Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
Azf-295386


 

16.2. Almaniyada 

sertifikatlaşdırma 

 

Almaniyada 

sertifikatlaşdırmanın  hüquqi  bazasını  əhalinin 

sağlamlığının  və  həyatının  qorunması,  ətraf  mühitin  mühafizəsi, 

əməyin təhlükəsizliyi, resurslara qənaət, istehlakçıların maraqlarının 

mühafizəsi  sahəsindəki  qanunlar  təşkil  edir. 1990-cı  ildən  ölkədə 

keyfiy

yətsiz  məhsul  hazırlanmasına  görə  məsuliyyətlilik  haqqında 



qanun 

fəaliyyət göstərir. Bu qanun Avropa Şurasının (AŞ) üzvü olan 

ö

lkələrin qanunvericiliyi ilə harmonizasiya edilmişdir və vahid bazar 



məkanında sertifikatlaşdırma üçün qanunverici baza rolunu oynayır. 

Qanun oyuncaqlardan 

tutmuş bəzi növ avadanlıqlara qədər çox geniş 

sayda 


məhsulları əhatə edir. 

Almaniyanın TTBM/BTT informasiya mərkəzinin məlumatına 

rə  Ümumi  Milli  Sertifikatlaşdırma  sistemi  bir  sertifikatlaşdırma 



sisteminin 

əhatə edir. Almaniya iqtisadiyyatının tələbatının 80–90%-

ni,  Ümumi  Milli 

Sertifikatlaşdırma  sistemini  təşkil  edən  aşağıdakı 

sistemlər təmin edir: 

A–

Reqlamentlərə uyğunluğun sertifikatlaşdırma sistemi;  



A1–DIN 

standartlarına uyğunluğun sertifikatlaşdırma sistemi; 



440 

 

A2–VDE 



sertifikatlaşdırma sistemi; 

A3–BVGW 


sertifikatlaşdırma sistemi; 

B–

Almaniyanın  keyfiyyətə  və  markalamaya  təminat 



institutunun RAN 

sertifikatlaşdırma sistemi; 

S–

Sənaye  texnologiyasının  GS  nişanına  sertifikatlaşdırma 



sistemi; 

D–Tikinti 

konstruksiyalarının  Federal  normada  uyğunluğuna 

nəzarət sistemi; 

E–Ö

lçmə vasitələrinin və etalonların sertifikatlaşdırma sistemi: 



S–

Almaniyanın  sənaye  qanunvericiliyinin  24-cü  bölməsinə 

uyğunluğun sertifikatlaşdırma sistemi. 

Sistem  A1.  DIN 

standartlarının  tələb  qoyduğu  bütün  növ 

məmulatları  əhatə  edir.  Bu  sistemə  Almaniyanın  standartlaşdırma 

institutu 

rəhbərlik  edir.  Sistem  könüllülük  xarakteri  daşıyır.  Öz 

məhsullarının sertifikatlaşdırılmasında maraqlı olan Almaniya və xarici 

təşkilatlar bu sistemə eyni dərəcədə daxil ola bilər. Bu sistemdə serti-

fikat


laşdırma  üzrə  birbaşa  işləri  uyğunluğun  qiymətləndirilməsi  üzrə 

cəmiyyət DIN SERTIKO yerinə yetirir. Bu cəmiyyət AŞ çərçivəsində 

sertifikat

laşdırma üzrə bir sıra müqavilələrdə iştirak edir və Beynəlxalq 

təşkilatlarla əməkdaşlıq edir. DIN standartlarının tələblərinə uyğun-

lu

ğa sınanılmış məmulatlar DIN GEPRUFT nişanı ilə markalanırlar 



(“DIN 

tələblərinə uyğunluğuna sınanılıb), şəkil 16.1.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 16.1. A1 sistemində DİN standartlarına uyğunluq nişanı 

 


441 

 

Nişandan istifadə etmə müfəttiş nəzarəti ilə müşayiət olunur. Bu 



ni

şan,  müharibəyə qədərki  Almaniyadan irsən keçmiş və ticarət nişan-

la

rı  haqqında  Madrid  konvensiyasını  imzalamış  bütün  ölkələrdə 



qeydiyyatdan 

keçmiş DIN nişanı kimi qəbul edilmişdir. 

Bu 

nişan təhlükəsizliyə sertifikatlaşdırılmış məmulatlara qoyu-



lur.  Bununla 

belə istehsalçılara bu nişanla öz məhsullarını markala-

maq 

qadağan edilmirdi. Bu da həmin məhsulların DIN standartlarının 



tələblərinə uyğunluğunu göstərirdi. Bu nişandan istifadə üçün lisen-

ziya 


tələb olunmur.  

DIN  SERRÜFT 

uyğunluq nişanı 1972-ci ildən tətbiq edilir və 

ancaq 


sertifikatlaşdırılmış  məmulların  markalanmasında  istifadə 

oluna 


bilər. 

Əməyin  təhlükəsizliyi  qanunların  və  texniki  avadanlığın 

t

əhlükəsizliyi  haqqında  qanunun  gözlənilməsinə  müfəttiş 



n

əzarətini bütün vilayətlərin Əmək və Sosial təminat nazirliyinin 

istehsalata n

əzarət şöbələri aparır. Bu nəzarətdə məqsəd sertifikat-

laşdırma  sınaqlarından  keçməmiş  avadanlıqlardan  istifadə 

olunmasını  maksimum  məhdudlaşdırmaqdır.  Bu  nəzarəti  texniki 

yoxlama  avadan

lıqları  hazırlayan  assosiasiyalar  yerinə  yetirir. 

Onlar  b

ədbəxt  hadisələrin  qarşısının  alınması,  sığortalamaq  və 

əssisə  işçilərinə  ziyanın  ödənilməsinə  görə  məsuliyyət  da-



şıyırlar.  Onlar həm də qurğuların və avadanlıqların təhlükəsizliyi 

üçün  t


ələblər işləyir və nəşr edirlər. Assosiasiyalar avadanlıqların 

yoxlama


larını,  ya  müəssisələrin  (firmaların)  sorğularından,  ya  da 

sertifikatlaşdırmanın  mənfi  nəticələrindən  sonra  aparır.  Yoxla-

maları yerinə yetirmək üçün professional texniki müfəttişlər dəvət 

olunurlar.  Assosiasiyalar  sah

ələr  üzrə  təşkil  edilmiş  qruplardan 

ibar


ət olur. 

Onlardan  daha  çox 

məşhur  olanı  GBG  (Gewerbliche     Be-

rufsgenossenschaften)–

Sənaye üçün professional assosiasiya və TÜV 

(Teehnische  üverwashungs  Veren  e.v)  –  texniki 

təftiş  təşkilatı 

qruplarıdır.  TÜV  VDE-nin  adından  sertifikatlaşdırmanı  aparmaq 

hüququna malikdir. 

Sistem  A2.  Bu 

sistemdə  VDE  qaydalarının,  bəzən  də  DIN 

standartlarının  yayıldığı  bütün  növ  elektrotexniki  və  elektron 

məmulatlar sertifikatlaşdırılır. 1980-ci ildən bəri BEK standartlarına 



442 

 

uy



ğunluğa sınaqlar aparılır. Sistem A2-də sertifikatlaşdırma, konkret 

məhsul 


vünə 


tələbləri 

reqla


mentləndirən 

qanunla


rın 

vcudluğundan  asılı  olaraq,  könüllü  və  məcburi  ola  bilər.  VDE 



sınaqların və sertifikatlaşdırma sisteminin nəticələrinin qarşılıqlı ta-

nınması  üzrə  beynəlxalq  və  Avropa  çoxtərəfli  müqavilələrin 

iştirakçısıdır.  Bu  da  VDE  sisteminin  uyğunluq  nişanlarının  xaricdə 

ta

nınmasına  kömək  edir.  Onlar  praktiki  olaraq  Avropa  ölkələrində 



qeydiyyatdan 

keçmiş və tanınmışlar. 

VDE 

nişanları ilə markalamanın düzgünlüyünə nəzarəti VDE-



nin 

sınaqlar  və  sertifikatlaşdırma  üzrə  mərkəzi  –  PRUF STELLE 

həyata keçirir (şəkil 16.2.). Bu təşkilatın verdiyi sertifikat məhsulun 

və  sənaye  avadanlıqlarının  təhlükəsizliyi  haqqında  qanunun 

tələblərinə uyğunluğuna təminat verir. 

VDE 


nişanlarından,  bu  mərkəzin  lisenziyası  olmadan  istifadə 

etmək  qadağandır.  Sertifikat  və  uyğunluq  nişanı  ilə  markalamaq 

hüququnu 

almış  avadanlığı  hazırlayan  şəxs  məhsulun  bütün 

buraxılma  müddətində,  sertifikatlaşdırmanın  tələblərinə  uyğunluğun 

zləniləcəyinin  mümkünlüyünü  sübut  edən  dəlillər  təqdim  etməyə 



borcludur: 

a) 


materialların,  məişət  təyinatlı  aparatların,  işıqlandırıcı 

avadanlığın  təhlükəsizliyini  təmin  etmək  üçün  istifadə  olunan 

transformatorların,  radio  və  televiziya  qurğularının  standartlara  və 

texniki 


tələblərə uyğunluğu qeyd olunur; 

b) 


kabellərin  və  elektrik  naqillərinin  standartların  tələblərinə 

uyğunluğunu göstərir; 

ç)  radio 

maneələrin  aradan  qaldırılmasının  standartların 

tələblərinə uyğunluğu qeyd olunur; 

c) 


sertifikatlaşdırılmış  elektron  komponentləri  markalamaq 

üçün 


istifadə olunur. 

Sistem A3 

Almaniyanın  qaz  və  su  təchizatı  üzrə  firmalarının 

Asso

siasiyasının  -  DIVIGW-nin  sertifikatlaşdırma  sistemidir. 



Almaniyada qaz avadanlıqları, “Texniki qurğuların təhlükəsizliyinin 

təmin  edilməsi  haqqında”  qanuna  uyğun  olaraq  DIN  standartlarına 

uyğunluğa  məcburi  sertifikatlaşdırılmalıdır.  Yerli  qaz  şirkətləri 

sertifikatlaşdırılmamış  qaz  avadanlığını  qazla  təminat  sisteminə 

qoşmaqdan imtina edirlər. 


443 

 

 



a)                                              ç)  

 

 



                    

ç) 


  

 

                                  



 

 

 



   

b)  


 

 

                         c) 



 

 

 



 

 

 

Şəkil 16.2. VDE-nin uyğunluq nişanları 



 

Qaz-su 


təzhizatı sferasında tətbiq edilən digər növ məhsullara 

münasibətdə  sertifikatlaşdırma  könüllü  xarakter  daşıyır.  Lakin 

istehlakçılar həmişə sertifikatlaşdırılmış məhsullara üstünlük verir. 

Sertifikatlaşdırma  sistemi  GIVWE  tərəfindən  işlənilmişdir  və 

əsəsən  məişət  və  kommersiya  təyinatlı  avadanlıqlar  üçün  nəzərdə 

tutulmuşdur.  

DVGW 

sistemində məişət və qaz avadanlıqlarının xarici və 



beynəlxalq  standartlara  uyğunluq  sertifikatlaşdırılması  yalnız 

hazırlayanlar,  alıcılar və  Almaniya  hakimiyyət  orqanları  arasında 

müqavilə olduqda aparılır. Almaniyada bazara çıxarılan bütün qaz 

avadan


lığı  DVGW-nin  uyğunluq  nişanı  ilə  nişanlanmışdır. 

Sertifikatlaşdırılmış  avadanlığa  DVGW  tərəfindən  müfəttiş 

nəzarəti aparılır.  Nəzarət zavoddan götürülmüş nümunələrə dövri 

sınaqlar formasında aparılır. 



Sistem  V 

Almaniyanın  keyfiyyətə  və  markalamaya  təminat 

institutunun 

rəhbərliyi  altında  işləyir  və  RAL  sistemi  adlanır.  Bu 

sistemin 

tərkibinə  150-yə  qədər  keyfiyyət  üzrə  cəmiyyət  daxildir. 

 

 

 



 

444 

 

Keyfiyyət  üzrə  hər  bir  cəmiyyət  öz  fəaliyyətini  bir  növ  məhsula 



uyğun olaraq qurur. RAL sistemi təsərrüfat məhsulları və tikinti ma-

teri


alları  sahələrinə  nəzarət  edir.  Sistemdə  sertifikatlaşdırma 

könüllüdür.  Buna  baxmayaraq,  onun 

qaydaları  DIN  standartlarına 

əsaslanır.  RAL  sınaqlar  və  sertifikatlaşdırma  üzrə  Avropa  və 

Beynəlxalq  təşkilatların  üzvüdür  və  qarşılıqlı  tanınma  üzrə 

müqavilənini  iştirakçısıdır  ki,  bu  da  RAl-ın  sertifikatlarının  və 

nişanlarının xaricdə tanınmasına kömək edir.  

Sistem  S 

məmulatların,  cihazların  təhlükəsizliyi  haqqında 

qanunun 

(GSG) 


tələblərinə  uyğunluğunu  təsdiq  edən 

sertifikatlaşdırma  sistemidir.  Bu  GSG  nişanı  ilə  markalamaqla 

təsdiqlənir.  Almaniyada  100-ə  qədər  sertifikatlaşdırma  üzrə  orqan 

fəaliyyət  göstərir ki,  onlar da cihazların GS nişanına uyğunluğuna 

sınaqlar aparır. Sistem könüllülük xarakteri daşıyır. Lakin sınaqları 

DIN 


standartlarının tələblərinə və həm də hamı tərəfindən tanınmış 

və xüsusi siyahıya salınmış texniki qaydalara uyğun aparılır. Əmək 

və  sosial  təminat  üzrə  federal  nazirlik  müfəttiş  nəzarəti  üçün 

tələblər müəyyən edir, cihazları (texniki əmək vasitələri) GS nişanı 

ilə  markalamaq  huququnu  verən  sınaq  mərkəzlərini  təyin  edir  və 

xarici 


sifarişçiləri sistemə buraxmağa məcbur edir. 

Sistem D o biri 

sistemlərdən fərqli olaraq məcburidir və tikinti 

profilli 

məhsullara  aiddir.  Sistemə  ümumi  rəhbərlik  Almaniyanın 

tikinti 

texnikası institutu (DIVT) tərəfindən yerinə yetirilir. Sistemin 

əsas normativ sənədləri DIN standartlarıdır.  

Sistem  E  qanunverici  metrologiya 

çərçivəsində  fəaliyyət 

stərən sertifikatlaşdırma sistemidir.  



Almaniyada  metrologiya  sah

əsində  əsas  federal  orqan  Federal 

Fiziki Texniki institutudur. Bundan 

başqa, sistemdə federal torpaqların 

uyğun təşkilatları və akkreditasiya olunmuş sınaq laboratoriyaları fəa-

liyy


ət  göstərirlər.  Onlara,  məcburi  sertifikatlaşdırlan  ölçmə 

cihazlarının  yoxlama  haqqında  qanuna  uyğunluğunu  təsdiq  etmək 

hüququ 

verilmişdir.  Bu  sistemin  əsas  fəaliyyət  sahələri  elektriklə, 



istilikl

ə, qazla, su ilə bağlı cihazlar və transformatorlar təşkil edir. Sis-

temd

ə  bir  neçə  uyğunluq  nişanı  mövcuddur:  icazə  nişanı, (Federal 



Fiziki Texniki institutu verir); yoxlama 

nişanı (yoxlama orqanı verir); 

t

əsdiq edən nişan (federal səviyyədə akkreditasiya olunmuş sınaq mər-



445 

 

k



əzləri  verir).  Bu  sistemdə  cihazların  həm  məcburi,  həm  də  könüllü 

yoxlanmasını  aparmaq  olar.  Məcburi  yoxlanma  yuxarıda  adı  çəkilən 

qanunun  müdd

əaları əsasında aparılır. Sistemin qanunları beynəlxalq 

v

ə  Avropa  qanunları  ilə  uyğunlaşdırılmışdır.  Federal  Fiziki  Texniki 



Institut  Beyn

əlxalq  qanunverici  metrologiya  təşkilatının  (BEQMT) 

m

əsləhətlərindən və AŞ-nın direktivlərindən (məcburi) istifadə edir.  



Sistem F buxar 

qazanlarının, yüksək təzyiqli balonların, maye 

yanacaqların  daşınma  vasitələrinin,  partlayışdan  qoruyan  elektrik 

avadanlıqlarının,  qaldırıcı  quruluşların  sertifikatlaşdırı-lması  ilə 

məşğul  olur.  Federal  hökumətin  sərəncamına  əsasən  göstərilən 

məhsullara  müfəttiş  nəzarətinin  ciddi  rejimi  müəyyən  edilmişdir, 

çünki  onlar  potensial  qorxulu 

məhsullar  sayılırlar.  Bu  məhsulların 

qoyulmuş  tələblərə  uyğunluğu  istismara  qədər  və  istismar 

prosesində dövri olaraq yoxlanılır. 

Almaniyada  keyfiyy

ət  sisteminin  sertifikatlaşdırılması  üzrə 

praktiki 

işi, 9000 seriyalı İSO standartları istifadəyə verilənə qədər 

yaradılmış, keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə cəmiyyət 

(DQS) 


aparırdı. Bu təşkilat qeyri-kommersiya təşkilatıdır, keyfiyyət 

sisteminin  qiym

ətləndirilməsini  aparır,  sertifikat  və  uyğunluq 

nişanından istifadə üçün resenziyalar verir, DQS adından keyfiyyət 

sisteminin 

sertifikatlaşdırmasını  aparmaq  hüququnu  vermək  üçün 

t

əşkilati  akkreditasiya  edir,  müfəttişləri  öyrədir  və  öz  səlahiyyəti 



ç

ərçivəsində Almaniyanı beynəlxalq təşkilatlarda təmsil edir. 

DQS-

də kommersiya təşkilatları da akkreditasiya olunmuşdur. 



Bu da onlara 

keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə fəaliyyət 

stərməyə  imkan  verir.  Bundan  başqa,  ölkənin  müxtəlif 



torpaqlarında  texniki  nəzarət  üzrə  Almaniya  cəmiyyətləri  TÜV 

sertifikat

laşdırmanı aparmaq hüququnu almışlar. 1989-cu ildən key-

fiyyət sisteminin sertifikatlaşdırılması üzrə işləri TÜVSERT təşkilatı 

reqlamentləşdirir.  Bu  təşkilat  Avropa  səviyyəsində  rəsmi  olaraq 

qeydiyyata 

alınmışdır  və  onun  fəaliyyəti  9000  seriyalı  İSO 

standartlarına əsaslanır. 

Almaniyada akkreditasiya 

işlərinə rəhbərlik akkreditasiya üzrə 

Almaniya 

şurası  (DAR)  aparır.  Bu  təşkilat  qanunvericiliklə 

reqlamentləşdirilən  sahələrdə  akkreditasiya  ilə  məşğul  olur. 

Reqlamentləşdirilməyən sahələrdə bu funksiyaları akkreditasiya üzrə 



446 

 

Baş  cəmiyyət  (TQA)  yerinə  yetirir.  Sertifikatlaşdırma  üzrə  sınaq 



laboratoriyalarının  və  orqanların  akkreditasiyası  45000  seriyalı  EN 

Avropa 


standartlarına uyğun aparılır. 

  



16.3. Fransada 

sertifikatlaşdırma 

 

Fransada 

sertifikatlaşdırma  1939-cu  ildən  fəaliyyət  göstərir. 

Bu  sah


ədə  ilk  qanun  Milli  NF  standartlarına  uyğunluq  nişanı 

haqqında  qanundur.  Bu  qanun  sonra  edilmiş  dəyişiklik-lərlə  və 

əlavələrlə bu gün də fəaliyyətdədir. Sertifikatlaşdır-maya görə mə-

suliyy


əti  standartlaşdırma  üzrə  Fransız  assosiasiyası  (AFNOR) 

daşıyır.  

Təşkilati nöqteyi-nəzərdən sertifikatlaşdırma sahə prinsipi üzrə 

qurulmuşdur  və  standartlaşdırma  sistemi  ilə  daimi  qarşılıqlı 

əlaqədədir. 

AFNOR-dan 

başqa  sertifikatlaşdırmanı  dövlət  və  sahə 

səviyyəli  orqanlar:  Fransanın  xarici  ticarət  mərkəzi  (CNCE), 

normalar 

və  texniki  reqlamentlər  haqqında  informasiya  mərkəzi 

(CINR), 

elektrotexniklər ittifaqı (UTE) yerinə yetirir. 

AFNOR 

sınaq  mərkəzlərinin  və  laboratoriyalarının 



səlahiyyətlərini  təyin  edir,  onların  akkreditasiyasına,  NF  nişanının 

verilməsinə və ləğv edilməsinə cavabdehdir. Sertifikatlaşdırma üzrə 

milli 

orqanların beynəlxalq təşkilatlarla əməkdaşlığını uyğunlaşdırır. 



CNCE  ixrac 

və  idxal  olunan  məhsulların  sertifikat-

laşdırılmasına cavabdehdir. 

CINR  milli 

sertifikatlaşdırma  sisteminin  və  iqtisadiyyat 

sah


ələrinin informasiya təminatını həyata keçirir. Sistem 400 mindən 

çox  standarta,  sertifikat

laşdırma  haqqında  qaydalara,  dünyanın  bir 

çox  ölk


ələrinin  beynəlxalq  və  regional  təşkilatlarının  akkreditasiya 

prosedu


rları haqqında bank məlumatlarına malikdir. 

UTE elektron v

ə elektrotexniki məhsulların sertifikatlaşdırılması 

üçün 


normativ 

t

ələblər  işləyir.  UTE  təkcə  AFNOR-un 



sertifikatlaşdırma  üzrə  sahə  orqanının  səlahiyyətçisi  deyil,  həm  də 

elektronika,  elekrotexnika  v

ə rabitə sahələrində standartlaşdırma üzrə 

milli t


əşkilatdır. 

Fransada 

uyğunluğun  qiymətləndirilməsinin  bir  neçə  forması 


447 

 

mövcuddur: 



•  Avropa 

direktivlərinə uyğunluğun təsdiqi; 

• 

tədarükçünün,  məhsulun  Avropa  standartına  uyğunluğu 



haqqında ərizə–deklarasiya; 

• milli standartlara 

uyğunluğa könüllü sertifikatlaşdırma; 

•  


satışda olan məhsulun təhlükəsizliyinə nəzarət. 

AB 


Direktivlərinə uyğunluq üçüncü tərəfin sertifikatlaşdırması 

və 


 

nişanı ilə təsdiqlənir. Fransada buraxılan məhsulun 20%-i bu 

cür 

qiymətləndirmədən keçməlidir. 



Tədarükçünün  cavabdehliyi  altında  verilən  məlumat-

deklarasiya 

məhsulun  konkret  Avropa  standartına  uyğunluğunu 

stərir. Tədarükçü, məhsulu   nişanı ilə markalamaq hüququna da 



malikdir. 

Səlahiyyətli  orqan  belə  məhsula  inspeksiya  nəzarətini  ye-

rinə  yetirir  və  meyillənmələr  aşkar  edildikdə,  tədarükçünü  məhsulu 

markalamaq hüququndan 

məhrum edir. Əgər məhsul digər normativ 

sənəd  üzrə  istehsal  edilirsə,  onda  o  üçüncü  tərəfin 

sertifikatlaşdırılmasından keçməlidir. 

Fransanın 

milli 

standartlarına 



uyğunluğa 

könüllü 


sertifikatlaşdırmanı  AFNOR  aparır  və  ən  ciddi  sertifikatlaşdırma 

sxemindən istifadə edilir. Sertifikatlaşdırılmış məhsul Fransanın milli 

standart

larına  uyğunluq  nişanı  (NF)  ilə  markalanır.  Istehsal  olunan 

məhsulun  75%-ə  qədəri  könüllü  sertifikatlaşdırmaya  uğradılır.  AB-

nin 


Direktivlərinə  uyğunluğun  təsdiqindən  fərqli  olaraq,  burada 

məhsulun  milli  standartın  bütün  tələblərinə  uyğunluğunu,  o  cümlə-

dən təhlükəsizliyini də sübut etmək tələb olunur. 

Satışda  olan  məhsulun  təhlükəsizliyinə  nəzarət, 

 

və  NF 


nişanları  ilə  markalanmış,  seçilmiş  nümunələrin  keyfiyyətinin  AB-

nin 


Direktivlərinə,  yaxud  milli  Fransa  standartlarının  tələblərinə 

uyğunluğu  müntəzəm  yoxlamalar  aparılmaqla  müəyyənləşdirilir. 

Bununla,  bir 

neçə  min  müfəttişin  işinə  rəhbərlik  edən  Iqtisadiyyat 

Nazirliyi 

məşğul olur. 

vlət  standartına  uyğunluğa  sertifikatlaşdırma  sistemi  milli 



sistemdir 

və  NF  nişanı  ilə  təsdiqlənir.  Bu  nişan  bütün  məhsullara 

tətbiq  edilir.  Lakin  elektrik  məhsulları  üçün  başqa  nişan  nəzərdə 

tutulur. 

Məsələn: məişət elektrik cihazları üçün–NF ELEKTRICITE 

CONTROLE,  NE  LIMITE  A  LA  SECURITE 

nişanı  elektrik 


448 

 

cihazının ancaq təhlükəsizliyini göstərir. Bu nişan məhsulun texniki 



xarakteristikalarının standarta uyğunluğu haqqında heç bir məlumat 

vermir. 


Məhsulu  hazırlayan,  NF  nişanından  istifadə  etmək  hüququnu 

müqavilə və lisenziya əsasında o halda ala bilər ki, verilmiş məhsul 

növünü 

hazırlayanların əksəriyyəti buna maraqlı olsun. Hər bir növ 



məhsul  üzrə  AFNOR  nişanının  qəbulu  qaydaları,  məcburi  nəzarət 

vləri  və  onu  yerinə  yetirən  subyektlər,  məsuliyyət  və  apelyasiya 



qaydaları  haqqında  qətnaməni  təsdiq  edir.  Lisenziyaçı  məhsulu  NF 

nişanı  ilə  markaladıqda  nəinki  AFNOR, həm  də  istehlakçı  qarşısında 

ö

hdəçilik götürür. AFNOR məhsulların qanunsuz markalanmasına, qeyri-



qanuni  reklama, yaxud 

fırıldaqçılığa görə qanunla təqib etmək hüququna 

malikdir. Fransada NF 

nişanı ilə 100 mindən çox məhsul markalanır. Bu 

nişan müxtəlif sahələr üçün 110 modifikasiyaya malikdir. 

Xaricdə  istehsal  olunmuş  məhsul  da  (əgər  bu  məhsul  anoloji 

olaraq Fransa 

məhsuluna qoyulmuş tələblərə uyğundursa) bu nişanla 

markalana 

bilər. 


Sifarişçilər  üçün  daha  əlverişli  şərait  yaratmaq  məqsədilə 

AFNOR,  NF 

nişanını  almaq  üçün  sertifikatlaşdırma  hüququ  olan 

səlahiyyətli  orqanlar  şəbəkəsi  yaratmışdır.  Səlahiyyətli  orqan 

AFNOR-u 

əvəz edərək, sertifikatlaşdırma ilə bağlı (idarəetmə, sınaq, 

nəzarət), bütün funksiyaları yerinə yetirir. 

NF 


nişanı  almaq  üçün  sertifikatlaşdırma  könüllü  xarakter 

daşıyır.  Burada  səhiyyə  sahəsinə  aid  olan  məhsullar  (materiallar, 

dərmanlar, avadanlıqlar) istisna təşkil edir, çünki bu məhsullar üçün 

sınaqlar, o cümlədən klinik sınaqlar məcburidir. Belə məhsullar NF–

MEDICAL 

nişanı ilə markalanır. 

Könüllülük 

xarakterinə  baxmayaraq,  ixtiyari  növ  məhsul 

hazırlayan  firmalar    NF  nişanı  ilə  markalamaq  hüququnu  almağa 

çalışırlar,  çünki  bu  nişan  məhsulun  keyfiyyətinə  alıcıların  inamını 

təmin edir. 

Fransada 

sınaq  laboratoriyaları  dörd  qrupa  bölünür:  dövlət, 

ictimai, 

şəxsi  və  firmaların  laboratoriyaları.  Onların  akkreditasiyası 

könüllüdür v

ə maliyyələşdirmə sifarişçi-laboratoriya tərəfindən aparılır. 

AFNOR  60-dan  çox 

laboratoriyanın  akkreditasiyasını  aparmışdır. 

Onlar,  m

əhsulların  milli  standartlara  uyğunluğunu  yoxlamaq  üçün 


449 

 

sınaqlar  aparmaq  hüququna  malikdirlər.  Bəzi  akkreditasiya  olunmuş 



laboratoriyalar  dövl

ət  tərəfindən  nəzarət  olunan  texniki  sənaye 

m

ərkəzləridir. 



AFNOR-dan 

başqa könüllü akkreditasiya ilə, proqramı dövlət 

tərəfindən  tutulan,  milli  sınaq  laboratoriyaları  şəbəkəsi  (RNE)  də 

məşğul olur. Akkreditasiyanın müddəti üç ildən artıq olmur. Birinci 

yoxlama, 

ümumiyyətlə,  bir  ildən  sonra  təyin  olunur.  RNE 

çərçivəsində  Fransanın  çox  böyük  sınaq  laboratoriyaları,  sınaqlar 

üzrə Milli laboratoriya (LNE), Mərkəzi elektrotexniki laboratoriyası 

(LCIE) 

işləyir. Bu laboratoriyalarda həm də elektrotexniki məhsullar 



üçün  etalonlar 

və  dövlət  standartları  saxlanılır.  Ölçmə  cihazlarının 

yoxlama

larını  aparan  laboratoriyaların  akkreditasiyasını  Milli  met-



rologiya bürosu (BNM) 

aparır. 


Bunlardan,  m

əcburi  xarakter  daşıyan,  ümumiyyətlə,  konkret 

nazirlikl

ə bağlı olan, xüsusi akkreditasiya növü də mövcuddur. Məsələn: 

Ətraf Mühitin Mühafizəsi Nazirliyi, kimya məhsullarının milli və bey-

n

əlxalq standartlara uyğunluğuna bioloji və kimyəvi sınaqları aparan sı-



naq 

laboratoriyalarını  akkreditasiya  edir.  Bu  cür  akkreditasiyanın 

müdd

əti, ümumiyyətlə, iki ildən artıq olmur. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin