Beynəlxalq Paralimpiya Komitəsi öz 25 illiyini qeyd edir



Yüklə 19,81 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü19,81 Kb.
#2324
  1   2

Beynəlxalq Paralimpiya Komitəsi öz 25 illiyini qeyd edir.

Fiziki məhdudiyyətli insansanlar üçün idman artıq 100 ildir ki fəaliyyət göstərir və ilk idman klubu eşidmə məhdudiyyətli insanar üçün 1888-ci ildə Berlində təsis olunub. Britaniya dövlətinin təşəbbüsü ilə, həkim Lyudviq Quttman Stok Mandevil şəhərində onurğa zədəsi almış insanlar üçün reabilitasiya mərkəzi açmışdır və ilkin olaraq idman reabilitasiya xarakteri daşıyırdı, daha sonra isə idman yarışlarına çevrilmişdir.

29 İyul 1948-ci ildə, Londonda keçirilən Olimpiya oyunlarının açılışında, həkim Quttman fiziki məhdudiyyətli inasanlar arasında ilk yarış təşkil etmişdir. Bu yarışda muharibə vaxtı zədə almış 16 hərbi qulluqçu iştirak etmişdir və onlar öz güclərini oxatma idman növündə sınamışdılar. 1952-ci ildə Hollandiyalı hərbiçilər də bu hərəkata qoşuldular.

İllər sonra, 1960-cı ildə İtaliyanın paytaxtı Romada keçirilən yarışlarda fiziki məhdudiyyətli insanların qatıldığı yarışlara Paralimpiya oyunları adı verilmişdir və ilk Paralimpiya oyunlarında 23 ölkədən 400 idmançı iştirak etmişdir. 1960 cı ildən etibarən hər 4 ildən bir Paralimpiya oyunları keçirilmişdir. Qış Paralimpiya oyunları isə ilk dəfə 1976-cı ildə İsveçdə keçirilmişdir.

Nəhayət 22 sentyabr 1989-cu ildə, Paralimpiya hərəkatını qloballaşdırmaq məqsədilə, Almaniyanın Düsseldorf şəhərində Beynəlxalq Paralimpiya Komitəsi təsis olunmuşdur. Hazırda 170 ölkə paralimpiya hərəkatına qoşulmuşdur.


Yüklə 19,81 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin