Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə4/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Mikroiqtisadiyyat (1)

pozitiv

 
normativ
 
kimi hissələ-
rə ayrılır. 
İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca 
iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət 
göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə 
bir elm kimi ilk növbədə cəmiyyət həyatında gedən pro-
sesləri hərtərəfli təhlil edir, faktları izah edir və yaranmış 
vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv 
yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında 
öz məsləhət və tövsiyələrini vermir. Cəmiyyət həyatında 
baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv 
mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edi-
lir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkənin 
timsalında istehsalın azalması, işsizlik səviyyəsinin artma-
sını göstərə bilər, lakin bu mənfi proseslərin necə aradan 
qaldırılması yolları haqqında öz tövsiyələrini vermir. 
Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi 
nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan 
çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi ha-
disə və proseslərin gələcək meyllərini, inkişaf istiqamət-
lərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini ve-
rir. Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi 
nəzəriyyəyə nisbətən iqtisadçılar və mütəxəssislər arasında 
daha çox mübahisələrə səbəb olur. Çünki həmin proseslər 


11 
(iqtisadi artım, yığım norması, yeni iş yerləri açılması) 
birmənalı qarşılanmır, müxtəlif qrupların yaxud şəxslərin 
maraqlarına toxunur. 
Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca 
mövcud olmuş cəmiyyətlərin həyatı, ictimai-siyasi, iqtisa-
di-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyə-
lənir. Doğrudur, qarşılıqlı əlaqə və təsir nəticəsində tam 
bir sistem kimi fəaliyyət göstərən cəmiyyət həyatında bu 
cəhətlərin hansınınsa çatışmaması, yaxud nöqsanı, bütöv-
lükdə cəmiyyət həyatına öz təsirini göstərəcəkdir. Deməli, 
bütün cəhətlərin normal və ahəngdar fəaliyyəti sahəsində 
iqtisadi sistem yaşayıb inkişaf edə bilər.
 
Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının 
sahələri arasında iqtisadiyyat, həyatın davamı və insanla-
rın yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir. 
İqtisadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının tə-
məlini təşkil etdiyindən, iqtisad elmi də bütün iqtisadi 
bilik dairələrini əhatə edir. İlk mərhələdə təsərrüfat və 
onun idarə olunması qanunları mənasını daşıyan bu anla-
yış, hazırda mürəkkəb, habelə çoxcəhətli bir fəaliyyət 
dairəsini, yəni bütövlükdə iqtisadiyyatı əhatə edir. 
Məlumdur ki, insan cəmiyyəti formalaşdığı ilk ad-
dımlarından başlayaraq indiyədək həmişə iqtisadiyyatla, 
təsərrüfatla bağlı olmuşdur. Vaxtilə yalnız təbiətin hazır 
məhsullarından, təbii nemətlərindən istifadə etməklə kifa-
yətlənmiş insanlar, tədricən əkinçilik və maldarlıqla məşğul 
olmuş, sənətkarlıq şeyləri hazırlamış, müxtəlif emalatxa-
nalar təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat vasi-
tələrini təkmilləşdirmiş, elektrik və atom enerjisindən isti-
fadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar. 
İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan tə-


12 
sərrüfat həyatı sahələri genişləndikcə, iqtisadiyyatı daha 
səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri bilik-
lərə ehtiyac artmışdır. Həyat irəliləyib inkişaf etdikcə, in-
sanların təsərrüfat əlaqələri genişləndikcə, ayrı-ayrı ölkə-
lər arasında ticarət münasibətləri yeni sahələri əhatə etdik-
cə, şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyə-
lər də dəyişmişdir. 
Müxtəlif məktəb və istiqamətlərindən asılı olmadan, 
ölkənin və dünyanın təsərrüfat həyatındakı iqtisadi artım, 
yığım və istehlak, tələb və təklif, qiymət və rəqabət, in-
flyasiya və işsizlik, maliyyə və pul-kredit sistemi, büdcə 
vergilər, investisiya və xarici borclar, başqa ölkələrlə 
xarici iqtisadi-ticarət əlaqələri və beynəlxalq valyuta-kre-
dit münasibətləri, inteqrasiya və qloballaşma proseslərinin 
sosial-iqtisadi nəticələri kimi aktual problemlər həmişə 
iqtisadi nəzəriyyənin diqqət mərkəzində durmuşdur. 
b)
Mürəkkəb və ziddiyyətli dəyişikliklərlə səciyyə-
lənən müasir cəmiyyət həyatının real sosial-iqtisadi pro-
seslərinin hərtərəfli öyrənilib dərk olunması, eyni zaman-
da baş verən yeni meyllərin gələcək nəticələrinin obyektiv 
elmi-nəzəri prinsiplər mövqeyindən qiymətləndirilməsi 
zəruriliyi, iqtisadi nəzəriyyəyə olan marağı getdikcə artır-
maqdadır. Tarixi baxımdan bütün dövrlərdə bu elmin qar-
şısında duran əsas məsələ, dünyanın və cəmiyyətin iqtisadi 
quruluşu, onun səmərəliliyi məsələlərinin araşdırılması ol-
muşdur. 
İqtisadi nəzəriyyənin öyrənilməsində əsas məqsəd 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin