Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə14/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ritorika 
və 
natiqlik 
Ritorika kursunun öyrədilməsinə başla­
yarkən bir suala cavab vermək zəruridir: ritorika nədir? Bu ad 
altında vaxt baxımından çox nəhəng bir zaman ərzində mühüm 
tarixi əhəmiyyətə malik kəsimin- antik, Orta əsrlər və İntibah döv­
rünün xüsusi bilik sahəsi formalaşmışdır. Ən yeni dövrün Avropa
29


ölkələrinin mədəniyyətləri, bir qədər aşkar şəkildə olmasa da, ri­
torika ideyalarının, metod və təcrübəsinin təsirini hiss etmişdir və 
bu gün də hiss etməkdədir. Qədim əlyazmalarda ritorikanın ilahi 
mənşəyindən danışılır: Yupiter Merkurini yanına çağırmış və in­
sanlara Ritorikanı bəxş etməyi tapşırmışdı. Bu əfsanəyə görə ri­
torika bəşər mədəniyyətinin başlanğıcıdır. Mövcud olduğu 2500 
il ərzində ritorikanın mahiyyəti m üxtəlif şəkildə şərh olunmuşdur. 
Burada üç əsas şərhi fərqləndirmək olar:
1. 
Qədim yunanlar ritorikanı «inandırma məharəti» kimi şərh 
edirdilər. Platonun, Sokratın, Aristotelin, həmçinin digər filosof 
və ritorlann fikrincə, monoloji nitq dinləyiciləri öz inamına cəlb 
etmək məqsədi daşıyır.
2. 
Roma mədəniyyəti dövründə ritorika deyərkən «yaxşı danış­
maq məharəti» başa düşülürdü və bu anlayış Kvintilian tərəfindən 
dəqiq formalaşdırılmışdı. Burada məharət nitqin həm ünsiyyət 
vasitəsi baxımından, həm də estetik xüsusiyyətlərinə görə optimal- 
laşdınlmasını tələb edirdi.
3 Orta əsrlərdə və İntibah dövrünün başlanğıcında ritorika «nit­
qin bəzədilməsi məharəti» kimi təqdim edilir. Beləliklə, dərketmə 
(fikir, idrak) bir növ öz ifadəsindən (dildən) ayrılır, halbuki ilkin 
olaraq ritorika fikir-nitq birliyini möhkəmləndirmək məqsədi da­
şıyırdı. Bundan başqa, həmin dövrdən başlayaraq, ritorika təkcə 
şifahi yox, həm də yazılı mətnə əsaslanmağa başlayır.
Əlbəttə, ritorikanın sadalanan üç tarixi tərifindən heç biri 
tamamilə onun müəyyən dövrdəki inkişafına aid edilə bilməz, bu 
təriflər yalnız obyekti m üxtəlif tərəflərdən əks etdirir.
Ritorika daha ümumi şəkildə 
təsiretm ə ustalığıdır.
Onun əsa­
sında iki əsas kateqoriya durur: başadüşmə və iradə. Ritor insan­
lara təsir edərək, onlara müəyyən fikirləri, hissləri, qərarları təlqin 
etməyə, onların şüur, ürək və iradəsinə sahib olmağa səy göstərir.
Hər bir təsir fəaliyyət olduğu üçün, ritorika da fəaliyyətdir. Ri­
torikada nitq geniş mənada akt, məqsədyönlü fəaliyyət kimi qəbul 
edilir.
Bir fəaliyyət kimi ritorika klassik anlamda aşağıdakıları nə­
zərdə tutur:
30


1. müəyyən xassə (təbii, yaxud fitri keyfiyyət);
2. metod, yaxud qayda və tövsiyələrin sistemli şəkildə şərhi;
3. praktika, yaxud modellərin öyrənilməsi və bənzətmə ilə 
birlikdə çıxışları yazmaqda çalışmalar;
Nitq əlaqəsinin müasir nəzəriyyəsində ritorika :
1. natiqlik ustalığı haqqında elm kimi;
2. natiqlik sənətinə aid qaydalar toplusu, yaxd tədris fənni kimi;
3. natiqlik sənətindən həddindən artıq istifadə kimi başa düşülür.
Natiqlik sənətinin nəzəriyyəsi kimi ritorikanın 
vəzifəsi
in­
san nitqinin gözəlliyinin, qüdrətinin və məntiqiliyinin, sözün bu 
xüsusiyyətlərinin insanın hiss, iradə və şüuru ilə uyğunlaşdırılınası 
və sözdə gözəl və eybəcərin, zəruri və qeyri-zərurinin, şüurlu və 
şüursuzun bütün mümkün təzahürlərinin hərtərəfli öyrənilməsidir.
Tədris fənni kimi ritorikanın məqsədi potensial natiqlər və po­
tensial dinləyicilərə natiqlik ustalığının öyrədilməsi yolu ilə onları 
nitqdən ziyan vurmaq məqsədilə istifadədən çəkindirməkdir. Bu 
halda ritorikanın vəzifəsi sözlə bütün gözəl, zəruri və şüurlu olan­
ları ifadə etmək, bütün eybəcər, lazımsız və şüurlu olmayanları ta­
nımaq bacarığını öyrətməkdir.
Beləliklə, ənənəvi ritorika gözəl danışıq nəzəriyyəsi, usta­
lığı və sənəti kimi müəyyən edilir. Bu, əməli bacarıq, ustalıq və 
sənətkarlığın antik sinkretizmini bu günə qədər mühafizə etmiş az­
saylı humanitar fənlərdən biridir.
Lakin ritorikanın ənənəvi, hamı tərəfindən qəbul edilmiş tərifi 
o qədər də qaneedici deyil, belə ki, bu tərifdə əsas anlayış olan 
gözəl nitq özü də şərh olunmalıdır. Niyə? Ona görə ki, təklif olu­
nan ritorika kursunun (bu konsepsiya müasirdir, ritorik intibah 
dövründə, XX əsrin sonlarında meydana gəlmişdir, o zaman artıq 
ritorika uzun bir inkişaf yolu keçmişdi) yaradılmasını əsaslandıran 
linqvokulturoloji konsepsiya gözəl nitq anlayışının m üxtəlif tarixi 
dönəmlərdə, m üxtəlif mədəniyyətlərdə eyni şəkildə anlaşılmadığı­
nı nəzərə alır.
Bu, onu göstərir ki, gözəl danışıq və hansı nitqin çox gözəl, 
nümunəvi (yəni ritorik ideal, nümunə) hesab edilə bilməsi haq­
qında anlayışlar tarixən dəyişkəndir. Bundan başqa, xalqın ümumi
31


mədəniyyətinin mühüm hissəsini təmsil edərək, bu mədəniyyətin 
spesifikliyini əks etdirir.
Ritorika - gözəl danışıq haqqında elm antik dünyada ( Qədim 
Yunanıstan və Qədim Roma, e.ə. V-IV əsrlər) meydana gəlmişdir. 
Ritorikanın bir fənn kimi meydana gəlməsi müvafiq ödəniş əvəzində 
istənilən şəxsə cəmiyyət qarşısında nitq söyləməyi öyrətməyə razı 
olan sofıstlərin fəlsəfi və natiqlik fəaliyyəti ilə bağlıdır.
Qeyd edək ki, təşəkkülünün ilk mərhələlərində ritorika 
nəzəriyyədən çox, nitq ustalığım öyrətmək təcrübəsi idi. Qədim 
Yunanıstanda «sənət» və «ustalıq» anlayışları eyniyyət təşkil edir 
və 
techne
(“texnika” sözü də buradan yaranmışdır) sözü ilə ifadə 
olunurdu.
Müasir dövrdə yaxşı nitq - bir «ədəbi həndəsə», güclü təfəkkür 
fəaliyyətinin nəticəsi, dəqiq istifadə edilən sözlərdən məntiqi şəkildə 
qurulmuş mütənasib bir binadır. Bu, qadın kimi zərif və bəzəkli ol­
maqdan çox, kişi kimi mərd məntiqə malik və ciddi nitqdir.
Düşünmək olar ki, gözəl danışığın müasir idealı onun qədim 
dövrlərdən bəri müəyyənləşdirilmiş əlamətlərini mühafizə edir və 
elə əvvəlki kimi nitqdə fikrin, gözəllik və xeyirxahlığın birləşmiş 
üçlüyü üzərində qurulur.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin