Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


  Həmcins məhsulun sertifikatlaşdırılmasının



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
Azf-295386


15.4. 

Həmcins məhsulun sertifikatlaşdırılmasının 

a

parılma qaydaları 

 

Sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş  orqanın,  yaxud 



Milli 

sertifikatlaşdırma  orqanının  tapşırığı  ilə  müvəqqəti  vəkil 

edilmiş təşkilat məhsulun sertifikatlaşdırılmasının hazırlığı və təşkili 

üzrə aşağıdakı işləri yerinə yetirir: 

• 

sifarişin verilməsi və baxılması; sertifikatlaşdırma sxeminin 



seçilməsi; 

•  standartda  gö

stərilməyən  hallarda  sınaqlara  məruz  qalacaq 

məmulat  nümunələrinin  sayının  və  seçmə  qaydalarının  təyin 

edilməsi; 

• 

sınaqları 



aparacaq 

akkreditasiya 

olunmuş 

sınaq 


laboratoriyasının  təyin  edilməsi;  sertifikatlaşdırılan  məhsulun 

sınaqları; 

• 

istehsalatın  attestasiyası,  yaxud  keyfiyyət  sisteminin  ser-



tifikatlaşdırılması  üzrə  işlərin  qaydasının  təyin  olunması  və 

aparılması  (əgər  bu  sifarişçinin  təklif  etdiyi  sertifikatlaşdırma 

sxemində nəzərdə tutulubsa); 


429 

 

• 



işlərin  yerinə  yetirilməsi  üçün  müqavilə  layihəsinin 

hazırlanması; 

• 

uyğunluq  sertifikatı  və  onun  verilməsinə,  yaxud  uyğunluq 



nişanından istifadə olunmasına hüquq verən lisenziyanın verilməsi və 

qeydiyyatı; 

•  xarici 

və  yaxud  beynəlxalq  orqan  tərəfindən  verilmiş 

uyğunluq sertifikatının tanınması; 

• 

sertifikatlaşdırılmış  məhsulun  keyfiyyətinin  stabilliyinə, 



onun  istehsal 

vəziyyətinə,  keyfiyyət  sisteminə  inspeksiya  nəzarəti 

yolu 

ilə  ümumi  nəzarətin  həyata  keçirilməsi  və  lazım  olduqda  kor-



reksiyaedici 

tədbirlərin həyata keçirilməsi; 

• 

sertifikatlaşdırmanın  nəticələri  barədə  informasiyanın 



toplanması; 

•  apelyasiyalara 

baxılması. 

Sifarişin  verilməsi  və  baxılması.  Milli  sertifikatlaşdırma 

sistemi 


çərçivəsində  məhsulun  məcburi,  yaxud  könüllü 

sertifikatlaşdırılmasının aparılması üçün sifarişçi həmcins məhsulun 

sertifikatlaşdırılması  üzrə  akkreditasiyadan  keçmiş  müvafiq  orqana, 

bu orqan olma

dıqda Milli sertifikatlaşdırma üzrə orqana sifariş gön-

dərməlidir. 

Belə  orqan  və  məhsulun  sertifikatlaşdırılması  qaydası  barədə 

sifarişçini  maraqlandıran  informasiyanı  ARSMPDK-nın  ərazi 

orqanlarından  almaq  olar.  Sertifikatlaşdırma  sxeminin  seçilməsi. 

Məcburi  sertifikatlaşdırmanın  aparılmasının  sxemi  məhsulun 

istehsal, 

nəzarət  və  tədarük  xüsusiyyətlərini  nəzərə  almaqla, 

həmçinin Milli sertifikatlaşdırma orqanı ilə razılaşdırmaqla həmcins 

məhsulun  sertifikatlaşdırılması  orqanı  tərəfindən  seçilir.  Bu  zaman 

sertifikat

laşdırmanın təsdiq olunmasını təmin edən  İSO-nun tövsiyə 

etdiyi 

sxemlərdən istifadə edilir.  



Seçilmiş  sertifikatlaşdırma  sxemi  verilmiş  məhsulun  məcburi 

sertifikatlaşdırma qaydalarını təyin edən sənədlərdə göstərilməlidir. 

Könüllü 

sertifikatlaşdırmanın  aparılma  sxemi  sifarişçi 

tərəfindən seçilir və sertifikatlaşdırılmaya aid sifarişdə göstərilir. 

Beynəlxalq sistem çərçivəsində sertifikatlaşdırma, həmin sistemin 

sxemi 

üzrə  yerinə  yetirilir.  Xaricdən  idxal  olunmuş  və  yaxud 



Azərbaycanda istehsal edilmiş məhsulların ixracı zamanı AZS Milli ser-

430 

 

tifikat



laşdırma sistemində sertifikatlaşdırılmanın aparılması nəzərdə tu-

tulan halda 

məhsulun tədarükünə aid sazişlərə, kontraktlara, yaxud digər 

sənədlərə müvafiq tələblər və göstərişlər daxil edilməlidir. 

Uyğunluq sertifikatı olmadan gətirilməsi və çıxarılmasına icazə 

verilməyən məhsulların idxal və ixracı barədə sertifikatlaşdırma üzrə 

Milli orqan Az

ərbaycan Respublikasının Dövlət Gömrük Komitəsini 

xəbərdar etməlidir. 

Sertifikatlaşdırma işinin hazırlıq hissəsi sertifikatlaşdırma üzrə 

akkreditasiya 

olunmuş  orqanın  təsdiq  etdiyi  qərarın  qəbul  edilməsi 

ilə  başa  çatır.  Qərarda  yuxarıda  göstərilən  bütün  məsələlərə, 

həmçinin sonrakı işlərin aparılması qaydalarına ətraflı baxılır. Qərar 

işin  yerinə  yetirilməsi  barədə  müqavilə  layihəsi  ilə  birlikdə  sifariş-

çiyə göndərilir. 



Sertifikatlaşdırma sxeminin aparılması. Sınaqlar sifarişçi ilə 

sertifikatlaşdırma  üzrə  orqan  və  təyin  olunmuş  sınaq  laboratoriyası 

arasında imzalanmış müqavilə və qərarın əsasında aparılır. 

Məcburi  sertifikatlaşdırma  zamanı  sınaqların  həcmi  (məhsul 

tipinin 

nümunəsi,  partiyası,  hər  bir  nümunə)  və  onların  keçirilmə 

qaydaları, sertifikatlaşdırma üzrə milli orqan və istehlakçı ilə razılaşma 

əsasında, verilmiş məhsulun sertifikatlaşdırılması üzrə orqan tərəfindən 

əyyən edilir. Verilmiş məhsulun sertifikatlaşdırma qaydalarını təyin 



edən müvafiq tələblər sistemin sənədlərində müəyyən olunmalıdır. 

Könüllü 


sertifikatlaşdırma zamanı sınaqların zəruriliyi məhsula 

aid olan 

sifarişdə, sifarişçi tərəfindən göstərilməlidir. 

Sertifikatlaşdırma  sınaqların  keçirilməsini  nəzərdə  tutan 

beynəlxalq sistem çərçivəsində aparılarsa, bu sınaqlar həmin sistemin 

müəyyən etdiyi tələblərə uyğun olaraq həyata keçirilir. 

Nümunələrin sayı, onların seçilmə qaydaları, eyniləşdirilməsi və 

saxlanması,  həmcins  məhsulun  sertifikatlaşdırılması  və  sınaq 

metodikaları  üzrə  normativ-texniki,  yaxud  təşkilati-metodik 

sənədlərdə müəyyən edilir. 

 

Sınaq  laboratoriyası  müəyyən  olunmuş  müddətdə  ser-



tifikatlaşdırma  sınaqlarını  keçirir  və  nümunələrin  seçilmə  aktı  ilə 

431 

 

birlikdə  nəticələrin  sənədini  (protokol,  yaxud  hesabat) 



sertifikatlaşdırma üzrə orqana göndərir. Sertifikatlaşdırma üzrə orqan 

alınmış  materialları  ekspertizadan  keçirir,  uyğunluq  sertifikatı 

vermək  barədə  qərar  qəbul  edir  və  uyğunluq  sertifikatını  və  sazişi 

tərtib edir.  

Sertifikatın  doldurulması  seçilmiş  sertifikatlaşdırma  sxeminə 

uyğun olaraq müəyyən edilir. 

Şəkil  15.1.-də  Milli  sertifikatlaşdırma  sistemində  uyğunluq 

sertifikatının forması verilmişdir. 

Uyğunluq  sertifikatının  qrafalarında  aşağıdakı  məlumatlar 

verilir: 

Mövqe  1  –  Dö

vlət  Reyestrinin  aparılma  qaydalarına  uyğun 

olaraq sertifikata 

verilmiş qeydiyyat nömrəsi. 

Mövqe 2 – 

Sertifikatın verilmə tarixi.  

Mövqe 3 – 

İstehsalçı müəssisənin adı. 

Mövqe 4 – 

İstehsalçı müəssisənin ünvanı. 

Mövqe  5–

Məhsulun  adı,  tipi,  görünüşü,  markası  və  s. 

stəriciləri. 



Mövqe  6–

Uyğunluğuna sertifikatlaşdırma keçirilmiş nor-mativ 

sənədlərin adı və işarəsi. 

Mövqe 7–


Sertifikatın sahibi, adı və ünvanı. 

Mövqe  8–

Sertifikatın  qüvvədə  olma  müddəti,  sertifikatlaş-

dırma üzrə orqanın rəhbərinin adı, soyadı, imzası və möhür. 

Sertifikat 

üzərində düzəlişlərin aparılması yol verilməzdir. 

Sertifikatlaşdırılmış  məhsul  Milli  sertifikatlaşdırma  sisteminin 

vlət Reyestrinə daxil edilir. Sertifikatlaşdırma üzrə orqan verdiyi 



bütün 

sertifikatların və lisenziyaların uçotunu aparır. Sertifikatın və 

lisenziya

nın  qüvvədə  olma  müddəti  realizə  olunmuş  sertifikat-

laşdırma sxemini nəzərə almaqla 3 ildən çox olmamalıdır. 

Sertifikatlaşdırma sxemi üzrə yerinə yetirilən sertifikatlaşdırma 

sınaqlarının,  yaxud  digər  işlərin  nəticələri  mənfi  olduqda,  sifariş 

verilmiş  məhsulun  sertifikatlaşdırılması  üzrə  iş  dayandırılır  və  bu 

barədə sertifikatlaşdırma üzrə orqan sifarişçini xəbərdar edir.  


432 

 

АЗС МИ



ЛЛИ

 СЕРТИ

ФИ

КАТЛАШ

ДЫ

РМА СИ

СТЕМИ

УЙЬУНЛУГ

СЕРТИ

ФИ

КАТЫ

Азярбайжан Республикасы

 Стандартлашды

рма 


Метролоэийа вя Патент цзря Дювлят Аэентлийи 

Сертиф


икат

верилмя  тарихи

Фирма

Цнван


тяряф

индян щазы

рланмы

ш мящсул


тялябляриня уйьундур

Сертиф

икат верилиб

Уйьунлуг сертиф

икаты

ны

н г цввядя олма мцддяти



М.Й.

И

мза



М.Й.

И

мза



М.Й.

И

мза



1

2

3



4

уйьунлуг сертиф

икаты

 аид едилир



5

6

6



7

8

8



8

 

Şəkil 15.1. 



AZS MİLLİ SERTİFİKALAŞDIRMA SİSTEMİ 

Azərbaycan Respublikası Standartlaşdırma 

Metrologiya və Patent Dövlət komitəsi 

Sertifikat 

Verilmə tarixi 

U Y Ğ U N L U Q  

 

S ERTİFİKATI

 

UYĞUNLUQ SERTİFİKATI AİD EDİLİR      

5

 

Firma 



Ünvan 

tərəfindən hazırlanmış məhsul 

Uyğunluq sertifikatının qüvvədə olan müddəti 

M.Y    8      imz

tələblərinə uyğundur 



Sertifikat verilib 

M.Y    8      imz

M.Y    8      imz





433 

 

Sifarişçinin  arzusu  ilə  işlər  yenidən  davam  etdirilə  bilər.  Bu 



halda sertifikat və lisenziya verilmir. 

Məhsulun  sertifikatlaşdırılmaya  hazırlıq  səviyyəsi  və  aşkar 

edilmiş  nöqsanların  aradan  qaldırılması  barədə  tövsiyələrlə  birlikdə 

işlərin nəticələri üzrə sifarişçiyə rəy təqdim olunur. 

Sertifikatlaşdırılmaya sifarişin baxılması, qərar qəbul edilməsi 

və sertifikatın sənədləşdirilməsi müddəti bir aydan çox olmamalıdır 

(sınaq müddəti hesaba alınmadan). 

Sertifikatlaşdırma  sınaqlarının  aparılması,  həmçinin  dövri 

inspeksiya sınaqları və istehsal olunan məhsulun sertifikatlaşdırılmış 

nümunəyə  uyğunluğuna  seçmə  inspeksiya  nəzarəti  ilə  əlaqədar 

xərclər müvafiq məhsul istehsalçıları tərəfindən ödənilir.  

 

15.5. Xarici 



uyğunluq sertifikatının tanınması 

 

Azərbaycanda  istifadə  olunan  məhsula  başqa  ölkələrin 

sertifikatlaşdırma  üzrə  orqanlarının  (beynəlxalq  sistem)  verdikləri 

sertifikatların  tanınması  haqqında  qərarı,  konkret  məhsulun 

sertifikatlaşdırılması  üzrə  orqanın  təklifləri  ilə  və  ya  sifarişçinin 

müraciətinə əsasən sertifikatlaşdırma üzrə Milli orqan verir. 

Beynəlxalq sistemlər və ya dövlətlərarası sazişlər çərçivəsində 

verilmiş  sertifikatlar  və  ya  analoji  təyinatlı  sənədlər  (lisenziyalar, 

rəsmi təsdiqlər və s.) tanınır. Belə tanınmanın üsulları bu sistemlərin 

və ya sazişlərin qaydaları ilə müəyyənləşdirilir. 

Tanınmanın  həyata  keçirilməsi  zamanı  məhsulun  təyin 

olunmuş tələblərinə uyğunluğunun təsdiqi üçün təkrar sınaqlar (tam 

həcmdə və ya bəzi xarakteristikalar üzrə) keçirilə və ya istehsalatın 

stabilliyi 

yoxlanıla bilər. 

Sertifikatın  tanınması  üçün  sifarişçi,  sertifikatın  surətini, 

protokolları, həmçinin sistemin qaydalarında və ya sertifikatlaşdırma 

üzrə sazişdə nəzərdə tutulmuş digər sənədləri sertifikatlaşdırma üzrə 

Milli orqana gö

ndərməlidir. Təqdim olunmuş sənədlərə ARSMPDK-

nın  nümayəndələrindən  və  bu  sahənin  mütəxəssislərindən  ibarət 

ekspert 


komissiyası tərəfindən baxılır. Ekspert komissiyasının qərarı 

ARSMPDK-


nın texniki şurasında təsdiq olunur. 

Sertifikat 

tanındıqdan  sonra  ARSMPDK-da  qeydiyyatdan 


434 

 

keçir. 



Sertifikatın tanınması və qeydiyyatdan keçməsi üçün müəyyən 

haqq 


alınır. 

Sertifikatlaşdırma  üzrə  Milli  orqanın  tələbi  ilə  sifarişçi 

sertifikatlaşdırılan məhsulun nümunəsini göndərir. 

 

15.6. Milli 



sertifikatlaşdırma sisteminin Dövlət 

Reyestrinin 

aparılma qaydaları 

 

Sertifikatlaşdırma  sahəsində  obyektlərin,  iş  iştirakçılarının  və 



s

ənədlərin qeydiyyatdan keçirilməsi zamanı Reyestrin aparılmasının 

m

əqsədi,  onların  uçotunun  aparılması,  sertifikatlara  (attestatlara) 



hüquqi  qiym

ətin  verilməsi,  həmçinin  texniki  siyasətin  və  məhsulun 

ser

tifikatlaşdırılmasının  idarə  olunması  üzrə  işlərin  sistemli 



informasiya xidm

ətinin təşkil edilməsidir. 



Reyestr 

sertifikatlaşdırma  sahəsində  obyektlər,  iş  iştirakçıları 

v

ə  sənədlər  haqqında  məlumatları  saxlayan  kitab  və  ya  elektron 



m

əlumatlar bankıdır. 

Reyestrin 

aparılmasını  və  nömrə  verməklə  sertifikatlaşdırma 

obyektl

ərinin  qeydiyyatını  Milli  sertifikatlaşdırma  orqanı 



ARSMPDK h

əyata keçirir. 

Obyektin, 

iş iştirakçısının, sertifikatlaşdırma sahəsində sənədin 

qeydiyyatı–sertifikatda  (attestatda,  sertifikatlaşdırma  qaydaları 

haqqında  sənəddə,  tanınma  haqqında  qərarda),  ifadə  olunan 

m

əlumatların  qeydiyyat  nömrəsi  verilməklə  reyestrə  daxil 



edilm

əlidir. 


Qeydiyyat 

haqqında  sənəd  sertifikatlaşdırma  obyektinin 

normativ  s

ənədlərinin, standartların və reyestr qeydiyyatı olan digər 

s

ənədlərin  tələblərinə  uyğunluğunu  təsdiq  edən  sənəddir 



(

şəhadətnamə, sertifikat, attestat).  

Sertifikatların  (attestatların)  reyestr  qeydiyyat  nömrələri 

olduqda hüquqi qüvv

əyə malikdirlər. 


435 

 

XVI 



FƏSİL. XARİCİ ÖLKƏLƏRDƏ 

SERTİFİKATLAŞDIRMA 

 

16.1. Rusiya 

Federasiyasında sertifikatlaşdırmanın 

hüquqi 

əsasları 

 

16.1.1. “

İstehlakçıların hüquqlarının müdafiəsi  

haqqında” qanun və sertifikatlaşdırma 

Rusiya 


Federasiyasında  sertifikatlaşdırma  aşağıdakı  dövlət 

qanunlarına  uyğun  təşkil  olunur  və  aparılır: “İstehlakçıların 

hüquqlarının  müdafiəsi  haqqında, “Məhsulun  və  xidmətlərin 

sertifikatlaşdırılması haqqında, “Standartlaşdırma haqqında, “Yanğın 

təhlükəsizliyi haqqında, “Əhalinin sanitar-epidemioloji rifah halı haq-

qında və i.a., Prezidentin Fərmanları və hökumət aktları. 

1992-ci 

ildə RF-də qəbul olunmuş “İstehlakçıların hüquqlarının 

müdafiəsi  haqqında  Qanun  bir  sıra  prinsipial  yeni  müddəalar 

müəyyən  etmişdir.  Belə  ki,  bu  qanun  istehlakçılarına  bütün  sivil 

vlətlərdə tanınan, hüquqlarını qanuniləşdirmiş, məhsulların, işlərin 



və  xidmətlərin  həyat  və  sağlamlıq  üçün  təhlükəsizlik  hüququnu; 

alınan məhsulların,  yerinə  yetirilən işlərin və göstərilən xidmətlərin 

lazımi  keyfiyyətini  təmin  etmək  hüququnu,  dəymiş  ziyanın 

ö

dənilməsi  hüququnu  və  istehlakçının  hüquq  və  maraqlarının 



məhkəmədə müdafiəsini, keyfiyyətsiz məhsulun satışı zamanı, ya da 

yerinə  yetirilən iş və göstərilən xidmət lazımi səviyyədə olmadıqda 

istehlak

çıların  hüquqlarının  müdafiəsi  mexanizmini  müəyyən  et-

mişdir. 

İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında  qa-

nunvericiliyin 

əsasını  mülki  qanunvericiliyin  normativ  aktları  təşkil 

etdiyi  üçün  bu  qanun 

başqa  qanunlar  arasında  xüsusi  yer  tutur. 

Rusiya 

Federasiyasında  fəaliyyət  göstərən  bütün  qanunverici  aktlar 



İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında  Qanunla  uyğun-

laşdırılmışdır. 

kumət  Qanunun  ayrı-ayrı  müddəaları  əsasında  alqı-satqı 



müqavilələri, ayrı-ayrı məhsul növlərinin satışı, müxtəlif növ işlərin 

yerinə yetirilməsi və s. üzrə müxtəlif aktlar və qaydalar təsdiq edir. 



436 

 

Məhsulların (işlərin, xidmətlərin) təhlükəsizliyini təmin etmək 



məqsədilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun 

məcburi sertifikatlaşdırmanı tətbiq edir. Sertifikatlaşdırma məhsulun 

keyfiy

yətinin dövlət standartla-rının məcburi tələblərinə uyğunlu-



ğunu təsdiq edir. 

Məcburi  sertifikatlaşdırma  Qanununa  əsasən  aşağıdakılar 

sertifikatlaşdırılmalıdır : 

•  qanunverici  aktlarda,  dö

vlət  standartlarında  istehlakçıların 

həyat  və  sağlamlıqlarının  təhlükəsizliyinin  təmin  edilməsinə,  ətraf 

mühitin  qorunma

sına  və  istehlakçıların  əmlakına  ziyan  vurmasının 

qar

şısının  alınmasına  yönəldilmiş  tələblərin  qoyulduğu  məhsullar 



(

işlər, xidmətlər); 

• 

istehlakçıların  həyat  və  sağlamlıqlarının  təhlükəsizliyini 



təmin edən vasitələr. 

Pərakəndə  satış  şəbəkəsi  vasitəsilə  realizə  olunan  məhsul 

partiyası,  yaxud  hər  məhsul  vahidi  uyğunluq  sertifikatı  ilə  təmin 

olunmalıdır.  Bu  sertifikatı  satıcı  alıcının  tələbi  ilə  təqdim  etməyə 



borcludur. 

Təhlükəsizlik  üzrə  standartların  məcburi  tələblərinə 

uyğunluğunu  təsdiq  edən  uyğunluq  sertifikatı  olmadan  məhsulların 

(o 


cümlədən xaricdən gətirilən) realizəsi, işlərin yerinə yetirilməsi və 

xidmətlərin  göstərilməsi  qanunla  qadağan  edilmişdir.  Məhsullar, 

sertifikat

laşdırma  üzrə milli  orqan  tərəfindən  verilmiş  və  Rusiyada 



ta

nınan xarici sertifikatlarla müşayiət oluna bilər. 

Sertifikatlaşmadan  keçmiş  və  sertifikatla  təsdiq  olunmuş 

məhsulların üzərində (yaxud məhsulu müşayiət edən sənədlərdə,  ya 

da qablarda) dö

vlət standartı tərəfindən müəyyən olunmuş uyğunluq 

nişanı  olmalıdır.  Sertifikatın  və  uyğunluq  nişanının  olmasına 

məsuliyyəti satıcı (istehsalçı) daşıyır. 

İstehsalçının  hüquqları  pozulduğu  halda  o,  öz  hüquqlarını 

qorumaq 

imkanı  əldə  etmək  üçün  mütləq  istehsalçı  haqqında 

məlumata malik olmalıdır. Ona görə də “İstehlakçıların hüquqlarının 

müdafiəsi  haqqında  qanun  istehlakçının  məhsulu  hazırlayan 

müəssisə,  satıcı  və  həm  də  məhsulu  istehsal  edən  və  satan  sahibkar 

haqqında məlumat almaq hüququnu nəzərdə tutur. 



437 

 

İstehlakçı    istehsalçı  haqqında  bəzi  məlumatları  ticarət 



markalarından və məhsul nişanlarından əldə edə bilər. İri firmaların 

m

əhsul nişanları alıcıların,  onların məhsullarına  etibarını  həmişə 



t

əmin  edir.  Bu  etimad  uyğunluq  sertifikatının  mövcudluğuna  yox, 

yüks

ək və sabit keyfiyyətə əsaslanır. Buna firmaların müəssisələrin-



d

ə  keyfiyyətin  idarə  olunmasının  yüksək  effektivli  sistemləri 

t

əminat  verir.  Məhsul  nişanları,  intellekt  mülkiyyəti  olmaqla, 



qanunverici  müdd

əalarla    qorunur  və  digər  məhsul  hazırlayanlar 

t

ərəfindən istifadə oluna bilməz. 



Lakin 

hamıya  məlumdur  ki,  məhsul  bazarında  alıcı  müxtəlif 

saxta 

məhsul növləri ilə rastlaşır. Məşhur məhsul markalarının sax-



talaşdırılmasının beş əsas üsulu aşkar edilmişdir: 

• 

açıq  saxtakarlıq,  yəni  xarici  firmanın  və  məhsul  markasının 



saxtalaşdırılması.  Fırıldaqçılığın  bu  üsuluna  xüsusilə  plastinkaların, 

audio 


və videokassetlərin, kompakt-disklərin satışında tez-tez rast gəli-

nir; 


“kö

ləcəsinə surətçıxarma: məmulatın sökülməsi və onun tam 

surətinin  çıxarılması.  Bəzən  bu  cür  məhsulların  satış  həcmi 

orijinalların  satışını  üstələyir.  Bu  üsul  xüsusilə  dəzgahlar  və  digər 

avadanlıqlar, elektrotexniki və elektron məhsullar üçün xarakterikdir; 

• 

oxşatma  (imitasiya)–məşhur  istehsalçının  markası  ilə  satış. 



Bu cür 

saxtakarlıq xüsusilə geniş istehlak malları (tikiş məmulatları, 

saatlar 

və  i.a.)  üçün  xarakterikdir.  Belə  məmulların  qiyməti,  bir 

qayda  olaraq,  orijinallardan 

fərqli  olaraq  daha  aşağı  olur  ki,  bu  da 

təcrübəsiz alıcıları cəlb edir. Məsələn: Cartier–Fake Cartier saatlarına 

oxşatmaları 5–10 dollara alıb, 40–50 dollara satmaq mümkün olduğu 

halda, 

orijinalın  qiyməti  təxminən  700  dollardır.  Çox  vaxt  cins 



parçadan olan 

paltarları da oxşadırlar. 

•  qabaqlama: kiçik 

dəyişikliklərlə məhsulun surətinin 

hazırlanması,  o  cümlədən  ticarət  markasının  yazılması  və 

məhsulun səsləndirilməsi. Bununla məhsul bu və ya digər orijinala çox 

yaxın  olur.  Məsələn:  kompüter  “Pineapple  (saxta  “Apple),  kofe 

“Nesskaffe (orijinal “Nescafe), “Pavasonik (orijinal “Panasonic

və 

digərlərini  göstərmək  olar. Rusiyada  orijinal  “Borjomi  əvəzinə  saxta 



“Bonjemi mineral su peyda ol

muşdur. 


438 

 

• 



satış  prinsiplərinin  pozulması:  məhsul  nişanlarının  qeydiyyatı 

haqqında qanunvericiliyin gözlənilməməsi. 

Saxtalıqlar həm alıcıya, həm də istehsalçıya böyük ziyan vurur. 

Istehsalçı  bazarın  müəyyən  hissəsini,  çox  vaxt  da  öz  nüfuzunu  və 

alıcıların  inamını  itirir.  Böyük  Britaniyada,  Fransada  və  ABŞ-da 

saxtakarlığa qarşı mübarizə aparmaq üçün, malları saxtalaşdırılan iri 

şirkətlərin  maliyyələşdirdiyi  cəmiyyətlər  fəaliyyət  göstərirlər.  AB 

ABŞ-la birlikdə TTBM/BTT vasitəsilə fəaliyyət göstərir. Əgər şübhə 

yaranırsa,  yaxud məhsul açıq-aşkar saxtadırsa, bu cür məhsullar 10 

gün müd


dətində bazardan çıxarılır. Onların “müəllifi isə adətən bir 

daha bu bazarda görünmür. 

Bu 

misallar 



istehlakçıların  hüquqlarının  qorunmasında 

uyğunluğa  sertifikatlaşdırmanın  mühüm  rol  oynadığını  bir  daha 

stərir. Istehlakçı öz hüquqlarını bilməli və ondan istifadə etməlidir. 



Qanunla 

sertifikatlaşdırma sahəsində ARSMPDK-nın aşağıdakı 

vəzifələri müəyyən olunmuşdur: 

• 

sertifikatlaşdırma  qaydasının  və  məcburi  sertifikat-



laşdırılmalı məhsulların (işlərin, xidmətlərin) nomenklaturasının təyini; 

• 

müxtəlif  növ  məhsulların  (işlərin,  xidmətlərin)  və  sınaq 



laboratoriyaların  (mərkəzlərin)  sertifikatlaşdırılması  üzrə  orqanların 

akkreditasiyası  və  akkreditasiyanın  aparılması  hüququnun  digər 

hüquqi 

şəxslərə həvalə olunması; 



• 

sertifikatlaşdırmanın  aparılmasının  düzgünlüyünə  nəzarətin 

yerinə yetirilməsi; 

•  


sertifikatlaşdırılmış məhsulların, sertifikatlaşdırma 

   


üzrə 

akkreditasiya 

olunmuş 

orqanların 

və 

sınaq 


laboratoriyalarının  Dövlət Reyestrinin aparılması; 

•  xarici 

və  beynəlxalq  təşkilatların  verdiyi  sertifikatların 

tanınması haqqında qərarların qəbul edilməsi; 

•  

sertifikatlaşdırma  üzrə  məsələlərdə  xarici  ölkələrlə  və 



beynəlxalq  təşkilatlarla  qarşılıqlı  əlaqələrdə  Azərbaycanı  təmsil 

etmək. 


Qanuna  gör

ə  ARSMPDK-nə  aşağıdakı  hallarda  cərimələmək 

hüququ 

verilmişdir: 



439 

 

• 



istehsalçı  (icraçı,  satıcı)  dövlət  hakimiyyət  orqan  larının 

qanuni gö

stərişlərini yerinə yetirməkdən yayındıqda; 

• 

istehlakçıya təhlükəsizlik tələblərinə cavab verməyən məhsul 



(

iş, xidmət) tərəfindən ziyan vurulduqda; 

• 

təhlükəsizlik üzrə standartların məcburi tələblərinə uyğunluq 



sertifikatı  olmadan  məhsul  realizə  olunursa  (iş  yerinə  yetirilirsə, 

xidmət göstərilirsə); 

•  sertifika

tlaşdırma  üzrə  orqan  məcburi  sertifikatlaşdırma 

qaydalarını pozduqda; 

• 

sınaq  laboratoriyası  (mərkəzi)  sınaqların  doğru  olmayan 



nəticələrini təqdim etdikdə; 

• 

fərdi  sahibkar  dövlət  orqanlarının  göstərişlərini  yerinə 



yetirməkdən imtina etdikdə, yaxud vaxtında yerinə yetirmədikdə. 

Daha 


geniş  aspektdə  sertifikatlaşdırmanın  hüquqi  əsaslarını 

Məhsulların  və  xidmətlərin  sertifikatlaşdırılması  haqqında  qanun 



təmin edir. 


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin