İnformasiya sistemi



Yüklə 18,51 Kb.
tarix12.06.2023
ölçüsü18,51 Kb.
#128942
İnformasiya sistemi



İnformasiya sistemi — tətbiq sahəsinə aid informasiyanın toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir.Bu xüsusiyyəti onun istismarını, analizini, mühafizəsini asanlaşdırır.
İnformasiya sistemi əsas iki tələbatı ödəməlidir:

  • tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi. Bu halda birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməlidir.

  • istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılması. Bu halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə verilənlər təşkil olunmalı və sorğulara cavab verilməlidir. Sorğular aydın və obyektiv olmalı, sorğulara cavablar isə hesabat və ya forma şəklində verilməlidir.

İnformasiya sistemləri-informatika elminin ən mühüm anlayışlarından biri də informasiyadır. Bu anlayış latın sözü olub baş vermiş hadisə və ya fakt haqqında məlumat mənasını verir. İnformasiya dedikdə toplanma, qeydiyyat, saxlanma və s. obyekti ola bilən faydalı məlumatlar toplusu başa düşülür. İnformasiya anlayışının ən mühüm alt anlayışlarından biri də informasiya sistemləridir.
Kompüterlərin və digər əlaqə vasitələrinin istifadə olunmasına əsaslanan yeni informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq bu anlayış (informasiya sistemi anlayışı) geniş istifadə olunur. Ümumi halda sistem anlayışı qoyulmuş məqsədə çatmaq üçün vahid bir tam kimi fəaliyyət göstərən, qarşılıqlı əlaqədə olan elementlər kompleksini özündə birləşdirir. Sistemin struktur, element funksiyası və elementin və sistemin özünün girişi və çıxışı kimi komponentləri var. Bundan başqa hər bir sistemin alt sistemə bölünmək imkanı da var. Bu xüsusiyyəti onun analizini, yaradılamsını və istifadəsini asanlaşdırır.
İnformasiya sistemləri tətbiq sahəsinə aid informasiyaların toplanmasını, saxlanmasını, emalını və istifadəçilərə çatdırılmasını təmin edən texniki, proqram, linqvistik və metodoloji vasitələr kompleksidir. Bu sistem müxtəlif istifadəçilərin müəyyən mövzu sahəsi çərçivəsində informasiyaya olan tələbatının ödəyir. Onun yaranmasının səbəbi də budur. İnsanlarının tələbatlarının ödənilməsində iki cəhəti nəzərə almaq lazımdır. Birincisi tətbiq sahəsinin sərhədlərinin təyin olunması və informasiya modelinin tam əhatəli və dəqiq əks etdirilməsi, ikicisi istifadəçilərin sorğularına tam və dəqiq cavab verə bilən informasiya sisteminin yaradılmasıdır. Birinci halda baxılan tətbiq sahəsi çərçivəsində informasiya sisteminin istifadəçiləri lazımi informasiyayla təmin edilməli, ikinci halda isə sorğuların tipləri və növləri təhlil edilməli, sorğuların tələblərinə uyğun və əlverişli şəkildə cavab verilməlidir.Bu sistem həm ayrılıqda, həm də hər hansı avtomatlaşdırılmış sistemin tərkibində layihə edilə bilər. Birinci halda o, informasiya-sorğu sistemi kimi, əsasən, ayrı-ayrı şəxslərin və ya kollektivlərin informasiya tələblərini ödəmək üçün istifadə olunur. İkinci halda isə informasiya sistemi istifadəçilərə informasiya-arayış xidməti göstərməklə yanaşı, həmdə avtomatlaşdırılmış sistemin informasiya təminatı alt sistemi rolunu oynayır.İnformasiya sistemləri konkret hər hansı bir obyekt üçün yaradılır. İnformasiya sistemləri bir çox cəhətlərinə görə qruplaşdırılır.Avtomatlaşdırma dərəcəsinə görə informasiya sistemləri əllə işləyən (mexaniki), avtomatlaşdırılmış və avtomatik olmaqla üç qrupa bölünür. Mexaniki olduqda bütün əməliyyatlar insanlar tərəfindən, avtomatlaşdırılmış olduqda yarısı insan, yarısı EHM-lər tərəfindən, avtomatik olduqda isə texniki vasitələrin köməyi ilə avtomatik olaraq yerinə yetirilir.İnformasiya sistemlərini tətbiq sahəsinə görə də təsnifləşdirirlər. Bu cəhətinə görə informasiya sistemləri bir neçə sinifə bölünür: elmi tədqiqatlar, avtomatlaşdırılmış layihələndirmə, texnoloji proseslərin idarı olunması, təşkilati idarəetmə və s.Tətbiq sahəsindən asılı olmayaraq bütün informasiya sistemləri eyni komponent toplusundan ibarətdir. Bunlar funksional komponentlər, verilənlərin emalı sistemi komponenti və təşkilati komponentlərdir. Bu komponentlərin hər biri informasiya sisteminin ayrı-ayrı tapşırıqlarını (idarəetmə funksiyasını, verilənlərin emalının tipik əməllərinin reallaşdırılmasını, inforamasiya üzərində müxtəli əməllər və s.) yerinə yetirir.İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırılmasına xidmət edir. Bunun üçün o, müxtəlif ranglı işçiləri idarə olunacaq obyekt haqqında inforamsiya ilə təmin edir, toplayır, çevirir,ötürür və emal edir.Bütün deyilənləri ümumiləşdirərək informasiya sisteminə aşağıdakı tərifi vermək olar."İnformasiya sistemi idarəetmə funksiyasını reallaşdırmaq məqsədi üçün müxtəlif rütbəli istifadəçiləri (işçiləri) idarə olunan informasiya ilə təmin edən, toplayan, ötürən və emal edən kommunikasiya sistemidir".
Ölkənin firavanlığı və dünya sivilizasiyasında layiqli yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən, konstruktivliyindən və çevikliyindən asılıdır. İnformasiya məkanın qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır ki, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur. Bu vəziyyət milli təhlükəsizlik və ilk növbədə, informasiya təhlükəsizliyi kimi mühüm sahənin problemlərinə ənənəvi yanaşmaların ciddi transformasiyasına gətirib çıxarmışdır. Formalaşmaqda olan yeni informasiyakommunikasiya mühiti istənilən ölkənin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə fəal təsir göstərir
Son illər kompyuter texnologiyalarının inkişafı ilə bağlı insanların düşüncələrinə, siyasi əqidəsinə, dövlət və cəmiyyət həyatında baş verən hadisə və proseslərə dair baxışlarına təsir göstərən, süni şəkildə müəyyən dairələrin maraqlarına uyğun rəy formalaşdıran vasitələr artmışdır. Məsələn, sosial şəbəkələr vasitəsilə insanlar dövlət çevrilişlərinə, inqilablara çağırılır və s. Bu isə şəxsiyyət-cəmiyyət-dövlət sisteminin bütün ünsürlərinə mənfi təsir göstərməklə, şəxsiyyətin hüquq və azadlıqlarını, cəmiyyətin sabitliyini, dövlətin isə suverenliyini böyük təhdid altında qoymuş olur.
Hər bir dövlətdə informasiya təhlükəsizliyi siyasətinin əsas təyinatı cəmiyyətin maneəsiz, sabit və azad inkişafıdır. Bu isə milli maraqların reallaşması üçün müvafiq əlverişli şəraitin olmasını nəzərdə tutur və informasiya təhlükəsizliyi bütün mümkün vasitələrlə milli maraqların daha səmərəli şəkildə reallaşdırılmasına xidmət edir. Burada informasiya təhlükəsizliyi siyasətini həyata keçirən dövlət orqanlarının operativ və effektli fəaliyyəti mühüm rol oynayır.
Milli maraqlar, onlara təhdidlər və milli təhlükəsizliyin bütün sahələrində həmin təhdidlərdən müdafiənin təmin olunması informasiya və informasiya sahəsi vasitəsilə həyata keçirilir. Müəlliflərdən İ.L.Baçilo bu məsələ ilə bağlı olaraq qeyd edir ki, informasiya sahəsində milli maraqlara nail olunması və onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi üçün müxtəlif hüquq sahələrinin metod və vasitələrindən, o cümlədən intensiv şəkildə inkişaf edən yeni hüquq sahəsi olan informasiya hüququnun metod və vasitələrindən istifadə olunur .
İnsan və onun hüquqları, informasiya və informasiya sistemləri və onlara olan hüquqlar yalnız informasiya təhlükəsizliyinin əsas obyekti deyil, həm də bütün sahələrdə bütün təhlükəsizlik obyektlərinin əsas elementləri kimi çıxış edir.
Azərbaycanın qanunvericilik və normativ-hüquqi aktlarına müvafiq olaraq, milli təhlükəsizlik insanların, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mühüm maraqlarının, həmçinin milli dəyərlərin və həyat tərzinin daxili və xarici təhdidlərdən etibarlı müdafiəsidir. Milli təhlükəsizlik sistemi ilə milli təhlükəsizliyin təmin olunması sistemi öz məzmununa görə birbirindən fərqlənir. Birincisi, maraq və təhdidlərin qarşılıqlı təsiri prosesini əks etdirən funksional-nəzəri (konseptual) sistemdirsə, ikincisi, milli təhlükəsizliyin təmin olunmasının praktiki məsələlərini həll etməyi nəzərdə tutan orqanlar, vasitələr, müxtəlif təşkilatlar (institusional) sistemidir.
Milli təhlükəsizliyin bütün tərkib elementləri çərçivəsində, yəni, siyasi, iqtisadi, hərbi, ekoloji və s. sahələrdə informasiya faktorunun rolu getdikcə daha çox artır. Müasir inkişaf meylləri və tendensiyaları onu deməyə əsas verir ki, informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin təmin edilməsi sistemində yeri və rolu gələcəkdə daha da artacaqdır. Hüquq ədəbiyyatında bu yanaşma konkret arqumentlərlə əsaslandırılır. İnternetin hüquqi tənzimlənməsi məsələsi də informasiya təhlükəsizliyi ilə bağlı müasir dövrün aktual məsələlərindən birinə çevrilmişdir. Hazırda bütün dünya üzrə insan fəaliyyətinin ən zəif hüquqi tənzimetməyə məruz qalan sahələrindən biri İnternetdir. Müasir dövrdə dünyanın heç bir ölkəsində İnternet şəbəkəsi ilə bağlı yaranan hüquq münasibətlərini tənzim edən məcəllələşdirilmiş qanunvericilik yoxdur. Bu sahədə mövcud olan normativ hüquqi aktlar Şəbəkənin fəaliyyətinin ayrı-ayrı aspektlərini tənzim edir. Onlara ilk növbədə şəbəkəyə təchizatçılar vasitəsilə qoşulma, müvafiq əlaqə xətləri və ayrıca xidmətlər təqdim edilməsi məsələləri aiddir.
Aparılan statistik təhlillər və İnterpolun müvafiq məlumatları göstərir ki, hazırkı şəraitdə İnternet planetdə cinayətkarlığın ən sürətli templə artdığı bir məkana çevrilmişdir. İnternetin qlobal xarakteri milli qanunvericilik sistemləri ilə beynəlxalq praktika arasında ziddiyyət yaradır. Internetdə yerləşdirilən informasiya bir qrup dövlətlərin maraqlarına xidmət etdiyi halda digər dövlətlərin maraqlarına və qanunvericiliyinə zidd ola bilər. Bu isə virtual məkanda milli təhlükəsizliyin təmin edilməsi məsələsinin aktuallığını artırır.
Yüklə 18,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin