Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə1/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   160
Mikroiqtisadiyyat (1)




AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
 
 
 
 
MİKROİQTİSADİYYAT 
(Dərslik) 
 
 
 
 
Dərslik Azərbaycan Respublikası
Təhsil Nazirinin 21.12.2012 –ci il
tarixli 2308 saylı
əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2012 



Dərsliyi iqtisad elmləri doktoru, professor Q.Y.Əbdülsəlim-zadə 
və iqtisad elmləri doktoru, professor İ.M.Abbasov hazırlamışlar.
 
 
 
Redaktor: iqtisad elmləri doktoru,
professor A.T.Əhmədov 
Rəyçilər: iqtisad elmləri doktoru,
professor
iqtisad elmləri doktoru,
professor 
 
İqtisadi nəzəriyyə (Mikroiqtisadiyyat). Dərslik. 2012. Səh. 
Dərslikdə iqtisadi nəzəriyyə kursunun tərkib hissəsi və bölməsi sayılan 
mikroiqtisadiyyatın ev təsərrüfatları, müəssisələr, şirkətlər, korporasiyaların 
timsalında, bazar münasibətləri iqtisadi sistemi şəraitində tələb, təklif, 
qiymət, rəqabət, xərclər, əmək haqqı, mənfəət kimi məsələləri cəmiyyətin, 
tələbatlarının sonsuzluğu, iqti¬sa¬di resursların məhdudluğu reallığında, 
daha yüksək səmərəliliyə nail olmaq istiqamətində şərh olunmuşdur. 
 
 
 
Qrifli nəşr 
Bakı Biznes Universiteti nəşriyyatı - 2012. 
 



Ön söz 
“İqtisadi nəzəriyyə kursunun tərkib hissəsi sayılan 
“Mikroiqtisadiyyat” dərsliyi, Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət Standart-
ları bakalavr hazırlığının məzmununa və səviyyəsinə qo-
yulan minimum dövlət tələbləri”nə uyğun olaraq, “İİ
010000 – Ümumi iqtisadiyyat” istiqaməti üzrə ali baza 
təhsil proqramına daxil edilmiş bu fənnin (kod İÜ NF B 
04) tədrisinə dair metodik tövsiyələrinə uyğun hazırlan-
mışdır. 
Müasir inteqrasiya prosesləri nəticəsində qloballaşan 
dünyanın mürəkkəb və ziddiyyətli proseslərin hərtərəfli 
öyrənib təhlil etmək, habelə onun gələcək perspektivlərini 
müəyyənləşdirmək üçün iqtisadi nəzəriyyə kursunun mik-
roiqtisadi, makroiqtisadi səviyyələrdə tədrisi, tələbələrin 
ümumi elmi-nəzəri dünyagörüşünün formalaşmasında 
mühüm rol oynayır. 
“Təhlil və fikir kimi iki hissəyə ayrılan iqtisad elmi” 
(J.Şumpeter) həmişə “insan fəaliyyətinin normal həyat 
fəaliyyətinin öyrənilməsi” (A.Marşall) istiqamətində “nə, 
necə, kim üçün istehsal etməli” (P.Samuelson) prinsipləri 
əsasında daha səmərəli son sosial-iqtisadi nəticələrə nail 
olmağı nəzərdə tutur. 
Bakı Biznes Universitetinin özəl təhsil xüsusiyyətlə-
rini nəzərə alan “Mikroiqtisadiyyat” dərsliyi müəyyən 
olunmuş 90 saatlıq (60 saat mühazirə, 30 saat məşğələ) 
tədris yükünə uyğunlaşdırılaraq 15 mövzuda şərh edilmiş, 
zəruri ədəbiyyat siyahısı göstərilmiş imtahan sualları və 
dərs saatlarının bölgüsü verilmişdir. 
Dərslikdə məntiqi və tarixi ardıcıllıqla kursun məq-



səd və vəzifələri; iqtisadi fikir və biliklərin meydana çıxıb 
formalaşması mərhələləri; kursun predmet və metodları; 
təsərrüfat fəaliyyətinin ictimai tipləri və onun təşkili; iqti-
sadi sistem və mülkiyyət münasibətləri; əmtəə, dəyər və 
pul nəzəriyyələri; istehsal və onun amilləri; bazarın yaran-
ması və tarixi təkamülü; bazarın müxtəlif formaları, onun 
fəaliyyət mexanizminin xüsusiyyətləri və modelləri; isteh-
sal xərcləri, əmək haqqı, renta, faiz və mənfəət, habelə di-
gər məsələlər işıqlandırılmışdır. 
“Mikroiqtisadiyyat” dərsliyinin gələcəkdə daha da 
təkmilləşdirilməsi istiqamətindəki tənqidi qeydlər, işgüzar 
məsləhətlər, konkret tövsiyələr böyük razılıq və minnət-
darlıqla nəzərə alınacaqdır. Qədim yunan müdriklərinin 
dedikləri kimi “hər şeyin axıb dəyişdiyi” bir reallıqda “nə 
mümkünsə etdik və başqaları daha yaxşı etsinlər”.




Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin