Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə9/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   160
Mikroiqtisadiyyat (1)

mikroiqtisa-
diyyatı şirkətlər və qiymətlər nəzəriyyəsi
 
kimi səciyyə-
ləndirirlər. Milli iqtisadiyyatın hər hansı bir sahəsində baş 
verən kəmiyyət və keyfiyyət dəyişiklikləri, bu proseslərin 
qiymətlər vasitəsilə tələb-təklifdəki enib-qalxmaları, tez-
gec öz təsirini iqtisadi sistemin başqa sahələrində də 
göstərəcəkdir. Ona görə də iqtisadi siyasət xəttinin, məsə-


20 
lən, enerji daşıyıcılarının və taxıl məmulatlarının qiymət-
lərinin artırılması, həmin məhsulların ölkəyə idxalına 
qoyulmuş gömrük vergiləri dərəcələrinin azaldılması 
tədbirləri ilə əlaqəli aparılmalıdır. Belə bir iqtisadi siyasət 
xətti isə cəmiyyət miqyasında iqtisadi səmərəliliklə sosial 
ədalətliliyin düzgün nisbətinin müəyyənləşdirilməsinin 
optimal variantı kimi qiymətləndirilə bilər. 
Bu mənada məşhur ingilis iqtisadçısı Ç.K.Keynsin 
belə bir fikri olduqca aktual səslənir ki, iqtisadi nəzəriyyə 
və onun tərkib hissəsi sayılan mikroiqtisadi təhlil insanla-
rın iqtisadi təfəkkürünün formalaşmasına, onların məqsəd-
yönlü təsərrüfat fəaliyyətlərinə, habelə konkret iqtisadi qə-
rarlar qəbul etmələri ilə davranışlarına, şübhəsiz fəal təsir 
göstərir. 
Lakin unutmaq olmaz ki, iqtisadi nəzəriyyənin istər 
mikro, istərsə də makro bölmələri istehsalın, xidmət dairə-
sinin, tələb-təklifin cari məsələlərinin həlli üçün hazır 
tövsiyələr vermir. İqtisadi nəzəriyyə bu proseslərin ümumi 
inkişafının və səmərəliliyinin nəzəri əsaslarını işləyib ha-
zırlayır. Deməli, “iqtisadi nəzəriyyə bilavasitə təsərrüfat 
siyasətində tətbiq olunmaq üçün hazır tövsiyələr toplusu 
deyil, metodoloji bir elmdir, intellektual alətdir, təfəkkü-
rün texnikasıdır”. Yalnız bu elmə mükəmməl yiyələnənlər
mürəkkəb iqtisadi-sosial problemlərə düzgün yanaşıb, on-
ları həll edə bilərlər. 
Mikroiqtisadiyyat, cəmiyyətin təsərrüfat həyatının və 
insan fəaliyyətinin əməklə bağlı ilk tətbiq, habelə çıxış 
nöqtəsi sayılan ev təsərrüfatlarını, şirkətləri, müəssisələri 
korporasiyaları hərtərəfli öyrənib təhlil edərkən, əsasən 
aşağıdakı vəzifələri yerinə yetirir. 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin