

Əsarəti qatlar dizli adamlar.



Vətən bir,  millət bir,  bir olsun

gərək,


Bölünməsin sizli-bizli adamlar.

Fikrət Sadıq bir çox əsərlərində ozanı,  el

ağsaqqalını, Dədə Qorqudu xatırladır bizə.

O

"Rəvayət" 



adlandırdığı

şerində


dünənimizlə, keçmişimizlə yanaşı, bu günümüzlə

sələşən məsələlərə toxunur.  Bir-birinə yaxşılıq

etməyi,  dar gündə insanlara əl tutmağı,  çətinliyə

düşənin qayğılarına ortaq olmağı insanlıq üçün

ən müqəddəs əməl bilir.  "Rəvayət"in əvvəlində

şair demək istədiyi fikri verir:

Hikmət dolu,

İbrət dolu,

Eyham dolu,

Bir məsəldi-bu!



507

Şerin


məzmununda

deyilir


ki,  keçmiş

zamanlarda bir məmləkətdə zalım bir padşah və

bir qəssab varmış. "Baş kəsməkdə peşəkar" olan

bu iki şəxs dost idilər.

Bir səhər şahın əmrilə bir cavan oğlanın əlinin

kəsilməsi üçün meydana gətirirlər.  Qəssab

şahdan xahiş edir ki, "Şahım, onu mənə bağışla". 

Şah dostunun sözünü yerə salmır,  cavanı azad

edir.

Qəssabın çox pis bir vərdişi də varmış. 



Həmişə etdiyi yaxşılığı başa qaxarmış.  Hər dəfə

oğlanı gördükdə soruşurmuş ki, "əlin necədi?".

Qəssab axırda cavanı o qədər zinhara gətirir

ki, səbir kasası aşıb-daşan cavan:

Qeyzlə, qəzəblə, hirslə-

"Bəsdir başıma qaxdın".

-deyib qapdı baltanı.

Tavana sıçradı

əlinin qanı!

Etdiyi yaxşılığı başa qaxmağın ən pis

xüsusiyyət olduğunu bildirən şair insanı bütün

əməllərində diqqətli olmağa,  xeyirxah işlər

görməyə,  etdiyi yaxşılıqları başa qaxmamağa, 

bunu bir insani vəzifə kimi qarşılamağa çağırır; 

Hər kəs bacardığı qədər yaxşılıq etməlidir. Yaxşı

işlər


görməlidir, 

etdiyi


yaxşılığın

əvəzini


istəməməlidir.  Bir xalq rəvayətinin sücetindən

bəhrələnməklə şair dərin məzmun və ideya

üstündə köklənmiş qüvvəltli bədii təzadlarla dolu


508

dəyərli


sənət

əsəri


yaratmağa

müvəffəq


olmuşdur.  Burada

bir


folklor

nümunəsinin

motivlərindən

yararlanmaqla

yüksək

insani


keyfiyyətlər təbliğ olunur.

"Ayaması Düznəqulu olan bir qocanın "Min

bir gecəsi"  poeması da bir rəvayət motivləri

üzərində qurulmuş,  xalq ədəbiyyatiıyla qırılmaz

tellərlə

bağlı


olan,  şairin

ədəbiyyatımızın

incəliklərinə dərindən bələd olan bir sənətkar

olduğuna dəlalət eyləyən əsərdir.  Burada da

folklor motivləri güclüdür.  Bir qoca yaşadığı

məmləkətin eybəcərliklərini görüb bundan cana

doyub,  bir şəhərin ki,  həkimi naşı,  hakimi zalım, 

müəllimi


nadandır"  mən

o

şəhərdə



qala

bilmərəm"-deyir və şəhərdən çıxır. Əlinə əsa alıb, 

ayağına çarıq geyib, şəhərdən çıxan bu qoca işi

düz,  əməli düz bir məmləkət görmür,  hara yan

alırsa haqsızlıqlarla,  ədalətsizliklərlə dolu görür. 

Cana doymuş qoca xəlifənin hökmran olduğu, 

yaşaddığı məmləkətdə də bu haqsızlığı görür; 

burada


barmağına

dolama


çıxan

uşağın


barmağını kəsən naşı həkimi, bir yetimin qulağını

kəsən hakimi, nadan müəllimi görür.

Qoca ordan üz tutur səhraya…  şair bu

qocanın


bəlkə

elə



özüdr.  Elə

onun


zəmanəsində də naşı həkim,  nadan müəllim,

zalım hakim az deyil. Yaşadığı bu qoca dünyanın

ədalətsizliklərinə, 

eybəcərliklərinə

dərindən

bələdddir,  İstəyi budur ki,  haqqın - ədalətin, 



509

düzlüyün,  sağlamlığın,  elmin,  biliyin keşiyində

duranlar öz işlərini dərindən bilənlər olsun.

Əfsus:


Ayaması Düznəqulu olan

Bir qocanı

Sevindirməzmi bu qoca Dünya?

Bir şəhər varmı ola:

Həkimi naşı olmaya?

Hakimi zalım olmaya?

Müəllimi nadan olmaya?

Şair belə bir dünyada yaşayır.  Ona görə

qorxur.  Və qorxduğunu "boynuna alır"  və

qorxusunun elə bu dünyaya gələndən canında

hiss edir.  İlk öncə ağını,  qarasını,  istisini, 

soyuğunu,  acısını,  şirinini görüb.  Bu qoca

yaşında da dünyanın çox sifətlərini görüb və indi

də qorxur.

Folklor F.  Sadıq üçün bir dünyadır.  Körpə

yaşlarından tanıdığı,  bildiyi "cırtdanını nağılı"dır. 

Cırtdan dağ boyda divi aldadıb,  özünü və

yoldaşlarının ölümdən qurtarır.  Şair bu cırtdan

nağılındakı

motivlərdən

cırtdan

obrazından



yararlanmaqla zamanın,  mühitin ziddiyyətlərini

açıb tökür.

Mənim başıma gəlsəydi

cırtdanını sərgüzəşti,

Bu yaşımda belə,

Aldada bilməzdim divi.

Cırtdan da böyüsəydi,


510

İtirərdi başını.

Ç ünki nağıldakı divin

Yox idi cibi.

İndi varın, pulun rol oynadığı cəmiyyətdə ağıl, 

dərrakə,  qabiliyyət,  fərasət heç bir rol oynamır. 

Əgər

Cırtdan


da

onun


bu

zamanəsində

yaşasaydı şairin lirik qəhrəmanı kimi bu qoca

dünyanını ədalətsizlikləri içərisində itib batardı. 

Fikrət Sadıq vətəni sevən, həm ona dərindən

bələd olan şairdir,  ruhən xalqına bağlıdır,  onun

ədəbiyyatını,  həyatını,  güzəranını yaxşı bilir.  O

şifahi


xalq

ədəbiyyatından

geniş

istifadə


etməsinin bir cəhətidir ki,  yaşadığı dövrün tələb

və ehtiyaclarını görür.  Fikrət Sadıq sələflərinin

yolu ilə gedir.  Vətən,  millət,  xalq mənafeyi

naminə düşündüyündən klassikləri kimi onu

folklordan götürdüyü çalarlarla zəngilləşdirir və

istədiyi gözəl sənət əsərini yaradır.

Fikrət Sadığın yaradıcılığında məharətlə

yararlandığı

folklor

vahidlərindən



biri

qarğışlardır.  Qarğışlar ağız ədəbiyyatımızın ən



zəngin,  cilalı nümunələrindəndir.  Xalqın istək və

arzuları,  düşüncələri bunlarda öz əksini müxtəlif

çalarlarda tapıb və bu çalarlar bədiilik nöqteyi -

nəzərindən

xalq

ədəbiyyatının



da

inciləri


sayılmalıdır.  Onlar ədəbiyyaptımızın bəzəyidir, 

lirik,  daxili hiss və həyəcanları,  emosiyaları əks

etdirən qarğışlar Fikrət Sadığın da karına gəlir. 

Onun qarğışları "könül oxşayır".  O,  "Qarğış" 



511

şerində


bu

qədim


xalq

yaradıcılığı

nümunələrindən hər bəndin son misrasında

istifadə etməklə dərin məhəbbətlə sevən aşiqin

könül

çırpıntılarını,  sevgi



yolunda

çəkdliyi


əzabları verir və bu qarğışlar şerin bədii

gözəlliyini, lirik məna tutumunu zənginləşdirir.

Xımır-xımır gülürsən.

Gülməyindən qalasan.

Asta-asta gəlirsən,

Gəlməyindən qalasan.

Mən bimaram, sən pirsən.

De mənə nə deyirsən.

Sən məndən çox bilirsən.

Bilməyindən qalasan.

Hərdən qıyqacı baxıb,

İldırım kimi çaxıb,

Məni yandırıb-yaxıb,

Bölməyindən qalasan.

Səni gündə yüz kərəm,

Görsəm, yenə bezmərəm.

Ölməyinə dözmərəm,

Ölməyindən qalasan.

Şairin bu gəraylısı ən gözəl məhəbbət

mövzulu gəraylıdır.  Bu gəraylıda Xətai ruhu

duyulur. 

Xalq


sənətinin

gözəlliklərindən, 

incəliklərindən istifadə etməklə yaratdığı hər bir


512

qoşması da,  gəraylısı da bədii təsir qüvvəsinə

görə xalq ədəbiyyatına yaxındır.

"Yüz kərəm"  xalq içərisində danışıqda necə

işlənirsə,  o cür də şerdə öz ifadəsini tapmaqla

şerin həm xəlqiliyini,  həm də ahəngdarlığını

artırmışdır.

Folklor elə bir mənəvi sərvətdir ki,  ondan

həmişə xalqımız öz istək və duyğularına uyğun

yararlanmışdır.  Qəmli,  qüssəli bir insanın bütün

daxili aləmini dörd misralıq,  bir bəndlik bayatı, 

xalq mahnısı açıb tökür. Xalqımız hansı dövrdə, 

hansı zamanda yaşamasından asılı olmayaraq, 

ömrün enişli-yoxuşlu yollarında yaşadığı sevinci, 

çəkdiyi kədəri yaratdığı,  dediyi,  deyib qoyub

getdiyi sözlərində bədiiləşdirib. İnsan ömrü, insan

taleyi,  həyat hadisələri bu folklor nümunələrində

ümumiləşib, bədiiləşib, sənədləşib.

Xalq inamında, etiqadında minilliklərdən öncə

mövcud


olan

inamlarının

işığında

yeriyib. 

Zülmün,  ədalətsizliyin,  haqsızlığın baş alıb

getdiyi zamanından insan övladı düşünüb, 

daşınıb.  Haqqın,  ədalətin bərqərar olması üçün

öz təfəkküründə, mifik dünyasında insan əməlinin

meyarını ölçənini yaradıb, yaxşı əməllər uğrunda

düşünməyə,  daşınmağa çağırıb.  Bu istək və

arzuları inamında, ilahi duyğuların təcəssümündə

görüb,  ona tapınıb,  ona inanıb.  Fikrət Sadıq

şerlərində insan əməlini yazan iki mələkdən

söhbət açır.  Dini mifoloci görüşlərdə,  əfsanəvi



513

mövzularda da söylənilir ki,  insanın çiynində iki

mələk oturub. Sağ çiynində oturan mələk insanın

yaxşı,  xeyirxah əməlini,  sol çiynində oturan

mələk isə pis əməllərini yazır və Tanrı əlləri axirət

günü mizan adlanan tərəzisində yoxlayacaq. 

"Quran"da buyrulur:"  o gün tərəzi ağır gələn

(yaxşı əmməllri pis əməllərindən çox olan)  kəs

(Cənnətdə)  xoş

güzəran


içində

olacaqdır. 

Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis

əməllərdən az olacaq) kəsin isə məskəni Haviyə

(Cəhənnəmin dibi) olacaqdır. (Qur"an, 101: 6-9).

Fikrət


Sadıq

"İki


mələk"  şerini

birinci


bəndində bu mövzuda dini məsələlərə toxunur:

İki çiynimizdə iki mələk var.

Bir mələk suç yazır,  bir mələk

savab.


Üst-üstə qalanır,  suç da,  savab

da,


Qiyamət günündə çəkilir hesab.

Fikrət Sadıq insan övladının daha çox günah

sahibi olduğu qənaətindədir.  Əzəldən üzü qara

dünyanın sakini olan insanın "suçu savabından

çoxdur".  Bu ədalətsiz dünyanın qəm-qüssəsini, 

dərdini, əzabını çəkən günahsız insan qismətinə

köləlik,  dünyanı zülmə,  əzaba diz çökdürən

qaniçən,  qəddar,  zalımın qismətinə isə düşən

ağalıq

kədərləndirir, 



qəzəbləndirir. 

İnsan


övladının bu qədər haqsızlığa,  ədalətsizliyə tab

gətirməsi,  yerdə hökm sürən bu "haqsızlığa" 



514

dözməsi,  dünyanın təməlini haqsızlıqlar üstündə

qurulması şairi belə bir nəticəyə gəlməyə vadar

edir.


Dünyada bir sıra günah sahibi olan adamları

günah işlər tutmağa sövq edən,  məcbur edən

ehtiyacdır.  Şairin fikrincə,  o günah yazan mələk

özü insan olsaydı,  bir insan kimi yaşamaq üçün

törətdiyi əməllərə görə vicdanını,  məsləkini

suallara çəkməzdi:

O suç yazan mələk olsaydı

insan,


Onun da gözünü tutardı meydan.

O

da



yaşamaqçün

düşərdi


heydən,

Ç ətin suallara tapmazdı cavab.

İnsan övladının yaranan gündən yaşamaq

üçün apardığı mübarizə,  bu mübarizə yolunda

qarşılaşdığı

çətinliklər, 

bu

çətinliklərdən



güclülərin öz mənafeyi naminə istifadəsi,  insan

övladının öz xoşbəxtliyini lazım gələrsə digərinin

faciəsi üstündə qurması, dünya varına, dövlətinə

onun həddindən çox acgözlük göstərməsi,  bu

acgözlüyün,  nəfsin,  azğınlığın həddini aşması, 

faciələr törətməsi,  milyonlarla insan əməyindən

bir ovucun varlanması,  var-dövlət hərisliyinin

günahsız insanlarının qanını tökməsi,  hər yerdə

haqsızlığın baş alıb getməsi,  bütün dünyanın

günahlar aləminə çevrilməsi,  acizin,  safın bu

cəmiyyətdə baş çıxara bilməməsi,  insanın bu


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin