Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

435

yuyaq"  (1988),  "Şerli əlifba"  (1988),  "Bir parça

vətən" (1998)  kitabları ilə uşaq ədəbiyatını daha

da zənginləşdirmişdir.

Bu kitablarda toplanmış əsərlər mövzu, sücet

cəhətdən əlvan və rəngarəngdir. Burada müxtəlif

həyat hadisələri,  müxtəlif obrazlar var.  Həm

kənd,    həm şəhər uşaqlarının həyatından

götürülmüş əsərlərinin dili sadədəir. Kiçik və orta

yaşlı uşaqların təbiət hadisələrinə,  heyvanlara, 

quşlara marağını nəzərə alaraq əsərlərinin

mövzusunu, 

sücetini

bu

istiqamətdə



qurmuşdur.  Belə əsərlərində uşaq kimi onların

gözü ilə hadisələrə baxır,  gördüyü gözəllikləri

təsvir və tərənnüm edir.

Kiçik yaşlı oxucuları ilə onların başa düşəcəyi

dildə,  uşaq təfəkkürünə,  psixologiyasına uyğun

danışır,  sadəlik,  aydınlıq burada əsas götürülür. 

Uşaqların qəlbində insan əməyinə,  zəhmətinə, 

yaradıcılığına məhəbbət oyadır.

Onun


balacalara

həsr


etdiyi

əsərlərin

qəhrəmanları

qoçaq, 


mehriban,  qayğıkeş, 

qorxmaz, hər şeylə mraqlanan, gözüaçıq, diribaş, 

təbiətin gözəlliklərindən zövq alan,  dənizləri

sevən, macəralar axtaran sadə uşaqlardı. 

Səməd Vurğun keçən əsrin ortalarında

yazırdı:"  Uşaq insandır.  Onun sadə görünən, 

oynaq,  daima xoşbəxt və azad təbiətində böyük

insanların

bütün

xassələri



mövcuddur. 

Düşünmək,  duymaq,  sevmək,  küsüb-incimək, 



436

ağlamaq,  gülmək,  qəzəblənmək,  xatırlamaq, 

xəyala dalmaq,  ümid və arzulara bağlanmaq, 

yaxşılıq,  hörmət-bütün insan xassələri uşaq

aləmində mövcuddur.  Demək istəyirəm ki,  biz

uşaqla danışdığımızı,  uşaq üçün yazdığımız

zaman insn üçün yazdığımızı unutmamalıyıq"

Fikrət Sadıq yaratdığı şerlərdə bu meyarlıq

gözlənilir.  Onun balaca qəhrəmanları mərd, 

doğrucul,  qayğıkeş

insanları

sevir.  Yalan

danışan,  tənbəl,  paxıl xüsusiyyətlərə malik

olanları doğru yola çəkməyə çalışır.  Onun

qəhrəmanı əməksevərdir,  ətraf aləmin,  təbiətin

vurğunudur,  macəralar,  nağıllar dolu həyat

eşqiylə yaşayır.

Fikrət Sadığın uşaq əsərlərinin oxucuların

qəlbinə asanlıqla  yol tapa bilməsi onun pedoqoci

fəalliyyəti,  müəllimlik qabiliyyəti ilə sıx bağlıdır. 

Uşaq şerlərini yazmaq üçün köməyinə çatan

onun uşaq aləmi ilə daha yaxından tanışlığıdır.

Əli qələm tutan gündən,  əlifbaınn sirli-sehirli

aləmində sanki möcüzələr adasına düşmüş insan

kimi gözləri heyrət dolu sevinclə yanan uşaq

aləmini ələ almaq Fikrət Sadığın bir şair kimi

xoşbəxtliyidir.  İlk məktəb,  bağça yollarında

addımlayan uşaq onun "Şeirli əlifba "  kitabını

vərəqləyərkən,  hər

hərfə


məxsus

şe'rləri


oxuyarkən,  əlvan şəkillərə tamaşa edərkən

gözlərini qarşısında yeni bir aləm açılır və o aləm

onu qoynuna alıb elmin enişli-yoxuşlu yolları ilə


437

irəli aparır. A hərfinin "Ana", B hərifinin "Bayraq", 

Ə

hərfinin


"Əlifba-Müdrik

baba"  sözlərini

yaratmaqda rolunu açıqlayır.  Əli ilk qələm tutan, 

ilk kəlməsi ana olan uşaq aləminə şair yeni bir

söz də artırır.  "Bayraq"  sözü və Vətənimizin

gerbi,  simvolu,  atributu kimi bu gündən körpə

qəlbində özünə yer tapır- sevgi dolu bir yer:

Bb

Bayrağım mənim,



Mavi, al, yaşıl,

Bayrağım mənim,

Əyilməz başım.

Və yaxud:

Aa

Yaxşı-yaxşı baxın a!



Adama oxşayır A.

Ən əziz adam ana,

Yazılır iki "A"nan.

Şair


bu

kiçik,  lakin

dərin

məzmunlu


şe'rlərində müəllimdir.  Əlifba biliklərə açılan

qapıdır:


Əlifba - müdrik baba!

Qoy eşitsin uşaqlar,

Baxıb görsün uşaqlar,

Əlimdə bir kitab var.

Əlifba kitabıdır.

Əlifba kitabının

İşıqlı "A" "B"ləri,

Ağıllı hərifləri, 



438

Biliklərə qapıdır.

Şahin Xəlillinin şairin "Şeirli əlifba"  və digər

uşaq şerləri haqqında dediyi sözlər onun bu

sahədə

yaradıcılığı



haqqında

əhatəli


fikri

tamamlayır:" 

Uşaqların

zövqünü, 

könlünü

oxşayan şer yazmaq hər şairin hünəri deyildir. 



Uşaq üçün şer yazanın gərək özünün də uşaq

kimi kövrək,  zərif və qeyri-adi bir ürəyi olsun" 

gərək. Elə bizim Fikrət Sadıq kimi.

Kitabda toplanmış şe'rlərdə Əlifba,  kitab, 

müəllim,  Azərbaycan torpaqlarının qədim adları

ilə bağlı lirik şəkildə deyilən fikirlər gələcəyimizin

rəhni olan uşaq təfəkkürünün, uşaq düşüncəsinin

inkişafında mühim rol oynamaqla bərabər,  şe'r, 

sənət haqqında ilkin duyğularının cücərməsinə

də imkan yaradır.  İndi üç yaşından yuxarı uşaq

tapılmaz ki,  hansısa bir mövzuda şer əzbər

bilməsin.  Böyük ürəklə,  həvəslə əzbər söylədiyi

şerləri söyləməkdən çəkinsin. Fikrət Sadığın "M" 

hərfiylə bağlı yazdığı "Müəllim"  şeri elə ilk

baxışdan könül oxşayır:

Müəllim-anadan

sonra ən əziz adam!

Qaranlıqdan işığa

Çıxmaq üçün dünyada,

Yalnız-yalnız

yalnız mən.

Bərk-bərk tutub,

Gedirəm.


439

Müəllimin əlindən.

"O.o"  şerində vətənə məhəbbət,  torpağa

sevgi,  başı bəlalar çəkən ana yurda düşmən

çıxanlara nifrət hissləri güclüdür:

Od bizim qəlbimizdə,

od bizim qanımızda.

Su da od tutub yanır,

Azərbaycanımızda.

Bu yurda "Odlar yurdu"

demirlər ki, boş yerə-

Odla yazıb adını-

Amansız yüzillərə.

Oda görə bəlalar çəkib

bizim başımız.

Toxunsalar, od saçar,

torpağımız, daşımız.

Oda əl uzadanlar,

gurul-gurul yanacaq.

Odlar yurdu-məğrurdur,

Məğrur da dayanacaq.

Sadə,  qısa,  aydın kəlmələrdən yaranmış bu

şerlərdə Fikrət Sadıq qələminin ecazkar qüvvəsi, 

sənətkarlıq qabiliyyəti daha qabarıq görünür. 

Pafossuz,  gurultulu,  dəbdəbəli sözlərdən kənar, 

aydın,  həqiqi,  ürəyəyatımlı,  şirin,  incə bir dillə

vətən məhəbbəti kövrək uşaq qəlbinə yol

tapacaq bir dillə tərənnüm olunur.  Bu gün uşaq

ədəbiyyatı demək olar ki,  balaca oxucuların

tələbatını ödəyə bilmədiyi halda Fikrət Sadığın



440

belə şerləri,  uşaqlara ən qiymətli hədiyyədir.

"Göydən alma düşmədi"  kitabında şair uşaqlara

rəngarəng, bir-birindən maraqlı gözəl şerlər  bəxş

etmişdir.  "Aydan"  şerində şair uşaqlara Aydanın

diliylə danışır:

Aydan dedi:

Mən Aydanam.

Məni aydan

Alıb anam.

Mən baxanda

Ay top olur.

Dolu olur.

Yumru olur.

Baxmayanda

Ay saralır.

Para olur.

Yarı olur.

Hamı ona

inandı,


Aydan, 

Axı,


Aydandı.

"Əlifba


dərsində"  şerində

şair


əlifbanı

öyrənən,  hərflərin yazılış şəkillərin uşaqlarda

oyatdığı marağı lirik bir duyumla ifadə edir:

Baş açmıram bu işdən.

Çaşıb qalmışam düzü.

Anama oxşayır lap,

Yazıdğım "ana" sözü.


441

Bu bir "A", bu da bir "A".

Anamın iki gözü.

İki "A" arasında,

"N" da anamın üzü.

Şairin uşaqlar üçün yazdığı şerlərdə incə

yumor hissləri də güclüdür.  "Riyaziyyat"  şerində

müəllim:


Uşaqlar bu çevrəni,

bütün vətərləriylə,

kim köçürər lövhəyə,

elə beləcə düzgün.

-deyə soruşanda biri:

-Müəllim,

mən deyim.

-De.


-Güzgü.

Şagirdin


bu

cavabı


uşaq

təfəkkürünün

məhsuludur.

"Balaca


ana"  şerində

hər


gün

səhər


qardaşlarını gülərüzlə məktəbə yola salan,  evdə

qalıb qab-qacağı yuyan,  səliqəyə salan körpə

qızcığazın qardaşları tərəfindən "balaca ana" 

deyə çağırılmasını təbii sanır.  Onun qardaşları

özləri gəzməyə gedəndə onu evdə tək qoyub

getməsini, 

gecələr

"qaqaş"larının



üstünü

örtməsini, bir ana kimi onlara qayğı göstərməsini

şair "anaları dünyada hər zaman belə gördüm" 


442

misraları

ilə

bağlayır.  Ana



qayğısı,  bacı

məhəbbəti şerin əsas ideyasıdır. 

Fikrət

Sadıq


şerlərində

fidan


balalarla

görüşünü,  onlarla birlikdə olduğu anları,  bu

görüşlərlə bağlı xatirələrini qələmə alarkən

körpələrə məhəbbətini vəsf edir.  "Aysel kənddə" 

şerində nənənin xəmir yoğurub, sac asmasından, 

yuxa yaymasından,  Ayselin bağanı tanımayıb

onu daş əvəzinə gətirib ocağın bir tərəfindən

sacın


altına

qoymasından, 

bağanın

yeriməsindən,  Ayseləə uşaqların gülməsindən, 



nənənin kənd uşağı olmayan,  bağa görməyən

Ayselə qəhmər çıxmasından şirin,  incə yumor

hissiylə danışır. Şer çox oynaq, ahəngdar, yadda

qalan bir dillə yazıldığından uşaqlar tərəfindən

tez qavranılır.  "Göydən alma düşmədi"  əsəri də

uşaqlar üçün əsil "nağıl"dı. Müasir nağıldı. Uşaq

dünyasının bəzəyi nağıl.  Burda    küpəgirən

qarılar, 

ifritələr, 

divlər, 


təpəgözlər, 

məlikməmmədlər yoxdur.  Amma mövzusuna

görə cəlbedici, maraqlı nağıldı. Ürəkləri oxşayan

nağıldı.  Uşaqlar üçün sevimli nağıldı.  Uşaqlıq

dünyasının gözəlliyi,  saflığı bu nağılın bədii

bəzəyidir,  onun şerlərinin əsas ideyasıdır.  "Alma

harda bitir"  şerində Faiq,  Ç ingiz və balaca

Sonanın mübahisəsi elə şirin və lirik bir dillə

verilir ki,  belə şerlərin bədii gözəlliyi diqqəti cəlb

edir:


İki qardaş, bir bacı,

443

Faiq, Ç ingiz və Sona.

Mübahisə etdilər,

Alma yeyəndən sonra.

Faiq dedi ki: Alma

Ağacdan dərilibdir.

Ç ingiz dedi:-Anamın

Zənbilində gəlibdir.

Kiçikdir hələ Sona.

Di gəl onu inandır.

Qardaşlar nə dedilər,

Sona dedi: -Yalandır.

Almanı mən həmişə,

Süfrəmizdə görmüşəm.

"Küsəyən qız"  şerində şıltaq,  küsəyən

Cəmilənin

yemək

zamanı


ananı

incitməsi, 

anasının işdən yorğun,  arğın gəlib onun üçün

bişirdiyi xörəklərə,  çəkdiyi əziyyətlərə laqeyd

qalması, tərslik etməsi öz əksini tapıb. Şair bütün

uşaqları, eləcə də Cəmilə xarakterli uşaqları ana

zəhmətini qiymətləndirməyə çağırır.

"İynə"  şerində əlinə iynə batıb,  barmağı

qanayan Həcər "al bunu at,  anacan"-deyib

ağlayanda anası onu başa salır ki,  iynə ilə güllü

paltarlar, 

çəkmələr


tikilir, 

iynə


"hamını

bəzəndirir".  İynə ilə oynamaq olmaz.  Ç ünki o

oyuncaq deyil.  Onun da öz işi var və şair şeri

ananın bu sözləri ilə bitirir:



444

Bircə il də böyü sən.

Özün öz əllərinlə,

Həmin bu iynə ilə

qaragöz gəlininə

bir qəşəng don tikərsən.

"Sevər"  şerində bağçayla vidalaşıb məktəbə

ilk qədəmlərini basan Sevərin sevinci çox uzun

sürmür.  İki-üç dərsdən sonra yorulan Sevərin

yuxusu gəlir və yatmaq istəyir,  çarpayı gəzir, 

tapmır, şagird yoldaşları ona gülür. Dərsdən evə

gələn kimi yorğun Sevər yeməyini yeyib, 

doyunca yatır.  Və anasından xahiş edir ki,  onu

məktəbə yox,  bağçaya aparsın.  Ç ünki məktəbin

nə "qəndi", nə "çayı", nə "çarpayısı" var. Ana isə

qızını tənbəl olmamağa səsləyir:

Yazı yazmaq istəyən

məktəbə pis deyərmi?

Həkim olmaq istəyən

Məktəbi pisləyərmi?

Məktəbdə yatmaq olmaz.

Sinifdə yemək olmaz.

Ayıbdır, bu sözləri

Müəllimə demək olmaz.

Bağçanın öz yeri var,

Məktəbin öz yeri var.

Öz səhvini başa düşən Sevər utanır və bir də

belə hərəkətə yol vermir.

"Balaca işıqçı"  da işıqlı arzularla yaşayır. 

Bəlkə də balacalıqda keçirdiyi uşaqlıq illərindən



445

bir fraqmentdir. Fərhad balaca işıqçıdır. Həyətdə

dostlarıyla

oynayarkən

Sədaqətin

qurduğu


balaca evciyə işıq çəkir.  Bu balaca    işıqçının

istədiyi


odur

ki,  otaqlar

çıraqban

olsun. 


Tələsdiyindən barmağını ip kəsən Fərhad ona

deyir:


"Qoy kəssin də nə olar,

təki yansın işıqlar".

Burada da şair elə misralar qurub ki, 

hadisələri elə incəliklə təsvir edib ki,  balacaların

dünyasını oxşayır.

"Ay"  şerində balaca uşaq göydə Ayın

hərəkətinə tamaşa edir.  Ona elə gəlir ki,  o

fırlananda Ay da fırlanır,  dayananda o da

dayanır.

Burada balaca uşağın keçirdiyi hisslər,  ayn

hərəkətində, 

küləyin


əsməsində

gördüyü


qəribəliklər onun balaca təfəkkürünə sığışmayan

qəribə hisslər oyadır.  İnsan övladının göz

açandan təbiətə,  təbiət hadisələrinə marağı

tərənnüm olunur.

Şairin uşaq dünyasından xəbər verən "Gilə", 

"Körpə", "Alma harda bitir", "İynə", "Küsəyən qız", 

"Sevər",  "Balaca işıqçı",  "Ay",  "Say",  "Dəcəl

külək","Göydə nə var"  və digər şe'rləri uşaqların

duyğu və düşüncələrindən,  təfəkküründən körpə

uşaq dünyasının gözəlliyindən bəhs edən ən

maraqlı,  sevimli uşaq ədəbiyyatının zəngin

nümunələridir.  F.Sadıq təbiətdən həm böyük bir



446

qayğı ilə danışır,  onun qorunmasını,  muhafizə

edilməsini istəyir. Uşaqlara həsr etdiyi şe'rlərində

"Çanaqlı bağa ilə qurbağa "arasındakı dialoq

onların bir-birini lağa qoyması, qurbağanın lovğa, 

ədalı sözlərinə qarşı "sən də bağa, mən də bağa

təkcə "qur"un artıqdır ha,  çox döşünə döymə

qağa,  quruldama

lovğa,  lovğa"-deyib

onu


yoldaşına gülməməyə,  eqoistlikdən əl çəkməyə, 

hamıya diqqətli olmağa çağırır.  "Ağacdələn" 

şerində ağacları "tıq-tıq,    taq-taq"la böcəklərin

qapısını döyəcləyən ağacdələndən bəhs edir. 

"Dələ"nin

ağacdan-ağaca,  budaqdan-budağa

hoppanması,  özü üçün oynayıb-şənlənməsi, 

qışın sərtliyindən qorxmaması,  yığdığı qozaların

üç qışına bəhs edəcəyindən rahat olan dələnin

həm işgüzarlığından, həm də nikbinliyindən bəhs

olunursa,  "Bala kirpi"  şe'rinin mövzusu tamam

başqadır. Burda bir ərköyün kirpidən söhbət açır. 

Bala kirpi Kürü o taya keçmək üçün körpünü, 

bərəni gözləməyib özünü Kürə vurur, Dəli Kür də

acıqlanıb onu batırmaq istədikdə Bala kirpi

"batıram ha ay haray" deyə kömək diləyir. Xəbər

tutan

balıqlar


onun

köməyinə


gəlir.  Onu

burulğandan çıxartsalar da Bala kirpi boğulmaq

təhlükəsi altında qalsa da yenə lovğalıqdan əl

çəkmir:


"Yoldan qaçın,

Üzəcəyəm.

Mən batırdım,


447

Yoxsa bəyəm".

Gülmək tutdu

Balıqları.

Boğulmuşdun, 

Dinmə barı,

Bala kirpi,

Dinmə kiri.

Burda lovğalıq,  yekəxanalıq pislənir.  Şair

uşaqları sadə, xeyirxah olmağa səsləyir. Lovğalıq

etməməyə,  yaxşılıq etməyə çağırır.  Gənc nəslin

mənən saf və təmiz böyüməsi onun cəmiyyət

üçün yaralı bir şəxsiyyət kimi yetişməsi bu ye'rdə

əsasdır.  "Şəkilli kitabxana"  şe'rində şair grdüyü

ən maraqlı,  tayı bərabəri olmayan bir şəkilli

kiğabxananı tərənnüm edir.  Orda gördüyü

mənzərələri, rəssamlıq işlərini, onun zənginliyini:

Bu binanın

Bütün kitablarıynan,

Uşaqların

Böyük dostu

Şair Korney Ç ukovski-

-nin uşaqlara bağışladığını söyləyir. Divarlara

çəkilən maral,  dovşan,  tülkü,  kəpənək,  filin, 

beqemotun və digər heyvanların şəkilləri və

onların necə canlı təsvir edilməsinə şairin heyrəti

açıqlanır:

Əziz balalar,

Görüb heyran

Olmuşam.


448

Mat qalmışam,

İnanın mənə.

FİKRƏT SADIĞIN  NƏSRİ, BƏDİİ

PUBLİSİSTİKASI

Fikrət Sadığın hekayələri sayca az olsa da

onlarda dərin məzmun vardır.  Eyni zamanda bu

hekayələrin özündə də bir şeriyyət var.  Bu da

poetik duyğuların zənginliyinin nəticəsidir.  Bir

yolun tarixçəsi,  övladın doğmalarına bəslədiyi

məhəbbət, itkinin doğurduğu qüssə, intizar, ölüm-

olum fəlsəfəsinin uşaq təfəkküründə ilişdiyi sirli-

soraqlı məqamlar bu hekayələrin mövzusudur. 

Bunların da əsasında insan,  onun arzuları, 

duyğuları,  kədəri,  qüssəi dayanır.  Bəşərilik bu

mövzularda olan təmiz insani duyğulardadır.  Bu

hekayələrin hər biri mənsur şerlərə də bənzəyir. 

Fərqi yoxdur hansı formada yazırsa-yazsın, 



449

sənətkar o zaman sevilir,  əsər o zaman diqqəti

cəlb edir ki,  insan axtardığı mövzuları onların

içində görür.

Fikrət Sadıq təkcə gözəl şerlər,  poemalar, 

dram əsrələri müəllifi deyil,  eyni zamanda onun

gözəl elmi-ədəbi-publisist yazıları da vardır. 

Bunlar şairin qələminin məhsulu olan dəyərli

yazılardır.  Bu yazılarda şair şerlərində olduğu

kimi zamanın nəbzini elə tutur ki,  onun

dediklərini,  yazdıqlarını

az

qala



hamımız

yaşamışıq, 

görmüşük

duymuşuq, 

bəzən

hirslənmişik,  bəzən ümidə üz çevirib,  sabaha



inamla baxmışıq,  bəzən də…  Fikrət Sadıq

bunları yazıb.

Füzuli

sənəti, 


yaradıcılığı, 

şəxsiyyəti

haqqında

yazdığı


"Füzuli

şair


sözünün  

sinonimidir"  məqaləsində onu Şərqin ən dahi

sənətkarlarından biri kimi yüksək qiymətləndirir. 

Həm türk,  həm fars,  həm də ərəb dilində

yaratdığı əsərləri ilə nəinki Şərqdə, həm də bütün

dünyada tanınmış Füzuli Fikrət Sadıq qələmində

"kədər,  eşq,  fikir və Allah şairidir":  "Avropa Şərq

şerinə əsrlər boyu səcdə qılıb.  Bu şerin

yaradıcılıarından biri Füzulidir.  Onun lirik,  epik, 

fəlsəfi, alleqorik şer inciləri hətta nəsri belə ondan

sonra gələn şairlərə məktəb olub. Abbas Səhhət

demişkən Azərbaycan şeri dörd yüz il onun

tilsimindən çıxa bilmədi.  Ta böyük Sabirədək

Avropa şerində yaxşı nə varsa Füzulidə də var. 



450

Nadir beytləri Homer epizmi,  Dante lirizmi, 

Şekspir dramatizmi səviyyəsindədir".  Şairin hər

sözü,  hər sətri,  hər beyti mükəmməl bir fikir, 

yüksək ideya,  ülvi duyğuları özündə yaşadır. 

Fikrət Sadıq onun beytlərini,  atalar sözləri kimi

hikmətli, az, lakin dərin məna ifadə etdiyini bildirir

və "Beyt" sözünün mənasını açır. Və şairin "Dust

bipərva, fələk birəhm, dövran bisükun. Dərd çox, 

həmdərd yox,  düşmən qəvi,  tale zəbun"  beytini

belə izah edir ki, "Beyt" ərəbcə "ev" deməkdir. Bu

beyt


doğrudan

da,  qapı-pəncərəsi,  tavan-

döşəməsi, bəzəyi, naxışı olan bir evdir ki, daşı -

kərpici söz,  qapı -pəncərəsi gün işığı düşən

təşbeh,  bacası Allaha zillənən göz,  səmaya

açılan təsəlli və ümid yoludur".

Füzuli şerinin möcüzəsini "bütöv bir qranit

qayadan,  bütöv bir beyt yonmasında",  başqa

canrlardan

fərqli


olaraq

sözləri


"yan-yana

düzmə"sində görür.

Şair Füzulinin türk dilində yaratdığı əsərlərin

dili, bədii məziyyətləri haqqında da dəyərli fikirlər

söyləyir. Füzulişünaslar kimi bu böyük sənətkarın

əsərlərinin bədii dilini,  estetik dəyərini,  kamil

sənət inciləri kimi yüksək qiymətini verir:"Türk

dilinin müqtədir və kamil şer dili olduğunu bütün

dünyaya ilkin bildirənlərdən biri də Füzulidir. 

Şərqdə zərifliyi ilə seçilən fars şeri də, türk şerinə

qibtə eylədi.  "Leyli və Məcnun kimi göz yaşı

məhəbbətnaməsi,  türk və fars dillərində nurla



451

yazılmış iki divan,  ərəbcə yazılmış "Mətləül-

etiqad"  əsəri və fəlsəfi qəsidələri,  insanlara-

insanlıq öyrədir.  "Bəngü-Badə",  "Həfti-cam", 

"Rindü-zahid",  qəlbimizə munis olan "Ənisül-

qəlb",  şəhidliyin məhək daşı "Həqiqətül şühada" 

Füzuli

qələminin



möcüzələridir. 

Adlarını


çəkdiyimiz bu əsərlər günəşin doğması,  qürubu, 

dəniz,  çay,  şəlalə,  zəlzələ,  ulduz yağışı,  aylı-

ulduzlu səma,  dağlar,  dərələr və həyat qədər

əbədidir.  Füzuli kimi şairlər bir dəfə gəlirlər bu

dünyaya, gəlib də qalırlar bu dünyada".

"Ümmandan

damla" 

Məhəmməd


Hadi

yaradıcılığı haqqında şairin bədii fəlsəfi-ədəbi

görüşlərini özündə birləşdirir.  "Məhəmməd Hadi

şer məktəbidir.  Onu oxuyan hər kəs sehirlənir. 

Müdrik sözlərinin tilsiminə düşür,  təkrar-təkrar

qayıdır,  özü də bir az müdrikləşir."  Şair onun

əsərlərinin dili qəliz olsa da,  klassik şer dilimizə

yaxın olduğunu bildirir.  Şair onun şerimizə

"ərbabi-vəhşət", "babi-səadət",  "hüri-mədəniyyət" 

"zindani-cəhalət"  və s kimi yeni romantik

tərkiblər, məcazlar gətirdiyini açıqlayır.

"Hadi əruzun odlu-alovlu bəhrlərindən istifadə

etməyi,  qılınc kimi kəsərli təkrirlər işlətməyi, 

qüvvətli təzadlar yaratmağı bədii suallar verməyi

bacarırdı".

İç,  iç nə qədər istərrisən qanımı

zalim.


452

Bir gün görərərm qanını səhbalar

içində

-beytinə fikir verin.  Burada iki dəfə təkrar



edilən "iç"  sözü şairin həm nifrətini,  həm

qəzəbini,  həm də gələcəyə ümidini bildirir.  İki

dəfə təkrar olunan "iç" sözü iki kəskin qılınca, iki

od parçasına bənzədilir.

Fikrət Sadıq diqqəti Hadi şerində cinaslara

yönəldir.  Onun "əlvahi-intibah"  adlı tərcibəndinin

cinaslarla dolu olduğunu söyləyir və onun:

"Tuti"  qəfəs içində,  "Ceylan"  da

damlarda.

"Leyla"  xəyal içində,  həmşirəsi

"Səhər"də.

Artıq yetər deyilmi rübəndlər

"Yetər"də.

-misralarında cinasların müxtəlif sözlərdən

deyil,  "bir sözün həqiqi və məcazi mənasından

yarandığını açır:"Hadi bu tərcibənddə qadın

adlarını sadalayaraq,  Leyla və Səhərin qaranlıq

içərisində olduğunu,  Yetərə rübəndin yetər

olduğunu deyir.  Buradakı qadın adlarının hər

birinin iki mənası olduğundan, şair öxünəməxsus

cinas-təzadlar yaratmışdır.  Şair Məhəmməd

Hadinin yaratdığı təzadların ictimai xarakterli

olduğnu,  onun yaşadığı mühitdə,  fikirlərdə

düşüncələrlə üzləşdiyini görüb daxili sarsıntılar

keçirdiyini"  öz ürəyində gilə-gilə əridib təzadlı

fikirləri ilə bərabər şerlərinə qatdığını söyləyir və



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin