Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   29   30   31   32   33   34   35   36   37

550

kəlmə ağıya bəslədiyi sevgi,  məhəbbət onu

nağıllara,  dastanlara, ozan sözünə,  sənətinə elə

qırılmaz tellərlə bağlayıb ki,  Fikrət Sadıq özü də

bilmədən ozana-aşığa dönüb:

Ərinib çağrılan yerə gəlməyən,

Ozanı saymayan ozana ayıb.

Beş çərək təpəni aşa bilməyən,

Beş kəlmə quru söz yazana ayıb.

-misralarında ustadı xatırladır.  O ustadı ki, 

özündən əvvəl əlinə saz götürüb,  söz deyib, 

dediyi sözüylə tanınıb, hörmət qazanıb və ondan

sonra onun yolunu davam etdirən hər sənətkar

sözüylə,  əməliylə tanınmalı,  saz,  söz Dədə

Qorqud qopuzu naminə bir-birinə hörmət və izzət

göstərməyə,  bu ənənəni qoruyub saxlamağa

məsuldur.

Aşıq yaradıcılığında olduğu kimi ustad

sənətkarlara məxsus bir üsulla Fikrət Sadıq

"dostun yaxşı gününə darılanı, dostu dar gündə" 

qoyub qaçanı,  ilqarı,  ülfəti pozanları qınayır, 

onları daha kəsərli sözlərlə tənqid edir:

Min kərə demişəm,  təzə nə

deyim.


Üzdən utanmayan üzə nə deyim.

Sözün canı yoxdur,  sözə nə

deyim,

Düz sözü əyriyə yozana ayıb.



"Nəfsini öldür"  şerində bu mövzuda yazılmış

ən dəyərli,  hikmətamiz ideyalarla zəngindir.  Şair



551

göstərir ki,  paxıllıq,  nəfsi azğınlıq,  qismətinə

düşənə qane olmamaq,  başqasının xoş gününə

daralmaq


qeyri-insani

keyfiyyətdir. 

Belə

xarakterlər insanı məhv edər,  onu insan kimi



yaşamaqdan,  bu dünyadan kam almaqdan

məhrum edər.  Təmiz ürəkli olmaq lazımdır ki, 

insan kimi yaşayasan:

Paxıllıq dəryası dərindir girmə.

Sahilə çıxarmaz bu nəfəs səni.

Çalış ta indidən nəfsini öldür,

Yoxsa öldürəcək bu nəfis səni.

Ömürdür, 

hər

günə, 


aya

daralma!


Toyuna çal oyna, vaya darılma.

Qismətinə düşən paya darılma.

El-oba sevməyib paydan küsəni.

Qoy hər gün qəlbinə bir sirdaş

artsın.

Qıyma bir qapıya kimsə daş



atsın.

Təmiz ürəkli ol, təki yaşatsın,

Təmiz çörək səni, təmiz su səni.

(" Nəfsini öldür")

Fikrət Sadıq bu mövzuda şerlərində klassik

ənənəyə,  xalq ədəbiyyatına sadiq qalır.  İnsanın

mənəvi aləmini dövrün ruhuna,  xas olan bir

formada tərənnüm edir.  Ustadnamə və yaxud



552

nəsihətnamə adlanan bu tipli şerlər aşıq şerinin

zirvəsi sayıldığı kimi, Fikrət Sadıq yaradıcılığında

da bu zirvə görünür.  Gəraylı,  Qoşma üstündə

ədəbiyyata gələn,  onun zəngin nümunələrini

yaradan,  sərbəst şerin imkanlarından daha çox

yaralanmaqla sanki ehtiyatda saxladlığı,  xəzinə

kimi


qoruyub

saxladığı

heca

vəznindən



imkanlarına Fikrət Sadıq xəsislik edir. O müracit

etdiyi sərbəst vəznli şerlərindəki mövzuları bu

heca vəzni üstündə də kökləyə bilərdi,  görünür, 

Fikrət Sadıq öz dəsti-xəttini, yaradıcılıq üslubunu

özü daha yaxşı paylamağı bacarır,  hər vəznə. 

Belə olmasaydı o gözəl sərbəst vəzndə də belə

şerlərlə qələbə qazana bilməzdi.  Şair,  sənətkar

öz

dəsti-xəttinə



sadiq

qalanda


daha

tez


özünəməxsus,  təkrarsız sənətilə sevilir.  Fikrət

Sadıq aşıqlıq sənətinin ən incə detallarına

dərindən bələd olduğundan ustadnamə xarakterli

əsərləri ilə də öz qiymətini alıb.  Nəsihətnamələri

şairin şəxsiyyətinin zahiri görkəmindən və eləcə

də daxili aləmindən xəbər verir.  Professor Qara

Namazov yazır:  "Aşıq şerlərinin bu növündə

insanın mənəvi gözəlliyi,  əxlaqi keyfiyyətləri, 

cəmiyyət içərisində    davranış qaydaları xalqın

məişətinə,  adət-ənənəsinə

uyğun

tərənnüm


olunur.  Ustadnamələr aşıqların,  ağsaqqalların

öyüd


nəsihəti,  yenicə

ailə


qurub

həyata


atılanlara,  həyatda büdrəyənlərək,  öz yolunu

itirənlərə,  sənətin qədrini bilməyənlərə,  xeyrini-



553

şərini


anlamayanlara, 

ağıl-kamal

sahibi

olmayanlara həmişə təlim-tərbiyə vermişdir".



"Ömrə bel bağlama"  şerində də bunu

duyuruq.  İnsan

ömrünə

bel


bağlamamağı

məsləhət görən şair insanları yaxşı yola çağırır. 

Yaxşıya yaxşı olmağı,  yamanlığı pisləməyi, 

dünyada mərd, alnıaçıq, üzüağ yaşamağı, sadə, 

məğrur olmağı, düzü əyridən seçməyi bacarmağı

insanın insanlıq borcu,  insani keyfiyyətləri kimi

tərənnüm edir. Elini-obasını,  xalqını,  onun adını, 

şərəfini qorumağı,  mənsub olduğu millətlə fəxr

etməyi,  əslini,  kökünü,  soyunu danmamağı, 

sevgidə,  məhəbbətdə sədaqətli olmağı,  vəfalı

olmağı, yüksək bəşəri keyfiyyətləri mənimsəməyi

tövsiyə edir:

Danma el-obanı, danma nəslini.

Tutsun Kərəm kimi gözün Əslini.

Ayır astarından sözün əslini.

Gətirmə


heç

vədə


gümana

güman.


Yaşa

bu

dünyada



sən

comərdyana.

Qəlbinin odunda gərək dərd

yana.


Sadə ol,  məğrur ol,  axma dörd

yana.


Dağa dağ deyiblər,  dumana, 

duman.


554

("Ömrə bel bağlama")

Fikrət

Sadığın


bu

səpgili


şerlərində

vətənpərvərlik,  mərdlik,  saflıq,  qəhrəmanlıq, 

dostluq,  dostluqda sədaqət,  vəfa,  etibar,  insan

üçün halal zəhmət,  hümanizm,  xeyirxahlıq, 

təvazökarlıq,  təmiz əxlaq,  ad,  böyüyə hörmət

kimi sifətlər tərənnüm olunursa,  xəyanətkarlıq, 

satqınlıq,  nadanlıq,  laqeydlik,  acgözlük,  xəsislik, 

lovğalıq,  yalançılıq kimi mənfur sifətlər pislənir. 

Ustad

aşıqlar


adətən

şerlərinin

sonuncu

bəndində adını çəkir.  Fikrət Sadıq bu ənənəni



"pozur".  Sanki dediyi sözlər xalqımızın əxlaqi-

tərbiyəvi fikirlərinə qüvvətdir.

Fikrət Sadıq sözü ölməz, əbədi sanır. O dirilik

suyu axtaran İsgəndərin o suyu Şirvanda

axtardığı

haqqında


rəvayətin

motivlərindən

istifadə etməklə sözün qüdrətini daha da artırır. 

İsgəndər


dirilik

suyunu


Şirvanda

axtarıb, 

tapmayıb, amma:

Bütün Şirvanlılar

Su içib o bulaqdan.

Sən demə "söz"  imiş,  o dirilik suyu.  Sözün

önündə hər şey acizdir,  hətta ölüm də belə.

Sözdəki


ölməzlik

Zülmətdəki, 

İsgəndərin

axtardığı,  tapmadığı,  Xızır Nəbinin tapıb içdiyi, 

ölməzliyə qovuşduğu o Dirilk suyu ilə müqayisə

edilir və gözəl bir təşbeh yaratmış şair həm



555

sözün bədii qüvvəsini artırmış olur, həm də şerin

bədiiliyini yüksəltmiş olur.

Fikrət sadıq yaradıcılığında Yunis İmrə ruhu

var: 

Fikrət Sadıq da belə deyir:



Noolsun tez yeriyirəm.

Amma idmançı deyiləm.

Üstümü unlu görmüsən

Mən dəyirmançı deyiləm.

Tanımadım dostu, yadı

Tanıyan məni qınadı.

Bu dünya yalan dünyadı

Özüm yalançı deyiləm.

Başdan-ayağa dərdmişəm,

Həsrət çəkmək-mənim peşəm.

Bir qəlbi talan etmişəm,

Əsla talançı deyiləm.

Fələkdən sinədağlıyam,

Bəndi-bərəsi bağlıyam,

Xalqımın şair oğluyam,

Quru dilmancı deyiləm.

Və yaxud:

Göydən yerə baxılsa, mən

Kövrək samanca deyiləm.

Gümanın ağ haləsiyəm,

Hətta gümanca deyiləm.


556

Əzab torpağı-yerdəyəm.

Ürəyi pərdə-pərdəyəm.

Mən kamançanın dərdiyəm,

Dərdli kamança deyiləm.

Sözdü mənim söz möcüzəm.

Özüm də bir kəlmə sözəm.

Parça buludca acizəm,

Xəfif dumanca deyiləm.

Taleyim bir acı töhfə.

Yaralandım neçə dəfə.

Güllə-günlərə hədəfəm.

Dolu tapança deyiləm.

Bir kimsəm yox, çata dada.

Yerdə hamı-yerli ada.

Mən qəribəm bu dünyada,

Mən bu zamanca deyiləm.

Şairin söz-sənət haqqında fikirlərini şair Qabil

daha yaxşı açıqlayır:"  Fikrətin şair və şer

haqqında qəribə, sadə və inandırıcı mülahizələri, 

qənaəti var.  Məsələn,  o deyir ki,  şair lap

yeniyetmə vaxtında şair olmalıdır.  Saçına-

saqqalına dən düşəndən sonra şairlik etmək

eşqinə düşmək nahaqdır. Şair savadlı, məlumatlı

olmalıdır.  Bəs gör dahi Füzuli deyib ki,  "Elmsiz

şer əsası yox divar olur". Şairin konkret predmeti



557

olmalı,  təsvirləri ələ gəlməli,  sözə görünməli-

əyani olmalıdır. Forma seçmək azaddır-bir şərtlə

ki, yazdığın şer ola, ağıla, düşüncəyə təsir etməli, 

ürəyə yatmalı ola.  Şerdən kif iyi yox,  günün, 

saatın ahəngi, ətri gəlməlidir".

Fikrət Sadıq yaradıcılığı başdan-başa folklora

bürünüb.  "Su üzü mübarək olar",  Su insanı

"ağırlar,  uğurlar",  Su insanın çətin yolunu asan, 

yüngül, xeyirli etmək üçün arxasınca atılır. Bunlar

xalqın yaddaşında bu gün də var,  keçmişdə də

olub.  İllər,  əsrlər,  qərinələr keçib,  bu keçimlə

insan da öz yaddaşını,  adətini,  ənənsini özüylə

gətirib, qoruyub, ötürüb, ötürür.

Şair suyu tərənnüm edir.  Sözlə -su arasında

oxşarlıq,  bənzərlik gəziblər.  Fikrət Sadıq da

"Böyük Füzulinin ruhu məni bağışlasın ki,  ürək

eləyib ondan 500  il sonra "Su"  rədifli şer

yazmışam"-deyir.  Amma Fikrət Sadığın "Su"yu

da bənzərsizdir.,  oricinaldır,  özünəməxsusdur, 

kimisə təqlid etməyib,  təkrar da deyil,  öz dəsti-

xəttinə, yaradıclıq üslubuna uyğun yazılmış lirika

ilə zəngin bir əsərdir.  Su azaddır,  əyilməzdir, 

yaltaqlıq nə olduğunui bilməzdir.  Su əbədidir. 

Dünyanın yarısı sudur.  Su əbədi varlıqdır, 

sonsuzdur:

Dağdan dağa uçan su var.

Qovan su var, qaçan su var.

Məhşər qopanacan su var.

Körpüdür aləmara su.



558

Fikrət Sadıq yazılarını üzə çıxaranda da

əziyyət çəkmir,  qəzetlər,  curnallar bəzən onun

yazdığını çap eləmir.  Ç ünki yalançı,  təmtəraqlı

misralar, romantik xəyallar onun misralarında ola

bilməz.  Onun yazdığı şerlərdə zəmanədən, 

güzərandan,  dolanacaqdan şikayət var.  İnsan

çörək dərdi,  işıq,  qaz,  su,  metro,  avtobus pulu, 

vergilər əlində "dolaşır". Bu yaşamaq deyil, onun

nəzərində "dolanmaq"dır:

Yaxşıca dolayıblar.

Səni, məni, hamını,

Qırıblar şairin də

Yaralı ilhamını.

Budur mənim həyatım,

Təmtəraq gözləməsin.

Məndən mənim qəzetim,

Mənim ədəbiyyatım.

Fikrət

Sadıq


şerin,  sənətin,  sənətkarın

yaşadığı ömrü yazır,  qələm əhlinin faciəli, 

acınacaqlı taleyini yazır.  Gözü önünə ruhu

qırılan, hörmətdən düşən sözün arxasında duran

insanı,  onun taleyini çıxarır.  Mersedeslərdə

gəzən,  villalarda yaşayan,  İstambulda,  Parisdə, 

Dubayda istirahət edən-cənnət qapıları ağaların

üzünə açıq olan bu dünya sadə "sözün qara

fəhləsi" üçün cəhənnəmdir. Ona görə də o fəhlə

səsiylə qara camaata üz tutur.  O,  yetim-yesirin, 

kasıbın dərdini qələmə alır.  "Aşıq gördüyün

çalar" məsələsinə üz tutur. Belə bir zamanda Uca



559

ulu şerimizin ayaqlar altına düşüb qalması"nı

görüb qəmli,  hüznlü şerlər yazır şair.  Fikrət

Sadığın şerlərindən qayğı, dərd tökülür. O yaylıq

götürüb ağlamır,  dərdləri elə verir ki,  istər-

istəməz oxucu duyur onu.  Bir şair kimi Sabir

məktəbini keçmiş bir müasir qələm sahibi kimi nə

çəkdiyini bilir.  O dərdin çoxu bu gün insan kimi

yaşamaqdan məhrum şairin,  alimin,  ziyalının

acınacıaqlı güzəranından doğur. 

Yunis İmrənin,  Xəstə Qasımın,  Ələsgərin, 

Aşıq Şəmşirin,  Aşıq Hüseyn Bozalqanlının və

digər

folklor


dəryasının

qəvvaslarının

yaradıcılığına

dərindən


bələd

olmasından, 

onların şerinə,  sözünə,  sözünün qüdrətinə

vurğunluğundandır ki,  "Yey idi"  şeri də öyüd-

nəsihət ruhlu zəngin bədii dəyərə malik bir əsər

kimi qiymətləndirilməlidir:

Adəm ata behiştdəki almanı,

Dərdiyindən dərməsəydi yey idi.

Fələk mənə bu dünyanı,  bu

canı,


Verdiyindən verməsəydi yey idi.

Pis adamdan bəri başdan həzər

et.

Nə sultan ol,  nə peyğəmbər,  nə



həzrət,

Ağız dişə, göz ağıza nəzarət,



560

Göz nə gördü,  görməsəydi yey

idi.

Fikrət Sadığın xalq şerinə,  aşıq sənətinə, 



qüdrətinə hörmət və məhəbbətin ifadəsçi kimi

Dədə Şəmşirə həsr etdiyi "Üç yarpaq"  silsilə

şerləri

dilinin


sadəliyi, 

rəvanlığıyla

aşıq

qoşmalarını xatırladır.



Aşıq Şəmşirin şerinə,  sənətinə hörmətlə

yanaşan şair onun aşıqlıq istedadına,  qüdrətinə

heyranlığını gizlətmir:

Telli sazı sinəsinə sıxanda,

Hünərvərdir əli Dədə Şəmşirin.

Aşıb-daşıb

məcrasından

çıxanda,


Sazı dönür selə Dədə Şəmşirin.

Aşıq Şəmşir müasir aşıq poeziyasının

inkişafında mühüm rol oynamış saz və söz ustadı

kimi həm yazıçı və həm də şifahi xalq

ədəbiyyatının

ən

gözəl



ənənələrinini

yaradıcılığında yaşadan xalq sənətkarıdır və

F.Sadıq onun yaradıcılığına, sözünə, sənətinə bir

ədəbiyyatşünas

kimi

qiymət


verir. 

Ədəbiyyatşünaslıq cəhətdən dəyərli fikirlərini

nəzmlə

oxucuya


çatdırır.  Onun

yaratdığı

qoşmaların,  gəraylıların,  təcnislərin sənətkarlıq

baxımından yüksək qiymətini verərkən,  bir

şəxsiyyət, qocaman el ustadı, xalq aşığı kimi ona

bəslədiyi

səmimi

duyğularını da



bildirməyi

yaddan çıxarmır:



561

Qoşmaları qoşun-qoşun sıralı,

Gəraylısı-qəm harayı, yaralı,

Cinasları-uçundurur xəyalı.

Bal-şəkərdir dili Dədə Şəmşirin.

Dağlarına, düzlərinə vurğun olduğu bu yerləri

seyr edən şair, Aşıq Şəmşiri dünyanın bəxtəvəri, 

xoş baxtlı,  xoş taleli bir insan kimi vəsf edir.  O, 

dərəsi,  dumanı,  dağı xoşbəxt Kəlbəcər elindən

olan Dədə Şəmşirin gözəlliklər diyarı,  füsunkar

bir təbiət,  şeriyyət dolu bir aləmə məxsus

Azərbaycan torpağında-Kəlbəcərdə doğulmasını, 

bu yerlərin övladı olmasını da ana vətənin bu

guşələrinin xoşbaxtlığı kimi qiymətləndirməkdə

haqlıdır.  Səksən beşi haqlamış qocaman aşığın

istedadını,  sənətkarlıq qüdrətini duyan şair onun

duyğularını

ömrünün


bu

yaşında


Günəşə

bənzədir.  Şair onu dinlədikcə,  "Dədə Şəmşir

oddur, atəşdir"- deyə heyrətini gizlətmir. Odu qor

olsa da "atəşi qal"an,  ayını "bulud"  örtsə də

"günəşi qal"an ürəyi aya,  duyğuları günəşə

bənzəyən Dədə Şəmşir öz şerilə,  sənətilə, 

sazının qüdrətilə hamını öz işığına yığıb və şair

bu qocaman söz ustadını:

Şer ayağına yığıb elləri,

Ümidlə titrəyir sazın telləri.

Pəhləvan sözləri yıxıb illəri

İndi əsrlərlə güləşi qalıb. 

-deyir və yüzü haqlayacaq aşığın səksən beşi

keçmiş ömrünə on beş il də arzulayır və sözlə-



562

ümidin işığında 85  yaşa çatan şairi yaşadan

sözün, aşıqlıq sənətinin belə yüksək zirvəsini fəth

etməkdə rolunu xüsusilə vurğulayır.

Aşıq Şəmşir sözünə,  şerinə,  sazına hörmət

və məhəbbətin nəticəsidir ki,  Fikrət Sadıq

gəraylıların ən yaxşı nümunələrini də bir sənətkar

kimi yaratmağı bacarıb. Körpəlikdən laylalar ilə

yatan,  nağıllarla boy atan sənətkar məhəbbəti

yolunda alışmağı-yanmağı Məcnundan öyrənib. 

Ana

yurdunun


şirin

nəğmələrindən

doya

bilməyən şair üçün qapısını ümid əvəzinə qorxu



döyərsə,  köməyinə gələcək,  əlindən tutacaq

qopuzlu Dədə Qorqudu görür.  Dara düşəndə

harayına

gələcək


Qoç

Koroğlunu, 

nağıl

qəhrəmanlarını görən şair öz arxasını,  dayağını



"şirin-şirin nağıllarda" olduğunu söyləyərkən xalq

sənətinə,  xalq ədəbiyyatına dərin köklərlə bağlı

olduğunu tərənnüm edir.

"Tələbəlik illərindən xatirələr"  silsilə şerləri

şairin tələbəlik illərini,  gənclik dövrünün şirin

anlarını əhatə edir.  Ən ülvi,  bəşəri hiss kimi

tərənnüm

olunan


məhəbbət

şairin


mənəvi

aləminin zənginliyindən xəbər verən misralarını

da qoşma üstündə yazmışdır.

Fikrət Sadıq müasirləri kimi xalq ədəbiyyatına

dərin köklərlə bağlıdır. 

O,    "hər şeyin zarafat damarını tutmaq"la

bərabər dediyi fikirlərində Bəhlul Danənədəni, 

Molla


Nəsrəddini

neçə-neçə

söz

ustasını


563

xatırladır.  İlk

baxışdan

zarafata


bənzəyən

atmacalarında dərin məna gizlənir.  Bu bir-iki

kəlmə,  bir-iki cümlə dünyanın qayğılarıyla,  insan

taleyi,  insan

istək-arzularıyla,  narahat

bir


vətəndaş şairin iztirablarıyla köklənib.  "Balıq

dükanında başsız balıq görən uşaq təəccüblə:  -

"Bu balığın başı yoxdur ki?"-dedi.  Mən də əyilib

uşağın qulağına:  "başı olsaydı tora düşməzdi"-

dedim. Təhlilə, izaha ehtiyacı qalmayan bu bir-iki

kəlmədəki dərin məna,  sətiraltı eyham Fikrət

Sadıq təfəkkürünün məhsuludur.  Tarixən xalq

içərisində Fikrət Sadıq kimi çox hazırcavab, bilikli

mütəffəkkir şəxsiyyətlər olmuş,  nitqi,  danışığı, 

elmi-ədəbi qabiliyyəti ilə xalq içərisində yaşamış, 

qiymətli kəlamlar söyləmişlər.  Sonralar onların

adları unudulmuş,  özlərindən sonra qoyub

getdikləri sözlər qalmış,  xalq yaradıcılığının

məhsulu kimi qorunub saxlanmış və öz tərbiyəvi, 

fəlsəfi zənginliyi ilə bu gün də sənət inciləri kimi

qorunub


saxlanır. 

Fikrət


Sadıq

da

öz



zəmanəsinin hazırcavab,  sabiranə ruhlu,  Molla

Nəsrəddin deyimli,  Danəndə tutarlı sözləri ilə

sevilir,  seçilir,  hörmətlə adı çəkilir.  "Bir sərxoş

uzun bir çubuğa bir "sosiska"  keçirib,  "26-lar"ın

məzarı

üstündə


yandırılan

əbədi


məşəldə

qızardırdı. Dedim:-Adlarından bir xeyir görmədik, 

heç olmasa,  odlarında bu yazıq bir "sosiska" 

qızartsın".



564

Onun nağıl dünyası böyükdür.  O,  müasir

nağıllarının elə qurur ki,  orda bəşəri arzular

yaşayır.  Anarın "Ağ qoç-qara qoç"  ütopik-qeyri

utopik

nağılları



kimi

onun


da

nağılları

könüloxşayandır, 

düşündürəndir. 

Folklor

üzərində qurulmuş bu nağıllarda Fikrət Sadıq



ozandır, nağıl söyləyən nurani bir babadır. İnsan

arzusu,  istəyi,  insan səadəti,  xoşbəxtliyi ilə

bərabər ümumbəşəri duyğular cəmləşən hər bir

sənət əsəri sevilir. Fikrət Sadığın əsərlərində elə

müasi nağıllar var ki, onlar real həyat həqiqətləri

ilə


doludur.  Fikrət

Sadıq


romantik

uşaq


dünyasının

düşüncələrini

yaşaya

bilir, 


nağıllaşdıra bilir,  İlkinin,  Ayselin dünyasını

oxucunun yaşadığı zamana uyğunlaşdıra bilir. 

Hər bir balaca oxucu üçün əlçatmaz deyil,  o

nağıllarda qoyulan mövzular.  Bir zamanlar uçan

xalçaları yaradan

da

insan təfəkkürü idi, 



dəryalarda,  dənizlərdə bu gün Fikrət Savdığın

nağıllarında gəmiləri idarə edən uşaqlar da Fikrət

Sadığın arzularının,  düşüncələrinin məhsuludur. 

Hər bir nağılda insan istəyi,  arzusu,  xoşbəxt

həyat məsələsi əsasdır.  İstər qədim-qədim

nağıllarımızda,  istərsə də Fikrət Sadığın,  Anarın

və adını çəkmədiyim neçə -neçə müəllifin

imzasını özündə yaşadan nağıllar olsun,  fərqi

yoxdur, 

bəşəridirsə, 

hümanist

prinsiplərə

əsaslanıb qurulubsa demək gözəldir,  istər şifahi

xalq ədəbiyyatında bizə miras qalan olsun,  istər



565

yazılı


ədəbiyyatımızın

nümunələri

olsun. 

Ədəbiyyatda müasir nağıl yeni bir canr olmasa



da son dövrlərdə bir-birindən mənalı,  zəngin

ideyalı, müasir həyatla səsləşən nağıllar, onlarda

qoyulan

problemlər



milli-mənəvi

dəyərlər


əsasında yaranan bu nəsr əsərlər də diqqəti cəlb

etməkdədir.  Onun ilk yaradıcıları,  o cümlədən

Fikrət

Sadıq


da

yeni-yeni

nümunələrlə

ədəbiyyatımızı zənginləşdirmiş olurlar. 



DİL

Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi dilə

yaxınlaşması problemləri digər sənətkarlarımız

kimi


Fikrət

Sadığı


da

düşündürən

problemlərdəndir.  O həm şerlərində,  həm də

publisistikasında,  məqalələrində

xalq

dilinin


zənginliklərindən istifadə məsələsinə xüsusi

diqqət yetirir.

"Onun şer dili sadədir,  təbii axarlıdır, 

yığcamdır,  obrazlıdır,  görümlüdür.  Əsl sənətkar

qələmində bir-birinə söykənib misra yaradan

sözlərin öz boy sırası var.  Burada sözü sürtüb

qafiyəpərdazlıq, 

nəzmçilik

eləmək

ibtidai


sənətdir, xırda peşəkarlıqdır. Fikrət Sadıq kiçikli-

böyüklü bütün yazılarında sözü yonub cilalayan, 



566

sözlə oynayan,  ondan istədiyi fiquru yaradan

şairdir".

Şairin kiçik bir yazısının dilinə diqqət yetirək:" 

bazara girdim,  bazar od tutub yanırdı.  Dilləndim

dilim yandı, əl uzatdım, əlim yandı, qəlbim yandı.

Dedim: Dedilər ki, "büt"ləri qırın!

Demədilər ki, lütləri qırın!"

Və yaxud: "Bir gənc şair məndən soruşdu:

-Yuxuda


yazdığım

şeri


kimə

oxusam


yaxşıdır?

Dedim:


-Yuxuya getmiş tənqidçiyə."

Sadə,  tutarlı,    şillə kimi sərt bu kəlmələr bəs

edər ki,  zamanın,  dövranın çətinliyini,  sadə xalq

kütlələrinin güzəranını,  bundan istifadə edib öz

cibini

doldurmağa



çalışanların

qeyri-insani

keyfiyyətlərini göz önündə canlandırsın şair

Fikrət Sadıq. Ümumiyyətlə onun elə misraları var

ki, özləri ədəbiyyatımızda bəlkə də yeni bir canrın

gəliindən xəbər verir:"Biri paxıl,  biri simic,  biri

nadan, biri mizi, biri  dodu, o birisi itoynadan. Bu

dərdlərin içində,  bu fərdlərin içində,  adam necə

olsun adam". "Simic", "mizi", "dodu", "itoynadan" 

kimi xalq ifadələri şairin dilinin sadəliyini, 

şerlərinin bədii tutumunu artıran ifadələrdir.

Anayurda,  Vətənə,  doğmalığını,  məhəbbətini

ifadə edən şerlərində şair "Kitabi-Dədə Qorqud" 

dastanlarındakı ifadələrdən yaralanmaqla yurda, 

elə ürəkdən bağlılığını tərənnüm edir:


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin