Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   29   30   31   32   33   34   35   36   37

567

Vətən, qarşı yatan

dağlarını aşmağa gəlmişəm.

Sularından içdim

Vadilərindən keçdim,

Dərələrinə sığındım,

Ana

qoynunda


yaşamağa

gəldim.


Bu misralarda "qarşı yatan dağlar"  Dədə

Qorquddan su içmiş ifadələrdir.  Özü də tez-tez

müraciət olunan ifadələrdir və xalq o sözlərdə

vətənə olan sevgisini, ona ehtiyacını bildirir:

Gəlimli-gedimli dünya,

Son ucu ölümlü dünya,

-Dədə Qorqud boylarından gələn bu ifadələri

Fikrət Sadıq hörgüsünə qoyub böyük imarətlər, 

minarələr ucaldır:

Qara günündə, ağ günündə

Ağlamaq, gülmək öyrəndim.

Səni görməyə gəldim,

Səni bilməyə gəldim.

Son ucu uğrunda

Ölməyə gəldim.

Fikrət Sadıq Dədə Qorqud öyüdlərindən də

məharətlə

yararlanaraq

yurd, 

el-oba


müqəddəsliyini uca tuta bilir. Bu öyüdlər də atalar

sözü və məsəllər kimi bu gün də xalq

ədəbiyyatımızın

nadir


inciləri

kimi


yüksək

qiymətləndirilir.  Fikrət Sadıq onlardan belə

yararlanır.  Öz şair təxəyyülünün xalq ədəbiyyatı


568

ilə


qovuşuğundan,  bir-birinə

dəstək-dayaq

olmasından könül mülkümüzdən xəbər verən

sözlərini deyir:

Yüz gur bulaq yığıla,

Daşar, dəniz olmaz!

Yüz işıqlı daş parıldaya,

Baxar göz olmaz.

Yüz dovşan ürəklənə,

Dönüb qurd olmaz.

Yüz ögey el birləşə,

Doğma yurd olmaz.

Vətən,  yurd,  övlad

sevgisini-ümumi bir

müqəddəs sevginin işığında yaranan,  yazılan, 

deyilən deyiləndən qoşun olan,  kəsərli olan, 

təpərli-dizli olan sözlərdən yaranmış bu misralar

da Fikrət Sadığın xalq yaradıcılığı ilə birliyinin

ədəbiyyatımıza

verdiyi


yeni,  zəngin,  bədii

töhfələrdir.  Sadə,  lakin bitkin məzmunlu bu

şerlərin dili yığcamdır:

Bir ömür boyu

Ağırlayıb, əzizləyib

Ovudur bizi,

Yaşadır bizi.

Bir ana,


Bir də Vətən!

Oğlu ölən bir il ağlar.

Yüz il ağlar,

Min il ağlar,

Yurd itirən!


569

Bəkir Nəbiyev yazır ki,  "Poeziyanın ən vacib

əlamətlərindən biri onun dili ilə əlaqədardır. Canlı

xalq danışıq dilinin geniş və bitməz-tükənməz

imkanları,  ahəngdarlığı,  vokal xüsusiyyətləri

qrammatik

quruluşundakı

incəliklər,  fonetik

zəriflik geniş bədii axtarışlar aparmaq istəyən

müasir şair üçün çox zəngin xəzinədir.  Bu

xəzinənin

dərinliklərinə

varıb

elmi-əsaslarla



tədqiq edən,  axtaran,  tapan,  onun qiymətli

incilərindən yaradıcılıq yolu ilə bəhrələnən

sənətkarlar öz gözəl fikir və duyğularını gözəl, 

oricinal poetik dillə də oxuculara çatdırmağa

müvəffəq olmuş, buna görə də sevilmişlər".

Ədəbi dilimizin təmizliyi, xalq dilinin ədəbi dilə

yaxınlaşması problemləri digər sənətkarlarımız

kimi


Fikrət

Sadığı


da

düşündürən

problemlərdəndir.  O

həm


şerlərində,  həm

publisistikasında,  elmi-nəzəri məqalələrində xalq

dilinin

zənginliklərindən



istifadə

məsələsinə

xüsusi diqqət yetirir.

Şairin şe'rlərində söz oyunları şe'rin məzmun

və qayəsiylə sıx bağlıdır. Məsələn, "ümidin ümidi

qırılsın görüm",  "sərsəngə başımın daşımı

deyim" və s. 

Xəlil Rza Ulutürk yazır:" Fikrət Sadığın şairlik

gücü bundadır ki, məlum əfsanəni sadəcə nəzmə

çəkməklə bərabər ona poetik nəfəs gətirmiş, 

ilham

qanadları



bağışlamışdır. 

…yalnız


qəhrəman sərkərdənin deyil, eyni zamanda onun

570

vuruşa


apardığı

döyüşçüləri

nəzərdə


canlandıra bilmişdir.  "Bir qoca hun "hu"  çəkdi. 

Dağlar yana çəkildi,  çaylar qalxdı aradan".  Bu

məcazlardan hər biri mənəvi qüvvətlə doludur".

"Vətənin əl boyda daşı"  poemasında şair

qüdrətli, iradəli, tədbirli Metenin obrazını yaradır. 

Xəlil Rza poemada Mete obrazının elə gözəl

təhlilini vermişdir ki, onun dediklərini olduğu kimi

versək daha yaxşıdır:"  şairin təsvirində Mete

qüdrətli bir insan,  güclü,  ağıllı,  müdrik bir

sərkərdədir. Düşmənin hətta birinci təklifini qəbul

etmək ona mənəvi ağrıları yenmək hesabına

başa gəlir.  "qəzəbindən qəbzəsini elə sıxdı ki, 

göy qılıncın göy daşları oldu xıncım-xıncım. Dedi: 

-Qoca ərlər,  ərənlər!  Bir qılınc nədir ki,  ondan

ötrü qan salaq. Eşidib bilənlər qınayar bizi. Qına

salın hirsinizi.  Peşimançılıq olunca,  düşmənçilik

qalınca,  razı olun,  aparsın göy qılıncı".  İkinci

təklifi də qəbul etmək onun üçün asan deyil. 

"Üzəngini elə sıxdı ki,  Göydəmir atın qabırğaları

şaqqıldadı."  Üçüncü təklif haqqında düşünərkən

Meteni daha qəzəbli, daha amansız və düşmənə

güzəştə getməz sərkərdə kimi görür və sevirik. 

Sərt və barışmazdır. Ç ünki düşmən bu dəfə onun

şəxsi hissinə deyil,  vətən hissinə əl uzatmışdır. 

"Mete qocalmışdı.  Amma damarında qeyrət

qalmışdı.  Dişini-dişinə

sıxdı.  Qan

apardı


dodağını".

571

Göründüyü kimi,  Fikrət Sadığın seçdiyi

sözlər,  ifadələr ciddi dramatik özəyə,  böyük

mənəvi qüvvəiə malikdir. Poeziya bunsuz keçinə

bilməz.  Şair poetik lövhəni tam dolğunluğu ilə

nəzərdə canlandırmaq üçün xalq    incilərinə üz

tutur. 

Xəlil Rza:"  Fikrət Sadıq dili yaxşı bilir.  Bəlli



olduğu kimi poeziyada   milli dil ən yüksək həyat

mərhələsini yaşayır,  dilin enercisi,  qrammatik və

fonetik zənginlikləri ən çox poeziyada aşkarlanır. 

Fikrət


Sadıq

Azərbaycan

dilinin

poetik


imkanlarını səfərbər edən şairdir.  İfadələri diri, 

canlı,  dadlı,  duzlu,  poetik zərbələri sərrastdır. 

"tərəzi ol iki gözüm,  ağır çəkmə hər adamı. 

Əməlinə


görə

ayır


nanəcibdən

ər

adamı"..insanlığı tutun uca,  insanlığı unudunca, 



yerdə nahaq yer tutunca, yeydir yesə yer adamı" 

son ifadə də birbaşa folklordan gəlir və gözəl

təsir bağışlayır.  Qeyri-fəal sözləri fəallaşdırmaq, 

itiləmək, 

pardaxlamaq

Fikrət


Sadığın

yaradıcılığının şakəridir:  "səssiz çıxdı səhnəyə, 

ilk addımı "lal"idi.  Əlləriylə danışdı,  gözlərilə

lalıdı". 

Burada

"lalımaq"-yalvarmaq



mənasındadır.  Həm ifadə yerindədir,  həm də

qafiyə


gözəldir, 

çünki


təsvir

obyektini, 

Azərbaycan teatr səhnəsinin cəngavəri Abbas

Mirzə Şərifzadənin portretini dürüst əks etdirir.

"Pəncərədən gözünü ağardan səma",  "dörd

yana, dörd nala at çapan mühasirə küləyi", "sevgi



572

od içində belə göyərər ümid ilə suvarılsa əgər", 

"Ağacların düzümündə təsəlli var" "ölüm qaşnan

göz arasındadır", "Öz başıma bəla olub öz dilim", 

"  Ümidin ümidi qırılsın görüm",  "Taleyin qapısı

vurulsun görüm" və s.

Fikrət Sadığın şerlərində istifadə etdiyi bədii

ifadə və təsvir vasitələri bir-birinə bənzərsizdir. O, 

Gəncə

çinarlarını



Kəpəzdən

qopan


qaya

parçalarına

bənzədir. 

Dözümdə, 

səbirdə

balalarına bənzətdiyi bu çinarları vəsf etdiyi şer



başdan ayağa təşbehlərlə doludur.  Şair demək

olar hər misrada maraqlı təşbehlər yaratmışdır. 

Fikrət Sadıq sadə və aydın dildə yazan

sənətkardır.  Onun dilində çətin başa düşüləcək

ifadələr,  sözlər yoxdur.  Xalq ədəbiyyatına,  onun

böyük


ustadlarına

məhəbbətlə, 

hörmətlə

yanaşan sənətkardır.  Xəstə Qasım yaradıcılığı

üstündə

köklənmiş



"Yey

idi"  şeri

onun

qoşmalarına



bənzəyir. 

Bu

əsəri



onun

yaradıcılığındakı xəlqiliyi artırır.

Sənətə, sənətkara düzgün qiymət verməyən, 

istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə

Fikrət Sadıq ancaq şeri,  kəsərli misraları ilə

cavab verir:

Şer nədir, şair nədir, sən

bilməzsən.

Fəhm nəsə, səndə yoxdur, xamsan

hənuz.


Təşbeh-sehr, cinas-daş-qaş

573

Təlmih-eyham.

Sən girdiyin kol deyildir, heca, əruz.

Beyt evdir, misra -qapı, ağzıbağlı.

Bir vaxt aqil aça bilən o kilidi

İndi paslı bir mismarla nadan açır.

Ç ünki, indi bütün işlər ikilidir.

"Fikrət Sadıq söz zərgəridir.  Onun hər

kəlməsi bir naxış, bir qədim…qədim babaların ta

sözü,  nənələrin ilmələri,  butasıdır.  Fikrətin elə

şerləri vardır ki,  şer sözünün özü qədər yığcam, 

incəcik, zərif, müdrik olduğu qədər də şairanədir. 

Gözlənilməz tapıntı qafiyələri şerinə əsl bəzəkdir, 

poetik kəşfdir. Söz sanki şairin əlində mumdur, o

da heykəltaraş və istədiyi şəklə sala bilir, qüdrəti

də bundadır".

Burda uyuyan mənəm.

Mais Caybasarlıyam.

Orda qəm dustağıydım,

Burda dərd hasarlıyam.

Fikrət Sadıq şerlərində olduğu kimi ədəbi-

tənqidi məqalələrində də dilimizin saflığını

qorumağa çalışır və bu işdə öz vəzifə borcunu

duyur.  Bir halda ki,  Azərbaycan türkcəsi bu

pespublikanın,  onun millətinin dövlət dilidir:  "Biz

də bu dövlətin sahibiyik.  Bu dövləti qoruyub

saxlamalıyıq.  Dil xəzinədir,  biz xəzinədarıq. 

Bədxərclik, ya qənaət eləməyə haqqımız yoxdur. 

Bu sərvəti yerində və ən vacib məqsədlər üçün


574

sərf etmək-bu dili olduğu kimi işlətmək,  onun

kəpənək qanadlarındakı zəri dağıtmamaq şərtilə

qorumaq,  onun

zərif

ləçəklərinə



ehmalca

toxunmaqla gözəlliyini saxlamaq bizim gündəlik

işimizdir".  Şair öz işinin öhdəsindən ləyaqətlə

gəlir.  Qəzetlərin çoxluğu,  nəşriyyatların öz dili, 

radio və telekanalların öz dili, hər qəzetin öz dili, 

məktəblərin,  şirkətlərin,  idarələrin öz dili,  dilimizi

şikəst eləyən reklamların da öz dili "  şairi

hövsələdən çıxarır."Bu qədər dili olan bir dilin

özgələşməyinə nə qalır ki!"  deyə hirslənir.  Bu

hirslənmədə dəhşətli bir qəzəb var.  Qəzet və

mətbuatın adlarının əcnəbi dillərdən götürülməsi, 

radio və telekanalların adlarının əcnəbi sözlərlə

əlaqələndirilməsi onu dəhşətə gətirir.  Və haqlı

olara irad tutur:"Restoranların,  barların,  şadlıq

saraylarının adları üçün də bir-birindən gözəl, 

göz qamaşdırıcı sözlər seçilib,  gərək yanında

lüğət kitabı gəzdirəsən ki, bunları başa düşəsən! 

"Neolit",  "Planet"  "Qazis",  "Flaminqo"  və onlarca

belə adlar". Şair xalqını, millətini, qəflət yuxusuna

getmiş ağzı göyçək,  özündən müştəbeh,  dilinin

incəliklərindən,  gözəlliklərindən xəbərsiz olan

"ziyalılarına"  onu da deməyi borc bilir ki,  "  ta

qədimdən,  tarixin əvvəlindən çiyin-çiyinə,  əl-ələ

üzü bəri gələn türk dövlətləri içərisində ən

zəngin,  ən zərif,  ən geniş,  ən imkanlı,  ən kamil

dillərdən biri bizim Azərbaycan türkcəmizdir.  Bu

dildə ən incə mətləbləri açmaq,  ən mürəkkəb


575

hadisələri izah etmək olur.  Bu dil yüksək bədii

imkanlar və heyrətamiz elmi kəşflər dilidir. 

İşlətdikcə daha da parlaq olur".

Şair

şerlərində



bədii

təsvir


ifadə


vasitələrindən məharətlə istifadə edir. Urallı qızın

dağ laləsinə,  dağ çiçəyinə bənzətməklə şerin

bədii təsir gücünü artırmış olur:

Əli qızıl, qəlbi qızıl.

Urallı qız dağ laləsi, dağ çiçəyi.

Bu yerlərin səma gözlü, ağ

çiçəyi.

İnsanlara olan sevgisini dağa



bərabər tutur.

Mən Uralam!

Dağdı mənim təbiətim.

Dağ boydadır insanlara

məhəbbətim.

Şairin şerlərində istiifadə etdiyi mübaliğə fikrin

lirik tutumunu, məna dəyərini qüvvətləndirir.

Anaların göz yaşından

Qayalarım oyuq-oyuq

Məğrur alnım qırış-qırış,  çapıq-

çapıq.

Anaların göz yaşından qayaların "oyuq-



oyuq",  dağın alnının "qırış-qırış,  çapıq-çapıq" 

olması mübaliğədir.  Şairin məqsədi burada

müharibələrdə övlad itirmiş anaların çəkdiyi

əzabları,  qəmi-qüssəni

daha

daha


təsirli

nəzərimizə çatdırmaqdadır.



576

Sabir kimi sənətkarları vəsf edən, xalq, millət

mənafeyini üstün tutan,  xalq,  vətən naminə

yazıb-yaradan, 

xalqın

sevimlisinə



çevrilən

sənətkarların əksinə olaraq,  pul-var naminə

yazanları, 

qarınquluları

qınayır, 

ikiüzlüləri, 

xəbərçiləri,  yalançıları,  tənbəlləri,  nadanları

minatür şerlərində elə ustalıqla tənqid edir ki,  iki

misra gözümüz önündə bir dastana bərabər olur. 

Paxıllıq şairin iki misrasında layiqli qiymətini alır:

Süründüyündən  

ayaq üstə gəzənləri

götürmür gözü.

Qalıb qıvrıla-qıvrıla  

  ayağa dura bilmir özü.

Fikrət Sadıq yaradıcılığında bədii ifadə və

təsvir vasitələrindən də istifadə etmişdir.  Bunlar

onun yaradıcılığına sözün deyildiyi məqamda

gəlir.

Ümidim-yaralı bir quş,



Qolum-qanadım qırılmış.

Üşüyürəm, xəzəl olmuş

Yarpağı örtün üstümə.

Burada


şair

ümidini


yaralı

bir


quşa

bənzətməklə keçirdiyi hissləri daha təsirli ifadə

edə bilmişdi.

Şair fikirlərini daha təsirli,  qüvvətli vermək

üçün türkün qədim məskəni olan Kipr adasını

"türkün kövrək zərif bir kəpənək qanadı,  türkün



577

"səbri"  dözümü,  inadı"  adlandırır.  Kipr adasını

"başı bəlalar çəkmiş Ada" kimi təsvir edir.

Fikrət Sadıq şerlərində xalq ədəbiyyatından

kəlmə

ifadələrdən



məharətlə

istifadə


edir. 

Lermatova həsr etdiyi "Duel yerində"  şerində

şairin

ölüm


səhnəsindən

doğan


kədərini, 

qüssəsini:

Bu dağlar ulu dağlar,

Çeşməli sulu dağlar.

Burda bir qərib ölmüş,

Göy kişnər, bulud ağlar.

bayatısından götürdüyü misralarla daha da

dərinləşdirir, bədiiləşdirir:

Bir qartalın köksü qanadı burda,

Sındı bir şahinin qanadı burda,

Qırıldı bir selin inadı burda,

Şahiddir ulu dağlar?

Bir yanan şairin qəlbi dayandı,

Məşuqun ürəyi alışıb yandı.

Cəlladın əliylə qana boyandı,

"Çeşməli sulu dağlar".

   

Bir eşqin rübabı qırıldı burda, 



Bir atəş parçası kül oldu burda.

Bir qərib,  bir cavan vuruldu

burda,

"Göy kişnər, bulud ağlar". 



578

Şerin məzmununda da bu bayatıdan doğan

kədərlə faciəli bir şair ömrünün yaratdığı kədər

ümumiləşdirilir.

Fikrət Sadığın şerlərinin dili xalq danışığı

dilində işlənən ifadələrlə zəngindir.  Bu zənginlik

əsərlərinin

bədiiliyini,  ahəngdarlığını

artırır. 

Deyilən misralar oxucu qəlbini oxşayır.  Onun

şerlərinin dil-üslub gözəlliyi dilinin incəliklərinə

dərindən


bələdliyindən

doğur.  Dilə

yatımlı

ifadələri, sözləri ürəyə də yatımlıdır:



Nolaydı özüm də xəyal olaydım.

Və yaxıd:

Lahıcın yoları dolay-dolaydı.

Və yaxud:

Lahıcın yolları düyüm-düyümdü.

Yalçın qayaları löyün-löyündü.

Şerlərində istifadə etdiyi bənzətmələr də

şeriyyətdən doğur:

Qar yağır qu tükü tək.

Qarın yağımı,  yağdıqca torpağın üstünü

örtməsi,  ətrafın qar donunu geyinməsini şair elə

sözlərlə təsvir edir ki,  könül oxşayır.  Sənətkar

duyumunun, 

sənətkar


təxəyyülünün

zənginliyindən xəbər verir.  Qar yağan ağ çiçəyə

bənzəyir,  qar yağan qu tükünə bənzədilir,  qar

sapa da bənzədilir. O saplar ki,

Torpaqdakı

Kələ-kötür yerləri

Zərif-zərif közəyir.


579

O hər şeyi açıb tökmür,  müraciət etdiyi

predmeti poetikləşdirmək qabiliyyətinə malikdir. 

Onun şerlərinin poetik təsiri bədii məntiqi,  məna

çaları o qədər zəngindir ki,  "atam keçid deyil, 

addamacdır,  addamac"  kimi ilk anda qəribə

səslənən ifadələri oxucuya şirin gəlir.  Onun öz

dəsti-xətti,  özünəməxsus oricinal nəfəsi,  ifadə

tərzi var.  O,  yaradıcılığını sadə insanların

həyatıyla bağlamaqla, bir sıra yeni bədii surətləri

ədəbiyyata gətirməklə,  realizm və humanizm

motivlərini gücləndirməyi bacarır.  O gülüş və

parodiya ilə iş görmür.

Fikrət Sadığın "Kim dedi bəs"  minatür şeri

"Kitabi-Dədə

Qorqud" 


dastanındakı

Dədə


Qorqudun dediklərini xatırladır:

Gəlinə ayran demədim mən Dədə

Qorqud.

Ayrana doyran demədim mən Dədə



Qorqud.

İynəyə tikən demədim mən Dədə

Qorqud.

Tikana sökən demədim mən Dədə



Qorqud.

Fikrət Sadıq isə öz "Bənzətmə"sində ona

çalarlar vurur:

Oğlağa quzu demədi o Dədə

Qorqud.

Gödəyə uzun demədi o Dədə



Qorqud.

580

Bütövə dilim demədi o Dədə

Qorqud.

Nadana alim demədi o Dədə



Qorqud.

Kim dedi bəs?

("Kim dedi bəs").

Görkəmli akademik Bəkir Nəbiyev Fikrət

Sadığın beş misralıq "Bənzətmə"  şerini tədqiqat

obyekti kimi götürür.  Xalq ədəbiyyatından gələn

motivlər üzərində köklənmiş misralara diqqəti

yönəldir və haqlı olaraq bu əsəri "ən azı min illik

bir

tarixə


malik

"Kitabi-


Dədə

Qorqud" 


dastanlarınn müdriklik motivlərinə söykənərək

yazılmış "müasir şer nümunəsi kimi"  yüksək

qiymətləndirir və yazır ki,  "xalq müdrikliyinin

ifadəsi olan bu sətirlərə Fikrət Sadıq öz şerinin

düşündürücülük qüvvəsini artırmaq, onu daha da

təsirli etmək üçün müraciət etmiş "çox yaxşı da

səmərəsini görmüşdür".

Fikrət Sadıq düzüb-qoşduğu misralarda elə

bitkin ifadələr vardır ki, onlar bədii təsvir və ifadə

vasitələrilə zəngindir:

Yaşıl budaq Yanina!

Sarı yarpaq Yanina!

Günəşin bir sapına

Düyün vurub uçurtdum.

Xəyalımı yanına.


581

Burada "günəşin bir sapına düyün vurub

uçurtdum xəyalımı yanına"  ifadəsi öz bədii

zənginliyi ilə seçilir.

Və yaxud;

"Baykal"  şerində Baykalı başı müsibətlər

çəkmiş yetimə,  "sürgün yeri",  "qəm diyarı", 

sinəsinə çəkilmiş dağlardan "qolu qanadı qırılmış

xan göl",  "göllər sultanı"  adlandırır.  Göygölü

Baykalın nəvəsinə bənzədir,  onun Xəzər qədər

özünə

doğma


olduğunu

poetik


misralarla

tərənnüm edir,  görkəminə,  duruşuna,  varlığına

elə sözlər tapıb inci kimi bir-birinin arxasınca

düzür ki, könül oxşayır:

Göz yaşları acı olur, acını udub

Ürəyində çeviribdir şirin nisgilə.

Başı üstə çətir tutub arzu buludu.

O buluddan gecə-gündüz bal

yağır gölə.

("Baykal")

Fikrət Sadığın şerlərində elə ifadələr vardır ki, 

bəlkə də ilk dəfə bu xalq ifadələri onun

misralarında öz əksini tapıb.  "Ümidimə uğur

diləyən,  arxasınca

dalğalarını

yaylıq


edib

yelləyən Xəzərdən keçib gəlib"  və yaxud, 

"Kamanın bəyaz gecələri"  şerində "göylər qız

evin"nə, gecə "gəlin"ə bənzədilir və bu bəyaz

gecənin "ilin bu çağında" gəlişini "gecə yer üzünə

gəlin gəlirmiş"- misrasında daha təsirli, təbii, bədii

lirik boyalarla tərənnüm edir,  könül oxşayan


582

detallardan yararlanmaqla təsirli, gözəl bir bəyaz

gecəsinin yaratdığı səhnəni təbiətin möcüzələrlə

zəngin gözəlliyini verir.  Ağ libas qızların, 

gəlinlərin

geyimiylə

qarşılaşdırdığı

"duman


ümiddən"  olan buludların,  ağappaq üfüqlərin

görkəmindəki

o

bəyazlığı,  ağlığı



sahildə, 

küçələrdə,  Kama boyunca səpilən ağ işıqdan

aldığı təəssüratı,  hissinə,  duyğusuna təsirini "bu

ağ sakitliyi içdim doyunca"misrasında daha

qüvvətli vəsf etmiş olur.

Ural qızlarını "dağ lalə"sinə,  "dağ çisəyi"nə

bənzədir, təbiətin möcüzəsi, "heyrəti", "böyük ulu

bir ölkənin qeyrəti" kimi vəsf edir.

"Ay haqqında daha bir şer"ində ay "göylərin

çırağı"na bənzədilir.  Bu bənzətməylə şair Aya

vurğunluğunu daha qüvvətli bir dillə ifadə etmiş

olur.


"Girdman qayalarında payız"  şerində bütün

bəndlər


Girdman

qayalarının

vüqarından, 

təmkinindən, tarixindən, görkəmindən bəhs edən

özünəlayiq tutumlu misralarla poetik ifadələrlə

zəngindir.  Gözümüz önündə payızına bürünmüş

Girdman qayaları bütünlüklə canlandırılır.  Artıq

bir söz,  ifadə,  bir kəlmə,  bir misra    olmayan bu

şerdə ana torpağın hər guşəsinə,  hər qayasına, 

daşına,  təpəsinə məhəbbətin qüdrətini,  gücünü

duyuruq:

Ağ qaya, boz qaya durub yanaşı,

Dağa kəmər olub qızılı qaya.


583

Bərk


qaya, 

toz


qaya

qucaqlaşıbdı,

Ağır dayanıbdır yazılı qaya.

Ox qaya dəlibdir ötən dumanı,

Xəzəlli qayanın xəzəli uçur.

Mağara qayada yatan dovşanı,

Qanadlı qayanın qartalı pusur.

Qoç qaya,  qurd qaya dostlaşıb

xəlvət,

Gizlədib onları məğrur sal qaya.



Köç qaya,  yurd qaya qoynuna

həsrət,


Yol üstə dinməzcə durub lal

qaya.


Bu cəngavər qaya, bu igid qaya.

Bu da ağ ciyərdir, yastı qayadır.

Bu çapıq qayadır, bu-şəhid qaya.

Bu da qara qaya, yaslı qayadır.

Girdiman dərəsi-qaya diyarı,

Cürbəcür


biçimdə

cürbəcür


rəngdə.

"Kim düzüb dərəyə bu qayaları"-

Özüm də bilmədən qışqırdım

bərkdən.


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin