Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin


istehsal, bölgü, mübadilə və is-



Yüklə 2,04 Mb.
Pdf görüntüsü
səhifə8/160
tarix24.10.2023
ölçüsü2,04 Mb.
#161238
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   160
Mikroiqtisadiyyat (1)

istehsal, bölgü, mübadilə və is-
tehlak münasibətlərini
 
öyrənir. Eyni zamanda mikroiqti-
sadiyyat dövlət və hakimiyyət orqanları ilə istehsalçılar,
sahibkarlar, işgüzar-biznes fəaliyyətilə məşğul olanlar, ha-
belə insanlar arasında istehsal prosesində formalaşan və 
həyata keçirilən istehsal münasibətlərini öyrənir. Bununla 
yanaşı iqtisadi proseslərə və münasibətlərə yanaşmada, 
mikroiqtisadi təhlil, iqtisadi resursların məhdudluğu, habe-
lə onlardan daha səmərəli istifadə olunması problemlərinə 
üstünlük verir.
 
 
Bu mənada mikroiqtisadiyyat, mülkiyyət hüququ (is-
tifadəçisi) əsasında sahibkarlarla (prinsipial) işçilər (agent) 
arasındakı; rəqabət mübarizəsi əsasında sahibkarlıq fəaliy-
yəti ilə məşğul olanların özləri arasındakı; tələblə-təklifin 
dəyişkən nisbəti əsasında formalaşan bazar qiymətlərinə 
uyğun alıcılarla satıcılar arasındakı münasibətləri tədqiq 
edib müəyyən ümumiləşdirmələr aparır; real vəziyyətin 
təkmilləşdirilməsi istiqamətində praktik məsləhətlər, əməli 
tövsiyələr verir. 
Mikroiqtisadiyyatın ayrı-ayrı problemləri vaxtilə 
A.Smit, D.Rikardo, J.Sey, C.Mill kimi klassik iqtisadi nə-
zəriyyə məktəbinin görkəmli nümayəndələrinin əsərlərin-
də irəli sürülsə də, lakin onun müasir iqtisadi nəzəriyyənin 
tərkib hissəsi və mühüm bir bölməsi kimi formalaşması 
prosesi, şübhəsiz XIX əsrin ikinci yarısından başlayaraq


19 
bu sahədə öz tədqiqatları ilə seçilən T.Hossenin, K.Men-
gerin, A.Marşallin, L.Valrasın, V.Paretonun adları ilə bağ-
lıdır. 
İqtisadi nəzəriyyənin 
müşahidə, müqayisəlik, ümu-
miləşdirmə, pozitiv, normativ, qrafik təsvirlər, sxem-
lər, cədvəllər kimi metod və yanaşma üsullarından
mikroiqtisadiyyatın müxtəlif problemlərinin, konkret mə-
sələlərinin izahı, habelə tədqiqində geniş istifadə olunur. 
Pozitiv analiz mikroiqtisadi proseslərin real təsvirini və 
onların ümumiləşdirilməsini öyrəndiyi halda, normativ 
analiz iqtisadi proseslərin, hadisələrin necə inkişaf etməli 
olması sualına cavab verir. Maraqlıdır ki, cəmiyyətin iqti-
sadi həyatında və müxtəlif təyinatlı şirkətlərin təsərrüfat 
fəaliyyətində baş verən proseslərin pozitiv mövqedən təh-
lili o qədər də ciddi mübahisələr doğurmasa da, lakin bu 
proseslərin necə davam etməli olacağı haqqındakı fikirlər 
həmişə bir-birindən xeyli fərqlənmişdir. 
Məsələn, ölkədə enerji daşıyıcılarının yaxud taxıl 
məmulatlarının qiymətlərinin artırılması zərurəti meydana 
çıxdıqda, bu iqtisadi siyasət xətti tədbirinin yaradacağı 
müsbət və mənfi cəhətlər hərtərəfli düşünülməlidir. Çünki 
qiymətlər və vergi dərəcələrindəki enib-qalxmalar həmişə 
mikroiqtisadiyyatın obyektlərinin, subyektlərinin təsərrü-
fat fəaliyyətinə öz təsirini bilavasitə, yaxud dolayı yollarla 
göstərmiş olur. Təsadüfi deyildir ki, bəzən 

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin