Proqnozlaşdırma
vəzifəsi perspektivdə iqtisa-
di, hadisə və proseslərin aparıcı meyllərini müəyyənləşdir-
məyə imkan yaradır.
Təcrübi
vəzifə, dövlətin iqtisadi si-
yasətinin əsaslandırılması və konkret şəraitin tələbləri əsa-
sında təsərrüfatçılıq fəaliyyətinin daha səmərəli yollarını
müəyyənləşdirmək üçün lazımdır.
İdeoloji
vəzifə, iqtisadi
inkişaf istiqamətlərinin işlənib hazırlanması və həyata ke-
çirilməsi gedişində, fikir müxtəlifliyi şəraitində, ümum-
milli mənafe baxımından ən optimal variantın seçilməsini
nəzərdə tutur.
Metodoloji
vəzifə, iqtisadi-sosial məsələlə-
rin daha səmərəli həlli üçün etibarlı elmi-nəzəri baza ro-
lunu oynayır.
Bu elmi hərtərəfli öyrənmək:
əvvələn,
insanların,
xüsusilə də yetişməkdə olan gənc nəslin, o cümlədən iqti-
sadçı kadrların dünyagörüşünü formalaşdıraraq, onun dün-
yada baş verən qlobal mürəkkəb və ziddiyyətli prosesləri
dərk etməsinə kömək edir,
sonra
insanların həyatda rast-
laşdıqları müxtəlif iqtisadi-sosial problemlərin həllində
daha düzgün seçim əsasında, ən səmərəli (optimal variant-
da) qərarlar qəbul etmələrinə şərait yaradır;
nəhayət,
in-
sanlarda sərbəst düşünmək, ağıllı riskə getmək, müstəqil
hərəkət etmək qabiliyyətini inkişaf etdirir.
İqtisadi nəzəriyyənin məqsəd və vəzifələrini kom-
pleks halında aşağıdakı kimi müəyyənləşdirmək olar:
-
mikro və makro səviyyədə bazar münasibətləri iqti-
sadi sisteminin fəaliyyət prinsipləri və qanunları haqqında
ümumi təsəvvür yaratmaq;
-
əsas iqtisadi kateqoriyaların (əmək, əmtəə, bazar,
pul, tələb, təklif, qiymət, rəqabət, tarazlıq, inhisar, səmərə-
lilik, inhisar, bank, inflyasiya, kredit, işsizlik, böhran)
məzmununu açmaq;
15
-
iqtisadi təhlil aparmaq və ən mühüm göstəricilərin
və indekslərin hesablanması vərdişlərinə yiyələnmək;
-
müxtəlif əmtəə-xidmət bazarlarında və ayrı-ayrı
bazar strukturlarında qiymətyaranmanın xüsusiyyətləri ilə
tanış olmaq;
-
müasir inteqrasiya və qloballaşma şəraitində bey-
nəlxalq və daxili bazarlarda əlavə məlumat - informasiya
mənbələri ilə işləməyi öyrənmək.
Deməli, iqtisadi nəzəriyyənin məqsəd və vəzifələri
(funksiyaları) kompleksinə, cəmiyyətin təsərrüfat həyatı-
nın ümumi inkişaf qanunauyğunluqlarının müxtəlif təhlil
metodları vasitəsilə öyrənilməsi, ictimai istehsalın ayrı -
ayrı sahə və bölmələrinin strukturunda baş verən kəmiy-
yət-keyfiyyət dəyişikliklərinin dinamikasının izlənməsi,
eyni zamanda iqtisadiyyatın gələcək inkişaf istiqamətləri
perspektivlərinin müəyyənləşdirilməsində ölkənin milli
mənafeyi ilə qlobal maraqların düşünülmüş tarazlığının
gözlənilməsi xətti daxildir.
Qarşılıqlı təsir və əlaqədə olub, kompleks şəkildə
həyata keçirilməsi tələb olunan bu müxtəlif vəzifələrin sə-
mərəliliyinin təmin edilməsi üçün unudulmamalıdır ki,
“gələcək illərin hadisələri, şübhəsiz cəmiyyətin siyasi hə-
yat səthinin dəyişkən dalğaları üzərində fasiləsiz surətdə
davam etsə də, lakin onun nəticələri təkcə dövlət xadimlə-
rinin şüurlu hərəkətləri ilə deyil, ilk baxışda heç kəsin görə
bilmədiyi gizli dərinliklərdəki iqtisadi axınlarla müəyyən
olunacaqdır. Bu gizli axınlara, yaxud iqtisadi meyllərə isə
təsir göstərməyin bir yolu vardır: həmin yol - bilik və
təfəkkürün imkanlarından istifadə edərək, insanların keç-
miş təsəvvürlərini, düşüncə tərzini dəyişdirməkdən ibarət-
dir. Deməli, əsl həqiqəti söyləmək, xülyaları dağıtmaq,
16
nifrəti məhv etmək, insanların hiss və ağlını maarifləndir-
mək, - bizim ən etibarlı vasitələrimizdir” (C.Keyns).
Bəşəriyyətin çoxəsrlik enişli-yoxuşlu inkişaf yolu,
hay-küylü yüksəliş və kəskin böhran illəri, nəhəng bey-
nəlxalq korporasiyaların formalaşması və dünyanı əhatə
edən maliyyə-bank sarsıntıları, xüsusilə də XXI əsrin ilk
onilliyində dünya təsərrüfat sisteminin rastlaşdığı sosial-
iqtisadi problemlər, bu fikri tamamilə təsdiq edir.
c)
Vahid sistem kimi kompleks halında formalaşan
iqtisadiyyatı və onun istehsal-xidmət dairələrində baş ve-
rən bölgü, mübadilə, istehlak mərhələlərindəki qanuna-
uyğun prosesləri müxtəlif səviyyələrdə öyrənmək müm-
kündür.
Cəmiyyət və iqtisadi sistemlərin təsərrüfat həyatı
canlı bir orqanizmi xatırlatdığından, orada sanki “hər şey
axır, hər şey dəyişir”, bəzən isə hətta ən gözlənilməz pro-
seslər baş verir. Nobel mükafatı laureatı P.Samuelson haq-
lı olaraq yazmışdır: “Dünyada baş verən iqtisadi proseslər
(iqtisadi sistemlərin dağılması, böhranlar, inflyasiyalar, in-
teqrasiya meylləri, iqtisadi-ticarət əlaqələrinin genişlən-
məsi, elmi-texniki tərəqqi) bəşəriyyətin yaşadığı bir tama-
şa və dramadır”.
Bu həyatı tamaşanın isə müəllifi də, rejissoru da,
aktyoru (oyunçusu) da, təbiət və istehsalla, eyni zamanda
bir-birləri ilə mürəkkəb əlaqələr sistemi qurub, ardıcıllıqla
həyata keçirən insanlardır. Doğrudan da “insan amili”
onun maraq və təşəbbüsü, tələb və təklifi, ideya və əməl-
ləri olmadan heç bir iqtisadi sistem formalaşıb yüksələ bil-
məz.
İqtisadi sistem və onun obyektiv inkişaf qanunlarını
hərtərəfli öyrənib dərk edərək, bu prosesin nəticələrini
17
insanların müxtəlif təyinatlı maddi-mənəvi tələbatlarının
ödənilməsinə yönəldilməsi –
Dostları ilə paylaş: |