Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   29   30   31   32   33   34   35   36   37

515

ədalətsiz dünyada çox günah işləməsi - bütün bu

məsələlər

şairin


əsərlərinin

mövzu


ideyasındadır. Şair insan əməlini yazan iki mələk

obrazından

yararlanmaqla

insan

övladının



ehtiyac və tamah üzündən və digər səbəblərdən

Allah yolundan dönməsinin səbəblərini daha

təsirli verir.  Bir mələyin bekar qalması da

dünyanın ədalətsizliklərindən doğur,  ehtiyacdan

doğur ki, insanın yaxşı əməlləri azdır, onu yazan

mələk də "bekar qalıb".  Göz açıb gördüyü

dünyanın ədalətsizlikləri içərisində ancaq yaxşı

əməl


sahibi

olub


qala

bilməyin


qeyri-

mümkünlüyünün

ağrısını

çəkir. 


Gördüyü

ədalətsizliklərə göz yuma bilmir.  Bərabərsizliyin, 

bu düynanın bərabərsiz insanlarının bərabərsiz

əməllərinin,  törətdikləri günahların baş alıb

getdiyini iki mələk- dini mifik görüşlərin işığında

daha təsirli,  bədii cəhətdən qüvvətli tərənnüm

etməyə nail olur:

Daş da yuvarlansa olar daş

təkər.

İnsan ömrü boyu əziyyət çəkər.



Bir yanda bir mələk dayanıb

bekar,


O yanda bir mələk bağlayıb

kitab.


Ömrü boyu əziyyət çəkən insan övladının

qayğısı,  əzabı,  gördüyü haqsızlıq,  dünyanın

ədalətsizcəsinə

qurulumuş

qanunlarındandır. 


516

Gördüklərinə

dözməyən,  düşüncələri

yoran


insanın dözümü də şairi düşündürür.  İnsandakı

bu dözümə məətəl qalan şair insan övladının

əzablar üzərində kökləndiyini hər yerdə külli-

kainatda


qismətinə

əzab


dolu

bir


ömür

düşdüyünü bilir. O da bu dünyanı övladıdır, o da

ehtiyac içərisində bəlkə də zərrəcə belə günah

işləməmək eşqi ilə yaşayıb,  bütün ömrünü saf

vicdanla,  yaxşı

insan


kimi

başa


vurmaq

arzusunun hardasa qırıldığını görüb qüssələnib, 

bəlkə



qəzəblənib, 



bəlkə

fəlsəfi



düşüncələrini vermək üçün bu mövzunu şeri

üçün əsas götürüb. Bəlkə də özünün dediyi kimi

"çətin suallar"a bu insan aləmində cavab

tapmayacağını duyub və bu duyğuları folklor

içində əridib. 

Fikrət Sadıq dualarında,  yalvarışlarında elə

ifadələr işlədir ki, bunlarda şeriyyət, lirika o qədər

şirin,  həzin,  könül oxşayandır ki,  hər biri xalq

ifadəsini, folklor nümunəsini xatırladır:

Allah eşit fəryadımı,

Qırma mənim soy adımı.

Rəhm et, düymə göy əskiyə,

Mənim dərdli həyatımı,

Bir nəvə bəxş elə mənə!

Və yaxud:

Ya küləyə bələ göndər.

Ya buluda bələ göndər.

Ya da elə-belə göndər.



517

Bəsdir bəla göndərdiyin,

Bu dəfə də bala göndər.

Fikrət Sadıq gördüyü haqsızlığın,  insan

övladının törətdiyi faciələrin kökünü araşdırarkən

yenə folklor,  dini -mifik inamlara üz tutur. 

Dünyanın ilkin başlanğıcı,  ilk insan Adəmin bu

dünyaya gəlişinə barmaq uzadan bir cinayətkar, 

zülüm, şər törədən qüvvəni ortalığa çəkir. Dünya

bu qədər zülm,  ədalətsizlik yuvasıdırsa,  Tanrı

yaratdığı

Adəm


övladına

bəslədiyi

sevgi

müqabilində



ona

belə


dərdli-bəlalı

ömür


verməzdi.  Dünyanı da,  Adəmi də Allah yaradıb. 

Sülh,  əmin-amanlıq sevən Allah övladı -Adəm

oğluna o barmağı uzadan Şeytan- İblisdir.  İblis

dini


mifologiyada

Adəm


oğlunu

tanımaq


istəməyən,  ona baş əyəməyən mələkdir.  Allah

Adəmi gildən yaradıb ona can verib,  bütün

mələklərə onun yaratdığı bu canlı varlığa təzim

etməyi tapşırır.  Bütün mələklər Tanrının bu

istəyini yerinə yetirir,  yalnız Şeytan özünü od

övladı kimi gildən yaranmış Adəmdən üstün

tutub, Allahın əmrindən çıxır. Belə olduqda Allah

onu Cənnətdən qovur.  Yerin yeddinci qatında

məskunlaşan İblis dini ayətlərə görə yeddinci

qatda oturub özünə tabe olan bədxah,  şər

qüvvələrə

başçılıq


edir.  İnsanlardan

qisas


alacağına and içmiş,  Adəm və Həvvanın

cənnətdən qovulmasına nail olmuşdu. İblisin əmri

ilə şeytanları yer üzərinə gəlir və burda Adəm


518

övladlarını yoldan çıxarır və onların günah

işləməsi üçün çalışır. 

İlk insan olan Adəmin dünyaya gəlişində şair

bir qəribəlik görür və onun fikrincə,  Adəm yer

üzünə göndərilərkən İblis onu oğurlayıb,  ona

oxşar Adəmi yerə göndərib və buna görə də

insanın əməllərində bir iblisanəlik də var:

Tanrı cənnətdən qovanda Adəmi

İblis yolda oğurlayıb,

Dəyişib onu.

Dünyaya göndərib öz adamını.

Elə o vaxtdan çaş-baş salıb

hamını.


Odur ki, hər birimizdə bir az iblis

var.


Yoxsa nədir dünyanı bürüyən

Bu şübhələr, xəyanətlər

Fəlakətlər, davalar?

Dünyanı


bürüyən

bu

çaxnaşmalar, 



qarışmalar,  xəyanətlər,  fəlakətlər təmiz Adəm

övladının deyil,  insanlığa düşmən Şeytanın

əməlləri olduğunu bildirən şair insanlığı,  saflığı, 

bəşəri gözəlliyi,  hümanizmi əsas götürən Allah

övladı -Adəmi xislətliləri onlardan ayırır və bu

ayırmada oxucu kütləsinin fikirlərini bir nöqtəyə-

yaxşılığı,  yaxşı əməlləri,  insani keyfiyyətləri

qoruyub saxlamağı,  təmizliyi,  dincliyi,  firavanlığı, 

insan xoşbəxtliyinin təminatçısı olması arzusunu

daha təsirli, qüvvətli verir.



519

"Qonşun pisdir,  köç qutar"  atalar sözündən

yararlanmaqla şair öz fikirlərini daha təsirli, tutarlı

verməyə nail olur. Hikmət dolu mənəvi xəzinəmiz

olan atalar sözləri qısa,  yığcam olsalar da, 

onların məna dərinliyi yüksəkdir və bu şerilə şair

əsl vətəndaş şairdir. Bir atalar sözünün fövqündə

Qərbi,  Şərqi,  Şimali,  Cənubu olan Azərbaycanın

taleyinə

yazılan


qara

baxtı


ümumiləşdirir. 

Mövzusu bu günümüzlə səsləşən,  ideyasında

Azərbaycanın

Qərb,  Şərq,  Şimal,  Cənub

sahillərini əlindən alıb,  bu torpaqları zorla

mənimsəyib,  buralarda öz dövlətini yaradıb, 

özünü Azərbaycanın qonşuları kimi tanıdanların

pozucu


siyasətlrini, 

Azərbaycanın

başına

açdıqları oyunun "qonşu"  dövlət adı altında



törətdikləri cinayətlərin xalqın səbir kasasını

daşdırdığını,  naəlac qalan xalqın düşdüyü

çətinlikləri,  üzüntüləri təsirli bir dillə verilir.  Bu

ümumiləşdirmənin bədii dəyərini, təsir qüvvəsini, 

atalardan gətirdiyi bir misalla qüvvətləndirir. 

"Qonşun pisdir,  köç qurtar"  atalar sözünün də

çox zaman mümkün olmadığını ictimailəşdirir:

Hara köçüm axı,

Vətənimdir bu diyar.

-deyir.  Qonşu sayılan erməni murdarlarının, 

dostluq pərdəsi altında öz siyasi məqsədlərini

həyata keçirməsinin , Şərqi Azərbaycanın, Şimali

Azərbaycanın, Cənubi Azərbaycanın, gürcü, fars, 

rus


imperialist

qüvvələri

tərəfindən

qəsb


520

edilməsinin Azərbaycan üçün nə kimi faciələr

törətdiyini,  bu xalqın öz torpağından bu gün

məhrum edildiyini hələ də dözüm,  səbr,  iradə

göstərməsini,  yurddaşlarının taleyini,  əzab dolu

həyatını ön plana çəkir.

O uzanan güllü-çiçəkli dərə də,

O ucalan qarlı dağ da mənimdir.

Şimal, Cənub, Qərb, Şərq,

Sol da, sağ da mənimdir.

Qonşumun yaşadığı

O torpaq da mənimdir.

"Vətənin əl boyda daşı"  əsərinin mövzusu

xalq


ədəbiyyatından

götürülmüşdür.  Əsərin

qəhrəmanı Mete özündən əvvəl və sonrakı

hökmdarlar arasında dövlət qurmaq,  onu idarə

etmək, qonşu dövlətlərlə əlaqə yaratmaq, onlarla

diplomatik münasibətlər saxlamaq qabiliyyətinə, 

bacarığına, intizamlı, qüdrətli ordu yarada bilmək

səriştəsinə görə xalq ədəbiyyatında əfsanəvii bir

obraz kimi xatırlanır. Şair onu əsərinin qəhrəmanı

seçməkdə,  onunla bağlı əfsanə və rəvayətlərin

mövzusundan,  sücetindən istifadə etməkdə öz

şair marağını əsas götürür. Meteni ona sevdirən

onun qüdrətli sərkərdə,  uzaqgörən türk xaqanı

olması,  vətənpərvərliyidir.  Onun torpaqla bağlı

əfsanələşmiş rəvayətlərindən birinin mövzusunun

obraz və motivlərindən öz əsərində qoyduğu

mövzunun,  ideyanı güclülüyü,  təsirliliyi üçün

yararlanır.  Onun vətənpərvərliyi torpağa,  yurda



521

bağlılığı ilə səsləşən rəvayətlərdən birində deyilir

ki,  atasının ölümündlən sonra taxta çıxan Mete

gəncliyində Tunqhu dövlətlə üz-üzə gəlməli olur. 

Həmin dövrdə Tunqhu çox güclü dövlət idi. Onun

dövləti həmin dövlətə xərac verirdi.  Qonşu

dövlətlərin hesabına güclənmiş Tunqhu dövləti

bundan istifadə edib, öz iradəsini qonşu tayfalara

zorla

yerinə


yetizdirirdi.  Mete

hakimiyyətə

gələndən sonra onu gənc və təcrübəsiz bir

hökmdar sanan Tunqhu xaqanı elçisini onun

yanına göndərir.  Ən yaxşı atını verməsini tələb

edir.  Əks təqdirdə xalqını və torpağın ayaqlar

altına salacağını bildirir. Mete elin ağsaqqallarını, 

nüfuzlu adamlarını toplayıb məşvərət keçirir. 

Onlar bildirir ki, at türk üçün qiymətli varlıqdır. O, 

igidin həm dostu, həm də yaraşığıdı. Tunqhulara

at vermək xalqa əskiklik gətirər.

Mete onları dinləyib, axırda öz hökmünü verir

və bildirir ki,  biz bir ata görə vuruşa girib, xalqın

qanının axıdılmasına dözə bilmərik.

Bir müddət keçəndən sonra yenə tunqhuların

elçiləri xaqanın irəli sürdüyü tələbi Meteyə

çatdırır və ondan hun xaqanın ən sevimli

kənizlərindən birinin verilməsini,  əks təqdirdə

döyüşə başlayacağı fikrini çatdırır.  Mete yenə

igidlərinin qanı tökülməməsi üçün ən sevimli

kənizlərindən birini göndərir.

Qəddar, amansız, aldığı qiymətli xəraclardan

gözü doymayan Tunqhu hökmdarı üçüncü dəfə


522

elçilərini Metenin üstünə göndərir və onun

sərhəddi yaxınlığındakı çınqıllı, istifadəyə yarasız

torpağı istəyir və verməsə müharibə edəcəyini

bildirir.

Üçüncü dəfə yenə Mete məşvərət etməli olur, 

Düşmənin

tələbini


onlara

çatdırır."Ağsaqqallardan

biri

ayağa


qalxıb

əksəriyyətin fikrini belə ifadə etdi":-

-Xaqan sağ olsun,  sən qonşu dövlətin bütün

tələblərini yerinə yetirmisən. Bizə qulaq asmayıb, 

ən gözəl sevimli atını,  ən yaraşıqlı kənizini

tunqhulara vermisən.  İndi bu kimsəsiz çınqıllı, 

heç nə bitməyən bu torpaq nədir ki,  ondan ötrü

qonşu


dövləti

özümüzdən

narazı

salaq, 


igidlrəimizin qanını tökdürək. Onsuz da tunqhular

bəhanə gəzirlər. Mən həmin torpağın verilməsini

təklif edirəm.

Mete hiddətlənib ayağa qalxdı:

-Torpaq dövlətin təməlidir.  Onu heç kəsə

vermək


olmaz.  Torpağı

əcdadlarımız

bizə

əmanət qoyub getmişdir,  orada babalarımızın



sümükləri uyuyur. Torpaq mənim deyil, xalqındır. 

Xalqın torpağını verməyə heç kimin ixtiyarı

çatmaz.  Mən öz atımı,  yaraşıqlı kənizimi

tunqhulara ona görə verdim ki,  onlar mənim

özümün idi.  Amma torpağı verə bilmərəm.  Bu

torpaq gələcək nəsillərə çatdırılmalıdır.  Ya xalq

məhv olmalı,  ya da torpağını öz qanı hesabına

qorumalıdır".  (Vəli Həbiboğlu.  Türk dünyasının



523

qüdrətli hökmdarları,  xaqanları,  sərkərdələri 1-ci

kitab. Bakı 1995. səh. 61)

Mete bu müharibədə qalib çıxır.  Onun

qüdrətinə,  qüvvəsinə,  cəsarətinə bələd olan

Tunquların xaqanı onun atını da, kənizini də geri

qaytarmalı olur.

Fikrət Sadıq bu mövzuda yayılmış rəvayətin

motivlərindən istifadə etməklə "Vətənin əl boyda

daşı"  poemasını yaratmışdır.  Poemada Metenin

qəhrəmanlığı, 

torpağına, 

xalqına

sevgisini



ümumiləşdirir.  Hökmdar "ölü çol"  adlandırılan

torpağın müdafiəsinə qalxır:

Kim Vətənin övladıdır.

Gəlsin mənim ardımca.

Ölü olmaq yeydir bizə

Düşmən bizdən

"ölü çölü" alınca.

Bu mübarizədə Metenin arxasınca gedən

bahadırların,  onlara bu mübarizədə mənəvi

qüvvət verən qoca hunların obrazlarını şair

poetik misralarında qüvvətli,  təsirli bir dillə

tərənnüm edir.  Metenin Tunqhu hökmdarına

göndərdiyi bu sözlərdə torpağı sevən,  vətənə

layiqli başçı olan qüdrətli sərkərdənin,  alovlu, 

odlu,  mübariz hökmdarın,  "torpağı verməzlər, 

torpağıı alarlar"  kəlməsinin arxasında yatan

böyük mənanı lirik bir dillə oxucuya çatdırır:

Torpağı verməzlər,

Torpağı alarlar.


524

Torpağın qəbzəsi yoxdur,

Tutasan, oğul.

Torpağın yüyəni yoxdur,

Ç əkəsən, oğul!

Torpağı almaq üçün

Gərək üstündə qan tökəsən, 

oğul!


Gedin deyin xaqana,

Ana Asiya keçilərini sağanda

Sabah dan üzü,

Ala dağın ətəyində

Gözləyirəm sizi.

Gəlsin diri ikən

Alsın məndən "ölü çölü".

Xas igidin sözü

Əməliylə ölçülür.

Bu poema (eyni zamanda onun əsasında

yazılmış "Bir parça Vətən"  dram əsəri)  şairin

Vətən, 


yurd, 

torpaq


sevgisindən, 

onun


müqəddəsliyindən, 

məğlubedilməzliyindən, 

torpaq uğrunda can qoyan igid, məğrur Metedən

əvvəl və ondan sonra bu günümüzə qədər

torpaq, vətən uğrunda çalışan, çarpışan mübariz

sərkərdələrin,  xaqanların

nəcib

əməllərinə



bəslədiyimiz məhəbbətdən,  xalq-dövlət-torpaq

mənafeyini dünyada hər şeydən uca olduğundan

bəhs edir və vətənə, xalqa, torpağa bağlı istər adi

əsgər,  istər general olsun,  istər sərkərdə,  istər

dövlət başçısı olsun,  onun bu böyük insani


525

kefiyyətinin həmişə ona başucalığı gətirdiyinə, 

xalqı tərəfindən daima sevildiyinə,  ona bəslənən

inam hisslərini artırır. Fikrət Sadıq xalq içərisində

yayılmış çin səlnamələrində mifoloci bir obraza

çevrilmiş

Metenin

sərkərdəlik



qabiliyyətinin

çoxlarına örnək olduğunda yanılmır.  Ondan

sonra gələn çox böyük tarixi şəxsiyyətlərin

torpaq,  dövlət mənafeyini hər şeydən üstün

tutduğunu bilirik və şair mövzuda bu rəvaəytin

sücetinə,  obraz və motivlərinə yaradıcı surətdə

yanaşaraq

bədii


cəhətdən

qüvvətli,  bitkin, 

samballı yeni səpgidə bir sənət əsəri yaratmağa

müvəffəq olmuşdur.

"Ana əli"  haqqında yayılmış xalq əfsanəsi

milli-mənəvi dəyərlərimizə hörmət prinsipləri

əsasında

yazılmış, 

poetik

tutuma


malik

poemanın mövzusudur.  Burada ana məhəbbəti, 

ana sevgisi- ana qayğısı uca tutulur.  Analıq

duyğularının müqəddəsliyi,  kövrək ana qəlbinin

övlad yolunda hər şeyə dözdüyünü,  ana üçün

övladdan əziz ikinci bir varlığın olmadığını şirin

boyalarla verir. Xalq arasında yayılmış əfsanəyə

görə ölüm ayağında olan ana ərindən xahiş edir

ki, o öləndən sonra qolunun birini kəsib götürsün, 

ondan sonra evlənsə,    evə ögey ana    gətirsə, 

körpələrini ögey ana əli ilə deyil,  kəsilmiş əli ilə

döysün. Ata ananın bu vəsiyyətinə əməl edir. Bir

müddət sonra evə ögey ana gətirməli olur.  Başı

işə-gücə qarışdığından,  ögey ananı uşaqlara



526

verdiyi


zülümdən

xəbərsiz


olur.  Get-gedə

uşaqların saralıb-solduğunu görür,  nəhayət,  hər

şeydən xəbərdar olan ata ögey anaya yaylığın

arasındakı- büküb saxladığı ana əlini göstərir və

deyir:

Ananın arzusunu



Başa saldı "ana"ya.

"Əgər qalmaq istəsən

qal",-dedi.

"Amma qalmaq istəsən,

gəl bu əli al"-dedi.

Analarına oxşa.

"Döyəndə bu əllə döy,

oxşayanda da oxşa!

Unutma ki, anasan.

Analıq deyil asan!"

Bu misralarda kövrək, ülvi ana duyğuları, ana

qayğısı müqəddəs ana böyüklüyü on plana

çəkilir. Xalq ədəbiyyatından gəlmə bir mövzunun

süceti əsasında kamil,  realist bir əsər yaradan

Fikrət Sadıq folklor ənənələrinə sadiq qalaraq

yaratdığı

əsərin

dilinin


sadəliyinə, 

şerin


oxuculluğuna

diqqət


yetirdiyi

kimi,  poetik

zənginliyinə də eyni hisslərlə yanaşır.  Həm

mövzu,  həm forma,  həm də məzmun cəhətdən

bir-birini tamamlayan bu gözəl xalq ədəbiyyatı

əsasında


yazılmış

əsərdə


güclü

duyum


sənətkarın imkanları,  Fikrət Sadıq incəliyi, 

kövrəkliyi, saflığı duyulur.



527

"Arzu bulağı"  əsərinin süceti də bir Krım

əfsanəsindən götürülmüşdür.  Şair bu əfsanənin

motivləri əsasında Yalta yaxınlığındakı-Misxorda

sahildən azca aralı qucağında körpə tutmuş Su

pərisi abidəsiylə bağlı bildiyi,  eşitdiyi xalq

əfsanəsini poetik misralara çevirir.  Dənizin bu

tayından oğurlanıb aparılan Arzu adlı qız vətən

həsrətinə dözməyib,  "Qürbət eldə qalmaqdansa

ölüm yaxşı", qurbətin nur dənizindən "qaragölüm

yaxşı"-deyərək körpəsini qucağına alıb dənizə

atılır.  Dərdli ana o sahildən bu sahilə üzənə

qədər çox əzablar çəkir və nəhayət,  su pərisinə

çevrilib öz doğma sahillərinə üz tutur. Ana vətənə

məhəbbəti, qürbət elin ağrı-acısını ümumiləşdirir. 

Yurda, el-obaya məhəbbət üzərində qurulmuş bu

əsərin sücetində ən müqəddəs duyğular yaşayır. 

Qürbət elin darıxdırıcı mühitində yaşamaqdan

ölməyi üstün tutan Arzu körpəsini bağrına basıb

doğma sahillərinə doğru üzməsini şair folklor

motivləri üzərində kökləyir.  Vətənpərvər qızın

vətənə müqəddəs məhəbbətində, ona qovuşmaq

istəyində Yunisin balıqları ilə bağlı folklor

motivlərdən,  su pərisi obrazlarından yararlanır. 

Bu Krım əfsanəsində yüksək bəşəri duyğular

zamanından, məkanından asılı olmayaraq hər bir

oxucu üçün doğmadır, əzizdir.

Vətən-qürbət bir-birinin əksi olan bu varlıqlar

insanın alın yazısına, qismətinə, baxtına çevrilib. 

Qürbət vətənini sevən hər kəsin içində bir



528

yaradır.  Vətən yatağı daş-qaya olsa da insan

üçün ən müqəddə,  sevimli bir varlıqdır.  "Vətənə

gəldim-imana gəldim"-nahaq deməyiblər.  Fikrət

Sadıq bu əfsanənin sücetini real əsaslar üzərində

qurur, folklordan gəlmə motivlərlə onun bədiiliyini

artırır:

İldə bir gün, qürub çağı

Qədim Misxor qayaları,

Ovum-ovum ovular,

Qəlpə-qəlpə dağılar.

Eşidincə bu naləni

"Oyan bala, oyan bala!,

Vətən sarı boylan, bala!"

Görənə görk olar, dərd olar.

Eşidənə ibrət olar.

Bu əfsanə öz dərin məzmunu ilə doğrudan da

ibrətamizdir. Arzu qızın taleyini, qismətini bu gün

minlərlə Azərbaycanlı qadını,  qızı yaşayır. 

Obasına, elinə həsrət, dağlarının gülünə-çiçəyinə

həsrət Azərbaycan qadını, qızı bu gün Kəlbəcər, 

Zəngilan,  Ağdam,  Qarabağ həsrətilə yaşayır. 

Arzu o qızların istək və arzularının ifadəçisidir.

Litva əfsanəsi əsasında yazılmış "Balıqçı və

su pərisi"  əsərində də insan sevgisi,  saf

məhəbbət lirik bir dillə tərənnüm edilir."Bacı-

qardaş nağılı"  da xalq içərisində yayılmış bir

rəvayətin sücetidir. 



529

Bir gün şahın adamları elan edir ki, 

meydanda üç kişi asılacaq,  hamı meydana

yığışsın.

Meydana gələn qadınlardan biri üç kişinin biri

əri,  biri olğlu,  biri qardaşı olduğunu görüb

padşahın ayaqlarına yıxılıb onları bağışlamasını

istəyir.  Padşah biləndə ki,  bu üç şəxsin hər üçü

bu qadının əzizləridir,  onların yalnız birini-ya

oğlunu,  ya ərini,  ya da qardaşını seçib

götürməsini,  qalanların isə edam olunacağını

bildirir.  Ç arəsi kəsilmiş qadın məcbur olub

kişilərdən birini-qardaşını götürür. Padşah ondan

soruşur ki,  nə üçün ciyərparasını,  başının

sahibini deyil,  qardaşını seçdi.  O vaxt qadın

deyir:


-Ər eldən gəlir, oğul beldən,

Qardaş amanı.

Padşah bunu eşidib o biri əsirləri də qadına

bağışlayır.

Şair bu əsərində bacı-qardaş məhəbbətini

yüksəkliklərə qaldırır,  bu sevgini uca tutur. 

Bacıların

qardaşlara

bəslədiyi

məhəbbətin

ülviliyini tərənnüm edir.  Bacını ana qeyrətli,  ana

əvəzi,  evin dirəyi,  şəfqət bacısı,  yeddi qardaşın

möhtacı",  "yeddi dərdin dərmanı",  "yetim evin

ocağını közərdən",  "qara daşda mehribanlıq

göyərdən" adlandırır:

Bacılı ev nur ətirli, abad, firavan.



530

Hər guşədə bacı əli,  səliqə, 

sahman.

Bacısız


ev

bacası


kor

zülmətxanadır,

Bacı-qayğı,  bacı

işıq,  bacı

anadır.

Şair anaya bənzətdiyi,  ana qədər müqəddəs



sandığı bacının yüksək insani keyfiyətlərini lirik

bir dillə vəsf edir.  Bacı məhəbbətini,  ana

duyğularını,  qadın ismətini,  etibarını ananın

çəkdiyi daxili iztirablar aləmini səmimi biri dillə

ifadə edir:

Qadın baxdı həsrət-həsrət alışa-

yana,

Gah qardaşa,  gah ərinə,  gah da



oğluna,

Neyləsin,  o kimi seçsin,  kimi bir

anlıq,

Buludlanmış



gözlərinə

çökdü


qaranlıq.

Arvad susdu,  Ana susdu,  ayıldı

Bacı.

Handan-hana



qaranlıqdan

sıyrıldı Bacı.

"Bu

ərimdir, 



bu

oğlumdur, 

qardaşım hanı?

Ər eldəndir,  oğul beldən,  qardaş

amanı."


531

Şah diksindi bu bölgüdən xəyala

daldı,

Bacı-qardaş nağılından bir ibrət



aldı.

"Əsil bacı məhəbbəti sarsıtdı

məni,

Azad edin əsirləri, kəsin naləni!".



Üç əziz insanı itirməkdə olan qadının vüqarını

əzmiş,  qırıb düşmən ayağına aparan sinəsində

yaşatdığı

məhəbbətdir-övlad

məhəbbəti,  ər

məhəbbəti,  qardaş məhəbbəti.  Bunların qadın

üçün



qədr



əziz

olduğunu


şair

belə


ümumiləşdirir:

"Yç lay divar birdən uçsa evdən

nə qalar.

Üç şah budaq birdən sınsa çinar

da solar.

Üç xəncəri bir ürəyə birdən

vurma şah!

Heç olmasa birciyini saxla,  sən

allah!

Yanağından damcı-damcı axan



göz yaşı

Axıb, şahın ürəyində əritdi daşı".

Şair bacı-qardaş məhəbbətini bir rəvayətin

sücet və motivlərindən faydalanmaqla daha

qüvvətli,  təsirli,  oricinal bir səpgidə tərənnüm

edərkən,  folklorumuzun zəngin nümunələrindən

olan,  bacı-qardaş məhəbbətini ülvi,  lirik bir


Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin