Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   29   30   31   32   33   34   35   36   37

532

boyalarla əks etdirən bayatılardan götürülən

misralarla daha rəngarəng bir səpgidə lirik bir

dillə vəsf edir və hadisələrin təsvirinin bədii

emosionallığını artırır:

Qardaşı görmək üçün

Bacı durar o başdan.

"Qardaş doysa bacıdan,

Bacı doymaz qardaşdan".

Əsərin gözəlliyini şərtləndirən,  bunu daha

bitkin bir mövzuya çevirən rəvayətə artırlmış

epiloqdur.  Həmin zalım şah dünyalar fəth edən, 

qanlar tökən,  öz taxt-tacını qorumaq üçün  

doğmalarını belə yaddan çıxaran Şah olsa da, o

qadının sözlərindən ibrət dərsi götürür,  bacısını

görmək üçün qəlbində qardaşlıq hissləri baş

qaldırır və onun görüşünə gedir.  Epiloq özü

ayrılıqda qüvvətli sənət əsəridir. Sücetə artırılmış

bacı məhəbbəti daş qəlbli,  zalım,  qəddar

qardaşların sinəsindəki zalım duyğuları da əridə

bilər ideyasıdır:

….deyirlər ki, həmin zalım şah,

əsirləri azad edib,  dedi ki,  ey

vah!


Fələklərə ucaltdığım bu təxt-

tacım,


Heçdir, 

əgər


mənə

həsrət


qalıbsa bacım.

Görmədiyim

beş

il

olar, 



qayayam, daşam.

533

Yəqin,  necə şahamsa,  mən elə

qardaşam.

Qılınc çəkib zəbt etdiyim bu

məmləkətlər,

Göz


yaşına

dəyməz


onun, 

qurtardı, yetər.

Təbil çalın, dünya bilsin, yürüşlər

bitdi.


Qan hərisi bacısını görməyə

getdi.


Fikrət Sadıq yaradıcılığında xalqdan gələn

deyimlər,  əfsanələr əsərinin məntiqi ruhuna

uyğun şəkildə onun yaradıcılığına daxil edilir. 

"Dünyadan qaçan insan"ı insan kimi yaşayan

görmür.  İnsanın ölü kimi yaşaması onun üzünü

dünyadan


döndərir. 

Dünyaya


"ayaqyalın, 

başıaçıq"  gəlib,  dünyadan ayaqyalın,  başıaçıq

gedən insanın dünyanı söyə-söyə qaçmasında

bir haqlı həqiqət var. Şair o həqiqətləri yaşayan, 

görən,  mümkün olsa özü də qoşulub qaçmağa

hazır olan bu günkü vətən övladıdır. Dövrandan, 

zamandan, güzərandan

Həkimi naşı,

Hakimi zalım

Müəllimi nadan olan

zamandan qaçan,  cana doymuş insan bu

düynadan elə buna görə də qaçır:

Gözünün ucuyla

Baxmadı bir varlı ona.



534

Baxmadı bir zəngin ona.

Baxmadı bir tox ona.

Dünyadan qaçan insan varlılara yarımadığı

kimi,  aclara da əl tuta bilmir.  Dünyaya gələndən

gördüyü ədalətsizliklər,  yaramazlıqlar,  dünyanı

başına götürən insan əməllərinin nəticələri olan

bəlalar,  insan düynasının çətinlikləri bu insanı

dağlara-daşlara qaçmağa məcbur edir.  Şair onu

tiyəsi yerə sancılmış qədim qılınclı bir torpaqda-

Qobustanda yoxa çıxarır. Qayalar arasında yoxa

çıxdığı yeri Bəhram Gurla bağlı olaraq xalq

içərisində yayılmış bir əfsanənin motivləri ilə

bağlayır.

Fikrət Sadıq insan övladının göynərtilərini

oğul-övlad,  əziz itirmiş insanların kədərini,  ana

ürəyinin həzin tellərini yaralayan bəd xəbərlərin

verdiyi itginin

yaratdığı əzabları,  harayları, 

sarsıntıları ümumiləşdirən

…. Başdan ağlar,

ağlayan başdan ağlar,

oğlu ölmüş analar

durub o başdan ağlar.

bayatısıyla öz kövrək qəlbinin sızıltılarını açır. 

Övlad həsrətiylə bənövşə kimi boynu bükük

qalan,  övlad yanğısından çiçək kimi solub, 

saralan


anaları

nənələrə


bənzətmir. 

Bu

duyğularla F.Sadıq dünyasının incəlikləri birər-



birər gözlərimiz önündə vərəqlənir, çözələnir, saf

-çürük edilir. Qələminin poetik güzgüsü üzə çıxır. 



535

Övlad üçün "durub o başdan ağlaya"n anaları

düşünür :

Burda - bənövşələr düşür yada,

İlk baharda-

Qarlı, şaxtalı gecələrdə,

Sərt torpağı dəlib,

Ox kimi keçər daşdan.

Üzə çıxar o başdan.

Ç əməndə, dağda, yamacda,

Topa-topa,

Birər-birər

Hamısı da gözüyaşlı.

Dünyanın vəfasızlığını,

Dünyaya gəlməmiş bilər.

Dünyaya gələn gündən,

dərdli, yaslı.

Obaşdan ağlayanların

İlkini, qədimi,

Hər səhər boyunlarını

büküb durarlar.

O başdan ağlayan analar kimi.

Bənövşələrə bənzətdiyi anaları qınamır şair. 

Kövrəklikdə çiçəklərə bənzəyən analar sevgiyə

layiqdir. Onları qınamaq, elə məsum, saf çiçəkləri

qınamaq kimi bir şeydir. Ona görə də:

Qınamayın

anaürəkli

bənövşələri!

Qınamayın

bənövşə

ürəkli


anaları.

536

Qoy doyunca ağlasınlar barı.

Anaları qınamayın.

Ç içəkləri qınamayın.

Xalq

ədəbiyyatında



həsrət, 

qüssə, 


nigarançılıq simvolu kimi tanıdığımız boynubükük

baxışları,  duruşu yollara boylanan bənövşə

obrazıyla ana obrazı arasındakı bu bənzətmə, bu

bənzətmədəki bədii təsir qüvvəsi,  kövrəklik

yaranmış əsərin dəyərini artırır.  Bir bənd

bayatının ömrü kimi bu misraların ömrünü də

əbədiləşdirir. Ana dünyası, ana hissləri, ana ürəyi

bəşəriyyətin gördüyü günlərin tərəzisidir.  Bir

tərəfi həmişə ağır gələn bu haqsız,  ədalətsizliyi

çox dünyanın əzablarını ürəyində gəzdirən Ana-

Bənövşə oxşarlığı,  bənzətməsi də şerimizin, 

sənətimizin dəyəridir.  Belə möhtəşəm,  bədii bir

dillə ana dünyasının incəliklərini verən şair, 

qələmi də, düşməni də, dostunu da, bu dünyanın

haqsızlıqlarından qaçan insanı da onun özündən

daha yaxşı tanıma qüdrətinə malikdir.

Fikrət Sadıq dünyaya baxışlarında da folklor

motivlərindən yararlanır.  Bu dünya-o dünya, 

haqqında mifik-dini baxışlar,  fikirlər,  insanlar

arasında yayılan əfsanəvi,  mifik mövzular şairə

imkan verir ki,  könlündən keçəni,  içini didib-

dağıdan dərdlərini,  qəm-qüssəsini misralara

çevirsin.


537

Şair yaşadığı dünyaya məhəbbətini bu

dünya-o dünya motivləri içərisində daha bədiiliklə

ifadə edir:

Bu dünya səs-küylü,  cismani, 

fani.


O dünya göylərdə səsiz, ruhani.

Bu səsli dünyanın bircə gününə,

Bütöv dəyişərdim o lal dünyanı.

Dünyalar qədər ona əziz olan övladı İlkinin

faciəli ölümündən doğan hüzn,  kədər şairin

yaradıcılığında dərdli,  əzablı bir atanın keçirdiyi

sarsıntıları özündə yaşadır.  Onun bu mövzuda

yazdığı şerlər Əhməd Cavadın sevimli övladının

vaxtsız ölümündən doğan,  kədərli,  ata qəlbinin

hüznü anlarını əks etdirən misralarına bənzəyir. 

Eyni taleli iki qələm sahibi üçün vətən, torpaq, el, 

doğmalarının müsibəti nə qədər sarsıdıcıdırsa, 

övlad dərdi də o qədər sarsıdıcıdır.

Fikrət Sadıq bu hissləri bal kimi şirin

laylalarımızın içində elə təsirli, elə ürəkağrıdıcı bir

dillə ifadə edir ki,  unudulması qeyri-mümkündür. 

"Layla"  şerində şair laylalarımızdan qəlbindəki

dərdi-səri vərəqlər üzərinə töküb,  hicran,  həsrət

yorğunu ürəyini yüngülləşdirmiş olur,  bəlkə.  Bu

acılı-şirinli xatirə özü də bir layla deyilmi?  Şirini

az,  acısı çox layla.  Sevinci yüngül,  kədəri ağır

layla.  Ata laylası.  Bu laylada ata sərtliyi, 

məhəbbətiylə qoşadır.  Ata balasına şirin yuxu


538

arzulayır.  Qızıl güllər içində şirin yuxu.  Ata

laylası:

Körpə olanda

Bir layla qoşmuşdum ona.

Guya şəkər qatırdım

Şirin yuxusuna.

"Bu balanı bala qatın.

Bu balanı qəndə qatın.

Əgər yatmaq istəməsə,

Pəncərədən çölə atın."

Əvvəl laylamdan qorxardı.

Sonra mənə baxa-baxa,

Yatardı mışıl-mışıl.

Yuxusunda güllü-çiçəkli,

Dərin dərələr görərdi.

Uzaq, uca qarlı dağlar görərdi.

Meşələr görərdi yaşıl-yaşıl.

Göydə Allah da gülərdi

Bu layla-zarafata.

Hansı ata

Yatmadığına görə

Balasını çölə atar.

Layla


motivləri

üstündə


köklənmiş

mükəmməl,  təsirli bir əsər.  Şairin daxili əhval -

ruhiyyəsi, 

itkisindən

doğan

dərdi


bu

misralardadır:

Amma bu böyüdü.

Boya-başa çatdı.

Özü öz əlləriylə,


539

Özünü bilə-bilə,

Dəsti-Qıpçaqdan da

Üzaq bir çölə atdı.

Bizi saldı dağa-daşa.

18 il həsrət qaldı,

ana oğula,

bacı-qardaşa.

Adam yatırmağa

Hər cürə laylamız var.

Görəsən  bu dünyada,

Elə bir layla varmı ola,

Yuxuya gedəni ayılda,

Yatmışı oyada.

Şairin şerlərindəki Xeyir və Şər motivləri

əsərlərinin bədii dəyərini artırmaq üçün yararlıdır. 

Xeyir və Şər "Avesta"da zərdüştlüyün dini

kitabından gəlmədir.  Xeyir yaxşılığın,  bərəkətin, 

sağlamlığın,  Şər isə pisliyin,  xəstəliyin rəmzidir. 

İnsan içərisində ancaq Xeyir gəzən şair onları

əməllərində düz olmağa, şər işlərdən çəkinməyə

çağırır.  İnsan öləndən sonra bu dünyada ancaq

onların yaxşı və pis,  xeyir və şər əməlləri qalır. 

Bu dünyaya yenicə gələn insan-körpə "tərtəmiz

lövhə"yə bənzədilir. Sonradan isə "bələnir günah

rənglərinə". 

Öləndən

sonra


sağlığındakı

əməllərinin "hesabı qalır ta qiyamətə". Şair xeyir

və şər,  pislik və yaxşılıq kimi bir-birinə zidd

əməllər içərisində insanı doğulanda olduğu kimi

tərtəmiz lövhə kimi bütün ömrü boyu olmasını


540

nəsihət


edir. 

Amma


şair

narahatdır. 

Gördüklərindən narahatdır.  Nə qədər ki,  "xeyir

yox,  şər meydandadır"  inanmır ki,  "dünyamız

düzələcəkdir".  Bu şər meydanda olduğu vaxtda

şair ancaq "mənim umu-küsüm özümüzdəndir"-

deyir.  Niyə susduğunun səbəbini açıb tökür. 

Millət naminə iş görülməməsi,  özünə çəkmə, 

torpaq,  vətən satılan bir məmləkətdə nədən

yazım"deyir şair.  Susmuş şair yazmağa könül

açıcı bir şey görmür.  Ömürdən,  gündən, 

həyatdan,  nadan insanlardan bezar şair ürək

ağrısıyla zamanın dərdini öz dərdi kimi için -için, 

yana-yana açır və çəkdiyi mənəvi əzabları

ürəkağrıdıcı bir dillə ifadə edir:

Zaman


zalım

olub,  insanlar

yazıq.

Bəxtimizə belə ömür, gün düşüb.



Yeddidən

birimiz


qaçqın, 

didərgin


Söz də qaçaq düşüb,  didərgin

düşüb.


Bir axsaq yabını minə bilməyən,

Bir Qırat tapılsa, çapa bilərmi?

Nəfsinə qul olan beş-altı işbaz,

Xalqa nicat yolu tapa bilərmi?

Şair burada dastandan gəlmə obrazlardan

yararlanır.  Millətin

tör-töküntülərində

qeyrət, 


mərdlik görmədiyindən gileyini Qıratdan istifadə

etməklə daha təsirli verir.



541

Sözbirlikdən

kənar

millətin


dağınıq, 

pərakəndə

fəaliiyəti,  hərənin

özünə


tərəf

çəkməsi, 

iqtisadi

çətinlik, 

maliyyə

çatışmamazlıqları onu dərdə salıb:



Başıma

daş


yağır

daşqəlblilərdən.

Özüm



daşlaşıb, 



daşa

dönmüşəm.

Naşılar əlinə düşən çırağam,

Bəlkə


közərirəm, 

bəlkə


sönmüşəm?

"Hun ananın hekayəsi"ndə "Ölü çöl"ün

yerində bir zamanlar məlum olur ki,  "Ay qaya" 

varmış,  Kiçik xana qızını verən xaqanın ulu

babası əvəzində bu yeri süd haqqı kimi ondan

almaq istəyir.  Kiçik xan onun qərarını qəbul edir

və:

Təki mən Xaqanla qohum olum.



Təki məni bütün dünya tanısın-

deyir.


Xalqının gələcəyini düşünməyən

Kiçik xan:

Nəyimə gərək gələcək.

Bir bilən varmı ki,

Gələcəyə

kim


qalacaq,  kim

öləcək.


Mövzu və ideyası müasir həyatla sələşən bu

poemada vətəni,  torpağı satan,  onun qədrini

bilməyən nankorlar tənqid olunur. Burada əsərin


542

nikbinliklə bitən sonluğunda xalqı birliyə, torpağı, 

eli,  onun hər qarışını qorumağa,  elin bircə

gününün


qüdrətinin

böyüklüyünə

inama

çağırışdır. Fikrət Sadığın bu poemasının dili xalq



əfsanəsi və rəvayətləri üstündə köklənməklə

"oxucuda ulu qədimlik ovqatı yaradır,  onu

hadisələri qarşılamağa hazırladır".  (K.  Şükürov

"Sözün məhrəmliyi"  Ədəbiyyat və incəsənət

qəzeti.12-1-9.)

Şair


yaradıcılığında

"Cırtdanın

yeni

sərgüzəştləri"  əsəri folklorla əlaqəli şəkildə



yazılmışdır.  Əsərin sücetində nağıla yaxınlıq

görürük.  Nağılda olduğu kimi poemada əvvəldə

Cırtdan "çiynində ağır odun şələsi"  meşədən

qayıdır.  Nağılda olduğu kimi təndirə çörək

yapacaq nənəsinə "Odun gərəkdir,  yağlı kökələr

bişirmək üçün".  Burada da nağılda olduğu kimi

"yolayrıcında"  Cırtdan azır. Burada da "az

getdilər,  üz getdilər,  dərə-təpə düz getdilər" 

şəklində- nağıl necə qurulursa,  şair də o cür

misralarını düzür, qoşur:

Az getdilər,

Üz getdilər.

Bir küçəylə

Düz getdilər.

Və yaxıud:

Yenə yola düzəldi o,



543

İynə yarım yol gəldi o.

Sadə,  səlist,  obrazlı

bir


dillə

verilən


hadiəslərdə

nağılda


olduğu

kimi


əsərin

qəhrəmanı

Cırtdan



uşaqlardır.  Nağılın



sücetinə gətirilən yeniliklər- azdığı meşənin adı

Cəngi meşəsi, gördüyü Pirqulu dağı", gördüyü ev

Divin

deyil,  şəhərin



hündür,  geniş

evləri


olmasıdır.

Bu

müasir



nağılın

qəhrəmanı

Cırtdan

şəhərdə gördükləri,  Rəhim əmidən eşitdikləri, 



teleskopla Günəşə baxdığı,  onu nənəsinin

bişirdiyi qoğala bənzətdiyi tərənnüm olunur. 

Sonra Cırtdan Piri babanın nağılını dinləyir.  Şair

burada dünəni və bu günü,  köhnə ilə yeniliyi, 

xalça ilə raketin obrazlarını yaradır.  Piri babanın

nağılındakı yumaq topu olan kiçik oğlan keçmişlə

bu günün qüvvəsindən yararlanır. Yeddi rəngli bu

topu bir gün oğlan meydanda oynadarkən külək

hirslənib onu götürüb aparır. Bu vaxt bir atlı ona

yaxınlaşır,  uşağın ağlamasının səbəbini biləndə

atından düşüb xurcundan sehrli xalçanı çıxarır, 

yerə sərir, üstünə əyləşib bir göz qırpımında yox

olur və qayıdır oğlanı məyus edir ki:

Neyləyim bala.

Uçan xalçalar

Ucsuz-bucaqsız,

Mavi göylərin,

Yeddi qatından,

Yalnız və yalnız,


544

Üçüncüsünə

Qalxır güc-bəla.

Sehirli xalça da xalq nağıllarından gəlmədir.

Oğlan yenə topunu axtarmaqda davam edir, 

yolda "kəmərində Misri qılıncı", çiynində yapıncı, 

əlində kəmənd" olan bir atlıya rast gəlir. Əhvalatı

bilib


cibindən

iki


lələk

çıxarır,  "bir-birinə" 

tutuşdurur. Zümrüd quşu hazır olur. Zümrüd quşu

da beşinci qata kimi qalxa bilir və o da topu gətirə

bilmir.  Oğlan

gəlib


göyəuçanla

rastlaşır. 

Göyəuçan raketlə qalxıb onun topunu gətirib

verir.


Şair əsərini nağıllarda olduğu kimi göydən

düşən "üç alma" ilə bitirir:

Üç alma düşdü göydən.

Birini tutdum göydə.

Yerdə qaldı ikisi.

Onun da biri

Nağılçıya çatacaq

tək biri qaldı ancaq.

Gəlin onu da verək.

Göyəuçan əmiyə.

"Cırtdanın yeni sərgüzəştləri"ndə xeyirxah

Zümrüd quşu,  uçan xalça nağıllardadır.  Şairin

qəhrəmanına da yeddi rəngli topunu əldə

etməsində kömək göstərmək istəyən varlıqlardan

biridir,  Zümrüd quşu göyün beşinci,  Uçan xalça

isə üçüncü qatına qədər qalxır.  Lakin topu əldə

edə bilməkdə ona raket kömək edir.  Atlı


545

oğlanların köməyinə gələn bu obrazlara biz

"Sehrli

xalça",  "Məlikməmməd"  və



digər

nağıllarda rast gəlirik. Fikrət Sadığın yaratdığı bu

müasir nağılda artıq Zümrüd quşu da,  Uçan

xalça da müasir insanın icad etdiyi Raket

qarşısında acizdir.  Bu elə bir varlıqdır ki,  o Aya

enə bilir, göyün yeddinci qatına da qalxa bilir və

ona görə də oğlanın "yeddi rəngli,  yeddi zolaqlı, 

yeddi dilim,  yumru top"unu gətirib ona çatdırır. 

Buradakı Piri baba,  ağ atlı oğlan obrazları da

nağıllardan gəlmədir. Nağılın qəhrəmanı Nərbala

həmişə at üstündə peyda olur, Məlikməmməd də

qardaşlarının toyuna Zümrüd quşunun gətirdiyi

atla gedir. At həmişə türk mifologiyasında igidin, 

qoçağın yaxın dostu-sirdaşı kimi qəbul edilir. 

Eyni zamanda at onqonu nağıl dolu türk

dünyamızda soykökümüzdən üzü bəri bu günə

qədər igidlik rəmzidir.

Şair burada yaratdığı obrazları,  söylənilən

hadisələri

uşaqların

xarakterinə, 

yaş


xüsusiyyətlərinə uyğun qurur,  tərbiyəvi xarakter

daşıyan bu əsərdə uşaqları xeyirxah olmağa, 

qocalara

kömək


etməyə,  insanlara

qarşı


qayğıkeş olmağa, düz olmağa çağırış güclüdür.

Şair burada da "Cırtdanın nağılı"nın sücetini

qoruyub saxlamaqla sanki bu gözəl nağılın yeni, 

müasir bir variantını yaratmış olur.

Heyvanların, quşların dilini bilən gözəl, mahir

ovçu,  xeyirxah insan yarımmifik obraz olan Piri



546

baba


obrazından

da

şair



məhəbbətlə

yararlanaraq könül oxşayan qurduğu yeni nağılı

onun dililə verir. Və bu obrazın adındakı mifoloci, 

folkloristik xüsusiyyətlər də əsərin bədii dəyərini

artırmış olur.

Nağılda folklorla səsləşən motivlərdən biri də

rəqəmlərlə bağlı motivlərdir. Üç və yeddi ənənəvi

rəqəmlərdən də faydalanmaqla şair bədii təsir

gücünə

malik


əsər

yaratmaq


üçün

onun


imkanlarından da yararlanır.

Burada maraqlı,  oricinal cəhətlərdən biri də

Cırtdanın

-Yeni


Cırtdanın-Müasir

Cırtdanın

qorxmazlığı,  cəsarətliliyidir.  İndi qorxmadan yolu

"kəsə gedir",  itdən,  divdən,  qurddan qorxmur. 

Evə çatıb gördüklərini nənəsinə danışmaq

arzusundadır,  odun şələsini nənəsinə yetirib

yağlı kökə bişirməsi istəyi ilə evə tələsir.  Əsərin

suceti çox maraqlı olduğundan uşaq aləminə

uyğun

qurulduğundan



incəsənət

ustalarının

diqqətini

cəlb


etmiş,  Nazim Məmmədovla, 

Bəhman Əliyev bu əsər əsasında " Cırtdanın yeni

sərgüzəşştləri"  multfilimini çəkmiş,  əsər oxucu

kütləsinin

rəğbətini

qazanmış, 

balacaların

könlünü,  gözünü oxşayan əsərləri yaradan şairə

məhəbbəti artırmışdır.

"Şairin uşaqlar üçün yazdığı "Göydən alma

düşmədi"  muasir nağılı da öz başlığını nağıl

motivlərindən alıb: "Biri vardı, biri yoxdu". Türkan

kəndinə gələn lovğa bir uşaq öz əsl adını demir, 


547

özünü "Özüm" kimi təqdim edir, yaşıdları Ayselə, 

Gülçinə, o, "dünya özümündür" ədasıyla yanaşır. 

Dostlarının "Dünya heç kimin deyil"  sözünü

eşitmir.  Onlar hər gün birlikdə çimərliyə gəlir, 

burda oynayırlar.  Gülçin,  Aysel,  Ala-bula keçi, 

Bığlı pişik, Qayğı və Özüm birlikdə oynasalar da, 

Özüm çimərlikdə ad çıxardır. O pişiyin quyruğunu

dartır,  ala-bula keçinin qulağını dişləyir,  Ayselin

"qumdan qurduğu"  sarayı uçurur:  artıq onun

lovğalığı,  yetənə yetib,  yetməyənə daş atması, 

dostlarıyla pis rəftarı Özümü gözdən salır.  Şair

burada Özümün simasında lovğa,  başqalarına

pislik edən uşaqların pis əməllərindən nəticə

çıxarmağı balaca dostlarına məsləhət görür, 

onun əməlindən körpə balıqlar,  qağayılar da

təngə gəlib:

Özüm dəcəl,

Özüm paxıl.

Özüm yaman,

Özümcüldü,

Özüm deyir: 

Bu dünyada

Hər nə varsa,

Özümçündür.

Keçi-meçi

Pişik-mişik nədir ki, 

Aysel nəkaradır ki,

Mənim bir sözümü

Eyləyə iki.



548

Onun qorxduğu, çəkindiyi bir Qayğıdır. Ç ünki

kimi incidirsə Qayğı onun köməyinə çatır.  Hətta

Gülçinin yaylığını götürüb qaçanda da "yeddi

yerdə qaranquş yuvasını" uçuranda da. Ona görə

o Qayğı ilə düşməndir.  Özüm ancaq özünə,  öz

gücünə,  sehri hesab etdiyi hiyləsinə arxayındır. 

Belə olduqda uşaqlar yığışıb "hava gəmisi" qurub

uçub havaya qalxırlar.  Qayğı Gülçinin yaylığının

"uclarını düyümələdi",  sonra saçlarını tumarladı, 

küləkləri çağırıb Xəzrini,  Gilavarı yanına yığdı. 

Yaylığın qulaqlarına pıçıltıyla yeddi söz" dedi və

Güllü yaylıq

Şişdi, şişdi,

iriləşdi

Yaylıq dönüb top oldu.

Qayğının sehri böyükdü. O, bu topu havadan

asılı "hava gəmisi" düzəldir. Özüm də bu gəmiyə

gizlin qalxır.  Harda olsa öz əməlləriylə sevilmir, 

nəhayət hamı Özümün onlara gərək olmadığını

bildirir.  Gəmidən gölməçəyə düşüb batan Özüm

öz əməllərinə görə gölməçədə də sevilmir.

Nağılda şair insanları bir-birini sevməyə, bir-

biriylə mehriban davranmağa,  qayğıkeş olmağa

çağırır.  Yaratdığı Qayğı obrazıyla gənc nəsli

paxıllıqdan,  eqoist xasiyyətlərdən uzaq olmağa

çağırır.  Nağıldakı Qayğının sehirli gücə malik

olmasını nağıllardan götürüb.  Sehri folklor

motivləri əsasında yaradıb.  Nağılın başlanğıcı, 

sonu xalq nağılları əsasında qurulub. Şair folklor



549

motivlərindən

yararlanmaqla

cəmiyyət


üçün

yararlı,  insani keyfiyyətləri özündə yaşadan, 

insan kimi yetişməyi,  ağıllı və mehriban olmağı

balaca dostlarına tövsiyyə edir.  Bu nağıl muasir

uşaqlar üçün ən yaxşı nağıl xüsusiyyətlərini

özündə yaşadan bədii əsərdir.

Şair

bəzən


xalq

içərisində

yayılmış

ifadələrdən də yaralanır və sözünün bədii təsir

qüvvəsini artırır:

Gəzməyə qərib ölkə

Ölməyə vətən yaxşıdı"

misralarını Fikrət Sadıq şerində daha da

poetikləşir:

Bu yazını poza bilsəydim əgər.

Peşiman qəlbimi didir bəlkələr.

Gəzməyə yaxşıdır qərib ölkələr.

Ölməyə müqəddəs yer vətən

oldu.


("Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı")

F.Sadığın

şerlərində

istifadə

etdiyi


"mürmücük olub dilim",  "diş-dişə zuqqu gəlir", 

"sürcək olub sürüşür",  "haray salır taqhataq", 

"şaqqıldıyır şaqhaşaq", "açıldı mərci gözlər" kimi

ifadələri könül oxşayır.

Fikrət

Sadıq


"Ozan

demişkən"  silsilə

şerlərində elə əsl ozanı xatırladır.  İlk eşitdiyi

laylasından tutmuş son anında oxunacaq bir-iki



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin