Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə14/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   160
Mikroiqtisadiyyat (1)

Altıncı prinsip
,
 
buna əsaslanır ki, bazarlar cəmiyyə-
tin iqtisadi fəaliyyətinin, təşkili üçün yaxşı, əlverişli bir 
üsuldur. Tarixi təcrübədə özünü doğrultmayaraq, iflasa 
uğramış sosialist planlı təsərrüfat sisteminin əksi olan ba-
zar iqtisadiyyatı şəraitində mərkəzi planlaşdırıcı orqanla-
rın əmr xarakterli göstərişləri, sərbəst bazar münasibətləri 
reallığında milyonlarla ailənin və istehsal-xidmət təyinatlı 
şirkətlərinin tələb-təklif qanunu əsasında formalaşan qə-


27 
rarları (arzu, hökmü) ilə əvəz olunur. Müəyyən qanunlar 
və bazar rəqabəti şəraitində fəaliyyət göstərən çoxsaylı ev 
təsərrüfatları, şirkətlər, korporasiyalar nə istehsal etməkdə, 
kimi işə qəbul etməkdə, satış bazarları seçməkdə sərbəst-
dirlər. Bu mənada bazar münasibətləri iqtisadi sistemində 
mürəkkəb qarşılıqlı əlaqələrdə olan ev təsərrüfatları və 
şirkətlər sanki A.Simitin adı ilə bağlı “gözəgörünməz əl” 
tərəfindən idarə olunaraq, tədricən onların fəaliyyətini 
arzu etdikləri nəticələrə doğru yönəldilir. Həmin prosesdə 
qiymət amili çox mühüm bir rol oynadığından, dövlətin 
müxtəlif iqtisadi, inzibati yollarla bu işə müdaxiləsi, şüb-
həsiz bazar iqtisadiyyatının normal fəaliyyətinə müəyyən 
əngəllər törədir. Çünki bazar iqtisadiyyatı çoxsaylı ailə 
təsərrüfatları və şirkətlərin verdikləri müstəqil qərar əsa-
sında fəaliyyət göstərən, eyni zamanda mövcud sərvətləri 
(iqtisadi resursları) bölüşdürən bir sistemdir. Lakin müasir 
daxili-xarici əlaqələr sisteminin mürəkkəbləşdiyi, iqtisadi 
inteqrasiya proseslərinin genişlənib-dərinləşdiyi, qlobal-
laşma istiqamətində vahid dünya təsərrüfat sisteminin for-
malaşdığı bir şəraitdə hakimiyyət orqanlarının dövlət tən-
zimlənməsinin müxtəlif formalarından müəyyən hüdudlar 
çərçivəsində istifadə etməsi, tamamilə təbii və məqsədə-
uyğundur.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin