Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə41/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45
Azf-295386


 

17.2. Elektrotexniki 

məmulatların sertifikatlaşdırıl-

masının beynəlxalq sistemi BEK (EM SBS

 

Elektrotexniki 



məmulatların  beynəlxalq  sertifikatlaşdırma 

sisteminin 

yaradılması  ideyası  hələ  1926-cı  ildə  yaranmışdır. 

Almaniya, 

İsveç,  Norveç  və  Hollandiya  nümayəndələri  beynəlxalq 

təşkilat yaratmaq üçün birinci Beynəlxalq müşavirəyə toplaşdılar. Bu 

təşkilat  elektrotexniki  məmulatların  təhlükəsizliyinə  tələbləri  və 

onların qəbul qaydalarını işləməli idilər. 

Çoxlu sayda 

təşkilati mərhələlərdən keçərək müasir beynəlxalq 

sistem, 

elektrik 

avadanlığının  təhlükəsizlik  standartlarının 

uyğunluğuna  sınaqları  üzrə–EMSBS  BEK  sistemi  yaradıldı.  Bu 

sistem 1985-ci 

ildən fəaliyyət göstərərək 34 ölkəni özündə birləşdirir. 



Sistemin 

məqsədi  elektrotexnika  sahəsində  ixtisasçılar 

tərəfindən  deyil,  adi  istehlakçılar  tərəfindən  istismar  edilən  elektrik 

avadanlıqları  ilə  beynəlxalq  ticarətə  kömək  etməkdir.  Bu  növ 

məhsullara  aşağıdakıları  misal  göstərmək  olar:  məişət  elektrik 

avadanlıqları, şəbəkəyə qoşulan elektron aparatları, elektron-hesabla-

ma 


texnikası, ofislərin və müəssisələrin elektrik avadanlığı və s. Belə 

məmulatların  təhlükəsizliyə  sertifikatlaşdırılması,  demək  olar  ki, 

dünya

nın  bütün  ölkələrində,  istehlakçıların  hüquqlarının  mühafizəsi 



üzrə qanunverici müddəalarda nəzərdə tutulmuşdur. 

Elektrik 

avadanlıqları  ilə  ticarətdə  texniki  maneələrin  aradan 

türülməsinin əsas üsulu, eynilə o biri məhsullarla ticarətdə olduğu 



461 

 

kimi, 



iştirakçı  ölkələrin  apardığı  sınaqların  və  sertifikatlaşdırmanın 

nəticələrinin qarşılıqlı tanınmasıdır. Buna kömək üçün EMSAS serti-

fikatlaşdırma sistemində SB sxemindən (SB Sheme) istifadə olunur. 

SB  Sxemi 

iştirakçı  olan  ölkələrə  sertifikatlaşdırmanı,  onların  milli 

sertifikatlaşdırma sxemi kimi tətbiq etməyi məsləhət gördüyü halda, 

BEK  sertifikat

laşdırmanı  təhlükəsizlik  üzrə  standartlara  uyğun 

aparmağı  vacib  sayır.  Yalnız  EMSBS  sertifikatlaşdırma  sistemində 

iştirak  edən  ölkənin  nümayəndəsi  SB  Sxeminin  üzvü  ola  bilər. 

Üzvlüyün üç 

kateqoriyası qəbul olunmuşdur: 

•  “

sertifikatlaşdırma üzrə milli orqanı tanımaq”,    



    ö

lkədə SB Sxeminin sertifikatlarının BEK-in bir, yaxud bir 

neçə standartına uyğunluğunu tanımaq deməkdir; 

•  “


sertifikatlaşdırma  üzrə  milli  orqanı  tanımaq  sertifikat  verən”, 

milli orqan 

tərəfindən SB Sxemi üzrə sertifikatların verilməsi hüququnu 

ta

nımaq deməkdir; 



•  SB  Sxeminin  üzvü 

olmağa  hazır  olmayanlar  üçün 

assosiasiyalı üzvlük; 

•  SB 


Sxeminə  üzv  qəbul  olunmaq  üçün  qoyulmuş  qaydalara 

uyğun olaraq, müəyyən sənədləri əlavə etməklə, sifariş verilir. Sifarişə 

baxıldıqdan  sonra  SB  Sxeminin  sertifikatlaşdırma  orqanları  komitəsi 

tərəfindən  ekspertlər  təyin  olunur  və  onlar  sifarişçinin  Sxemin 

iştirakçısına qoyulan tələblərə uyğunluğa yoxlayır. Ekspertlər namizədin 

səriştəliliyini,  işi  yerinə  yetirə  bilmək  qabiliyyətini,  təcrübəsini, 

sertifikatlaşdırılan  məmulatların  standartlaşdırılması  sahəsində  biliyini, 

SB  Sxeminin 

qaydalarının  yerinə  yetirə  bilməsi  qabiliyyətini, 

İSO/BEK-in  “Sınaq  laboratoriyalarının  qəbuluna  ümumi  tələblər” 

Rəhbəredici 38 sənədinin tələblərinə uyğunluğunu qiymətləndirirlər. 

SB 


Sxemində  milli  sertifikatlaşdırma  orqanının  tanınmasının 

baş  meyarı,  olduqca  ciddi  olan  BEK-in  standartlarına  uyğunluğuna 

iki  il 

müddətində, on sifarişdən az olmamaqla, sertifikatlaşdırmanın 

aparılmasıdır. Təcrübə kimi parametr qiymətləndirilir. Əgər təcrübə 

kifayət qədər deyilsə, namizəd bir illik sınaq müddətinə, şərti olaraq 

işə götürülür. SB Sxeminin sınaq laboratoriyasının təyin etdiyi sınaq 

müddətində namizədin üç sifariş üzrə məmulatların sertifikatlaşdırıl-

ması sınaqlarının protokolları yoxlanılır. Nəzarət sınaqları üzrə bütün 

xərclər  namizəd  tərəfindən  ödənilir.  SB  Sxemi  fasiləsiz  təkmilləşir. 



462 

 

Xüsusilə,  tanınma  və  inspeksiya  nəzarəti  proseduru  sadələşir. 



Məsələn:  “Müəssisənin  fəaliyyətinə  nəzarətin  qarşılıqlı  tanınması” 

Rəhbəredici  sənəddə  iştirakçı  ölkələrin  sertifikatlaşdırma  üzrə  milli 

orqanların  yerinə  yetirdiyi  attestasiyanı  və  inspeksiya  nəzarətini 

tanımaq məsləhət görülür. 

SB 

sertifikatını almaq üçün iki alternativ prosedur mövcuddur. 



Birinci  prosedura 

uyğun  olaraq  SB  sertifikatını,  uyğun 

sınaqlardan  və  digər  ölkənin  milli  orqanı  tərəfindən  təsdiq 

olunduqdan sonra 

sertifikatlaşdırma üzrə milli orqan verir. 

İkinci  prosedura  uyğun  olaraq  SB  sertifikatını  serti-

fikatlaşdırma  üzrə  milli  orqan  verir.  Lakin  bu  zaman 

sertifikatlaşdırma obyekti əvvəlcə verilmiş orqanla əməkdaşlıq edən 

laboratoriyada 

sınaqdan keçməlidir.  

Sertifikatın  alınması  üçün  şərt  sifarişdə  istehsalçının  ticarət 

markasının,  yaxud  firma  nişanının  mütləq  olmasıdır.  SB  Sxemində 

iştirak  edən  və  müəssisələri  sertifikatlaşdırma  üzrə  milli  orqanı 

olmayan  ö

lkələrdə  yerləşən  istehsalçılar  ancaq  birinci  prosedurdan 

istifadə edə bilərlər. 

Sınaq laboratoriyası SB Sxemində o zaman akkreditasiya oluna 

bilər  ki,  onun  yerləşdiyi  ölkənin  SB  Sxemində  iştirak  edən 

sertifikatlaşdırma üzrə milli orqanı olsun. 

SB 


Sxemində sertifikatlaşdırma üzrə 34 milli orqan və 70-dən 

artıq  sınaq  laboratoriyaları  akkreditasiya  olunmuşdur.  Bunların  hər 

biri  EMSBS-in  ixtiyari 

iştirakçı-ölkənin  istəyinə  əsasən  elektrik 

avadanlığının  sınaqlarını  yerinə  yetirə  və  məmulatın  təhlükəsizlik 

üzrə  BEK-in  standartının  tələblərinə  uyğunluğunu  təsdiq  edən  SB 

sertifikatını verə bilər. Sertifikata sınaqların protokolu mütləq əlavə  

edilir. 


Bu 

onunla 


əlaqədardır  ki,  əksər  iştirakçı-ölkələrin 

standartlarında  BEK  standartlarından  fərqlənən  bu  və  ya  digər 

meyillənmələr  mövcuddur.  Sınaq  protokolu  məmulatın  deklarasiya 

olunan 


meyillənmələrə  uyğunluğunu  təsdiq  edir  ki,  bu  da  digər 

ö

lkədə sınaqların aparılmasını lazımsız edir. 



Lakin  EMSBS-in 

iştirakçı-ölkələrin  heç  də  hamısı  sınaqların 

protokollarını  tanımır.  Konkret  olaraq  Böyük  Britaniya,  Yaponiya, 

Cənubi Koreya və Israil bu protokolları tanımır. 

Rusiya 1992-ci 

ildən EMSBS və SB Sxeminin üzvüdür. ГОСТ 



463 

 



sertifikatlaşdırma  Sistemi  çərçivəsində  elektrik  avadanlığının 

təhlükəsizlik  standartlarına  uyğunluğuna  milli  sertifikatlaşdırma 

sistemi–EATSSS 

fəaliyyət göstərir. Sistemin normativ bazası əsasən 

BEK-in 

beynəlxalq standartlarıdır. 



 

17.3. Elektron 

texnikası məmulatlarının  

sertifikatlaşdırılması üzrə beynəlxalq BEK sistemi 

 

Elektron 



texnikası  məmulatlarının  (ETM)  sertifikat-

laşdırılmasının  beynəlxalq  sisteminin  yaradılmasına  səbəb  bu 

məhsulların  bazarlarında  Avropa  və  Amerika  firmaları  arasında 

rəqabətin  kəskinləşməsi  olmuşdur.  Avropa  bazarını  amerikalı 

rəqiblərindən qorumaq üçün “Elektrotexnikada standartlaşdırma üzrə 

Avropa  komi

təsi” (SENƏLEK)  çərçivəsində  keçən  əsrin  60-cı 

illərinin  axırında  elektron  texnikası  məmulatlarının  sertifikat-

laşdırılması sistemi SESS yaradılmışdır. Bu sistem AB-nin üzvü olan 

ö

lkələr və “Sərbəst ticarət üzrə Avropa assosiasiyası” (STAA) üçün 



bağlı  regional  sistem  kimi  yaradılmışdır.  Avropa  standartlarına 

ETM-in regional 

sertifikatlaşdırması, Qərbi Avropa ölkələrinin serti-

fikat


laşdırılmış  məmulatlarının  satın  alınmasına  üstünlük  verilməsi 

haqqında dövlət səviyyəsində qərarlarını stimullaşdırdı. 

Beləliklə,  qeyri-Avropa  şirkətləri  üçün  yaranmış  “texniki 

maneə”ni  dəf  etmək  lazım  gəlirdi.  ABŞ,  Yaponiya,  Kanada, 

Avstraliya 

və digər dövlətlərin təşəbbüsü ilə “Tariflər və ticarət üzrə 

baş razılaşma” (TTBR–QATT) və “Ümumdünya ticarət təşkilatı”nda 

(ÜTT–VTO) 

ticarətdə  texniki  maneələr  üzrə  Razılaşmanın  layihə-

sinin 


hazırlanmasına  başlanmış,  İSO-da  sertifikatlaşdırma  üzrə 

komitə  (SERTİKO)  təşkil  olunmuşdur.  BMT-nin  “Avropa  iqtisadi 

komissiya”

sının  (AİK)  nəzdində  yaradılmış,  standartlaşdırma 

sahəsində siyasətə cavabdeh vəzifəli şəxslərin apardığı müşavirələrin 

mühüm suallar 

siyahısına sertifikatlaşdırma üzrə məsləhətlərin işlən-

məsi  daxil  edilmişdir.  Bütün  bunların  nəticəsində  BEK-də  elektron 

texnikası  məmulatlarının  sertifikatlaşdırılması  üçün  beynəlxalq 

sistem 


yaradılmışdır. Sistemin əsas qaydaları və prosedurları 1980-ci 

ildə qəbul olunmuşdur. 

ETM-in 

sertifikatlaşdırma Sisteminin yaradılmasında məqsəd–



464 

 

elektron 



texnikası  məmulatlarına,  onların  uyğunluqlarının 

qiymətləndirilməsi metodlarına vahid tələblərin qoyulması vasitəsilə 

bu 

məhsullarla  beynəlxalq  ticarətə  kömək  etmək,  sistemin  bütün 



iştirakçı  ölkələrində  təkrar  sınaqlar  aparılmadan,  onları  eyniliklə 

qəbul edilməsidir. 

Sistemə  ümumi  rəhbərlik  BEK-in  Şurası  qarşısında  hesabat 

verməli  olan  sertifikatlaşdırma  üzrə  Rəhbəredici  komitəyə  həvalə 

olunmuşdur. BEK-in üzvü olan ixtiyari ölkə aşağıdakı şərtləri yerinə 

yetirdikdə Sistemdə iştirak edə bilər: 

• 

standartlaşdırma  və  sertifikatlaşdırma  üzrə  milli  təşkilatın 



vcudluğu; 

•  Sistemin  bütün 

qaydalarının  yerinə  yetirilməsinə  razılıq  və 

uyğun milli sənədlərin nəşri; 

• 

digər  iştirakçı-ölkələrdə  buraxılan  elektron  texnikası 



məmulatlarının  sınaqlarının  protokollarının  və  sertifikatlarının,  əgər 

onlar Sistemin 

tələblərinə uyğundurlarsa, tanınması; 

•  Sistemin üzvünün 

maliyyə öhdəliklərini yerinə yetirməsi. 

Ölk


ənin BEK Sistemində iştirakının iki növü nəzərdə 

tutulmuşdur: 

• 

sertifikatlaşdırma  üzrə  Rəhbəredici  komitədə  səsvermə 



hüququ 

ilə  iştirak  etmə  və  nəzarət  üzrə  əlaqələndirmə  komitəsində 

məsləhətçi üzvlük; 

• 

Rəhbəredici komitədə səsvermə hüququ ilə iştirak etmək və 



nəzarət üzrə Əlaqələndirmə komitəsində tam hüquqlu üzvlük. 

   


İngilis, fransız və rus dilləri Sistemin rəsmi dilləridir. 

Sertifikatlaşdırmanın  BEK  Sistemi  üzrə  aparıldığını  bildirən 

ö

lkə, Sistemin qaydalarına əsasən, elektron texnikası məmulatlarının 



sertifikatlaşdırılması  qaydasının  BEK  Sisteminin  müddəalarına 

uyğunluğuna  və  uyğunluq  nişanından  düzgün  istifadə  edilməsinə 

cavabdeh olan, milli 

nəzarət xidmətinə malik olmalıdır. Ölkədə sınaq 

laboratoriyalarının  istifadə  etdiyi,  ölçmə  vasitələrinin  yoxlanılması 

üzrə milli xidmət və nəzarət üzrə milli orqan fəaliyyət göstərməlidir. 

BEK 

Sisteminə  daxil  olmaq  istəyən  ölkəyə,  nəzarət  üzrə  milli 



müddəaları  bəyəndikdən  sonra,  əlaqələndirici  komitə  inspektorlar 

qrupu gö


ndərir. Qrup aşağıdakıları yoxlayır: 

•  milli 

nəzarət  xidmətinin  funksiyalarının  BEK  Sisteminin 


465 

 

qaydalarına uyğunluğunu; 



• 

işin həqiqi vəziyyətinin nəzarət haqqında milli əsasnamənin 

məzmununa uyğunluğunu; 

•  elektron 

texnikası  məmulatlarının  sertifikatlaşdırılması  üzrə 

təcrübəni,  attestasiya  olunmuş  istehsalçı-müəssisələrin  və  asılı 

olmayan 

sınaq  laboratoriyalarının  (mərkəzlərin)  siyahılarının  aparıl-

ma

sını. 


Sistemin 

qaydalarına  görə  praktiklik  meyarı  kimi  heç  olmasa 

bir 

istehsalçı-müəssisənin  attestasiyası  və  iki  növdən  az  olmamaqla 



elektron 

texnikası  məmulatlarının  Sistemdə  qoyulmuş  tələblər  üzrə 

sertifikat

laşdırılması sayılır. 

İnspeksiya qrupu sınaq laboratoriyalarına və ölçmə vasitələrini 

yoxlayan 

laboratoriyalara 

baş  çəkir,  BEK  Sistemi  üzrə 

sertifikatlaşdırılacaq  ETM-in  istehsal  olunduğu  texnoloji  xətlərdən 

biri il


ə tanış olur. Bununla belə nəzərə almaq lazımdır ki, məmulatın 

standartı (yaxud texniki şərtlər), inspektorlar qrupuna, onun gəlişinə 

q

ədər təqdim olunmalıdır. Yoxlamanın nəticələrinə görə inspektorlar 



qrupu 

əlaqələndirici  komitənin  sədrinə  qəbul  olunmuş  qərar  barədə 

m

əlumat  verir.  Qərara  görə  namizəd  qəbul  oluna,  yaxud  qəbul 



olunmaya  bil

ər.  İkinci  halda  müəyyən  edilmiş  çatışmamazlıqlar  və 

onların  aradan  qaldırı-lması  üçün  müddətlər  göstərilir.  Belə  prose-

durdan  sonra  namiz

ədin  təsdiq  olunması  üçün  məsləhət  verilir. 

Namiz


əd  ölkə  inspektorlar  qrupunun  nəticələri  ilə  razılaşmamaq 

hüququna  malikdir  v

ə  öz  etirazını  Əlaqələndirici  komitəyə  yazılı 

sur


ətdə təqdim edə bilər. Sistemin üzvü olmuş ölkə, milli nəzarət sis-

temind


ə  baş  verən  və  elektron  texnikası  məmulatlarının  sertifi-

katlaşdırılmasının  təşkilinə  təsir  göstərə  bilən,  hər  bir  dəyişiklik 

haqqında nəzarət üzrə Əlaqələndirici komitəyə xəbər verməlidir. Bu 

d

əyişikliklər  nəzarət  üzrə  Əlaqələndirici  komitə  tərəfindən  bəyənil-



m

əlidir. BEK Sistemində attestasiya olunmuş milli nəzarət xidmətləri 

h

ər  üç  ildə  bir  dəfə  milli  nəzarətin  müddəalarında  edilmiş 



d

əyişikliklərin tam siyahısını Əlaqələndirici komitəyə göndərməlidir. 

BEK 

Sistemi 


üzrə  elektron  texnikası  məmulatlarının 

sertifikatlaşdırılmasının  mühüm  mərhələləri  aşağıdakılardır: 

istehsalçı  müəssisələrin  attestasiyası  və  sınaq  laboratoriyalarının 

akkreditasiyası,  qəbul  olunan  normativ  sənədlərin  uyğunluğunun 

yoxlanılması və tipin qəbulu. 


466 

 

Müəssisənin  yoxlanması  (attestasiyası)  üçün  milli  nəzarət 

xidmətinin nümayəndəsi keyfiyyətin nəzarəti və müəssisədə ETM-in 

sınaqları,  keyfiyyətin  təmin  edilməsi  sistemi  üzrə  sənədləri, 

fəaliyyətdə  olan  sınaq  və  ölçmə  avadanlıqlarının  siyahısını,  onun 

yoxlanması haqqında sənədləri və s. təqdim etməlidir. 



Sınaq  laboratoriyasının  akkreditasiyası  üçün  məcburi  şərt 

təcrübəli  və  səlahiyyətli  (etibarlı,  işini  bilən)  heyətin,  lazımi 

avadanlığın,  aktuallaşdırılmış  sınaq  metodikalarının  mövcud 

olmasıdır.  Sınaq  laboratoriyasının  fəaliyyəti  ETM-i  hazırlayan-dan 

və  istehlakçılardan  asılı  olmamalıdır.  Laboratoriyada  BEK 

Sisteminin 

tələblərinin  yerinə  yetirildiyinə  cavabdeh  təyin 

olunmalıdır. O, milli nəzarət xidməti ilə daimi işçi əlaqələrdə olmalı, 

sınaqların  nəticələrinin  lazımi  qaydada  tərtibini  təmin  etməli, 

məlumatın  məxfiliyini,  əgər  laboratoriyanın  işində  bu  varsa, 

zləməlidir. 



BEK  Sistemi 

üzrə  sertifikatlaşdırmada  normativ  sənədlərə 

konkret 

tələblər irəli sürülür: 

•  Sistemin 

bazasını BEK standartları təşkil etməlidir; 

• 

İştirakçı  ölkələrdə  bu  standartlar  birbaşa,  yaxud  dolayı 



metodlarla 

qəbul olunmalıdır; 

•  Q

əbul  olunmuş  sənəd  milli  qaydalarla  tərtib  olunsa  da, 



beynəlxalq standartın məzmunu mütləq saxlanılmalıdır. 

Hər  hansı  konkret  məmulata  BEK  standartı  olmadıqda 

müvəqqəti sənəd”dən, yəni sertifikatlaşdırma məqsədləri üçün milli, 



yaxud  bir  qayda  olaraq, 

firmanın  normativ  sənədindən  istifadə 

etməyə icazə verilir. Bu zaman sertifikatlaşdırma üzrə milli təşkilat 

müvəqqəti texniki şərtlərin BEK Sisteminin tələblərinə uyğunluğuna 

məsuliyyət  daşıyır  və  onların  fəaliyyət  müddəti  BEK-in  analoji 

texniki 


şərtləri  nəşr  olunduqdan  bir  il  sonra  qurtarır.  Sistemin 

qaydalarına  görə  sertifikatlaşdırma  üçün  tətbiq  olunan  bütün 

standartlara, 

BEK-in 


Rəhbəredici¹ 102 “Elektron  texnikası 

məmulatlarının  sertifikatlaşdırılması  məqsədləri  üçün  texniki 

şərtlərin  qurulması  qaydaları”  sənədinin  tələblərinə  uyğun  qurulan 

vahid  massiv  kimi 

baxılır.  Rəhbəredici  sənəd  aşağıdakı  normativ 

sənədləri müəyyən edir: 

• 

əsaslı texniki şərtlər; 



•  ümumi texniki 

şərtlər; 



467 

 

•  qrup texniki 



şərtlər; 

•  konkret tip 

məmulatlara texniki şərtlərin formaları; 

•  konkret tip 

məmulatlara texniki şərtlər. 

Əsaslı  texniki  şərtlər  elektron  texnikasının  bütün 

məmulatlarına,  yaxud  bir  neçə  qrup  məmulatlara  tələblər  qoyur. 

Onlara 

aşağıdakıları  aid  etmək  olar:  xarici  faktorların  təsiri  zamanı 



sınaqların aparılması metodları, partiyalar üzrə dövri nəzarətin təşkili 

qaydaları, BEK-in standartları və s. 



Ümumi 

texniki 

şərtlər.  ETM-in  qruplarına,  yaxud 

yarımqruplarına  aiddir.  Onlar  terminləri  və  anlayışları,  şifrləri, 

verilmiş qrup üçün xarakterik olan sınaq metodlarını və s. müəyyən 

edir. 


Qrup  texniki 

şərtlər konkret yarımqrupa aiddir. Onlar ETM-

in  konkret 

tipinə uyğun sənədin formasını,  yaxud onun işlənməsinə 

təlimatları özlərində əks etdirirlər. 



Texniki 

şərtlərin  formaları  konkret  tip  məhsullara  işlənir, 

normativ 

sənədlərin unifikasiyası üçün istifadə edilir və qrup, yaxud 

ümumi  texniki 

şərtlərin  müddəalarına  əsaslanır.  Bir  qayda  olaraq 

onlarda,  sertifikat

laşdırmada  mütləq  istifadə  olunan,  texniki 

meyarların  nomenklaturası  və  həmçinin  sınaq  şəraiti  müəyyən 

olunur. 

Konkret 

məmulata  texniki  şərtlər  məmulatın  BEK 

Sistemində  sertifikatlaşdırılması  üçün  lazım  olan  məmulatları 

birbaşa,  yaxud  onlara  istinad  formasında  özündə  əks  etdirir.  Bu 

növ  texniki 

şərtləri  nəinki  BEK-in  texniki  komitələri,  həmçinin 

standartlaşdırma  üzrə  milli  təşkilatlar  və  attestasiya  olunmuş 

istehsalçı-müəssisələr işləyə bilər. 

Məmulatın  tipik  qəbulu  o  şərtlə  aparılır  ki,  bu  cür 

məmulatların  istehsal  texnologiyasında  bir  və  yaxud  bir  neçə 

attestasiya 

olunmuş  müəssisələr  istifadə  etsin.  Elektron  texnikası 

məmulatın tipinin bəyənilməsinə nail olmaq üçün istehsalçı-müəssisə 

sertifikatlaşdırma üzrə milli orqana sifarişlə müraciət edir və bildirir 

ki, 

müəssisədə istehsalata və məmulatların sınaqlarına qoyulmuş tə-



ləblər  gözlənilir.  Sınaqların  nəticələrinə  görə  müəssisə, 

sertifikatlaşdırma üzrə səlahiyyətli orqan tərəfindən verilən, elektron 

texnikası məmulatının  tipinə uyğunluq sertifikatı alır. 

Sistemin 

qaydalarına  görə  buraxılan  məmulatların  key-


468 

 

fiyyətinin  sertifikatlaşdırılmış  tipə  uyğunluğuna  nəzarət  edilir. 



Məmulat partiyalarının nəzarət sınaqları iki qrupa bölünür: qrup A-

xarici 


baxış,  ölçülərin  və  ayrı-ayrı  mühüm  xarakteristikaların 

yoxlanılması; qrup B-xarici baxış, ölçülərin və bütün texniki xarakte-

ristika

ların yoxlanılması. 



Sistemin 

qaydalarına görə qəbul olunmuş məmulat partiyaları 

uyğunluq  nişanı  ilə  markalanırlar.  Bu  uyğunluq  nişanı  dövlət 

sertifikatlaşdırma sistemində qəbul olunmuş milli nişanı təmsil edir 

v

ə ona milli nəzarət xidməti, sertifikatlaşdırma üzrə milli təşkilat və 



n

əzarət  partiyasının  nömrəsi  haqqında  məlumat  əlavə  olunur. 

Uyğunluq  sertifikatı,  qəbul  olunmuş  rekvizitlərdən  və  aşağıdakı 

m

əlumatdan ibarət olur: “Hazırlanmış məmulatlar elektron texnikası 



m

əmulatlarının  BEK  Sistemində  sertifikatlaşdırma  prosedurunun 

qaydalarına uyğun, Koordinasiya komitəsinin tam hüquqlu üzvü olan 

milli  n


əzarət  xidmətinin  nəzarəti  altında  və  yuxarıda  göstərilmiş 

texniki 


şərtlərə uyğun olaraq qəbul olunmuşdur”. 

 

17.4. BMT-nin Avropa 

İqtisadi Komissiyasının 

(

AİK) fəaliyyətində sertifikatlaşdırma

 

 

Qarşılıqlı tanınma üzrə məsləhətlərin işlənməsi. Beynəlxalq 

və  milli  sertifikatlaşdırmanın  fəaliyyətində  və  inkişafında  ticarətdə 

texniki 


maneələrin aradan götürülməsində BMT-nin Avropa İqtisadi 

K

omissiyasının  (AİK)  qəbul  etdiyi  məsləhətlər  (“Sınaqların 



nəticələrinin  tanınması”)  mühüm  rol  oynamışdır.  Bu  məsləhətlər 

ikitərəfli  və  çoxtərəfli  razılaşmaların  qarşılıqlı  tanınmasına  kömək 

üçün 

nəzərdə tutulmuşdur. Bu sənəd sınaq laboratoriyalarının akkre-



di

tasiyası  təcrübəsinin  təkmilləşdirilməsində  də  müsbət  rol 

oynamışdır.  Sənəd  keçən  əsrin  80-ci  illərində,  sınaq  Labo-

ratoriyalarının  Akkreditasiyası  üzrə  Beynəlxalq  Konfederasiya 

(IAAK) 

ilə birlikdə hazırlan-mışdır. AİK  Beynəlxalq konfederasiya 



ilə daim əməkdaşlıq edir. Sənəddə qeyd olunur ki, milli akkreditasiya 

sistemləri,  laboratoriyaların  attestasiyası  üzrə  İSO/BEK-in 

Rəhbəredici sənədinin uyğun müddəalarına əsaslanmalı, milli ölçmə 

sis


temləri  isə  vahidlərin  və  ölçmələrin  beynəlxalq  sistemləri  ilə 

uzlaşdırılma-lıdır. 



469 

 

Sertifikatlaşdırma üzrə AİK-in işində mühüm nailiyyət 1988-ci 



ild

ə  qəbul  olunmuş  “Sertifikatlaşdırma  üzrə  beynəlxalq 

razılaşmaların  işlənməsinə  və  imzalanmasına  kömək”  sənədinin 

hazırlanmasıdır.  Bu  sənədə  əsasən  AİK-in  üzvü  olan  ölkələrin 

hökum

ətləri sertifikatlaşdırma sistemlərinin qarşılıqlı tanınması haq-



qında  iki  və  çoxtərəfli  razılaşmaların  əldə  edilməsinə  kömək 

etm


əlidir.  İqtisadi  əməkdaşlığın  qarşılıqlı  faydalı  şərtləri  belə 

razılaşmalar üçün əsas olmalıdır. Razılaşmalar aşağıdakıları nəzərdə 

tutur: 

• 

fəaliyyətdə olan qaydaları və öhdəlikləri qəbul etməyə hazır 



olan 

digər ölkənin qoşulması üçün açıq xarakterli olması; 

• 

xaricdən  gətirilən  və  ölkənin  daxilində  istehsal  olunmuş 



məhsullar üçün hüquqların, öhdəliklərin və rejimlərin bərabər-liyi; 

• 

təchizatçı ölkədə aparılmış sınaqların nəticələrinin qarşılıqlı 



tanınması; 

• 

sertifikatlaşdırma  prosedurunun  müqavilənin  tələblərinə 



uyğunluğuna  arxayın  olmaq  və  təminatı  üçün  ixtisaslı  heyətin  və 

lazımi sınaq bazasının mövcudluğu; 

•  milli 

standartların harmonikləşdirilməsi. 

BMT  A

İK  qarşılıqlı  inama  nail  olmağa  kömək  edə  bilən 



tədbirlər  müəyyən  etmişdir.  İlk  növbədə,  bu  milli  sertifikatlaşdırma 

sistemləri,  onların  texniki  imkanları,  heyətin  ixtisaslığı  haqqında 

məlumatlarla mübadilə və həmçinin müxtəlif problemlər üzrə qarşılıq-

lı  məlumatlandırma,  Sistemin  nəzarət  metodları  ilə  qarşılıqlı  tanışlıq 

üçün 

ekspertlərə  icazənin  verilməsi, texniki  və  inzibati  əməkdaşlığın 



inkişafıdır.  Etibarlılıq  atmosferinin  yaradılmasının  mühüm  məqamı 

keyfiyyəti təmin edən meyarların unifikasiyası, qeyd olunmuş məhsul 

markala

rının müdafiə metodlarının mövcudluğu sayılır. 



Məsləhətlərdə sertifikatlaşdırmanın normativ bazasına tələblər 

lazımi  səviyyədə,  aydın  və  dəqiq  ifadə  olunmuşdur.  O,  əsasən, 

beynəlxalq standartlara, yaxud harmoniyalaşdırılmış milli və regional 

normativ 

sənədlərə  əsaslanmalıdır.  Birmənalı  qeyd  olunmuşdur  ki, 

milli  standartlarda 

məhsulun təhlükəsizliyinə tələblərdəki fərqlər və 

onun 


uyğunlaşması ticarətdə əsas maneədir. 

BMT-nin 


AİK-də  standartlaşdırma,  sertifikatlaşdırma  və 

keyfiyyət  məsələləri  ilə  xüsusiləşdirilmiş  komitələr  məşğul  olurlar. 

Məsələn:  Kənd  Təsərrüfatı  üzrə  Komitə  aqrosənaye  məhsullarının 


470 

 

sertifikat



laşdırılması  üçün  məsləhətlər  işləyir;  Meşə  üzrə  Komitə- 

meşə məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması üzrə; 

N

əqliyyat  üzrə  Komitə  nəqliyyat  vasitələrinin  sertifikatlaşdırılması 



(omo

loqasiyası)  üzrə  BMT-nin  AİK-in  Qaydalarını  işləmişdir  ki, 

onun  da 

əsasında  yol  nəqliyyat  vasitələri  avadanlıqlarının 

omoloqasiyası sistemi yaradılmışdır.  


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin