Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

483

çağırır:"Sənin ana dilin dünya dilləri içərisində ən

zərif, ən güclü, yığcam, zəngin, tutumlu dildir. Ən

incə mətləblər-həyat,  təbiət,  sevgi,  məhəbbət və

ölüm haqqında nə varsa bu dilə sığışıb.  Bütöv

kainatlar,  ulduzlar,  Günəş işıqlarıyla,  halələriylə

bu dilin içindədir. Sənin Ana dilin Ana laylasından

başlanır,  bir az keçir nağıllara qulaq asırsan,  bir

az böyüyüb dastanlar eşidirsən,  sonra sevirsən, 

mahnısını oxuyursan, bayatı çağırırsan, bir az da

yaşa dolub atalar sözündən bəhrələnirsən, sonra

da ölürsən.  Sənə ağılar oxuyurlar.  Ana dilin -

sənin bütöv ömrün boyu layla,  nağıl, dastan, 

atalar sözü və ağı olub səni izləyir.  Ömür boyu

səninlə birgə addımlayan, sənin cangüdənin ana

dilindir. Sən də onun cangüdəni ol! Sən ana dilini

qorumalısan ki, öləndə də ölməyəsən!"

Fikrət Sadıq dilimizə gələn ingilis,  fransız-

digər yabançı dil sözlərini güvəyə bənzədir, 

dilimizi yun parçaya, ona zorla pərçim olunan yad

sözləri isə güvəyə bənzətməkdə şair haqlıdır. 

Güvə parçaın dağıdan kimi o yad sözlər də "dili

içəridən

yeyir". 


Fikrət

Sadıq


şerlərində

poemalarında olduğu kimi yazılarında,  ədəbi

tənqidi məqalələrində, dilə aid yazılarında da son

illərdə xarici kapitalın Azərbaycana axımıyla

yanaşı,  dilini,  sözlərini həyatımıza,  məişətimizə, 

incəsənətimizə gətirmək istəyənlərin siyasətini

pisləyir.  Azərbaycan ziyalısı kimi hansı formada

deməsindən asılı olmayaraq o Azərbaycan



484

xalqının


milli-mənəvi

dəyərlər


üzərində

köklənməsini,  dilimizin incəliklərinin qorunub

saxlanmasını,  hansı məqsədlər olur- olsun

dilimizin imkanları sayəsində çatmağımızı istəyir. 

Onun bu millətçi sözün yaxşı mənasında millətçi

duyğularında bir səmimilik,  təbiilik va və bu hər

bir ziyalıya Fikrət Sadığı sevdirə bilir və o

qələmini,  zəkasını onun dilinin saflığı üstündə

mübarizədə sınamasını yüksək qiymətləndirir.

Fikrət Sadıq üçün bütün türk dilləri əzizdir, 

doğmadır.  O,  bütün türk dilləri üçün ortaq

sözlərin işlədilməsini arzulayır.  Ona görə də

şairin axarlı,  pıçıltılı,  şırıltılı türk dilində yazıb-

yaradan


bütün

türk


şairlərini,  yazıçılarını

"dünyanın yarısında danışılan bu ulu dilin ən

qədim ,  ən yaşarı sözlərini"  işlətməyə çağırır. 

Ona görə çağırır ki,  "qoy eldən-elə gəzib

dolanmaq asan olsun.  Qoy ümumtürk ədəbi dili

yaransın. Onsuz da qaqauz da, yaqut da, özbək

də, türkmən də, tatar da, qaraçaylı da və böyük -

kiçik türk xalqları türkcə danışacaqlar dünyanın

sonunadək!"

Fikrət Sadıq türk dilinin bütövlüyünü istədiyi

kimi,  türk xalqlarının bütövlüyünü arzulayır. 

Yüzilliklərdən öncə və sonra da türk dövlətlərinin

bayraqlarındakı

Aypara


şairin

qəlbində


nigarançılıq doğurur.  "Tayfa-tayfa,  qəbilə-qəbilə, 

dövlət-dövlət və para-para" indiyə qədər mövcud

olan türklərin birləşməsindən sonra bayraqlara


485

çəkiləcək Bütöv Ayın həsrəti içindədir. Ona görə

bayrağında bütöv Günəş olan yaponlara qibtə

edir.  Ayparamızın bədirlənmiş Ay olacaq günü

həsrətlə gözləyir:"  Maşallah!  Bu da ümidlərin

açarıdır.  Bu söz insanların inam ocağıdır.  Səbr, 

dözüm

ocağıdır.  Aralıq



dənizindən

yapon


adalarınadək

ölkə-ölkə

cəmlənmiş

türklər


insanların taleyi,  zaman-zaman yerdəyişmələr

F.Sadıq qələmində,  yerli-yerində açılır,  tökülür, 

sanki şair türk tarixçisidir.  Öz şe'r,  publisist

dilində


"Qovuşan

çaylar


nağılı"nı

danışır. 

Hamımıza doğma,  sevimli nağılı.  Türk dillərinin

bu günkü vəziyyəti bu nağılın girişindədir:  "Biri

vardır-biri yoxdur, bir türk milləti vardır və onların

indiyə qədər qoruyub saxladığı bu dil hansı

dəyişikliklərə uğrayıb,  özünü necə qoruyub

saxlayıb.  Keçmişindən xəbəri varmı,  hansı türk

tayfası dilini "irəli"  aparıb.  Hansı qoruyub

saxlayıb elə öz kökünün üstündə oturub? 

F.Sadıq yerli yerində izahatını verir,  gördüyü

eşitdiyi həqiqətləri açır.  Türkiyənin Avropayla

qonşu türklərinin dillərindəki gəlmə sözlərin

çoxluğundan başlayır,  dilçi şairimizin deyimi, 

sözü. Şirin, sadə dilçi şairimiz "Türkiyə bu gün bir

az da muasirləşmiş və Avropa dillərindən alınmış

gəlmə sözlərlə zənginləşmiş bir dildə danışır. 

Azərbaycan türkləri bir az dünənin bir az da bu

günün diliylə danışır.  Türkmənlər,  özbəklər, 

tatarlar sırağa günün türk diliylə,  qazaxlar, 



486

qırğızlar,  uyğurlar bir az yaxın- uzağın türk

dilində,  yaqutlar,  xakaslar lap uzaq türk dilində

danışırlar. Bu ölçüylə burdan Kamçatkaya qədər

yaşayan türklər zamanın kəsiyində əsr-əsr,  bu

gündən uzaq keçmişə gedirlər.  İstanbulda

neologizm çoxdur, yakutyada donukluq.  Əsr-əsr, 

pillə-pillə qayıdıb,  birdən-birə bütün dövrlərdə

danışan türk dillərini görmək olar".F.Sadıq

dilimizin içərisində öz nağılını qurur.  Folklor

üzərində köklənmiş bu nağılında bir türk

dünyasının qədimliyi,  ululuğu yaşayır,  o nağılın

qoluna, 

budağına


toxunmadan

bütün


həqiqətləriylə bərabər F.Sadıq belə danışır, belə

qurur,  belə söyləyir:"Babilistanda Dəcləylə Fərat

arasında yaşamış türklər Günəşə doğru getdilər

ki,  Günəşə əllə toxunsunlar.  Gəlib,  gəlib çıxdılar

Azərbaycana,  Kür ilə Arazın kənarına.  Bir qismi

qaldı orda,  bir qismi addadı Türküstana Ceyhun

və Seyhun çaylarının kənarına,  burda da bir

qismi ayrılıb burda qaldı,  bir qismi bir addım

oyana- Altaya-Bəysu və Xatunsu çaylarına gəlib

çatdı.  Sonra soyuq Sibirdə adını bilmədiyim

neçə-neçə qoşa çayın qovuşduğu yerlərdən

keçib Monqolustana, Ç inə, ta Yapon adalaınadək

getdilər.  Zaman öz atını dördnala çapıb keçdi. 

Sular axdı,  küləklər əsdi,  ölüm-dirim savaşları

oldu.  Birləşdilər ayrıldılar,  ayrıldılar birləşdilər, 

dövlət oldular,  yıxıldılar bir daha durdular.  Və

birdən vətən həsrəti güc gəldi. Qayıtmaq istədilər


487

doğma yerlərə. Türkün vətəni dünyanın yarısıdır. 

Qayıtdılar yollarda hər qoşa çay görəndə Dəclə

ilə


Fərata

oxşatdılar,  Bəysu

ilə

Xatunsu


kənarında bir tayfa ayrıldı qaldı Altayda,  sonra

Orta Asiya Ceyhun ilə Seyhun arasında bir qismi

qaldı,  Kür Araz boyunda da bir daha oradakı

qədim türklərə qoşulub qarışdılar. Sonra yenə də

Türkiyə,  yenə də Babilistan-Kərkük torpağı. 

F.Sadıq beləcə türk dünyasının əzəli-əbədi

torpaqlarını,  məskunlaşdığı ərazinin xəritəsini

cızır, cizgiləri doğma qovuşan çayların sahilində. 

Harda çay,  dağ,  dərə,  dəniz var orda türk var,

harda Günəş var orda türk var.  F.Sadıq

demişkən "bu əzəli, əzəmi və əbədi türk elləri bu

çaylar bir-birinə qovuşduqca yaşayacaqlar… 

Gələcək türklərindir"

Fikrət Sadığın hər bir türk millətinə,  türk

övladına münasibəti də səmimidir.  Bu səmimilik

onu "Şəhid türk zabitinin məzarı haqqında" 

yazılan mövzulara münasibət bildirməyə vadar

edir.  Diqqət

mərkəzində

Şamaxı


yolunun

üstündəki türk məzarı durur.  "Türkün qəbri" 

adlanan bu məzarın üstündə 1918-ci ildə

Azərbaycanı xilas etməyə gələn Türk Qafqaz

İslam Ordusunun komandanı Nuru Paşanın və

onunla birgə gələn əsgər və zabitlərin şərəfinə

abidə qoyulması ilə bağlı irəli sürülən təkliflərə

dəstək verir və bildirir ki,  "Bizim onu unutmağa

haqqımız yoxdur.  Onun ruhu bizi bağışlamaz". 


488

Türk öz adətinə əməl edərək "əsgər harda şəhid

olurdusa ordaca dəfn olunardı".  El-obaya görk

olardı.  Türk öz əsgərlərini dünyanın yarısına

beləcə "əkib",  bu qəbirlər mərdlik,  comərdlik, 

qeyrət, cəsarət və gələcək "bitirib".

Türkün ayaq izlərinin dünyanın yarısını

dolandığı, 

Orxon-Yenisey

abidələrini, 

bu

yaxınlarda, İqdirdə, Ağrı dağının ətəyində erməni



daşnaklarının qurbanı olan Şəhidlərin xatirəsinə

ucaldılmış "Xatirə- Anit"adək şairin dediyi kimi

"Tanrı dağından Ağrı dağınadək Yer üzü türk

əsgərinin keçdiyi yoldur".  İki qardaş,  bir millət

olan türkün övladı bütün türklər üçün əziz olub, 

olmalıdır da.  Haqqın,  ədalətin,  qardaşlığın

qorunması naminə şəhid olan hər bir türk şairin

dediyi kimi bütün türklərin övladıdır və onların

şərəfini

qorumaq, 

xatirəsini

yaşatmaq


borcumuzdur.  Fikrət Sadıq şerlərində "Tanrım

türkü qorusun"  deyir.  Onun marşında türk

dünyası,  onun birliyi yaşayır və şair bu ideyaları

əsərlərində yaşadır,  gələcək üçün,  gələcək

nəsillərin

türk


dünyasının

birliyini

qoruyub

saxlamaq naminə yazılıb bu əsərlər.  Bu gün də



sabah da türk dünyasının biriliyi məsələsi hər bir

türkü düşündürməlidir.  Ç ünki türk birləşəndə

dünyası da böyük olur,  əzəmətli olur,  qorxmaz

olur, tarixə səs salır, özündən sonra da iz qoyur

və o izdə böyük,  nəhəng türk imperiyaları

mövcudlaşır.



489

Ona görə də bu gün türkün birliyini əli çıraqlı

gəzir Fikrət Sadıq.  Bəzən qeyzlənir,  bəzən

qəmlənir, bəzən sanki tənbeh edir türkü və haqlı

da edir:

Babam türkdür, atam türkdür

Özüm türk!

Dil açıb, ilk söylədiyim

Sözüm-türk!

Biz birləşib bütöv bir türk,

Olmarıq,

Nə qədər ki, var sizin türk

Bizim türk!

Sizin türk,  bizim türk dedikdə parçalanmış-

özbəyi, türkməni, türkü, qırğızı, qazağı, qaqauzu-

neçə-neçə türk övladlarını nəzərdə tutur şair. Ən

çətin sınaqlarda bütün türk dünyası bir olmursa

onda "bizim türk,  sizin türk"- ideyası bu türk

dünyasının içindən qurd kimi yeyəcək və ona

görə də çalınan həyəcan təbilidir şair Fikrət

Sadığın bu dörd misralıq şeri!

Fikrət Sadıq türk dünyasının birliyi daxilində

onun dil,  ədəbiyyat,  sənət,  incəsənət birliyini də

görmək istəyir. Əsərlərində bütün türk qardaşları

ilə əlaqə saxlamaq,  ədəbiyyatı,  inəcəsənəti bir

kök üstündə inkişaf etdirmək əzmilə yazıb-

yaradır. İstanbulda çıxan "Şiir dəftəri" dərgisində

şairin türk şairlərinə,  sənət adamlarına,  onların

yaradıcılığına,  şəxsiyyətinə hörmətlə yanaşan, 

əsərlərini sevə-sevə oxuyan,  eyni arzulara, 



490

diləklərə malik türk xalqlarının yaxınlaşması üçün

ədəbiyyatımızın,  incəsənətimizin oynadığı rol, 

Türkiyənin qüdrətli qələm sahiblərinin ünvanına

deyilən

səmimi


ürək

sözlərində

sənətə

sənətkara, onun yaradıcılığına, qabiliyyətinə olan



heyranlığı duyuruq.  "Fikrət Sadığın poeziyası

çağdaş şerimizin cüssəli,  gövdəli qoludur.  Şairin

təbiətində,  insanlara    və

müşahidəçilərə

münasibətində müşahidə etdiyimiz müdriklik də

öz başlanğıcını onun qüdrətli poeziyasından alır. 

Əgər

şerin


ümdə

vəzifəsi


insanı

daxilən


saflaşdırıb,  ruhən

sağlamlaşdırmaqdırsa,  F. 

Sadın öz sözü ilə bu vəzifənin öhdəsindən

ləyaqətlə gəlir".

Fikrət Sadığın nəsr sahəsində də uğurları az

deyildir.  Doğrudur onun hekayələri azdır.    Lakin

bu hekayələr oxunaqlı sücet xəttinə malikdir. 

"Daş balkon", "Xırdaca gəlin, "Sinif-sinif oyunu","

Fikrət Sadıq "Daş balkon"  hekayəsində əziz

adamını itirmiş Ayselin-balaca qəlbini payız

çovğunu bürümüş körpə qızcığazın daxili aləmini, 

onun keçirdiyi hiss və həyəcanları,  doğma,  əziz

adamının yoxluğundan,  itkisindən doğan gizlin

keçirdiyi sarsıntıları təsvir edir.    O,  babasının-

onun körpə qəlbinin sirdaşının əbədi ayrılığını

duymur, "dur ayağa,  bəsdir,  gizlənpaç oynadın"-

deyib özünü yeyib-tökür.  Onun göz yaşları, 

babasını itirdikdən sonra ata sarıdan çəkdiyi

hicran,  narahatlıq hələ sirlərinə varid ola


491

bilmədiyi bu həyat elə lakonik bir dillə öz təsvirini

tapır ki, bu hekayə Fikrət Sadığın nəsr sahəsində

də təkrarolunmaz oricinal dəsti-xəttindən xəbər

verir. İnanmaq çətin olur ki, Fikrət sadıq üç-dörd

hekayənin müəllifidir. Oxucuya elə gəlir ki, qalın-

qalın nəsr əsərləri var Fikrət Sadığın və bunlar

da onun butalarındandır.

Fikrət

Sadığın


hekayələrinin

dili


sadə, 

cümlələlrin

sadəliyi,  məna

tutumu,  fəlsəfi

duyğular,  həyat-insan-dünya-ömür,  sevgi hissləri

üstündə köklənmiş misralardır sanki hər cümləsi. 

Bunlarda lirik yatım var. Aysel nələr itirdisə şair o

itkini lirizmin üstündə köklədi,  amma hekayənin

tutumuna xələl gətirmədən.  Aysel həsrətini

çəkdiyi babasını itirəndə "ən yaxın sirdaşını, 

oyun yoldaşını,  etibarlı dostunu,  üstəlik yüzlərlə

nağılı itirdi".  Aysel eyni zamanda "bir cüt

mehriban qabarlı əl"  də itirdi.  O əllər ki,  "daraq

olardı,  ayselin saçlarının qarışdırardı,  sonra da

darayardı, sığal çəkərdi.

Belə bir sonluqla bitən hekayənin əsas

ideyası doğma,  əziz insanların itkisinin yaratdığı

qüssə,  qəm,  ayrılıq nə olduğunu bilməyən bir

körpə qəlbin ilk tapdığı qüssə,  kədər,  bu kədəri  

daşımağa


çətinlik

çəkən-insan

kədərinə

dözməyən,  doğmalarını itirməkdən qorxan bir

körpə qəlbin    keçirdiyi təlaş hissləri,  "daş

balkonların" dəhşətli "sərhədləridir".



492

"Xırdaca cəlin"  hekayəsinin süceti də insan

aləminin daxili duyumlarını ifadə edir.  Amma bir

qədər başqa formada,  məzmunda.  Burda da

ayrılıq var,  amma bu ayrılıq ötəri tanışlığın

doğurduğu hisslərin təəssüratıdır.  Kupe yoldaşı, 

xırdaca bildiyi,  təmiz qəlbli,  gənc bir qadınla

tanışlıqdan sonra ondan ayrılmağın yaratdığı

təəssüf real həyat hadisələri fonunda verilir.  Bu

hekayədə  ülfət, mehr, məhəbbət əsasadır. Onun

qəhrəmanı bu "xırdaca gəlin"  geniş qəlbə malik, 

ölümə qalib gəlmiş xoş baxışlı insanın hadisələri

söyləyən qəhrəmanın qəlbində yaratmış olduğu

duyğuları şair hekayənin sonunda belə verir:" Biz

ayrıldıq. Relslərin üzərində  qurulu bir otaq qaldı. 

Bizim kupemiz. Divarlarına indiyədək görülməmiş

qəribə bir sevginin işığı hopmuş,  gəzəri bir

dünya.  Bizim üçün düyünlü qalmış xatirə

boğçası, kimlərinsə üzünə güləcək sevda ocağı". 

Bu misralarda həm əsərin ideyası,  bədii tutumu, 

estetik gücü,  kmosional təsir qüvvəsi yığılıb və

hekayənin bütün gözəlliklərini üzə çıxarmaq üçün

kifayət edər bu sətirlər.  İki günlük səfərini yol

yoldaşına bəslədiyi ülfəti,  səmimi duyğuları

qəhrəman bütün keçirdiyi səfərlər içərisində daha

ülvi bilir.  Bir-birinə bənzəməyən,  unudulan, 

yaddan çıxan səfərlər içində  qəhrəmana elə gəlir

ki, bu səfər "unudulmaz!"

Fikrət Sadıq bu "xırdaca"  gəlinin obrazını

yaratmaqda çətinlik çəkmir.  Onun obrazını canlı



493

və real boyalarla verir:"Şooxu azalmış,  kömürü

qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi". 

"İlk məhəbbət haqqında daha bir hekayə" 

şairin bəlkə də gənclik illərinin yaddaşlara

hopmuş unudulması qeyri-mümkün gəncliyinin

yadigar qoyub getdiyi xatirələrdir.  O xatirələr ki, 

illər keçəndən sonra onun yadına yenə Rəbiyəni

salır. O Rəbiyə ki, artıq yaşlaşmış, özü kimi gözəl

gənc bir qızın artıq anasıdır. O çoxdan bəlkə də

onu sevən o kinomexaniki unudub.  Bəs o. 

Burada gəncliyin zəngin mənəvi dünyası ön

plana çəkilir. Yaratdığı hekayələrdə mövzu, sücet

müxtəlif olsa da,  onları ümumiləşdirən bir sıra

cəhətlər vardır ki,  bunlar insan xarakterləri, 

dolğun əks etdirmə,    hadisələrin güclü poetik

təsviridir.  Qələmə

alınan


hadisələr

bədii


cəhətdən şirin təhkiyə üsulu ilə verilir,  eyni

zamanda bu hekayələrin sənətkarlıq baxımından

da üstün cəhətləri bizə bunu deməyə əsasa verir

ki, oxucular onun tezliklə sona yetirib oxucularına

təqdim edəcəyi "Yetim Abbas"    iri həcmli nəsr

əsərini də belə maraqla, ürəklə oxuyacaqlar.



FOLKLOR

Azərbaycan şairlər ölkəsidir və onun xalqı da

şair xalqdır. Bunun kökü genimizdən gəlir. "Hələ

mən uşaqkən anamın dediyi bayatı və laylaları, 

söylədiyi dastan və nağılları,  atalar sözü və

zərbməsəlləri kağız üzərinə köçürsəydim cildlərə



494

sığmazdı"  -deyən

hörmətli

alimimiz,  türk

xalqlarının milli-mənəvi dəyərlərinin tədqiqatçısı, 

bu sahədə ən böyük kəşfləri ilə türk dünyasının

ululuğunu, 

möhtəşəmliyini

sübuta

yetirmiş


Elməddin Əlibəyzadə apardığı uzunmüddətli

tədqiqat işlərindən sonra belə bir qənaətə

gəlmişdir ki, "Azərbaycan xalqının, ümumən türk

xalqlarının "xəmiri"  əzəldən şerlə yoğrulub. 

Ümümtürk kökündə "Göy Tanqrı dini"- "Avesta" 

müqəddəs dini kitabı və "Bilqamıs"  //  "Gilqamış" 

dastanı, 

türklərdə

"Alp

Ər

Tonqa", 



azərbaycanlılarda "Dədə Qorqud",  özbəklərdə

"Alpamıs//Alpamış", 

qırğızlarda

"Manas", 

başqırdlarda "Uralbatır"  və s.  dastanları məhz

şerlə nəsrin vəhdəti-növbələşməsilə yaranmış

dünyəvi sənət inciləridir.  Türk xalqları "bələkdə" 

ikən şerlə nəfəs alıb,  ona şerlə ana laylası

çalınıb,  çox vaxt onun fəlsəfəsi şerlə yazılıb, 

hətta bəzən lüğət kitabları da şerlə düzülüb-

qoşulub".

Dünya


ədəbiyyatının, 

xüsusilə


Şərq

ədəbiyyatının

böyük

sənətkarları



folklor

nümunələrindən

öz

yaradıcılığında



müxtəlif

şəkildə


yararlanmışlar.  Dünya

ədəbiyyatına

əvəzsiz söz,  sənət inciləri vermiş Nizamini göz

önünə gətirək.  O,  öz istək və arzularını,  irəli

sürdüyü ideyaları oxucuya çatdırmaq üçün folklor

sücet və obrazlarına söykənmiş,  ən dəyərli

hikmət,  sənət inciləri olan atalar sözü və


495

məsəllərdən,  nağıllardan,  folklor

obraz



motivlərindən yararlanmış və elə bir yaradııcılıq



potensialına yiyələnmişdir ki,  bunlar böyük Şərq

şairi Əlişir Nəvainin sözləri ilə desək daha yaxşı

olar:"  Nizami söz incisi mədəninin xəzinədarıdır. 

Nizami "Xəmsə"si öz məzmun və mənasına görə

o qədər əzəmətli və ağırdır ki,  onu ölçmək üçün

göylər qədər böyük tərəzi, yer kürəsi kimi iri daş

lazımdır". 

Xalq rəvayətləri,  nağıl,  dastan,  əfsanələr və

ən qədim mifoloci görüşlər üstündə köklənmiş

Nizami sənəti,  onun tərbiyəvi,  fəlsəfi,  ictimai-

siyasi fikirləri,  şifahi və yazılı ədəbəiyyatla əlaqə

və münasibətlərinin birliyində üzə çıxır.

Nizami

ənənələri



üstündə

köklənmiş

Azərbaycan

şeri


öz

mayasını


xalq

ədəbiyyatından götürmüş,  ondan sonra gələn

Füzuli, Nəsimi, Vaqif, Səməd Vurğun, Rəsul Rza

Hüseyn Arif və digər böyük sənətkarlar, eləcə də

əsrimizin ən böyük sənətkarları Aşıq Şəmşir, 

Bəxtiyar


Vahabzadə,  Qabil,  Fikrət

Sadıq, 


Məmməd Aslan,  Bəhmən Vətənoğlu,  Şamil

Dəlidağ,  Fikrət Qoca,  Nəriman Həsənzadə, 

Abbas Abdulla, Zəlimxan Yaqub  bu ənənələri öz

yaradıcılığının mey arı bildiyindən sevilə-sevilə

oxunur.  Folklorsuz

yazılan


əsərlərin

bədi


dəyərindən danışmaq yaxşı mənada qeyri-

mümkündür.  Qorki yazırdı:"  Folklordan xəbərsiz

yazıçı pis yazıçıdır..  nağıllardan və nağıl


496

sücetlərindən bütün ölkələrin və bütün dövrlərin

yazıçıları istifadə etmişlər".

Azərbaycan ədəbiyyatşünasları da folklorun

yazılı ədəbiyyata gətirdiyi həm məzmun həm də

ideya cəhətdən zənginliyi yüksək qiymətləndirmiş

və həmişə sənət adamlarının yaradıcılığına

nəzər saldıqda onaların əsərlərində olan folklor

incilərinə əsərin zəngin bədii gözəlliyinə rövnəq

verən bir vasitə kimi yüksək dəyərləndirmişlər.

Həmid Araslı Nizami sənətinin dünyada

şöhrət tapmasının əsas səbəbi kimi göstərirdi ki, 

O,  "hər hansı bir əsəri yazmağa başlayarkən

onun materialı üzərində uzun zaman işləmişdir, o

yalnız yazılı məxəzlərdən deyil,  eyni zamanda

xalq içərisində məşhur olan,  və ağızdan-ağıza

dolanaraq gəzən rəvayətlərdən,  nağıllardan, 

qoca kişilərin söhbətlərindən diqqətli surətdə

istifadə etmişdir". 

"Ayaması Düznəqulu olan bir qocanın min bir

gecəsi" əsəri xaln rəvayəti əsasında yazılmış və

Fikrət


Sadıq

yaradıcılığnda

folklorla

bağlı


motivlərin ən çox zəngin olduğu əsərdir.  Burada

"ayama"  sözü el içində "ləqəb"  kimi də tanınır. 

Düznəqulu düzlüyün rəmzi mənasındadır.  Bu

adla tanınan qoca belə rəvayət edirlər ki, bir gün

lap "cana doyub" yorulur və deyir ki:

... bir şəhərin ki,

həkimi naşı,

hakimi zalim,



497

müəllimi nadan ola,

mən o şəhərdə qalmaram.

Nağıllarda olduğu kimi qoca əlinə "əsa"  alır, 

ayağına "çarıq"  geyir,  lap nağıllarda olduğu kimi

düşür yola.  Onu qaytarmaq üçün "hər yerdə

vəziyyət belədir" desələr də, yolundan saxlamaq

istəsələr də qoca "bu əsa əyilincə,  bu çarıq

dağılınca" 

şəhərbəşəhər, 

kəndbəkənd

gəzəcəyini,  əgər onların dedikləri olsa geri

qayıtmayacağını "dağda-daşda" "qurd-quşa" yem

olacağını, bu ədalətsiz dünyada yaşamayacağını

bildirir.  Şair yenə qocanın gedişatını nağıl dililə

verir:"az getdi,  çox getdi"  və hara getdisə hər

yerdə gördü ki,

Naşı həkimlər,

Zalım hakimlər,

Nadan müəllimlər,

xalqı aldadır.

Bütün İranı. Turanı "bitdə-bitdə" dolanan, hər

yerdə eyni vəziyyəti görən qoca Bağdadın

"müqəddəs"  şəhərlərindən birinə,  elə xəlifənin

yaşadığı yerə gəlib çıxır və burada da o vəziyyəti

görür, baş götürüb səhraya qaçır və burada:

Yorğun qoca, təşnə qoca!

Var get öz işinə qoca!

Bəri başdan sən bunu bil,

Düznəqulu vaxtı deyil!

Bütünlüklə ümidsizliyə qapılan qoca yorulur

və bundan sonra da şair nağıllarda olduğu kimi



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin