Dərslik kimi təsdiq edilmişdir. Baki 2012 2 uot 006


XIX  FƏSİL. EKOLOJİ SERTİFİKATLAŞDIRMA



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə44/45
tarix05.05.2020
ölçüsü6,92 Mb.
#31078
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   45
Azf-295386


XIX 

FƏSİL. EKOLOJİ SERTİFİKATLAŞDIRMA 

 

Ekoloji 



sertifikatlaşdırmanın  məqsədi  istehsalatçıları  elə 

texnoloji 

proeseslərin  tətbiq  edilməsinə  və  elə  məhsulların 

işlənməsinə  stimullaşdırmaqdır  ki,  onlar  təbiəti  minimum 

çirkləndirsin,  istehlakçıya  onun  həyatı,  sağlamlığı,  əmlakı  və 

yaşadığı mühit üçün məhsulun təhlükəsiz olduğuna təminat versin. 

Bir  çox  növ 

məhsullar  üçün  ekoloji  sertifikat,  yaxud  nişan 

onların rəqabətə davamlılığı üçün təyinedici faktordur. 

MDB ö


lkələrində ekoloji sertifikatlaşdırma, bu sahədə xeyli iş 

rüldüyünə  baxmayaraq,  lazımi  səviyyədə  inkişaf  etməmişdir. 



Hələlik bu sahəyə aid obyektlər müəyyən edilmişdir. Onlar üç qrupa 

bölünür


lər: 

1.  Dö


vlət  standartlarının  ekoloji  tələblər  qoyduğu  məhsullar, 

proseslər,  işlər  və  xidmətlər,  yəni  onlar  mövcud  qanunvericiliyə 

uyğun olaraq məcburi sertifikatlaşdırılmalıdır; 

2.  Ekoloji 

xüsusiyyətlərinə  görə  mövcud  Sistemlərin  qay-

dalarına uyğun sertifikatlaşdırılması mümkün olmayan obyektlər; 

3. 

Mahiyyətcə  bütün  təşkiledicilərlə  birgə  ətraf  mühitə 



normativ 

tələblər və sertifikatlaşdırma prosedurları işlənməmişdir. 

Üçüncü 

qrupun 


obyektlərinin  vəziyyətinin  qiymətlən-

dirilməsində  aydınlıq  olmadığından,  digər  iki  qrup  obyektlərin 

sertifikatlaşdırılmasının inkişafı ləngiyir. Ətraf mühitin keyfiyyətinin 

qiymətləndirilməsini,  birbaşa  xüsusiləşdirilmiş  təbiəti  mühafizə 

orqanlarını,  nəzarət  orqanlarını,  yerli  özünüidarə  orqanlarını, 

təbiətdən istifadə edənləri və Elmlər Akademiyasının bəzi şöbələrini 

təmsil  edən  müxtəlif  sahə  təşkilatları  aparır.  Müxtəlif  tərəflərin 

təqdim  etdikləri  qiymətləndirmə  üçün  verilənləri,  bir  qayda  olaraq 

müqayisə  etmək  mümkün  deyildir.  Səhvin  qiyməti  o  qədər  böyük 

ola 


bilər  ki,  bu  da  uyğunluğun  qiymətləndirilməsinin  obyektiv  və 

müstəqil üsulu kimi, sertifikatlaşdırmanın əhəmiyyətini göstərir. Bu-

nun  üçün  ekoloji 

sertifikatlaşdırma  obyektlərinin  daha  dəqiq 

sinifləşdirilməsi aparılmalıdır (şəkil 19.1.). 

Sxemdən göründüyü kimi, obyektlər dörd növə    ayrılırlar: ətraf 

mühitin 

obyektləri, ətraf mühiti çirkləndirən mənbələr, təbiəti mühafizə 

təyinatlı  məhsullar,  ekoloji  informasiyalı  resurslar,  məhsullar  və 


493 

 

texnologiyalar. 



Ekoloji 

sertifikatlaşdırmanın  digər  mühüm  məsələsi  işti-

rakçıların tərkibidir. Onların rolu birinci, ikinci və üçüncü tərəf kimi 

təyin  edilir. “Məhsulların  və  xidmətlərin  sertifikatlaşdırılması 

haqqında” qanun bir sıra məhsullara aid obyektlərə tətbiq oluna bilər. 

Digər  obyektlər  üçün  isə  ekoloji  sertifikatlaşdırma  haqqında  qanun 

lazımdır.  Bu  da  hal-hazırda,  MDB  ölkələrində  yoxdur. 

Sertifikatlaşdırma xidmətlərinin kim tərəfindən maliyyələşdiriləcəyi də 

həll  olunmamışdır.  Çox  güman  ki,  əsas  ağırlıq  təbiətdən  istifadə 

edənlərin üzərinə düşəcəkdir. 

Ekoloji 

sertifikatlaşdırmanın  aktual  sferası  tullantılardır.  Bu 

sahədə  sertifikatlaşdırma,  tullantıların  yaşayış  mühitinə  təhlükəli 

təsirinin  aradan  götürülməsinə  və  onlardan  ikinci  xammal  kimi 

maksimum istifa

də olunmasına yönəlmişdir.  

Içməli  suyun  sertifikatlaşdırılması  probleminin  həllində  xeyli 

irəliləyişlər  vardır  ki,  bu  da  sertifikatlaşdırma  obyektinə  texniki 

tələblərin  normalaşdırılması  ilə  bağlıdır. 1995-ci  ildə  Rusiyada 

“Suyun 


keyfiyyəti.  İçməli  su.  Keyfiyyətə  nəzarət”  dövlət  standartı 

qəbul olunmuşdur. Təsərrüfat-içməli su təchizatında istifadə olunan 

içməli  suyun,  materialların,  texnoloji  proseslərin  və  avadanlıqların 

sertifikat

laşdırılması  sistemi  yaradılmışdır.  Müxtəlif  qablara 

doldurulmuş 

içməli 

suyun 


sertifikat

laşdırılması 

aparılır, 

mərkəzləşdirilmiş su təchizatı sistemlərindən daxil olan içməli suyun 

sertifikat

laşdırılması problemi həll edilir. 

Yeni  növ 

məhsulların  və  proseslərin  ekolojiliyinin  qiy-

mətləndirilməsinə  böyük  diqqət  yetirilir.  Məsələn:  yeni 

konstruksiyalara 

və  texnologiyalara  ekoloji  tələblərin  stan-

dartlaşdırılması üzrə işlərə başlanmışdır. 

Qərbi  Avropa  ölkələrində  ekoloji  sertifikatlaşdırma  kifayət 

qədər  geniş  inkişaf  etmişdir.  Ekoloji  sertifikatlaşdırma  adi 

sertifikatlaşdırmanı  tamamlayır  və  demək  olar  ki,  həmişə  məcburi 

xarakter 

daşıyır. 

Fransada 

kənd  təsərrüfatı  məhsullarının  ekosertifikat-

laşdırılması 1960-cı ildə qanunvericilik qaydasında təsis olunmuşdur. 

Onun 


əsasında məhsulların növləri üzrə ekonişanlar tətbiq edilmişdir. 

Bu 


nişanlar  “qırmızı  nişan”  adı  almışdır.  Bütün  ekonişanları  milli 

494 

 

uyğunluq nişanı NF tamamlayır. 



 

 

 

Şəkil 19.1. Ekoloji sertifikatlaşdırma  

obyektlərinin sinifləşdirilməsi 

 

Ekosertifikatlaşdırmanın prinsipləri istehlakçılar və ətraf mühit 



üçün 

məhsulun  təhlükəsizliyinin,  Avropa  ekosertifikatlaşdırmasına 

uyğunluğunun  təmin  edilməsindən  və  bazarlarda  ekoloji  vəziyyətin 

nəzərə alınmasından ibarətdir. Fransada ekosertifikatlaşdırmanın əsas 

qay

daları  istehlakçılar  tərəfindən  (imkan  daxilində)  ekoloji  təmiz 



məhsulların nəzarətinin aparılmasını, istehlakçıların və ətraf mühitin 

qorunması  üzrə  ictimai  təşkilatların  nümayəndələrinin  ekosertifikat 

verən  orqanın  tərkibinə  məcburi  daxil  olmasını,  sertifikatlaşdırılan 

məhsulun  bütün  həyat  tsiklinin  ekosertifikat-laşdırma  ilə  əhatə 

edilməsini  və  istehsalçıda  ekosertifikat  almağa  iqtisadi  maraq 

   


495 

 

oyatmasını nəzərdə tutur. 



 

 

 



Şəkil 19.2.  

Ekonişan  

“Mavi Mələk” 

Şəkil 19.3.  

“Grüne Punkt”- 

“Yaşıl nöqtə” nişanı 

 

Qazanılmış təcrübə vahid milli ekosertifikatlaşdırma sistemini 



tətbiq etməyə imkan vermişdir. Sistemin şüarı belədir: istehlakçılar 

məhsulun ziyanı haqqında hər şeyi bilməməlidir və onlar arxayın 

olmalıdırlar  ki,  NF  nişanlı  məhsul  hər  cəhətcə  ən  təhlükəsiz 

məhsuldur. 

Almaniyada 

ekosertifikatlaşdırma  işlərinə  1974-cü  ildən 

başlanmışdır.  Bir  neçə  ildən  sonra  ekonişan  -“Mavi  mələk”  təsdiq 

olunmuşdur (şəkil 19.2.). Bu nişan ölkədən xaricdə də tanınır. 

“Mavi 

mələk” nişanının verilməsi ilə ekosertifikatlaşdırmanın in-



ki

şafı  BMT-nin  ətraf  mühitin  qorunması  proqramı  ilə  bağlıdır.  Bu 

nişanla  markalanmış  məhsul,  onun  ekoloji  təhlükəsizliyinə  təminat 

verən,  müəyyən  olunmuş  qrup  kriteriyalara  uyğun  olur.  Məsələn:  av-

tomobilin  ekoni

şanlı  olması, onun  işlənmiş  qazları  təmizləyən  etibarlı 

sis

temlə təchiz olunduğunu göstərir. 



Almaniyanın  ekosertifikatlaşdırma  proseduru  diqqətə  layiqdir. 

Ilk 


mərhələdə ekonişana namizəd məhsul açıq təqdim olunur. Ətraf 

mühit 


üzrə Federal büro səlahiyyətli komissiya yaradılır. Komissiya 

rəyləri  analiz  edir,  keyfiyyətə  və  sertifikatlaşdırmaya  təminat  üzrə 

Almaniya  institutuna  ekoserti

fikatlaşdırmaya  sifarişin  baxılmasına 

tapşırıq  verir.  Sertifikatlaşdırmanın  texniki  şərtlərini,  Sistemin  mər-

kəzi orqanı kimi, ətraf mühit üzrə Federal büro işləyir. Sifarişin ba-



496 

 

xılmasında keyfiyyətə və sertifikatlaşdırmaya təminat üzrə Almaniya 



institutu, 

ətraf mühitin qorunması üzrə Federal büro, Alman sənaye 

Konfransı,  istehlakçılar  Assosiasiyası,  Ticarət  Assosiasiyası, 

ekspertlər  iştirak  edirlər.  Sifarişə  baxıldıqdan  sonra  nəticələrə  görə 

jüri  üçün 

məsləhətlər  işlənir.  Jüri  bütün  mərhələlərin  nəticələrini, 

istehsal

çının  uyğunluğa  sübutlarını,  prosedurda  iştirak  üçün  təyin 

olunmuş təşkilatların rəylərini nəzərə alır. 

Əvvəllər  ancaq  Almaniyada  istifadə  olunan  “Mavi  mələk”  və 

Yaşıl nöqtə” ekonişanlarından indi bütün Avropada istifadə olunur. 



Geniş  yayılmış  ekonişan  “Yaşıl  nöqtə”  (şəkil  19.3.)  tul-

lantılardan ətraf mühitin çirklənməsinin qarşısını almaq üzrə tədbirlər 

sistemində tətbiq olunur. 

Qabın üzərində bu nişanın olması onun yenidən emalının müm-

künlüyünü gö

stərir. Odur ki, sivil ölkələrdə istehlakçılar “Yaşıl nöq-

tə” ilə markalanmış qabları xüsusi konteynerlərə tullayırlar. 

Digər  ekonişanlar  (təkcə  Almaniyanın  yox)  istehlakçıları  sa-

tılan məhsulun müxtəlif ekoloji xarakteristikaları haqqında məlumat-

landırırlar  ki,  bu  da  onların  çoxlu  sayda  analoqların  arasından 

seçilməsində əsas meyar rolunu oynayır (şəkil 19.4-19.9). 

Sertifikatı  və  ekonişandan  istifadə  etməyə  icazəni  alaraq 

istehsalçı  müəssisə  özünü  reklam  etmək  üçün,  keyfiyyətin  təminatı 

üzrə Almaniya institutu ilə müqavilə bağlaya bilər. 

“Mavi 

mələk”  nişanı  yalnız  kənd  təsərrüfatını,  əczaçılığı, 



məişət  təyinatlı  məhsulları  əhatə  etmir.  Ona  görə  də 

ekosertifikatlaşdırmanın  gələcəkdə  inkişaf  etdirilməsi  və 

təkmilləşdirilməsi istisna olunmur. 

Danimarka 

ətraf  mühitin  mühafizəsi  məsələlərində  Avropada 

xüsusi  mövqe  tutur.  Bunu  izah 

edən  faktorlardan  biri  odur  ki,  o, 

təbiətin “əsas çirkləndiriciləri” olan Şərqi Avropa, Böyük Britaniya 

və İsveçrə ilə həmsərhəddir. Ölkədə kimyəvi məhsul-ların və onların 

komponentlərinin  istehsalını  və  istifadəsini  nizamlayan  qanun 

fəaliyyət göstərir. Bu qanunda ekosertifikatlaşdırmanın prinsipləri də 

öz 


əksini tapmışdır. Danimarkanın parlamenti, digər ölkələrdən fərqli 

olaraq,  ekologiya 

sahəsində  AB-nin  bütün  fəaliyyətini  nəzərə  alır. 

Məsələn:  Almaniyada  ictimaiyyət  ekosertifikatlaşdırmanı  hər  bir 

ö

lkənin son dərəcə milli işi sayır. Danimarka hökuməti ekonişanların 



497 

 

tətbiqinə  kömək  edir,  lakin  hesab  edir  ki,  bu  könüllü  xarakter 



daşımalıdır,  bununla bərabər nişanlar qanunla qorunur. 

Danimarkanın  istehlakçıları  mal  alarkən  ekonişanın  olmasını 

mühüm arqument 

sayır. Lakin ekonişanların tətbiqi məcburi xarakter 

daşımadığından, çox halda istehlakçılar, ticarət ittifaqları və bəzən də 

ayrı-ayrı  supermarketlər  öz  ekonişanlarından  istifadə  edirlər.  Bu  da 

İsveçrə  bazarında  ekonişanların  rəqabətinə  səbəb  olur.  Bu, 

Danimarka 

tərəfindən  AB  çərçivəsində  ekosertifikatlaşdırmanın 

müdafiə edilməsini və vahid ekonişanın tətbiqini stimullaşdırır. 

Eyni  zamanda  Danimarka 

standartlaşdırma,  sertifikatlaşdırma 

və  akkreditasiya  üzrə  regional  təşkilatların-SPT  (INSTA),  Ser 

PT(NORDEST) 

və APT (NORDA) tələblərini ödəyir. Bu təşkilatlar 

daha çox 

inkişaf etmiş ölkələrin ekoloji meyarlar bazasına əsaslanan 

və məhsulun həyat tsiklinin bütün mərhələlərini əhatə edən regional 

ekosertifi

katlaşdırma sistemini işləmişlər. 



AB-

də ekosertifikatlaşdırmanın prinsipləri qoruyucu təd-birlərə 

əsaslanır.  Ətraf  mühit  üçün  ziyanın  qabağı,  ilk  növbədə,  çirk-ləndirici 

mənbələrin  ləğv  edilməsi  yolu  ilə  alınmalıdır.  Ekoloji  taraz-lığın 

pozulmasına  səbəb  olan  şəxslərin  maliyyə  cavabdehliyi  ikinci  növbəli 

faktordur. 

Sertifikatlaşdırmanın effektivliyi ətraf mühit üçün məhsulların, 

xidmətlərin, proseslərin, yaxud digər ekosertifikatlaş-dırma obyektlərinin 

zərərsizlik meyarından birbaşa asılıdır. 

 

   


  

 

 

Şəkil 19.4. “Mal-yeyinti 

məhsulları üçün yararlılığa 

tədqiq edilmişdir” ekonişanı  

Şəkil 19.5. İstehsalçının yerin 

ozon qatının saxlanılması üzrə 

tələbləri yerinə yetirdiyini 

göstərən nişan 

 


498 

 

   



             

Şəkil 19.6.“Resayklinq”  

nişanı 

 

Şəkil 19.7. Təkrar xammaldan 



alınmış kağıza vurulmuş 

ekonişan (ABŞ) 

 

 

              



 

 

 

 

 

 



 

      

Öz 


mahiyyətinə  görə  (hər  tərəfliliyinə,  əhatə  etməsinə  görə) 

ekosertifikatlaşdırma meyarları standartlarda verilmiş ekolojilik parametr-

lərdən  üstün  olmalıdır.  Belə  meyarları  geniş  marketinq  tədqiqatları 

əsasında təyin etmək mümkündür. 

AB  Avropa 

ekosertifikatlaşdırmasının  könüllülüyünü  və  onun 

bütün  ö

lkələr  üçün  açıq  xarakterli  olmasını  qeyd  edir.  Bu,  milli 

ekosertifikatlaşdırmanın inkişafını inkar etmir. Bununla belə, 1993-cü ildə 

vahid  bazara 

satış  üçün  buraxılan  ekosertifikatlaşdırılmış  məhsulun 

üstünlüyünü 

təyin edən AB Direktivi qəbul olunmuşdur. Belə məhsulun 

qiyməti təqribən iki dəfə artır. 

 

 

Şəkil 19.8. Məhsulun ətraf  



mühit  

üçün təhlükəlilik 

nişanı 

Şəkil 19.9. Ətraf mühitin qorunması 



üzrə Yaponiyanın ekonişanı 

499 

 

 



 

 

 



 

AB 


Komissiyasının  rəsmi  bülleteni  sertifikatlaşdırma  obyektinin 

layihələndirmədən başlamış tullantıların utilizasiyasına kimi bütün həyat 

tsikli  üçün  ekoloji 

meyarları  dövri olaraq nəşr  edir. Meyarlar  haqqında 

məlumat,  məhsulun  yararlılıq  və  meyarların  tətbiq  olunma  müddətləri 

haqqında verilənlərlə müşayiət olunur. 

AB-da 

ekosertifikatlaşdırma  sisteminin  işlənməsi  Almaniyanın 



“Mavi 

mələk” nişanına  sertifikatlaşdırma  sisteminə  əsaslanır. Beləliklə, 

yuxarıda  qeyd  edildiyi  kimi,  ekosertifikatlaşdırma  qaydaları  bütün  növ 

məhsullara aid deyildir.  

Ekosertifikatlaşdırılmalı  və  AB  ekonişanı  ilə  markalanmalı 

məhsulların növləri və onların qiymətləndirilməsi  meyarlarının müəyyən 

edilməsi, AB-nin  üzv  ölkələrinin  səlahiyyətli  dövlət  orqanlarına  həvalə 

olun


muşdur.  Prosesdə  həmçinin  sənayenin,  istehlakçı  cəmiyyətlərin, 

müstəqil alimlərin, ekoloji təşkilatların nümayəndələri də iştirak edirlər. 

Bu 

nümayəndələr regional səviyyədə xüsusi məsləhətçi forumlarda birlə-



şirlər.  Avropa  ekoloji  nişanının  verilməsi  üzrə  praktiki  işlər  milli 

səviyyədə aparılır. Burada təsdiq olunmuş meyarlara uyğunluğa ekoloji 

sınaqlar aparılır və ekonişanın verilməsi haqqında qərar çıxarılır. 

AB-


də  xüsusi  nişanla  (şəkil  19.10.)  ekomarkalamaq  qəbul 

olunmuşdur. 

Şəkil 19.10. AB-nin 

ekomarkalanma nişanı. 



500 

 

Nişanın tətbiqindən məqsəd  istehlakçıları alınan məhsulun ekolo-



jiliyi 

haqqında düzgün məlumatlandırmaq və istehsalçıları ətraf mühitin 

mühafi

zəsi üzrə normaların və tələblərin gözlənilməsinə stimullaşdırmaq-



dır. 

Ekonişan  yeyinti  məhsullarına,  içkilərə  və  dərman  preparatlarına 

aid deyildir. Ekoni

şanla elə məhsullar markalanırlar ki, onların tərkibində 

qorxulu,  lakin 

buraxıla  bilən  hədlər  daxilində  olan  maddələr  və 

preparatlar olsun. 

İşarənin rəngi ağ fonda yaşıl, mavi və qara (və əksinə) 

ola 

bilər.  Ekonişandan  istifadə  etmək  hüququnu  almaq  üçün  istehsalçı 



məhsulu, onun ekoloju qiymətləndirilməsi üçün təqdim etməlidir. Bu işlə, 

bir  qayda  olaraq,  sertifikat

laşdırma  orqanları  məşğul  olur. Bunun  üçün 

hər  bir  məhsul  növü  üzrə  ayrıca  müqavilə  bağlanmalıdır. Ekonişandan 

reklamda  ge

niş  istifadə  olunur.  O,  məhsulun  bazara  daxil  olmasına 

mək edir və satıcının (istehsalçının) rəqabət mövqelərinə müsbət təsir 



gös

tərir. 


Məhsullara  ekoloji  tələblər  çox  aktual  olduğundan,  ekonişan  isə 

satış səviyyəsinə birbaşa təsir etdiyindən, müasir bazarlarda ekonişanların 

qeyri-düzgün 

rəqabəti  baş  verir.  Bu  da  istehsalçı  tərəfindən  ekomarka-

lamadan  qeyri-qanuni 

istifadə edilməsinə, yaxud alıcılara tanış olmayan 

yeni ni

şanların təqdim edilməsinə səbəb olur. Bu həm alıcılara, həm də 



ekosertifikat

laşdırma ideyasının özünə ziyan vurur. 

Beləliklə, ekonişanları şərti olaraq iki qrupa bölmək olar: 

• 

insanın sağlamlığı və ətraf mühit üçün məhsulun təhlükəsizliyi 



haqqında məlumat verən ekonişan, “Mavi mələk” və digər nişanları bura 

aid et


mək olar; 

• 

tullantıların  yenidən  emalının  mümkünlüyü  haqqında 



informasiya 

verən nişanlar və yazılar. Beləliklə, tullantılar təkrar xammal 

kimi  utilizasiya  olunur 

və  təbiət  qorunur.  Bəzən  bu  qrupun  nişanları 

məmulatın təkrar xammaldan alındığı haqqında məlumat verir (məsələn: 

plastmas 

əşyalar). Bu  cür ekonişanlara  “Yaşıl  nöqtə” (Almaniya), “Re-

saykling” (

ABŞ-da,  Böyük  Britaniyada,  Şimali  Avropa  ölkələrində 

istifadə  olunur)  aiddir.  Bu  nişanlar  məhsulun  yerləşdirildiyi  qabları 

sonrakı emal üçün qəbul məntəqələrinə təhvil verməyə çağırır. 

Ekoloji  markalama 

və  etiketləşdirmə  məsələləri  ilə  standart-

laşdırma üzrə Beynəlxalq təşkilat (komitəaltı PKZ JSO/TK 207  “Ətraf 

mühit 

sahəsində etiketləşdirmə”) məşğul olur. 



501 

 

Ətraf mühitin idarə olunması və ekoloji audit üzrə rəhbərliyi əks 



etdirən  1400  seriyalı  İSO  beynəlxalq  standartlarının  qəbul  edilməsi 

ekosertifikatlaşdırmanın təşkili və aparılması üçün əsas yaratmışdır. 

1998-ci 

ildə  55  ölkədə  5147  kompaniya,  onların  yaratdığı  ətraf 

mühitin 

idarə olunması sistemlərinin İSO 14001 standartının tələblərinə 

uyğunluğuna sertifikatlaşdırılmışdır. 

 

1999-cu 



ildə  on  Avropa  ölkəsinin

1

  akkreditasiya 



üzrə  milli 

orqanları  ətraf  mühitin  mühafizəsinin  idarə  olunması  sahəsində 

sertifikatlaşdırma  üzrə  orqanların  akkreditasiyasının  qarşılıqlı  tanınması 

haqqında Müqavilə imzalanmışlar. Müqavilə sertifikatlaşdırma orqanları-

nın  akkreditasiyası  üzrə  Avropa  assosiasiyasının  (EAS)  və  laborator-

iyaların akkreditasiya üzrə Avropa assosiasiyasının (EAL) birləşməsi nə-

ti

cəsində  1998-ci  ildə  yaradılmış,  akkreditasiya  üzrə  Avropa 



assosiasiyasında (EA) əməkdaşlıq çərçivəsində imzalanmışdır. 

EA 


digər  ölkələrin  akkreditasiya  sistemləri  ilə  ikitərəfli  əlaqələrə 

malikdir. 

Müqaviləni  imzalamış  hər  bir  tərəf  aşağıda  göstərilən 

istiqamətlərdən birinin, yaxud bir neçəsinin işində iştirak edəcəyi barədə 

ö

hdəçilik götürür: 



• yoxlama 

laboratoriyaları; 

• 

sınaq laboratoriyaları; 



• 

məhsulun sertifikatlaşdırılması üzrə orqanlar; 

• 

keyfiyyət sisteminin sertifikatlaşdırılması üzrə orqanlar; 



• 

heyətin sertifikatlaşdırılması üzrə orqanlar; 

• 

ətraf  mühitin  idarə  olunması  sistemlərinin  sertifikat-



laşdırılması üzrə orqanlar; 

• 

müfəttiş orqanları. 



Akkreditasiya 

üzrə  orqanlar  arasında  yaradılmış  qarşılıqlı 

tanınma formasının mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, ixtiyari 

qanunvericiliklə  nizamlanan  sahələrdə  dövlətlərarası  müqavilələrin 

bağlanması üçün əsas rolunu oynayır. 

                                                 

1

  Мцгавиляни  имзалайыблар:  Данимарка,  Финландийа,  Франса,  Алманийа, 



Ирландийа, Италийа, Норвеч, Испанийа, Исвеч, Бöйцк Британийа. 

502 

 

XX 



FƏSİL. XİDMƏTLƏRİN  

SERT

İFİKATLAŞDIRILMASI 

 

Ümumdünya 



ticarət  təşkilatına  daxil  olma  prosesində 

danışıqların  ən  mürəkkəb  hissəsi  xidmətlər  sferasıdır.  Xidmətlərlə 

ticarət üzrə baş müqaviləyə (XTBM–QATS) qoşulma nəinki texniki 

maneə məsələlərinə, həmçinin fiziki şəxslərin, investisiyaların yerdə-

yişməsinə  və  bu  sahədə  digər  daxili  nizamlama  problemlərinə 

toxunur. 

Baş  müqavilə  bank  və  sığorta  xidmətlərini,  qiymətli 

kağızlarla 

əməliyyatları, 

müxtəlif 

nəqliyyat 

vlərini, 



telekommunikasiyaları,  tikintini,  turizmi,  təhsili,  asudə  vaxtı,  tibbi 

xidmətləri və i.a. əhatə edir. QATS-a qoşulma hər bir ölkəyə hüquqi 

bərabərliyini pozmadan üzv ölkələrin xidmət bazarına yol açır. 

Həyat, sağlamlıq və əmlak üçün potensial qorxulu xidmətlərin 

məcburi  sertifikatlaşdırılması  aşağıdakı  qanunlar  əsasında  həyata 

keçirilir: 

• 

məhsulların və xidmətlərin sertifikatlaşdırılması haqqında;  



•  yol 

hərəkətinin təhlükəsizliyi haqqında; 

•  turizm 

fəaliyyətinin əsasları haqqında; 

• 

istehlakçıların hüquqlarının müdafiəsi haqqında. 



Xidmətlər sferasında aşağdakılar sertifikatlaşdırmanın obyektləri 

ola 


bilər: xidmət, xidməti təqdim edən təşkilat, xidməti yerinə yetirən 

heyət,  istehsalat  prosesi,  xidməti  təqdim  edən  təşkilatda  keyfiyyətin 

idarə olunması sistemi. 

Xidmətlərin sertifikatlaşdırılması sisteminin formalaşdırılması və 

onun 

iştirakçılarının  seçilməsi  “Sertifikatlaşdırmanın  aparılması 



qaydalarına”  uyğun  aparılır.  Bu  sənədə  əsasən  xidmətlərin  sertifikat-

laşdırılması  sisteminin  iştirakçılarının  tərkibinə  aşağıdakılar  daxil  ola 

bilər: 

• 

rəhbəredici orqan, ARSMPDA; 



• 

mərkəzi orqanlar; 

•  elmi-metodik 

mərkəz; 


•  metodik 

mərkəzlər (sahə ETI); 

• 

sertifikatlaşdırma  üzrə  akkreditasiya  olunmuş  orqanlar  və 



sınaq laboratoriyaları; 

• 

keyfiyyətin  idarə  olunması  sistemlərinin  sertifikatlaş-



503 

 

dırılması üzrə akkreditasiya olunmuş orqanlar. 



Rusiya 

Federasiyasında  sertifikatlaşdırma  sxemlərinə  baxaq. 

Rusiya 

qaydalarına görə sertifikatlaşdırma sxemləri həm xidmətlərə, 



həm  də  işlərə  aiddir.  Onlara  aşağıdakılar  daxildirlər:  işin  yerinə 

yetirilməsinin, yaxud xidmətlərin göstərilməsinin qiymətləndirilməsi; 

aparılmış  işlərin,  yaxud göstərilmiş  xidmətlərin  nəticələrinin  yoxla-

nılması; sertifikatlaşdırılmış işlərə və xidmətlərə müfəttiş nəzarəti. 

Sxemin 

bu 


üç 

təşkiledicisi 

çərçivəsində 

uyğun 


sertifikatlaşdırma  üzrə  orqanın  ekspertlərinin  yerinə  yetirdiyi  işlər 

cədvəl 20.1.-də verilmişdir. 

 Material 

növlü 


xidmətlərin  sertifikatlaşdırılması  üçün 

aşağıdakılar  sxemə  daxil  edilir:  xidmətin  icraçısının  professional 

ustalığının  attestasiyası  və  inspeksion  nəzarət  (iş  adamları  və  kiçik 

müəssisələr üçün); xidmətin təqdim olunması prosesinin attestasiyası 

və dövri olaraq inspeksion nəzarət aparılmaqla xidmətin nəticələrinin 

seçmə yolu ilə yoxlanılması; təqdim olunma prosesinin attestasiyası 

və  inspeksion  nəzarət;  xidmət  etmənin  keyfiyyət  sisteminin 

sertifikatlaşdırılması və inspeksion nəzarət. 

Qeyri-material 

xidmətlərin  sertifikatlaşdırılması  üçün,  bir 

qayda  olaraq, 

aşağıdakı  sxemlərdən  istifadə  olunur:  müəssisələrin 

sertifikatlaşdırılması  və  sonrakı  inspeksion  nəzarət;  xidmət  etmənin 

keyfiyyətinin təmin edilməsi sisteminin sertifikatlaşdırılması və onun 

işinə sonrakı inspeksion nəzarəti. 

Sertifikatlaşdırma  sxeminin  seçilməsi  və  həmçinin  metodiki 

tədbirlər  ГОСТ  R  sertifikatlaşdırma  Sistemi  haqqında  əsasnamələr  və 

RF-


də  işlərin  və  xidmətlərin  sertifikatlaşdırılması  qaydalarına  uyğun 

olaraq 


yerinə yetirilir. 

Xidmətlərin sertifikatlaşdırılmasının təşkilinə təsir göstərən və onlara 

xas olan 

bəzi xüsusiyyətlərini qeyd edək: 

• 

xidmət obyekti insanın özü ola bilər, onun əmlak hüququ isə 



sınaqların aparılmasının  qeyri-mümkünlüyü ilə təyin  edilir. Məsələn: 

təmir olunmuş avtomobilin sahibi çox güman ki, onun avtomobilinin 

yol 

şəraitində,  prosedurun  bütün  sərt  qaydalarını  gözləməklə, 



sınaqlardan keçirilməsinə razı olmaz; 

•  ic


raçı ilə xidmətlərdən istifadə edənin birbaşa əlaqəsi, icraçının 

ustalığının  qiymətləndirilməsini  tələb  edir. Qeyd  etmək  lazımdır  ki, bu 



504 

 

sosioloji 



qiymətləndirmə metodlarının tətbiqini tələb edir; 

• 

xidmətin  qiymətləndirilməsi  üzrə  ekspert  bir  sıra  hallarda 



xidmətin  göstərilməsində  iştirak  etməlidir,  çünki  xidmətin  təqdim 

edilməsi və ondan istifadə qiymətləndirilməlidir; 

• 

xidmətin  qiymətləndirilməsi  üzrə  ekspert  bir  sıra  hallarda 



xidmətin  göstərilməsində  iştirak  etməlidir,  çünki  xidmətin  təqdim 

edilməsi və ondan istifadə etmə eyni vaxtda baş verə bilər (məsələn: 

dəllək,  yaxud  kosmetika  kabinetlərinin  xidmətləri).  Xaricdə  belə 

hallarda  ekspert 

tərəfindən  istifadə  edənin  rolunun  yerinə 

yetirilməsinə yol verilir; 

• 

xidmətlərin  bəzi  xarakteristikaları,  onu  təklif  edən  regionun 



xüsusiyyətlərindən birbaşa asılıdır. 

Rusiyanın  qanunvericiliyinə  görə  xidmətlərin  məcburi 

sertifikatlaşdırılması ilə yanaşı könüllü sertifikatlaşdırmaya da icazə 

verilir. 

Məcburi  sertifikatlaşdırılmalı  xidmətlərə  misal  olaraq, 

aşağıdakı xidmət qruplarını göstərmək olar (cəd. 20.2). 

ГОСТ  R  sistemində  200-dən  artıq  xidmətlərin  sertifikat-

laşdırılması  üzrə  orqanlar  akkreditasiya  olunmuşdur.  Mərkəzi 

orqanların səlahiyyətləri    aşağıdakılara verilmişdir: 

•  RF-in 

nəqliyyat  nazirliyinə-avtomobil  daşımalarının  və 

avtoservis 

xidmətlərinin sertifikatlaşdırılması sistemlərində; 

• 

Bədən  tərbiyəsi  və  turizm  üzrə  Rusiya  agentliyinə-turizm 



xidmətlərinin sertifikatlaşdırılması sistemlərində; 

•  Ti


carət  nazirliyinə-ictimai  peşə  sferasında  xidmətlərin 

sertifikatlaşdırılması üzrə; 

•  RF-in  Dö

vlət  standartına-məişət  elektrotexniki  cihazların 

təmiri üzrə xidmətlərin sertifikatlaşdırılmasında; 

•  Rusiya 

məişət ittifaqına-kimyəvi təmizləmə xidmətlərinin 

sertifikatlaşdırılması sistemlərində. 

Xidmətlərin  sertifikatlaşdırılmasında  normativ  baza  kimi 

beynəlxalq,  regional  və  milli  standartlardan,  fəaliyyətdə  olan 

sanitar-gigiyenik normalardan 

və qaydalardan və həmçinin konkret 

növ 

xidmətlər  üçün  dövlət  orqanları  tərəfindən  təsdiq  olunan 



normativ 

sənədlərdən istifadə olunur. 

Onlarda 

aşağdakılar  göstərilməlidir:  istifadə  edənlərin  həyatı, 

sağlamlığı  və  onların  əmlakı  üçün  təhlükəsizlik  normaları;  ekoloji 


505 

 

parametrlər;  xidmətlərin,  texnoloji  prosesin,  icraçının  ustalığının  və 



keyfiyyətin  təmin  olunması  sisteminin  yoxlanılması  metodlarına 

tələblər. Könüllü sertifikatlaşdırmada normativ sənədi sifarişçi təqdim 

edir. 

Xidmətlərin 



sertifikatlaşdırmaya 

yoxlamalarını 

(

məhsulun 



sertifikatlaşdırma  sınaqları  ilə  eynidir)  ГОСТ  R  sertifikatlaşdırma 

sisteminin  dö

vlət  reyestrində  qeyd  olunmuş  ekspert-auditorlar  yerinə 

yetirirlər. Yoxlamaları, bir qayda olaraq, xidmətin yerinə yetirildiyi yerdə 

aparırlar. Yoxlamaların nəticələri müsbət olduqda, sertifikatlaşdırma üzrə 

orqan  uy

ğunluq  sertifikatını  tərtib  edir,  mənfi  olduqda–sifarişçiyə  rədd 

edilmə haqqında qərar verilir. Sifarişçi uyğunluq nişanından istifadə üçün 

lisenziya ala 

bilər, onu yarlıklarda, sənədlərdə, qəbzlərdə və i.a. qoya bilər, 

həmçinin  sertifikatın  fəaliyyət  müddətində  (üç  ildən  artıq  olmamaqla) 

reklam 


məqsədləri üçün istifadə edə bilər. 

Sertifikatlaşdırılmış 

xidmətlərə 

tələblərin 

zlənilməsinə 



inspeksion 

nəzarəti sertifikatlaşdırılmış orqan aparır. 

Qeyri-material 

xidmətlərin  inspeksion  nəzarətini  aparmaq  üçün 

anketləşdirmə,  şəxsi  müsahibə  və  s.  yolu  ilə  istehlakçıların  sorğusu 

aparılmalıdır.  Ümumiyyətlə,  bu  işlərlə  sosioloji  mərkəzlər,  marketinq 

xidmətləri,  yerli  idarə  orqanları  və  həmçinin  xidmətlərin  icraçılarının 

ö

zləri  məşğul  olurlar.  Inspeksion  nəzarətin  nəticələrinə  görə  mövcud 



sertifikatlaşdırma  qanunlarına  uyğun  olaraq  qərar  qəbul  edilir. 

İnspeksion nəzarət planlı və plansız ola bilər.  

Plan

lı  nəzarətin  dövriliyini  sertifikatlaşdırma  üzrə  orqan-



müəyyən edir. Plansız inspeksion nəzarət, istehlakçıların iddiaları və 

nəzarət  edici  orqanların  rəyləri  olduqda  sertifikatlaşdırma  orqanı 

tərəfindən təyin olunur. 

Rusiyanın  ilk,  xidmətlərin  məcburi  sertifikatlaşdırılması 

sistemləri  1994–1996-cı  illərdən  fəaliyyətə  başlamışdır.  Onlar 

aşağıdakı sferaları əhatə edirlər: 

•  m

əişət  radioelektron  aparatlarının,  məişət  elektrik 



ma

şınlarının və cihazların təmiri və texniki xidməti; 

• 

kimyəvi təmizləmə və rəngləmə; 



•  turizm 

və mehmanxana xidmətləri; 

• 

avtonəqliyyat vasitələrinin texniki xidməti və təmiri; 



 

506 

 

Cədvəl 20.1. 



  

Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin