Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


Yol  nəqliyyatı vasitələri avadanlıqlarının BMT-nin AİK-



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45
Azf-295386


Yol 

nəqliyyatı vasitələri avadanlıqlarının BMT-nin AİK-

nin 

qaydalarına  uyğunluğuna  sertifikatlaşdırılması  sistemi. 

BMT-nin 


AİK-də  yol  nəqliyyat  vasitələrinin  köməkçi 

avadanlıqlarının  sertifikatlaşdırılması  sisteminin  yaradılma-sına 

keçən  əsrin  50-ci  illərinin  ortalarından  başlanmışdır.  Buna  səbəb 

Avropa  ö

lkələri  arasında  avtomobil  daşımalarının  həcminin xeyli 

artması, yük və minik nəqliyyatlarının təhlükəsizlik məsələlərinin 

aktuallığının  artması  olmuşdur.  Bu  sahədə  beynəlxalq  müqavilə 

1958-ci 


ildə imzalanmışdır. Müqavilə dövlətlərarası səviyyədə im-

zalan


mışdır.  Sistemin  əsas  normativ  sənədi  BMT-nin  AİK-nin 

Qay


dalarıdır. 

Nəqliyyat  sahəsində  elmi-texniki  inkişafı  nəzərə  almaqla 

Sistemin 

Qaydalarının  bir  hissəsi  hər  il  yeniləşdirilir.  Bu  Qaydalar 

m

üqaviləyə  əlavədir  və  AİK-in  nəqliyyat  üzrə  Komitəsinin 



ekspertləri tərəfindən işlənilir. Müqaviləyə qoşulmuş ölkələr AİK-in 

Qaydala


rından  yol  nəqliyyat  vasitələrinin  sertifikatlaşdırma  sınaq-

larında  istifadə  edirlər.  Hər  bir  tərəf  bütün  qaydalardan,  yaxud 

onların  müəyyən  hissəsindən  istifadə  etmək  hüququna  malikdir. 

Qəbul olunmuş qərar barədə o, BMT-nin AİK-nə, müəyyən olunmuş 

prosedura 

uyğun, xəbər verir və BMT-nin Baş katibinin adına bildiriş 

ndərir. Qaydalarda dəyişikliklərin edilməsi də həmin prosedur üzrə 



gedir.  Konkret  qaydaya 

uyğunluq  sertifikatı  “Nəqliyyat  vasitəsi 

tipinin 

rəsmi təsdiqi haqqında məlumat” formasına malikdir. 

İstehsalçı-müəssisə  nəqliyyat  vasitəsi  tipinin  sertifikatlaş-

dırılmasının  nəticələrinə  görə  rəsmi  təsdiq  olunmuş  sertifikatlaş-

dırma  nişanlarından  istifadə  etmək  hüququnu  qazanır.  Lakin  bunun 

üçün 


müəyyən  qaydaları  gözləmək  tələb  olunur:  birinci,  məhsulun 

sertifikat

laşdırılmış  nümunəyə  uyğunluğunu  yoxlamaq  şəraiti  olma-

lıdır;  ikinci,  nümunələr  sınaqlara  dözməli  və  qoyulmuş  tələblərə 

cavab 

verməlidir. 



Müqavilədə  iştirak  edən  bütün  tərəflərin  sertifikatlaşdırmanın 

471 

 

qarşılıqlı  tanınması  prinsipi  belədir:  ixtiyari  razılaşan  tərəfin 



sahəsində  hazırlanmış  və  bu  tərəfdən  rəsmi  bəyənilmiş  məhsul, 

verilmiş qaydaları qəbul edən,  digər razılaşan tərəfin qanunvericili-

yinə  cavab  verən  sayılır.  Əgər  sertifikatlaşdırılmış  məhsulun  rəsmi 

təsdiq  olunmuş  tipə  uyğunsuzluğu  yol  hərəkətinə  və  insanlara 

potensial  qorxu  tö

rədirsə,  onda  ixtiyari  razılaşan  tərəf  öz  sahəsində 

uyğun növ avadanlıqların və quruluşların satışını və istifadəsini qa-

dağan etmək hüququna malikdir. 

Sertifikatlaşdırmanın  vahid  qaydaları,  AİK-in  ekspertlərinin 

işlədiyi vahid texniki tələblərin istifadəsini nəzərdə tutur. 

Bu 

tələblər  maraqlı  tərəflərin  nümayəndələrinin  iştirakı  ilə 



işlənir  və  trolleybusları,  avtobusları,  mopedləri,  motosiklləri,  minik 

və  yük  avtomobillərini  və  digər  nəqliyyat  vasitələrini  əhatə  edir. 

Texniki 

tələbləri  hazırlayarkən  İSO  və  BEK-in  uyğun  beynəlxalq 

standartla

rının  müddəalarını  nəzərə  alırlar.  Məsələn:  İSO-nun  yol 

nəqliyyatı  üzrə  Texniki  komitəsi  müxtəlif  növ  avtomobil 

avadanlıqlarına 200-dən artıq standart işləmişdir. BEK-in standartları 

isə  işıqlandırıcı  avadanlıqlara  texniki  tələbləri  və  sınaq  metodlarını 

müəyyən edir. Bunlara baxmayaraq, bütün normativ sənədlərin tam 

harmo

niyası haqqında danışmaq hələ tezdir. 



Sertifikatlaşdırmanın  (omoloqasiyanın)  ümumi  qaydası 

aşağıdakı  kimidir.  Hər  bir  iştirakçı  ölkədə  nəqliyyat  vasitələrinin 

sertifikasiyasını,  1958-ci  il  Cenevrə  müqaviləsinə  əsasən  yaradılan 

və  BMT-də  qeydiyyatdan  keçmiş  sertifikatlaşdırma  orqanı  aparır. 

Sertifikat

laşdırma  sisteminə  BMT-nin  AİK-nin  qaydalarına  uyğun 

olaraq  inzibati  orqan 

və  texniki  xidmətlər  daxil  edilir.  Texniki 

xidmətlər  BMT-də  qeyd  olunarkən  ölkənin  Cenevrə  müqaviləsinə 

qoşulma  ardıcıllığını  əks  etdirən  nömrə  alır.  Sifarişçi-müəssisə 

İnzibati  orqana  sifarişlə  müraciət  edir.  Sifarişdə  məhsul,  BMT-nin 

AİK-nin  qaydaları  və  sınaqlarda  istifadə  ediləcək  milli  standartlar 

haq

qında məlumatlar verilir. 



Texniki 

xidmətə sınaqlar üçün texniki vasitə və iki dildə-milli və 

ingilis  (

fransız)  dillərində  yazılmış  texniki  izahat  təqdim  olunur. 

Sertifikatı  (“Məlumatı”)  inzibati  orqan  verir  və  onun  surətini,  bu 

qaydaları tətbiq edən iştirakçı ölkələrə göndərir. Sertifikat müəssisəyə 

məhsulu E uyğunluq nişanı ilə markalamaq hüququnu verir. 


472 

 

İnzibati  orqan  nəzarət  funksiyalarını  yerinə  yetirir,  aşkar 



edilmiş çatışmamazlıqlar barədə xəbərdarlıq etmək, təkrar yoxlamanı 

tələb  etmək,  sertifikatı  ləğv  etmək  və  uyğunluq  nişanından  istifadə 

edilməsinə  qadağa  qoymaq  hüquqlarına  malikdir.  Yol  nəqliyyatı 

üçün 


avadanlığın sertifikatlaşdırılması sistemində iştirak etmək həm 

bu  qrup 

məhsulların  ixracatının  inkişafında,  həmçinin  ölkənin  yol 

nəqliyyatı vasitələrinin texniki səviyyəsinin və təhlükəsizliyinin yük-

səldilməsində böyük əhəmiyyət kəsb edir. 

 

17.5. 



Sınaq laboratoriyalarının akkreditasiyası 

üzr

ə beynəlxalq konfrans və beynəlxalq 

akkreditasiya sisteml

əri 

 

Keçən  əsrin  70-ci  illərinin  ortalarından  başlayaraq,  müxtəlif 



ö

lkələrdə  sınaq  laboratoriyalarının  akkreditasiyası  sistemləri 

yaradılmağa  başlandı. 1977-ci  ildə  ilk  dəfə  olaraq  sınaq 

laboratoriyalarının  akkreditasiyası  üzrə  beynəlxalq  konfrans  İLAK 

(International Laboratory Accreditation Conference) 

çağırılmışdır. O, 

təşkilat  formasında  olmamış  və  məqsədi  prosedurun  hüquqi  və 

texniki 


aspektləri  üzrə  təcrübə  mübadiləsi  olmuşdur.  Mahiyyətcə 

İLAK təşkilat deyil, beynəlxalq forumdur. 

Konfransın  hər  il  keçirilməsi  qərarının  qəbul  edilməsi  üçün 

əsas motiv TTBM/BTT-nin ticarətdə texniki maneələr üzrə müqavilə 

və  sertifikatlaşdırmanın,  sınaqların  nəticələrinin  və  akkreditasiya 

sistem


lərinin beynəlxalq miqyasda qarşılıqlı tanınmalarının vacibliyi 

ol

muşdur.  İLAK-ın  praktiki  fəaliyyəti  iki  və  çox  tərəflilik  əsasında 



sınaqların  nəticələrinin  və  akkreditasiya  sistemlərinin  qarşılıqlı 

tanınmasının hüquqi və inzibati aspektlərinin öyrənilməsindən, sınaq 

laboratoriya

larının  akkreditasiyasının  milli  sistemlərinin  və 

sınaqların  nəticələrinin  tanınmasının  milli  qaydalarının  beynəlxalq 

məlumat  kitabının  hazırlanmasından,  sınaq  laboratoriyalarının 

akkredita

siyasının  milli  sistemlərinin  yaradılmasının  effektivliyinin 

ö

yrənilməsin-dən  başlanmışdır.  İLAK-ın  ekspertləri  qarşılıqlı 



tanınma haqqında müqavilələrin bağlanmasına mane olan hüquqi və 

inzibati 

fərqləri öyrənərək və son dərəcə dəqiq  analitik iş apararaq, 

döv


lətlər arasında iki tip müqavilələrin mövcud  olduğunu müəyyən 

473 

 

etmişlər: 



• 

laboratoriyaların  akkreditasiyası  aparılmadan  sınaq  pro-

tokollarının və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə; 

• 

sınaq  laboratoriyalarının  akkreditasiyasının  milli  sistemləri 



və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə. 

İLAK-ın  və  BMT-nin  AİK-nin  sonrakı  birgə  işi,  qarşılıqlı 

tanınma  üzrə  mümkün  beynəlxalq  müqavilələri  daha  dəqiq 

sinifl


əşdirməyə  və  onları  aşağıdakı  dörd  qrupa  bölməyə  imkan 

yaratdı: 

•  milli  akkreditasiya 

sistemlərinin  qarşılıqlı  tanınması 

(

məsələn:  Kanadanın  standartlaşdırma  üzrə  assosiasiyası  ilə 



Yaponiyanın elektrotexniki sınaq laboratoriyaları arasındakı ikitərəfli 

müqavilə); 

• 

sınaqların  nəticələrinin,  bir  qayda  olaraq,  hökumətlərarası 



səviyyədə  tanınması  (məsələn:  təsdiq  olunmuş  yüksək  təziqli  boru 

nümunələrinin qarşılıqlı tanınması haqqında AB-nin üzv ölkələri ara-

sında müqavilə); 

•  qeyri-hö

kumət təşkilatlarının yaratdığı beynəlxalq (regional) 

sertifikatlaşdırma sistemlərində iştirak (EMSBS sistemi); 

• 

qarşılıqlı anlaşma haqqında memorandum. Bir sıra hallarda 



memorandum  bir 

neçə  il  fəaliyyət  göstərir  və  qarşılıqlı  tanınma  ilə 

bağlı  bir  sıra  məsələlərin  həlli  üçün  şərait  yaradır  (məsələn: 

keyfiyyətə  nəzarətin  nəticələrinin  tanınması,  partnyora  qarşılıqlı  ra-

zılaşdırılmış məsələlər üzrə məlumatın verilməsi və s.). 

İLAK-ın  əsas  fəaliyyət  istiqaməti–sınaq  laboratoriyalarının 

akkreditasiya 

sistemlərinin  qarşılıqlı  tanınması  haqqında  iki  və 

çoxtərəfli  müqavilələri  bağlamaq  yolu  ilə  akkreditasiya  olunmuş 

laboratoriyaların apardığı sınaqların nəticələrinin tanınmasına kömək 

etməkdir. 

İLAK laboratoriyaların akkreditasiyası məsələləri və qarşılıqlı 

tanınma  haqqında  müqavilələr  üzrə  və  həmçinin  öz  fəaliyyəti 

haqqında  maraqlı  tərəflərin  informasiya  təminatında  böyük  rol 

oynayır. İLAK aşağıdakı materialları nəşr edir: 

•  milli akkreditasiya 

sistemlərinin və sınaq laboratoriyalarının 

sorğu kitabçasını; 

•  akkreditasiya 

üzrə  ədəbiyyatların  biblioqrafik  sorğu 



474 

 

kitabçasını; 



• 

akkreditasiyanın  müxtəlif  problemlərini  öyrənən  işçi  və 

xüsusi 

qrupların hesabatlarını. 



İLAK-ın  fəaliyyəti  haqqında  materiallar  ardıcıl  olaraq 

Beynəlxalq  ölçülər  və  çəkilər  təşkilatının  (BÖÇT)  nəşr  etdiyi, 

“Metrologiya” 

jurnalında  çap  olunur.  Sorğu  kitabçası, 

sertifikatlaşdırma üzrə mütəxəssislər üçün “Illik” nəşr edir. “Illik”-də 

xüsusi  informasiyadan 

başqa  akkreditasiya  üzrə  orqanların  rəsmi 

nümayəndələri haqqında məlumatlar verilir ki, onlara da məsləhətlər 

üçün  müra

ciət  etmək  olar.  İLAK-ın  üzvü  olan  bütün  ölkələrin 

fəaliyyəti  haqqında  ətraflı  informasiya,  dörd  hissədən  ibarət  olan 

Sorğu kitabçasında nəşr olunur: 

•  “

qoyulmuş  meyarları  təmin  edən  laboratoriyaların 



akkreditasiyası üzrə orqanlar”; 

•  “


laboratoriyaların bəyənilməsinin digər sistemləri”; 

•  “


beynəlxalq sistemlər”; 

•  “


təklif olunan sistemlərin layihələri”. 

İLAK  qarşılıqlı  tanınma  haqqında  müqavilələrin  bağlanması 

üzr

ə məsləhətlər və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanın-



ması  haqqında  tipik  beynəlxalq  müqaviləyə  tələblərə  məsləhətlər 

işləyir. 

Sınaq  laboratoriyalarının  akkreditasiyası  üzrə  orqanlar 

s

əviyyəsində  müqavilələrin  bağlanmasında  İLAK-ın  fəaliyyəti 



əhəmiyyətli rol oynayır. İLAK-ın nəşrləri aşağıdakı növ müqavilələri 

əyyən edir: 



•  “

maraqlı tərəfin” xarici laboratoriyanı tanıması; 

•  üçüncü 

tərəfin xarici laboratoriyanı tanıması; 

• 

sınaqların  nəticələrinin  qarşılıqlı  tanınması  haqqında 



laboratoriyalar 

arasında müqavilə; 

•  xarici 

laboratoriya 

tərəfindən 

sınaqlar 

haqqında 

informasiyanın sözsüz tanınması; 

•  iki  ö

lkənin  akkreditasiya  üzrə  orqanları  arasında  qarşılıqlı 

tanınma haqqında müqavilə. 

Sınaqların 

nəticələrinin 

qarşılıqlı 

tanınması 

üçün 


laboratoriyaların  akkreditasiya  meyarlarının  və  akkreditasiya 

475 

 

prosedurunun 



harmonizasiyası lazımdır ki, bu da  İLAK-ın daha bir 

mühüm 


məsələsidir.  Bu  istiqamətdə  İLAK  İSO,  BEK,  BMT  AİK, 

Qanunverici 

metrologiyanın beynəlxalq təşkilatı (QMBT) ilə sıx işçi 

əlaqələr  saxlayır.  İLAK-ın  fəaliyyətinin  AB-nin  EN  45000  Avropa 

standartlarının  qəbul  edilməsinə  xeyli  təsiri  olmuşdur.  EN 

standartları  akkreditasiya  olunan  sınaq  laboratoriyalarına, 

akkreditasiya 

və sertifikatlaşdırma orqanlarına tələblər qoyur. 

İSO/BEK  ilə  birlikdə,  sınaq  laboratoriyalarının  qiymət-

ləndirilməsinin  və  akkreditasiyasının  müxtəlif  aspektlərinə  aid, 

İSO/BEK-in  25, 38, 54 və  55-ci  Rəhbəredici  sənədlərinə  yenidən 

baxılmış və əlavələr edilmişdir. 

Aşağıdakı  komitələr  İLAK-ın  işçi  orqanları  hesab  edilir: 

konfransların  keçirilməsi  üzrə;  akkreditasiya  praktikası  üzrə; 

laboratoriyaların praktiki işi üzrə; redaksiya komitəsi. 

İLAK-ın  təşəbbüsü  ilə  İSO/BEK-in  beş  rəhbəredici  sənədi 

işlənmişdir.  Bu  sənədlər  sınaq  laboratoriyalarının  akkreditasiyası 

üçün 


razılaşdırılmış beynəlxalq meyarların işlənməsi üçün kompleks 

sorğu və metodik materialları əks etdirir. 

İLAK  beynəlxalq  və  regional  akkreditasiya  sistemlərini 

yaratmaq üçün 

aşağıdakı qaydada hərəkət etməyi məsləhət görür. İlk 

vbədə  sınaqların  nəticələrinin  akkreditasiya  üzrə  orqanlar, 



laboratoriyalar,  yaxud  höku

mətlər  səviyyəsində  tanınması  üçün 

ikitərəfli müqavilələrin bağlanması; milli sistemdə xarici laboratori-

ya

nın  akkreditasiyası  və  akkreditasiya  sistemlərinin  ikitərəflilik  və 



çoxtərəflilik  əsasında  qarşılıqlı  tanınması.  Son  mərhələ–beynəlxalq 

akkreditasiya sistem

lərinin yaradılmasıdır. 

Ən nüfuzlu beynəlxalq akkreditasiya sistemləri aşağıdakılardır: 

•  EMSBS-in  akkreditasiya  sistemi–elektron  komponen

tlərin 


sınaqları  ilə  məşğul  olan  laboratoriyaların  akkreditasiyasını  aparır. 

Sınaqdan  keçirilən  komponentin  tətbiq  sahəsindən  asılı  olaraq 

elektrik, mexaniki 

və digər sınaq növlərini yerinə yetirir; 

•  sürtkü 

yağları,  toxumlar  və  yağlar  üzrə  assosiasiyaların 

federasiyası (FOCFA International)–beynəlxalq ticarətin iştirakçıları 

olan 


təşkilatların sifarişlərinə görə verilmiş məhsulların analitik təd-

qiqat


larını  yerinə  yetirən  laboratoriyaların  attestasiyasını  aparır. 

Laboratoriyalar 

kimyəvi, bioloji və digər sınaqlar aparır; 

•  toxuma  yun  (Interwoolls) 

məmulatlar  üzrə  Beynəlxalq 


476 

 

təşkilat–yunu,  bütün  dünya  üçün  unifikasiyalaşdırılmış  meyarlara 



uyğunluğa yoxlayan laboratoriyaları akkreditasiya edir; 

• 

gəminin  Lloyd  Registri–materialların  sınaqlarını  və 



dağıtmamaqla nəzarət aparan laboratoriyaları attestasiya edir. Sınaq 

obyektləri aşağıdakılardır:  polad lövhələr,  yaymalar, tirlər, örtüklər, 

boru 

kəmərləri,  borucuqlar,  dəmir  tökmələr,  alüminium  və  mis 



xəlitələrindən  hazırlanmış  məmulatlar,  lövbər  zəncirləri,  məftilli 

kanatlar 

və s. Yoxlamanın əsas növü radioqrafiya metodu ilə aparılan 

da

ğıdılmayan nəzarətdir. 



Avropada akkreditasiya üzr

ə iki regional təşkilat fəaliyyət 

göst

ərir: 


• 

məhsulların,  keyfiyyət  sistemlərinin  və  heyətin  serti-

fikatlaşdırılması  üzrə  orqanların  akkreditasiyası  üzrə  Avropa 

əməkdaşlığı (MAAƏ) (EAS); 

• 

sınaq  və  kalibrləyici  laboratoriyaların  və  həmçinin  heyətin 



təlimatlandırılması  üzrə  orqanların  və  nəzarətedici  təşkilatların 

akkreditasiyası  üzrə  Avropa  əməkdaşlığı  (LAAƏ).  Bu  təşkilatların 

ümumi 

məqsədi–akkreditasiya  etdiyi  sertifikatlaşdırma  orqanları 



tərəfindən  verilən  sertifikatlara  bazarın  etibar  etməsinə  kömək 

etməkdir.  LAAƏ  və  MAAƏ-in  fəaliyyəti  EN  45000  Avropa  stan-

dartlarının qaydalarına və prosedurlarına əsaslanır. Bu da sınaqların 

nəticələrinin  və  sertifikatlaşdırmanın  qarşılıqlı  tanınması  üçün  şə-

raitin 

yaradılmasına kömək edir. 



477 

 

XVIII 



FƏSİL. REGİONAL SERTİFİKATLAŞDIRMA 

 

18.1. Avropa 

Birliyində (AB) sertifikatlaşdırma 

 

Uyğunluğun  qiymətləndirilməsi  üzrə  AB-nin  siyasəti, 1988-ci 



ildə  Brüsseldə  sertifikatlaşdırma  və  sınaq  məsələləri  üzrə  Qərbi 

Avropa  ö

lkələrinin simpoziumu olmuşdur. Burada AB üçün sertifi-

kat


laşdırma  və  sınaqların  vahid  prinsiplərinin  yaradılması  üçün 

məsləhətlər işlənmişdir. Simpoziumun materiallarına əsasən, Avropa 

Cəmiyyətləri  Komissiyası  (ACK)  texniki  şərtlərə,  sınaqlara  və 

sertifikatlaşdırmaya  kompleks  yaxınlaşma  üçün  qətnamə 

hazırlamışdır.  Bu  sənəd  AB-nin  sertifikatlaşdırma  və  məhsulun 

sınaqlarına  aid  məsələlərə  yaxınlaşmanın  inkişafında  yeni,  daha 

yüksək səviyyənin başlandığını təsdiq edir: 

•  AB  ö


lkələrinin  müəssisələrinə  keyfiyyətin  idarə 

olunması  sistemini  EN  29001,  EN  27002  və  EN  29003 

standartları əsasında tətbiq etmək təklif olunur; 

• 

Cəmiyyət  üçün  sınaq  laboratoriyalarının,  akkreditasiya  və 



sertifikatlaşdırma  orqanlarının  səriştəliliyinin  və  sərbəstliliyinin 

qiymətləndirilməsinin vahid meyarlarını təsdiq edir. 

AB 

ö

lkələrində  məmulatların  təhlükəsizliyinin  təsdiqi 



prosedurlarında  gözəçarpan  fərqlər  mövcud  idi.  Bu  həm  ərizə-

deklarasiya, 

həmçinin üçüncü tərəfin sertifikatlaşdırılması ola bilərdi. 

Lakin  1985-ci 

ildə  texniki  harmonikləşdirmə  haqqında  AB-nin 

Direktivi 

qəbul edilmişdir. Direktivdə əsas tələblərin və standartların 

mövqeyi  dürüst 

müəyyən  edilmişdir.  Əsas  tələblər  standartların 

tələblərindən 

fərqli 

olaraq 


məcburidir. 

Əgər 


standart 

harmonikləşdirilibsə,  onda  bu  standarta  görə  hazırlanmış  məhsul, 

əsas tələblərə uyğun hesab edilir. Bu halda nəzarət prosesi istehsalçı 

üçün 


asanlaşır.  Əgər  məhsul  harmonikləşdirilməmiş  standarta  görə 

deyil, 


əsas  tələblərə  uyğun  hazırlanıbsa,  onda  uyğunluğa  üçüncü 

tərəfin təsdiqi vacib hesab edilir. 

Kompleks 

yaxınlaşma,  səriştəlilik,  yüksək  texniki  təchizat  və 

şəffaflıq  şəraitində,  sertifikatlaşdırmanın  nəticələrinin  qarşılıqlı 

tanınmasına keçidi yaxınlaşdırır. Şəffaflığı təmin etmək üçün bütün 

maraqlı  tərəflərin  standartların  tələbləri,  sınaq  metodları, 


478 

 

məmulatların  təhlükəsizlik  tələbləri  haqqında  informasiya  almaq 



üçün mühitin 

yaradılması məsləhət görülür. AB Komissiyanın yarat-

dığı  “Sertifikat”  verilənlər  bankı  Avropada  mövcud  olan  bütün 

sertifikatlaşdırma  sistemləri,  sınaq  metodikaları,  laboratoriyalar  və 

sınaq mərkəzləri və s. haqqında informasiyanı saxlayır. 

•  AB-


yə  üzv  ölkələrdə  sınaq  laboratoriyalarının  akkre-

ditasiyasına diqqət artır. Milli akkreditasiya sistemlərinin EN 45000 

Avropa 

standartları  bazasında  inkişaf  tendensiyası  və  bu  sahədə 



əməkdaşlıq həvəsləndirilir. 

•  Kompleks 

yanaşma sertifikatlaşdırmanın və sınaqların yeni 

qanunverici  prosedurunu 

nəzərdə  tutur.  Belə  yanaşma  konkret  növ 

məhsul  üçün  bir  məcburi  sertifikatlaşdırma  üzrə  metodikadan 

istifadəyə  yol  vermir.  Təhlükəsizliyin  tələb  olunan  parametrləri, 

onların təsdiqi üçün bir neçə metod və bu metodların tətbiq olunma 

şəraitləri  təyin  olunmalıdır.  Asılı  olmayan  mərkəzlərin  fəaliyyətinə 

vlət orqanlarının birbaşa müdaxiləsinə, müstəsna hallardan başqa, 



məhdudiyyət qoyulur. 

• 

Məhsulun  işlənmə  (layihələndirmə,  sınaq  nümunəsi, 



istehsal)  prosesinin, 

nəzarət  növünün  (sənədlərin  yoxlanılması, 

təcrübə nümunəsinin sınağı, keyfiyyət sisteminin yoxlanılması və s.), 

nəzarətedici orqanın (istehsalçı, asılı olmayan təşkilat, üçüncü tərəf) 

uyğunluğu qiymətləndirilir. 

1989-cu 


ildə  AB-də  uyğunluğun  qiymətləndirilməsi  üzrə 

qaydaların  harmonikləşdirilməsinin  Qlobal  konsepsiyası  qəbul 

olunmuşdur. 

Direktivlərə  uyğun  olaraq,  uyğunluq  istehsalçı  tərəfindən 

qiymətləndirilə  bilər.  İstehsalçı  o  məhsulun  direktivlərin 

tələblərinə uyğunluğunu ərizə-deklarasiya vasitəsilə təsdiq edir və 

məhsulu nişanla markalayır (şək.18.1.)  

“Yeni” 


direktivlər məhsulun həyat tsiklinin müəyyən mərhələsi 

üçün  (


layihələndirmə,  istehsal,  realizasiya,  istifadə)  konkretləşdiril-

miş,  təhlükəsizliyə  harmonikləşdirilmiş  tələbləri  təcəssüm  edir.  Di-

rek

tivləri  uzun  müddət  dəyişdirməmək  üçün  onlara  ümumi  tələblər 



daxil edilir. Daha 

ətraflı və fərdi tələblər  



479 

 

 



 

Şəkil 18.1. AB-nin direktivinə uyğunluq nişanı 

 

standartlarda verilir. 



“Yeni”  direktivl

ər  “köhnələrdən”  strukturalarına  görə  də 

f

ərqlənirlər.  Onlarda  həm  hüquqi,  həm  də  texniki  hissələr  olmaqla, 



uyğunluğun qiymətləndirilməsi sisteminin prinsipləri və standartlara 

istinadlar  verilir. 

Beləliklə, “yeni”  direktivdə  adı  çəkilən  məcburi 

xarakter 

daşımayan  Avropa  standartı,  onun  tələblərinə  uyğun  olan 

məhsulun,  heç  bir  maneə  və  məhdudiyyət  olmadan,  bazara  daxil 

olmasını təmin edir. 

Yenilərdən”  fərqli  olaraq  “köhnə”  direktivlər  sahə 



xarakterlidir, 

yəni  onların  tələbləri  unifikasiya  olunmalıdır.  Köhnə 

direktivlərdə standartlara istinadlar edilmir. Bu da onların praktikada 

tətbiqini çətinləşdirir. 

Yeni  Konsepsiya 

üzrə  AB  Direktivləri,  istehsalçıların  istifadə 

edə  biləcəyi,  uyğunluqların  (modulların)  təsdiq  edilməsi  üsullarını 

təyin  edir.  Konkret  modulun  seçilməsi  hüququ  təchizatçıya 

(

istehsalçıya) verilmişdir. Məhsulun müxtəlif həyat mərhələləri üçün 



müxtəlif modullar nəzərdə tutulmuşdur. 

Avropa 


modullarının məzmununa baxaq. 

Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin